Məhkəmə qərarları › İş №2-1(112)-2110/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2110/2023

07.07.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2110/2023 07.07.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Almazova Aysev Mehman qızının sədrliyi, İddiaçının vəkili və nümayəndəsi X3, Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “pensiya kapitalının sığorta hissəsində yığılan və pensiya məbləğinin hesablanması zamanı nəzərə alınmamış pensiya kapitalının, yəni 2006-cı ildən 2015-ci ilədək yığılan pensiya kapitalının istifadə olunmamış hissəsinin “Əmək pensiyaları haqqında” Qanunun 27-ci maddəsinin tələbləri nəzərə alınaraq 80% artırılmaqla əmək pensiyasının yenidən hesablanması və yığılan pensiya məbləği fərqinin hesablanaraq birdəfəyə ödənilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialın üzərinə qoyulması” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri Nəsimi rayonu N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: I. İşin halları İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “pensiya kapitalının sığorta hissəsində yığılan və pensiya məbləğinin hesablanması zamanı nəzərə alınmamış pensiya kapitalının, yəni 2006-cı ildən 2015-ci ilədək yığılan pensiya kapitalının istifadə olunmamış 40%-i nəzərə alaraq pensiya məbləğinin yenidən hesablanması və yığılan pensiya məbləği fərqinin hesablanaraq birdəfəyə ödənilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2015-ci ildə istehsalatda baş vermiş bədbəxt hadisə nəticəsində xəsarət almış və sonra səhhəti işləməyə imkan vermədiyi üçün işdən azad edilmişdir. Aldığı xəsarətlə əlaqədər 2016-cı ildə ona 2-ci dərəcə əlillik təyin edilmişdir. Hazırda 2-ci dərəcə əlil kimi əmək pensiyası alır. Ona pensiya təyin edilən zaman qüvvədə olan “Əmək pensiyaları haqqında Azərbaycan Respublikası Qanunu”nun tələbinə görə pensiya təyin edilərkən vətəndaşın pensiya kapitalının 50 faizi nəzərə alınırdı. 2017-ci ildə Qanuna dəyişiklik edildi və məbləğin miqdarı 90 faizə qədər artırıldı. Deməli, pensiya təyin edilən zaman istifadə edilməmiş pensiya kapitalının 50 faizi deyil, 90 faizi nəzərə alınaraq vətəndaşlara pensiya təyin edildi. Qanunda olan bu dəyişikliyə istinad edərək Dövlət Sosial Müdafiə Fonduna ərizə ilə müraciət etmiş və hesablanmamış pensiya kapitalının 80 faizi artırılaraq pensiya məbləğinin yenidən hesablanmasını Dövlət Sosial Müdafiə Fondundan xahiş etmişdir. Dövlət Sosial Müdafiə Fondu onun ərizəsinə aidiyyəti olmayan 22 iyul 2022-ci il tarixli cavab məktubu vermiş, həmin məktubda pensiya məbləği barədə ona məlumat vermiş və onun xahişinə heç bir münasibət bildirilməmişdir. Əksinə onun pensiya məbləğinin azaldılması qeyd edilmiş və pensiyasından tutulacaq məbləğ barədə məlumat verilmişdir. ““Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 6 mart 2006-cı il tarixli 377 nömrəli Fərmanının 2.9-cu bəndində deyilir ki, həmin Qanunun 1.0.5-ci maddəsinə uyğun olaraq məcburi dövlət sosial sığorta olunan şəxslər üçün ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 50 faizi onların fərdi hesablarının sığorta hissəsində qeydə alınır. 2017-ci il martın 10-da Əmək pensiyaları haqqında Qanunun 27-ci maddəsinə axırıncı cümlə əlavə edildi və həmin cümlədə deyilir ki, sığortaolunanların, o cümlədən işləyən əmək pensiyaçılarının 2006-cı il 1 iyul tarixindən 2017-ci il 1 iyul tarixinədək olan dövr üzrə fərdi hesabının sığorta hissəsində toplanan və istifadə olunmamış (əmək pensiyasının sığorta hissəsinin hesablanmasında nəzərə alınmamış) pensiya kapitalı 80 faiz artırılmaqla, 2017-ci 1 iyul tarixinə fərdi hesabın sığorta hissəsində qeydə alınır. 2017-ci il iyulun 1-dən etbarən fərdi hesabın sığorta hissəsində toplanan məbləğin 50 faizi dəyişdirildi və hesablamada 50 faiz deyil, kapitalın 90 faizi nəzərə alınmaqla vətəndaşlara pensiya təyin edilməsi nəzərdə tutuldu. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 7-ci maddəsinin tələbinə görə Azərbaycan Respublikası Konstitusiyasının 149-cü maddəsinin Vİİ hissəsində nəzərdə tutulanlar istisna olmaqla, mülki qanunvericilik müddəalarının geriyə qüvvəsi yoxdur və onlar qüvvəyə mindikdən sonra əmələ gəlmiş münasibətlərə tətbiq edilir. Azərbaycan Respublikasının Konstitusiyasının 149-cü maddəsinin Vİİ hissəsində isə deyilir ki, fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquqi məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. “Əmək pensiyaları haqqında Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 6 mart 2006-cı il tarixli 377 nömrəli Fərmanının 2.9-cü bəndi onun pensiya məbləğinin daha yüksək hesablanmasını təmin etdiyi üçün həmin qayda onun pensiya məbləğinin hesablanmasına tətbiq edilməli və onun pensiya məbləği yenidən hesablanaraq artırılmalı idi. Lakin cavabdeh onun ərizəsinə aidiyyəti olmayan cavab verməklə pensiya hüququnu pozmuşdur. Cavabdeh iddiaya dair yazılı etirazla məhkəməyə müraciət edərək bildirmişdir ki, “Əmək pensiyaları haqqında” Qanunun 12.1-ci maddəsinə əsasən əlilliyə görə əmək pensiyası orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərti ilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. Orqanizmin funksiyalarının 31-80 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə əlilliyə görə əmək pensiyası fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına İmkan verməsi şərti ilə, bu maddədə göstərilən sığorta stajı olduqda təyin edilir. Qeyd edilən normanın məzmunundan göründüyü kimi, orqanizmin funksiyalarının 31-80 faiz pozulmuş şəxslərə əlilliyə görə əmək pensiyasının təyin olunması üçün 10 mart 2017-ci il tarixdən etibarən (bu tarixdə maddəyə dəyişiklik edilərək yeni redaksiyada verilib) 2 şərtə uyğun gəlməsi tələb olunur: 1) 5 ildən az olmamaq şərti ilə və əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda. 2) fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə. Qanunun 26.1-ci maddəsinə əsasən 2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyasının baza və sığorta hissəsinin cəmi məbləği dəyişdirilmədən əmək pensiyasının sığorta hissəsinə şərti çevrilməsi aparılır. Qanunun 26.2-ci maddəsinə əsasən 2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyasının baza hissəsinə əlavələr dəyişdirilmədən əmək pensiyasının sığorta hissəsinə əlavələr kimi nəzərə alınır. Qanunun 27.1-ci maddəsinə əsasən sığortaolunanların (əmək pensiyası təyin olunmuş şəxslər istisna olmaqla) 2006-cı il yanvarın 1-dək qazanmış olduqları pensiya hüquqları pensiya kapitalına çevrilməklə onların fərdi hesablarında nəzərə alınır. Bu zaman həmin dövrə aid olan ümumi iş stajının hər ili üçün 306 manat (il tam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) pensiya kapitalı hesablanır və sığortaolunanların fərdi hesablarının sığorta hissəsində 2006-cı ilin 1 yanvar tarixinə qeydə alınır. Sığortaolunanların, o cümlədən işləyən əmək pensiyaçılarının 2006-cı il 1 yanvar tarixindən 2017-ci il 1 iyul tarixinədək olan dövr üzrə fərdi hesabının sığorta hissəsində toplanan və istifadə olunmamış (əmək pensiyasının sığorta hissəsinin hesablanmasında nəzərə alınmamış) pensiya kapitalı 80% artırılmaqla, 2017-ci il 1 iyul tarixinə fərdi hesabın sığorta hissəsində qeydə alınır. Qanunun 37.3.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir. Pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir və şəxslər işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə, yaxud pensiya təyin olunduğu gündən sonra 6 il və daha çox işlədikdə həmin dövr üzrə sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya yaşından sonra işlədiyi ayların miqdarı qədər, lakin 72 aydan artıq olmamaqla azaldılaraq əmək pensiyası yenidən hesablanır. Sonrakı belə hesablamalar bu maddədə göstərilən şərt nəzərə alınmaqla hər növbəti 6 ildən bir həyata keçirilir. Araşdırma aparılan zaman xx.xx.2015-ci il tarixdə əlilliyə görə əmək pensiyasının ilkin təyinatı zamanı İddiaçı pensiya məbləğinin xx.xx.2006- cı il tarixədək sosial sığorta stajı 10 il 02 ay 29 gün olduğu halda, 20 il 03 ay 21 gün sığorta stajına əsasən hesablandığı müəyyən edilmişdir. Nəticədə, xx.xx.2015-ci il tarixdən xx.xx.2022-ci il tarixədək əmək pensiyası üzrə 3998,67 manat məbləğində artıqvermə müəyyən edilmiş və aylıq pensiya məbləğindən 85,08 manat tutulmaqla xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək Fondun hesabına bərpa olunmaqdadır. İnzibati icraat materiallarına əlavə edilən Fondun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2022-ci il tarixli **********5 №li “Əmək pensiyasının yenidən hesablanması haqqında” Qərarında əmək pensiyasının hazırkı məbləğinin 549,45 manat olduğu və əmək pensiyasının yenidən hesablanaraq xx.xx.2022 - xx.xx.2023-cü illər ərzində pensiya məbləğinin 485,63 manat müəyyən edildiyi, bununla yanaşı 3998,67 manat məbləğində artıqödəmə olduğu qeyd edilmişdir. Qanunun 29.1-ci maddəsinə əsasən əmək pensiyasının sığorta hissəsi ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əməkhaqqının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən indeksləşdirilir. Qanunun müvafiq maddəsinin tələblərinə əsasən İddiaçı əmək pensiyasının sığorta hissəsi xx.xx.2022-ci il tarixdən 485,63 manata çatdırılmışdır. “Əmək pensiyaçılarının sosial müdafiəsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası prezidentinin xx.xx.2022-ci il tarixli sərəncamının 1.2-ci maddəsinə müvafiq olaraq xx.xx.2022-ci il tarixədək pensiya təyin edilmiş əmək pensiyaçılarına (qulluq stajına görə əlavələr alan əmək pensiyaçıları istisna olmaqla) 2022-ci il üzrə 200 manat məbləğində maddi yardımın bərabər hissələrlə rübdə bir dəfə olmaqla ödənilməsi nəzərdə tutulmuşdur. Göründüyü kimi, İddiaçı əlilliyə görə əmək pensiyası təyin edilən zaman onun sosial sığorta stajı 10 il 02 ay 29 gün olduğu halda, 20 il 03 ay 27 gün olmaqla staja daxil edilərək pensiya təyin edilmiş və nəticədə ona artıqvermə məbləği müəyyən edilmişdir. Belə olan halda İddiaçı iddia tələbi təmin edilməməlidir. Məhkəmə tərəfindən Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə (Məhkəmənin yardım etmək vəzifəsi) əsasən iddiaçıya hüquqi yardım edilərək iddia ərizəsində cavabdehin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı kimi dəqiqləşdirilməsi təklif edilmişdir. İddiaçının ərizəsi əsasında iş üzrə əsl olmayan cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxs əsl cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı ilə əvəz edilmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə iş üzrə iddia tələbi “pensiya kapitalının sığorta hissəsində yığılan və pensiya məbləğinin hesablanması zamanı nəzərə alınmamış pensiya kapitalının, yəni 2006-cı ildən 2015-ci ilədək yığılan pensiya kapitalının istifadə olunmamış hissəsinin “Əmək pensiyaları haqqında” Qanunun 27-ci maddəsinin tələbləri nəzərə alınaraq 80% artırılmaqla əmək pensiyasının yenidən hesablanması və yığılan pensiya məbləği fərqinin hesablanaraq birdəfəyə ödənilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialın üzərinə qoyulması” kimi dəyişdirilmişdir. Cavabdeh tərəfindən iddiaçının nümayəndəsi X4 ünvanlanmış **********7 saylı xx.xx.2022-ci il tarixli məktubla bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinin xx.xx.2015-ci il tarixdə qüvvədə olan tələblərinə əsasən həmin tarixdən İddiaçı İİ dərəcə əlilliyə görə əmək pensiyası təyin edilmişdir. Həmin Qanunun 29.1-ci maddəsinə əsasən əmək pensiyasının sığorta hissəsi ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əmək haqqının illik artım tempinə uyğun olaraq indeksləşdirilməsi ilə əlaqədar pensiyasının məbləği xx.xx.2022-ci il tarixdən isə 485.63 manata çatdırılmışdır. “Əmək pensiyaçılarının sosial müdafiəsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2022-ci il tarixli Sərəncamının 1.2-ci bəndinə əsasən xx.xx.2022-ci il tarixədək pensiya təyin edilmiş əmək pensiyaçılarına (qulluq stajına görə əlavələr alan əmək pensiyaçıları istisna olmaqla) 2022-ci il üzrə 200 (iki yüz) manat məbləğində maddi yardımın bərabər hissələrlə rübdə bir dəfə olmaqla ödənilməsi nəzərdə tutulmuşdur. Xidməti araşdırma zamanı xx.xx.2015-ci il tarixdə əlilliyə görə əmək pensiyasının ilkin təyinatı zamanı İddiaçı pensiya məbləğinin xx.xx.2006-cı il tarixədək sığorta stajı 10 il 2 ay 29 gün olduğu halda 20 il 3 ay 21 gün sığorta stajına əsasən hesablandığı məlum olmuşdur. Nəticədə xx.xx.2015-ci il tarixdən xx.xx.2022-ci il tarixədək əmək pensiyası üzrə 3998.67 manat məbləğində artıqvermə müəyyən edilmiş və aylıq əmək pensiyasının məbləğindən 85.08 manat tutulmaqla xx.xx.2022-ci il tarixdən xx.xx.2026-cı il tarixə kimi Fondun hesabına bərpa olunmaqdadır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 72.1-ci və 73-cü maddələrinə əsasən müraciət barəsində qəbul edilmiş qərarla razılaşmadıqda həmin qərardan inzibati və (və ya) məhkəmə qaydasında şikayət vermək hüququ var. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən məhkəmənin sorğusuna cavab olaraq **********2 saylı xx.xx.2022-ci il tarixli məktubla iş üzrə inzibati icraat materialları göndərilmişdir. İddiaçı İT-İ seriyalı ******* saylı xx.xx.1993-cü il tarixli əmək kitabçasından görünür ki:

1. xx.xx.1992-ci il tarixdə 94 saylı xx.xx.1992-ci il tarixli əmrə əsasən Salyan rayonu MİHdə RSQ-ya 2-ci dərəcəli fəhlə vəzifəsinə qəbul edilmişdir. 2. xx.xx.1993-cü il tarixdə 2 saylı xx.xx.1993-cü il tarixli əmrə əsasən Azərbaycan Respublikasının Əmək Qanunları Məcəlləsinin 37-ci maddəsinə əsasən işdən azad edilmişdir. 3. xx.xx.1993-cü il tarixdə 7 saylı xx.xx.1993-cü il tarixli əmrə əsasən REŞ-ə 4-cü dərəcəli elektromontyor vəzifəsinə qəbul edilmişdir. 4. xx.xx.1994-cü il tarixdə 14 saylı xx.xx.1994-cü il tarixli əmrə əsasən Azərbaycan Respublikasının Əmək Qanunları Məcəlləsinin 37-ci maddəsinə əsasən işdən azad edilmişdir. 5. xx.xx.1995-ci il tarixdə 434 saylı xx.xx.1995-ci il tarixli əmrə əsasən Ələt-Novaya Azərbaycan Dəmir Yolunun refrijerator vaqon deposuna refrijerator seksiyasının dublyor mexaniki vəzifəsinə qəbul edilmişdir. 6. xx.xx.1995-ci il tarixdə 722 saylı xx.xx.1995-ci il tarixli əmrə əsasən refrijerator seksiyasının dublyor mexaniki müstəqil işə buraxılmışdır. 7. xx.xx.1998-ci il tarixdə 56 saylı xx.xx.1998-ci il tarixli əmrə əsasən kuzovların təmiri üzrə 4-cü dərəcəli çilingər vəzifəsinə keçirilmişdir. 8. xx.xx.1999-cu il tarixdə 64 saylı xx.xx.1999-cu il tarixli əmrə əsasən Azərbaycan Respublikasının Əmək Qanunları Məcəlləsinin 38-2-ci maddəsinə əsasən hərbi xidmətə çağırıldığı üçün işdən azad edilmişdir. 9. xx.xx.1999-cu il tarixdən xx.xx.2000-ci il tarixədək Milli Orduda xidmət etmişdir. 10. xx.xx.2001-ci il tarixdə 01 saylı xx.xx.2000-ci il tarixli əmrə əsasən kuzovların üzrə 4-cü dərəcəli çilingər vəzifəsinə işə qəbul edilmişdir. 11. xx.xx.2001-ci il tarixdə 174 saylı xx.xx.2001-ci il tarixli əmrə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 69-cu maddəsinə əsasən öz xahişi ilə işdən azad edilmişdir. 12. xx.xx.2002-ci il tarixdə 74/k saylı xx.xx.2002-ci il tarixli əmrə əsasən N.Nərimanov adına NQÇİ-nin 1 saylı NQÇSə 2-ci dərəcəli neft və qazçıxarma üzrə operator vəzifəsinə işə qəbul edilmişdir. 13. xx.xx.2005-ci il tarixdə 54/k saylı xx.xx.2005-ci il tarixli əmrə əsasən 1 saylı NQÇS-də 4-cü dərəcəli neft və qazçıxarma üzrə operator peşəsinə keçirilmişdir. 14. xx.xx.2008-ci il tarixdə 87/k saylı xx.xx.2008-ci il tarixli əmrə əsasən 1 saylı NQÇS-də 5-ci dərəcəli neft və qazçıxarma üzrə operator peşəsinə keçirilmişdir. 15. xx.xx.2013-cü il tarixdə xx.xx.2013-cü il tarixli əmrə əsasən vahid tarif ixtisas sorğu kitabçasına uyğun olaraq neft və qazçıxarma üzrə operator neft və qaz hasilatı üzrə operator hesab edilmişdir. 16. xx.xx.2014-cü il tarixdən 1 saylı Neft-Qazçıxarma sexi 1 saylı Neft-Qazçıxarma sahəsi adlandırılmışdır. 17. xx.xx.2015-ci il tarixdə 263-k saylı xx.xx.2015-ci il tarixli əmrə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 74.1-ci maddəsi, əmək qabiliyyətinin fasiləsiz olaraq 6 aydan çox müddətə tam itirilməsi ilə əlaqədar əmək funksiyasını yerinə yetirə bilməməsi ilə əlaqədar olaraq onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. И seriyalı ******* saylı diploma əsasən İddiaçı xx.xx.1990-cı ildə TPM-nə dail olmuş, xx.xx.1993-cü il tarixdə soyuducu qurğular üzrə çilingər peşəsi üzrə tam kursu bitirmişdir. xx.xx.1993-cü ildə ona 3-cü dərəcəli soyuducu qurğular üzrə çilingər ixtisası verilmişdir. AO seriyalı ******* saylı hərbi biletdən görünür ki, İddiaçı xx.xx.1999-cu il tarixdə Bakı şəhəri Qaradağ rayon hərbi komissarlığı nəzdindəki çağırış komissiyası tərəfindən hərbi xidmətə yararlı sayılaraq hərbi hissəyə göndərilmişdir. Tibbi-Sosial Ekspert Komissiyasından SER TSE-01 seriyalı 094976 saylı çıxarışa əsasən İddiaçı xx.xx.2015-ci il tarixdə ümumi xəstəlik səbəbi ilə xx.xx.2016-cı il tarixədək ikinci dərəcə əlillik təyin edilmişdir. Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Qaradağ rayon (şəhər) şöbəsinin əmək pensiyası təyin edən komissiyanın 513 saylı xx.xx.2015-ci il tarixli qərara əsasən xx.xx.2016-cı il tarixə kimi 185,07 manat pensiya təyin edilmişdir. İddiaçı barədə pensiya alt sistemindən çıxarışdan görünür ki, aylıq pensiya məbləği 549,4507 manatdır. Pensiya hüququnun yaranma tarixi xx.xx.2015-ci ildir. Güzəştli iş stajı yoxdur (işləmir). Pensiya miqdarının dəyişdirilməsi haqqında xx.xx.2015-ci il tarixli sərəncama əsasən İddiaçı xx.xx.2015-ci il tarixdən xx.xx.2016-cı il tarixədək 327,35 manat pensiya verilməsi müəyyən edilmişdir. Pensiya miqdarının dəyişdirilməsi haqqında xx.xx.2016-cı il tarixli sərəncama əsasən İddiaçı xx.xx.2016-cı il tarixdən xx.xx.2027-ci il tarixədək 346,44 manat pensiya verilməsi müəyyən edilmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Maliyyə və Mühasibatlıq üzrə Mərkəzi Filialına ünvanlanmış **********5 saylı xx.xx.2022-ci il tarixli sosial ödənişlərdə artıq ödənilmiş məbləğin müəyyən edilməsi haqqında xidməti məktubda bildirilmişdir ki, İddiaçı müraciətinin araşdırılması zamanı onun əmək pensiyasının məbləğinin artıq hesablanıb ödənildiyi aşkar edilmişdir. Belə ki, xx.xx.2015-ci il tarixdə əlilliyə görə əmək pensiyasının ilkin təyinatı zamanı pensiya məbləği xx.xx.2006-cı il tarixədək sığorta stajı 10 il 2 ay 29 gün olduğu halda, 20 il 3 ay 27 sığorta stajına əsasən hesablanmışdır. Nəticədə xx.xx.2015-ci il tarixdən xx.xx.2022-ci il tarixədək əmək pensiyası üzrə artıqvermə müəyyən edilmişdir. Qeyd olunanları nəzərə alaraq vətəndaşa artıq ödənilmiş məbləğ barədə məlumat verilməsi və müvafiq tədbirlər görülməsi xahiş edilmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialın əmək pensiyasının yenidən hesablanması haqqında **********5 saylı xx.xx.2022-ci il tarixli qərarından görünür ki, İddiaçı xx.xx.2015-ci il tarixdən 549,45 manat pensiya təyin edilmişdir. xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək 485,63 manat məbləğdə yenidən pensiya hesablanmışdır. 3998,67 manat artıqvermə müəyyən edilmişdir. Dövlət Sosial Müdafiə Fondu İri sığortaedənlərlə iş üzrə Departament tərəfindən təqdim edilmiş 93/xx/xx-13246 saylı xx.xx.2015-ci il tarixli arayışa əsasən İddiaçı xx.xx.2006-cı il tarixdən xx.xx.2015-ci il tarixədək 09 il sosial sığorta stajı və fərdi hesabının sığorta hissəsində 10693,95 manat pensiya kapitalı var. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən məhkəmənin sorğusuna cavab olaraq 3-17-1/2- 126048/2023 saylı xx.xx.2023-cü il tarixli məktubla bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinə əsasən İddiaçı xx.xx.2015-ci il tarixdən İİ dərəcə əlilliyə görə əmək pensiyası təyin edilmişdir. İ.X2 xx.xx.2022-ci il tarixli müraciətinə əsasən onun pensiya hüququna yenidən baxılmışdır. Bu zaman iddiaçının təqdim etdiyi hərbi biletin surətinə əsasən xx.xx.1999-cu il tarixdən xx.xx.2000-ci il tarixədək hərbi xidmət dövrü, əmək kitabçasının surətinə əsasən xx.xx.1992-ci il tarixdən xx.xx.1993-cü il tarixədək, xx.xx.1993-cü il tarixdən xx.xx.1994-cü il tarixədək, xx.xx.1995-ci il tarixdən xx.xx.1999-cu il tarixədək, xx.xx.2001-ci il tarixdən xx.xx.2001-ci il tarixədək, xx.xx.2002-ci il tarixdən xx.xx.2006-cı il tarixədək əmək fəaliyyəti dövrü olmaqla 10 il 3 ay 20 gün iş stajına uyğun olaraq pensiyasının məbləği aşağıda verilmiş qaydada yenidən hesablanmışdır: (10 + (3 + 20: 30 gün): 12 ay) x 170 = 1751,94 manat. Həmin məbləğin 2015-ci il tarixinə indeksləşdirilmiş məbləği 3250,4 manat. Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Pensiya” altsisteminə əsasən İddiaçı fərdi hesabının sığorta hissəsində xx.xx.2006-cı il tarixdən xx.xx.2015-ci il tarixədək qeydə alınmış pensiya kapitalı 11070,63 manat (2015-ci tarixinə indeksləşdirilmiş məbləğ) təşkil edir. Qanunun 13.3-cü maddəsinə əsasən əlilliyə görə əmək pensiyasının sığorta hissəsinin məbləği aşağıdakı düsturla müəyyən edilir: SH = PSK/(TxK), burada: SH - əlilliyə görə əmək pensiyasının sığorta hissəsidir; PSK - sığortaolunanın fərdi hesabının sığorta hissəsində əlilliyə görə əmək pensiyasının təyin olunduğu tarixə qeydə alınmış pensiya kapitalıdır (bu Qanunun 27-ci maddəsinə uyğun olaraq sığortaolunanın fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı da daxil olmaqla); T - gözlənilən pensiya ödənişi müddətinin aylarının sayıdır; K - sığorta davamiyyəti əmsalıdır “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən 2015-ci il tarixində sığorta davamiyyəti əmsalı əlilliyə görə əmək pensiyası üçün tələb olunan sığorta stajı aylarının sayının 184-ə olan nisbəti şəklində müəyyənləşdirilirdi. Əlilliyə görə əmək pensiyası təyin edilməsi üçün vətəndaşın ümumilikdə 5 ildən az olmamaq şərtilə əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı tələb olunur. Belə olan halda adıçəkilən şəxsə münasibətdə xx.xx.2015-ci il tarixində vətəndaşın 39 yaşı olduğu nəzərə alınmaqla əlilliyə görə əmək pensiyası təyin edilməsi üçün 96 ay sığorta stajı tələb olunur ((39-15)x4=96). K-96/184=0,52 KT — 0,52x144=75,13 SH - (3250,4+11070,63):75,13=190,61 manat Nəticədə, xx.xx.2015-ci il tarixinə iddiaçının əmək pensiyasının əsas məbləği; BH-100 +SH-190,61 =290,61 manat hesablanmışdır. Eyni zamanda, Qanunun 29.1-ci maddəsinə əsasən İddiaçı əmək pensiyasının məbləği indeksləşdirilərək aşağıdakı qaydada hesablanmışdır: xx.xx.2015 - 190,61+100 (baza hissə)=290,61 manat xx.xx.2016 - 190,61+190,61 x4%+100 (baza hissə)=298,23 manat xx.xx.2016 - 198,24+110 (baza hissə)=308,23 manat xx.xx.2017 - 198,23+198,23x12,4%+110 (baza hissə)=332,81 manat xx.xx.2018 - 332,81+332,81x5,7%=351,78 manat xx.xx.2019 - 351,78+351,78x3%=362,35 manat xx.xx.2020 - 362,35+16,6%=422,48 manat xx.xx.2021 - 422,48+11,4%=470,66 manat xx.xx.2022 - 470,66+3,4%=486,66 manat xx.xx.2023 - 486,66+16,6(maddi yardım)+14,7%=577,3 manat Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialın 3-17-1/3-1-35877/2023 saylı xx.xx.2023-cü il tarixli xidməti məktubunda bildirilmişdir ki, İddiaçı iddiasına dair iş üzrə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına ünvanladığınız xx.xx.2023-cü il tarixli 3-17-1/3-1-31406/2023 nömrəli xidməti məktuba aidiyyəti üzrə baxılmışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinə əsasən İddiaçı xx.xx.2015-ci il tarixindən İİ dərəcə əlilliyə görə əmək pensiyası təyin edilmişdir. İddiaçıya ilkin pensiya təyin edilən zaman sosial sığorta stajı hesablanarkən onun sığorta stajının başlanğıc tarixi xx.xx.1992-ci il olduğu halda, səhvən xx.xx.1982-ci il kimi qeyd edilmiş və bunun əsasında 20 il 3 ay 21 gün sığorta stajı hesablanmışdır. İ.X2 xx.xx.2022-ci il tarixli müraciətinə əsasən onun pensiya hüququna yenidən baxılmışdır. Bu zaman iddiaçının təqdim etdiyi hərbi biletin surətinə əsasən xx.xx.1999-cu il tarixindən 15.11,2000-ci il tarixinədək 1 il 7 ay 8 gün hərbi xidmət dövrü, əmək kitabçasının surətinə əsasən xx.xx.1992-ci il tarixindən xx.xx.1993-cü il tarixinədək, xx.xx.1993-cü il tarixindən xx.xx.1994-cü il tarixinədək, xx.xx.1995-ci il tarixindən xx.xx.1999-cu il tarixinədək, xx.xx.2001-ci il tarixindən xx.xx.2001-ci il tarixinədək, xx.xx.2002-ci il tarixindən xx.xx.2006-cı il tarixinədək 8 il 7 ay 24 gün əmək fəaliyyəti dövrü olmaqla cəmi 10 il 3 ay 2 gün ümumi iş stajına uyğun olaraq pensiyasının məbləği aşağıda verilmiş qaydada yenidən hesablanmışdır: (10 + (2 + 29: 30 gün): 12 ay) x 170 = 3204,29 manat kapital (2015-ci il tarixinə indeksləşdirilmiş məbləğ) Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Pensiya” altsisteminə əsasən İddiaçı fərdi hesabının sığorta hissəsində xx.xx.2006-cı il tarixindən xx.xx.2015-ci il tarixinədək qeydə alınmış pensiya kapitalı 11071,91 manat (2015-ci tarixinə indeksləşdirilmiş məbləğ) təşkil edir. Qanunun 13.3-cü maddəsinə əsasən əlilliyə görə emək pensiyasının sığorta hissəsinin məbləği aşağıdakı düsturla müəyyən edilir: SH = PSK/(TxK), burada: SH - əlilliyə görə əmək pensiyasının sığorta hissəsidir; PSK - sığortaolunanın fərdi hesabının sığorta hissəsində əlilliyə görə əmək pensiyasının təyin olunduğu tarixə qeydə alınmış pensiya kapitalıdır (bu Qanunun 27-ci maddəsinə uyğun olaraq sığortaolunanın fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı da daxil olmaqla); T - gözlənilən pensiya ödənişi müddətinin aylarının sayıdır; K - sığorta davamiyyəti əmsalıdır “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən 2015-ci il tarixində sığorta davamiyyəti əmsalı əlilliyə görə əmək pensiyası üçün tələb olunan sığorta stajı aylarının sayının 184-ə olan nisbəti şəklində müəyyənləşdirilirdi. Əlilliyə görə əmək pensiyası təyin edilməsi üçün vətəndaşın ümumilikdə 5 ildən az olmamaq şərtilə əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı tələb olunur. Belə olan halda adıçəkilən şəxsə münasibətdə xx.xx.2015-ci il tarixində vətəndaşın 39 yaşı olduğu nəzərə alınmaqla əlilliyə görə əmək pensiyası təyin edilməsi üçün 96 ay sığorta stajı tələb olunur ((39-15)x4=96). K - 96/184=0,52x144=75,13 SH - (3204,29+11071,91):75,13=190,02 manat Nəticədə xx.xx.2015-ci il tarixinə iddiaçının əmək pensiyasının əsas məbləği; BH-100 +SH-190,02=290,02 manat hesablanmışdır. Eyni zamanda, Qanunun 29.1-ci maddəsinə əsasən İddiaçı əmək pensiyasının məbləği indeksləşdirilərək: xx.xx.2016-cı ildə- 100+197,62=297,62 manat xx.xx.2016-cı ildə- 110+197,62=307,62 manat xx.xx.2017-ci ildə- 110+222,12=332,12 manat xx.xx.2018-ci ildə- 351,05 manat xx.xx.2019-cu ildə- 361,58 manat xx.xx.2020-ci ildə- 421,60 manat xx.xx.2021 -ci ildə- 469,66 manat xx.xx.2022-ci ildə- 485,63 manat xx.xx.2023-cü ildə- 576,13 manat hesablanmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili və nümayəndəsi dəyişdirilmiş iddia tələbinin məzmununa uyğun izahat verərək məhkəmədən iddianın təmin edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddianın təmin olunmamasını xahiş etmişdir.

II. İddianın növü və mümkünlüyü

İddia tələbi pensiyanın yenidən hesablanması ilə bağlıdır. İddianın növü öhdəliyin icrasına dair iddiadır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanının hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia), 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13-cü maddəsinə əsasən konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda, həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir. Məhkəmə qeyd edir ki, inzibati icraat çərçivəsində “inzibati aktın qəbulu”ndan imtina, “inzibati aktın qəbulu ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi”ndən imtinadan inzibati münasibətlərin bəzi səciyyəvi xüsusiyyətləri istisna olmaqla mahiyyət etibarı ilə (hər ikisi publik hüquq sahəsində inzibati orqanın imtinası və ya hərəkətsizliyindən yaranır) fərqlənmir. Həmin münasibətlər oxşar olduğundan, onlardan yaranan mübahisələr də oxşar qiymətləndirilir. Belə olan halda, “qanunun analogiyası”ndan istifadə zəruridir. Məhkəmənin qənaətinə görə inzibati məhkəmə icraatında “öhdəliyin icrası haqqında” iddialarda da Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 73.1-ci maddəsi tətbiq oluna bilər. İddia mümkündür.

III. Məhkəmənin mövqeyi

İddiaçı faktiki olaraq 2006-cı ildən 2015-ci ilədək yığılan pensiya kapitalının istifadə olunmamış hissəsinin “Əmək pensiyaları haqqında” Qanunun 27-ci maddəsinin tələbləri nəzərə alınaraq 80% artırılmaqla əmək pensiyasının yenidən hesablanmasını tələb edir. İddiaçı xx.xx.2015-ci il tarixdən İİ dərəcə əlilliyə görə əmək pensiyası təyin edilmişdir. İddiaçıya xx.xx.2015-ci il tarixdən İİ dərəcə əlilliyə görə əmək pensiyası təyin edilərkən qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 27 ci maddəsində sığortaolunanların (əmək pensiyası təyin olunmuş şəxslər istisna olmaqla) 2006-cı il yanvarın 1-dək qazanmış olduqları pensiya hüquqları pensiya kapitalına çevrilməklə onların fərdi hesablarında nəzərə alınması, bu zaman həmin dövrə aid olan ümumi iş stajının hər ili üçün 306 manat (il tam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) pensiya kapitalı hesablanması və sığortaolunanların fərdi hesablarının sığorta hissəsində 2006-cı ilin 1 yanvar tarixinə qeydə alınması nəzərdə tutulurdu. Məhkəmənin araşdırılması zamanı müəyyən edilmişdir ki, iddiaçıya xx.xx.2015-ci il tarixdən İİ dərəcə əlilliyə görə əmək pensiyası qanunvericilikdə nəzərdə tutulmuş qaydada təyin edilərək hesablanmış və iddiaçıya ödənilmişdir. Cavabdehə xx.xx.2022-ci il tarixli müraciətinə əsasən onun pensiya hüququna yenidən baxılmışdır. Bu zaman iddiaçının xx.xx.1999-cu il tarixdən xx.xx.2000-ci il tarixədək hərbi xidmət dövrü, xx.xx.1992-ci il tarixdən xx.xx.1993-cü il tarixədək, xx.xx.1993-cü il tarixdən xx.xx.1994-cü il tarixədək, xx.xx.1995-ci il tarixdən xx.xx.1999-cu il tarixədək, xx.xx.2001-ci il tarixdən xx.xx.2001-ci il tarixədək, xx.xx.2002-ci il tarixdən xx.xx.2006-cı il tarixədək əmək fəaliyyəti dövrü olmaqla 10 il 3 ay 20 gün iş stajına uyğun olaraq pensiyasının məbləği aşağıda verilmiş qaydada yenidən hesablanmışdır: (10 + (3 + 20: 30 gün): 12 ay) x 170 = 1751,94 manat. Həmin məbləğin 2015-ci il tarixinə indeksləşdirilmiş məbləği 3250,4 manat. Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Pensiya” altsisteminə əsasən İddiaçı fərdi hesabının sığorta hissəsində xx.xx.2006-cı il tarixdən xx.xx.2015-ci il tarixədək qeydə alınmış pensiya kapitalı 11070,63 manat (2015-ci tarixinə indeksləşdirilmiş məbləğ) təşkil edir. Qazanılmış hüquqlara münasibətdə nəzərə almaq lazımdır ki, əvvəlki qanunvericiliklə qazanılmış hüquq sonradan həyata keçirilmiş qanunvericilik tənzimləmələri ilə ortadan qaldırıla və ya məhdudlaşdırıla bilməz. Bu, qanunvericinin sosial təminat sahəsindəki tənzimləmə müstəqilliyinin mütləq olmayıb, “qanuni gözlənti” və “hüquqi müəyyənlik” prinsipləri ilə məhdudlaşdığından irəli gəlir. Qeyd edilən prinsiplərin mənasına görə qəbul edilmiş yeni tənzimləmələr əvvəllər yaranmış hüquq münasibətlərinin davamlılığına və sabitliyinə xələl gətirməmək üçün yalnız gələcəkdə, yəni qüvvəyə mindikdən sonra yaranmış hüquq münasibətlərinə tətbiq oluna bilər və yeni müddəalar qüvvəyə mindiyi vaxtdan əvvəl şəxslərin artıq əldə edilmiş hüquqlarını əvəzsiz ləğv edə bilməz. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən: 10.2. Yaşa görə əmək pensiyasının sığorta hissəsinin məbləği aşağıdakı düsturla müəyyən edilir: SH = PSK/T, burada: SH - yaşa görə əmək pensiyasının sığorta hissəsidir; PSK - sığortaolunanın fərdi hesabının sığorta hissəsində yaşa görə əmək pensiyasının təyin olunduğu tarixə qeydə alınmış pensiya kapitalıdır (bu Qanunun 27-ci maddəsinə uyğun olaraq sığortaolunanın fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı da daxil olmaqla); T - gözlənilən pensiya ödənişi müddətinin aylarının sayıdır. 10.3. Yaşa görə əmək pensiyasının yığım hissəsinin məbləği bütün hallarda bu Qanunun 7-ci maddəsində göstərilmiş yaş həddinə uyğun olaraq aşağıdakı düsturla müəyyən edilir: YH=PYK/T, burada: YH - yaşa görə əmək pensiyasının yığım hissəsidir; PYK- sığortaolunanın fərdi hesabının yığım hissəsində yaşa görə əmək pensiyasının təyin olunduğu tarixə toplanmış pensiya kapitalıdır; T - gözlənilən pensiya ödənişi müddətinin aylarının sayıdır. 10.4. Yaşa görə əmək pensiyasının məbləği aşağıdakı düsturla müəyyən edilir: SH+YH, burada: P- yaşa görə əmək pensiyasıdır; SH - yaşa görə əmək pensiyasının sığorta hissəsidir; YH - yaşa görə əmək pensiyasının yığım hissəsidir. 27.1. Sığortaolunanların (əmək pensiyası təyin olunmuş şəxslər istisna olmaqla) 2006-cı il yanvarın 1-dək qazanmış olduqları pensiya hüquqları pensiya kapitalına çevrilməklə onların fərdi hesablarında nəzərə alınır. Bu zaman həmin dövrə aid olan ümumi iş stajının hər ili üçün 306 manat (il tam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) pensiya kapitalı hesablanır və sığortaolunanların fərdi hesablarının sığorta hissəsində 2006-cı ilin 1 yanvar tarixinə qeydə alınır. Sığortaolunanların, o cümlədən işləyən əmək pensiyaçılarının 2006-cı il 1 yanvar tarixindən 2017-ci il 1 iyul tarixinədək olan dövr üzrə fərdi hesabının sığorta hissəsində toplanan və istifadə olunmamış (əmək pensiyasının sığorta hissəsinin hesablanmasında nəzərə alınmamış) pensiya kapitalı 80% artırılmaqla, 2017-ci il 1 iyul tarixinə fərdi hesabın sığorta hissəsində qeydə alınır.(sonuncu cümlə 3 may 2017-ci il tarixdən qüvvəyə minmişdir) Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən “Əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”na əsasən: 4.2.1. Yaşa görə əmək pensiyasının sığorta hissəsinin məbləği sığortaolunanın fərdi hesabının sığorta hissəsində yaşa görə əmək pensiyasının təyin olunduğu tarixə qeydə alınmış (Qanunun 27-ci maddəsinə uyğun olaraq sığortaolunanın fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı da daxil olmaqla) pensiya sığorta kapitalının (PSK) gözlənilən pensiya ödənişi müddəti aylarının sayına nisbəti kimi (SH=PSK/T) müəyyən edilir. 4.2.2. Yaşa görə pensiyanın təyin olunması üçün ilk növbədə müraciət edən şəxslərin pensiya kapitalı hesablanır. Bu məqsədlə onun 2006-cı il yanvarın 1-dək olan dövrə aid ümumi iş stajının hər ili üçün 306 manat (il tam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) pensiya kapitalı hesablanır və sığortaolunanların fərdi hesabının sığorta hissəsində 2006-cı ilin 1 yanvar tarixinə qeydə alınır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi qaydası”na əsasən: 5.1 Yaşa görə əmək pensiyası Qanunun İİ fəslinə, əlilliyə görə əmək pensiyası Qanunun İİİ fəslinə, ailə başçısını itirməyə görə əmək pensiyası isə Qanunun İV fəslinə uyğun olaraq təyin edilir. 6.1. Əmək pensiyaları aşağıdakı hallarda yenidən hesablanır: 6.1.1. Qanunun 29.1-ci maddəsinə uyğun olaraq əmək pensiyasının sığorta hissəsi artırıldıqda; 6.1.2. Qanunun 37.3.1-ci və 37.3.2-ci maddələrində nəzərdə tutulmuş hallarda; 6.1.3. Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş şəxslərə münasibətdə əməkhaqqı, dövlət məvacibi və təminat xərcliyi artdıqda; 6.1.4. əmək pensiyaçısının müraciəti, yaxud Fondun fəaliyyət istiqamətlərinə uyğun olaraq apardığı yoxlamalar nəticəsində əmək pensiyasının məbləğinin düzgün hesablanmadığı aşkar edildikdə; 6.1.5. Qanunun 29.2-ci maddəsində nəzərdə tutulmuş hallarda; 6.1.6. məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında. Beləliklə, məhkəmə müəyyən edir ki, iddiaçının pensiyasının yenidən hesablanmasına “qanuni gözləntisi” yoxdur. Belə ki, X5 Presedent hüququna əsasən, məhkəmə tərəfindən dəfələrlə qeyd edilmişdir ki, “mülkiyyət” ifadəsi qanunvericinin verdiyi anlayışla məhdudlaşmır, avtonom anlayışa malikdir. “Əmlak”a “mövcud əmlak” və ya aktiv, o cümlədən ərizəçinin əmlak hüquqlarından istifadəni təmin etmək üçün ən azı “qanuni gözləntisi” olan iddialar ola bilər. Səmərəli şəkildə icrası mümkün olmayan əmlakı tanıtmağa ümid, eləcə də şərtin icra edilməməsi nəticəsində uzanan şərti iddia 1 saylı Protokolun 1-ci maddəsi baxımından “əmlak” hesab edilə bilməz (Prince Hans-Adam İİ of Liechtenstein v. Germany , and Gratzinger and Gratzingerova v. the Czech Republic ); “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir” (Saghinadze və başqaları Gürcüstana qarşı 27.5.2010 tarixli qərar [İİ Bölmə] ərizə № 18768/05). Məhkəmə bir daha xatırladır ki, 1 saylı Protokolun 1-ci maddəsi konkret məbləğdə pensiya almaq hüququna təminat vermir (Béláné Nagy Macarıstana qarşı №. 53080/13, 2016 § 113); İddia ərizəsində istinad olunan Azərbaycan Respublikasının Konstitusiyasının 149-cu maddesirın Vİİ hissəsinə münasibətdə, fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsinin geriyə şamil edilməsi müddəası fiziki və hüquqi şəxslərin maddi vəziyyətinin yaxşılaşdırılmasına aid olan hal deyildir. Qeyd edilən fikir Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 28.01.20 14-cü il tarixli qərarı ilə də təsbit edilmişdir. Belə ki, həmin qərarda Konstitusiyanın 149-cu maddəsinin Vİİ hissəsində “fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran” ifadəsinin nəyi nəzərdə tutması və bu ifadənin fiziki və hüquqi şəxslərin maddi vəziyyətinin yaxşılaşdırılmasını özündə ehtiva edib-etməməsinə dair sorğuda qaldırılan suala cavab olaraq Konstitusiya Məhkəməsinin Plenumu, ilk növbədə, "hüquqi vəziyyət” anlayışına aydınlıq gətirmək, Qərarın nəticə hissəsində “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq maddələrində birdəfəlik sığorta məbləğinin artırılmasının hərbi qulluqçuların qanunvericiliklə müəyyən edilmiş hüquq və azadlıqlarının mahiyyətinə və həcminə təsir etmədiyi, həmin hüquq və azadlıqların olduğu kimi qaldığı, bu baxımdan, birdəfəlik sığorta məbləğinin artırılmasının hərbi qulluqçuların Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsində təsbit olunmuş “hüquqi vəziyyətini yaxşılaşdıran” hal kimi qəbul oluna bilməyəcəyini müəyyənləşdirmişdir. Məhkəmə hazırki yenidən hesablanma barədə iddia tələbi üzrə iddiaçının “qanuni gözləntisi” olduğunu müəyyən etmir. İddia tələbinin yaranmış fərqin birdəfəlik ödənməsinə dair hissəsi pensiyanın yenidən hesablanmasından asılı olduğu üçün əsas tələb təmin edilmədiyindən həmin hissədə tələbin təmin edilməsi istisna olunur. Odur ki, məhkəmə hesab edir ki, cavabdeh qurumun imtinası iddiaçının qanunla qorunan hüquqlarını pozmur. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən və zərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.3, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq məhkəmə

QƏRARAALDİ: İddia təmin edilməsin. Qərardan təqdim edildiyi gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.

Hakim Aysev Almazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar