Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-211/2023 01.02.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı MTK cavabdeh "xxxx" ASC-yə qarşı İddiaçı MTK tərəfindən inşa edilmiş ünvan 1 ünvanında yerləşən yaşayış binasının 1-ci mərtəbəsində yerləşən 11 qeyriyaşayış obyektinin “SMART” tipli saygaclarının şəbəkəyə qoşulması”tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Əliyev Elvin Əhəd oğlunun sədrliyi ilə, İddiaçının vəkili X1 Cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı MTK cavabdeh "xxxx" ASC-yə qarşı İddiaçı MTK tərəfindən inşa edilmiş ünvan 1 ünvanında yerləşən yaşayış binasının 1-ci mərtəbəsində yerləşən 11 qeyriyaşayış obyektinin “SMART” tipli saygaclarının şəbəkəyə qoşulması” na dair iddia tələbi üzrə inzibati işə məhkəmənin inzibati binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı ilə bağlı iclasda baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: 1.İşin halları İddiaçı MTK-nın cavabdeh "xxxx" ASC-yə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, "xxxx" MTK tərəfindən inşa edilmiş ünvan 1 ünvanında yerləşən yaşayış binasının 1-ci mərtəbəsində yerləşən İİ qeyri-yaşayış obyektinə quraşdırılmış sayğacların kodlaşdırılması, sayğacların hesabat üçün qəbul edilməsi, sayğac kartlarının istehlakçıya təhvil verilməsi və obyektlərin istehlakçı kimi qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ”ANA KÜR" MTK tərəfindən ünvan 2 ünvanında inşa edilmiş yüksək mərtəbəli yaşayış binasının elektrik qurğularının eleklirk enerjisi ilə təchizatı üçün "xxxx" ASC-dən 09/15/139 N-li xx.xx.2013-cü il tarixli “Texniki Şərt" alınmışdır. Bu texniki şərtin tələbləri müəssisə tərəfindən tam şəkildlə yerinə yetirilmiş və xx.xx.2015-ci il tarixli xx/xx-2043 saylı arayış alınmışdır. Azərbaycan Respublikası Energetika Nazirliyi Dövlət Enerji Nəzarət İdarəsi tərəfindən JNfT YG- 000887-18- 4-15 2017-ci il tarixli "X5" alınmışdır. Müvafiq olaraq "xxxx" ASC-nin Şirvan RET və Sİ tərəfindən "Texniki Şərtin" müddəlarına uyğun olaraq 189 ədəd yaşayış sahəsi və 14 qeyri yaşayış sahələrinin "SMART" tipli sayğacları kodlaşdırılmış, möhürlənmiş və kartları da bizə təhvil verilmişdir. Lakin, hal-hazıra kimi binada yeləşən 11 qeyri-yaşayış sahəsinin "SMART" tipli sayğacları şəbəkəyə qoşulmamışdır. Bunula əlaqədar tərəfimizdən "xxxx"xxxx" ASC-nin xx.xx.2020-ci il tarixli. 11-xx/xx/1041 saylı imtina məktubu ilə bildirilmişdir ki, Şirvan şəhər, M.Ə.Rəsulzadə prospektində inşa edilmiş yaşayış binasında yerləşən qeyri-yaşayış sahələrinin enerji təchizatı şəbəkəsinə qoşulması üçün qeyri-yaşayış sahələrinin sahibləri tərəfindən Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 4 aprel tarixli 1313 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Sahibkarların tələb olunan gücü 150 kVT-a qədər (150 kVT-da daxil olmaqla mövcud 0.4 kV-luq şəbəkədən) olan mövcud və ya inşa ediləcək tikinti obyektlərinin elektrik enerjisi (gücü) alması üçün texniki şərtlərin, layihə sənədlərinin hazırlanması və verilməsi, habelə enerji təchizatı şəbəkəsinə qoşulması qaydasının tələblərinə uyğun olaraq müvafiq sənədləri təqdim etməklə "ASAN Xidmət" və ya ASAN Kommunal mərkəzinə müraciət edilməlidir. Tələb olunan gücə görə qoşulma haqqı məbləğini "xxxx" ASC-nin bank hesabına ödədikdən sonra 20 (iyirmi) gün müddətində texniki şərtlər və layihə sənədləri hazırlanaraq tikinti-quraşdırma yerinə yetiriləcəkdir. Göstərilən bu məktubun məzmunundan görünür ki. cavabdeh orqan xx.xx.2017-ci il tarixli 1313 saylı fərmana istinad edərək, bu işlə bağlı "ASAN Xidmət” və ya ASAN Kommunal mərkəzinə müraciət etməli olunmasını bildirsə də, lakin, qoşulma haqqının "xxxx" ASC-nin hesabına ödənilməli oduğunu bildirmişdir. Bu onu göstərir ki, hazırki mübahisə üzrə cavabdeh təşkilat yalnız "Azərişıq” ASC-dir və bu öhdəlik yalnız onun tərəfindən icra edilir. "ASAN Xidmət” və ya ASAN Kommunal mərkəzində isə yenə də "xxxx" ASC-nin əməkdaşları tərəfindən lazımi sənədləşmə işləri həyata keçirilir. Yəni "ASAN Xidmət" və ya ASAN Kommunal mərkəzləri belə işlərdə yalnız vasitəçi rolu oynayır. "İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 4 saylı Qərarın 14-cü bəndinə görə tərəflərin mülki (öhdəlik) hüquq münasibətlərində olduqları hallardan başqa, təbii inhisar subyektlərinin ümumi (publik) hüquq sahəsindəki qərarlarından, hərəkət və ya hərəkətsizliyindən irəli gələn mübahisələrə İPM-in 2.1-ci maddəsinə uyğun olaraq inzibati məhkəmə icraatı qaydasında inzibati-iqtisadi məhkəmələr tərəfindən baxılır. Bu səbəbdən də hazırki mübahisə ilə əlaqədar inzibati məhkəməyə müraciət edilmişdir. Əldə olunan şifahi məlumatlara, cavabdehin cavab məktubuna əsasən və cavabdeh müəssisənin istinad eldiyi 04.04.201 7-ci il tarixli 1313 saylı fərmana görə iddiaçı 11 obvektin şəbəkəyə qoşulması üçün onlara yenidən texniki şərt almalı və mövcud şəbəkənin gücləndirilməsi adı ilə enerji təchizatı müəssisəsi tərəfindən qovulacaq tələbləri yerinə yetirməlidir. Hesab olunur ki, cavabdehin bu tələbi tamamilə qanunsuzdur. Belə ki, yuxarıda qeyd olunduğu kimi, binanın elektrik təchizatı üçün enerjitəchizaiı müəssisənin verdiyi texniki şərtin tələblərini kooperativ 2015-ci ildə icra etmişdir. Həmin zaman, texniki şərtlə qoyulmuş bütün tələblər tərəflərindən icra edilmiş və bunun üçün külli miqdarda vəsait xərclənmişdir. Bu zaman heç bir qanunsuzluğa yol verilməmişdir. Buna görə də binada olan 189 ədəd yaşayış sahəsi və 14 qeyri yaşayış sahələrinin "SMART' " tipli sayğacları enerji təchizatı müəssisəsi tərəfindən kodlaşdırılmış və möhürlənmişdir. Digər 11 qeyri-yaşayış sahəsində sayğaclar tərəflərindən alınmış və quraşdırılmışdır, lakin, enerji təchizatı müəssisəsi onları təhvil almaqdan, onları kodlaşdırmaqdan, hesabat üçün qəbul elməkdən və s. imtina edir. Hazırki mübahisə hətta cavadehin istinad etdiyi Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 4 aprel tarixli 1313 nömrəli fərmanı ilə təsdiq edilmiş "Sahibkarların tələb olunan gücü 150 KVT-a qədər (150 KVT-da daxil olmaqla mövcud 0.4 KV-luq şəbəkədən) olan mövcud və ya inşa ediləcək tikinti obyektlərinin elektrik enerjisi (gücü) alınası üçün texniki şərtlərin, layihə sənədlərinin hazırlanması və verilməsi, habelə enerji təchizatı şəbəkəsinə qoşulması qaydasının” tələblərinə uyğun olaraq həll edilməli olsa belə, yenə də enerji təchizatı müəssisəsinin əlavə ödənişin, qoşulma haqqı tələb edilməsi ilə və digər səbəblərlə bağlı imtinası əsassızdır. Əvvəla ona görə ki, yaşayış binasının elektrik təchizatı məqsədi ilə verilmiş texniki şərt, onun icra edilməsi, orada göstərilən bütün tələblərin icrası cavabdehin istinad etdiyi xx.xx.2017-ci il tarixli 1313 saylı fərmanın qəbul edilməsindən 2 il əvvələ təsadüf etməsi "xxxx" ASC-nin 11 sayğacın qeydə almaqdan imtinasını əsassız olmasını sübut edir. İkincisi istinad edilən Qaydaların 1.2.7,-ci bəndində görə qoşulma haqqı — ETM tərəfindən layihə sənədlərinin hazırlanmasına, ETŞ-nin gücləndirilməsinə, tikinti- quraşdırılma işlərinin yerinə yetirilməsinə, elektrik qurğularının ETŞ-yə fiziki qoşulmasına (istifadə olunan mal-materiallara çəkilmiş xərclər də daxil otmaqla) görə Azərbaycan Respublikası Nazirlər Kabinetinin bu Qaydanın l.l 1-ci bəndinə uyğun olaraq müəyyən eldiyi vahid məbləğdir. Bəndin tələbləri rəhbər tutularaq və ETŞ (enerji təchizatı şəbəkəsi) kooperativin balansında olduğu, tikinti quraşdırma işləri tam yerinə yetirildiyi, elektrik qurğularının ETŞ-nə qoşulduğu üçün belə nəticəyə gəlinir ki. cavabdehin 11 qeyri-yaşayış obyektinə quraşdırılmış sayğacların kodlaşdırılması, sayğacların hesabat üçün qəbul edilməsi, sayğac kartlarının istehlakçıya təhvil verilməsi və obyektlərin istehlakçı kimi qeydiyyata alınması üçün əlavə ödənişin tələb etməsi qanunsuzdur. Həmin qaydaların 1,9-cu bəndinə görə sahibkarların tikinti obyektlərinə əlavə güc alması (bu şərtlə ki. əlavə güc verildiyi halda tikinti obyektinə bütövlükdə veriləcək güc 150 KVt-dan çox olmasın) tələb olunduqda, onlara verilmiş mövcud texniki şərtlər nəzərə alınmaqla, bu Qaydaya uyğun olaraq əlavə gücün alınması üçün yeni texniki şərtlər verilməlidir. Əlavə gücün alınması üçün yeni texniki şərtlər verilərkən sifarişçi tələb etdiyi əlavə gücə uyğun qoşulma haqqı ödəyir. Burdan da görünür ki, yeni texniki şərtin alınması və gücə görə qoşulma haqqı yalnız əlavə gücün alınacağı təqdirdə tələb edilməlidir. İddiaçıya heç bir əlavə gücün alınması faktiki tələb olunmadığı, qoşulacaq gücün ‘‘Ana Kür" MTK-nə verilmiş 09.15.139 N-li xx.xx.2013-cü il tarixli “Texniki Şərt"-lə nəzərdə tutulmuş və faktiki mövcud olan 921.1 kVt gücə daxil olduğu bir daha cavabdehin imtinasının qanunsuz olmasını göstərir. Üçüncüsü də. əgər hazırki mübahisə üzrə xx.xx.2017-ci il tarixli 1313 saylı Fərmanın tələbləri tətbiq edilməlidirsə, belə olan halda cavabdeh hansı səbəbdən binada olan 189 ədəd yaşayış sahəsi və 14 qeyri-yaşayış sahələrinin “SMçART” tipli sayğaclar qeydə almışdır. Bütün bunlar “Azərişıq" ASC-nin xx.xx.2020-ci il tarixli. 11-xx.xx.1041 saylı cavab məktubunda göstərdiyi halların qanunsuz olmasını göstərir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə yol verilir. Azərbaycan Respublikası MPM-nin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hqııqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcədə maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanınıla miiəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir. İddiaçı hesab edir ki, “Azərişıq" ASC təbii inhisar obyekti olduğundan və onun səlahiyyətləri, eni zamanda öhdəlikləri müvafiq qanunvericilik tərəfindən tənzimlədiyindən onlara məxsus obyektlərə quraşdırılmış sayğacların kodlaşdırılması və sair cavabdeh təşkilatın qanunvericiliyə əsasən öhdəliyidir hansın ki, o hal-hazırda icra etməkdən imtina edir. Şirvan Kommersiya Məhkəməsinin e-2-2(121)-1050-2020 saylı xx.xx.2020-ci il tarixli qərardadı ilə iş üzrə icraata xitam verilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5102/2021 saylı xx.xx.2021-ci il tarixli qərardadı ilə iş aidiyyəti üzrə baxılması üçün Şirvan İnzibati Məhkəməsinə göndərilmişdir. Şirvan İnzibati Məhkəməsinin 2-1(120)-1485/2021 saylı xx.xx.2021-ci il tarixli qərardadı ilə məhkəmələr arasında fikir ayrılığının müəyyən edilməsi üçün iş Şirvan Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin 2-1(106)-470/2021 saylı xx.xx.2021-ci il tarixli qərardadı ilə iş baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5102/2021 saylı xx.xx.2021-ci il tarixli qərardadı ilə səlahiyyətli məhkəmənin müəyyən edilməsi üçün iş Azərbaycan Respublikasının Ali Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-110/202 saylı xx.xx.2022-ci il tarixli qərardadı ilə iş ərazi aidiyyəti üzrə baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilmişdir. xx.xx.2022-ci il tarixli məhkəmə iclasında iddiaçı ərizə təqdim edərək, iddia ərizəsində dəqiqləşmə apararaq, İddiaçı MMC tərəfindən inşa edilmiş ünvan 1 ünvanında yerləşən yaşayış binasının 1-ci mərtəbəsində yerləşən 11 qeyri yaşayış obyektinin “Smart” tipli sayğacıların şəbəkəyə qoşulması öhdəliyinin cavabdeh "xxxx" ASC-nin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6402/2022 nömrəli xx.xx.2022-ci il tarixli qərardadı ilə iddiaçının iddia tələbini dəqiqləşdirməsi barədə ərizəsi icraata qəbul edilmişdir. 2.Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri Şifahi məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edərək və iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək, iddianı müdafiə etdiyini və iddianın təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Şifahi məhkəmə iclasında iştirak edən cavabdehin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi iddia tələbinin əsassız olduğunu bildirərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh tərəfindən iddiaya dair yazılı etiraz təqdim edilmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddia tələbi rədd edilməlidir. Belə ki, İddiaçı MTKya "xxxx" ASC tərəfindən verilmiş texniki şərt MTK-nın o dövrdəki vəziyyətinə və tələbinə görə verilmişdir. Hazırda isə MTK-nın 11 qeyri-yaşayış obyekti ayrı ayrılıqda qeyri-əhali kimi qeydiyyada alınmasını tələb edir ki, buda mövcud qanunvericiliyə ziddir. Məlumat üçün bildirilir ki, iddiaçı hazırda qanunsuz olaraq texniki şərti olmadan başqa qeyri-əhali abonentin elektrik xəttinə qoşulmaqla elektrik enerjisindən istifadə edir. Əslində isə iddiaçı "xxxx" MTK və digər sifarişçilər mövcud qaydalara əsasən Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 4 aprel tarixli 1313 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Sahibkarların tələb olunan gücü 150 kvt-a qədər (150 kvt da daxil olmaqla mövcud 0,4 kV-iuq şəbəkədən) olan mövcud və ya inşa ediləcək tikinti obyektlərinin elektrik enerjisi (gücü) alması üçün texniki şərtlərin, layihə sənədlərinin hazırlanması və verilməsi, habelə enerji təchizatı şəbəkəsinə qoşulması Qaydasına əsasən "Asan Kommunal" Mərkəzinə ərizə ilə müraciət etməlidirlər.Ərizə; VÖEN (olduğu halda) və şəxsiyyət vəsiqəsi (hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs olduğu halda); hüquqi şəxsin təmsilçisinə (nümayəndəsinə) verilən müvafiq məktub, nümayəndənin şəxsiyyət vəsiqəsi; Mülkiyyəti təsdiq edən sənəd (qeydiyyat vəsiqəsi (texniki pasport və ya plan sxem ilə birlikdə), mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasına dair çıxarış (texniki pasport və ya plan sxem ilə birlikdə), müvafiq icra hakimiyyəti orqanının sərəncamı (ayrıc aktı ilə), bələdiyyə qərarı (plan-sxem ilə birlikdə), order (plan-sxem ilə birlikdə), bələdiyyə və icra nümayəndəliyinin arayışı (plan sxemi ilə birlikdə),notarial qaydada təsdiq edilmiş alqı-satqı və ya icarə müqaviləsi (mülkiyyət hüququna dair sənədin surəti ilə), istifadə hüququna dair sənəd (şəhadətnamə texniki pasport ilə birlikdə, dövlət aktı, çıxarış), mülkiyyət hüququnun tanınması haqqında məhkəmə qərarı); müvafiq icra hakimiyyəti orqanının tikintiyə icazə sənədi( vəziyyət planı ilə birlikdə) Tələb olunan elektrik enerjisinin gücü və keyfiyyət göstəriciləri barədə sənəd (yük hesabatı); Tikinti ərazisinin vəziyyət planı; Obyektin istismarı üçün mühəndis-kommunikasiya təminatına dair tələbat göstəriciləri barədə sənəd; İxtisaslaşdırılmış müəssisələr tərəfindən tərtib edilən ərazinin geoloji mühəndis hesabatı (MTK olduğu halda);Obyektin tikintisinə dair layihənin surəti. Sənədləri qaydalara uyğun olduqdan sonra Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 27 aprel tarixli 180 nömrəli qərarı ilə təsdiq edilmiş “Tikinti obyektlərinin enerji təchizatı şəbəkəsinə qoşulmasına görə qoşulma haqqı məbləği”nin təsdiq edilməsi barədə Qərarına uyğun olaraq müvafiq dövlət rüsumu (qoşulma haqqı) ödənildikdən sonra ayrı ayrılıqda texniki şərt almalıdırlar. Lakin İddiaçı MTK qanunsuz elektrik olaraq dövlət əmlakı olan elektrik enerjisini talan etməklə yanaşı "Asan Kommunal" Mərkəzinə müraciət etmək əvəzinə əsassız, qanunsuz olaraq iddia tələbində göstərdiklərini və bütün günahları "xxxx" ASC-də görür və özünün tutarsız istinadlarına söykənərək "xxxx" ASC-nin hesabına sayğaclaşdırmanı həyata keçirmək və texniki şərti dövlət rüsumu ödəmədən almaq niyyətindədir.
3. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər
İş materialları məhkəməyə təqdim edilmişdir. Həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. - iddiaçının xx.xx.2020-ci il tarixli cavabdeh orqana müraciət ərizəsi; - cavabdehin 11-xx/xx/1042 saylı xx.xx.2020-ci il tarixli imtina məktubunun surəti; - "xxxx" ASC-nin Texniki Departamenti tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli Arayışının surəti; - cavabdeh orqanın etiraz məktubu.
ƏSASLANDİRMA HİSSƏSİ:
4. İddianın növü və mümkünlüyü
Məhkəmə qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən öhdəliyin icrası haqqında iddia növünə aiddir. İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciətindən əvvəl cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 8.1.1-ci maddəsinə əsasən daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məhkəmə hazırkı iddianın öhdəliyin icrası iddia növünə aid olduğunu və daşınmaz əmlakın yerləşdiyi yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsində baxılmalıdır. Göründüyü kimi, hazırkı iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilir və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir.
5. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi
Məhkəmə sübutları obyektiv, hərtərəfli və tam tədqiq edərək, inzibati iş materiallarını araşdırıb hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia mahiyyəti baxımından əsassızdır. Göstərilənlrə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir. İşin faktiki hallarından müəyyən edilmişdir ki, İddiaçı MTK tərəfindən inşa olunan, ünvan 4 ünvanında yerləşən yüksəkmərtəbəli yaşayış binasın 11 qeyri-yaşayış obyektinə “SMART” tipli sayğaclarının şəbəkəyə qoşulması ilə bağlı olaraq “Azərişıq ASC” və "xxxx" ASC-nin Şirvan RET və Sİ-nə iddiaçı tərəfindən müraciət edilmişdir. Cavabdeh inzibati orqan tərəfindən iddiaçının müraciətinə cavab olaraq xx.xx.2020ci il tarixli imtina məktubunda qeyd edilmişdir ki, Şirvan şəhəri, M.Ə.Rəsulzadə prospektində inşa edilmiş yaşayış binasında yerləşən qeyri yaşayış sahələrinin enerji təchizatı şəbəkəsinə qoşulması üçün qeyri-yaşayış sahəsinın sahibləri tərəfindən Azərbaycan Respublikası Prezidentinin 2017-cı il 4 aprel tarixli 1313 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarların tələb olunan gücu 150 KVT a qədər (150 KVT-da daxıl olmaqla mcvcud 0.4 KVT-luq şəbəkədən ) olan mövcud və ya inşa ediləcək tikinti obyektlərinin elektrik enerjisi (gücü) alması üçün texniki şərtlərin layihə sənədlərinin hazırlanması və verilməsi habelə enerji təchizatı şəbəkəsinə qoşulması Qaydası”nın tələblərinə uyğun olaraq müvafiq sənədləri təqdim etməklə “ASAN Xidmət və ya “ASAN Kommunal” mərkəzinə müraciət edilməlidir. Tələb olunan gücə görə qoşulma haqqı məbləğinin "xxxx" ASC-nin bank hesabına ödədikdən sona 20 (iyirmi) gün müddətində texniki şərtlər və layihə sənədləri hazırlanaraq tikinti-quraşdırma işləri yerinə yetinləcəkdır. İddiaçı cavabdehin imtinasından narazi qalaraq həmin tələblə məhkəməyə müraciət emişdir. Məhkəmə göstərilənlərə əsasən hesab edir ki, iddiaçının iddia ərizəsində qeyd etdiyi dəlillər əsassızdır. Belə ki, Azərbaycan Respublikasi Prezidentinin xx.xx.2017-ci il tarixli, 1313 nömrəli fərmanı ilə təsdiq edilmiş “Sahibkarların mövcud və ya inşa ediləcək tikinti obyektlərinin elektrik enerjisi ilə təchizatı prosedurunun sadələşdirilməsi haqqında” Qaydaların: 1.1. Bu Qayda sahibkarların tələb olunan gücü 150 kVt-a qədər (150 kVt da daxil olmaqla mövcud 0,4 kV-luq şəbəkədən) olan mövcud və ya inşa ediləcək tikinti obyektlərinin (bundan sonra – tikinti obyekti) elektrik enerjisi (gücü) alması üçün texniki şərtlərin, layihə sənədlərinin hazırlanması və verilməsi, habelə enerji təchizatı şəbəkəsinə qoşulması üzrə proseduru və tələbləri müəyyən edir. 1.1-1. Büdcə təşkilatlarının, dövlətin adından yaradılan publik hüquqi şəxslərin, paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin və aktiv istehlakçıların tələb olunan gücü 150 kVt-a qədər (150 kVt da daxil olmaqla mövcud 0,4 kV-luq şəbəkədən) olan mövcud və ya inşa ediləcək tikinti obyektlərinin elektrik enerjisi (gücü) alması üçün texniki şərtlərin, layihə sənədlərinin hazırlanması və verilməsi, habelə enerji təchizatı şəbəkəsinə qoşulması üzrə prosedur və tələblər də bu Qayda ilə müəyyən edilir. 1.2. Bu Qaydada istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir: 1.2.3. texniki şərtlər – elektrik enerjisi ilə təchiz edilməsi nəzərdə tutulan tikinti obyektinin enerji təchizatı şəbəkəsinə (bundan sonra – ETŞ) qoşulması ilə əlaqədar layihə sənədlərinin hazırlanmasına əsas verən və elektrik enerjisinin verilməsi ilə bağlı mühəndis-texniki parametrləri özündə əks etdirən texniki sənəd... 1.2.7. qoşulma haqqı – ETM tərəfindən layihə sənədlərinin hazırlanmasına, ETŞnin gücləndirilməsinə, tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə, elektrik qurğularının ETŞ-yə fiziki qoşulmasına (istifadə olunan mal-materiallara çəkilmiş xərclər də daxil olmaqla) görə Azərbaycan Respublikası Nazirlər Kabinetinin bu Qaydanın 1.11-ci bəndinə uyğun olaraq müəyyən etdiyi vahid məbləğ... 1.9. Sahibkarların tikinti obyektlərinə əlavə güc alması (bu şərtlə ki, əlavə güc verildiyi halda tikinti obyektinə bütövlükdə veriləcək güc 150 kVt-dan çox olmasın) tələb olunduqda, onlara verilmiş mövcud texniki şərtlər nəzərə alınmaqla, bu Qaydaya uyğun olaraq əlavə gücün alınması üçün yeni texniki şərtlər verilməlidir. Əlavə gücün alınması üçün yeni texniki şərtlər verilərkən sifarişçi tələb etdiyi əlavə gücə uyğun qoşulma haqqı ödəyir. 2.1. Texniki şərtlərin və layihə sənədlərinin alınması üçün sifarişçi “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 29-cu və 30-cu maddələrində nəzərdə tutulmuş qaydada ərizə ilə (elektron və ya yazılı formada) tikinti obyektinin yerləşdiyi (yerləşəcəyi) ərazi üzrə KOB evlərindəki və ya mərkəzlərdəki Texniki Şuraya müraciət edir. Texniki Şuraya müraciətlərin qəbulu, qeydiyyatı, habelə sənədlərin baxılması və verilməsi ilə əlaqədar katiblik funksiyaları Texniki Şuranın üzvü olan ETM-in nümayəndəsi tərəfindən həyata keçirilir. 2.1-1. Sifarişçi bu Qaydanın 2.1-ci bəndinə uyğun olaraq texniki şərtlərin və layihə sənədlərinin alınması üçün müraciət edərkən ETM-in bank hesabına tələb etdiyi elektrik enerjisinin gücünə uyğun olaraq qoşulma haqqı ödəyir. 2.3. Texniki şərtlər almaq (tələb edilən gücdən asılı olmayaraq) üçün sifarişçi tikinti obyektinin yerləşdiyi əraziyə xidmət edən enerjitəchizatı müəssisəsinə ərizə ilə müraciət etməlidir. Həmin enerjitəchizatı müəssisəsi sifarişçinin tikinti obyektinin yerləşdiyi əraziyə ən yaxın məsafədə olan la0zımi gücə malik enerji mənbəyini müəyyən etməli və texniki şərtlər verməlidir. 3.1. sahibkarların tələb olunan gücü 150 kVt-a qədər (150 kVt da daxil olmaqla mövcud 0,4 kV-luq şəbəkədən) olan mövcud və ya inşa ediləcək tikinti obyektlərinin elektrik enerjisi (gücü) alması üçün texniki şərtlərin, layihə sənədlərinin hazırlanması və verilməsi, habelə enerji təchizatı şəbəkəsinə qoşulması ilə bağlı müraciətlər kiçik və orta biznes evləri və “ASAN Kommunal” mərkəzləri (“ASAN Kommunal” mərkəzləri yaradılmayan regionlarda – bu mərkəzlər yaradılanadək “ASAN Xidmət” mərkəzləri) vasitəsilə həyata keçirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 24 iyul tarixli 326 nömrəli qərarı ilə təsdiq edilmiş “Məişət abonentlərinin mövcud və ya inşa ediləcək tikinti obyektlərinin elektrik enerjisi (gücü) alması (mövcud 0,4 kV-luq şəbəkədən) üçün texniki şərtlərin, layihə sənədlərinin hazırlanması və verilməsi, habelə enerji təchizatı şəbəkəsinə qoşulması Qaydası”nın 1.1-ci bəndinə əsasən bu Qayda “Sahibkarların mövcud və ya inşa ediləcək tikinti obyektlərinin elektrik enerjisi ilə təchizatı prosedurunun sadələşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 4 aprel tarixli 1313 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 28 fevral tarixli 1857 nömrəli Fərmanının 2.5-ci bəndinin icrasını təmin etmək məqsədi ilə hazırlanmışdır və məişət abonentlərinin (sifarişçilərin) mövcud və ya inşa ediləcək tikinti obyektlərinin (bundan sonra – tikinti obyekti) elektrik enerjisi (gücü) alması (mövcud 0,4 kV-luq şəbəkədən) üçün texniki şərtlərin, layihə sənədlərinin hazırlanması və verilməsi, habelə enerji təchizatı şəbəkəsinə qoşulması üzrə proseduru və tələbləri müəyyən edir. Həmin Qaydaların 1.2.1-ci bəndinə əsasən texniki şərtlər – elektrik enerjisi ilə təchiz edilməsi nəzərdə tutulan tikinti obyektinin enerji təchizatı şəbəkəsinə (bundan sonra – ETŞ) qoşulması ilə əlaqədar layihə sənədlərinin hazırlanmasına əsas verən və elektrik enerjisinin verilməsi ilə bağlı mühəndis-texniki parametrləri özündə əks etdirən texniki sənəddir. Həmin Qaydaların 2.4-cü bəndinə əsasən ərizədə aşağıdakı məlumatlar qeyd edilməlidir: 2.4.1. sifarişçinin soyadı, adı, atasının adı, şəxsiyyət vəsiqəsinə dair məlumatlar, tikinti obyektinin və ya tikinti obyektinin yerləşdiyi (yerləşəcəyi) torpaq sahəsinin ünvanı (olduğu yer); 2.4.2. sifarişçinin poçt və elektron ünvanı (elektron ünvanı olduqda); 2.4.3. tələb olunan elektrik enerjisinin gücü və keyfiyyət göstəriciləri. 2.5. Ərizəyə ETŞ-yə qoşulması nəzərdə tutulan tikinti obyekti və ya tikinti obyektinin yerləşdiyi (yerləşəcəyi) torpaq sahəsi üzərində sifarişçinin mülkiyyət və ya digər əşya hüququnu təsdiq edən sənədin surəti əlavə edilməlidir. Həmin Qaydaların 2.6-cı bəndinə əsasən sifarişçidən bu Qaydada nəzərdə tutulmayan məlumatlar və sənədlər tələb edilə bilməz. Həmin Qaydaların 2.7-ci bəndinə əsasən qeydiyyat zamanı həmin sənədlərin bu Qaydanın 2.4-cü və 2.5-ci bəndlərinin tələblərinə uyğunluğu yoxlanılır. Sənədlər tələblərə uyğun olduqda, sifarişçi qoşulma haqqını ETM-in bank hesabına köçürür və vəsaitin köçürülməsini təsdiq edən sənədi ETM-in nümayəndəsinə təqdim edir. Göründüyü kimi müvafiq qanunvericiliyin tələblərinə əsasən İddiaçı MTK inşa etdiyi binada yerləşən 11 qeyri-yaşayış obyektinə əlavə güc alması tələb olunur, MTK-ya verilmiş mövcud texniki şərtlər nəzərə alınmaqla, qanunvericiliyə uyğun olaraq əlavə gücün alınması üçün yeni texniki şərtin verilməsi zəruridir. Lakin MTK tərəfindən əlavə güc üçün yeni texniki şərtlər alınmadan və həmin texniki şərt olmadan, həmçinin həmin texniki şərtin və layihə sənədlərinin hazırlanması və verilməsi ilə bağlı müvafiq qaydada müraciət edilmədən sayğacların şəbəkəyə qoşulmasının təmin edilməsini tələb edir. “Elektroenergetika haqqında” Azərbaycan Respublikası Qanunun 11-ci maddəsinə əsasən elektrik və istilik enerjisinin alqı-satqısı və mübadiləsi müqavilələr əsasında həyata keçirilir. Həmin Qanunun 15-ci maddəsinə əsasən istehlakçılar elektrik və istilik enerjisini təchizatçılarla bağlanılmış müqavilələr əsasında alırlar. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 02 fevral tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”nın 1.1-ci bəndinə əsasən elektrik enerjisi istehlakçısı - müqavilə əsasında elektrik enerjisini satın alan və ondan elektrikqəbulediciləri vasitəsilə istifadə edən hüquqi və ya fiziki şəxs; məişət abonenti (əhali) - yaşayış binalarının mənzillərində, yataqxanalarda, xüsusi yaşayış evlərində, həmçinin bağlarda, şəxsi qarajlarda məişət məqsədləri üçün elektrik enerjisindən istifadə edən istehlakçı... Həmin Qaydaların 2.1-cı bəndinə əsasən yeni, yaxud yenidən qurulan, istifadə olunmasına icazə verilmiş gücü artırılan, həmçinin enerji təchizatı sxemini dəyişən istehlakçıların (sifarişçilərin), o cümlədən məişət abonentlərinin elektrik enerjisi (gücü) alması üçün texniki şərtlərin verilməsi və elektrik şəbəkəsinə qoşulması qaydaları və onlara dair tələblər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 27 avqust tarixli 234 nömrəli Qərarı ilə təsdiq edilmiş “İstehlakçıların elektrik enerjisi (gücü) alması üçün texniki şərtlərin verilməsi və enerji təchizatı şəbəkəsinə qoşulması Qaydaları”na, “Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 4 aprel tarixli 1313 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarların tələb olunan gücü 150 kVt-a qədər (150 kVt da daxil olmaqla mövcud 0,4 kV-luq şəbəkədən) olan mövcud və ya inşa ediləcək tikinti obyektlərinin elektrik enerjisi (gücü) alması üçün texniki şərtlərin, layihə sənədlərinin hazırlanması və verilməsi, habelə enerji təchizatı şəbəkəsinə qoşulması Qaydası”na və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 24 iyul tarixli 326 nömrəli Qərarı ilə təsdiq edilmiş “Məişət abonentlərinin mövcud və ya inşa ediləcək tikinti obyektlərinin elektrik enerjisi (gücü) alması (mövcud 0,4 kV-luq şəbəkədən) üçün texniki şərtlərin, layihə sənədlərinin hazırlanması və verilməsi, habelə enerji təchizatı şəbəkəsinə qoşulması Qaydası”na əsasən müəyyən edilir. Müstəqil enerji istehsalçısının bərpa olunan enerji mənbələri üzrə elektrik qurğularının şəbəkəyə qoşulmasına dair texniki şərtlər müstəqil enerji istehsalçısı ilə dövlət elektroenergetika müəssisəsi və ya enerji təchizatı müəssisəsi arasında bağlanılmış şəbəkəyə qoşulma müqaviləsi ilə müəyyən olunur və bu zaman şəbəkəyə qoşulma həmin müqavilənin tələblərinə uyğun həyata keçirilir. Həmin Qaydaların 7.8-ci bəndinə əsasən bir elektrik enerjisi təchizatı mənbəyindən müxtəlif tarif qruplarına aid bir neçə istehlakçı qidalandırıldıqda, hər bir tarif qrupu üçün hesablaşma elektrik uçot cihazları quraşdırılmalıdır. Bundan başqa, elektrik enerjisinə nəzarət uçotu üçün müəyyən edilmiş elektrik enerjisi sərfi normalarının yerinə yetirilməsinə nəzarət üçün ayrı-ayrı sexlərdə, elektrik tutumlu aqreqatlarda, texnoloji xətlərdə, binalarda, ayrı-ayrı kənd təsərrüfatı, kommunal-məişət və başqa obyektlərdə texniki-nəzarət uçot cihazları quraşdırılır. Həmin Qaydaların 7.9-cu bəndinə əsasən məişət abonentinin elektrik enerjisi sərfinə görə hesablaşması hər bir yaşayış sahəsi, o cümlədən yaşayış binalarındakı hər bir mənzil üzrə hesablaşma elektrik sayğacı quraşdırılır. Həmçinin yaşayış binalarında ümumi məqsədlərə - pilləkənlərin işıqlandırılmasına, liftlərin, nasosların işləməsinə və s. sərf edilən elektrik enerjisinə görə hesablaşmaq üçün hesablaşma elektrik sayğacı quraşdırılır. Kommunal mənzildə elektrik enerjisi sərfinə görə hesablaşmalar aparmaq məqsədilə hər bir məişət abonenti üçün hesablaşma elektrik sayğacı quraşdırılır, həmçinin mənzilin ümumi istifadə yerlərində (dəhlizin, mətbəxin, hamamın və s.) elektrik enerjisi sərfini müəyyənləşdirmək üçün ayrıca hesablaşma elektrik sayğacı quraşdırılır. Fiziki şəxs olan istehlakçıların sayğaclarla təchiz edilməsi, onların quraşdırılması və dəyişdirilməsi enerji təchizatı müəssisəsinin hesabına həyata keçirilir. Həmin Qaydaların 8.1-ci bəndinə əsasən dövlət elektroenergetika müəssisəsindən enerjitəchizatı müəssisəsinə, enerjitəchizatı müəssisəsindən abonentə, abonentdən subabonentə elektrik enerjisinin verilişi yalnız müvafiq olaraq tərəflər arasında bağlanmış elektrik enerjisinin alqı-satqı müqaviləsinə əsasən və onlar üçün təyin olunmuş elektrik enerjisinin tariflərinə uyğun aparılır. Həmin Qaydaların 8.18-ci bəndinə əsasən istehlakçı, o cümlədən məişət abonenti tutduğu ərazidən, binadan köçdükdə, öz fəaliyyətini dayandırdıqda və ya ləğv edildikdə o, on gün əvvəl enerji təchizatı müəssisəsinə elektrik enerjisinin alqı-satqı müqaviləsinin ləğv olunması barədə müraciət etməli və sonuncu günə qədər istifadə etdiyi elektrik enerjisinin haqqını ödəməlidir. Yeni istehlakçının, o cümlədən məişət abonentinin elektrik şəbəkəsinə qoşulması və sənədləşdirilməsi bu Qaydalara uyğun aparılır. Həmin Qaydaların 8.21-ci bəndinə əsasən elektrik enerjisinin alqı-satqı müqaviləsini, şəxsi hesabın digər məişət abonentinin adına keçirilməsi onların müraciətlərinə əsasən enerjitəchizatı müəssisəsi tərəfindən beş gün ərzində baxılır və həll edilir. Elektrik şəbəkəsinə əvvəllər qoşulmuş yaşayış binasındakı mənzilə yeni kirayəçi, yaxud mülkiyyətçi və ya xüsusi yaşayış evinə yeni mülkiyyətçi köçdükdə, həmin məişət abonenti ilə enerjitəchizatı müəssisəsi arasında beş gün müddətində elektrik enerjisinin alqı-satqı müqaviləsi bağlanılmalıdır və enerjitəchizatı müəssisəsi onun adına şəxsi hesab açır və istifadə edilən elektrik enerjisinə görə ödəniş sənədini müstəqil halda yazmaq üçün qəbzlər və bildiriş blankları olan hesablaşma kitabçasını verir (özünəxidmət üsulu). Həmin Qaydaların 8.22-ci bəndinə əsasən məişət abonenti mənzildən və ya xüsusi yaşayış evindən köçərkən, həmin mənzilin və ya xüsusi yaşayış evİnin yeni mülkiyyətçisi, yaxud kirayəçisi ondan köçdüyü günə qədər istifadə etdiyi elektrik enerjisinin haqqının ödənilməsi və elektrik enerjisi sərfinə görə borcunun olmaması barədə enerjitəchizatı müəssisəsinin arayışını tələb etməlidir. Həmin Qaydaların 8.35-ci bəndinə əsasən enerjitəchizatının subyektləri arasında elektrik enerjisindən istifadədə və ya elektroenergetika sahəsində digər mübahisəli məsələlərə tərəflərdən birinin müraciətinə əsasən X2 Agentliyi səlahiyyəti çərçivəsində baxıb, rəy verə bilər. Enerjitəchizatının subyektləri (dövlət elektroenergetika müəssisəsi, müstəqil enerji istehsalçıları, enerjitəchizatı müəssisələri, istehlakçılar, o cümlədən məişət abonentləri) arasında bütün mübahisəli məsələlərlə əlaqədar tərəflər bilavasitə məhkəməyə müraciət edə bilərlər. Beləliklə, göstərilənlərə əsasən, məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı MTK-nın inşaa etdiyi binada yerləşən 11 qeyri yaşayış sahəsi üçün əlavə gücün alınması tələb olunduğundan, həmçinin həmin əlavə gücün alınması üçün yeni texniki şərtlərin verilməsi tələb olunduğundan və iddiaçı tərəfindən həmin şərtlər alınmadığından iddia tələbi əsasızdır. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İPM-in 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı MMC tərəfindən inşa edilmiş ünvan 1 ünvanında yerləşən yaşayış binasının 1-ci mərtəbəsində yerləşən 11 qeyri-yaşayış obyektinin “Smart” tipli sayğacıların şəbəkəyə qoşulması öhdəliyinin cavabdeh "xxxx" ASC-nin üzərinə qoyulması barədə dair iddia təmin edilməməlidir.
NƏTİCƏVİ HİSSƏ:
Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 75 və 85.1 maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilməsin. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər.
Hakim Elvin Əliyev