Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2110/2021 15.04.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X7 Oruczadənin sədrliyi, Məhkəmə iclas katibi Cəfərova Yasəmən Fərman qızının katibliyi, İddiaçı, Cavabdehin etibarnamə üzrə nümayəndəsi və vəkili X1 iştirаkları ilə, İddiаçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı “X5 qeyri-iş və istirahət günlərində, gücləndirilmiş iş rejimində xidmətlərinin düzgün hesablanması və iş stajına əlavə edilməsi” barədə iddia tələbi üzrə inzibati işə məhkəmə binаsındа аçıq məhkəmə iclаsındа bахаrаq, MÜƏYYƏN ETDİ: İddiaçı cаvаbdеh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Tibbi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəmə müraciət edərək, X5 qeyri-iş və istirahət günlərində, gücləndirilmiş iş rejimində xidmətlərinin düzgün hesablanması və iş stajına əlavə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul olunduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1993-cü il tarixdən xx.xx.2006cı ilədək X5 nümunəvi xidmət etmiş, onun ümumi xidməti 19 il 11 ay 18 gün olmuşdur. Bütün xidməti müddətində DİN-in Bakı şəhər Baş Polus İdarəsi X10 İdarəsində Yol Polisi müfəttişi vəzifəsində çalışmışdır. Nümunəvi xidmətlərinə görə DİN rəhbərliyi tərəfindən dəfələrlə təltif olunmuşdur. Dövlət əhəmiyyətli tədbirlərdə, qeyri-iş və istirahət günlərində gücləndirilmiş iş rejimində xidmətdə olmuş. O, sabiq polis əməkdaşı kimi pensiyaya çıxmaq üçün bir neçə dəfə Daxili İşlər Nazirliyinə müraciət etmişdir. Lakin Nazirliyin Baş Kadrlar İdarəsi ona cavab olaraq bildirmişdir ki, "Azərbaycan Respublikasının X5 xidmət keçmə haqqında Əsasnamə"nin 144-cü maddəsinə əsasən xidmət illərinə görə pensiya hüququna xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox xidmət etmiş əməkdaşlar malikdirlər. Nədənsə, Daxili İşlər Nazirliyinin məsul şəxsləri onun X5 xidmətini hesablayarkən qeyri-iş və istirahət günlərində, gücləndirilmiş iş rejimində etdiyi xidmətləri nəzərə almırlar. Bu isə mövcud qanunvericiliklə müəyyən edilmiş və qorunan hüquqlarının pozulmasına, DİO-da 20 ildən çox etdiyi nümunəvi və qüsursuz xidməti nəzərə alınmamasına səbəb olmuşdur. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şifahi məhkəmə baxış iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək, təmin edilməsini xahiş etdi. Şifahi məhkəmə baxış iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili X2 iddia tələbinə etiraz edərək, təmin edilməməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək hesab edir ki, iddia rədd edilməlidir. İddianın mümkünlüyü: İddia mümkün iddiadır. Belə ki, baxılan işdə iddianın ümumi mümkünlük şərtləri mövcuddur. Belə ki, iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 1.1, 2.2.3, 3.1 və 8.1.4-ci maddələri). İddiaya cavab verməli inzibati orqan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İddianın əsaslılığı : İddia mümkün olsa da, ancaq mahiyyəti üzrə əsassızdır. Belə ki, iddiaçı ona daxili işlər orqanın əməkdaşı kimi pensiya tıyin edilməsi üçün X5 qeyri-iş və istirahət günlərində, gücləndirilmiş iş rejimində xidmətlərinin düzgün hesablanması və iş stajına əlavə edilməsində haqlı deyil. Məhkəmə gəldiyi nəticəni aşağıdakı sübutlarla əsaslandırır: İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Kadrlar İdarəsi tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2020-ci il tarixli, 0xx-xx-57676S- 3220 saylı imtina məktubundan görünür ki, “Azərbaycan Respublikasının X5 xidmət keçmə haqqında Əsasnamənin 144-cü maddəsinə əsasən xidmət illərinə görə pensiya hüququna xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox xidmət etmiş əməkdaşların malik olması qeyd edilmişdir. İddiaçı xidmət müddətinin təqvimi hesablanma ilə 15 il, 07 ay, 17 gün təşkil etməsi göstərilmişdir. İşdə olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Kadrlar İdarəsinin X4 ünvanladığı xx.xx.2019-cu il tarixli, 0xx/xx-54578Ş-3219 saylı cavab məktubunun surətindən görünür ki, X3 arxiv şəxsi işinə baxış keçirilən zaman, onun döyüş bölgələrinə ezam edilməsi və travma alması barədə qeydiyyat aşkar edilməmişdir. Əlavə olaraq bildirilmişdir ki, DİN-in xx.xx.1991-ci il tarixli 311 nömrəli; DİN-in xx.xx.1991-ci il tarixli 2169ş/h nömrəli; DİN-in xx.xx.1991-ci il tarixli 2496ş/h nömrəli; DİN-in xx.xx.1991-ci il tarixli 3315ş/h nömrəli və xx.xx.1994-cü il tarixli 289ş/h nömrəli əmrləri ilə Dağlıq Qarabağ və ətraf rayonlarında gedən doyüş əməliyyatlarında iddiaçı iştirakına görə pulla mükafatlandırılmışdır. Məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Təşkilat-İnspeksiya İdarəsi tərəfindən ünvanlanmış xx.xx.2020-ci il tarixli №002-1427- 1220 saylı məktubdan görünür ki, İddiaçı X5 xx.xx.1993-cü il tarixdən xx.xx.2006-cı il tarixədək olan xidmət müddətində aldığı əmək haqqı barədə arayış göndərilmişdir. Arayışın son 2006-cı il tarixinə aylıq verilən əmək haqqısı 315,15 manat göstərilmişdir. Məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsinin X10 İdarəsi tərəfindən ünvanlanmış xx.xx.2021-ci il tarixli №046-14271 saylı məktubundan görünür ki, İddiaçı xx.xx.1993-cü il tarixdən xx.xx.2006-cı il tarixədək X5, xx.xx.1983-cü il tarixdən xx.xx.1985-ci il tarixədək Silahlı Qüvvələrdə xidmət etmişdir. E.Səmədov Bakı şəhər BPİ DYPl-nin şəxsi heyət üzrə xx.xx.2006-cı il tarixli 52ş/h nömrəli əmri ilə X5 xidmətdən xaric edilmişdir. Xaric edilərkən xidmət müddəti təqvimi hesablama ilə 13 il, 07 ay, 17 gün, imtiyazlı hesablama ilə 19 il, 11 ay, 18 gün təşkil etmişdir. Sorğu əsasında arxiv sənədlər yenidən hesablanmış və E.Səmədovun X5 xidmət müddəti təqvimi hesablama ilə 15 il, 08 ay, 06 gün, imtiyazlı hesablama ilə 19 il, 09 ay, 14 gün təşkil etdiyi müəyyən edilmişdir. Onun X5 qeyri-iş və istirahət günlərində, gücləndirilmiş iş rejimində xidmətləri barədə heç bir məlumat yoxdur. xx.xx.2021-ci il tarixdə İddiaçı Bakı şəhər BPİ DYPl-nin Kadrlar bölməsinə dəvət olunmuş və qeyd olunanlar barədə ona ətraflı məlumatlar verilmişdir. Məhkəmə, qənaətini əsaslandırmaq üçün mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 27 avqust tarixli 135 nömrəli qərarı ilə təsdiq edilmiş “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması” Qaydaların 1-ci bəndinə əsasən bu Qaydalar “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 22.4-cü maddəsinə uyğun olaraq hazırlanmışdır və həmin Qanunun 1.0.3-cü maddəsində nəzərdə tutulmuş hərbi qulluqçulara - Azərbaycan Respublikasının Silahlı Qüvvələrində, Azərbaycan Respublikasının Müdafiə Nazirliyində, Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyində, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyində, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyində, Azərbaycan Respublikasının Prokurorluğunda, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətində, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidmətində və Azərbaycan Respublikasınınqanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdəxidmət edən hərbi rütbəli şəxslərə və 1.0.4-cü maddəsində nəzərdə tutulmuş xüsusi rütbəli şəxslərə - Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi, Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dövlət Feldyeger Xidməti orqanlarında xidmət edən xüsusi rütbəli şəxslərə əmək pensiyasının təyin edilməsi üçün təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların həmin orqanlar tərəfindən Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fonduna təqdim olunması qaydalarını müəyyən edir. “Azərbaycan Respublikasının X5 xidmət keçmə haqqında” Əsasnamənin 1-ci maddəsinə əsasən X5 xidmət keçmə - bu orqanlarının funksiya, vəzifə və hüquqların öz peşə fəaliyyətləri ilə keçirən Azərbaycan Respublikası vətəndaşlarının dövlət qulluğunun xüsusi növüdür. Əsanamənin 8-ci maddəsinə X5 xidmət keçmə hər bir əməkdaşın şəxsi işində öz əksini tapır (şəxsi iş daxili işlər orqanlarının kadr xidmətləri tərəfindən hazırlanır, aparılır və saxlanılır). Daxili işlər orqanları əməkdaşının xidmət yeri dəyişdirildikdə onun şəxsi işi yeni xidmət yerinə göndərilir. Daxili işlər orqanları əməkdaşlarının şəxsi işlərinin aparılması və saxlanılması qaydaları Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Əsasnamənin 73-cü maddəsinə əsasən daxili işlər orqanları əməkdaşlarına Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş tam iş vaxtı şamil edilir. Zəruri hallarda, daxili işlər orqanları əməkdaşları müəyyən edilmiş iş vaxtından artıq olan müddətdə, həmçinin gecə vaxtı,istirahət, səsvermə, iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günündəxidməti vəzifələrinin yerinə yetirilməsinə cəlb oluna bilərlər. İş vaxtından artıq olan müddət xidməti vəzifələrinin yerinə yetirilməsinə görə onlara Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada ödənişlər verilir. İş üzrə araşdıma zamnaı Məhkəmə tərəfindən aidiyyəti üzrə sorğular göndərilmiş,lakin iddiaçının iddia etdiyi kimi qeyri-iş və istirahət günlərində, gücləndirilmiş iş rejimində xidmətləri barədə, həmçinin, bu xidmətlər üzrə əlavə ödənişlər barədə məlumat aşkar edilməmişdir. Belə olan halda, Məhkəmə hazırki iddianı əsaslı hesab etmir və cavabdeh inzibati orqanın imtinası iddiaçının hüquqlarının pozulmasına əsas vermir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində inzibati mübahisələrə dair üzrə məhkəmə vasitəsi ilə verilir. Göstərilənlərə əsasən Məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı “X5 qeyri-iş və istirahət günlərində, gücləndirilmiş iş rejimində xidmətlərinin düzgün hesablanması və iş stajına əlavə edilməsi” barədə iddiası təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68, 69, 73.1, və 85.1-ci maddələrini rəhbər tuturaq, QƏRARA ALDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı “X5 qeyri-iş və istirahət günlərində, gücləndirilmiş iş rejimində xidmətlərinin düzgün hesablanması və iş stajına əlavə edilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə
Məhkəmə qərarları › İş №2-1(112)-2110/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2110/2021
15.04.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver