Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2106/2024 29.03.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi ilə, İddiaçı2, İddiaçılar İddiaçı1 MMC və İddiaçı3 MMC-in nümayəndəsi (qanuni təmsilçisi) İddiaçı2, Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X7 üzrə Baş İdarəsinin nümayəndəsi X3 iştirakı ilə, Birgə iddiaçılar İddiaçı2, İddiaçı1 MMC və İddiaçı3 MMC-nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X7 üzrə Baş İdarəsinə qarşı “riskli vergi ödəyiciləri siyahısından çıxarılma” iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İ. Mübahisəli hüququn qısa xülasəsi
1. İddiaçı2 məhkəməyə iddia ərizəsi ilə müraciət edərək sahibkar kimi sərbəst səyyar fəaliyyətinin tanınması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. Tələb onunla əsaslandırılmışdır ki, İddiaçı2 İddiaçı3 MMC-in (VÖEN: **********) direktorudur. 2020-ci ildə Cavabdeh orqan Nazirlər Kabinetinin qərarına əsaslanaraq iddiaçının riskli vergi ödəyicisi olduğunu elan etmişdir. Odur ki, iddiaçının işinə əngəl törətmiş, sifarişçilər qarşısındakı öhdəliyini yerinə yetirməyə mane yaratmışdır. Nəticədə iddiamı sahibkarlıq fəaliyyətini dayandırmağa məcbur olmuşdur. İddiaçının işinin xüsusiyyəti belədir ki, iddiaçıya anbar saxlanılmasına ehtiyac yoxdur. Belə olan halda iddiaçı səyyar fəaliyyətlə çalışır.
3. Cavabdeh tərəfindən məhkəməyə yazılı vəsatət təqdim olunaraq bildirilmişdir ki, İddiaçı2 iddia ərizəsi mövcud qanunvericiliyin tələbləri pozulmaqla tərtib olunduğundan, hazırkı iddia mümkün hesab edilməməlidir. Belə ki, İnzibati Prosessual Məcəllənin 35.1-ci maddəsinə əsasən Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddənin məzmunundan da göründüyü kimi, iddia ərizəsinin mümkün sayılması üçün qanunverici hüquqlarının və ya qanunla qorunan maraqlarının pozulmasını əsaslandırmaq öhdəliyini iddiaçının üzərinə qoymuşdur. Lakin iddiaçı tərəfindən iddia ərizəsində yuxarıda göstərilən tələblərə riayət olunmamış, iddia tələbi dəqiq göstərilməmişdir. İnzibati Prosessual Məcəllənin 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Mülki Prosessual Məcəllənin (bundan sonra MPM) 77.1 -ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 149.2.3-cü maddəsinə əsasən iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı göstərilməlidir. MPM-in 152.1.1 -ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1 -ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Məhkəmə tərəfindən iddiaya inzibati icraat qaydasında baxılaraq hüquqi qiymət verilməsi qanunvericiliyin tələblərinə zidd olduğundan iddia qeyri-mümkün hesab edilməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin tələblərinə əsasən cavabdeh orqan iddianın mümkün hesab edilməməsi barədə qərardad qəbul edilməsini xahiş edirəm.
4. İddiaçı daha sonra məhkəməyə ərizə təqdim edərək iddiaçı qismində İddiaçı1 MMC göstərilməklə riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar qəbul edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
5. Məhkəmənin hazırki iş üzrə xx.xx.2023-cü il tarixli Qərardadı ilə iş üzrə İddiaçı2 əsl olan İddiaçı1 MMC ilə əvəz edilmiş, iddia tələbi “riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar qəbul edilməsi vəzifəsinin cavabdeh Dövlət Vergi Xidməti Bakı şəhəri X7 üzrə Baş İdarəsinin üzərinə qoyulması” kimi dəyişdirilmişdir.
6. İddiaçı daha sonra məhkəməyə ərziə təqdim edərək bigə iddiaçı qismində İddiaçı2, İddiaçı1 MMC və İddiaçı3 MMC nəzərə alınmaqla hər üç vergi ödəyicisinə münasibətdə riskli vergi ödəyicisi siyahısından çıxarılma barədə qərar qəbul edilməsini xahiş etmişdir.
7. Məhkəmənin hazırki iş üzrə xx.xx.2024-cü il tarixli Qərardadı ilə İddiaçı3 MMC-nin və İddiaçı2 İddiaçı1 MMC-nin cavabdeh Dövlət Vergi Xidməti Bakı şəhəri X7 üzrə Baş İdarəsinə qarşı “riskli vergi ödəyiciləri siyahısından çıxarılma” barədə iddia tələbinə dair iş üzrə inzibati məhkəmə icraatında birgə iddiaçılar qismində iştirakları nəzərə alınmış, iddia tələbi “hər 3 vergi ödəyicisinə münasibətdə riskli vergi ödəyiciləri siyahısından çıxarılma barədə qərar qəbul edilməsi” kimi dəyişdirilmişdir.
8. İddiaçı tərəfindən məhkəməyə xx.xx.2023-cü il tarixli ərizə təqdim olunaraq bildirilmişdir ki, xx.xx.2023-cü il tarixində Baş İdarədə iddiaçı ilə bağlı aparılmış araşdırma, xx.xx.2023-cü il tarixdə baş tutmuş məhkəmə iclası araşdırmasında iddiaçı tərəfindən aparılmış satışda uçot tələblərinin pozulması faktı məlum olmuşdur. Bu uçot tələbinin pozulması faktı verginin düzgün hesablanmasına təsir etməmiş, ziyana yol verməmişdir. Fəaliyyəti səyyar xarakter daşıdığı üçün və vasitəçilik fəaliyyətinə görə iddiaçı anbar tələbinin yerinə yetirilməsi zərurətinin, ehtiyacının və imkanının olmadığını qeyd etmişdir.
9. Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə xx.xx.2022-ci il tarixli, **********183900 nömrəli Qərarına əsasən Vergi ödəyicisi “PİRAMİDA-Mi” MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ (**********) riskli vergi ödəyicisi hesab edilmiş və riskli vergi ödəyiciləri siyahısına daxil edilmişdir.
10. Cavabdeh tərəfindən məhkəməyə təqdim olunan xx.xx.2023-cü il tarixli yazılı etirazda qeyd olunmuşdur ki, cavabdeh Bakı səhəri X7 üzrə Bas İdarəsi icraatınızda olan 2-1(112)- 13220/2023 saylı iş üzrə iddia ərizəsində irəli sürülən iddia tələblərinə qarşı aşağıda qeyd olunan faktlara və hüquq normalarına əsaslanaraq etiraz edir: Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinə görə, riskli vergi ödəyicisi - müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi meyarlara cavab verən, o cümlədən əmtəəsiz və (və ya) riskli əməliyyatlar aparan şəxsdir. Maddədə qeyd olunan meyarları təsdiq edən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) dedikdə Azərbaycan Respublikası Nazirlər Kabineti nəzərdə tutulur. AR Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli 265 nömrəli qərarı ilə təsdiq olunmuş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları” sözügedən məsələni tənzimləyir. İddiaçı ərizəsində qeyd etmişdir ki, fəaliyyəti səyyar xarakter daşıdığı üçün və vasitəçilik fəaliyyətinə görə anbar və ya digər təsərrüfat subyekti olmasına zərurəti, ehtiyacı və imkanı yoxdur. Cavabdeh bildirir ki, yuxarıda qeyd olunan Meyarların 2.1.3-cü bəndinə görə, idxalatçının, istehsalçının və ya idxalatçı olmayan ticarət fəaliyyəti həyata keçirən şəxsin vergi orqanında qeydiyyatda olan anbarı (o cümlədən icarəyə götürdüyü anbarı) və ya digər təsərrüfat subyekti (obyekti) olmadıqda və yaxud qeydiyyatda olan anbarın və ya digər təsərrüfat subyektinin (obyektinin) sahəsi ilə idxal və ya əldə edilən malların həcmi uyğunluq təşkil etmədikdə (digər şəxslər üçün sifariş əsasında gətirilən və bilavasitə sifarişçilərə təhvil verilən (sifarişçi vergi ödəyicisi olduqda VÖEN-i, fiziki şəxs olduqda adı, soyadı, atasının adı və FİN-i) mallar və hər bir sifarişçi üzrə sifarişin məbləği barədə məlumatların vergi orqanına təqdim edildiyi hallar istisna olmaqla) vergi ödəyicisi riskli vergi ödəyicisi hesab olunur. Belə ki, qeyd olunan məsələ üzrə İddiaçı1 MMC-nin fəaliyyəti təhlil olunmuşdur. Aparılmış təhlillər zamanı vergi ödəyicisinin ticarət fəaliyyətini həyata keçirməsinə baxmayaraq qeydiyyatda olan anbarının (o cümlədən icarəyə götürdüyü anbarının) və ya digər təsərrüfat subyektinin (obyektinin) olmadığı müəyyən edilmişdir. Odur ki, vergi ödəyicisinə xx.xx.2023-cü il tarixli **********054000 nömrəli “Riskli əməliyyatların araşdırılması barədə” bildiriş göndərilmişdir. Beləliklə Meyarların 2.1.3-cü bəndinə əsasən hüquqi şəxs İddiaçı1 MMC riskli vergi ödəyicisi hesab edilərək barəsində xx.xx.2022-ci il tarixli **********482700 nömrəli “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə” Qərar çıxarılmış və vergi ödəyicisinin elektron qutusuna göndərilmişdir. Həmçinin təhlil zamanı, vergi ödəyicisinin fəaliyyətini müvəqqəti dayandırdığı, əsas fəaliyyət növünün obyekt tələb edən fəaliyyət sahəsi olmasına baxmayaraq, vergi orqanında qeydiyyata qoyulmuş təsərrüfat subyektinin (obyektinin) olmadığı məlum olmuşdur. Qeyd olunanlarla yanaşı bildirilir ki, yuxarıda qeyd olunmuş Meyarların 2.1.6.-cı yarımbəndinə əsasən bu Meyarların 2.1.1-2.1.5-ci yarımbəndləri ilə müəyyən edilmiş riskli vergi ödəyicisi olan fiziki şəxsin icra orqanının rəhbəri və ya təsisçisi olduğu hüquqi şəxs riskli sayılır. Belə ki, araşdırma zamanı cəmiyyətin rəhbəri fərdi sahibkar İddiaçı2 (VÖEN: **********) da Meyarların 2.1.1 və 3.1.1-ci bəndlərinə əsasən riskli vergi ödəyicisi olduğu, alışında və idxalında olmadan xx.xx.2022-xx.xx.2022-ci il tarixlərində cəmi 35.6 min manat dəyərində “Boru, Dairəvi paydaxlama dəzgahı model, torma borukəsən dəzgah model və s." qeyd olunan elektron qaimə-fakturalar üzrə mal təqdim etdiyi və qeyd olunan riskli əməliyyatlarını aradan qaldırmadığı (riskli elektron qaimə-fakturalarını ləğv etmədiyi və ya dəqiqləşdirmədiyi), eyni zamanda təqdim edilmiş elektron qaimə-fakturalara görə əldə edilmiş vəsaitin bank hesabı vasitəsilə geri qaytarıldığını əks etdirən sənədləri təqdim etmədiyi aşkar edilmişdir. İddiaçı2 eyni zamanda "xxxx" MMC-nin (VÖEN: **********) rəhbəri olması da müəyyən edilmişdir ki, qeyd olunan cəmiyyətin fəaliyyətinin aktiv olmasına və əsas fəaliyyət növünün obyekt tələb edən fəaliyyət sahəsi olmasına baxmayaraq, vergi orqanında qeydiyyatda olan təsərrüfat subyektinin (obyektinin) olmaması və müvafiq əmək müqaviləsi əsasında muzdlu işə cəlb edilmiş işçilərinin, o cümlədən direktorunun olmadığı aşkar edilmişdir. Əmək qanunvericiliyinə əsasən hüquqi şəxsin rəhbəri muzdlu işçi hesab olunduğundan tərəflər arasında əmək müqaviləsi bağlanmalıdır. Beləliklə araşdırmanın nəticəsi olaraq vergi ödəyicisi tərəfindən riskli əməliyyatların aradan qaldırılmadığı aşkar edilmiş və riskli vergi ödəyicisi siyahısından çıxarılması mümkün olmamışdır. Göründüyü kimi, iddiaçının ərizəsində qeyd etdiklərinin əksinə, vergi ödəyicisinin konkret olaraq hansı əsaslarla riskli vergi ödəyiciləri siyahısına daxil edilməsi dəqiq müəyyən edilmişdir. Vergi Məcəlləsinin 13.2.69-cu maddəsinə görə vergi tutulan əməliyyatın faktiki iqtisadi göstəriciləri dəyişmədən, vergilərin bu Məcəllədə müəyyən edilmiş müddətlərdə və məbləğdə ödənilməsindən yayınma vergi üstünlüyüdür. Həmin Məcəllənin 13.2.70-ci maddəsinə görə vergidən yayınma sxemi dedikdə vergi üstünlüyü əldə etmək məqsədi ilə hər hansı formada bağlanılmış əqd və ya aparılmış əməliyyat başa düşülür. İnzibati Prosessual Məcəlləsinin 32.1-ci maddəsinə görə, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən həmin Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 58.7-ci maddəsinə görə, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1 -ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Yuxarıda göstərilənlərə əsasən vergi orqanının hüquq və vəzifələrini icra edərək iddia ərizəsinə münasibət bildirilməklə sadalanan faktlara və hüquq normalarına əsaslanaraq məhkəmədən iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir.
11. Cavabdeh tərəfindən məhkəməyə təqdim olunan xx.xx.2024-cü il tarixli yazılı etirazda qeyd olunmuşdur ki, cavabdeh Bakı səhəri X7 üzrə Bas İdarəsi icraatınızda olan 2-1(112)- 13220/2023 saylı is üzrə iddia ərizəsində irəli sürülən iddia tələblərinə qarşı asadı da qeyd olunan faktlara və hüquq normalarına əsaslanaraq etiraz edir: İddiaçı2 barəsində çıxarılmış “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə” qərara münasibətdə bildirilmişdir ki, vergi ödəyicisi tərəfindən xx.xx.2022xx.xx.2022-ci il tarixlərində cəmi 35,5 min manat dəyərində təqdim edilmiş qaimə fakturalar üzrə “Boru, Dairəvi paydaxlama dəzgahı model, torma borukəsən dəzgah model” satışda qeyd olunduğu müəyyən edilmişdir. Lakin elektron qaimə-faktura üzrə vergi ödəyicisinin alışında, idxalında qeyd edilən mallar (iş, xidmət) müəyyən edilməmişdir. Eyni zamanda vergi ödəyicsinin təsərrüfat subyektinin (obyekt) qeydə alınmadığı müəyyən edilmişdir. Qeyd edilənləri nəzərə alaraq Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli 265 nömrəli qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın 2.1.1-ci, 3.1.1 və 2.1.3-cü yarımbəndlərinə əsasən vergi ödəyicisi riskli vergi ödəyicisi hesab olunmuş və xx.xx.2023-ci il tarixli **********579600 nömrəli “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə” Qərar qəbul edilmişdir. Təhlil zamanı vergi ödəyicisi tərəfindən riskli elektron qaimə-fakturaların ləğv edilmədiyi, təsərrüfat subyektinin qeydiyyata alınmadığı və risk yaradan halların aradan qaldırılmadığı müəyyən edilmişdir. Vergi ödəyicisi tərəfindən alınan qeyd olunan malların alış sənədləri vergi orqanına təqdim edilməmişdir. Vergi Məcəlləsinin 130.1-ci maddəsinə əsasən vergi ödəyicisi vergi tutulan gəlirin (mənfəətin) dəqiq əks etdirilməsi üçün sənədləşdirilmiş məlumat əsasında gəlirlərinin və xərclərinin vaxtlı-vaxtında dəqiq uçotunu aparmağa, bu fəsilə uyğun şəkildə tətbiq edilən uçot metodundan asılı olaraq gəlirlərini və xərclərini onların əldə edildiyi və ya çəkildiyi müvafiq hesabat dövrlərinə aid etməyə borcludur. Vergi ödəyicisinin istifadə etdiyi uçot metodunda xərclərin və daxilolmaların müddətləri və uçotu qaydasına dair bütün tələblər nəzərə alınmalıdır. Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 16 iyun tarixli 1460 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Topdansatış ticarət fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması Qaydası”nın 2.1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Vergi Məcəlləsinə uyğun olaraq, topdansatış ticarət sahəsində fəaliyyət göstərən vergi ödəyiciləri gəlirlərinin və xərclərinin vaxtlı-vaxtında dəqiq uçotunu aparmağa, həmin Məcəlləyə əsasən tətbiq edilən uçot metodundan asılı olaraq, gəlirlərini və xərclərini onların əldə edildiyi və ya çəkildiyi müvafiq hesabat dövrlərinə aid etməyə və bu fəaliyyətlə bağlı bütün əməliyyatların başlanmasını, gedişini və başa çatmasını müəyyənləşdirməyə imkan verən uçot aparılmasını təmin etməyə borcludurlar. Həmin Qaydanın 2.2-ci bəndinə əsasən topdansatış ticarət fəaliyyət göstərən vergi ödəyiciləri mühasibat uçotunun, gəlirlərin (xərclərin) və vergitutma obyektlərinin, o cümlədən əmtəə-material ehtiyatlarının uçotunun aparılması, habelə uçot sənədlərinin tərtib edilməsi və saxlanması ilə bağlı Azərbaycan.Respublikasının Vergi Məcəlləsi və “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş vəzifələri, habelə onlara uyğun qəbul edilmiş digər qanunvericilik aktlarının tələblərini yerinə yetirməyə borcludurlar. Həmin Qaydanın 3.1-ci bəndinə əsasən topdansatış ticarət sahəsində fəaliyyət göstərən vergi ödəyicilərinin bu fəaliyyətin həyata keçirilməsi üçün vergi ödəyicisi kimi uçotda olan şəxslərdən, o cümlədən istehsalçılardan satın aldıqları mallar aşağıdakı qaydada sənədləşdirilir: 3.1.1. topdansatış ticarət sahəsində fəaliyyət göstərən vergi ödəyiciləri malları əlavə dəyər vergisinin (ƏDV-nin) məqsədləri üçün qeydiyyata alınmayan vergi ödəyicilərindən aldıqda, bu malların alışına dair Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş elektron qaimə-fakturanı malgöndərən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (bundan sonra - Dövlət Vergi Xidməti) İnternet Vergi İdarəsi portalında elektron qaimə-faktura sistemi vasitəsilə hazırlayır və avtomatik olaraq alıcının elektron kabinetinə ötürür; 3.1.2. topdansatış ticarət sahəsində fəaliyyət göstərən vergi ödəyiciləri malları ƏDV-nin məqsədləri üçün qeydiyyata alınmış vergi ödəyicilərindən aldıqda, bu malların alışına dair elektron qaimə-fakturanı malgöndərən Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsi portalında elektron sistem vasitəsilə hazırlayır və avtomatik olaraq alıcının elektron kabinetinə ötürür. Həmin Qaydanın 3.2-ci bəndinə əsasən mallar vergi orqanında uçotda olmayan şəxslərdən alındıqda, “Malların alış aktı” və malların alışı tarixindən 5 gün müddətində “Malların elektron alış aktı” tərtib edilir. “Malların elektron alış aktı” çap edilərək vergi orqanında uçotda olmayan fiziki şəxs tərəfindən imzalandığı halda həmin sənəd malların alışını təsdiq edən sənəd hesab edilir və kağız daşıyıcıda “Malların alış aktı” tərtib edilmir. “Malların alış aktfnda (“Malların elektron alış aktı”nda) satıcının şəxsiyyətini təsdiq edən sənədin məlumatlarının (FİN, seriyası və nömrəsi) göstərilməsi mütləqdir. Belə malların anbara təhvil verilməsi “Malların təhvil-qəbul aktı” ilə sənədləşdirilir. Həmin Qaydanın 3.3-cü bəndinə əsasən vergi ödəyicisi malları təhtəlhesab şəxs vasitəsilə aldıqda, təhtəlhesab şəxsə malların alınması üçün vəkalətnamə verir. Malların alışı zamanı təhtəlhesab şəxs satıcıya malların alınması üçün vəkalətnamə təqdim etdikdən sonra satıcı malların alınması üçün vəkalətnamə verən vergi ödəyicisinin adına sənədləşdirilmiş malların satışına dair elektron qaimə-fakturanı malgöndərən Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsi portalında elektron qaimə-faktura sistemi vasitəsilə hazırlayır və avtomatik olaraq alıcının elektron kabinetinə ötürür. Təhtəlhesab şəxsin malları anbara təhvil verməsi “Malların təhvil-qəbul aktı” ilə sənədləşdirilir. Həmin Qaydanın 3.4-cü bəndinə əsasən idxal mallarının anbara mədaxili alış dəyərini təsdiq edən sənədlə sənədləşdirilir. İdxal malları uçota alınarkən həmin malların idxalına dair gömrük bəyannaməsi, faktura (invoys) və müqavilə əsas götürülür. Həmin sənədlərə idxal mallarının daşınmasına dair müqavilə, gömrük təmsilçiliyi birbaşa, yaxud dolayı yolla həyata keçirildikdə - müvafiq səlahiyyətin verilməsini təsdiq edən sənəd, elektron əmtəənəqliyyat qaiməsi, gömrük ödənişlərinin ödənilməsini və ya gömrük borcuna görə təminatın verilməsini təsdiq edən sənədlər əlavə edilir. İdxal malları uçot sənədlərində qeydiyyata alınarkən həmin malların alış qiymətinin (faktura qiyməti), nəqliyyat xərclərinin, malların yüklənmə, boşaldılma, yenidən yüklənmə, saxlanma və sığorta xərclərinin cəmi nəzərə alınır. İddiaçının təsisçi və rəhbəri olduğu İddiaçı1 MMC-nin (VÖEN: **********) “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə” Qərara münasibətdə bildiririk ki, aparılmış təhlillər zamanı vergi ödəyicisinin ticarət fəaliyyətini həyata keçirməsinə baxmayaraq, qeydiyyatda olan anbarının (o cümlədən icarəyə götürdüyü anbarının) və ya digər təsərrüfat subyektinin (obyektinin) olmadığı müəyyən edilmişdir. Beləliklə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli 265 nömrəli qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarlan”nın 2.1.3-cü bəndinə əsasən hüquqi şəxs İddiaçı1 MMC riskli vergi ödəyicisi hesab edilərək barəsində xx.xx.2022-ci il tarixli **********482700 nömrəli “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə” Qərar çıxarılmış və vergi ödəyicisinin elektron qutusuna göndərilmişdir. Həmçinin təhlil zamanı vergi ödəyicisinin fəaliyyətini müvəqqəti dayandırdığı, əsas fəaliyyət növünün “Metal və metal məmulatların pərakəndə satışı” olduğu və bu fəaliyyət sahəsinin “İqtisadi fəaliyyət növləri üzrə vergi münasibətlərinin vahid standartları”na əsasən obyekt tələb edən fəaliyyət sahəsi olmasına baxmayaraq, vergi orqanında qeydiyyata qoyulmuş təsərrüfat subyektinin (obyektinin) olmadığı məlum olmuşdur. Xüsusilə vurğulanır ki, iddiaçı məhkəmə prosesində İddiaçı1 müəssisəsi adından heç bir əməliyyat aparılmadığını, müəssisə yaradıldıqdan sonra fəaliyyətinin dərhal dayandırıldığını bildirsə də, İddiaçı1 MMC tərəfindən xx.xx.2023-cü il tarixində "xxxx" MMC-yə 8500,0 manat dəyərində elektron qaimə-faktura əsasında mal (iş, xidmət) təqdim edilmişdir. Qeyd olunan təqdim etmə vergi ödəyicisi tərəfindən təqdim olunmuş 2023 ilin 2ci rübü üzrə sadələşdirilmiş vergi bəyannaməsində də öz əksini tapmışdır. İddiaçı2 təsisçi və rəhbəri olduğu İddiaçı3 MMC-nin (VÖEN: **********) “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə” Qərara münasibətdə bildirilir ki, vergi ödəyicisinin fəaliyyət növünün “Dəzgahların pərakəndə satışı” olmasına bu fəaliyyət sahəsinin “İqtisadi fəaliyyət növləri üzrə vergi münasibətlərinin vahid standartları”na əsasən obyekt tələb edən fəaliyyət sahəsi olmasına baxmayaraq, vergi orqanında qeydiyyata qoyulmuş təsərrüfat subyektinin (obyektinin) olmadığı məlum olmuşdur. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli 265 nömrəli qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarlan”nın 2.1.3, 2.1.6-cı bəndinə əsasən vergi ödəyicisi riskli vergi ödəyicisi hesab edilərək barəsində xx.xx.2023-cü il tarixli **********698200 nömrəli “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə” Qərar çıxarılmış və vergi ödəyicisinin elektron qutusuna göndərilmişdir. Eyni zamanda xüsusilə vurğulanır ki, İddiaçı2 məhkəmə prosesində etiraf etmişdir ki, fiziki şəxs kimi riskli vergi ödəyicisi hesab olunduğu üçün İddiaçı3 MMC və İddiaçı1 MMCni vergi orqanında qeydiyyata aldırmışdır. Bu isə iddiaçının əməliyyatlarının riskli olmasını və vergi orqanının qərarlarının ədalətli olmasını bir daha sübut edir. Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinə görə, riskli vergi ödəyicisi - müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi meyarlara cavab verən, o cümlədən əmtəəsiz və (və ya) riskli əməliyyatlar aparan şəxsdir. Vergi Məcəlləsinin 13.2.69-cu maddəsinə görə vergi tutulan əməliyyatın faktiki iqtisadi göstəriciləri dəyişmədən, vergilərin bu Məcəllədə müəyyən edilmiş müddətlərdə və məbləğdə ödənilməsindən yayınma vergi üstünlüyüdür. Həmin Məcəllənin 13.2.70-ci maddəsinə görə vergidən yayınma sxemi dedikdə vergi üstünlüyü əldə etmək məqsədi ilə hər hansı formada bağlanılmış əqd və ya aparılmış əməliyyat başa düşülür. Həmin Məcəllənin 13.2.81-ci maddəsinə əsasən əmtəəsiz əməliyyat-vergi nəzarəti tədbiri zamanı aşkarlanan, başqa əməliyyatı pərdələmək məqsədilə və ya bu cür məqsəd olmadan aparılan və faktiki olaraq mallar, işlər və xidmətlər təqdim edilmədən mənfəət (gəlir) əldə etmək məqsədilə rəsmiləşdirilən əməliyyatlardır. İnzibati Prosessual Məcəlləsinin 32.1-ci maddəsinə görə, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən həmin Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 58.7-ci maddəsinə görə, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1 -ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Yuxarıda göstərilənlərə əsasən vergi orqanının hüquq və vəzifələrini icra edərək iddia ərizəsinə münasibət bildirilməklə sadalanan faktlara və hüquq normalarına əsaslanaraq məhkəmədən iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir.
12. Cavabdeh tərəfindən İddiaçı1nə ünvanlanan “Riskli əməliyyatların araşdırılması barədə” məktubda qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinə əsasən riskli vergi ödəyicisi Azərbaycan Respublikası Nazirlər Kabinetinin təsdiq etdiyi meyarlara cavab verən, o cümlədən əmtəəsiz və (və ya) riskli əməliyyatlar aparan şəxsdir. Vergi ödəyicisinin riskli vergi ödəyicisi olması, habelə riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə Qərar İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən qəbul edilir. Qeyd edək ki, “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları” Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmişdir. Vergi orqanı tərəfindən aparılan araşdırma nəticəsində “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarlarının 2.1.3. idxalatçının, istehsalçının və ya idxalatçı olmayan ticarət fəaliyyəti həyata keçirən şəxsin vergi orqanında qeydiyyatda dan anbarı (o cümlədən icarəyə götürdüyü anbarı) və ya digər təsərrüfat subyekti (obyekti) dmadıqda və yaxud qeydiyyatda dan anbarın və ya digər təsərrüfat subyektinin (obyektinin) sahəsi ilə idxal və ya əldə edilən malların həcmi uyğunluq təşkil etmədikdə (digər şəxslər üçün sifariş əsasında gətirilən və bilavasitə sifarişçilərə təhvil verilən (sifarişçi vergi ödəyicisi dduqda VÖEN-i, fiziki şəxs dduqda adı, scyadı, atasının adı və FİN-i) mallar və hər bir sifarişçi üzrə sifarişin məbləği barədə məlumatların vergi orqanına təqdim edildiyi hallar istisna dmaqla), bəndlərinə uyğunluğunuz müəyyən edilmişdir. Riskin məzmunu barədə: Aparılmış təhlillər zamanı vergi ödəyicisinin ticarət fəaliyyətini həyata keçirməsinə baxmayaraq, qeydiyyatda dan anbarının (o cümlədən icarəyə götürdüyü anbarının) və ya digər təsərrüfat subyektinin (obyektinin) dmadığı müəyyən edilmişdir. Qeyd edilənləri nəzərə alaraq Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli 265 nömrəli qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın 2.1.3-cü yarımbəndinə əsasən vergi ödəyicisi riskli hesab dunur. Bu səbəbdən həmin əməliyyatların qanunvericiliyin tələblərinə uyğun həyata keçirilməsinin və riskli halların nümayəndənizin iştirakı ilə xx.xx.2023 il tarixdə yenidən araşdırılması üçün aparılmış əməliyyatlar barədə aşağıdakı məlumatları və təsdiqedici sənədlərin lazımi qaydada təsdiq edilmiş surətlərini 5 iş günü ərzində qeydiyyatda dduğunuz vergi orqanına təqdim etməli olduğu bildirilir. Sənədlər: malların təhvil-qəbul aktları müqavilələr kassa mədaxil-məxaric sənədləri üzləşmə aktları alış aktlarının tarixi, seriya və nömrələri yd vərəqələri invoys əldə edilmiş elektron qaimələrin tarixi, seriya və nömrələri bank hesabından çıxarış (ƏDV qeydiyyatı dmayan vergi ödəyiciləri üzrə) mülkiyyətində dan və ya icarəyə götürülmüş daşmar və daşınmaz əmlaklar barədə təsdiqedici sənədlər görülmüş işlər və ya göstərilmiş xidmətlər üzrə malmaterial sərfi barədə sənədlər operativ vergi nəzarəti zamanı aşkarlanan və müvafıq qaydada aktlaşdırılaraq maliyyə sanksiyası tətbiq dunan mal qalığı riskli sayılan əməliyyatlar üzrə malların satışının həyata keçirildiyi obyekt, obyektin adı, fəaliyyət sahəsinə uyğunluğu barədə izahat əməliyyatın riskli olmasını hesab etməyə əsas verən hallan təkzib edən digər təsdiqedici sənədlər və məlumatlar Araşdırmada şəxsən iştirak edəcəyiniz təqdirdə şəxsiyyətinizi təsdiq edən sənədin, səlahiyyətli nümayəndə (qanuni nümayəndə) vasitəsilə iştirak edəcəyiniz təqdirdə nümayəndənin şəxsiyyətini və səlahiyyətini təsdiq edən sənədlərin surətinin təqdim edilməsi tələb olunur. Tələb olunan sənədlər qeyd olunan müddətdə təqdim olunmadıqda apardığınız əməliyyatlara uyğun olaraq qanunamüvafıq Qərar qəbul olunacaqdır. Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinə uyğun olaraq riskli vergi ödəyicisi olması barədə Qərar çıxarılmış vergi ödəyicilərinə dair məlumat vergi ödəyiciləri tərəfindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsi portalında elektron qaimə-faktura sistemi vasitəsilə aparılan əməliyyatlar zamanı xəbərdarlıq xarakterli bildirişlərdə əks olunur. Riskli vergi ödəyiciləri ilə bağlı Vergi Məcəlləsinin 38.3.8-1 -ci, 50.2.5-ci, 78.4-cü, 83.7ci, 85.8.2-ci, 85.9-1.2-ci, 87.3-1-ci, 89.3-cü, 109.9-cu, 175.11 -ci və 179.4-cü maddələri ilə müəyyən edilmiş məhdudiyyətlər nəzərdə tutulmuşdur.
13. “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə” xx.xx.2023-cü il tarixli, **********579600 nömrəli Qərarda qeyd olunmuşdur ki, ƏDV sub-uçot hesabı üzrə mədaxilməxaric əməliyyatları, elektron qaimə-faktura üzrə əldə edilmiş və təqdim edilmiş mallar (görülmüş işlər, göstərilmiş xidmətlər), idxal-ixrac əməliyyatları, mövcud uçot baza məlumatları və digər mənbəyi bəlli olan məlumatlar üzrə aparılmış araşdırma nəticəsində uyğunsuzluq (lar) aşkar edilmişdir. Vergi ödəyicisi tərəfindən xx.xx.2022-xx.xx.2022-ci il tarixlərində cəmi 35,5 min manat dəyərində təqdim edilmiş qaimə-fakturalar üzrə “Boru, Dairəvi paydaxlama təzgahı model, torma borukəsən dəzgah model” satışda qeyd olunduğu müəyyən edilmişdir. Lakin elektron-qaimə faktira üzrə vergi ödəyicisinin alışında, idxalında qeyd edilən mallar (iş, xidmət) müəyyən edilməmişdir. Eyni zamanda vergi ödəyicisinin təsərrüfat subyektinin (obyekt) qeydə alınmadığı müəyyən edilmişdir. Qeyd edilənləri nəzərə alaraq Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli 265 nömrəli qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nm 2.1.3-cü yarımbəndinə əsasən vergi ödəyicisi riskli hesab olunur. Qeyd edilənlərə əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin. o cümlədən riskli əməliyyatların meyarları”nın 2.1.1, 3.1.1 yarımbəndinə uyğun olaraq aşağıdakı risk meyarı (meyarları) müəyyən edilmişdir: 2.1.1. bu Meyarların 3-cü hissəsində nəzərdə tutulan riskli əməliyyatları aparan şəxs olduqda 3.1.1. vergi ödəyicilərinin təqdim etdiyi elektron qaimə-fakturalarda aldığı və ya idxal etdiyi mal çeşidlərindən fərqli mal çeşidlərinin göstərildiyi aşkar edildikdə. “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə” xx.xx.2023-cü il tarixli, **********579600 nömrəli Qərara əsasən Vergi ödəyicisi İddiaçı2 riskli vergi ödəyicisi hesab edilmiş və riskli vergi ödəyiciləri siyahısına daxil edilmişdir.
14. “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə” xx.xx.2023-cü il tarixli, **********482700 nömrəli Qərarda qeyd olunmuşdur ki, ƏDV sub-uçot hesabı üzrə mədaxilməxaric əməliyyatları, elektron qaimə-faktura üzrə əldə edilmiş və təqdim edilmiş mallar (görülmüş işlər, göstərilmiş xidmətlər), idxal-ixrac əməliyyatları, mövcud uçot baza məlumatları və digər mənbəyi bəlli olan məlumatlar üzrə aparılmış araşdırma nəticəsində uyğunsuzluq (lar) aşkar edilmişdir. Aparılmış təhlillər zamanı vergi ödəyicisinin ticarət fəaliyyətini həyata keçirməsinə baxmayaraq, qeydiyyatda olan anbarının (o cümlədən icarəyə götürdüyü anbarının) və ya digər təsərrüfat subyektinin (obyektinin) olmadığı müəyyən edilmişdir. Qeyd edilənləri nəzərə alaraq Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli 265 nömrəli qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın 2.1.3-cü yarımbəndinə əsasən vergi ödəyicisi riskli hesab olunur. Qeyd edilənlərə əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin “28 iyul 2020-ci il tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin. o cümlədən riskli əməliyyatların meyarları”nın 2.1.3-cü yarımbəndinə uyğun olaraq aşağıdakı risk meyarı (meyarları) müəyyən edilmişdir: 2.1.3. idxalatçının, istehsalçının və ya idxalatçı olmayan ticarət fəaliyyəti həyata keçirən şəxsin vergi orqanında qeydiyyatda olan anbarı (o cümlədən icarəyə götürdüyü anbarı) və ya digər təsərrüfat subyekti (obyekti) olmadıqda və yaxud qeydiyyatda olan anbarın və ya digər təsərrüfat subyektinin (obyektinin) sahəsi ilə idxal və ya əldə edilən malların həcmi uyğunluq təşkil etmədikdə (digər şəxslər üçün sifariş əsasında gətirilən və bilavasitə sifarişçilərə təhvil verilən (sifarişçi vergi ödəyicisi olduqda VÖEN-i, fiziki şəxs olduqda adı, sovadı, atasının adı və FİN-i) mallar və hər bir sifarişçi üzrə sifarişin məbləği barədə məlumatların vergi orqanına təqdim edildiyi hallar istisna olmaqla) “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə” xx.xx.2023-cü il tarixli, **********482700 nömrəli Qərara əsasən Vergi ödəyicisi İddiaçı1 (**********) riskli vergi ödəyicisi hesab edilmiş və riskli vergi ödəyiciləri siyahısına daxil edilmişdir.
15. “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə” xx.xx.2023-cü il tarixli, **********698200 nömrəli Qərarda qeyd olunmuşdur ki, ƏDV sub-uçot hesabı üzrə mədaxilməxaric əməliyyatları, elektron qaimə-faktura üzrə əldə edilmiş və təqdim edilmiş mallar (görülmüş işlər, göstərilmiş xidmətlər), idxal-ixrac əməliyyatlan, mövcud uçot baza məlumatları və digər mənbəyi bəlli olan məlumatlar üzrə apanlmış araşdırma nəticəsində uyğınsuzluq (lar) aşkar edilmişdir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli 265 nömrəli qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın 2.1.6-cı yarımbəndinə əsasən İddiaçı3 (VÖEN: **********) təsisçisi (və ya rəhbəri) olan İddiaçı2 (VÖEN: **********) qeyd edilən Qərarın 2.1.1-2.1.5-ci yarımbəndləri ilə müəyyən edilmiş riskli vergi ödəyicisi olduğundan İddiaçı3 MMC vergi ödəyicisi hesab olunur. Qeyd olunanlarla yanaşı, vergi ödəyicisinin ticarət fəaliyyətini həyata keçirməsinə baxmayaraq, qeydiyyatda olan anbarının (o cümlədən icarəyə götürdüyü anbarının) və ya digər təsərrüfat subyektinin (obyektinin) olmadığı müəyyən edilmişdir. Qeyd edilənləri nəzərə alaraq Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli 265 nömrəli qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın 2.1.3-cü və 2.1.6-cı yarımbəndlərinə əsasən vergi ödəyicisi riskli hesab olunur. Qeyd edilənlərə əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin ”28 iyul 2020 -ci il tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların meyarları”nın 2.1.3, 2.1.6 yarımbəndinə uyğun olaraq aşağıdakı risk meyarı (meyarları) müəyyən edilmişdir: 2.1.3. idxalatçının, istehsalçının və ya idxalatçı olmayan ticarət fəaliyyəti həyata keçirən şəxsin vergi orqanmda qeydiyyatda olan anbarı (o cümlədən icarəyə götürdüyü anbarı) və ya digər təsərrüfat subyekti (obyekti) oimadıqda və yaxud qeydiyyatda olan anbarın və ya digər təsərrüfat subyektinin (obyektinin) sahəsi iiə idxal və ya əidə edilən matların həcmi uyğunluq təşkil etmədikdə (digər şəxslər üçün sifariş əsasında gətirilən və bilavasitə sifarişçilərə təhvil verilən (sifarişçi vergi ödəyicisi olduqda VÖEN-i, fiziki şəxs olduqda adı, soyadı, atasının adi və FİN-i) mallar və hər bir sifarişçi üzrə sifarişin məbləği barədə məlumatların vergi orqanına təqdim edildiyi hallar istisna olmaqla), 2.1.6. bu Meyarların 2.1.1-2.1.5-ci yarımbəndləri ilə müəyyən edilmiş riskli vergi ödəyicisi olan fiziki şəxsin icra orqanının rəhbəri və ya təsisçisi olduğu hüquqi şəxs “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə” xx.xx.2023-cü il tarixli, **********698200 nömrəli Qərara əsasən vergi ödəyicisi İddiaçı3 (**********) riskli vergi ödəyicisi hesab edilmiş və riskli vergi ödəyiciləri siyahısına daxil edilmişdir.
16. İddiaçı2 tərəfindən vergi orqanına təqdim olunmuş elektron qaimə fakturalar iş materiallarına əlavə olunmuşdur.
17. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etdi və bildirdi ki, onun sahibkarlıq fəaliyyəti faktiki olaraq vasitəçi xarakter daşımışdır. Belə ki, iddiaçı müştərilərinin (alıcılarının) sifarişi əsasında malları (irihəcmli hazır dəzgahları) müvafiq satıcılardan alaraq öz alıcılarına satmışdır. İddiaçı malları yalnız sifarişi qəbul etdikdən sonra əldə edib müvafiq sifariş əsasında dərhal satdığı üçün həmin malların saxlanılmasına görə hər hansı anbara ehtiyac olmamışdır.
18. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinə yazılı etirazın məzmununa uyğun izahat verməklə iddianın təmin olunmamasını xahiş etdi və iddiaçı tərəfindən həyata keçirilən əməliyyatların əmtəəsiz əməliyyat hesab olunduğunu bildirdi.
İİ. İddianın növü və mümkünlüyü
19. İPM-dən: 30.1 Mübahisə predmeti baxımından müştərək hüquqi maraqlara malik olan və yaxud da hüquq və vəzifələri eyni faktiki və hüquqi əsaslara söykənən bir neçə şəxs birgə iddiaçı və ya birgə cavabdeh qismində prosessual həmiştirakçılar kimi çıxış edə bilərlər. 30.4. İnzibati mübahisəyə dair bir vahid (eyni) qərarın bütün prosessual həmiştirakçılar haqqında qəbul edilməli olduğu hallarda və ya prosessual həmiştirakçılığın başqa əsaslara görə zəruri olduğu hallarda, prosessual həmiştirakçılardan hər hansı biri məhkəmə iclasına gəlmədikdə və ya müəyyən olunmuş prosessual müddəti buraxdıqda, məhkəmə iclasında iştirak edən və ya prosessual müddətə əməl edən digər həmiştirakçılar onları təmsil etmiş sayılır.
20. Məhkəmə iddiaçıların mübahisə predmeti baxımından müştərək hüquqi maraqlara malik olduqlarında prosessual həmiştirakçılığı yolverilən hesab edir.
21. İddiaçılar cavabdeh vergi orqanı tərəfindən “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə” xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli və xx.xx.2023-cü il tarixli qərarların vergi ödəyicilərinin təqsiri nəticəsində qəbul edildiyini bildirmiş, lakin hazırda hər hansı risk amili olmadığından riskli vergi ödəyiciləri sırasından çıxarılmaları barədə qərarların qəbul edilməsi öhdəliyinin cavabdeh orqana həvalə edilməsini xahiş etmişdirlər.
22. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinə əsasən vergi ödəyicisinin riskli vergi ödəyicilərinin siyahısına daxil edilməsi və həmin siyahıdan çıxarılması qaydasını və şərtlərini müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. Vergi ödəyicisinin riskli vergi ödəyicilərinin siyahısına daxil edilməsi və həmin siyahıdan çıxarılması barədə qərar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən qəbul edilir.
23. İddiaçı inzibati orqanın üzərinə arzuladığı inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasını tələb edir. İPM-in 2.2.2-ci maddəsinə əsasən, inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.
24. İddia mümkündür.
İİİ. Məhkəmənin mövqeyi
25. İddia ərizəsinin məzmunundan görünür ki, birgə iddiaçılar cavabdeh vergi orqanının xx.xx.2023-cü il tarixli Qərarı əsasında riskli vergi ödəyicisi hesab edilmiş İddiaçı2, xx.xx.2023-cü il tarixli Qərarı əsasında riskli vergi ödəyicisi hesab edilmiş İddiaçı1 və xx.xx.2023-cü il tarixli Qərarı əsasında riskli vergi ödəyicisi hesab edilmiş İddiaçı3 riskli vergi ödəyiciləri siyahısından çıxarılmasını tələb etmişdirlər.
26. Mübahisənin yaranmasının səbəbi vergi ödəyicisi olan İddiaçı1 qeydiyyatda olan təsərrüfat subyektlərinin (obyektinin) olmaması; İddiaçı3 qeydiyyatda olan təsərrüfat subyektlərinin (obyektinin) olmaması və hüquqi şəxsin təsisçisi (və ya rəhbəri) olan İddiaçı2 riskli vergi ödəyicisi olması; və İddiaçı2 satmış olduğu 35000 manat dəyərində malın alış və ya idxal sənədlərinin təqdim olunmamasıdır ki, bu da cavabdeh orqan tərəfindən iddiaçıların riskli vergi ödəyicisi hesab edilmələri barədə qərarların qəbul edilməsinə səbəb olmuşdur.
27. Belə ki, cavabdeh orqan tərəfindən Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 265 nömrəli qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın 2.1.3-cü bəndinə istinad olunaraq iddiaçılar tərəfindən həyata keçirilən fəaliyyətlər əmtəəsiz əməliyyatlar hesab edilmişdir.
28. Vergi Məcəlləsindən: 13.2.81. əmtəəsiz əməliyyat – vergi nəzarəti tədbiri zamanı aşkarlanan, başqa əməliyyatı pərdələmək məqsədilə aparılan və faktiki olaraq mallar, işlər və xidmətlər təqdim edilmədən mənfəət əldə etmək məqsədilə rəsmiləşdirilən əməliyyatlardır. 13.2.82. riskli vergi ödəyicisi – müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi meyarlara cavab verən, o cümlədən əmtəəsiz və (və ya) riskli əməliyyatlar aparan şəxsdir. Vergi ödəyicisinin riskli vergi ödəyicisi olması, habelə riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən qəbul edilir.
29. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”na əsasən: 1.4. Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinə uyğun olaraq riskli vergi ödəyicisi olması barədə qərar çıxarılmış vergi ödəyicilərinə dair məlumat vergi ödəyiciləri tərəfindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsi portalında elektron qaimə-faktura sistemi vasitəsilə aparılan əməliyyatlar zamanı xəbərdarlıq xarakterli bildirişlərdə əks olunur. 2.1. Aşağıdakı meyarlardan ən azı birinə cavab verən vergi ödəyicisi riskli vergi ödəyicisi hesab olunur: 2.1.3. idxalatçının, istehsalçının və ya idxalatçı olmayan ticarət fəaliyyəti həyata keçirən şəxsin vergi orqanında qeydiyyatda olan anbarı (o cümlədən icarəyə götürdüyü anbarı) və ya digər təsərrüfat subyekti (obyekti) olmadıqda və yaxud qeydiyyatda olan anbarın və ya digər təsərrüfat subyektinin (obyektinin) sahəsi ilə idxal və ya əldə edilən malların həcmi uyğunluq təşkil etmədikdə (digər şəxslər üçün sifariş əsasında gətirilən və bilavasitə sifarişçilərə təhvil verilən (sifarişçi vergi ödəyicisi olduqda VÖEN-i, fiziki şəxs olduqda adı, sovadı, atasının adı və FİN-i) mallar və hər bir sifarişçi üzrə sifarişin məbləği barədə məlumatların vergi orqanına təqdim edildiyi hallar istisna olmaqla); 3.1. Vergi ödəyicisinin apardığı aşağıdakı əməliyyatlar riskli əməliyyat hesab olunur: 3.1.1. vergi ödəyicilərinin təqdim etdiyi elektron qaimə-fakturalarda aldığı və ya idxal etdiyi mal çeşidlərindən fərqli mal çeşidlərinin göstərildiyi aşkar edildikdə;
30. Proseduru tənzimləyən maddi hüquq normaların ciddi tətbiqi maddi hüququn əsl mahiyyətinə xələl gətirə bilər. Bu zaman müvafiq normalar hüququn ümumi prinsiplərinə və maddi hüququn əsl mahiyyətinə uyğun şəkildə təvsir olunaraq tətbiq edilməlidir.
31. X8 Məhkəməsinin qərarlarında bildirilir ki: - ifadə edilən fikir ayrıca deyil, ümumi kontekstdə araşdıralaraq hərtərəfli qiymətləndirilməlidir (Bax: Yəhova şahidləri dini icmasının Azərbaycana qarşı iş üzrə X8 Məhkəməsinin qərarı ərizə 52884/09, xx.xx.2020-ci il tarixli qərar § 36-37). - istənilən sənəd tətbiq edilərkən onun hazırlanma məqsədi, eləcə də hazırlıq sənədləri (fransızca “travaux préparatoires”) nəzərə alınmalıdır (bax: Nolan Rusiyaya qarşı iş § 48, Marks Belçikaya qarşı iş § 63 və s.). - İstənilən hüquq sistemində norma nə qədər dəqiq tərtib olunsa da, məhkəmə şərhi qaçılmazdır. Anlaşılmayan məqamların izah olunmasına hər zaman ehtiyac olacaq. Müəyyənlik arzuedilən olsa da, bəzən lüzumsuz sərtliklə müşaiyət oluna bilər, halbuki hüquq dəyişən şəraitlə addımlamaq xüsusiyyətinə malik olmalıdır. Müvafiq olaraq bir çox qanunlar qaçılmaz terminlərin istifadəsi ilə tərtib olunmuşlar ki, onlar az və ya çox dərəcədə qeyri-müəyyəndir, onların şərhi və tətbiqi təcrübədən asılıdır. Hüquq müddəasının müxtəlif cür təfsir olunması özü-özlüyündə öncədən görmə tələbinin pozulmasına gətirib çıxarmır. İşlərə baxılarkən məhkəmələrin üzərinə qoyulmuş rol ondan ibarətdir ki, onlar bu cür şübhələri təfsirlə aradan götürsünlər. (Böyük Palatanın CentroEuropa 7 S.R.L. və X6rşı iş üzrə 7 iyun 2012-ci il tarixli Qərarı, §141; X4 və digərləri Polşaya qarşı iş üzrə 17 Fevral 2004-ci il tarixli Qərarı, § 65; X1rşı iş üzrə 20 May 1999-cu il tarixli Qərarı § 34). - Qanunilik prinsipi onu da nəzərdə tutur ki, daxili qanunvericiliyin tətbiq edilə bilən normaları kifayət qədər əlçatan, dəqiq olsun və tətbiq edilərkən onların nəticələrini öncədən görmək mümkün olsun (Broniovski Polşaya qarşı iş üzrə Böyük Palatanın 2004cü il 22 iyun tarixli Qərarı, §147-148, 150; Skordino İtaliyaya qarşı iş üzrə Böyük Palatanın 2006-cı il 29 mart tarixli Qərarı, § 93).
32. Məhkəmə hesab edir ki, Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 265 nömrəli qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın tətbiqi zamanı qərarın hərfi təfsirinə yol verilməməli, müvafiq maddələr tənzimləmənin ümumi məqsədi nəzərə alınaraq tətbiq edilməlidir. Belə ki, hüquq normasını tətbiq etməzdən əvvəl onun həqiqi məzmununu aydınlaşdırmaq, tənzimləyicinin sözlə ifadə etdiyi mahiyyətin aşkara çıxarılması lazımdır.
33. Belə ki, qanunvericilikdə nəzərdə tutulmuş tələblərə əməl etməyən vergi ödəyicilərinin müvafiq risk amilləri nəzərə alınmaqla riskli vergi ödəyicisi olaraq qeydiyyata alınması vergidən yayınma hallarının qarşısının alınması, nəticədə isə vergi inzibatçılığının inkişaf etdirilməsi məqsədi ilə müəyyənləşdirilmişdir.
34. Cavabdeh orqan eyni zamanda İddiaçı2 münasibətdə “vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə” qərar qəbul edərkən Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 265 nömrəli qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın 3.1.1-ci bəndinə istinad etmişdir.
35. Məhkəmə qeyd edir ki, riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərarın qəbulu qaydaları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) (Nazirlə Kabineti) tərəfindən müəyyənləşdirilməmişdir. Lakin həmin tənzimləmənin mövcud olmaması ödəyicinin riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərarın qəbulunu istisna edə bilməz. Odur ki, məhkəmə hesab edir ki, bu zaman nəzərə alınmalı olan hal ödəyicinin riskli hesab edilməsi üçün müəyyən edilmiş əsasların davam edibetmədiyini aydınlaşdırmaq, eləcə vergi ödəyicinin riskli hesab edilməsi əsaslarının qanuniliyinə qiymət verməkdir.
36. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın 2.1.3-cü bənddə müəyyən olunmuş risk meyarının tətbiq olunması zamanı vergi ödəyicisinin həyata keçirdiyi fəaliyyətin xarakterinin nəzərə alınması zəruridir. Belə ki, digər şəxslər üçün sifariş əsasında gətirilən və bilavasitə sifarişçilərə təhvil verilən malların saxlanılması üçün qeydiyyatda olan hər hansı təsərrüfat subyektinin (obyektinin) tələb olunması həmin sahibkarlıq fəaliyyətinin xarakteri ilə uyğunsuzluq təşkil edir və qanunvericilikdə müvafiq sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi zamanı təsərrüfat subyektinin (obyektinin) olması tələbi birbaşa nəzərdə tutulmamışdır.
37. Digər tərəfdən məhkəmə araşdırması zamanı iddiaçı aydın şəkildə malları digər şəxslər üçün sifariş əsasında əldə etdiyini və bilavasitə sifarişçilərə təhvil verildiyini bildirmiş, bununla bağlı sifarişçi vergi ödəyicilərinə təqdim edilmiş elektron qaimələri vergi orqanına, eləcə də məhkəməyə bəyan etmişdir. Belə olan təqdirdə, iddiaçıların həmin malların saxlanılmasına görə hər hansı anbara ehtiyacının olmaması ağlabatandır.
38. İddiaçı həmin malların son təyinat məntəqəsini cavabdeh quruma bəyan etmiş, həmin əməliyyatların əmtəəsiz olmasına hər hansı şübhə olduğu təqdirdə cavabdeh qurum müvafiq vergi yoxlaması tədbirləri (məsələn operativ vergi nəzarəti) həyata keçirməklə malların mövcudluğunu aydınlaşdıra bilərdi. Məhz qeyd edilən halda ödəyici (iddiaçı) tərəfindən əmtəəsiz əməliyyat keçirildiyi müəyyən edilməklə müvafiq qərar qəbul edilə bilərdi. Hazırkı halda isə cavabdeh tərəfindən görülən tədbir (riskli vergi ödəyicisi hesab edilmə barədə qərarların qəbulu) qarşıya qoyulan məqsədə mütənasib olmamaqla ödəyicinin sahibkarlıq fəaliyyətinə müdaxilə hesab olunmalıdır.
39. Odur ki, məhkəmə hesab edir ki, iddiaçılar İddiaçı2, İddiaçı1 və İddiaçı3 riskli vergi ödəyiciləri hesab edilməsi qanunvericinin, eləcə də tənzimləyicinin güddüyü məqsədə uyğun deyildir və iddiaçıların riskli vergi ödəyiciləri siyahısından çıxarılmaları barədə qərar qəbul edilməsi vəzifəsi cavabdeh orqana həvalə edilməldir.
40. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.
41. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
42. Göstərilənlərə əsasən və İPM-in 2.2, 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARAALDİ:
İddia tələbi təmin edilsin. İddiaçılar İddiaçı2 Yaşar oğlunun, İddiaçı1 və İddiaçı3 riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə ayrı-ayrılıqda qərar qəbul edilməsi vəzifəsi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X7 üzrə Baş İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.
Hakim Günel Sevdimalıyeva