Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2103/2024 27.05.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X4 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlilliyin təyin edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi:
1. İddiaçı (bundan sonra – İddiaçı) Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə (bundan sonra - Cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona ikinci dərəcə əlilliyin təyin edilməsi və 19 aprel 2023-cü il tarixdən dayandırılmış pensiyanın ödənilməsi öhdəliyinin Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır.
3. İddiaçı daha sonra iddianın dəyişdirilməsi barədə ərizə təqdim edərək, ona xx.xx.2023-cü il tarixdən əlilliyin təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş, məhkəmə tərəfindən iddianın dəyişdirilməsi qəbul edilmişdir.
4. İddia tələbi bununla əsaslandırılmışdır ki, iddiçı İkinci Qarabağ müharibəsində iştirak etmişdir və müharibə veteranıdır. xx.xx.1993-cü il tarixdən xx.xx.2006-cı il tarixədək DİN Daxili Qoşunlarında hərbi xidmətdə olmuşdur. Füzuli rayonu uğrunda gedən döyüşlər zamanı mərmi partlaması nəticəsində yaralanmışdır xx.xx.1993-cü il tarixdən xx.xx.1993cü il tarixədək Gəncə şəhəri Ruhi-əsəb Dspanserində stasionar müalicə olunmuşdur, xəstəlik diaqnozu - “keçirilmiş kəllə-beyin travması (kontuziyası) nəticəsində astenonevrotik sindirom” qoyulmuş, “Hərbi travmadır Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi şəhadətləndirilmişdir. 2006-cı il tarixdən 2018-ci ilədək İİ qrup əlillik Hərbi xidmətdə dövründə və 2018-ci il tarixdən 19 aprel 2023-cü il tarixədək ikinci qrup Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar pensiya almışdır. Lakin 19 aprel 2023-cü il tarixdən ona verilən pensiya əsassız olaraq dayandırılmışdır. 26 iyul 2023-cü il tarixdə əyani baxış zamanı 26 nömrəli Poliklinikanın göndərişi əsasında alınmış rəyləri komissiya üzvlərinə təqdim etmişdir. İddiaçı Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 2 nömrəli X2 müraciət etmiş və Həkim Psixiatr Komissiyasının xx.xx.2023-cü il tarixli 198 nömrəli rəyinə əsasən o “Baş-beynin üzrə xəstəliyi (İ Qarabağ müharibəsi zamanı alınmış QKBT) nəticəsində ağıl zəyifliyi (demensya) Anamnezində qıcolma tutmaları FO 2.8 MMSE-20” diaqnozu qoyulmuşdur. Həmin xəstəxananın xx.xx.2023-cü il tarixli Elektroensefaloqrafıyasının nəticə hissəsində qeyd edilmişdir ki, “Diffuz rezidual-orqanik tiplidəyişikliklər fonunda mərkəz və gichah paylarının proksizmi qeyd olunmuşdur”. Həkim psixiatorun verdiyi rəydə qeyd edilmişdir ki, onun kənar şəxslərin köməyinə etiyacı vardır. FONUS tibb müəssisəsinin xx.xx.2023-cü il tarixli həkim rəyindən də göründüyü kimi “iki tərəfli orta ağır (İİİ-İV) dərəcəli sensonevral tip eşitmə azlığı” diaqnozu qoyulmuşdur. AVİS Eşimə mərkəzinin Audiometriya Formunda mənə sağ qulaqda orta dərəcəli, sol qulaqda ağır dərəcəli sensonevral tip eşitmə zəyifliyi qeyd olunmuşdur. Akademik M.Ə.Miqasımov adma Respublika Klinik Xəstəxanası Publik Hüquqi şəxsi ona ağır eşitmə İİİ-İV dərəcəli diaqnozu qoyulmuşdur. Akademik M.Ə.Miqasımov adına Respublika Klinik Xəstəxanası X10 821 nömrəli xx.xx.2023-cü il tarixli Nevrologiya komissiyasının rəyinə əsasən keçirilmiş qapalı kəllə-beyin travmasından sonrakı vəziyyət Postravmatik ensefalopatiya qıcolma sindromu ilə diaqnozu qoyulmuşdur. Bütün bunlara baxmayaraq cavabdeh orqan iddiaçıya əlilliyin təyin edilməsindən xx.xx.2023-cü il tarixli Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatında imtina etdiyini bildirmişdir.
5. Cavabdeh məhkəməyə təqdim etdiyi iddiaya yazılı etirazında göstərmişdir ki, iddiaçının əlillik vəziyyətinə sonuncu dəfə Bakı Xəzər Tibb Mərkəzinin xx.xx.2023-cü il tarixli göndərişi əsasında əlavə əyani müayinə edilərək baxılmış “Diaqnoz əlillik əlaməti təyin etmir” barədə imtina qərarı verilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası"nın və 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarlarf’na əsasən həyata keçirilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə" ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra - Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra - göndəriş) əsasında aparılır. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. Göndəriş verilməsi üçün əsaslara şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması, şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir), əlillik müddətinin bitməsindən sonra bu Qaydanın yuxarıda qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi, peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi və əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbi-sosial ekspertiza müayinəsinə zərurət yaranması aiddir. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır.
6. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək onun təmin edilməsini xahiş etdi.
7. Cavabdehin nümayəndəsi iddianın təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etdi.
8. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir.
9. Belə ki, iddia mümkün iddiadır. Çünki iddiaçının onun barəsində əlverişli inzibati aktın qəbul edilməsi üçün qaldırdığı bu iddia məcburetmə haqqında iddia olmaqla inzibati mübahisədir. İddiaçının belə bir iddia qaldırmaq üçün subyektiv hüququ mövcudur və məhkəməyəqədər cavabdeh orqana müraciət etmiş, imtina barədə qərar qəbul edildikdən sonra qanunla müəyyən edilmiş 30 gün müddətində məhkəməyə müraciət etmişdir.
10. İddianın əsaslılığına gəldikdə isə məhkəmə qeyd edir ki, “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun: - 3.1-ci maddəsinə əsasən şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi, o cümlədən əlilliyin təkrar qiymətləndirilməsi onun tibbi-sosial ekspertiza müayinəsinə göndərişi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil olduğu tarixdən 10 (on) iş günü müddətində, əlavə araşdırma tələb edildiyi halda isə 15 (on beş) iş günü müddətinə uzadılmaqla keçirilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. - 3.2-ci maddəsinə əsasən əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. - 3.3-cü maddəsinə əsasən şəxs müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir.
11. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın: -1.2-ci bəndinə görə Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra - Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra - TSEK) tərəfindən həyata keçirilir. -1.3-cü bəndinə görə TSEK-də əlilliyin müəyyən olunması barədə qərar sadə səs çoxluğu ilə qəbul edilir. -1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. -2.1-ci bəndinə görə şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra - Komissiya) tərəfindən “Tibbisosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra - göndəriş) əsasında aparılır. -2.2-ci bəndinə əsasən göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. -2.3-cü bəndinə görə göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. -2.4-cü bəndinə əsasən TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. -2.5-ci bəndinə əsasən TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. -2.6-cı bəndinə görə qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır.
12. Sadalanan normalardan müəyyən olunur ki, şəxsin əlilliyinin müəyyən edilməsi barədə qərarın qəbul edilməsi üçün:
1. tibb müəssisəsinin həkim-məsləhət komissiyası şəxsin müraciətdən 7 iş günündən (bu Qaydanın 1.5.2-ci yarımbəndində göstərilən hallarda 5 iş günündən) gec olmayaraq araşdırma aparır (zərurət olduqda bu müddət əlavə olaraq 10 iş gününədək artırılır) və araşdırma bitdikdən sonra 3 iş günü müddətindən gec olmayaraq göndəriş verilməsi barədə qərar qəbul edir.
2. Göndəriş “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra Əlillik altsisteminə ötürülür.
3. TSEK 10 iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir (əlavə araşdırma tələb olunduğu hallarda, bu müddət 15 iş gününədək uzadıla bilər), əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir.
13. Məhkəmə qeyd edir ki, iş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qüoşunlarının Hərbi-Həkim Kommisiyasının xx.xx.2018-ci il tarixli, 21 nömrəli qərarından görünür ki, xx.xx.1993-cü il tarixdən xx.xx.2006-cı il tarixədək DİN Daxili Qoşunlarda hərbi xidmətdə olmuş vətəndaş İddiaçı Füzuli rayonu uğrunda gedən döyüşlər zamanı mərmi partlaması nəticəsində xx.xx.1993-cü il tarixdən xx.xx.1993-cü il tarixədək Gəncə şəhər Ruhi-əsəb dispanserində stasionar müalicə olunduğu xəstəlikdiaqnoz: “Keçirilmiş kəllə-beyin travması (kontuziyası) nəticəsində asteno-nevrotik sindrom”. (DİN DQ Komandanının xx.xx.2018-ci il tarixli R/1598 nömrəli göndərişi, SHXÇDX-nin Bakı şəhər Xəzər rayon İdarəsindən xx.xx.2018-ci il tarixli 241 nömrəli məktubu, göndərişi və 37 nömrəli arayışı, Gəncə şəhər Ruhi-əsəb dispanserindən xx.xx.2017-ci il tarixli tibbi kartadan çıxarış, DQBİ Arxivindən xx.xx.2018-ci il tarixli 155 nömrəli arxiv arayışı ilə təsdiq edilir). “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi şəhadətləndirilmişdir.
14. İşdən görünür ki, xx.xx.2006-cı il tarixdə iddiaçıya “mədə və 12 b.b kəskinləşən qan axma ilə xora xəstəliyi” diaqnozu üzrə 1 il müddətinə “Azərbaycan Respublikasının ərazi butovıuyunun müdafiəsi ilə əlaqədar” səbəbi ilə ikinci dərəcə əlillik təyin edilmişdir.
15. xx.xx.2007-ci il tarixdə, xx.xx.2008-ci il tarixdə, xx.xx.2009-cu il tarixdə, xx.xx.2010-cü il tarixdə, xx.xx.2012-ci il tarixdə, xx.xx.2013-cü il tarixdə eyni əsasla iddiaçıya təkrar hər dəfə 1 il müddətinə ikinci dərəcə əlillik təyin olunmuşdur.
16. İşdən görünür ki, xx.xx.2014-cü ildə iddiaçıya “b/bağ.xroniki xora xəs-yi, tez-tez kəskinləşmələrlə ağrı sindromu və qanaxma əlamətləri ilə. xr.qastrit.12/b.b soğanağının çapıq deformasiyasi. həzm funksiyasının pozulması. xr.hepotoxolesistit” diaqnozu ilə 1 il müddəti “Hərbi xidmət dövrü ilə əlaqədar” səbəbi ilə ikinci dərəcə əlillik təyin edilmişdir.
17. 30.12.2015-ci ildə iddiaçıya “Hərbi xidmət dövrü ilə əlaqədar” səbəbi ilə “b/bağ.xroniki xora xəs-yi, tez-tez kəskinləşmələrlə ağrı sindromu və qanaxma əlamətləri ilə. xr.qastrit.12/b.b soğanağının çapıq deformasiyasi. həzm funksiyasının pozulması. xr.hepotoxolesistit” diaqnozu əsasında 5 il müddətinə ikinci dərəcə əlillik təyin edilmişdir.
18. 19.04.2018-ci il tarixdə iddiaçıya “Kəllədaxili travmaların nəticələri. Keçirilmiş qapalı kəllə-beyin travmasının kontuziyasının (1993) davamlı qalıq əlamətləri. Posttravmatik ensefalopatiya İİ mərhələ. Kəllə-daxili hipertenziya ilə müşayiət olunan teztez baş verən generalizə olunmuş qıcolma tutmaları (ayda 6-7 dəfə). Digər neqativ pozuntular. Kəskin ifadəli asteno-nevrotık sindrom, vestıbulyar funksiyaların pozğunluqları, vestıbulo-vegetatıv krızlər. Dəqiqləşdirilməmiş ensefalopatiya. Xoşxassəli kəllədaxili hipertenziya. Mədə xorası, 12 barmaq bağırsağının xroniki xorasının çapıq deformasiyası. Xroniki səthi qastrit. Xroniki qastrit.” diaqnozu ilə “Azərbaycan Respublikasının ərazi butovıuyunun müdafiəsi ilə əlaqədar” səbəbi ilə ikinci dərəcə (epilepsiya, tez- tez təkrarlanan (ayda azı 4 dəfə) tutmalarla və ya şəxsiyyətin nəzərəçarpan dərəcədə dəyişilməsi ilə (G40-G41.9)) əlillik təyin edilmiş, növbəti müayinə tarixi xx.xx.2023-cü il müəyyən edilmişdir.
19. İşdən görünür ki, Bakı Xəzər Tibb Mərkəzi tərəfindən xx.xx.2023-cü il tarixdə iddiaçı barəsində göndəriş verilmiş, göndərişdə əsas diaqnoz T90.5 - Kəllədaxili travmaların nəticələri, Qapalı Kəllə beyin Travmasının qalıq əlamətləri (İ Qarabağ Müharibəsi), ağırlaşmalar F02.8*- Başqa rubrikalarda təsnif edilən, digər dəqiqləşdirilmiş xəstəliklər zamanı demensiya, Baş beyinin üzvi xəstəliyi (İ Qarabağ Müharibəsi zamanı alınmış qapalı Kəllə beyin travması) Nəticəsində ağıl zəifliyi ( demensiya) MMSE-20, G93.8- Baş beynin digər dəqiqləşdirilmiş zədələnmələri, Postravmatik ensofalopatiya təkrarlar vestobolik vegetativ prizlər, R56- Başqa rubrikalarda təsnif olunmayan qıcolmalar, ayda (5-6 dəfə), H93.3- Eşitmə sinirinin xəstəlikləri, İki tərəfli koxliyar nevrit, H90.3 - Eşitmənin neyrosensor tipli iki tərəfli itirilməsi, iki tərəfli orta ağır (lll-İV) dərəcəli sensonevral tip eşitmə azlığı göstərilmişdir.
20. İşdən görünür ki, cavabdeh xx.xx.2023-cü il tarixdə “Diaqnoz əlillik əlaməti təyin etməməsi - Səbəb: Diaqnoz əlillik əlaməti təyin etmir” barədə qərar qəbul edilmişdir.
21. İşdə olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X3-sosial ekspert komissiyasının 3-17-4/3-3-16854/2023 saylı 08 avqust 2023-cü il tarixli qərarından görünür ki, Dövlət Tibbi-Sosial Ekspertiza və X3-sosial ekspert komissiyası (bundan sonra-Komissiya) xx.xx.2023-cü il tarixində 29 nəfər vətəndaşın müraciətlərinə əsasən əyani müayinəsini həyata keçirmiş və aşağıdakıları müəyyən etmişdir: “20. Bakı şəhər sakini xx.xx.1964-cü il təvəllüdlü İddiaçı (FİN: xxxxxxx) əlillik vəziyyətini qiymətləndirməsi üçün tibb müəssisəsinin yeni göndərişi rəsmiləşdirilmişdir, qərar verilməsi üçün Agentliyə göndərilmişdir (unikal kod). Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2018-ci il tarixli 21 nömrəli Qərar verilmişdir. Həmin qərarda “Keçirilmiş kəllə-beyin travması (kontuziyası) nəticəsində asteno-nevrotik sindrom” diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi Travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı üzün sol nahiyəsinin qıcolmasından, keyiməsindən, hissiyyatının olmamasından şikayətlənmiş, şəkərli diabet və mədə xorası xəstəliyindən əziyyət çəkdiyini, sol qulağında öncə küy olduğunu, sonradan isə eşitməsinin zəiflədiyini, 4 ildir ki, əsmələr, çənədə diskineziyaları olduğunu anamnestik məlumatlarında bildirmişdir. Medikamentoz preparatardan “Fillepsal”, “Essensial”, “Anzibel” qəbul etdiyini söyləmişdir. Müayinə zamanı əlillik təyinatına əsas verəcək nevroloji defisit və ruhi xəstəlik əlamətləri izlənilməmişdir. X9 xx.xx.2023-xx.xx.2023-cü il tarixli 3010 nömrəli Çıxarışında diaqnoz “Keçirilmiş qapalı kəllə-beyin travmasının qalıq əlamətləri. Postravmatik ensefalopatiya, tez- tez təkrarlanan qıcolma tutmaları ilə. Hipertoniya xəstəliyi İİİ mərhələ. Şəkərli diabet 2-ci tip. Sağ qulaqda orta dərəcəli, sol qulaqda ağır dərəcəli sensonevral tip ağıreşitmə. Astenonevrotik sindrom” kimi qeyd olunsa da, əlillik təyinatına əsas verməmişdir. X11 xx.xx.2023-cü il tarixli BERA testinin nəticəsi “İkitərəfli orta ağır (lll-İV) dərəcəli sensonevral tip eşitmə azlığı" kimi qeyd olunmuşdur. 2 nömrəli X1 xx.xx.2023-cü il tarixli 1981 nömrəli Tibbi Rəyində diaqnoz “Baş beynin üzvi xəstəliyi (İ Qarabağ müharibəsi zamanı alınmış QKBT) nəticəsində ağıl zəifliyi (demensiya). Anamnezində qıcolma tutmaları" kimi qeyd olunsa da, hal-hazırda klinik olaraq öz təsdiqini tapmamışdır. 2 nömrəli X1 xx.xx.2023-cü il tarixli Elektroensefaloqrafiya müayinəsinin nəticəsi “Diffuz rezidual-orqanik tipli dəyişikliklər fonunda mərkəz və gicgah paylarının paroksizmi qeyd olunur” kimi qeyd olunmuşdur. ƏƏSMN tabeliyində DTSERA xx.xx.2023-cü il tarixli Audiometriya müayinəsinin nəticəsi “Hər iki qulaqda İ dərəcəli ağır eşitmə (sağda 30 dB, sol gulagda 40 dB)” kimi müəyyənləşdirilmiş, əlillik təyinatına əsas verməmişdir. Hazırda əlillik təyinatına əsas verən dəyişikliklər aşkar edilməmişdir. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir.”
22. İddiaçı cavabdehin bu qərarı ilə razılaşmayaraq ona əlillik təyin edilməsi ilə bağlı məhkəməyə müracət etmişdir.
23. Məhkəmə icraatı zamanı iddiaçının bu müaricətinə yenidən baxılması üçün məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə cavabehə 30 (otuz) gün müddət təyin edilmişdir.
24. Həmin qərardadın icrası ilə bağlı Komissiya tərəfindən qəbul edilmiş xx.xx.2023cü il tarixli 3-17-4/3-3-19652/2023 nömrəli qərarından görünür ki, “İddiaçı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2018-ci il tarixli 21 nömrəli Qərar verilmişdir. Həmin qərarda “Keçirilmiş kəllə-beyin travması (kontuziyası) nəticəsində asteno-nevrotik sindrom" diaqnozlu travmanın səbəb əlaqəsi "Hərbi Travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir. Vətəndaş xx.xx.2023-cü il tarixində DTSERA-da əyani müayinədə olmuş, "Xəstənin obyektiv vəziyyətinin müayinəsi zamanı üzün sol nahiyəsinin qıcolmasından, keyiməsindən, hissiyyatının olmamasından şikayətlənmiş, şəkərli diabet və mədə xorası xəstəliyindən əziyyət çəkdiyini, sol qulağında öncə küy olduğunu, sonradan isə eşitməsinin zəiflədiyini, 4 ildir ki, əsmələr, çənədə diskineziyaları olduğunu anamnestik məlumatlarında bildirmişdir. Medikamentoz preparatardan “Fillepsal", "Essensial", “Anzibel” qəbul etdiyini söyləmişdir. Müayinə zamanı əlillik təyinatına əsas verəcək nevroloji defisit və ruhi xəstəlik əlamətləri izlənilməmişdir'’ kimi qeyd olunmuş, Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. X11 xx.xx.2023-cü il tarixli BERA testinin nəticəsi “İkitərəfli orta ağır (lll-İV) dərəcəli sensonevral tip eşitmə azlığı” kimi qeyd olunsa da, təqdim etdiyi xx.xx.2022-ci il tarixli Audiometriya müayinəsinin nəticəsində “Sağ qulaqda orta dərəcəli (İİ), sol qulaqda ağır dərəcəli (ili) sensonevral tip eşitmə zəifliyi” kimi qeyd edilmişdir. 2 nömrəli X1 xx.xx.2023-cü il tarixli 1/2294 nömrəli Tibbi rəyində diaqnoz "Baş beynin üzvi xəstəliyi (İ Qarabağ müharibəsi zamanı alınmış QKTB) nəticəsi ağıl zəifliyi (demensiya). Anamnezində qıcolma tutmaları" kimi qeyd olunmuş, əyani müayinə zamanı öz təsdiqini tapmamışdır. 2 nömrəli X1 xx.xx.2023-cü il tarixli Elektroensefaloqrafiya müayinəsinin nəticəsi "Diffuz rezidual-orqanik tipli dəyişikliklər fonunda mərkəz və gicgah paylarının paroksizmi qeyd olunur” kimi qeyd olunmuş, əlillik təyinatına əsas verməmişdir. X9 xx.xx.2023-xx.xx.2023-cü il tarixli 6928 nömrəli Çıxarışında diaqnoz "Keçirilmiş qapalı kəllə-beyin travmasının qalıq əlamətləri (İ Qarabaq müharibəsi zamanı). Postravmatik ensefalopatiya, qıcolma tutmaları ilə. Baş beynin üzvi xəstəliyi nəticəsində demensiya. Sağ bazu oynağının postravmatik kontrakturası. İkitərəfli sensonevral ağıreşitmə" kimi qeyd olunmuş, hiperdiaqnostikaya yol verilmiş, obyektiv müayinədə öz təsdiqini tapmamışdır. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı qıcolma tutmalarından, sol qulağında eşitmə zəifliyindən şikayətlənmiş, sol qulağında eşitmə cihazı müşahidə edilmişdir. Anamnezində təxminən 7 ildir ki, özünü xəstə hesab etdiyini bildirmiş, 2006-cı ilə qədər xidmətdə olduğunu söyləmişdir. Təqdim edilmiş sənədlərdə qeyd edilmiş diaqnozlar nə anamnestik, nə də klinik olaraq öz təsdiqini tapmamış, nevroloji defısit aşkar edilməmiş, koqnitiv funksiyaları saxlanılmışdır. Həmçinin, Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının xx.xx.2006-cı il tarixli 3 nömrəli Tibbi şəhadətləndirmə barədə Arayışında "12 barmaq bağırsağın soğanağının xroniki xorası, kəskinləşmə mərhələsi. Soğanağın deformasiyası və daralması, xoradan qanaxma əlamətləri’ diaqnozlu xəstəliyin səbəb əlaqəsi “Xəstəlik hərbi xidmət dövründə alınmışdır” kimi qeyd olunmuşdur. Bu Arayış əsasında səbəb əlaqəsi müəyyənləşdirilmiş əlillik təyinatlarının səbəb əlaqələri Hərbi xidmət dövrü kimi qeyd edilməlidir. Nəticədə, xx.xx.2006-cı il tarixli 1 (bir) il müddətinə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar ikinci dərəcə; xx.xx.2007-ci il tarixli 1 (bir) il müddətinə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar ikinci dərəcə; xx.xx.2008-ci il tarixli 1 (bir) il müddətinə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar ikinci dərəcə; xx.xx.2009-cu il tarixli 1 (bir) il müddətinə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar ikinci dərəcə; xx.xx.2010-cu il tarixli 1 (bir) il müddətinə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar ikinci dərəcə; xx.xx.2018-ci il tarixli 1 (bir) il müddətinə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar ikinci dərəcə; xx.xx.2012-ci il tarixli 1 (bir) il müddətinə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar ikinci dərəcə; xx.xx.2013-cü il tarixli 1 (bir) il müddətinə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar ikinci dərəcə əlillik təyinatlarının səbəb əlaqələrinin Hərbi xidmət dövrü ilə əlaqədar olaraq dəyişdirilməsi barədə qərar qəbul edilmişdir. Nəticədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir.”
25. Cavabdeh iddiaçının tələbini təmin etməkdən imtina etdikdən sonra məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə məhkəmə tibbi ekspertizası təyin edilmiş və ekspertizanın aparılması Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X5 ekspertlərinə həvalə edilmişdir.
26. İşdə olan Məhkəmə-Tibbi Ekspertiza və X5 xx.xx.2024-cü il tarixli T159/2024 saylı ekspert rəyində müəyyən edilmişdir ki: “1964-cü il təvəllüdlü İddiaçı adına tərtib edilmiş sənədlərə, özünün məhkəmə-tibbi müayinəsinə və qərardadda göstərilən suallara uyğun komissiya nəticəyə gəlir: 1,3,4. Səhiyyə Nazirliyi “MTE və PA Birliyi” Phş-si müalicə müəssisəsi olmadığından onun hazırda konkret olaraq hansı xəstəliklərdən əziyyət çəkməsi barədə fikir söyləmək mümkün olmadı. Lakin, İddiaçı tibbi sənədlərinə əsasən iş materiallarında olan əlillik vəziyyətinin Tibbi-Sosial Ekspert Komissiyaları tərəfindən qiymətləndirilməsi üçün xx.xx.2023-cü il tarixli, F00107961XXJ nömrəli göndərişində XBT-10 kodu ilə qeyd edilən “T90.5- kəllədaxili travmaların nəticələri, qapalı kəllə-beyin travmasınm qahq əlamətləri (İ Qarabağ müharibəsi). Ağırlaşma: G93.8-baş beyinin digər dəqiqləşdirilmiş zədələnmələri, posttravmatik ensefalopatiya təkrarlanan vestobolik-vegetativ krizlər; R56-başqa rubrikalarda təsnif olunmayan qıcolmalar, ayda (5-6 dəfə) H93.3-eşitmə sinirinin xəstəlikləri, ikitərəfli koxlear nevrit, H90.3- eşitmənin neyrosensor tipli ikitərəfli orta ağır (İİİ- İV) dərəcəli sensonevral tip eşitmə azlığı, F02.8*-başqa rubrikalarda təsnif edilən, digər dəqiqləşdirilmiş xəstəliklər zamanı demensiya, baş beyinin üzvü xəstəliyi (İ Qarabağ müharibəsi zamanı alınmış qapalı kəllə-beyin travması) nəticəsində ağıl zəifliyi (demensiya) MMSE-20. Yanaşı xəstəliklər: El 1-insulindən asılı olmayan şəkərli diabet, şəkərli diabet mərhələ İİ” diaqnozlarda olan xəstəliklərdən əziyyət çəkməsini inkar etmək də olmaz. Belə ki, həmin xəstəliklər onun anamnestik, klinik və laborator-instrumental müayinələri əsasında müəyyən edilmişdir. 2.Vətəndaş İddiaçı tibbi sənədlərinə əsasən onda hal hazırda Qərarın 2-ci bəndində qoyulmuş sualdakı patofunksional dəyişikliklərdən 2.33 (eşitmə zəifliyi İV dərəcə, ikitərəfli) və 2.38 (başqa rubrikalarda təsnif edilən digər xəstəliklər zamanı demensiya: yüngül təzahür dərəcəsi (MMSE- 23-20), unutqanlıq, vaxtı izləyə bilməmək, tanış yerlərdə itmək) bəndindəki patologiyalara rast gəlinir. Həmin patologiyalardan 2.33 tam instrumental müayinə metodları ilə (Bera testi), 2.38-də olan xəstəliklər isə həm klinik, həm də instrumental müayinə metodları ilə müəyyən edilmişdir.”
27. İşdə olan xx.xx.2024-cü il tarixli, 3052 nömrəli Respublika Psixiatriya Xəstəxanası X10 X6 Rəyindən görünür ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 17 fevral 2023-cü il 3-28/3-1-118/2023 saylı “Vətən müharibəsi iştirakçılarının psixiatriya müayinələrinin təşkili barədə” əmrinə uyğun İddiaçı Respublika Psixiatriya Xəstəxanasının nəzdində yaradılmış Həkim Psixiatr Komissiyası tərəfindən müayinə olunub. Diaqnoz: Baş beynin üzvi xəstəliyi (İ Qarabağ müharibəsi zamanı alınmış qapalı kəllə beyin travması) nəticəsində ağıl zəifliyi (demensiya) F 02.8, anamnezində qıcolma tutmaları MMSE-20.
28. Beləliklə, qeyd olunanlardan görünür ki, cavabdeh iddiaçıya əlillik təyin edilməsindən imtina edərkən onun sağlamlıq vəziyyətində əlillik təyinatına əsas verən dəyişikliklər aşkar edilmədiyini, buna görə də diaqnozun əlillik əlaməti təyin etmədiyi qənaətinə gəlsə də, iş materialları və ekspert rəyi ilə bu hal tam təkzib olunmuşdur.
29. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 1.1-ci bəndnə görə əlilliyin müəyyən olunması meyarları (bundan sonra – Meyarlar) “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi üçün əsas göstəriciləri müəyyən edir. Həmin Meyarların 3.1-ci bəndinə əsasən anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə əlaqədar çatışmazlıqdan (bundan sonra – xəstəlik, zədə və çatışmazlıqlar) irəli gələn orqanizmin funksiyalarının pozulması faizləri bu Meyarlara Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə uyğun olaraq aşağıdakı qaydada müəyyən edilir: 3.1.1. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİİ dərəcə məhdudlaşması halında – 81-100 faiz; 3.1.2. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİ dərəcə məhdudlaşması halında – 61-80 faiz; 3.1.3. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İ dərəcə məhdudlaşması halında – 31-60 faiz.
30. “Əlilliyin müəyyən olunması meyarları”na Əlavə olan “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nin 9.1-ci bəndinə əsasən - Qulağın və məməyəbənzər çıxıntının xəstəlikləri - H60-H95: 9.1.4. eşitmə zəifliyi İV dərəcə, ikitərəfli–orqanizmin funksiyalarının 50 faiz pozulması- müddətsiz əlillik təyini üçün əsasdır. Həmçinin həmin Meyarların 7.6-ci bəndinə əsasən - Simptomatik daxil olmaqla, üzvi psixi pozuntular; 7.6.1. başqa rubrikalarda təsnif edilən digər xəstəliklər zamanı demensiya- F02*; 7.6.1.1. yüngül təzahür dərəcəsi (MMSE- 23-20), unutqanlıq, vaxtı izləyə bilməmək, tanış yerlərdə itmək –orqanizmin funksiyalarının 35-60 faiz pozulması- 2 il müddətinə əlillik təyini üçün əsasdır.
31. Göründüyü kimi, Meyarlar şəxsdə XBT-10 (xəstəliklərin və sağlamlıqla bağlı problemlərin beynəlxalq statistik təsnifatı) kodu üzrə H93.3 və F02.8 diaqnozuna uyğun xəstəliyin olmasını əlilliyin təyini üçün əsas hesab etmişdir, hansı ki, bu xəstəliklər iddiaçı barəsində verilmiş göndərişdə təsbit edilmiş, ekspert rəyi ilə isə təsdiq olunmuşdur.
32. Belə olan halda məhkəmə hesab edir ki, nə qədər ki, işin yuxarıda sadalanan halları ilə iddiaçıda həmin xəstəliyin olması müəyyən edilir, deməli, cavabdehin iddiaçıda həmin xəstəliyin aşkar edilməməsi əsası ilə əlillik təyin etməsindən imtinası qanunsuz və əsassız olmuşdur.
33. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun 3.1-ci maddəsinə əsasən şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi, o cümlədən əlilliyin təkrar qiymətləndirilməsi onun tibbi-sosial ekspertiza müayinəsinə göndərişi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil olduğu tarixdən 10 (on) iş günü müddətində, əlavə araşdırma tələb edildiyi halda isə 15 (on beş) iş günü müddətinə uzadılmaqla keçirilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. Həmin Qanunun 3.3-cü maddəsinə görə şəxs müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. Qanunun 3.3-1-ci maddəsinə görə əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir.
34. Məhkəmə qeyd edir ki, iddiaçıya təyin edilmiş əlilliyin müddəti xx.xx.2023-cü il tarixdə bitmiş, əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndəriş isə 6 aylıq müddət keçmədən, xx.xx.2023-cü il tarixdə verildiyindən məhkəmə hesab edir ki, iddiaçıya əlillik xx.xx.2023-cü il tarixdən təyin edilməlidir.
35. İPM-in 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialar məcburetmə haqqında iddialara aiddir. İPM-i n 33.1-ci madəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Habelə İPM-in 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
36. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı: İddia təmin edilsin. İddiaçı 19 aprel 2023-cü il tarixdən əlilliyin təyin edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Səlma Salahova