Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2112/2020 01.06.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X5 İlham oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Teymur Əhməd oğlunun katibliyi, İddiaçı nümayəndəsi X1 (Astara rayonu, Şiyərəkan kəndində qeydiyyatda olan) iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Suraxanı rayon şöbəsinə qarşı iş stajı nəzərə alınmaqla pensiya yenidən hesablanması tələbi barədə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna qarşı iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinə müraciət edərək, işlədiyi 2006-2010-cu illərin nəzərə almaqla təyin edilmiş əmək pensiyasının yenidən hesablanması, ödənilməmiş məbləğin ödənilməsi barədə qərar qəbul edilməsi tələbi ilə məhkəmədən xahiş etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-1(82)- 2683/2019 saylı qərardadına əsasən iş ərazi aidiyyəti üzrə baxılması üçün 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə göndərilmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-1(81)- 3892/2019 saylı qərardadına əsasən cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondun əsl cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Suraxanı rayon şöbəsi ilə əvəz edilmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-1(81)- 3892/2019 saylı qərardadına əsasən iş aidiyyəti üzrə baxılması üçün 2 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinə göndərilmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 2005-2010-cu illərdə Azərbaycan Karlar Cəmiyyətinin nəzdində olan "xxxx" İstehsalat müəssisəsində qablaşdırıcı işləmişdir. Lakin Müəssisə və Dövlət Sosial Müdafiə Fondu təşkilatlarının səhlənkarlığı nəticəsində ona 2006-2010-cu illər üzrə Sosial sığorta stajı və pensiya kapitalı hesablanmamışdır. Həmin illərdə o, 300 manat əmək haqqı almışdır. Ona 2015-ci ildə əmək pensiyası təyin edilmişdir. Lakin təyin edilmiş pensiya ilə o razı deyildir. Çünki 2006-2010-cu illər nəzərə alınmamış və məbləğ az hesablanmışdır. Bununla bağlı o, cavabdehə müraciət etmiş, lakin cavabdehin **********2 saylı, xx.xx.2019-cu il tarixli məktubu ilə imtina edilmişdir. Hesab edir ki, imtina əsassızdır. Cavabdehə Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 47.2-ci maddəsində göstərilən qaydada iddia ərizəsinə münasibət bildirmək üçün sərəncam göndərilmiş, lakin cavabdeh tərəfindən rəsmi qaydada iddia ərizəsinə hər hansı münasibət bildirilməmişdir. Şifahi məhkəmə baxışı iclasında iddiaçının nümayəndəsi iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılsa da, nümayəndəsini məhkəmə iclasına göndərməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını və məhkəmə qərarı qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, işdə olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhər İdarəsi tərəfindən M.Babayevə verilmiş xx.xx.2019-cu il tarixli məktubdan görünür ki, "xxxx" İstehsalat Müəssisəsi tərəfindən 2006-2010-cu illər üçün məcburi dövlət sosial sığortası üzrə rüblük hesabatları və məcburi dövlət sosial sığortası üzrə sığortaolunanlar haqqında məlumatları təqdim etməmişdir. Bununla əlaqədar sığortaolunanlar X1 və İddiaçı sosial sığorta stajları və məcburi dövlət sosial sığorta haqları barədə məlumatları vermək Bakı şəhər İdarəsi tərəfindən mümkün olmamışdır. Göstərilənləri nəzərə alaraq "xxxx" İstehsalat Müəssisəsinə müraciət etməsi tövsiyə olunmuşdur. İşdə olan cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2019-cu il tarixli, **********6 saylı imtina məktubundan görünür ki, iddiaçının müraciətinə baxılmış və bildirilmişdir ki, əmək pensiyası hüququnu zəruri edən vacib şərtlərdən biri tələb olunan iş stajının olmasıdır. Azərbaycan Karlar Cəmiyyətinin nəzdində olan "xxxx" İstehsalat Müəssisəsində 2006-cı il tarixdən 2010-cu il tarixə olan illərin fərdi hesabının sığorta hissəsində toplanmış pensiya kapitalına ödənilmədiyindən həmin dövrlər sosial sığorta stajına daxil edilməsi mümkün deyildir. Məhkəmə araşdırması dövründə Azərbaycan Respublikası “Karlar” Cəmiyyəti nəzdində "xxxx" İstehsalat Müəssisəsinin 2006-2010-cu illər ərzində qeydiyyatda olması və fəaliyyət göstərməsi barədə məlumat sorğu əsasında Azərbaycan Respublikası Vergilər Nazirliyindən tələb edilmişdir. Məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikası Vergilər Nazirliyinin Bakı şəhəri X3 üzrə Baş İdarəsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, **********187600 saylı məktubla bildirilmişdir ki, xx.xx.2019-cu il tarixə olan vergi ödəyicilərinin dövlət reyestr məlumatlarına əsasən "xxxx" İstehsalat Müəssisəsi xx.xx.2004-cü il tarixdən vergi uçotuna alınmışdır. Hazırda fəaliyyəti aktivdir. Uçot baza məlumatlarına əsasən "xxxx" İstehsalat Müəssisəsinin fəaliyyətinin 2006-2010-cu illər ərzində aktiv olması barədə məlumat müəyyən edilmişdir. Məhkəmə araşdırması dövründə İddiaçı 2006-cı ildən 2010-cu il tarixə kimi sığorta stajı və yığılmış sığorta kapitalı barədə məlumatın məhkəməyə göndərilməsi sorğu əsasında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondundan tələb edilmişdir. Məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, **********2 saylı məktubla bildirilmişdir ki, İddiaçı 2006-2010-cu il tarixə kimi sığorta stajı və yığılmış pensiya kapitalı barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sistemində məlumat aşkarlanmamışdır. İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Suraxanı rayon şöbəsi tərəfindən ünvanlanmış xx.xx.2020-ci il tarixli, **********0 saylı məktubdan görünür ki, İddiaçı 2006- 2010-cu il tarixə kimi sığorta stajı və yığılmış pensiya kapitalının olması barədə X2 heç bir məlumat aşkarlanmamışdır. İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında DSMF-nun Bakı şəhəri üzrə X6 İdarəsi tərəfindən DSMF-nin Astara rayon şöbəsinə təqdim edilmiş sığortaolunanın fərdi uçot məlumatları əsasında sosial sığorta stajı və pensiya kapitalı barədə arayışı qeyd hissəsindən görünür ki, "xxxx" İstehsalat Müəssisəsi tərəfindən 2006-2009-cu illər üzrə hesabat təqdim edilmədiyi, həmçinin müəssisənin 2010-2012-ci illərdə fəaliyyəti olmadığı üçün həmin illər üzrə sosial sığorta stajı və pensiya kapitalı hesablanmamışdır. İşdə olan Azərbaycan Karlar Cəmiyyəti "xxxx" İstehsalat Müəssisəsi tərəfindən 2 saylı Bakı Yerli İqtisad Məhkəməsinə ünvanlanmış 17 aprel 2008-ci il tarixli, 04 saylı məktubdan görünür ki, "xxxx" İstehsalat Müəssisəsinin direktoru "xxxx" İstehsalat Müəssisəsinin 01 yanvar 2008-ci il tarixə 3221,47 manat məbləğində məcburi dövlət sosial sığorta haqları üzrə DSMF-nun Bakı şəhəri üzrə X6 Departamentinə borcunun yarandığını, müəssisənin maliyyət vəziyyətinin çox ağır olmasının borcun vaxtında ödənilməsinə mane olduğu, lakin buna baxmayaraq 14 aprel 2008-ci il tarixədək 1000 manat, 30 aprel 2008-ci il tarixədək, qalan 1221,47 manat pulun isə 20 may 2008-ci il tarixədək ödəniləcəyi bildirilmişdir. İşin araşdırılan hallarından aydın olur ki, iddiaçıya yaşa görə əmək pensiyası təyin edilmişdir. Lakin iddiaçı ona əmək pensiyası təyin edilərkən 2006-2010-cu illər ərzində "xxxx" İstehsalat Müəssisəsində işlədiyi müddətin sosial sığorta stajına və pensiya kapitalına hesablanmadığını bildirərək, həmin illərin nəzərə alınmaqla əmək pensiyasının yenidən hesablanmasını tələb edir. İddiaçı bununla bağlı cavabdehə müraciət etmiş, cavabdeh tərəfindən müraciətin təmin edilməsindən imtina edilərək, iddiaçıya Azərbaycan Karlar Cəmiyyətinin nəzdində olan "xxxx" İstehsalat Müəssisəsində 2006-cı il tarixdən 2010-cu il tarixə olan illərin fərdi hesabının sığorta hissəsində toplanmış pensiya kapitalına ödənilmədiyindən həmin dövrlərin sosial sığorta stajına daxil edilməsinin mümkün olmadığı bildirilmişdir. İddiaçı 2006-2010-cu illər ərzində "xxxx" İstehsalat Müəssisəsində işlədiyi dövrün sosial sığorta stajına daxil edilməklə əmək pensiyasının yenidən təyin edilməsini arzuladığını nəzərə alaraq, məhkəmə iddiaçıya həmin dövrlərin sosial sığorta stajına əlavə edilməsinin mümkün olmamasını aşağıdaklarla əsaslandırır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Həmin Qanunun 25-ci maddəsinə əsasən sığorta stajı müvafiq icra hakimiyyəti orqanı tərəfindən məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi barədə verilən sənədlə təsdiq olunur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun xx.xx.2017-ci il tarixdən qüvvədə olan 27.1-ci maddəsinə əsasən sığortaolunanların (əmək pensiyası təyin olunmuş şəxslər istisna olmaqla) 2006-cı il yanvarın 1-dək qazanmış olduqları pensiya hüquqları pensiya kapitalına çevrilməklə onların fərdi hesablarında nəzərə alınır. Bu zaman həmin dövrə aid olan ümumi iş stajının hər ili üçün 306 manat (il tam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) pensiya kapitalı hesablanır və sığortaolunanların fərdi hesablarının sığorta hissəsində 2006-cı ilin 1 yanvar tarixinə qeydə alınır. Sığortaolunanların, o cümlədən işləyən əmək pensiyaçılarının 2006-cı il 1 yanvar tarixindən 2017-ci il 1 iyul tarixinədək olan dövr üzrə fərdi hesabının sığorta hissəsində toplanan və istifadə olunmamış (əmək pensiyasının sığorta hissəsinin hesablanmasında nəzərə alınmamış) pensiya kapitalı 80% artırılmaqla, 2017-ci il 1 iyul tarixinə fərdi hesabın sığorta hissəsində qeydə alınır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyasının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının 3.1-ci bəndinə əsasən sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: 3.1.1-ci bəndinə əsasən «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; 3.1.2-ci bəndində əsasən Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiya hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. Yuxarıda göstərilən Qaydaların 3.6-cı bəndinə əsasən Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı sığortaolunanın fərdi uçot məlumatları əsasında müəyyən olunur. Məhkəmə araşdırması nəticəsində iddiaçının 2006-2010-cu il tarixə kimi sığorta stajı və yığılmış pensiya kapitalı barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sistemində, X2 heç bir məlumat aşkarlanmadığı müəyyən edilmişdir. Qanunvericiliyin tələblərinə əsasən sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiya hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajından ibarət olduğundan, iddiaçının qeyd olunan dövr üzrə sosial sığorta stajının olması müəyyən edilmədiyindən məhkəmə hesab edir ki, cavabdeh tərəfindən iddiaçının müraciətinin təmin edilməsindən imtina edilməsi əsaslı olmuşdur. Beləliklə, iddia tələbinin əsası kimi istinad edilən hallar məhkəmə araşdırması zamanı sübut edilmədiyindən, iddiaçının 2006-2010-cu illər ərzində "xxxx" İstehsalat Müəssisəsində işlədiyi müddətin sosial sığorta stajına daxil edilməklə ona təyin edilmiş əmək pensiya təyin edilməsinin mümkün olmamasının qanunauyğunluğu sübut edildiyindən məhkəmə hesab edir ki, iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 34, 52, 58, 68-69, 73.1, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia rədd edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərid Mədətli
Məhkəmə qərarları › İş №2-1(112)-2112/2020
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2112/2020
01.06.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver