Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2102/2024 18.01.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi ilə, Birgə iddiaçılar İddiaçı1 və X13, Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin nümayəndəsi X5 iştirakı ilə, Birgə iddiaçılar İddiaçı1 və X13 cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinə qarşı “övladlığa götürən şəxslər kimi uçota alınma” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı1 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək X4 nikahdankənar övladı 08 noyabr 2022-ci il anadan olmuş X9 övladlığa götürülməsinin mümkün və ya qeyri-mümkünlüyünə dair müvafiq rəyi məhkəməyə təqdim edilməsi öhdəliyi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Sosial Xidmətlər Agentliyi üzərinə qoyulması xahiş edilmişdir.
2. İş üzrə xx.xx.2023-cü il tarixli qərardad ilə İddiaçı2 (iddiaçının əri) iş üzrə birgə iddiaçı qismində iştirakının nəzərə alınması və iddia tələbinin “övladlığa götürən şəxslər kimi uçota alınma” kimi dəyişdirilməsi qərara alınmışdır.
3. Tələb onunla əsaslandırılmışdır ki, İddiaçı1 xx xxxxxxx 1979-cu ildə anadan olmuşdur. İddiaçı2lə evlidir. Əvvəllər Azərbaycan Respublikası, ünvan 1 ərazi dairəsi, Abasbəyli kəndi ünvanında qeydiyyatda olan xx.xx.2000-ci il təvəllüdlü X11 xx.xx.2022 təvəllüdlü X9 övladlığa götürməyinə razılıq vermişdi. Bu səbəbdən X1 razılığı ilə onun oğlu X10 böyüdür. Xammədov Məhəmmədə qulluq edir. İstəyir ki, övladlığa götürmə məsələsi rəsmiləşsin ki, uşağın gələcəyinə mənfi təsir göstərməsin. Bundan əlavə, uşağa qulluq etmək, onun gələcək qayğısız həyalını təmin etmək, inkişafı, təhsili və sağlamlığının qayğısına qalmaq üçün əri ilə onun kifayət qədər maddi imkanları var. Bununla bağlı məhkəmədə övladlığa götürmə ilə bağlı iddia qaldırmaq üçün sənədləri hazırlayarkən “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin” övladlığa götürmə şöbəsinə müraciət etmişəm (DOST) iddiaçının sağlamlığı, mənzil-məişət şəraiti, maddi vəziyyətini yoxlamaq, sonradan uşaq övladlığa götürməyi mümkünlüyü barədə məhkəmə orqanlarına rəy vermək üçün. Lakin bütün bu tələblər yoxlanılanda sözügedən qurum mənə izah etdi ki, mövcud qanunvericiliyə görə, ailənin gəliri elə olmalıdır ki, ailənin hər bir üzvünü dolandırmaq üçün 200 manat vəsait ayrılsın və yalnız bundan sonra ona övladlığa götürmə ilə bağlı rəy veriləcək. Bu arada onlar çoxdan övladlığa götürmək arzusundadırlar və faktiki aylıq gəliri ailəni və uşağı dolandırmaq üçün kifayət edir. “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dayanıqlı və Operativ Sosial Təminat Agentiiyi”nin (DOST) övladlığa götürmə şöbəsinin məktubu ilə mənə övladlığa götürmənin qeydiyyatı prosesini davam etdirməkdən imtina edilib. Agentlik hesab edir ki, gəlirləri heç bir yerdə rəsmi qeydiyyatda olmayan hər ailə üzvünə 200 manatdır. Qanunun bu cür təfsiri yolverilməzdir, çünki iddiaçı onun saxlanması və tərbiyəsi üçün uşaq müəssisəsində uşağın verilməsini xahiş etmir. Rəsmi rəyin, ən əsası isə müraciətinə yazılı cavabın verilməsinin gecikməsi övladlığa götürmə məsələsini ləngidir. Uşaq bu mübahisələrdən əziyyət çəkir. Onun həyatı və sağlamlığı təhlükə altındadır. Körpənin müşahidə və tibbi prosedurlara ehtiyacı olduğu üçün uşaq poliklinikasına müraciət edəndə övladlığa götürmə ilə bağlı hüquqi sənəd tələb olunur və buna görə də imtina alır.
4. Cavabdeh tərəfindən iddiaçıya təqdim edilmiş xx.xx.2023-cü il tarixli məktubda qeyd edilmişdir ki, iddiaçı xx.xx.2022-ci il tarixində Ailə Məcəlləsinin 119.1-ci maddəsinə uyğun olaraq “e-sosial.az” internet portalı üzərindən “Valideyn himayəsindən məhrum olmuş uşaqlar və övladlığagöturmə” altsisteminə övladlığa götürmə ilə bağlı müraciət etmişdir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 120.1.8-ci maddəsinə əsasən ailənin adambaşına düşən orta aylıq gəliri ailə üzvlərinin hər biri üçun (övladlığa götürüləcək uşaq da nəzərə alınmaqla) ölkə üzrə müəyyən olunmuş yaşayış minimumundan az olduğuna gorə müraciətindən imtina edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 27 fevral tarixli 946 nömrəli Formanın 4.3-cü maddəsinə əsəsən gəlirlər valideyn-namizədin müraciətindən əvvəlki ardıcıl gələn 12 ay ərzində onun və onun ailə üzvlərinin ümumi gəlirləri müvafiq dövr uzrə kredit (o cümlədən ipoteka, lizinq), kirayə, aliment ödənişləri, eləcə də “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq icra sənədləri üzrə digər öhdəliklər çıxıldıqdan sonra 12-yə bölünməklə ailənin orta aylıq gəliri hesablanır və ailə üzvlərinin sayına bölünməklə ailənin adambaşına düşən orta aylıq gəliri müəyyən edilir. Bundan əlavə bildirilmişdir kı, müraciətində qeyd etdiyi ***-***-**-** mobil nömrəsi ilə əlaqə saxlanılan zaman onlara övladlığagötürmə ilə bağlı müraciət qaydalarına dair ətraflı məlumat verilmişdir.
5. Cavabdeh tərəfindən təqdim edilmiş etirazda qeyd edilmişdir ki, xx.xx.1980-ci il təvəllüdlü İddiaçı2 və xx.xx.1979-cu il təvəllüdlü X12 xx.xx.2022-ci il tarixində valideynlər arası razılıq əsasında xx.xx.2000-ci il təvəllüdlü X6 övladı xx.xx.2022-ci il təvəllüdlü X9 övladlığa götürülməsi üçün müvafiq altsistem üzərindən müraciət edərək övladlığa götürən şəxs kimi uçota alınması üçün qeydiyyatdan keçmişlər. Valideynlər arası razılıq əsasında övladlığa götürmə üzrə müraciət etmiş valideyn-namizədlər İddiaçı2 və X7 müraciətinin uçota alınması məqsədi ilə uçot məlumatları təhlil edilərkən müəyyən edilmişdir ki, Ailə Məcəlləsinin 119.2.7-ci, 120.1.-ci maddələrinə və Azərbaycan Respublikası Prezidentinin xx.xx.2020-ci il tarixli 946 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Valideyn himayəsindən məhrum olmuş uşaqların övladlığa götürülməsi, o cümlədən Azərbaycan Respublikasının vətəndaşı olan uşaqların əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən övladlığa götürülməsi” Qaydasının 4-cü bəndinə uyğun gəlirlərinin olmadığı müəyyən edilmişdir. Valideyin-namizədlərin ailədə adambaşına düşən orta aylıq gəliri ailə (135 manat 77 qəpik (müraciətdən əvvəlki 12 ay üzrə gəlirlər hesablanmışdır) orta aylıq gəliri olduğu müəyyən edilmişdir) üzvlərinin hər biri üçün övladlığa götürüləcək uşaq da nəzərə alınmaqla, ölkə üzrə müəyyən olunmuş yaşayış minimumunun məbləğindən az olması və qanunvericiliyə uyğun olaraq digər rəsmi gəlirlərinin olması barədə sənəd təqdim etmədikləri üçün uçota alınmaları qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun hesab edilməmiş və xx.xx.2023-cü il tarixində valideyn-namizədlərin müraciətindən imitina edilmişdir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq iddiaçı X8 “rəyin verilməsi” tələbinə dair iddia ərizəsinin rədd olunması barədə qərar qəbul edilməsi xahiş edilmişdir.
6. İddiaçı tərəfindən təqdim edilmiş sənədlər: - Nikah haqqında şəhadətnamədən görünür ki, İddiaçı2 və Hacıyeva (Cəfərova) Elbəniz Rəhman qızı xx.xx.2006-cı il tarixində nikahları bağlanmışdır. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xİdməti tərəfindən hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində çıxarışa əsasən ünvan 2 ünvanında yerləşən əmlak İddiaçı1 adına xx.xx.2019-cu il tarixində qeydiyyata alınmışdır. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xİdməti tərəfindən hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində çıxarışa əsasən AZ 1008, Bakı şəhəri, Nərimanov rayonu, Qarabağ küçəsi, 48, M6, m2-də yerləşən əmlak İddiaçı1 adına xx.xx.2021-ci il tarixində qeydiyyata alınmışdır. - Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində çıxarışa əsasən AZ 1008, Bakı şəhəri, Nərimanov rayonu, Qarabağ küçəsi, 36, M8, m 6-da yerləşən əmlak İddiaçı1 adına xx.xx.2022-ci il tarixində qeydiyyata alınmışdır. - Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində çıxarışa əsasən AZ 1018, Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 306, M17, m7-də yerləşən əmlak İddiaçı1 adına xx.xx.2023-cü il tarixində qeydiyyata alınmışdır. - Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində çıxarışa əsasən AZ 1022, Bakı şəhəri, Nəsimi rayonu, Əbdülvahab Salamzadə küçəsi, 204, M4, m2-də yerləşən əmlak İddiaçı1 adına xx.xx.2023-cü il tarixində qeydiyyata alınmışdır.
7. İş materiallarına əlavə edilmiş ərizədən (**********056) görünür ki, övladlığa götürməyi arzu edən İddiaçı2 arvadı İddiaçı1 ilə birlikdə X10 (ŞV:AA4604061, FİN:RC9UAUT, d/t:xx.xx.2022) övladlığa götürməyə razıdırlar və övladlığa götürmə ilə bağlı qanunvericiliklə tələb olunan iddiaçılarla bağlı gəlirlər, maliyyə öhdəlikləri, əmlak, məhkumluq, sağlamlıq və digər zəruri məlumətların (arayışların) müvafiq dövlət orqanları və təşkilatlar tərəfindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sorğusu əsasında Nazirliyə təqdim edilməsinə razılıqlarını bildirmiş, o cümlədən maliyyə vəziyyətinin qiymətləndirilməsi məqsədilə kredit məlumallarının Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən “Azərbaycan Kredit Bürosu”ndan sorğu edilməsinə razı olduqlarını və bunu imzayla təsdiq etdiklərini bildirmişdirlər. X11 övladı X9 İddiaçı2 tərəfindən övladlığa götürülməsinə razı olduğunu qeyd etmişdir.
8. Azərbaycan Respublikasının Daxili İşlər Nazilriyi Baş X26 İdarəsi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq olaraq xx.xx.2023-cü il tarixli məktub ilə X8 və İddiaçı2 adlarında qeydiyyatda olan nəqliyyat vasitələri barədə DİN Baş X26 İdarəsi Qeydiyyat-imtahan İdarəsinin kompüter uçot bazasında mövcud olan məlumatların kompüter çıxarışı təqdim edilmişdir.
9. Məhkəmə iclasında iştirak edən iddiaçılar iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etmişdir. Əlavə olaraq bildirdilər ki, iddiaçılar mənzillərin alqı-satqısını həyata keçirərək mülkiyyətlərində olan daşınmaz əmlakların idarə edilməsindən qazanc əldə edirlər.
10. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etirazın məzmununa uyğun izahat verərək iddianın təmin edilməməsini xahiş etmişdir.
II. İddianın növü
11. İddia tələbi övladlığa götürən şəxslər kimi uçota alınması ilə bağlıdır.
12. Hazırki iddia öhdəliyin icrası haqqında iddia növünə aiddir.
13. İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.
14. İPM-dən: 30.1 Mübahisə predmeti baxımından müştərək hüquqi maraqlara malik olan və yaxud da hüquq və vəzifələri eyni faktiki və hüquqi əsaslara söykənən bir neçə şəxs birgə iddiaçı və ya birgə cavabdeh qismində prosessual həmiştirakçılar kimi çıxış edə bilərlər. 30.4. İnzibati mübahisəyə dair bir vahid (eyni) qərarın bütün prosessual həmiştirakçılar haqqında qəbul edilməli olduğu hallarda və ya prosessual həmiştirakçılığın başqa əsaslara görə zəruri olduğu hallarda, prosessual həmiştirakçılardan hər hansı biri məhkəmə iclasına gəlmədikdə və ya müəyyən olunmuş prosessual müddəti buraxdıqda, məhkəmə iclasında iştirak edən və ya prosessual müddətə əməl edən digər həmiştirakçılar onları təmsil etmiş sayılır.
15. Məhkəmə iddiaçıların mübahisə predmeti baxımından müştərək hüquqi maraqlara malik olduqlarında prosessual həmiştirakçılığı yolverilən hesab edir.
16. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 30 iyun tarixli 1077 nömrəli Fərmanı ilə təsdiq edilmiş Sosial Xidmətlər Agentliyinin Nizamnaməsinin 3.1.23-cü maddəsinə əsasən, övladlığagötürmənin əsaslandırılmasını və övladlığa götürülən uşağın mənafeyinə uyğunluğu haqqında rəy verilməsini təmin etmək Agentliyin vəzifələrinə aid edilmişdir.
17. İddia mümkündür.
III.Məhkəmənin mövqeyi
18. Məhkəmə hesab edir ki, iddia cavabdeh qurumun nizamnaməsinə əsasən yalnız ona xas olan fəaliyyətin həyata keçirilməsi ilə əlaqədardır. Bu zaman məhkəmə ümumi (publik) hüquq sahəsinin ictimai idarəetmə ilə bağlı olması və hakimiyyət səlahiyyətlərinin tətbiq edilməsi ilə müşayiət olunduğunu nəzərə alır.
19. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır (Konstitusiyanın 12-ci maddəsinin İ hissəsi və 16-cı maddəsinin İ hissəsi). 20.Övladlığa götürmək istəyən şəxsin (şəxslərin) uçota alınması qaydası Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 118-ci maddəsi və Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 27 fevral tarixli 946 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Valideyn himayəsindən məhrum olmuş uşaqların övladlığa götürülməsi, o cümlədən Azərbaycan Respublikasının vətəndaşı olan uşaqların əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən övladlığa götürülməsi” Qaydası ilə tənzimlənir.
21. Azərbaycan Respublikasının Ailə Məcəlləsi: 118.1. Övladlığa götürmə üç mərhələdə həyata keçirilir: 118.1.1. övladlığa götürmək istəyən şəxsin (şəxslərin) uçota alınması; 118.1.2. övladlığa götürmənin uşağın mənafeyinə uyğunluğunun müəyyən edilməsi; 118.1.3. övladlığa götürmə barədə məhkəmə qərarının qəbul edilməsi. 118.2. Övladlığa götürmək istəyən şəxsin (şəxslərin) uçota alınması bu Məcəllənin 119cu maddəsinə uyğun olaraq həyata keçirilir. 118.3. Övladlığa götürmənin uşağın mənafeyinə uyğunluğu müvafiq icra hakimiyyəti orqanı tərəfindən 1 (bir) ildən çox olmayan müddətdə aşağıdakı qaydada müəyyən edilir: 118.3.1. övladlığa götürmək istəyən şəxslə (şəxslərlə) müsahibə aparılması; 118.3.2. övladlığa götürmək istəyən şəxsin (şəxslərin) təlimlərə cəlb edilməsi; 118.3.3. övladlığa götürmək istəyən şəxsə (şəxslərə) uyğun uşağın, övladlığa götürülən uşağa uyğun valideynin seçilməsi; 118.3.4. övladlığa götürülən uşaqla övladlığa götürmək istəyən şəxsin (şəxslərin) uşağın yerləşdiyi müəssisədə görüşünün təşkili; 118.3.5. övladlığa götürülən uşağın sınaq müddətində uşağı övladlığa götürmək istəyən şəxsin (şəxslərin) evində yerləşdirilməsi. 119.1. Müvafiq icra hakimiyyəti orqanı valideyn himayəsindən məhrum olmuş və övladlığa götürülən uşaqların və övladlığa götürmək istəyən şəxsin (şəxslərin) vahid informasiya bazasını yaratmaq məqsədilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemi üzərindən dövlət orqanlarının (qurumlarının) apardığı elektron informasiya ehtiyatlarından (məlumat bazaları, məlumataxtarış sistemləri, reyestrlər və digər informasiya resursları) istifadə etməklə onların vahid uçotunu bu maddənin tələbləri nəzərə alınmaqla elektron formada aparır. 119.2. Bu Məcəllənin 119.1-ci maddəsində göstərilən vahid informasiya bazasında aşağıdakı məlumatlar əks olunmalıdır: 119.2.1. valideyn himayəsindən məhrum olmuş və övladlığa götürülən uşaq və övladlığa götürmək istəyən şəxs barədə fərdi məlumatlar; 119.2.2. valideyn himayəsindən məhrum olmuş və övladlığa götürülən uşağın və övladlığa götürmək istəyən şəxsin sağlamlıq vəziyyəti barədə məlumatlar; 119.2.3. valideyn himayəsindən məhrum olmuş və övladlığa götürülən uşağın aşkar olunma şəraitinə dair məlumatlar, valideynləri (olduqda), valideyn himayəsindən məhrum edilmə səbəbləri barədə məlumatlar; 119.2.4. əvvəllər övladlığa götürülüb-götürülməməsi barədə məlumatlar; 119.2.5. övladlığa götürmək istəyən şəxsin təhsili (peşəsi), iş yeri, vəzifəsi barədə məlumatlar; 119.2.6. övladlığa götürmək istəyən şəxsin məhkumluğu barədə məlumatlar; 119.2.7. övladlığa götürmək istəyən şəxsin yaşayış şəraiti, gəlirləri və öhdəlikləri barədə məlumatlar; 119.2.8. övladlığa götürmək istəyən şəxsin əvvəllər qəyyum (himayəçi), himayədar valideyn və ya övladlığa götürən şəxs olub-olmamasına dair məlumatlar. 119.3. Azərbaycan Respublikası vətəndaşı olan uşağı övladlığa götürmək istəyən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər bu Məcəllənin 119.2.1-119.2.2-ci və 119.2.5- 119.2.8-ci maddələrində qeyd olunan məlumatları bilavasitə və yaxud akkreditə edilmiş orqan vasitəsilə kağız və ya elektron daşıyıcılarda müvafiq icra hakimiyyəti orqanına təqdim etdikdən sonra uçota alınırlar. 119.4. Qohumları (bacı-qardaş, nənə-baba, valideynlərinin bacıları, qardaşları, onların övladları), eləcə də ögey ata (ögey ana) tərəfindən övladlığa götürmə zamanı bu Məcəllənin 119.1-ci maddəsində göstərilən vahid informasiya bazasında övladlığa götürən şəxslərə dair yalnız onların məhkumluğu və sağlamlıq vəziyyəti haqqında məlumatlar əks olunur.[77] 119.5. Bu Məcəllənin 119.2-ci maddəsində göstərilən məlumatlar müvafiq icra hakimiyyəti orqanının elektron informasiya sisteminə inteqrasiya olunan dövlət orqanlarının (qurumlarının) apardığı elektron informasiya ehtiyatlarından (məlumat bazaları, məlumat-axtarış sistemləri, reyestrlər və digər informasiya resursları) istifadə etməklə əldə edilir və müvafiq icra hakimiyyəti orqanı tərəfindən həmin məlumatların mütəmadi yenilənməsi təmin edilir. Bu mümkün olmadıqda həmin məlumatlar “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 30.5-ci maddəsinə uyğun olaraq əldə edilir. 119.6. Bu Məcəllənin 119.2.2-ci maddəsində və 119.2.5-119.2.8-ci maddələrində göstərilən məlumatlar övladlığa götürmək istəyən şəxs tərəfindən təqdim edildiyi halda həmin məlumatlar 6 (altı) ay müddətində etibarlıdır. 120.1.8. ailədə adambaşına düşən orta aylıq gəliri ailə üzvlərinin hər biri üçün (övladlığa götürüləcək uşaq da nəzərə alınmaqla) ölkə üzrə müəyyən olunmuş yaşayış minimumunun məbləğindən (Azərbaycan Respublikası vətəndaşı olan uşaqları övladlığa götürmək istəyən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün yaşadıqları ölkə üzrə orta aylıq əməkhaqqının 2 (iki) mislindən) az olan şəxslər (ögey ata (ögey ana) və qohumları (bacı-qardaş, nənə-baba, valideynlərinin bacıları, qardaşları, onların övladları) istisna olmaqla).
22. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 27 fevral tarixli 946 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Valideyn himayəsindən məhrum olmuş uşaqların övladlığa götürülməsi, o cümlədən Azərbaycan Respublikasının vətəndaşı olan uşaqların əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən övladlığa götürülməsi” Qaydası: 2.12. Valideyn-namizədin övladlığa uşaq götürmək barədə Nazirliyə ünvanladığı ərizə bu Qaydanın 2.16-cı bəndinə uyğun olaraq altsistemə daxil edildiyi andan valideyn-namizəd uçota alınır. 2.16. Bu Qaydanın 2.12-ci bəndində nəzərdə tutulan notarial qaydada təsdiq edilən ərizə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Elektron notariat” informasiya sistemi vasitəsilə altsistemə ötürüldükdən sonra valideyn-namizəd övladlığagötürmə ilə bağlı müraciət etmək üçün Nazirliyin “e-sosial” internet portalında qeydiyyatdan keçməklə öz şəxsi kabinetini yaradır.
23. Cavabdeh orqan tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubda qeyd edilmişdir ki, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 120.1.8-ci maddəsinə əsasən ailənin adambaşına düşən orta aylıq gəlin ailə üzvlərinin hər biri üçun (övladlığa götürüləcək uşaq da nəzərə alınmaqla) ölkə üzrə müəyyən olunmuş yaşayış minimumundan az olduğuna gorə müraciətindən imtina edilmişdir.
24. X23 Məhkəməsinin qərarlarında bildirilir ki: - ifadə edilən fikir ayrıca deyil, ümumi kontekstdə araşdıralaraq hərtərəfli qiymətləndirilməlidir (Bax: Yəhova şahidləri dini icmasının Azərbaycana qarşı iş üzrə X23 Məhkəməsinin qərarı ərizə 52884/09, xx.xx.2020-ci il tarixli qərar § 36-37). - istənilən sənəd tətbiq edilərkən onun hazırlanma məqsədi, eləcə də hazırlıq sənədləri (fransızca “travaux préparatoires”) nəzərə alınmalıdır (bax: Nolan Rusiyaya qarşı iş § 48, Marks Belçikaya qarşı iş § 63 və s.). - İstənilən hüquq sistemində norma nə qədər dəqiq tərtib olunsa da, məhkəmə şərhi qaçılmazdır. Anlaşılmayan məqamların izah olunmasına hər zaman ehtiyac olacaq. Müəyyənlik arzuedilən olsa da, bəzən lüzumsuz sərtliklə müşaiyət oluna bilər, halbuki hüquq dəyişən şəraitlə addımlamaq xüsusiyyətinə malik olmalıdır. Müvafiq olaraq bir çox qanunlar qaçılmaz terminlərin istifadəsi ilə tərtib olunmuşlar ki, onlar az və ya çox dərəcədə qeyri-müəyyəndir, onların şərhi və tətbiqi təcrübədən asılıdır. Hüquq müddəasının müxtəlif cür təfsir olunması özü-özlüyündə öncədən görmə tələbinin pozulmasına gətirib çıxarmır. İşlərə baxılarkən məhkəmələrin üzərinə qoyulmuş rol ondan ibarətdir ki, onlar bu cür şübhələri təfsirlə aradan götürsünlər. (Böyük Palatanın CentroEuropa 7 S.R.L. və X21rşı iş üzrə 7 iyun 2012-ci il tarixli Qərarı, §141; X15 və digərləri Polşaya qarşı iş üzrə 17 Fevral 2004-ci il tarixli Qərarı, § 65; X2rşı iş üzrə 20 May 1999-cu il tarixli Qərarı § 34). - Qanunilik prinsipi onu da nəzərdə tutur ki, daxili qanunvericiliyin tətbiq edilə bilən normaları kifayət qədər əlçatan, dəqiq olsun və tətbiq edilərkən onların nəticələrini öncədən görmək mümkün olsun (Broniovski Polşaya qarşı iş üzrə Böyük Palatanın 2004cü il 22 iyun tarixli Qərarı, §147-148, 150; Skordino İtaliyaya qarşı iş üzrə Böyük Palatanın 2006-cı il 29 mart tarixli Qərarı, § 93).
25. Məhkəmə qeyd edir ki, iddiaçının təqdim etdiyi müxtəlif daşınmaz əmlaklara dair hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində çıxarışların surətindən aydın olur ki, iddiaçıların faktiki olaraq ailədə adambaşına düşən orta aylıq gəliri ailə üzvlərinin hər biri üçün (övladlığa götürüləcək uşaq da nəzərə alınmaqla) ölkə üzrə müəyyən olunmuş yaşayış minimumunun məbləğindən (Azərbaycan Respublikası vətəndaşı olan uşaqları övladlığa götürmək istəyən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün yaşadıqları ölkə üzrə orta aylıq əməkhaqqının 2 (iki) mislindən) az deyildir.
26. Cavabdeh orqanın qanunvericilikdə qeyd olunmuş normanı (Ailə Məcəlləsinin 120.1.8-ci maddəsi) ifadə edilən fikiri ayrıca, ümumi kontekstdə araşdıralaraq hərtərəfli qiymətləndirilməməsi nəticəsində iddiaçıların qanunla müəyyən edilmiş hüququ pozulmuşdur. Belə ki, məhkəmə hesab edir ki, normanın tətbiqi tək hərfi deyil, həmin normanın məqsədinə uyğun olmalıdır. Hazırkı halda normanın məqsədi isə övladlığa götürən şəxslərin uçota alınması zamanı uşağın mənafeyindən çıxış edərək uşağın gələcəkdə maddi təminatı yetərli ola biləcək ailədə böyüməsinə yönəlib. Konkret halda iddiaçılar mülkiyyətlərində olan daşınmaz əmlakların idarə edilməsindən qazanc əldə etdiklərini bildirməklə buna dair kifayət qədər sübutlar məhkəməyə təqdim etmişlər (alqısatqı müqavilələri və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışlar). Odur ki, məhkəmə təqdim edilən dəlillərin işığında iddiaçıların maddi təminatlarının normanın qeyd edilən məqsədlərinə uyğun, yəni ailədə adambaşına düşən orta aylıq gəlirinin ailə üzvlərinin hər biri üçün (övladlığa götürüləcək uşaq da nəzərə alınmaqla) ölkə üzrə müəyyən olunmuş yaşayış minimumunun məbləğindən az olmadığı qənaətindədir.
27. Məhkəmə onu da qeyd edir ki, hazırkı iş üzrə qəbul edilən məhkəmə aktı Ailə Məcəlləsinin 118.1.2-ci maddəsinə əsasən övladlığa götürmənin növbəti mərhələsinə (övladlığa götürmənin uşağın mənafeyinə uyğunluğunun müəyyən edilməsi) keçid üçün əsasdır.
28. Odur ki, iddia təmin edilməli və övladlığa götürən şəxslər kimi uçota alınmalıdır.
29. İPM-in 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
30. Göstərilənlərə əsasən və İPM-in 2.3, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə R A R A A L D İ:
İddia təmin edilsin. Birgə iddiaçılar İddiaçı1 və X13 övladlığa götürən şəxslər kimi uçota alınması öhdəliyi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinə həvalə edilsin. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər.
Hakim Günel Sevdimalıyeva