Məhkəmə qərarları › İş №2-1(112)-2111/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2111/2021

24.08.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2111/2021 24.08.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hаkim Hаcıbəyоvа Miminаt Tаcib qızının sədrliyi, X1 kаtibliyi, iddiaçının nümayəndəsi, vəkili Vəkil( Şahbuz şəhərində qeydiyyatdadır, ixtisası hüquqşünas, vəkil) iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı üçüncü şəxs qismində Azərbaycan Respublikası Maliyyə Nazirliyi göstərilməklə “İddiaçı şəxsi hesab vərəqəsində yaranmış 24804 manat artıq ödənilmiş məbləğin geri qaytarılması barədə rəyin verilməsi və qaytarılmanın gecikdirilməsinə görə vergi ödəyicisinin ərizəsinin verildiyi tarixdən həmin məbləğlər geri qaytarılanadək gecikdirilən hər bir gün üçün (ödəmə günü də daxil olmaqla) vergi ödəyicisinə müvafiq məbləğlərin 0,1 faizi məbləğinin ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbi üzrə işə məhkəmə binаsındа аçıq məhkəmə iclаsındа bахаrаq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı İddiaçı şəxsi hesab vərəqəsində yaranmış 24804 manat artıq ödənilmiş məbləğin geri qaytarılması barədə rəyin verilməsi və qaytarılmanın gecikdirilməsinə görə vergi ödəyicisinin ərizəsinin verildiyi tarixdən həmin məbləğlər geri qaytarılanadək gecikdirilən hər bir gün üçün (ödəmə günü də daxil olmaqla) vergi ödəyicisinə müvafiq məbləğlərin 0,1 faizi məbləğinin ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının şəxsi hesab vərəqəsində 24804 manat artıq ödəmə məbləği yaranmışdır. Maliyyə vəziyyətinin çətinliyi ilə əlaqədar olaraq, iddiaçı 13.08.2020-ci il tarixində Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə şəxsi hesab vərəqəsində mövcud olan artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının geri qaytarılması barədə ərizə ilə müraciət etmişdir. Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən ərizəyə baxılmadığından və bu barədə cavab məktubu iddiaçı tərəfindən almadığı üçün iddiaçı 30.09.2020-ci il tarixində təkrar müraciət edərək, 13.08.2020-ci il tarixli artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının qaytarılması barədə ərizəyə baxılmamasınin və rəy verilməməsinin səbəbləri barədə məlumat verilməsini xahiş etmişdir. Qeyd olunan artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının qaytarılması barədə ərizə ilə iddiaçı 2019-cu ildə vergi orqanına müraciət etmişdir. Ərizə vergi orqanı tərəfindən təmin olunmadığı üçün iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etdi və 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 31 oktyabr 2019-cu il tarixli, 2-1(82)-2848 2019 saylı qərarı ilə iddia tələbi təmin edildi. Lakin cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin apellyasiya şikayəti əsasında Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 06 mart 2020-ci il tarixli, 2-1(103)-563/2020 saylı qərardadı ilə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edildi, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 31 oktyabr 2019-cu il tarixli, 2-1(82)-2848/2019 saylı qərarı ləğv edildi və iddia tələbi mümkün sayılmadı. Həmin qərarda məhkəmə kollegiyası izah etmişdir ki, iddiaçı ərizəsində yol verdiyi texniki nöqsanları aradan qaldırmaqla, yeni ərizə ilə müraciət etdikdən sonra Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı irəli sürə biləcəyi mümkün iddia tələbi büdcədən artıq ödəmənin qaytarılması barədə Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə müvafiq rəyin verilməsi öhdəliyinin qoyulması barədə ola bilər. İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti də təmin edilməmiş və Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 12.08.2020-ci il tarixli 2-1(102)-1555/2020 saylı qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının qərarı qüvvədə saxlanıldı. Bundan sonra iddiaçı iki dəfə cavabdeh Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə müraciət etmişdir. Lakin müraciətlər nəticəsiz qaldı. Cavabdeh 13.08.2020-ci il tarixli müraciətinə baxılması barədə cavab məktubu göndərərək, bildirmişdir ki, sizin artıq ödənilmiş məbləğin geri qaytarılması barədə müraciətinizə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində baxılmış, müraciət ətraflı araşdırılması üçün, bank hesablarında aparılmış (01.01.2017-ci il tarixdən cari tarixədək olan dövrlər üzrə) əməliyyatlar barədə müvafiq sorğu olunmuş, qanunvericilikdə müəyyən edilən müddətdə sorğuya cavab alındıqdan sonra yenidən müraciət nəticəsində icraya baxılacaqdır. Qanunvericiliklə müəyyən edilmiş qaydada artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının geri qaytarılması barədə müraciət edilməsinə baxmayaraq, hazırki vəziyyətdə vergi orqanı heç bir tədbir görməmişdir. 13.08.2020-ci il tarixindən 35 gündən artıq vaxt keçməsinə baxmayaraq, vergi orqanı tərəfindən qanunla müəyyən olunmuş müddətdə və kifayət qədər əsaslar olmadan qərar qəbul edilməmişdir. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinə əsasən verilmiş məhkəmə sərəncamı ilə bağlı təqdim etdiyi iddiaya dair etirazında cavabdeh göstərmişdir ki, araşdırma zamanı məlum olmuşdur ki, vergi ödəyicisi İddiaçı 14.06.2019-u il tarixli **********380800 nömrəli “Artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının qaytarılması barədə” ərizə ilə müraciət edərək 24902,97 manat vəsaitin geri qaytarılmasını xahiş etmişdir. Təqdim edilmiş ərizədə artıq ödəmənin yaranma səbəbinin düzgün əks etdirilmədiyi müəyyən edilmiş və bu barədə vergi ödəyicisinə 09.07.2019-cu il tarixli **********005200 nömrəli məktub göndərilmişdir. Vergi ödəyicisi təkrar olaraq 14.08.2020-ci il tarixli **********916600 nömrəli “Artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının qaytarılması barədə” ərizə müraciət edərək 24804 manat vəsaitin geri qaytarılmasını xahiş etmişdir. Qeyd olunan müraciət 07.09.2020-ci il tarixli, **********447500 nömrəli məktubla cavablandırılmış və müraciətin ətraflı araşdırılması üçün vergi ödəyicisinin bank hesablarında aparılmış (01.01.2017-ci il tarixdən cari tarixədək olan dövrlər üzrə) əməliyyatlar barədə müvafiq sorğunun olunması, qanunvericilikdə müəyyən edilən müddətdə sorğuya cavab alındıqdan sonra yenidən müraciət nəticəsində icraya baxılacağı bildirilmişdir. Qeyd edilənlərlə əlaqədar 09.09.2020ci il tarixdə **********397300, **********398000 və **********39660C nömrəli bildiriş məktubu ilə vergi ödəyicisinin "xxxx" QSC, "xxxx" ASC və "xxxx" ASC (Ləğv prosesindədir) bank hesablarına müvafiq sorğular göndərilmiş lakin "xxxx" QSC və "xxxx" ASC (Ləğv prosesindədir) tərəfindən sorğularla bağlı cavabın daxil olmaması səbəbi ilə ödəyicinin 30.09.2020-ci il tarixli **********984100 nömrəli məktubuna cavab olaraq "xxxx" QSC-də və "xxxx" ASC-də olan bank hesablarında aparılmış (01.01.2017-ci il tarixdən cari tarixədək olan dövrlər üzrə) əməliyyatlar barədə məlumatların təqdim edilməsi tələb edilmişdir. Qeyd olunan çatışmazlıq aradan qaldırıldıqdan sonra dürüstləşdirilmiş ərizə forması ilə müraciət ediləcəyi təqdirdə artıq ödəmənin qaytarılması məsələsinə qanunamüvafiq qaydada baxılacağı vergi ödəyicisinə bildirilmişdir. Yəni hazırki vəziyyətdə, iddiaçı tərəfindən bank hesablarında aparılmış (01.01.2017-ci il tarixdən cari tarixədək olan dövrlər üzrə) əməliyyatlar barədə məlumatların təqdim edilməməsi səbəbindən vergi orqanı tərəfindən müvafiq qaydalarda müəyyən edilmiş prosedurların həyata keçirilməsi mümkün olmamışdır. Göstərilənlərə əsasən, cavabdeh iddia tələbinin təmin edilməməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Hazırda iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir.İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə verilmiş, iddia müddətinə əməl edilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Аzərbаycаn Rеspublikаsının İnzibati Prosessual Məcəlləsinin 62.3-ci mаddəsinə əsаsən iştirаkı оlmаdаn işə bахılmаsının və iş üzrə qərаr qəbul еdilməsinin mümkünlüyü bаrədə хəbərdаr еdilmiş cavabdeh məhkəmə bахışınа öz nümаyəndəsini göndərməmiş, bunun səbəblərini məhkəməyə bildirməmişdir. Оdur ki, məhkəmə işə cavabdehin iştirаkı оlmаdаn bахmışdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi, vəkili Vəkil iddia ərizəsinin məzmunda çıxış edərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin, vəkilin izahat və çıxışlarını dinləyərək, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi əsaslıdır. İş materiallarına əlavə edilmiş: Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətinə əsasən xx.xx.1964-cü il təvəllüdlü iddiaçı Azərbaycan Respublikasının vətəndaşıdır. İddiaçı Şəxsi hesab vərəqəsinə əsasən o, “ixtisaslaşdırılmamış mağazalarda sair məhsulların pərakəndə satışı” fəaliyyət növü ilə məşğul olan vergi ödəyicisidir. İddiaçı 13.06.2019-cu il tarixli, “artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının vergi ödəyicisinə qaytarılması” barədə ərizəsinin surətinə əsasən, iddiaçı tərəfindən elektron qaydada artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının qaytarılması barədə vergi orqanına müraciət etmişdir. Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinin İddiaçı ünvanladığı “13.06.2019-cu il tarixliyə müraciətə baxılması barədə” məktubuna əsasən, iddiaçının artıq ödəmənin qaytarılması barədə müraciətinə baxılmış, müraciətinə baxılarkən iddiaçı tərəfindən təqdim edilmiş ərizədə artıq ödəmənin yaranma səbəbinin düzgün qeyd olunmadığı müəyyən edilmiş, qeyd olunan çatışmazlıq aradan qaldırıldıqdan sonra yenidən müraciət edəcəyi təqdirdə qaldırılan məsələyə qanunvericiliyin tələblərinə uyğun qaydada baxılacaqdır. İddaçı İddiaçı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə ünvanladığı 13.08.2020-ci il tarixli ərizəsindən görünür ki, iddiaçı tərəfindən elektron qaydada artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının qaytarılması barədə vergi orqanına müraciət etmişdir. 30.09.2020-ci il tarixli şikayət ərizəsindən görünür ki, iddiaçı cavabdehə müraciət edərək bildirmişdir ki, 13.08.2020-ci il tarixli artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının qaytarılması barədə ərizəyə rəy verilməmiş, rəy verilməməsinin səbəbləri barədə məlumat verməsini cavabdehdən xahiş etmişdir. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin İddiaçı ünvanladığı “13.08.2020-ci il tarixliyə müraciətə baxılması barədə” məktubuna əsasən, iddiaçının artıq ödəmənin qaytarılması barədə müraciətinə baxılmış, müraciətin ətraflı araşdırılması üçün bank hesablarında aparılmış (01.01.2017-ci il tarixdən cari tarixədək olan dövr üzrə) əməliyyatlar barədə müvafiq sorğu olunmuş, qanunvericilikdə müəyyən edilən müddətdə sorğuya cavab alındıqdan sonra yenidən müraciət nəticəsində icraya baxılacaqdır. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin İddiaçı ünvanladığı “30.09.2020-ci il tarixliyə müraciətə baxılması barədə” məktubuna əsasən, iddiaçının artıq ödəmənin qaytarılması barədə müraciətinə baxılmış, müraciətin ətraflı araşdırılması üçün "xxxx" QSC-də və "xxxx" ASC-də olan bank hesablarında aparılmış (01.01.2017-ci il tarixdən cari tarixədək olan dövr üzrə) əməliyyatlar barədə məlumatarının təqdim edilməsi iddiaçıdan tələb edilmiş; qeyd olunan çatışmazlıq aradan qaldırıldıqdan sonra dürüstləşdirilmiş ərizə forması ilə müraciət ediləcəyi təqdirdə artıq ödəmənin qaytarılması məsələsinə qanunamüvafiq qaydada baxılacaqdır. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin 09.09.2020-ci il tarixli, **********398000 və **********397300 nömrəli bildirişlərdən görünür ki, "xxxx" QSC-nin “Babək” filialına və "xxxx"ASC-yə (ləğv prosessində) Azərbaycan Respublikası Vergi Məcəlləsinin 76-cı maddəsinin tələbinə uyğun olaraq iddiaçının göstərilən hər bir hesab üzrə 01.01.2017-ci il tarixindən 07.09.2020-ci il tarixədək aparılmış əməliyyatlar barədə məlumatlar bildirişə əlavə edilmiş reyestr formasında, hesablar üzrə əməliyyatların aparılmasını təsdiq edən ilkin sənədlərin surəti əlavə edilməklə vergi orqanına təqdim edilməsi bildirmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 1668/2020 saylı işi üzrə qəbul etdiyi 05.08.2020-ci il tarixli qərarına əsasən, iddiaçı "xxxx" MMC-nin cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı 3-cü şəxs qismində Maliyyə Nazirliyi cəlb edilməklə Cəmiyyət tərəfindən artıq ödənilmiş 449,748,17 manat məbləğin və qaytarılmanın gecikdirilməsinə görə vergi ödəyicisinin ərizəsinin verildiyi tarixdən həmin məbləğlər geri qaytarılanadək gecikdirilən hər bir gün üçün (ödəmə günü də daxil olmaqla) vergi ödəyicisinə müvafiq məbləğlərin 0,1 faizi məbləğində faiz olaraq əlavə olaraq ödənilməsi barədə rəyin verilməsi vəzifəsi Azərbaycan Respublikası Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə həvalə edilməsinı dair birinci instansiya məhkəməsinin 18.12.2019-cu il tarixli, 2-1(82)-3454/2019 nömrəli qərarının dəyişdirilmədən qüvvədə saxlanılması barədə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 17.03.2020-ci il tarixli, 2-1(103)- 759/2020 nömrəli qərarının dəyişdirilmədən saxlanılması, cavabdehin və üçüncü şəxsin apelyasiya şikayətlərinin təmin edilməməsi qərara alınmışdır. Beləliklə işin araşdırılan halları ilə müəyyən olunur ki, iddiaçının 19.04.2017-ci il tarixdən cari tarixədək olan dövrlər üzrə vergilər üzrə dövlət büdcəsinə 24804 manat artıq ödəmə məbləği yaranmışdır, iddiaçı tərəfindən artıq ödənilmiş verginin qaytarılması ilə bağlı cavabdehə dəfələrlə yazılı müraciət edilmiş, lakin iddiaçının dövlət büdcəsinə artıq ödənilmiş pul vəsaiti qaytarılmamışdır. Məhkəmə hesab edir ki, cavabdehin etirazda qeyd olunan əsaslarla vəsaitin qaytarılmasından imtina etməsi işin hallarına və qanunvericilyin tələblərinə uyğun deyil. Azərbaycan Respublikası Konstitusiyasının 73-cü maddəsinin 2-ci hissəsinə görə heç kəs qanunla nəzərdə tutulmuş əsaslar olmadan və qanunda göstərilmiş həcmdən əlavə vergilər və başqa ödənişləri ödəməyə məcbur edilə bilməz. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 15.1.4-cü maddəsinə əsasən vergi ödəyicisinin artıq ödənilmiş və ya artıq tutulmuş vergilərin vaxtında geri qaytarılmasını və ya əvəzləşdirilməsini tələb etmək hüququ vardır. Vergi Məcəlləsinin 62.2-ci maddəsinə görə vergi orqanlarının qərarlarından (aktlarından), habelə vergi orqanlarının vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət qanunla müəyyən edilmiş qaydada yuxarı vergi orqanına (yuxarı vəzifəli şəxsə) və (və ya) məhkəməyə verilir. Həmin Məcəllənin 65.9-cu maddəsinə uyğun olaraq, vergi ödəyicisinin milli və ya xarici valyutada cari və ya digər hesablarından dövlət büdcəsinə artıq alınmış vəsaitin geri qaytarılması bu Məcəllənin 87-ci maddəsi ilə müəyyən edilmiş qaydada həyata keçirilir. Həmin Məcəllənin 85.5-ci maddəsinə görə, vergi ödəyicisi vergi hesabatı dövrü qurtardıqdan sonra 3 il ərzində ondan düzgün tutulmamış vergilərin, faizlərin və maliyyə sanksiyalarının hesablanmasını və hesablanmış məbləğin yenidən hesablanmasını, artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının məbləğinin qaytarılmasını və ya əvəzləşdirilməsini 5 il ərzində tələb etmək hüququna malikdir. Tərəflərin arasında yaranmış mübahisə ilə bağlı məsələ Vergi Məcəlləsinin 87-ci maddəsi ilə, eləcə də Nazirlər Kabinetinin 23 fevral 2001-ci il tarixli 48 nömrəli qərarı ilə təsdiq edilmiş “Artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının vergi ödəyicisinə qaytarılması Qaydaları”nın müddəaları ilə tənzimlənir. Belə ki, Vergi Məcəlləsinin 87.1-ci maddəsinə uyğun olaraq, bu Məcəllənin 191.5-ci maddəsinə əsasən hesablanmış aksiz vergisinin icbari tibbi sığorta fonduna ödənilən hissəsi istisna olmaqla, vergilərin, faizlərin və maliyyə sanksiyalarının ödənilmiş məbləğləri onların hesablanmış məbləğlərindən artıq olduqda artıq ödənilmiş məbləğlər: 87.1.1. digər vergilərin, faizlərin, maliyyə sanksiyalarının və inzibati cərimələr üzrə borcların ödənilməsi hesabına aid edilir; 87.1.2. vergi ödəyicisinin razılığı ilə sonrakı öhdəliklər üzrə ödəmələrin hesabına aid edilir. Vergi Məcəlləsinin 87.3-cü maddəsinə əsasən Məcəllədə başqa hallar müəyyən edilməmişdirsə, artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının qalan məbləğləri vergi ödəyicisinin yazılı ərizəsinə əsasən 45 gün ərzində vergi ödəyicisinə qaytarılır. Vergi Məcəlləsinin 87.4-cü maddəsinə əsasən artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının məbləğlərinin vergi ödəyicisinə qaytarılması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. “Azərbaycan Respublikası Vergi Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun və bu Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Vergi Məcəlləsinin tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 30 avqust 2000-ci il tarixli Fərmanının 1.2-ci bəndinə əsasən 87.4-cü maddəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 23 fevral 2001-ci il 48 nömrəli qərarı ilə təsdiq edilmiş “Artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının vergi ödəyicisinə qaytarılması Qaydaları”nın 1.1-ci bəndinə əsasən həmin Qaydalar Azərbaycan Respublikasının Vergi Məcəlləsinin (bundan sonra – Vergi Məcəlləsi) 87.4-cü maddəsinə, “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 9-1.2-ci maddəsinə və “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 7-1-ci maddəsinə əsasən hazırlanmışdır və vergi ödəyicisindən və ya sığortaedəndən düzgün tutulmamış və ya onun tərəfindən artıq ödənilmiş vergilərin, məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqlarının, hesablanmış faizlərin, habelə vergi və məcburi dövlət sosial sığorta qanunvericiliyinin pozulmasına görə tətbiq edilmiş maliyyə sanksiyalarının, eyni zamanda, Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 199.12-ci maddəsinə uyğun olaraq özəlləşdirilməsi başa çatmış əmlaka görə ödənilmiş əmlak vergisinin (bundan sonra – büdcəyə artıq ödəmələr) məbləğlərinin qaytarılması qaydalarını müəyyən edir. Həmin Qaydaların 2.1-ci bəndinə əsasən vergi ödəyicisi vergi hesabatı dövrü qurtardıqdan sonra 3 (üç) il müddətində ondan düzgün tutulmamış və ya artıq ödənilmiş verginin, faizlərin və maliyyə sanksiyasının məbləğinin qaytarılmasını və ya digər vergilərin, faizlərin maliyyə sanksiyalarının və inzibati cərimələr üzrə borcların ödənilməsi hesabına aid edilməsini, yaxud vergi ödəyicisinin razılığı ilə sonrakı öhdəliklər üzrə ödəmələrin hesabına aid edilməsini vergi hesabatı dövrü qurtardıqdan sonra 5 (beş) il müddətində tələb etmək hüququna malikdir. Həmin Qaydaların 3.1-ci bəndinə əsasən, vergi ödəyicisi artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının qaytarılması barədə ərizə (1 nömrəli əlavə) ilə bu Qaydaların 1.2.1-ci yarımbəndi nəzərə alınmaqla aidiyyəti üzrə vergi orqanlarına və ya gömrük orqanlarına, Özəlləşdirilməsi başa çatmış dövlət əmlakına görə ödənilmiş əmlak vergisinin qaytarılması barədə ərizə (2 nömrəli əlavə) ilə vergi orqanına, sığortaedən isə Artıq ödənilmiş məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqlarının, onlara hesablanmış faizlərin, habelə məcburi dövlət sosial sığorta qanunvericiliyinin pozulmasına görə tətbiq edilmiş maliyyə sanksiyalarının qaytarılması barədə ərizə (3 nömrəli əlavə) ilə vergi orqanına müraciət etməlidir. Həmin Qaydaların 3.2-ci bəndinə əsasən büdcəyə artıq ödəmələrin qaytarılması üçün ərizə vergi ödəyicisinin və ya sığortaedənin qeydiyyatda olduğu vəsaitlərin büdcəyə daxil olmasını təmin edən orqanlara təqdim olunmalıdır. Həmin Qaydaların 4.1 və 4.1.3-cü bəndlərinə əsasən 4.8-ci bəndində nəzərdə tutulmuş hallar istisna olmaqla, büdcəyə artıq ödəmələrin qalan məbləğlərinin vergi ödəyicisinin yazılı ərizəsinə əsasən 45 gün müddətində vergi ödəyicisinə qaytarılmasını təmin etmək məqsədilə bu Qaydaların 4.9-cu bəndində nəzərdən tutulmuş qaydada rəy tərtib edirlər. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən hesabat dövründə vergi tutulan dövriyyəsinin azı 50 faizi əlavə dəyər vergisinə sıfır (0) dərəcəsi ilə cəlb olunan vergi ödəyicisinə hesabat dövründə əvəzləşdirilən vergi məbləğlərinin hesablanmış vergi məbləğindən artıq olan hissəsi vəsaitlərin büdcəyə daxil olmasını təmin edən orqanlara ərizə verildiyi vaxtdan 20 gün müddətində ona qaytarılır. Digər vergi ödəyiciləri üçün – əvəzləşdirilən vergi məbləğinin hesabat dövrü ərzində hesablanmış vergi məbləğindən artıq olan hissəsi vergi ödəyicisinin vergilərin büdcəyə daxil olmasını təmin edən orqanlara elektron formada ərizəsini verdiyi vaxtdan 4 (dörd) aydan gec olmayaraq qaytarılır. Həmin Qaydaların 4.9-cu bəndinə əsasən vəsaitlərin büdcəyə daxil olmasını təmin edən orqanlar vergi ödəyicisinin və ya sığortaedənin büdcəyə artıq ödəmələrinin qaytarılması barədə 4 (dörd) nüsxədə rəy tərtib edirlər. Beləliklə, iddiaçının19.04.2017-ci il tarixdən cari tarixədək olan dövrlər üzrə vergilər üzrə dövlət büdcəsinə artıq ödəmələr olduğu halda, həmin məbləğlərin qaytarılması barədə qanunla müəyyən edilmiş müddətdə və qaydada verilmiş iddiaçının ərizəsi cavabdeh orqan tərəfindən Vergi Məcəlləsinin 87, 87.3-cü maddələrinin tələbləri pozularaq təmin edilməmiş, qanunla nəzərdə tutulmuş rəyin tərtib edilməsindən imtina edilmişdir, bu da qanunun sözügedən müddəalarına ziddir. Halbuki, iddiaçının müraciət etdiyi tarixinə şəxsi hesab vərəqəsinə əsasən 24.902,97 manat məbləğində saldo (artıq ödəməsi) olmuşdur. Buna görə də iddiaçı həmin məbləğin qanunvericilikdə nəzərdə tutulmuş qaydada geri qaytarılmasını tələb etməkdə haqlı olmuşdur. Hazırki iş üzrə məhkəməyə təqdim edilmiş və məhkəmə iclasında tədqiq edilən sənədlərdən görünür ki, cavabdeh inzibati orqan tərəfindən yuxarıda şərh edilən qanunvericiliyin normaları pozulmuş, əsassız səbəblərdən məsələ iddiaçının xeyrinə həll edilməmişdir. “Artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının vergi ödəyicisinə qaytarılması Qaydaları”nın 6.1-ci bəndinə görə, vergi ödəyicisi və ya sığortaedən tərəfindən büdcəyə artıq ödəmələrin qaytarılması barədə vəsaitlərin büdcəyə daxil olmasını təmin edən orqanlara ərizə verildiyi tarixdən məbləğlər geri qaytarılanadək (Vergi Məcəlləsinin 199.12-ci maddəsinə uyğun olaraq özəlləşdirilməsi başa çatmış əmlaka görə ödənilmiş əmlak vergisi istisna olmaqla) gecikdirilən hər gün üçün (ödəmə günü də daxil olmaqla) vergi ödəyicisinə və ya sığortaedənə müvafiq məbləğin 0,1 faizi məbləğində faiz ödənilir. Bu faizlərin ödənilməsi büdcə gəlirlərinin azaldılmasına aid edilir. Həmin Qaydaların 6.2.-ci bəndinə əsasən, vergi ödəyicisinin və ya sığortaedənin artıq ödənilmiş məbləğlərinin qaytarılmasına dair vəsaitlərin büdcəyə daxil olmasını təmin edən orqanlara ərizə verdiyi müddətdən 45 və ya bu Qaydaların 4.8-ci bəndinin birinci cümləsi ilə müəyyən edilən halda 20 gün, 4.8-ci bəndinin ikinci cümləsi ilə müəyyən edilən halda isə 4 (dörd) ay müddətində məbləğ qaytarılarsa, vergi ödəyicisinə və ya sığortaedənə faiz ödənilmir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 15.1-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı çəkişmə (kontradiktor icraat) prinsipi əsasında həyata keçirilir. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Sözügedən Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı tələbi təmin edilməli, İddiaçı şəxsi hesab vərəqəsində yaranmış 24804 manat artıq ödənilmiş məbləğin geri qaytarılması barədə Rəyin verilməsi və qaytarılmanın gecikdirilməsinə görə vergi ödəyicisinin ərizəsinin verildiyi tarixdən həmin məbləğlər geri qaytarılanadək gecikdirilən hər bir gün üçün (ödəmə günü də daxil olmaqla) vergi ödəyicisinə müvafiq məbləğlərin 0,1 faizi məbləğinin ödənilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsinin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikasının İPM-nin 110-1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə, işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikasının İPM-nin 2, 34, 68, 69, 85, 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia tələbi təmin edilsin. İddiaçı şəxsi hesab vərəqəsində yaranmış 24804 manat artıq ödənilmiş məbləğin geri qaytarılması barədə Rəyin verilməsi və qaytarılmanın gecikdirilməsinə görə vergi ödəyicisinin ərizəsinin verildiyi tarixdən həmin məbləğlər geri qaytarılanadək gecikdirilən hər bir gün üçün (ödəmə günü də daxil olmaqla) vergi ödəyicisinə müvafiq məbləğlərin 0,1 faizi məbləğinin ödənilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsinin üzərinə qoyulsun. Qərardan şikayət qərarın tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı şəhəri, Z.Xəlilov, 540-cı məhəllə ünvanda yerləşən Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına Bakı İnzibati Məhkəməsi vasitəsilə verilə bilər. Hakim Miminat Hacıbəyova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar