Məhkəmə qərarları › İş №2-1(112)-2113/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2113/2023

09.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2113/2023 09.10.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məlikov Tural Rauf oğlunun sədrliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlillik dərəcəsinin təyin edilməsi” tələbi üzrə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56), şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək xəstəliyə görə son müraciət etdiyi tarixdən əlillik dərəcəsinin verilməsi barədə müvafiq inzibati aktın qəbul edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 1996-cı il tarixdə keçirmiş olduğu yol nəqliyyat hadisəsi nəticəsində qapalı kəllə beyin travması almış və ona T 90.5 diaqnozu qoyulmuşdur. 2010-cu ildən iddiaçıya 2-ci qrup əlillik təyin edilmişdir. Baş ağrısı, baş gicəllənməsi, başda keyləşmə, yaddaş pozğunluğu, yuxu pozğunluğu, ürək ağrısı şikayətləri ilə dəfələrlə xəstəxanalara müraciət etmiş, stasionar və ambulator müalicələr almışdır. Səhiyyə Nazirliyinin Ambulator kitabçalardan çıxarışlardan, Məlikov adına 6 nömrəli Birləşmiş Şəhər Xəstəxanası Epikrizlərindən də göründüyü kimi əsas xəstəlik, kliniki diaqnoz T90.5- kəllə beyin travmasının nəticələri-idiopatik kəllə daxili hipertenziya, posttravmatik ensephalopatiya, postravmatik stress, nevrasteniya, köməkçi yanaşı gedən xəstəliklər: böyrək xəstəliyi, Sinus bradikardiyası, böyrəklərdə KLS genişlənib, sağ böyrəkdə d-7 mm kontriment, Qlaukoma, OU-Fako skleroz, şəkərli diabet - İİ tip, Nevrosteniya, Stenokardiyanın digər formaları ÜİX, Gərginlik stenokardiyası İİ FS və.s aşkar edilmişdir. Əlillik müddətinin qurtarması səbəbindən Həkim Məsləhət Komissiyasının xx.xx.2021-ci il tarixli №2765003AADK4 saylı, TQS № 088 nömrəli göndərişi, Tibbi Sosial Ekspert Komissiyası tərəfindən əlilliyin təyin edilməsindən imtina olunmuşdur. Bununla bağlı etmiş olduğu çoxsaylı müraciətlərə cavab olaraq TSERA tərəfindən ona ünvanlanmış cavab məktubunda Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş əlilliyin qiymətləndirilməsi qaydasına uyğun olaraq əlillik vəziyyətinin 25 saylı Şəhər Poliklinkasının göndərişi əsasında xx.xx.2021-ci il tarixdə qiymətləndirilmiş və göndərişin natamam doldurulması barədə qərar qəbul edilmişdir. İxtisaslaşmış səhiyyə müəssisəsi tərəfindən ətraflı müayinə müalicə edildikdən sonra göndəriş rəsmiləşdirildiyi halda əlillik vəziyyəti qiymətləndirilib müvafiq qərar veriləcəkdir. Bundan sonra iddiaçı göndərişlə Məlikov adına 6 nömrəli Birləşmiş Şəhər Xəstəxanasına getmiş və 10 gün yatdıqdan sonra almış olduğu çıxarışı yenidən 25 nömrəli Şəhər Poliklinikasına təqdim etmiş, lakin həmin çıxarışa uyğun forma 088 verilməmişdir. Göründüyü kimi cavabdehin imtinası əsassızdır. Halbuki, göndərişin hansı formada doldurulması onun vəzifəsi deyil, dövlət idarələrinin əməkdaşlarının vəzifəsidir. Bundan əlavə imtinada yuxarıda sadalaladığı digər xəstəliklərilə, ümumi sağlamlıq vəziyyətinə heç bir əhəmiyyət və qiymət verilməmişdir. Ona görə də iddiaçı cavabdehin imtinasını əsassız və qanunsuz hesab edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İş icraata daxil olduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi məqsədi ilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə göndərilmişdir. Cavabdeh məhkəməyə təqdim etdiyi yazılı münasibətində iddiaçının tələbinə etiraz edərək bildirmişdir ki, İddiaçı əlillik vəziyyəti 25 saylı şəhər Poliklinikasının xx.xx.2010-cu il tarixli göndərişi əsasında təkrar baxılmış və Səbəbi: Ümumi xəstəlik: X1: Vİ Sinif - Sinir sistemi xəstəlikləri => G80-G83 - Serebral iflic və digər paralitik sindromlar => G83 - Digər paralitik sindromlar => G83.9 - Dəqiqləşdirilməmiş paralitik sindrom; Diaqnozun mətni: Postravmatik serebral araxnoidit,beyin daxili hipertenzion sindrom.Dissirkulyator ensefalopatiya.Travmadan sonrakı kəskin ANS; Meyar: 2.2. İkinci dərəcə əlillik => 2.2.12. Sinir sisteminin müxtəlif (travma, infeksiya, xroniki intoksikasiya və ya qan dövranı pozğunluqları mənşəli), kəskin nəzərə çarpan vegetativ əlamətlərlə keçən fu...” səbəbi ilə 1 il müddətinə əlillik dərəcəsi verilmişdir. 25 saylı şəhər Poliklinikasının xx.xx.2014-cü il tarixli göndərişi əsasında baxılmış və Səbəbi: Ümumi xəstəlik; X1: Vİ Sinif - Sinir sistemi xəstəlikləri => G80-G83 - Serebral iflic və digər paralitik sindromlar => G83 - Digər paralitik sindromlar => G83.9 - Dəqiqləşdirilməmiş paralitik sindrom; Diaqnozun mətni: Postravmatik serebral araxnoidit, beyin daxili hipertenzion sindrom. Dissirkulyator ensefalopatiya. Travmadan sonrakı kəskin ANS; Meyar: 2.2. İkinci dərəcə əlillik => 2.2.12. Sinir sisteminin müxtəlif (travma, infeksiya, xroniki intoksikasiya və ya qan dövranı pozğunluqları mənşəli), kəskin nəzərə çarpan vegetativ əlamətlərlə keçən fu...” səbəbi ilə 1 il müddətinə əlillik dərəcəsi verilmişdir. Bakı 25 nömrəli şəhər Poliklinikasının xx.xx.2015-ci il tarixli göndərişi əsasında baxılmış və Səbəbi: Ümumi xəstəlik; X1: Vİ Sinif – Sinir sistemi xəstəlikləri => G00-G09 - Mərkəzi sinir sisteminin iltihabi xəstəlikləri => G04 - Ensefalit, mielit və ensefalomielit => G04.0 - Kəskin disseminə olunmuş ensefalit Diaqnozun mətni: Postravmatik ensefalopatiya. ÜİX gərginlik stenokardiyası; Meyar 2.2. İkinci dərəcə əlillik => 2.2.12. Sinir sisteminin müxtəlif (travma, infeksiya, xronik intoksikasiya və ya qan dövranı pozğunluqları mənşəli), kəskin nəzərə çarpan vegetativ əlamətlərlə keçən fu...” səbəbi ilə 1 il müddətinə əlillik dərəcəsi verilmişdir. Elektron təyinatla xx.xx.2016-cı il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: Ümumi xəstəlik; X1: Vİ Sinif - Sinir sistemi xəstəlikləri => G00-G09 - Mərkəzi sinir sisteminin iltihabi xəstəlikləri => G04 - Ensefalit, mielit və ensefalomielit => G04.0 - Kəskin disseminə olunmuş ensefalit; Diaqnozun mətni: Postravmatik ensefalopatiya. ÜİX gərginlik stenokardiyası.; Meyar: 2.2. İkinci dərəcə əlillik => 2.2.12. Sinir sisteminin müxtəlif (travma, infeksiya, xroniki intoksikasiya və ya qan dövranı pozğunluqları mənşəli), kəskin nəzərə çarpan vegetativ əlamətlərlə keçən fu..." səbəbi ilə 5 il müddətinə əlillik dərəcəsi verilmişdir. Bakı 25 nömrəli şəhər Poliklinikasının xx.xx.2021-ci il tarixli 2765003AADHF saylı göndərişi əsasında baxılmış və X1: Vİ Sinif - Sinir sistemi xəstəlikləri => G90-G99 - Sinir sisteminin digər pozğunluqları => G93 - Baş beynin digər zədələnmələri => G93.2 - Xoşxassəli kəllədaxili hipertenziya; Diaqnozun mətni: T90.5 Kəllədaxili travmaların nəticələri, Keçirilmiş qapalı kəllə beyin travmasının nəticələri(1996). Ağırlaşma G93.2 Xoşxassəli kəllədaxili hipertenziya, İdiopatik beyin daxili hipertenziya. Ağırlaşma F48 Digər neqativ pozğunluqlar, Postravmatik stres pozuntusu. Yanaşı xəstəliklər N20.0 Böyrək daşları, Böyrək daşı xəstəliyi.; Məzkəzə göndərilmənin / İmtina edilmənin səbəbi: Əlavə müalicəyə ehtiyacın olması - Səbəb İxtisaslaşdırılmış müayinə və müalicə olunması məsləhət görülür” səbəbi ilə imtina verilmişdir. Bakı 25 nömrəli şəhər Poliklinikasının xx.xx.2021-ci il tarixli 2765003AADK4 saylı göndərişi əsasında baxılmış və X1: XİX Sinif - Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri => T90-T98 - Travmaların, zəhərlənmələrin və xarici səbəblərin digər təsirlərinin nəticələri => T90 - Başın ...; Diaqnozun mətni: Kəllədaxili travmaların nəticələri, Keçirilmiş qapalı kəllə beyin travmasının nəticələri(1996); Məzkəzə göndərilmənin / İmtina edilmənin səbəbi: Diaqnoz əlillik əlaməti təyin etməməsi - Səbəb: “Hal hazırda əlillik əlaməti aşkar edilmir” səbəbi ilə imtina verilmişdir. Bakı 25 nömrəli şəhər Poliklinikasının xx.xx.2021-ci il tarixli 2765003AADK4 saylı göndərişi əsasında təkrar baxılmış və X1: XİX Sinif - Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri => T90-T98 - Travmaların, zəhərlənmələrin və xarici səbəblərin digər təsirlərinin nəticələri => T90 - Başın ...; Diaqnozun mətni: Kəllədaxili travmaların nəticələri, Keçirilmiş qapalı kəllə byin travmasının nəticələri(1996). Xoşxassəli kəllədaxili hipertenziya, İdiopatik beyin daxili hipertenziya; Məzkəzə göndərilmənin/ İmtina edilmənin səbəbi: Göndərişin natamam doldurulması - Səbəb: “Diaqnozun ağırlaşmaları barədə ətraflı məlumat qeyd edilsin” səbəbi ilə imtina verilmişdir. İddiaçı 09 mart 2022-ci il tarixdə əyani müayinədə olmuş və Agentlik tərəfindən protokol tərtib olunmuşdur. Protokola əlavə olunmuş siyahıda adları qeyd edilmiş şəxslərə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə uyğun olaraq 13 nəfərə l dərəcə, 87 nəfərə İİ dərəcə, 60 nəfərə İİİ dərəcə, 1 nəfərə diaqnoz əlillik əlaməti təyin etmir qərarı qəbul edilmişdir. Siyahıda İddiaçı (20-ci sıra) adı “diaqnoz əlillik əlaməti təyin etmir” kimi qeyd edilmişdir. Məlumat üçün bildirilir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın və 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra - Komissiya) tərəfindən “Tibbisosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş əsasında aparılır. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. Göndəriş verilməsi üçün əsaslara şəxsin eyni xəstəliklə son 6 (altı ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli İştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir), əlillik müddətinin bitməsindən sonra bu Qaydanın yuxarıda qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi, peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi və əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbi-sosial ekspertiza müayinəsinə zərurət yaranması aiddir. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılnnış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti ilə altsistemə daxil edilir. Göstərilənlərə əsasən iddia tələbinin təmin edilməməsi məhkəmədən xahiş edilmişdir. İddiaçı sonradan məhkəməyə iddia tələbinin dəqiqləşdirlməsi barədə ərizə təqdim edərək İddiaçı sonuncu dəfə müayinə edildiyi xx.xx.2021-ci il tarixdən əlillik dərəcəsinin müəyyən edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulması kimi qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin müvafiq qərardadı ilə iddinın dəyişdirilməsi barədə ərizə icraata qəbul edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasında üzrlü səbəb bildirmədən iştirak etməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı və onun nümayəndəsi və vəkili iddia ərizəsində göstərilənlərə uyğun məzmunda izahat verdilər və tələbin təmin edilməsini xahiş etdilər. Məhkəmənin əvvəlki iclaslarında iştirak etmiş cavabdehin nümayəndəsi etiraza uyğun izahat verərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə ilk öncə qeyd edir ki, irəli sürülmüş iddia məcburetmə haqqında iddia olduğundan inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsinin cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş edir. Belə ki, İPM-in 2.2.2-ci maddəsinə əsasən, inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 33.1-ci maddəsinə əsasən, məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. İPM-in 33.2-ci maddəsinə əsasən, bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. İddia ərizəsi onun mümkünlük şərtlərinə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Məhkəmə iddiaçı tərəfin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: -Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən iddiaçının müraciətinə cavab olaraq verilmiş xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq olunmuş "Əlilliyin qiymətləndirilməsi Qaydası"na uyğun olaraq iddiaçının əlillik vəziyyəti 25 nömrəli Şəhər Poliklinikasının göndərişi əsasında xx.xx.2021-ci il tarixdə qiymətləndirildiyi və “Göndərişin natamam doldurulması” (Səbəb: Diaqnozun ağırlaşmaları barədə ətraflı məlumat qeyd edilsin) barədə qərar qəbul edilmişdir. İxtisaslaşmış səhiyyə müəssisəsi tərəfindən ətraflı müayinə-müalicə edildikdən sonra göndəriş (forma 088) rəsmiləşdirildiyi halda, əlillik vəziyyətinin adsıziaşdırılmış sənədlər üzərindən iştirak olmadan qiymətləndirildiyi, müvafiq qərar veriləcəyi bildirilmişdir. -Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən iddiaçının müraciətinə cavab olaraq verilmiş xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, iddiaçının əlillik vəziyyəti “25 nömrəli Bakı Şəhər Poliklinikası” PHŞ-nin 2765003AADK4 nömrəli göndərişi əsasında xx.xx.2021-ci ildə qiymətləndirilmiş və əlilliyin təyininə əsas verən ağırlaşmaların aşkar edilmədiyindən, “Diaqnoz əlillik əlaməti təyin etmir” barədə qərar verilmişdir. -Elektron məhkəmə sisteminin şəxsiyyət vəsiqəsi bölməsindən əldə olunan məlumatlardan görünür ki, İddiaçı xx.xx.1959-cu il tarixdə Ağsu rayonunun Bico kəndində doğulmuşdur, Azərbaycan Respublikasının vətəndaşıdır. -10 saylı Şəhər Poliklinikası tərəfindən 25 saylı Şəhər Poliklinikasına ünvanlanan 22 aprel 2021-ci il tarixli göndərişə cavab məktubundan görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon, ev 2A, mənzil 16-da yaşayan xx.xx.1969-cu il təvəllüdlü Xanlarov X2 rayon 10 nömrəli poliklinikasında psixiatr müayinəsində olmuş, "Nevrasteniya F48", Postravmatik stress pozuntusu F43.1" diaqnozu qoyulmuşdur. -Həkim Məsləhət Komissiyasının xx.xx.2021-ci il tarixli, 2765003AADHF saylı Bildirişindən görünür ki, bidiriş İddiaçı Xanlarov Məhəmməd oğluna ondan ötrü verilmişdir ki, 25 nömrəli Şəhər Poliklinikasının Həkim Məsləhət Komissiyası tərəfindən müayinə olunmuşdur və bu barədə göndəriş “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestrinə daxil edilmişdir. -25 №li Şəhər Poliklinikası tərəfindən İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə ünvanlanan 20 iyun 2022-ci il tarixli məktubunun mətnindən görünür ki, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin xx.xx.2022-ci il PHŞ/1-2-2022- 15153 nömrəli məktubu ilə göndərilmiş Bakı şəhəri, 7-ci mikrorayon, ev 2A, mənzil 16-da yaşayan, 25 saylı şəhər poliklinikasında tibbi qeydiyyatda olan İddiaçı 1989-cu ildən 2010-cu ildə “Postravmatik ensefolopatiya" diaqnozu ilə dispanser müşahidəsinə götürülmüş, 2010-cu ildən “Postravmatik serebral araxnoidit" diaqnozu ilə İİ qrup əlil hesab olunmuş, 11.09.16-cı ildən əlillik dərəcəsinin müddəti xx.xx.2021-ci ilə kimi (5il) artırılmış, xx.xx.2021-ci il tarixdə əlillik dərəcəsi təyin olunmamışdır. Xəstə əyani baxışa göndərilmiş, əlillik meyarlarına uyğun gəlmədiyi üçün əlillik dərəcəsi təyin olunmamış, səbəbi: Tibbi Sosial Ekspert Komissiyasının cavabında göndərişin natamam doldurulması və ağırlaşmalar barədə məlumatın qeyd olunmaması göstərilmişdir. Bu qərardan sonra xəstə stasionar müalicədə olmuş və əlavə müayinələrdən keçmişdir. Məktubda əlillik dərəcəsi barədə yeni meyarların qüvvəyə mindikdən sonra xəstənin Tibbi Sosial Ekspert Komissiyasına göndəriləcəyi bildirilmişdir. -25 №li Şəhər Poliklinikası tərəfindən Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Tibbi Sosial Ekspert Komissiyasına göndərilmiş 2765003AADK4 saylı forma TQS № 088 saylı arayışdan görünür ki, İddiaçı T90 kodu altında "Kəllədaxili travmaların nəticələri keçirilmiş qapalı kəllə beyin travmasının nəticələri” əsas diaqnoz qoyulmuş və əlillik vəziyyətinin qiymətləndirilməsi üçün xx.xx.2021-ci il tarixdə göndəriş rəsmiləşdirilmişdir. -25 № li Şəhər Poliklinikasının xx.xx.2021-ci il tarixli göndərişi əsasında baxılmış və X1: XİX Sinif - Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri => T90-T98 - Travmaların, zəhərlənmələrin və xarici səbəblərin digər təsirlərinin nəticələri => T90 - Başın ...; Diaqnozun mətni: Kəllədaxili travmaların nəticələri, Keçirilmiş qapalı kəllə beyin travmasının nəticələri(1996); Məzkəzə göndərilmənin / İmtina edilmənin səbəbi: Diaqnoz əlillik əlaməti təyin etməməsi - Səbəb: “Hal hazırda əlillik əlaməti aşkar edilmir” səbəbi ilə imtina verilmişdir. Bakı 25 nömrəli şəhər Poliklinikasının xx.xx.2021-ci il tarixli 2765003AADK4 saylı göndərişi əsasında təkrar baxılmış və X1: XİX Sinif - Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri => T90-T98 - Travmaların, zəhərlənmələrin və xarici səbəblərin digər təsirlərinin nəticələri => T90 - Başın ...; Diaqnozun mətni: Kəllədaxili travmaların nəticələri, Keçirilmiş qapalı kəllə byin travmasının nəticələri(1996). Xoşxassəli kəllədaxili hipertenziya, İdiopatik beyin daxili hipertenziya; Məzkəzə göndərilmənin/ İmtina edilmənin səbəbi: Göndərişin natamam doldurulması - Səbəb: “Diaqnozun ağırlaşmaları barədə ətraflı məlumat qeyd edilsin” səbəbi ilə imtina verilmişdir. Məhkəmə iddianın qanuni əsasları ilə bağlı aşağıdakı normalara istinad edir: Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1ci maddəsinə əsasən, şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Həmin Qanunun 3.2-ci maddəsinə əsasən, şəxsin əlilliyinin qiymətləndirilməsi, o cümlədən əlilliyin təkrar qiymətləndirilməsi onun tibbi-sosial ekspertiza müayinəsinə göndərişi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil olduğu tarixdən 10 (on) iş günü müddətində, əlavə araşdırma tələb edildiyi halda isə 15 (on beş) iş günü müddətinə uzadılmaqla keçirilir. Həmin Qanunun 3.3-cü maddəsinə əsasən, əlilliyin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. Həmin Qanunun 3.4-cü maddəsinə əsasən, əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) təsdiq edir. Azərbaycan Respublikası Prezidentinin 30 iyun 2020-ci il tarixli 1077 nömrəli Fərmanı ilə təsdqi edilmiş “Dövlət Tibbi-Sosial Ekspertiza və Agentliyinin” Nizamnaməsinin: -1.1-ci bəndinə əsasən Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi əlilliyin müəyyən edilməsi və əlilliyi olan şəxslərin reabilitasiyası sahəsində (müvafiq sahə) fəaliyyət göstərən publik hüquqi şəxsdir; -2.1-ci bəndinə əsasən strukturuna daxil olan tibbi-sosial ekspert komissiyaları vasitəsilə əlilliyin qiymətləndirilməsini həyata keçirmək Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin fəaliyyət istiqamətlərinə daxildir; -3-cü bəndinə əsasən müvafiq sahədə tibbi-sosial ekspertiza keçirərək, şəxslərin əlilliyini və reabilitasiya imkanlarını qiymətləndirmək, əlilliyin və reabilitasiya imkanlarının qiymətləndirilməsi əsasında şəxsin əlilliyinin dərəcəsini, əlilliyin müddəti və səbəbi barədə qərar qəbulunu təmin etmək, fəaliyyət istiqamətləri üzrə rəy və təkliflər vermək, təhlillər və ümumiləşdirmələr aparmaq, analitik materiallar hazırlamaq bu Nizamnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin vəzifələri sırasına daxildir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş «Əlilliyin qiymətləndirilməsi Qaydası»nın: -1.2-ci bəndinə əsasən, Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra-Nazirlik) yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (bundan sonra-Xidmət) tibbi-sosial ekspert komissiyaları (bundan sonra-TSEK) tərəfindən həyata keçirilir. -1.6-cı bəndinə əsasən, əlilliyin səbəbinin, dərəcəsinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra altsistem) vasitəsilə aparılır. -1.8-ci bəndinə əsasən, əlillik Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda nəzərdə tutulan insanın həyat fəaliyyətinin əsas kateqoriyaları və onların məhdudlaşma dərəcələri və “Əlilliyin müəyyən olunması meyarları”na Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə əsasən müəyyən olunur. -2.1-ci bəndinə əsasən, şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra- Komissiya) tərəfindən “Tibbisosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. -2.4-cü bəndinə əsasən, TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Xidmət tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. -2.9-cu bəndinə əsasən, göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir. Beləliklə işin halları ilə müəyyən edilmişdir ki, 25 nömrəli Şəhər Poliklinikasının xx.xx.2021ci il tarixli 2765003AADK4 saylı göndərişi əsasında xx.xx.2021-ci il tarixdə iddiaçının əlilliyi 2 dəfə qiymətləndirilmiş, lakin əvvəlcə “diaqnoz əlillik təyin etmir”, daha sonra isə “Göndərişin natamam doldurulması.Diaqnozun ağırlaşmaları barədə ətraflı məlumat qeyd edilsin” səbəbi ilə imtina edilmişdir. İşin məhkəmə araşdırması zamanı məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə tibbi ekspertizası təyin edilərək xx.xx.1959-cu il təvəllüdlü İddiaçı xəstəlik (xəstəliklər) diaqnozunun müəyyən edilməsi Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və X4-Təcrübi və Tədris Birliyinə tapşırılmış, ekspertiza tədqiqatının iddiaçının ilkin müayinəsində iştirak etmiş DTSERA-nın həkimlərinin (mütəxəssislərinin) iştirakı olmadan keçirilməsi qeyd edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və X3 Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, T 127/2023 №li ekspert rəyinin nəticə hissəsindən görünür ki, İddiaçı tibbi sənədlərinin təhlilinə əsasən hazırda “Kəllədaxili travmaların nəticələri, keçirilmiş qapalı kəllə-beyin travmasının nəticələri (1996), xoşxassəli kəllədaxili hipertenziya, idiopatik beyindaxili hipertenziya” xəstəliklərindən əziyyət çəkdiyi göstərilmişdir. Bundan sonra İddiaçı əyani müayinəyə dəvət edilərək vəziyyətinin qiymətləndirilməsi və əlilliyinin müəyyən edilməsi ilə bağlı müraciətinə yenidən baxılması üçün məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə göndərilmişdir. Belə ki, İPM-in 67.1-ci maddəsinə əsasən mübahisə ilə bağlı məhkəmənin yekun qərarı qəbul edilənədək, cavabdeh (inzibati orqan) iddiaçının tələbinin təmin olunduğu yeni inzibati akt qəbul etməyə və ya qanunda nəzərdə tutulmuş başqa tədbir görməyə haqlıdır. Cavabdeh iddiaçının tələbinin təmin olunması ilə bağlı niyyəti barədə məhkəməyə yazılı məlumat verir. Bu məqsədlə inzibati orqan əvvəl məhkəməyə təqdim olunmuş sənədləri geri tələb edə bilər. Cavabdeh DTSERA-nın qeyd olunan qərardadın icrası ilə bağlı məhkəməyə ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubunda bildirilmişdir ki, iddiaçının 25 nömrəli Şəhər Poliklinikasının 2765003AADK4 nömrəli göndərişi əsasında əlillik vəziyyətinin qiymətləndirilməsi məqsədilə xx.xx.2023-cü il tarixində Agentlikdə qəbulda olmuş, keçirilən qəbulda təqdim edilən tibbi sənədlər və həyata keçirilmiş ətraflı müayinənin nəticəsi olaraq, şəxsin sağlamlıq vəziyyətinin obyektiv müayinəsi zamanı əlilliyin təyininə əsas verən ağırlaşmalar və patofunksionaİ dəyişikliklər aşkar olunmadığından, Azərbaycan Respublikası Nazirlər Kabinetinin göndərişin rəsmiləşdirildiyi tarixdə qüvvədə olan xx.xx.2015-ci il tarixli 413 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə müvafiq olaraq diaqnozun əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. Məhkəmə iddiaçının əlilliyinin qiymətləndirildiyi xx.xx.2021-ci il tarixli göndərişdəki (Forma 88) və ekspert rəyində müəyyən edilmiş xəstəliklər diaqnozunu nəzərdən keçirərək hesab edir ki, iddiaçıya əlilik dərəcəsinin təyin edilməsi üçün əsaslar mövcuddur. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 3-cü bəndi: 3.1. Anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə əlaqədar çatışmazlıqdan (bundan sonra – xəstəlik, zədə və çatışmazlıqlar) irəli gələn orqanizmin funksiyalarının pozulması faizləri bu Meyarlara Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə uyğun olaraq aşağıdakı qaydada müəyyən edilir: 3.1.1. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİİ dərəcə məhdudlaşması halında – 81-100 faiz; 3.1.2. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİ dərəcə məhdudlaşması halında – 61-80 faiz; 3.1.3. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İ dərəcə məhdudlaşması halında – 31-60 faiz. 3.2. Xəstəliklərin, zədələrin və çatışmazlıqların adları, onların ağırlıq dərəcəsi mərhələsi, orqanizmin funksiyalarının davamlı pozulmasının klinik funksional xüsusiyyətləri, XBT-10, orqanizmin funksiyalarının pozulması faizi və müddəti bu Meyarlara Əlavədə müəyyən edilmişdir. Əlavənin Sinir sistemi xəstəlikləri adlanan 6.1-ci bəndinin xx.xx.2023-cü il tarixədək qüvvədə olmuş redaksiyasına əsasən: Kəllə-beyin travması və baş beynin zədələnməsinin nəticələri: baş beynin silkələnməsi, əzilməsi (S06-T90): Əlavənin qeyd olunan 6.1-ci bəndinin xx.xx.2023-ci ildən sonrakı və haqızrda qüvvədə olan redaksiyasına əsasən: Başın travmalarının nəticələri T.90. Xəstəliklərin və sağlamlıqla bağlı problemlərin beynəlxalq statistik təsnifatı 10-cu baxışa (XBT -10) əsasən: T90.5. Travmaların, zəhərlənmələrin və xarici səbəblərin digər təsirlərinin nəticələri. Göründüyü kimi, iddiaçının əsas diaqnozu “Kəllədaxili travmaların nəticələri, keçirilmiş qapalı kəllə-beyin travmasının nəticələri (1996)” “Əlilliyin müəyyən olunması meyarları”nda Sinir sistemi xəstəliklərinin 6.1-ci bəndinin həm iddiaçının yenidən əyani müayinədən keçirildiyi zaman qüvvədə olmuş, həm də hazırda qüvvədə olan redaksiyalarına əsasən əlillik (orqanizmin funksiyalarının pozulmasını) təyin edən diaqnoz kimi nəzərdə tutulmuşdur. Belə olan halda iddiaçı məhz yeni qaydaların qüvvədə olduğu vaxt əyani müayinə olunduğundan (xx.xx.2023-cü il tarixdə) həmin hal nəzərə alınmalı idi. Lakin cavabdeh inzibati orqan tərəfindən məhkəmənin yuxarıda istinad olunan xx.xx.2023-cü il tarixli qərardadının icrası zamanı iddiaçının xəstəliyinin “Əlilliyin müəyyən olunması meyarları”nda (2022-ci ilin iyulun 1-dən qüvvəyə minmişdir) nəzərdə tutulan xəstəliklərə uyğun gəlib-gəlmədiyi araşdırılmamış, yalnız qüvvəsini itirmiş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş «Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə»də göstərilən xəstəliklərə uyğun qiymətləndirilmə aparılmışdır. Halbuki, iddiaçının qiymətləndirildiyi xx.xx.2021-ci il tarixdə qüvvədə olmuş sözügedən Əsasnamənin 2.3.9-cu yarımbəndində uzun müddət dekompensasiya (altı aydan çox) vəziyyətində olan şəxsiyyət pozuntuları və psixopatiyalar (F60.0-F62.9, F45-F45.9, F48-F48.9) şəxsə əlillik təyin edilməsi üçün əsas verirdi. Beləliklə, aparılan tibbi müayinələrin əsasında iddiaçıya əsas diaqnoz olaraq qoyulmuş digər Kəllədaxili travmaların nəticələri, keçirilmiş qapalı kəllə-beyin travmasının nəticələri (T90) və digər neqativ pozğunluqlar. Postravmatik stres pozuntusu (F.48) uyğun kodları əks olunmuşdır ki, bu da iddiaçıda müəyyən olunan xəstəliklərin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş «Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə»nin 2.3.9-cu və “Əlilliyin müəyyən olunması meyarları”nın 6.1-ci bəndlərinə əsasən əlillik dərəcəsinin təyin edilməsini mümkün edir. “İnzibati icraat haqqında” Qanunun 17-ci maddəsinə əsasən, fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanunun 24.1-ci maddəsinə əsasən, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir (24.3). İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, cavabdeh inzibati orqan inzibati icraatı tam aparmamış, iddiaçının xeyrinə olan halların qiymətləndirilməsi ilə bağlı əhəmiyyət kəsb edən bütün faktiki halları tam və hərtərəfli araşdırmamışdır. Göstərilənlərə əsasən, məhkəmə belə qənaətə gəlir ki, cavabdehin iddiaçının əlilliyinin müəyyən edilməsindən imtina etməsi iddiaçının qanunla qorunan hüquqlarını pozmuş və işin konkret halı nəzərə alınmaqla iddiaçının vəziyyətinə mütənasib olmamışdır. Odur ki, iddia təmin edilməlidir. İPM-in: -52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. -68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. -68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və İPM-in 2, 33.1, 52, 58, 68-69, 75.4, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. İddiaçı sonuncu dəfə müayinə edildiyi xx.xx.2021-ci il tarixdən əlillik dərəcəsinin müəyyən edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulsun. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məlikov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar