Məhkəmə qərarları › İş №2-1(112)-2117/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2117/2022

01.03.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2117/2022 01.03.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, Əsədova Türkanə Malik qızının katibliyi, İddiaçı (Şəmkir rayonunda qeydiyyatdadır, orta təhsilli, işləmir), cavabdehin nümayəndəsi X2 (Lacın rayonunda qeydiyyatdadır, ixtisası hüquqşünas, aparıcı mütəxəssis vəzifəsində işləyir) iştirakı ilə, iddiаçı İsmayılov Xanlar Əli oğlunun cаvаbdеh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “iddiaçının “Bakı Quraşdırma İşəsalma Sazlama” müəssisəsində işlədiyi illərin(1996- 2002-ci illərin) sosial sığorta stajı kimi müəyyən edərək yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbi üzrə işə məhkəmə binаsındа аçıq məhkəmə iclаsındа bахаrаq MÜƏYYƏN ETDİ: İddiaçı Əli oğlu cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “Bakı Quraşdırma İşəsalma Sazlama” müəssisəsində işlədiyi illərin(1996- 2002-ci illərin) sosial sığorta stajı kimi müəyyən edərək yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı öz tələbini onunla əsaslandırmışdır ki, o, 01.01.1979-cu ildən 16.10.1979-cu ilədək keçmiş Şaumyan” adına kolxozda kolxozçu, 18.10.1979-cu ildən 16.06.1980-ci ilədək keçmiş Kirovabad baş qarajında sürücü, 18.06.1980-ci ildən 03.06.1985-ci ilədək keçmiş Şamxor sovxozunda fəhlə, 09.08.1985-ci ildən 26.10.1994-cü ilədək sürücü işləmişdir. 01.02.1995-ci ildə “Kənd mexanikləşdirmə tikinti-təmir sazlama Tresti”nin 4 nömrəli X1 Qarajına sürücü vəzifəsinə qəbul edilmişdir. 10.06.1996-cı ildə həmin idarədən “Bakı Quraşdrıma İşəsalma Sazlama” müəssisəsinə köçürmə yolu ilə azad edilmişdir, 30.10.1996-cı ildə “Bakı Quraşdrıma İşəsalma Sazlama” müəssisəsinin Mərkəzi Qarajına sürücü vəzifəsinə qəbul edilmişdir. 30.10.1996-cı ildən 18.06.2002-ci ilədək həmin idarədə icraçı işləmişdir. 18.06.2002-ci ildə işdən azad edilmişdir. 30.10.1996-cı ildən 18.06.2002ci ilədək işlədiyi illər ******* saylı əmək kitabçasında qeyd edilmişdir. Yaşa görə əmək pensiyasının təyin edilməsi ilə əlaqədar sənədlərini toplayıb Azərbaycan Respublikası ƏƏSMN-nin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 19 saylı regional ərazi filialına təqdim etmişdir. Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filial iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina olunması haqqında 27.07.2021-ci il tarixli məktub göndərmişdir. Həmin imtina məktubunda qeyd edilmişdir ki, “...təqdim etdiyiniz 05.09.2002-ci il tarixində tərtib edilmiş ******* saylı əmək kitabçanızın və 16.10.1979-cu il tarixli kolxozçu əmək kitabçanızın surətlərinə əsasən sığorta stajınız 20 il olmaqla tələb olunan müddətdən (25 ildən) azdır. Eyni zamanda fərdi hesabınızın sığorta hissəsində qeydə alınan pensiya kapitalınız 14826,20 manat olmaqla tələb olunan məbləğdən (28800 manatdan) azdır”. Eyni zamanda bildiririk ki, 01.01,2006cı il tarixindən 01.07.2018-ci il tarixinədək fərdi hesabınıza əlaavə da pensiya kapitalı qeydə alınmamışdır. X3 və araşdırma şöbəsinin 13.07.2021-ci il tarixli xidməti məruzəsinə əsasən 30.10.1996-ci il tarixindən 18.06.2002-ci il tarixinədək işlədiniz “Bakı Quraşdırma İşəsalma Sazlama” müəssisəsinin arxiv sənədlərinin saxlanıldığı ünvan məlum olmadığından dövrün araşdırılıb sığorta stajınıza əlavə edilməsi mümkün hesab edilməmişdir.İddiaçı cavabdehin imtinasını əsassız hesab edir. Belə ki, iddiaçının işlədiyi illəri təsdiq edən əmək kitabçası vardır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinə əsasən verilmiş məhkəmə sərəncamı ilə bağlı təqdim etdiyi iddiaya dair etirazında cavabdeh göstərmişdir ki, cavabdehin imtinası qanuni və əsaslı olmuşdur. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən, 63 yaşma çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. AR ƏƏSMN-nin Kollegiyasının 11.12.2017-ci il tarixli, 17 saylı Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən, əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarını 3.1-ci maddəsinə əsasən, sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilən zaman Qanunun qüvvəyə mindiyi 01.01.2006- cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı və Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı nəzərə alınır. Qeyd edilən normanın məzmunundan göründüyü kimi iddiaçıya yaşa görə pensiya 64 yaş 06 aydan təyin edilə bilər. Bunun üçün isə Qanunda göstərilmiş iki şərtdən biri mövcud olmalıdır: 1) fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, 2) azı 25 il sığorta stajı olduqda. Qeyd edilən normanın məzmunundan göründüyü kimi iddiaçıya yaşa görə pensiya 64 yaş 06 aydan təyin edilə bilər. Bunun üçün isə Qanunda göstərilmiş iki şərtdən biri mövcud olmalıdır: 1) fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, 2) azı 25 il sığorta stajı olduqda.İddiaçı onun barəsində ikinci halın mövcudluğundan çıxış etməklə, yəni 25 il sığorta stajına malik olduğu nəzərə alınmaqla ona yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir.İddiaçı xx xxx 1956-cı ildə anadan olmuşdur. Onun yaşa görə əmək pensiyası almaq hüququ “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə müvafiq olaraq 64 il 6 ayda -10 noyabr 2019-cu il tarixdə yaranmışdır.Belə ki, iddiaçı 31.05.2021-ci il tarixdə ona yaşa görə əmək pensiyasının təyin edilməsi tələbi ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialına müraciət etmişdir.İddiaçının müraciətinə cavab olarag filial tərəfindən verilmiş 27.07.2021-ci il tarixli **********0 nömrəli cavab məktubunda iddiaçının “Əmək Pensiyaları haqqında" AR Qanunun 7-ci maddəsinə müvafiq olaraq tələb edilən sosial sığorta stajı və minimum pensiya kapitalı olmadığından ona imtina cavabı verilmişdir.İddiaçı verilmiş 27.07.2021-ci il tarixli imtina cavabında qeyd edilmişdir ki, ona məxsus 05.09.2002-ci il tarixində tərtib edilmiş ******* saylı əmək kitabçansının və 16.10.1979-cu il tarixli kolxozçu əmək kitabçasının surətlərinə əsasən İddiaçı sığorta stajı 20 il olmaqla tələb olunan müddətdən (25 ildən) azdır. Eyni zamanda fərdi hesabın sığorta hissəsində qeydə alınan pensiya kapitalı 14826,20 manat olmaqla tələb olunan məbləğdən (28800 manatdan) azdır. Eyni zamanda 01.01.2006-cı il tarixindən 01.07.2018ci il tarixinədək İddiaçı fərdi hesabınızın sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Əlavə olaraq X3 və araşdırma şöbəsinin 13.07.2021-ci İİ tarixli xidməti məruzəsinə əsasən 30.10.1996-cı il tarixindən 18.06.2002-ci il tarixinədək iddiaçının işlədiyi “Bakı Quraşdırma İşəsalma Sazlama” müəssisəsinin arxiv sənədlərinin saxlanıldığı ünvan məlum olmadığından dövrün araşdırılıb sığorta stajınıza əlavə edilməsi mümkün hesab edilməmişdir. İddiaçı 30.10.1996-cı il tarixindən 18.06.2002- ci il tarixinədək işləmiş olduğu “Bakı Quraşdırma İşəsalma Sazlama” müəssisəsinin fəaliyyəti ilə bağlı olaraq müvafiq orqanlara **********0 və **********3 nömrəli sorğular göndərilmişdir. Beləliklə təqdim edilən sənədlərə əsasən iddiaçının sığorta stajı 20 il təşkil edir.Bu müddət də ona yaşa görə əmək pensiyası təyin edilməsi üçün “Əmək pensiyalari haqqında” AR qanununun 7-ci maddəsində nəzərdə tutulan 25 il sığorta stajı müddətindən azdır.Eyni zamanda sığortaolunanın fərdi hesabının sığorta hissəsində yığılmış pensiya kapitalı da İddiaçı yaşa görə əmək pensiyası təyin edilməsinə imkan vermir. Bu səbəbdən İddiaçı “Əmək pensiyalari haqqında” AR Qanununun 7-ci maddəsinə müvafiq olaraq tələb edilən pensiya kapitalı və sığorta stajına malik olmadığından ona yaşa görə əmək pensiyası təyin etmək mümkün olmamışdır. Cavabdeh göstərilənlərə əsasən iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.2.-сi maddəsinə əsasən, inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati icraat qaydasında baxılır Həmin Qanunun 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 33.2-ci maddəsinə əsasən Bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. Hazırda iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə verilmiş, iddia müddətinə əməl edilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur Məhkəmə iclasında iddiaçı X. İsmayılov iddia ərizəsində göstərilən məzmunda çıxış edərək iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında cаvаbdеhin nümayəndəsi V.İsmayılova iddiaya dair cavabdehin etirazında göstərilən məzmunda çıxış edərək iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahat və çıxışını dinləyərək, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi əsaslıdır. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 38-ci maddəsinə əsasən, hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. Sosial təminat hüququ qanunla müəyyən edilmiş hallarda və hədlərdə pensiya almaq hüququnu da ehtiva edir. Pensiya hüququ sosial təminatın tərkib hissəsi və onun qanunla müəyyən olunmuş ən mühüm formasıdır. Hər kəsin pensiya hüququ konstitusion hüquq olan sosial təminat hüququnun subyektiv hüquq növü kimi çıxış edir. Vətəndaşların əmək pensiyası hüquqlarının yaranmasının əsasları, bu hüquqların həyata keçirilməsi qaydaları və əmək pensiyası təminatı sistemi “Əmək pensiyaları haqqında” Qanunla müəyyən edilir. Həmin Qanunun 1.0.1-ci maddəsinə əsasən, əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununun 1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur; Həmin Qanunun 7-ci maddəsinə əsasən, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır.Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Həmin Qanunun 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş , hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Həmin Qanunun 21.2-ci maddəsinə əsasən sığortaolunanın sığorta stajına bu Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə, aşağıdakı müddətlər daxil edilir:21.2.1.işçinin işəgötürən tərəfindən hesablanmış əmək haqqına məcburi dövlət sosial sığorta haqqı ödənilən hər hansı işinin müddəti; 21.2.3.müddətli həqiqi hərbi (alternativ) xidmət (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində müddətli həqiqi hərbi xidmət dövrü daxil olmaqla) və müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olduğu müddət, müvafiq icra hakimiyyəti orqanlarında xidmət müddəti;21.2.11. hərbi xidmət müddəti (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində hərbi xidmət dövrü daxil olmaqla). Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi Kollegiyasının 11.12.2017-ci il tarixli, 17 saylı Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən, əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının 3.1-ci maddəsinə əsasən, sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilən zaman Qanunun qüvvəyə mindiyi 01.01.2006- cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı və Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı nəzərə alınır. İşin faktiki hallarına əsasən iddiaçının ümumi iş stajı 11100 nömrəli, 16 oktyabr 1979-cu il tarixli “Kolxozçunun əmək kitabçası” na və ******* nömrəli 05.09.2002-ci il tarixli əmək kitabçasına əsasən və həqiqi hərbi xidməti nəzərə alınmaqla cəmi 25 il 11 ay,13 gün təşkil edir. Göründüyü kimi iddiaçının 25 ildən çox ümumi iş stajı iş materiallarında olan sənədləri ilə təsdiq edilmişdir. İddiaçının pensiya kapitalı pensiya təminatına imkan verməməsinə baxmayaraq, onun 25 ildən iş stajı olması, iddiaçıya «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununun 7-ci maddəsinə əsasən, yaşa görə əmək pensiyası almaq hüququ verir. Cavabdeh iddiaçıya əmək pensiyasının təyin edilməsindən imtinasını və iddia ərizəsinə təqdim etdiyi etirazında, iddiaçının 30.10.1996-cı il tarixindən 18.06.2002- ci il tarixinədək işləmiş olduğu “Bakı Quraşdırma İşəsalma Sazlama” müəssisəsinin arxiv sənədləri saxlanıldığı ünvan məlum olmadığından həmin dövrün əmək pensiyası təyin edilməsi üçün ümumi stajına daxil etməmişdir. Məhkəmə cavabdehin bu dəlilini yanlış hesab edir. Belə ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi Kollegiyasının 11.12.2017-ci il tarixli, 17 saylı Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən, əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının 3.2.1. –ci bəndinə əsasən, 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir. İddiaçının təqdim etdiyi əmək kitabçaları ilə əmək pensiyasının təyin edilməsi üçün qanunla tələb olunan ümumi iş stajı təsdiqlənir. Cavabdeh tərəfindən əmək kitabçalarının saxta olması, onlarda göstərilən məlumatların həqiqətə uyğun olmadığı sübuta yetirilməmişdir. Halbuki “İnzibati icraat haqqında ”Qanunun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. İddiaçının əmək kitabçasındakı məlumatların həqiqətə uyğun olmadığını təsdiq edən sübut işmateriallarında yoxdur. Göründüyü kimi, inzibati orqanın əmək kitabçasında göstərilən müəssisələrinin hüquqi ünvanının məlum olmadığı əsası ilə pensiya təyin olunmasından imtina etməsi “İnzibati icraat haqqında” Qanunla inzibati orqanlar üçün müəyyən olunmuş vəzifələrlə uzlaşmır. Belə ki, inzibati orqan əmək kitabçasında əksini tapmış məlumatların yalnız həqiqətə uyğun olmadığı halda, həmin staj dövrünü qəbul etməyə bilərdi. Azərbaycan Respublikasının İPM-nin 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçının iddia tələbi əsaslı olduğu üçün təmin edilməli, iddiaçının “Bakı Quraşdırma İşəsalma Sazlama” müəssisəsində işlədiyi illərin(1996- 2002-ci illərin) sosial sığorta stajı kimi müəyyən edərək yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikasının İPM-nin 110-1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə, işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə – tərəflər; dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikasının İPM-nin 2, 33, 68, 85, 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia tələbi təmin edilsin. İddiaçı Əli oğluna “Bakı Quraşdırma İşəsalma Sazlama” müəssisəsində işlədiyi illərin(1996- 2002-ci illərin) sosial sığorta stajı kimi müəyyən edərək yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına həvalə edilsin. Qərardan şikayət qərarın tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı şəhəri, Z.Xəlilov, 540-cı məhəllə ünvanda yerləşən Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına Bakı İnzibati Məhkəməsi vasitəsilə verilə bilər. Hakim Miminat Hacıbəyova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar