Məhkəmə qərarları › İş №2-1(112)-211/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-211/2022

14.02.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-211/2022 14.02.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mədətli Fərid İlham oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Teymur Budaq oğlunun katibliyi, İddiaçı (ali təhsilli, Bakı şəhəri, Azadlıq prospekti 103, 43 ünvanda qeydiyyatda olan) iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Cavabdeh2” X6 qarşı təkrarən sertifikasiyadan keçməsinin təmin edilməsi və sair tələbi barədə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Cavabdeh1nə və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Cavabdeh2”nə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun 02.12.2019-cu il tarixində keçirilən sertifıkasiyada test tapşırıqları üzrə topladığı bal sayının məqbul olduğunu sübut etmək üçün, verilən tapşırıqların sürətinin ona verilməsi, “İctimai Səhiyyə sə İslahatlar Mərkəzi”-nin sertifikasiya şöbəsi tərəfindən 02.12.2019-cu il tarixində keçirilən sertifikasiya imtahanının nəticəsinin ləğv edilməsi, təkrarən sertifikasiyadan keçməsinin təmin edilməsi, imtahana qədər olan müddət ərzində iş yerinə qaytarılmasını Cavabdeh2 tərəfindən təmin edilməsi, işdən kənar edilmiş müddətində hesablanmamış aylıq əmək haqqının tam həcmdə ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3924/2020 saylı 22.10.2020-ci il tarixli qərardadı ilə İddiaçı iddiası “Cavabdeh2 tərəfindən imtahana qədər olan müddət ərzində iş yerinə qaytarılmasının təmin edilməsi, işdən kənar edilmiş müddətdə hesablanmamış aylıq əmək haqqının tam həcmdə ödənilməsi” hissəsində mümkün sayılmamışdır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3924/2020 saylı 22.10.2020-ci il tarixli qərardadı ilə iddia tələbinə “02.12.2019-cu il tarixində keçirilən sertifıkasiyada test tapşırıqları üzrə topladığı bal sayının məqbul olduğunu sübut etmək üçün, verilən tapşırıqların sürətinin ona verilməsi” hissəsində xitam verilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3924/2020 saylı 22.10.2020-ci il tarixli qərarı ilə iddia tələbi təmin edilməmişdir. (hakim A.Abdullayeva) İddiaçı Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3924/2020 saylı 22.10.2020-ci il tarixli qərarından və qərardadından apellyasiya şikayəti vermiş və apellyasiya şikayəti baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-1062/2021 saylı 20.04.2021-ci il tarixli qərardadı ilə iddiaçının apellyasiya şikayəti qismən təmin edilərək, Bakı İnzibati Məhkəməsinin 22 oktyabr 2020-ci il tarixli, 2-1(112)-3924/2020 nömrəli qərarının ləğv edilməsi və İddiaçı cavabdehlər Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Cavabdeh1nə və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Respublika Gigiyena və Epidemioloqiya Mərkəzi”-nə qarşı “Cavabdeh1-nin sertifikasiya şöbəsi tərəfindən 02.2.2019-cu il tarixində keçidən sertifikasiya imtahanının nəticəsinin ləğv edilməsinə, təkrarən sertifikasiyadan keçməsinin təmin edilməsinə, imtahana qədər olan müddət ərzində iş yerinə qaytarılmasını Cavabdeh2 tərəfindən təmin edilməsinə, işdən kənər edilən müddətdə hesablanmamış aylıq əmək haqqının tam həcmdə ödənilməsi” tələbinə dair inzibati işin baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Həmçinin, Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-1062/2021 saylı 20.04.2021-ci il tarixli qərardadı ilə iddiaçının apellyasiya şikayəti qismən təmin edilərək, Bakı İnzibati Məhkəməsinin 22 oktyabr 2020-ci il tarixli, 2-1(112)-3924/2020 nömrəli qərardadının ləğv edilməsi və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Cavabdeh1nə və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Respublika Gigiyena və Epidemioloqiya Mərkəzi”-nə qarşı “ Cavabdeh1-nin sertifikasiya şöbəsi tərəfindən 02.12.2019-cu il tarixində keçirilən sertifikasiya imtahanının nəticəsinin ləğv edilməsinə təkrarən sertifikasiyadan keçməsinin təmin edilməsinə, imtahana qədər olan müddət ərzində iş yerinə qaytarılmasını Cavabdeh2 tərəfindən təmin edilməsinə, işdən kənar edilən müddətdə hesablanmamış aylıq əmək haqqının tam həcmdə ödənilməsi” tələbinə dair inzibati işin baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İş məhkəməyə qaytarıldıqdan sonra iş üzrə məhkəmə iclası 15.12.2021-ci il tarixə təyin edilmişdir. Həmin tarixli məhkəmə iclasında iddiaçının “təkrarən sertifikasiyadan keçməsinin təmin edilməsi, imtahana qədər olan müddət ərzində iş yerinə qaytarılması, işdən kənar edilən müddətdə hesablanmamış aylıq əmək haqqının tam həcmdə ödənilməsi barədə qərar qəbul edilməsi”nə dair iddia tələbinin dəqiqləşdirilməsi ərizəsi icraata qəbul edilmişdir. Həmçinin, cavabdeh Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Cavabdeh1 cavabdehlər siyahısından çıxarılmışdır. Daha sonra iş üzrə şifahi məhkəmə baxışı ilə bağlı iclas 14.02.2022-ci il tarixə təyin edilmişdir. İddia tələbi onunla əsaslandırmışdır ki, o, 40 ilə yaxın Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin xüsusiləşdirilmiş «X4 və Epidemilogiya Mərkəzində» işləmişdir. Başlanğıcda epidemioloq və sonraki illərdə dar ixtisas mütəxəssisi kimi, Su Nəqliyyatı üzrə gigiyenə bölməsinin əmək gigiyenası sanitarıya həkimi vəzifəsində işləmişdir. Onun bilavasitə nəzarət etdiyi fəaliyyət sahələrinə aid olan obyektlər bunlardır: su nəqliyyatı vasitələri (gəmilər, barjalar, yedəkçi katerlər, bərələr), gəmi qayırma zavodu, gəmi təmiri zavodları, üzən qazma qurğuları, dənizdə neft-qaz hasilatı platformaları, neft-qaz sənayesinə texniki xidmət göstərən müəssisələr, limanlar, gəmi yan alma körpüləri və sair bilavasitə dənizlə əlaqəli olan sahələr. Bu sahələr üzrə Azərbaycanda cəmi iki nəfər sanitariya həkimi vəzifəsində Dövlət sanitariya nəzarətini həyata keçirirdi, bölmə müdiri və o. 04.03.2020-ci il tarixindən onu vəzifəsindən azad etmişlər. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 28.06.1994 tarixli (X4 və Epidemiologiya Mərkəzinin xidmət sahəsinin dəqiqləşdirilməsi haqqında) 151 saylı əmrinə əsasən Azərbaycan Respublikasının Səhiyyə sistemində yeganə, xüsusiləşdirümiş sanitariya - epidemioloji tibb müəssisəsi olan «X4 və Epidemiologiya Mərkəzində» Dəniz tibbi - dəniz gigiyenası ilə məşqul olan Su Nəqliyyatı üzrə sanitariya- gigiyena bölməsi mövcuddur. 02 dekabr 2019-cu il tarixində o, Cavabdeh1-nin sertifikasiya şöbəsi tərəfindən sertifıkasiya imtahanına çağırılmışdır. İmtahan zamanı test tapşırıqlarına nəzər yetirərkən görmüşdür ki, verilən tapşırıqlarda, onun 40 İİ çalışdığı fəaliyyət sahələrinə qətiyyən yad olan suallar daxil edilib. O, nəzarətçilərə öz etirazını bildirmiş, lakin onlar buna məhəl qoymamışlar. Sertifikasiya imtahanına çağrı vərəqəsində yazılır - Gigiyena ixtisası üzrə sertifikasiya imtahanı (amma dünyada gigiyena ixtisası mövcud deyil! Gigiyena - elmdir!). O, 1972 - 1978-ci illər ərzində N.Nərimanov adına Azərbaycan Dövlət Tibb institutunda təhsil alıb və sanitariya ixtisası üzrə 6 illik tam kursu bitirmişdir. Dövlət buraxılış imtahanlarını verdikdən sonra, ona sanitariya həkimi ixtisası verilmişdir (DİPLOM D-l № 013716). Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 67-1 maddəsində deyilir: “... Sertifikasiya zamanı praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan işçilərə onların fəaliyyət sahəsinə bilavasitə aid olmayan sualların verilməsi, habelə onların siyasi baxışlarına və etiqadına görə qiymətləndirilməsi yolverilməzdir.” Yuxanda göstərilən qanqaraldıcı haqsızlıqlar azmış kimi, üstəlik olaraq sertifikasiya imtahanı üçün tərtib edilmiş test tapşırıqlarında, orada çap edilən rəqəmlərdə, normativlərdə, dərəcələrdə, bölünmədə və sair əmsallarda çox saylı uyğunsuzluqlar səhvlər və qüsurlar yer almışdır. Test tapşırıqlarında Rusiyada nəşr edilmiş sanitariya- gigiyenaya aid olan elmi məlumatlarından mətn hissələri götürülmüşdür və bu elmi məlumatların azərbaycan dilinə savadsızcasına tərcümə edilməsi və buraxılmış çoxsaylı Stilistik qüsurlar açıq-aydın gözə çarpırdı. Görünür ki, test tapşırıqları peşəkar elmi-tibbi işçilər və linqvistik ekspertlər tərəfindən yoxlanılmamış imtahan prosesində tətbiq olunmuşdur.10.12.2019-cu il tarixində Səhiyyə Nazirinin müavini, Sertifikasiya şurasının sədrinə şikayət ərizəsi ilə müraciət etmiş, lakin onun ünvanına heç bir cavab məktubu gəlməyib və təkrar 22.01.2020-ci il tarixində Sertifikasiya şurasının sədrinə ikinci dəfə ərizə ilə müraciət etmişdir. Ərizələrində Cavabdeh1 tərəfindən verilən test tapşırıqlarında yer almış qüsurlardan, əmsal və rəqəmlərdə olan uyğunsuzluqlaröan təfərrüatı ilə xəbər vermişdir. Lakin, 19.02.2020-ci il tarixində “ictimai Səhiyyə və İslahatlar- Mərkəzi”-dən aldığı cavab məktubunda ərizələrinin mahiyyəti üzrə nə aydınlaşdırma nə də ki təkzib etmə təşəbbüsü göstərilməmişdir. Onlar ancaq başdansovma şablon ifadələrdən ibarət olan tekst yazmaqla öz funksiyalarını bitmiş hesab ediblər. Dəfələrlə Cavabdeh1- nin əməkdaşları ilə görüşmək istəmiş və ona düşən test tapşırıqlarının sürətini ona verilməsini onlardan xahiş etmişdir. Qanunla verilən hüququndan istifadə edib, səhvləri araşd'rmaq və düzgün cavablar haqqında sübutlar; onlara təqdim etməsinə imkan verilməmişdir. Bu xahişinə dəfələrlə qətiyyətli rədd cavabı almışdır. “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikası Qanununda deyilir: Maddə 49-1.Praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan şəxslərin (işçilərin) sertifikasiyası.” Sertifikasiyadan keçməyən işçilər 6 ay müddətində iş yeri saxlanılmaqla, müvafiq təhsil müəssisələrində peşə hazırlığı keçərək, təkrar sertifikaslya olunmaq üçün müraciət edə bilərlər. Sertifikasiyadan təkrarən keçməyən işçilərlə əmək münasibətləri Azərbaycan Respub'ikasının Əmək Məcəlləsi ilə tənzimlənir.” Deməli qanunla onun 02 iyun 2020 - ci il tarixinə qədər, hazırlıq keçərək, müraciət edib təkrar sertifikasiyadan keçmək hüququ olmalı idi. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 67-1 maddəsinin 5-ci bəndində deyilir: Sertifikasiyadan “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbəycən Respublikasının Qanununa uyğun olaraq təkrarən keçməyən işçinin praktik tibb və ya əczaçılıq fəaliyyətinə buraxılmaması onunla bağlanmış əmək müqaviləsinin bu Məcəllənin 70-ci maddəsinin “c” bəndinə müvafiq olaraq işəgötürən tərəfindən ləğv edilməsi üçün əsas ola bilər. Lakin qanuna zidd olaraq, ona 6 ay müddəti təkrar sertifikasiya olunmaq üçün vaxt verilməmişdir. O, 04.03.2020-ci il tarixindən tutduğu vəzifədən azad edilmişdir. Cavabdeh iddiaya dair yazılı etirazını məhkəməyə ünvanlayaraq, iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Etiraza görə, İddiaçı 06.04.2007-ci il tarixdən 04.03.2020-ci il tarixədək X4 və Epidemiologiya Mərkəzində (GEM) həkim-gigiyenist vəzifəsində iışləmişdir. İddiaçı 16.09.2019-cu il tarixdən 25.09.2019-cu il tarixədək “Gigiyena” ixtisası üzrə kursu bitirmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 67.1-ci maddəsinin tələbinə uyğun olaraq sertifıkasiyadan keçmək üçün 02.12.2019-cu il tarixdə “Gigiyena” ixtisası üzrə test imtahanı vermiş və yetərli bal toplamadığına görə nəticəsi qeyri-məqbul hesab edilmişdir. (Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin 30.12.2019-cu il tarixli 496 nömrəli ıbu əlavə olunur) “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikası lununun 49-1-ci maddəsinə uyğun olaraq İddiaçı iş yeri saxlanılmaqla 6 ay müddətində praktik tibbi fəaliyyətinə buraxılmaması və həmin müddət ərzində peşə hazırlığına göndərilməsinin təmin edilməsi barədə Su nəqliyyatında GEM-in 04.12.2019-cu il tarixli 115-K |saylı əmri verilmişdir. Həmin tarixdən Su nəqliyyatında GEMi tərəfindən 116-K saylı əmrlə İddiaçı təkrar kursa göndərilmişdir, İddiaçı 21.01.2020-ci il tarixdən 24.01.2020-ci il tarixədək “Qida zəhərlənmələri”üzrə ixtisaslaşdırma kursunda iştirak etmiş və ******* saylı şəhadətnamə almasına baxmayaraq təkrarən sertifikasiya imtahanının verilməsi üçün müraciət etməmişdir. Əmək Məcəlləsinin 10-1.1-ci maddəsinə əsasən çalışmanın yaş həddinin tamam olması və Əmək Məcəlləsinin 10-1.2-ci maddəsinə uyğun olaraq İddiaçı çalışma müddətinin adılması üçün Su nəqliyyatında GEM-dən Respublika GEM-nə 08-08 nömrəli 17.02.2020-ci ildə məktub ünvanlamışdır. X5 Məcəlləsinin 10-1.1-ci maddəsinə əsasən çalışma müddətinin bitdiyini və “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının qanununun 49-1-ci maddəsinə uyğun olaraq sertifikasiyadan keçmədiyini nəzərə alaraq və Əmək Məcəlləsinin Maddəsinin 4-cü bəndini əsas tutaraq Respublika GEM-in Su nəqliyyatında GEM-nə 04- 13/561 saylı 28.02.2020-ci il tarixli məktubu ilə İddiaçı çalışma müddətinin uzadılmasının mümkün olmadığı bildirilmişdir. Su nəqliyyatında GEM-in 04.03.2020-ci il tarixli 10-K saylı əmri ilə İddiaçı ilə bağlanmış 59 nömrəli əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin 2-ci bəndinə əsasən (çalışmanın yaş həddinə çatdığına görə) 04.03.2020-ci il tarixdən xitam verilmişdir. Şifahi məhkəmə baxışı iclasında iştirak etmiş iddiaçı iddia ərizəsinə uyğun məzmunda izahat verərək, məhkəmədən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə işə şifahi məhkəmə baxışı iclasında cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını və məhkəmə qərarı qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iddiaçının və izahatını dinləyib, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək hesab edir ki, iddia rədd edilməlidir. İşdə olan Д-l seriyalı, 013716 nömrəli diplomun surətindən görünür ki, İddiaçı 1972ci ildə N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutuna daxil olmuş, 1978-ci ildə “sanitariya” ixtisası üzrə tam kursu bitirmişdir. İşdə olan 05.01.2015-ci il tarixli, AH 015379 nömrəli “Praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olmaq hüququnu təsdiq edən” Sertifikasiya Şəhadətnaməsinin surətindən görünür ki, həmin şəhadətnamə ilə təsdiqlənir ki, İddiaçı 25.12.2014-cü il tarixində həkimlərin sertifikasiyasından keçmiş və ona Azərbaycan Respublikasının ərazisində “Gigiyena” ixtisası üzrə praktik fəaliyyətlə məşğul olmaq üçün icazə verilmişdir. İşdə olan 02.12.2019-cu il tarixdə keçirilmiş “Gigiyena” ixtisası üzrə test imtahanına buraxılış vərəqəsinin, sual kitabçassının, cavab kartının və imtahanın düzgün cavablarının surətinə baxış keçirilərkən müəyyən edilmişdir ki, İddiaçı 02.12.2019- cu il tarixdə, “B” variantı üzrə “Gigiyena” ixtisası üzrə test imtahanına cəlb olunmuş, test imtahanı üzrə 60 test sualı və 5 klinik test tapşırığı təqdim olunmuş, test sualları və klinik tapşırıqlar üzrə hər bir sual 1 balla qiymətləndirilmişdir. Test imtahanı nəticələrinə əsasən İddiaçı 37 bal toplamışdır. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi X4 və Epidemiologiya Mərkəzinin 115-k nömrəli, 04.12.2019-cu il tarixli, “İddiaçı praktik tibb fəaliyyətinə buraxılmaması haqqında” əmrinin surətindən görünür ki, X4 və X3 nəqliyyatı üzrə sanitariya-gigiyena bölməsinin həkimgigiyenisti İddiaçı “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının Qanununun 49-1-ci maddəsinə uyğun olaraq iş yeri saxlanılmaqla 6 ay müddətində praktik tibb fəaliyyətinə buraxılmaması və həmin müddət ərzində peşə hazırlığına göndərilməsi barədə əmr verilmişdir. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi X4 və Epidemiologiya Mərkəzinin 116-k nömrəli, 04.12.2019-cu il tarixli, “İddiaçı ixtisasartırma kursuna göndərilməsi haqqında” əmrinin surətindən görünür ki, “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikası Qanununun 48-ci maddəsinə uyğun olaraq X4 və X3 Nəqliyyatı üzrə Sanitariya-Gigiyena bölməsinin Həkim-gigiyenisti İddiaçı “Qida zəhərlənmələri” üzrə ixtisasartırma kursu keçmək üçün 21.01.2020-ci il tarixdən 24.01.2020-ci il tarixədək ADHTİ göndərilməsi barədə əmr verilmişdir. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən Azərbaycan Respublikası Səhiyyə Nazirinin müavininə və Su Nəqliyyatında GEM-nin həkim-gigiyenisti İddiaçı ünvanlanmış 30 dekabr 2019-cu il tarixli, 499 nömrəli məktubdan görünür ki, Su Nəqliyyatında GEM-nin həkim-gigiyenisti tərəfindən Səhiyyə Nazirliyinə ünvanlanmış M-27263 nömrəli, 10.12.2019-cu il tarixli ərizəyə İctimai Səhiyyə və X1 Şöbəsində baxılmışdır. 02.12.2019-cu il tarixində “Gigiyena” ixtisası üzrə keçirilən sertifikasiya imtahanında İddiaçı test tapşırıqları üzrə 37 bal toplamışdır, keçid balının 40 olduğunu nəzərə alaraq onun topladığı bal sayı qeyri-məqbul hesab edilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 67-1-ci maddəsinin dördüncü bəndinə əsasən sertifikasiyadan qanunvericiliyə uyğun olaraq keçməyən işçilərin praktik tibb və ya əczaçılıq fəaliyyətinə buraxılmasına yol vermir. İddiaçı 6 ay müddətində iş yeri saxlanılmaqla peşə hazırlığı keçərək təkrar sertifikasiya imtahanından iştirak etmək üçün Sertifikasiya Şöbəsinə müraciət etməlidir. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi X4 və Epidemiologiya Mərkəzi tərəfindən Cavabdeh2nə ünvanlanmış 17 fevral 2020-ci il tarixli, 08-08 nömrəli məktubdan görünür ki, X4 və Epidemiologiya Mərkəzinin işçisi 03.03.1955-ci il təvəllüdlü İddiaçı 06.04.2007-ci İİ tarixdən Su Nəqliyyatı üzrə sanitariya-gigiyena bölməsində həkimgigiyenist vəzifəsində İşləyir. 1978-ci ildən həkim kimi fəaliyyət göstərən İddiaçı 1992-2005-ci illərdə də, X4 və Epidemiologiya Mərkəzində işləmiş, işlədiyi dövr ərzində özünü peşəkar mütəxəssis kimi göstərmiş, kollektivin hörmətini qazanmışdır. Lakin, 02.12.2019-cu il tarixində “Gigiyena” ixtisası üzrə keçirilən sertifikasiya imtahanında İddiaçı 37 bal toplamışdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 67-1-ci maddəsinin 4-cü bəndinə əsasən 6 ay müddətinə praktik tibb fəaliyyətindən kənarlaşdırılmışdır. Cari ilin mart ayında 65 yaşının tamam olması ilə əlaqədar bağlanmış əmək müqaviləsinə xitam verilməlidir. Əmək Məcəlləsinin 10-10.5-ci maddəsinə uyğun olaraq çalışma müddəti uzadılmış işçilərin sayı müəssisədə işləyən işçilərin sayından 2% təşkil etməlidir. Hal-hazırda X4 və Epidemiologiya Mərkəzində bir nəfərin də müqaviləsi uzadılır bu da, 2 % içindədir. Bununla əlaqədar, İddiaçı əmək müqaviləsinin bir il müddətinə uzadılmasına razılıq verilməsi xahiş edilmişdir. İşdə olan Cavabdeh2 tərəfindən Azərbaycan Respublikası Səhiyyə Nazirliyi X4 və Epidemiologiya Mərkəzinə ünvanlanmış 28.02.2020-ci il tarixli, 04-13/561 nömrəli məktubdan görünür ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi X4 və Epidemiologiya Mərkəzinin 17.02.2020-ci il tarixli, 08-08 nömrəli məktubuna cavab olaraq bildirilmişdir ki, “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının 49-1 -ci maddəsinə uyğun olaraq praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan şəxslərin (işçilərin) peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması məqsədi ilə həmin şəxslər (işçilər) dövri oiaraq beş ildə bir dəfə sertifikasiyəya cəlb edilirlər. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 67.1-ci maddəsinin 4-cü hissəsinə əsasən sertifikasiyadan qanunvericiliyə uyğun olaraq keçməyən işçilərin praktiki tibb və ya əczaçılıq fəaliyyətinə buraxılmasına yol verilmir. Göstərilənləri nəzərə alaraq, həkimgigiyenist vəzifəsində çaılşan İddiaçı əmək müqaviləsinin uzadılması mümkün deyildir. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi X4 və Epidemiologiya Mərkəzinin 10-k nömrəli, 04.03.2020-ci il tarixli “İddiaçı vəzifədən azad etmə” barədə əmrinin surətindən görünür ki, X4 və X3 nəqliyyatı üzrə sanitariya gigiyena bölməsinin həkim gigiyenisti İddiaçı ilə bağlanmış 59 nömrəli Əmək müqaviləsinə 04.03.2020-ci il tarixdən xitam verilmişdir. Əmək Məcəlləsinin 144-cü maddəsinin ikinci hissəsinə əsasən istifadə etmədiyi məzuniyyətə görə 27 təqvim günü ödənilməsi və işçi ilə son haqq-hesab aparılması, İddiaçı son haqq-hesabı, əmək kitabçası və həmin əmrin surətinin ƏM-nin 83cü maddəsinin 2-ci hissəsinə uyğun olaraq son haqq- hesabının verilməsi barədə əmr verilmişdir. Əmrə əsas: Cavabdeh2 29.02.2020-ci il tarixli, 0413/561 saylı məktubu və Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “e” bəndinə əsasən çalışmanın yaş həddinə çatdığı əsas göstərilmişdir. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi X4 və Epidemiologiya Mərkəzi tərəfindən “Cavabdeh2" Publik hüquqi şəxsinin baş direktoruna ünvanlanmış 21 may 2020-ci il tarixli, 08-34 nömrəli məktubdan görünür ki, şifahi sorğuya əsasən bildirilmişdir ki, 06.04.2007-04.03.2020-ci illərdə X4 və Epidemiologiya Mərkəzində həkimgigiyenist vəzifəsində çalışmış İddiaçı 16.09-25.09.2019-cu il tarixlərdə gigiyena üzrə kursda iştirak etmişdir. 02.12.2019-cu il tarixdə keçirilən “Gigiyena” ixtisası üzrə test imtahanından 37 bal toplamış və onun balı qeyri-məqbul hesab edilmişdir. X4 və Epidemiologiya Mərkəzinin 04.12.2019-cu il tarixli, 115-k saylı əmrinə əsasən praktik tibbi fəaliyyətinə buraxılmaması haqqında əmr verilmiş və dərhal 116-K saylı 04.12.2019-cu il tarixli əmri ilə təkrar kursa göndərilmişdir. 03.03.2020-ci il tarixdə işləmənin yaş həddinə çatdığı üçün Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “e” bəndinə və Cavabdeh2 Publik hüquqi şəxsin 29.02.2020-ci il tarixli, 04-13/561 saylı məktubuna əsasən əmək müqaviləsinə xitam verilmişdir. 21.01.2020-24.01.2020-ci il tarixlərdə təkrar kurs keçdikdən sonra işdən çıxdığı tarixədək sertifikasiyadan keçmək üçün təkrar müraciət etməmişdir. Göründüyü kimi, iddiaçı 02.12.2019-cu il tarixdə keçirilən “Gigiyena” ixtisası üzrə sertifikasiya imtahanında iştirak etmiş, lakin sertifikasiyadan qanunvericiliyə uyğun olaraq keçmədiyindən, X4 və Epidemiologiya Mərkəzinin 04.12.2019-cu il tarixli, 115-k saylı əmri ilə praktik tibbi fəaliyyətinə buraxılmamış və eyni tarixli 116-K saylı əmri ilə təkrar kursa göndərilmişdir. İddiaçı 21.01.2020-24.01.2020-ci il tarixlərdə təkrar kurs keçdikdən sonra sertifikasiyadan keçmək üçün təkrar müraciət etməmişdir. Məhkəmə qeyd edir ki, 03.03.2020-ci il tarixdə iddiaçının mövcud qanunvericiliyə uyğun olaraq çalışmanın yaş həddinə (65 yaş) çatması əsası ilə onunla bağlanılmış əmək müqaviləsinə xitam verilmişdir. Həmçinin, iddiaçı sertifikasiyadan qanunvericiliyə uyğun olaraq keçmədiyindən, onun çalışma müddətinin uzadılması dövlət orqanının rəhbəri tərəfindən mümkün hesab ediməmişdir. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 10-1.1-ci maddəsinə əsasən dövlət büdcəsindən maliyyələşən müəssisələrdə çalışmanın yaş həddi 65-dir. Həmin Məcəllənin 10-1.2-ci maddəsinə əsasən dövlət büdcəsindən maliyyələşən müəssisənin 65 yaşına çatmış işçisinin həmin müəssisədə çalışma müddəti müvafiq dövlət orqanının rəhbəri tərəfindən hər dəfə 1 ildən çox olmayaraq uzadıla bilər. Çalışma müddətinin 5 ildən çox uzadılmasına yol verilmir. Həmin Məcəllənin 67-1-ci maddəsinin 1-ci hissəsinə əsasən Azərbaycan Respublikasında praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan işçilərin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması məqsədi ilə həmin işçilər “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada sertifikasiyaya cəlb edilirlər. Sertifikasiya zamanı praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan işçilərə onların fəaliyyət sahəsinə bilavasitə aid olmayan sualların verilməsi, habelə onların siyasi baxışlarına və etiqadına görə qiymətləndirilməsi yolverilməzdir. Həmin Məcəllənin 67-1-ci maddəsinin 4-cü hissəsinə əsasən sertifikasiyadan qanunvericiliyə uyğun olaraq keçməyən işçilərin praktik tibb və ya əczaçılıq fəaliyyətinə buraxılmasına yol verilmir. “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının Qanunun 49-1-ci maddəsinə əsasən praktik tibb və ya əczaçılıq fəaliyyəti ali və ya orta tibb təhsili olan şəxslər (işçilər) tərəfindən qanunvericilikdə nəzərdə tutulmuş qaydada ixtisasına uyğun həyata keçirilən tibbi yardımın göstərilməsi sahəsində və ya qanunvericiliyə uyğun olaraq dərman vasitələrinin hazırlanması, istehsalı və satışı sahəsində fəaliyyətdir. Əhaliyə keyfiyyətli səhiyyə xidmətinin göstərilməsinin təmin edilməsi və Azərbaycan Respublikasında praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan şəxslərin (işçilərin) peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması məqsədi ilə həmin şəxslər (işçilər), bu maddənin üçüncü və dördüncü hissələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, dövri olaraq beş ildə bir dəfə müvafiq icra hakimiyyəti orqanı tərəfindən sertifikasiyaya cəlb edilirlər. Sertifikasiya zamanı praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan şəxslərə (işçilərə) onların fəaliyyət sahəsinə bilavasitə aid olmayan sualların verilməsi, habelə onların siyasi baxışlarına və etiqadına görə qiymətləndirilməsi yolverilməzdir. Sertifikasiyadan keçməyən şəxslərin (işçilərin) praktik tibb və ya əczaçılıq fəaliyyətinə buraxılmasına yol verilmir. Sertifikasiyadan keçməyən işçilər 6 ay müddətində iş yeri saxlanılmaqla, müvafiq təhsil müəssisələrində peşə hazırlığı keçərək, təkrar sertifikasiya olunmaq üçün müraciət edə bilərlər. Sertifikasiyadan təkrarən keçməyən işçilərlə əmək münasibətləri Azərbaycan Respublikasının Əmək Məcəlləsi ilə tənzimlənir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 8 iyun tarixli, 108 nömrəli qərarı ilə təsdiq edilmiş “Praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan şəxslərin (işçilərin) sertifikasiyası Qaydası”nın 1.1-ci bəndinə əsasən bu Qayda “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq hazırlanmışdır və praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan şəxslərin (işçilərin) (bundan sonra — tibb mütəxəssisləri) sertifikasiyası prosesini tənzimləyir. Həmin Qaydaların 6.1-ci bəndinə əsasən sertifikasiyadan keçməyən işçilər 6 ay müddətində iş yeri saxlanılmaqla, müvafiq təhsil müəssisələrində peşə hazırlığı keçərək, təkrar sertifikasiya olunmaq məqsədi ilə ixtisasları üzrə növbəti imtahanlarda iştirak etmək üçün Nazirliyə müraciət edə bilərlər. Həmin Qaydaların 6.2-ci bəndinə əsasən sertifikasiyadan təkrarən keçməyən işçilərlə əmək münasibətləri Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun olaraq tənzimlənir. Beləliklə, məhkəmə araşdırması zamanı iddiaçının 02.12.2019-cu il tarixdə keçirilən “Gigiyena” ixtisası üzrə sertifikasiya imtahanında iştirak etməsi, lakin sertifikasiyadan qanunvericiliyə uyğun olaraq keçməməsi, X4 və Epidemiologiya Mərkəzinin 04.12.2019-cu il tarixli, 115-k saylı əmri ilə praktik tibbi fəaliyyətinə buraxılmaması və eyni tarixli 116-K saylı əmri ilə təkrar kursa göndərilməsi, təkrar kurs keçdikdən sonra sertifikasiyadan keçmək üçün təkrar müraciət etməməsi, 03.03.2020-ci il tarixdə iddiaçının mövcud qanunvericiliyə uyğun olaraq çalışmanın yaş həddinə (65 yaş) çatması öz təsdiqini tapdığından, iddia tələbi əsassızdır və rədd edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 34, 52, 58, 68-69, 73.1, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia rədd edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərid Mədətli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar