Məhkəmə qərarları › İş №2-1(112)-2113/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2113/2025

31.01.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2113/2025 31.01.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Almazova Aysev Mehman qızının sədrliyi, İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “iyaşa görə əmək pensiyasının təyin edilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri Nəsimi rayonu N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: I. İşin halları İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.1994-cü il tarixdən xx.xx.2003-cü il tarixədək, 2003,2004 və 2005-ci illərin iş stajına daxil edilərək pensiya məbləğinin düzgün hesablanması barədə öhdəliyin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.1960-cı il təvəllüdlüdür. Ağdam rayonu, Qara Zeynallı kəndində qeydiyyatdadır, faktiki olaraq ünvan 1 ünvanında yerləşən mənzildə ailə üzvləri ilə birlikdə yaşayır. Məlumat üçün bildirir ki, o 1-ci Qarabağ müharibəsi zamanı, 1993-cü ilin iyul ayının 23-də yaşadığı Ağdam rayonu, Qara Zeynallı kəndi erməni qəsbkarları tərəfindən işğal olunan zaman qaçqın düşmüşəm və ünvan 1 ünvanında yerləşən mənzildə ailə üzvləri ilə birlikdə yaşayır. Bildirir ki, onun 64 yaşı var və İİİ qrup əlildir. Ağdam rayonu işğal olunanadək mən öz doğma rayonumuzda əmək fəaliyyəti ilə məşğul olmuşdur. Belə ki, 1978-ci il tarixdən 1989-cu il tarixədək Ağdam rayon “Nətavan” adına üzümçülük sovxozunun 8№li briqadasında fəhlə, 1989-cu il tarixdən 1993-cü ilin iyul ayının 23-dək həmin sovxozun Qullar kənd uşaq bağçasında 1 ştat vahidi tərbiyəçi vəzifəsində çalışmışdır. Məlumat üçün bildirir ki, xx.xx.1993-cü il tarixdə qaçqın düşdüyü zaman əmək kitabçası “Nətavan” adına üzümçülük sovxozunun kadrlar şöbəsində olmuşdur. Lakin, həmin dövrdə mövcud şəraitlə bağlı bir çox sənədlər işğal olunmuş ərazilərdən çıxarıla biməmiş, ya işğalçılar tərəfindən məhv edilmiş, ya da itmişdir. O əmək pensiyasına çıxmaq üçün Azərbaycan Respublikasının Əmək Və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət etməlidir. Lakin, əmək kitabçası olmadığı üçün hüquqlarını həyat keçirə bilmir, problemlərlə rastlaşır. Məlumat üçün bildirir ki, onunla vaxtilə “Nətavan” adına üzümçülük sovxozunda çalışan iş yoldaşıları da qaçqın düşənlərin sırasında Bakı şəhərinə və vətəninin digər rayonlarında müvəqqəti məskunlaşıblar. Əgər zərurət yaranarsa həmin şəxslərdən bir neçəsini şahid qismində məhkəməyə dəvət etməyə hazırdır. Ona cavabdeh tərəf yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina olunması haqqında məktub ünvanlamış və bildirmişdir ki, X7 üzrə X4 rayon Sarıcalı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi ilə birgə tərtib etdiyi xx.xx.2024-cü il tarixli akta əsasən Qullar kənd uşaq bağçasında 01.01,1994-cü il tarixindən xx.xx.2003-cü il tarixinədək adına əmək haqqı hesablanan aylar sığorta stajına daxil edilmişdir. Eyni zamandä bildirilir ki, 2003, 2004 və 2005-ci illərə dair əməkhaqqı cədvəlləri yoxlama zamanı təqdim edilmədiyindən həmin dövrlərin sığorta stajına daxil edilməsi mümkün hesab olunmur. Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadına əsasən iş üzrə əsl olmayan cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu əsl cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı ilə əvəz edilmiş, iddia tələbi “iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi” kimi dəyişdirilmişdir. Cavabdeh iddiaya dair yazılı etiraz ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, Məhkəmənin nəzərinə çatdırırıq ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 7-ci maddəsinə əsasən müvafiq yaşa çatmış şəxslərin fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır.01,07.2022-ci il tarixdən 01,07.2023-cü il tarixədək pensiya yaş həddi qadınlar üçün 63 yaş müəyyən edilmişdir.Sözügedən Qanunun 22-1.1-ci maddəsinə uyğun olaraq 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunana yaşa görə əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2019-2025-ci illərdə həmin Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana (bu Qanunun 8-ci maddəsinin müddəaları nəzərə alınaraq həmin maddədə göstərilən şəxslər də daxil olmaqla) 2006-cı il yanvarın 1-dək olan sığorta stajı 25 il, 2026-cı ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanır.İddiaçı tərəfindən təqdim edilmiş sənədlərin surətlərinə və Nazirliyin elektron informasiya ehtiyatlarındakı məlumatlara əsasən xx.xx.1983-cü il tarixdən xx.xx.1985-ci il tarixədək və xx.xx.1987-ci il tarixdən xx.xx.1989-cu il tarixədək uşağa qulluq etdiyi dövrlər də nəzərə alınmaqla sığorta stajı 24 il 3 ay 29 gün təşkil etmişdir.Eyni zamanda iddiaçının fərdi şəxsi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı xx.xx.2006-cı il tarixədək 14 il 6 ay 29 gün sığorta stajına uyğun olaraq 14692,06 manat, xx.xx.2006-cı il tarixdən xx.xx.2017-ci il tarixədək (9 il 9 ay sığorta stajına uyğun) 7598,38 manat olmaqla, ümumilikdə 22290,44 manat təşkil etmişdir ki, bu məbləğ qanunvericiliklə tələb olunan 40320 manat pensiya kapitalından azdır və əmək pensiyasının minimum məbləğindən (280 manat) az olmayan pensiya təminatına imkan vermir. İddiaçı tərəfindən təqdim edilmiş əmək kitabçasının surətində qeyd olunmuş mötəbərliyinə əsaslı şübhələr olan xx.xx.1994-cü il tarixdən xx.xx.2006-cı il tarixədək Qullar kənd uşaq bağçasında olan əmək fəaliyyəti dövrünün araşdırılması zərurəti yaranmışdır. X7 üzrə X4 rayon Sarıcalı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi ilə birgə tərtib etdiyi xx.xx.2024-cü il tarixli akta əsasən Qullar kənd uşaq bağçasında xx.xx.1994-cü il tarixdən xx.xx.2003-cü il tarixədək İddiaçı adına əmək haqqı hesablanan aylar onun sığorta stajına daxil edilmişdir. Eyni zamanada 2003, 2004 və 2005-ci illərə dair əməkhaqqı cədvəlləri yoxlama zamanı təqdim edilmədiyindən həmin dövrlərin sığorta stajına daxil edilməsi mümkün hesab olunmamışdır. Qeyd olunanları nəzərə alaraq bildiririk ki, iddiaçının ümumi sığorta stajı qanunla yaşa görə əmək pensiyası hüququnun yaranması üçün nəzərdə tutulandan (25 ildən) az olduğundan yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. Beləliklə, Qanunda göstərilmiş iki şərtdən biri mövcud olmalıdır: Fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, Pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda. Qanunun - 1.0.1-ci maddəsinə əsasən, əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra - sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Qanunun 1.0.2-ci maddəsinə əsasən, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Sözügedən Qanunun 25-ci maddəsinə əsasən sosial sığorta stajı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi barədə verdiyi sənədlə təsdiq olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair” 2020-ci il 15 may tarixli Qərarında da qeyd etmişdir ki, pensiya təminatı sisteminin məhz sosial sığorta prinsipləri və qazanılan pensiya hüquqları ilə şəxsin fərdi hesabında qeydə alınan vəsaitlər arasında tarazlaşdırma mexanizmləri əsasında qurulması baxımından “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1, 1.0.2 və 1.0.5-ci maddələrinin tələblərinə görə, sığortaolunanlara pensiya təyin edilərkən və ya təyin edildikdən sonra yenidən hesablanarkən xidmət etdiyi, işlədiyi və (və ya) qulluq keçdiyi dövrdə almadıqları və ya məcburi dövlət sosial sığortasına cəlb edilməyən əmək haqqının, təminat xərcliyinin, dövlət məvacibinin və ya onlara edilən əlavələrin əsas götürülməsi qanunun tələblərinə uyğun deyildir. İş materiallarından aydın olur ki, iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan 25 il sosial sığorta stajı tamamlanmır. Həmçinin iddiaçının fərdi şəxsi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı qanunvericiliklə tələb olunan 40320 manat pensiya kapitalından azdır və əmək pensiyasının minimum məbləğindən (280 manat) az olmayan pensiya təminatına imkan vermir. Əlavə olaraq bildirilir ki, “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 7.0.2-ci maddəsinə əsasən yaşa görə müavinət əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda və işləmədikdə təyin edilir. Qeyd olunan maddənin tələblərinə əsasən İddiaçı xx.xx.2017-ci il tarixdən 3 və daha çox uşaq doğub 8 yaşınadək tərbiyə etmiş 57 yaşına çatmış qadınlara sosial müavinət təyin edilmişdir və xx.xx.2024-cü il tarixədək tam ödənilmişdir. Ağdam rayon Nətavan adına sovxozun X9 Komissiyasının xx.xx.2017-ci il tarixli 09 nömrəli arayışından görünür ki, İddiaçı Ağdam rayon Nətavan adına üzümçülük sovxozunun 8 nömrəli briqadasında 1978-ci il tarixdən 1989-cü il tarixə fəhlə, 1989-cu ildən 1993-cü il iyul ayının 23-nə kimi sovxozun Qullar kənd uşaq baxçasında 1 ştat vahidi tərbiyəçi vəzifəsində işləmişdir. AA seriyalı 406819 nömrəli xx.xx.2018-ci il tarixli məcburi köçkün vəsiqəsinin, xx.xx.1992-ci il tarixli Ağdam rayon Əlillər Cəmiyyətinin 96 nömrəli diplomunun surəti məhkəməyə təqdim edilmişdir. İddiaçı 1 saylı Bakı “Dost” Mərkəzinə təqdim etdiyi ərizəsindən görünür ki, ona 3-cü dərəcə əlilliyə görə əmək pensiyasının təyin olunmasını xahiş etmişdir.Hal- hazırda işləmir. xx.xx.2021-ci il tarixli **********0 nömrəli əlilliyə görə əmək pensiyasının təyin edilməsindən imtina olunması haqqında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin 1 saylı Bakı “DOST” Mərkəzindən daxil olmuş ərizənizə və ona əlavə olunmuş sənədlərə aidiyyəti üzrə Mərkəzi Filialda baxılmışdır, əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 12.1-ci maddəsinə əsasən əlilliyə görə əmək pensiyası İ qrup əlillərə ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. İİ və İİİ qrup əlillərə əlilliyə görə əmək pensiyası fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az sığorta stajı olduqda təyin edilir olmayan pensiya təminatına imkan verməsi şərtilə, bu maddədə göstərilən.Sözügedən Qanunun 1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur.“Əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları"nın 3.2.1-ci yarımbəndinə əsasən 2006-cı il yanvarın 1 dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası üzrə X1 Pensiya altsisteminə daxil edilmiş məlumatlara əsasən müəyyən edilir. İş materiallarında olan xx.xx.2013-cü il tarixli ******* saylı əmək kitabçasından görünür ki,xx.xx.1994-cü il tarixdə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 10 may tarixli 181 №-li qərarın 2-ci hissəsinə əsasən xx.xx.1994-cü il tarixdən orta aylıq əmək haqqı verilmişdir. xx.xx.2017-ci il tarixdən Qullar kənd uşaq bağçasından 10 ştat vahidi tərbiyəçi vəzifəsində orta aylıq əmək haqqı alan İddiaçı öz ərizəsinə əsasən xx.xx.2017-ci il tarixdən işdən azad edilmişdir. İş materiallarında olan sığorta stajının araşdırılması haqqında məktubdan görünür ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin 1 saylı Bakı DOST Mərkəzindən daxil olmuş ərizəyə və ona əlavə edilmiş sənədlərə Mərkəzi Filialda aidiyyəti üzrə baxılmışdır.“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən müvafiq yaşa çatmış şəxslərin fərdi şəxi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. xx.xx.2022-ci il tarixindən xx.xx.2023-cü il tarixinədək pensiya yaş həddi qadınlar üçün 63 yaş müəyyən edilib. Təqdim etdiyiniz əmək kitabçası surətində qeyd olunmuş mötəbərliyinə əsaslı şübhələr olan xx.xx.1994-cü il taridən xx.xx.2006-cı il tarixədək Qullar kənd uşaq bağçasında əmək fəaliyyəti dövrünün araşdırılması zərurəti yaranmışdır. Araşdırma nəticələndikdən sonra yaşa görə əmək pensiyası hüququna qanunvericiliyə uyğun olaraq yenidən baxılacaqdır. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən İddiaçı ünvanlanmış yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina olunması haqqında məktubda bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 7-ci maddəsinə əsasən müvafiq yaşa çatmış şəxslərin fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. xx.xx.2022-ci il tarixindən xx.xx.2023-cü il tarixinədək pensiya yaş həddi qadınlar üçün 63 yaş müəyyən edilib. Sözügedən Qanunun 22-1.1-ci maddəsinə uyğun olaraq 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunana yaşa görə əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2019- 2025-ci illərdə həmin Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana (bu Qanunun 8-ci maddəsinin müddəaları nəzərə alınaraq həmin maddədə göstərilən şəxslər də daxil olmaqla) 2006-cı il yanvarın 1-dək olan sığorta stajı 25 il, 2026-cı ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanır.Təqdim etdiyi sənədlərin surətlərinə və Nazirliyin elektron informasiya ehtiyatlarındakı məlumatlara əsasən xx.xx.1983-cü il tarixindən xx.xx.1985-ci il tarixinədək və xx.xx.1987-ci il tarixindən xx.xx.1989-cu il tarixinədək uşağa qulluq etdiyi dövrlər də nəzərə alınmaqla sığorta stajı 24 il 3 ay 29 gün təşkil edir.Eyni zamanda fərdi şəxsi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı xx.xx.2006-cı il tarixinədək 14 il 6 ay 29 gün sığorta stajına uyğun olaraq 14692,06 manat, xx.xx.2006-cı il tarixindən xx.xx.2017-ci il tarixinədək (9 il 9 ay sığorta stajına uyğun) 7598,38 manat olmaqla, ümumilikdə 22290,44 manat təşkil edir ki, bu məbləğ qanunvericiliklə tələb olunan 40320 manat pensiya kapitalından azdır və əmək pensiyasının minimum məbləğindən (280 manat) az olmayan pensiya təminatına imkan vermir. Bildirilir ki, təqdim etdiyi əmək kitabçası surətində qeyd olunmuş mötəbərliyinə əsaslı şübhələr olan xx.xx.1994-cü il tarixindən xx.xx.2006-cı il tarixinədək Qullar kənd uşaq bağçasında olan əmək fəaliyyəti dövrünüzün araşdırılması zərurəti yaranmışdır. X7 üzrə X4 rayon Sarıcalı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi ilə birgə tərtib etdiyi xx.xx.2024cü il tarixli akta əsasən Qullar kənd uşaq bağçasında xx.xx.1994-cü il tarixindən xx.xx.2003cü il tarixinədək adına əmək haqqı hesablanan aylar sığorta stajına daxil edilmişdir. 2003,2004 və 2005*-ci illərə dair əmək haqqı cədvəlləri yoxlama zamanı təqdim edilmədiyindən həmin dövrlərin sosial siğorta stajına daxil edilməsi mümkün hesab edilməmişdir. Əlavə sənədlər təqdim edəcəyi təqdirdə müvafiq qaydada araşdırıldıqdan sonra sığorta stajı qanunvericiliklə tələb olunan göstəricilərə uyğun gələrsə pensiya təminatı hüququna yenidən baxıla bilər.“Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 7.0.2-ci maddəsinə əsasən yaşa görə müavinət əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda və işləmədikdə təyin edilir. Qeyd olunan maddənin tələblərinə əsasən ona xx.xx.2017-ci il tarixindən 3 və daha çox uşaq doğub 8 yaşınadək tərbiyə etmiş 57 yaşına çatmış qadınlara sosial müavinət təyin edilib və xx.xx.2024-cü il tarixinədək tam ödənilmişdir. Bildirilir ki, övladı X2 doğum haqqında şəhadətnaməsində (xx.xx.1983) və şəxsiyyət vəsiqəsində (xx.xx.1983) qeyd olunmuş doğum tarixi fərqli olduğu üçün 3 və daha çox uşaq doğub 8 yaşınadək tərbiyə etmiş qadın kimi yaşa görə sosial müavinətinin ödənişinin bərpa edilməsi də mümkün olmayıb.Sözügedən uyğunsuzluq aradan qaldırıldıqdan sonra yaşa görə müavinət hüququna yenidən baxıla bilər. xx.xx.2024-cü il tarixli 3-17-1/3-1-44210/2024 nömrəli əməkhaqqı və iş stajının araşdırılması haqqında xidməti məktubdan görünür ki,Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X5 üzrə X4 rayon qəbul şöbəsinə daxil olmuş xx.xx.2024-cü il tarixli 3-17-1/3-1-38726/2024 nömrəli məktuba baxılmışdır. İddiaçı əmək haqqı və iş stajı barədə yoxlama aktı təqdim edilmişdir. xx.xx.2024-cü il tarixli əmək haqqı və iş stajı barədə yoxlama aktından görünür ki, Aəzrbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1994-cü il tarixli 981 nömrəli qərarının ikinci hissəsinə əsasən xx.xx.1994-cü il tarixdən büdcədən maliyyələşdirilən müəsisələrdə, təşkilatlarda çalışmış və özlərindən asılı olmayaraq iş yerindən məhrum olmuş məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması tədbirləri haqqında qərara əsasən İddiaçı xx.xx.1994-cü il tarixdən xx.xx.2006-cı il tarixədək orta aylıq əmək haqqı almışdır.xx.xx.2016-cı il tarixdə xx.xx.1994-cü il tarixli 181 saylı qərarın ikinci hissəsinə edilmiş dəyişikliyə əsasən orta aylıq əməkhaqqının verilməsi müddəti başa çatdığı üçün orta aylıq əmək haqqı alan işçilərin əmək müqaviləsinə xx.xx.2016-cı il tarixdən xitam verilmişdir.1994-cü il tarixdən 2002-ci il tarixədək aldığı orta aylıq əməkhaqqı aşağıdakı qaydada olmuşdur.2003, 2004-cü və 2005-ci illərin əmək haqqı cədvəlləri yoxlama zamanı təqdim edilməmişdir.1994-cü il yanvar ayından may ayına qədər 2877, iyun ayından oktyabra qədər 6329, noyabr ayında 9492 və dekabr ayında isə 12658, 1995-ci ilin yanvar ayında 12658, fevral və mart aylarında 17404, aprel,may,iyun, iyul və avqust aylarında göstərilməmişdir, sentyabr, oktyabr,noyabr və dekabr aylarında isə 28875, 1996-cı ilin yanvar,fevral,mart aylarında 28875, aprel,may,iyun aylarında göstərilməmişdir, iyul, avqust və sentyabr aylarında 28875, oktyabr, noyabr və dekabr aylarında isə 34650, 1997-ci ildə 48510, 1998 və 1999-cu ildə 60063, 2000-ci ildə yanvar,fevral və mart aylarında 60063, aprel ayından dekabra qədər isə 97870, 2001 və 2002-ci il tarixlərində 97870 olmuşdur. Azərbayan Respublikasının Milli Arxiv İdarəsi Dövlət Ağdam flialının xx.xx.2024-cü il tarixli 3 nömrəli məktubundan görünür ki, Ağdam rayon Qullar kənd uşaq baxçasının arxiv sənədləri ( əmək haqqı cədvəlləri, əmr kitabları və sair ) filiala təvhil verilmədiyi üçün filialda mühafizə olunmur. Bu səbəbdən İddiaçı xx.xx.1994-xx.xx.2006-cı illərdə işləməsi barədə heç bir məlumat vermək mümkün olmamışdır. AR Milli Arxiv İdarəsi Dövlət Arxiv Bakı flialının xx.xx.2024-cü il tarixli 3-48-2F/2- 2501/2024 saylı məktubuna əsasən Qullar kənd uşaq bağçasının arxiv sənədləri Dövlət Arxiv Bakı flialına təhvil verilməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iş üzrə iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya dair yazılı etirazın məzmununa uyğun izahat verərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. II. İddianın növü və mümkünlüyü İddia tələbi pensiyanın təyin edilməsi ilə bağlıdır. İddianın növü öhdəliyin icrasına dair iddiadır. Əsas sosial-iqtisadi hüquqlardan biri olan sosial təminat hüququ Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsində təsbit olunmuşdur. Həmin maddəyə əsasən, hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir (Konstitusiyanın 38-ci maddəsinin İ və İİİ hissələri). İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır (Konstitusiyanın 12-ci maddəsinin İ hissəsi və 16-cı maddəsinin İ hissəsi). Konstitusiyanın 71-ci maddəsinin İİ hissəsinə müvafiq olaraq, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 31.1-ci maddəsinə əsasən, əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. 2019-cu il yanvarın 1-dən etibarən əmək pensiyaları bu Qanunun 22-1-ci maddəsinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən avtomatlaşdırılmış qaydada təyin edilir. Həmin Məcəllənin 31.1-1-ci maddəsinə əsasən, bu Qanunun 31.1-ci maddəsinin ikinci cümləsinə uyğun olaraq əmək pensiyalarının avtomatlaşdırılmış qaydada təyinatı, həmçinin bu Qanunun 37.3.1-ci və 37.3.2-ci maddələrinə əsasən əmək pensiyalarının avtomatlaşdırılmış qaydada yenidən hesablanması müvafiq icra hakimiyyəti orqanının mərkəzləşdirilmiş elektron informasiya sistemi vasitəsilə həyata keçirilir. Konstitusiya ayrılmaz insan hüquq və azadlıqlarını müdafiə etmək vəzifəsini dövlətin üzərinə qoyur. Bu da öz növbəsində, pensiya təminatı sahəsində hüquqi müəyyənlik və vətəndaşların qanuna və dövlətə etimadı prinsiplərinə uyğun olaraq pensiyaların yalnız səlahiyyətli orqanlar tərəfindən və qanuna müvafiq təyin edilməsini, pensiya hüququnun yaranmasını təsdiq edən sənədlərin hazırlanması və pensiya məbləğinin hesablanmasının dəqiq və aydın aparılmasını təmin edən hüquqi tənzimləmə sisteminin yaradılmasını ehtiva edir (“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarı). Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin İdarə Heyətinin 23 iyul 2020-ci il tarixli **********1 nömrəli qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinat üzrə Mərkəzi Filialı haqqında Əsasnaməsinin 1.1-ci bəndinə əsasən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinat üzrə Mərkəzi Filialı (bundan sonra-Filial) “Əmək pensiyaları haqqında” Azərbaycan Respubikası Qanununun 9-cu və 20-ci maddələri üzrə təyin edilən əmək pensiyaları, habelə məcburi dövlət sosial sığorta haqları hesabına xüsusi rütbəli və hərbi qulluqçulara ödənilən müavinətlər istisna olmaqla, əhaliyə digər əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanmasını, bir növdən başqa növə keçirilməsini, sosial müavinətlər, təqaüd və kompensasiyaların, habelə Azərbaycan Respublikası qanunları, Azərbaycan Respublikası Prezidentinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin aktları ilə nəzərdə tutulmuş ödənişlərin (bundan sonra – sosial ödənişlər) təyin edilməsini mərkəzləşdirilmiş qaydada həyata keçirən ixtisaslaşdırılmış mərkəzi struktur qurumudur. Əsasnamənin 1.6-cı bəndinə əsasən, Filial Bakı şəhərində yerləşir. Beləliklə, filial inzibati orqandır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanının hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia), 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13-cü maddəsinə əsasən konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda, həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir. Məhkəmə qeyd edir ki, inzibati icraat çərçivəsində “inzibati aktın qəbulu”ndan imtina, “inzibati aktın qəbulu ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi”ndən imtinadan inzibati münasibətlərin bəzi səciyyəvi xüsusiyyətləri istisna olmaqla mahiyyət etibarı ilə (hər ikisi publik hüquq sahəsində inzibati orqanın imtinası və ya hərəkətsizliyindən yaranır) fərqlənmir. Həmin münasibətlər oxşar olduğundan, onlardan yaranan mübahisələr də oxşar qiymətləndirilir. Belə olan halda, “qanunun analogiyası”ndan istifadə zəruridir. Məhkəmənin qənaətinə görə inzibati məhkəmə icraatında “öhdəliyin icrası haqqında” iddialarda da İPM-in 73.1-ci maddəsi tətbiq oluna bilər. İddia mümkündür. III. Məhkəmənin mövqeyi İddiaçı xx.xx.1960-cı il tarixdə doğulmuşdur. İddiaçının ******* nömrəli xx.xx.2013-cü il tarixli əmək kitabçasında onun xx.xx.1994-cü il tarixdən xx.xx.2017-ci il tarixədək Qullar kənd uşaq bağçasında tərbiyəçi vəzifəsində işləməsi barədə qeyd vardır. Ağdam rayon Nətavan adına sovxozun X9 Komissiyasının xx.xx.2017-ci il tarixli 09 nömrəli arayışından görünür ki, İddiaçı Ağdam rayon Nətavan adına üzümçülük sovxozunun 8 nömrəli briqadasında 1978-ci il tarixdən 1989-cü il tarixə fəhlə, 1989-cu ildən 1993-cü il iyul ayının 23-nə kimi sovxozun Qullar kənd uşaq baxçasında 1 ştat vahidi tərbiyəçi vəzifəsində işləmişdir. İddiaçının xx.xx.1983-cü il tarixindən xx.xx.1985-ci il tarixinədək və xx.xx.1987-ci il tarixindən xx.xx.1989-cu il tarixinədək uşağa qulluq etdiyi dövrlər də nəzərə alınmaqla cavabdeh qurum tərəfindən ona 24 il 3 ay 29 gün mübahisələndirilməyən sığorta stajı hesablanmışdır. Mübahisəli sosial sığorta stajı iddiaçının əmək kitabçasında qeyd edilmiş 2003, 2004 və 2005-ci illərdə Qullar kənd uşaq bağçasında işlədiyi əmək fəaliyyəti dövrüdür. Cavabdeh həmin dövrün nəzərə alınmamasını Qullar kənd uşaq bağçasında xx.xx.1994-cü il tarixdən xx.xx.2003-cü il tarixədək İddiaçı adına əmək haqqı hesablanan aylar onun sığorta stajına daxil edilməsi, lakin 2003, 2004 və 2005-ci illərə dair əməkhaqqı cədvəllərinin yoxlama zamanı təqdim edilməməsi ilə izah edir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçının xx.xx.1994-cü il tarixdən xx.xx.2017-ci il tarixədək Qullar kənd uşaq bağçasında tərbiyəçi vəzifəsində fasiləsiz işləməsi onun əmək kitabçasında olan müvafiq qeydlərlə təsdiqini tapır. Bundan başqa, cavabdeh tərəfindən təqdim edilmiş xx.xx.2024-cü il tarixli aktdan görünür ki, İddiaçı xx.xx.1994-cü il tarixdən xx.xx.2006-cı il tarixədək orta aylıq əmək haqqı almışdır. Odur ki, cavabdeh qurumun iddiaçının fasiləsiz iş dövrünün digər dövrlərini mübahisələndirmədən nəzərə almasına baxmayaraq, 2003, 2004 və 2005-ci illərdə əmək haqqı cədvəllərinin hazırda təqdim edilə bilməməsi və ya əmək kitabçasının dublikat oduğunun qeyd edilməməsi iddiaçının qarşılıqlı yoxlama aktı və əmək kitabçası ilə təsdiq edilən həmin dövrdəki əmək fəaliyyətinin nəzərə alınmamasına əsas hesab edilə və iddiaçı ilə həmin müəssisə arasındakı fasiləsiz əmək münasibətlərinin mövcudluğunu istisna edən hal kimi qiymətləndirilə bilməz. Odur ki, məhkəmə cavabdehin imtinasını əsassız hesab edir. Beləliklə, iddiaçının ən azı 25 il sığorta stajı var (27 il 3 ay 29 gün). Belə ki, qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin 1-2-ci hissəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Həmin Qanunun 67-ci maddəsinin 8-ci hissəsinə əsasən əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla 1 yanvar 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. 1 yanvar 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinci-yeddinci hissələrinə müvafiq olaraq hesablanır. Həmin Qanunun 69-cu maddəsində isə təsbit edilmişdir ki, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, 5 vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. Odur ki, məhkəmə qeyd edir ki, inzibati orqan Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə (“qanunun analogiyası” tətbiq edilməklə) əsasən pensiyanın təyin edilməsindən imtinanı zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməmişdir. Nəticə etibarilə, iddiaçının yaşa görə pensiyanın təyin edilməsi hüququ və bununla bağlı “qanuni gözləntisi” var. Belə ki, X6 Presedent hüququna əsasən məhkəmə tərəfindən dəfələrlə qeyd edilmişdir ki, “mülkiyyət” ifadəsi qanunvericinin verdiyi anlayışla məhdudlaşmır, avtonom anlayışa malikdir. “Əmlak”a “mövcud əmlak” və ya aktiv, o cümlədən ərizəçinin əmlak hüquqlarından istifadəni təmin etmək üçün ən azı “qanuni gözləntisi” olan iddialar ola bilər. Səmərəli şəkildə icrası mümkün olmayan əmlakı tanıtmağa ümid, eləcə də şərtin icra edilməməsi nəticəsində uzanan şərti iddia 1 saylı Protokolun 1-ci maddəsi baxımından “əmlak” hesab edilə bilməz (Prince Hans-Adam İİ of Liechtenstein v. Germany, and Gratzinger and Gratzingerova v. the Czech Republic). “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir” (Saghinadze və başqaları Gürcüstana qarşı 27 may 2010-cu il tarixli Qərar [İİ Bölmə] ərizə № 1). “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 31.1-ci maddəsinə 2017-ci il 10 mart tarixli Azərbaycan Respublikasının Qanunu (1 iyul 2017-ci il tarixindən qüvvəyə minmişdir) ilə edilmiş dəyişikliyə əsasən, bu maddədən “heç bir müddət məhdudiyyəti olmadan” sözləri çıxarılmış, həmçinin yeni məzmunlu 32.1-1-ci maddə əlavə edilmişdir. Həmin maddənin hazırda qüvvədə olan redaksiyasına əsasən, əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. 01 iyul 2022 – 30 iyun 2023-cü il tarixləri arasındakı dövrdə qadınlar üçün pensiya yaşı 63-dür. İddiaçının şəxsiyyət vəsiqəsinə əsasən xx.xx.1960-cı il tarixdə doğulduğu üçün ona xx.xx.2023-cü il tarixdən – 63 yaşdan yaşa görə əmək pensiyası təyin edilməlidir. İddiaçının yaşa görə əmək pensiyası hüququ xx.xx.2023-cü il tarixdə yaranmışdır. İddiaçı cavabdeh quruma xx.xx.2024-cü il tarixdə müraciət etmişdir. Odur ki, məhkəmə cavabdehin imtinasının iddiaçının qanunla qorunan hüquqlarını pozduğunu müəyyən edir. İddai təmin edilməli, İddiaçı yaşa görə əmək pensiyası almaq hüququnun yarandığı 63 yaşdan yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.3, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARAALDİ: İddia təmin edilsin. İddiaçı hüququnun yarandığı 63 yaşdan – xx.xx.2023-cü il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan təqdim edildiyi gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Aysev Almazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar