Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2117/2025 27.01.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, İddiaçı X2, Cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması və sair” tələbinə dair inzibati işə məhkəmənin binasında şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: I. İşin halları İddiaçı (bundan sonra – İddiaçı) ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün ərizə ilə cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına (bundan sonra - Cavabdeh) müraciət etmişdir. Cavabdeh iddiaçının ərizəsini təmin etməkdən imtina edərək xx.xx.2024-cü il tarixli məktubla bildirmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısf’nm nəqliyyat bölməsinin (21) dəmiryol nəqliyyatı, dəmiryol lokomotiv briqadalarının fəhlələri və ayrı-ayrı kateqoriyalı işçilər bəndində (21.4) refrijerator qatarlarının (seksiyaların) mexanikləri vəzifəsi nəzərdə tutulmuşdur. Mərkəzi Filiala təqdim edilən "xxxx" QSC-nin iddiaçıya dair xx.xx.2024-cü il tarixli 13-1/2-Y-1113/1-42/2024 nömrəli arayışında xx.xx.1982-xx.xx.2018ci il, xx.xx.2018-ci il, xx.xx.2018-xx.xx.2019-cu il tarixləri arasındakı dövrlər ərzində Yeni- Ələt refrijerator vaqon deposunda, X4, "xxxx" MMC-nin X4 refrijerator seksiyalarının rəhbər mexaniki vəzifəsində işlədiyi qeyd olunmuşdur. İşlədiyi vəzifə sözügedən arayışda istinad edilən, yuxarıda qeyd olunan Qərarla təsdiq edilmiş Siyahıda nəzərdə tutulan vəzifəyə uyğun deyil. Bu səbəbdən də iddiaçının güzəştli iş stajı 12 il 6 aydan az (6 il 8 ay 26 gün (xx.xx.1977-xx.xx.1980-ci il, xx.xx.1980-xx.xx.1982-ci il, xx.xx.2019-xx.xx.2019-cu il, xx.xx.2019-xx.xx.2021-ci il, xx.xx.2021-xx.xx.2021-ci il tarixləri arasındakı dövrlər)) təşkil edir. Qeyd olunanlar nəzərə alınaraq, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. Bundan sonra iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona xx.xx.2013-cü il tarixindən, 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi, xx.xx.2019-cu il tarixindən həmin Qanunun 37.3.1-ci maddəsinə əsasən pensiya məbləğinə əlavənin hesablanması, eyni əsaslarla 07 sentyabr 2023-cü il tarixindən əlavələrin hesablanması və bütün ötən dövr üçün ödənilməmiş pensiya məbləğinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. II. Tərəflərin əsaslandırması İddiaçı tələbini bununla əsaslandırmışdır ki, o, orta təhsilini başa vurduqdan sonra Azərbaycan Dəmir Yollarının Baş Ələt stansiyasında baqajın yüklənməsi-boşadılması üzrə fəhlə vəzifəsinə işə qəbul edimiş, 16 iyun 1973-cü il tarixində baqaj və yüklərin təhviltəslimçisi vəzifəsinə keçirilmiş, 01 iyun 1974-cü il tarixində praktikant operator vəzifəsinə keçirilmişdir. İddiaçı 24 iyun 1974-ci ildə operator peşəsində sərbəst işə buraxılmış, 28 oktyabr 1974-cü ildə işdən çıxmış, 12 noyabr 1974-30 dekabr 1976-cı ildə həqiqi hərbi xidmətdə olmuş, 03 fevral 1977-ci il tarixində Azərbaycan Dəmir Yollarının Baş Ələt stansiyasında əlaqə şəbəkəsinin elektrik monyoru vəzifəsinə işə qəbul edilmişdir. 23 sentyabr 1980-ci ildə işdən çıxmış, 13 oktyabr 1980-ci ildə Azərbaycan Dəmir Yollarının X1 Deposunda refrijerator seksiya mexaniki vəzifəsinə işə qəbul edilmiş, 05 mart 1982-ci ildə refrijerator seksiya rəisi vəzifəsinə keçirilmişdir. 01 yanvar 1991-ci il tarixindən refrijerator seksiyası rəisi vəzifəsi refrijerator seksiyasının rəhbər mexaniki adlandırılmışdır. İddiaçı 13 fevral 2018-ci ildə işdən azad edilmiş, həmin tarixdə X4 refrijerator seksiyasının rəhbər mexaniki vəzifəsinə işə qəbul edilmiş, 24 iyul 2019-cu il tarixində X4 Xidməti Baxış və Cari Təmir Sexində böyük mexanik vəzifəsinə keçirilmiş, 07 sentyabr 2021-ci il tarixində son yaş həddi ilə pensiyaya çıxmışdır. İddiaçının güzəştli pensiya hüququ verən iş stajı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Syahısı’’nın 21.4. Dəmiryol nəqliyyatı. Dəmiryol lokomotiv briqadalarının fəhlələri və ayrı-ayrı kateqoriyalı işçilər yanmbölməsində qeyd edilmiş refrijerator qatarların (seksiyaların) mexanikləri peşəsidə eynilik təşkil edir. Cavabdeh məhkəməyə təqdim etdiyi iddiaya yazılı etirazında imtina məktubunda göstərilən dəlillərə istinad etmiş və göstərmişdir ki, İddiaçı 1 yanvar 2006-cı il tarixədək ümumi iş stajı 32 il 6 ay 8 gün (xx.xx.1973-xx.xx.1974-cü il, xx.xx.1974-xx.xx.1976-cı il (hərbi xidmət dövrü), xx.xx.1977-xx.xx.1980-ci il, xx.xx.1980-xx.xx.2005-ci il tarixləri arasındakı dövrlər) təşkil edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın nəqliyyat bölməsinin (21) dəmiryol nəqliyyatı, dəmiryol lokomotiv briqadalarının fəhlələri və ayrı-ayrı kateqoriyalı işçilər bəndində (21.4) refrijerator qatarlarının (seksiyaların) mexanikləri vəzifəsi nəzərdə tutulmuşdur. Mərkəzi Filiala təqdim edilən "xxxx" QSC-nin iddiaçıya dair xx.xx.2024-cü il tarixli 13-1/2-Y-1113/1-42/2024 nömrəli arayışında xx.xx.1977-xx.xx.2021-ci il tarixləri arasındakı dövrlər ərzində İddiaçı Yeni-Ələt refrijerator vaqon deposunda, X4, "xxxx" MMC-nin X4 refrijerator seksiyalarının rəhbər mexaniki vəzifəsində işlədiyi qeyd olunmuşdur. İddiaçının işlədiyi vəzifə sözügedən arayışda istinad edilən, yuxarıda qeyd olunan Qərarla təsdiq edilmiş Siyahıda nəzərdə tutulan refrijerator qatarlarının (seksiyaların) mexanikləri vəzifəsinə uyğun deyildir. Bu səbəbdən də, İddiaçı güzəştli iş stajı 12 il 6 aydan az (6 il 8 ay 26 gün (xx.xx.1977-xx.xx.1980-ci il, xx.xx.1980xx.xx.1982-ci il, xx.xx.2019-xx.xx.2019-cu il, xx.xx.2019-xx.xx.2021-ci il, xx.xx.2021xx.xx.2021-ci il tarixləri arasındakı dövrlər)) təşkil edir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun izahat verdi və iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi iddia tələbini qəbul etməyərək etirazı müdafiə etdi və iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. III. Məhkəmənin mövqeyi Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iddiaçının 57 yaşının tamam olduğu xx.xx.2013-cü ildə qüvvədə olan “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər – 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar – 52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən, həmin Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Qeyd olunan normada “əvvəllər qüvvədə olmuş qanunvericiliklə” müddəası ilə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun qəbul edildiyi vaxta qədər qüvvədə olmuş vətəndaşların pensiya təminatını tənzimləyən normativ aktları, o cümlədən 2006-cı ilin yanvar ayının 1-dək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunu nəzərdə tutulmuşdur. Həmin Qanunun 13-cü maddəsində isə göstərilir ki, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər-istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli Siyahısı üzrə: kişilər-55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar-50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa. 13 iyun 1997-ci il tarixli Qanunla həmin Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılmışdır. Beləliklə, sadalanan normalardan görünür ki, 2 nömrəli siyahı üzrə kişilərə 57 yaşdan güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi üçün həmin şəxsin: - 2006-cı ilin yanvarın 1-dək ümumi stajı 25 ildən; - güzəştli iş stajı 12 il 6 aydan az olmamalıdır. İddiaçının xx.xx.2006-cı il tarixədək ümumi iş stajı barədə İş materiallarında olan AZE seriyalı 0******* nömrəli İddiaçı aid şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, iddiaçı xx.xx.1956-cı ildə anadan olmuş, onun 57 yaşı xx.xx.2013cü il tarixdə tamam olmuşdur. 2322589 nömrəli iddiaçıya aid hərbi biletdən görünür ki, o, xx.xx.1974-cü il tarixdən xx.xx.1976-cı il tarixədək hərbi xidmətdə olmuşdur. İddiaçıya məxsus ******* nömrəli əmək kitabçasının surətindən görünür ki, iddiaçı xx.xx.1973-xx.xx.1974-cü illərdə Baş Ələt stansiyasında fəhlə, xx.xx.1977-xx.xx.1980-ci illərdə Bakı enerji təchizatı sahəsində elektrik montyoru, xx.xx.1980-xx.xx.2018-ci illərdə Yeni Ələt refrijerator vaqon deposunda refrijerator seksiyanən mexaniki, refrijerator qatarının rəisi vəzifələrində işləmişdir. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzrlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə alınır. İş stajına bunlardan başqa aşağıdakılar daxil edilir: ...v) hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti;... ...ğ) ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti;... Beləliklə, istinad olunan sənədlərə əsasən müəyyən olunur ki, iddiaçının xx.xx.2006cı il tarixədək 32 il 6 ay 8 gün ümumi iş stajı olmuşdur. Bu isə onu deməyə əsas verir ki, iddiaçı qanunvericiliklə tələb olunan ilkin şərti ödəyir. İddiaçının xx.xx.2006-cı il tarixədək güzəştli iş stajı barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 4.1.20-ci yarımbəndinə əsasən yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə iş müddəti – bu Qaydanın 4.1.1-ci yarımbəndində nəzərdə tutulmuş sənədlərə və şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə işləməsinə dair işəgötürənin forması bu Qaydaya 2 nömrəli Əlavə ilə müəyyən edilmiş arayışına əsasən müəyyən edilir. İşdə olan iddiaçının işlədiyi "xxxx" QSC-nin xx.xx.2024-cü il tarixli arayışından görünür ki, iddiaçı "Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısfnda nəzərdə tutulmuş aşağıdakı vəzifələrdə qeyd edilən tarixlər arasındakı dövrlər ərzində işləmişdir: Vəzifəyə Vəzifədən işdən azad təyin edilmə azad İşə olunduğu Sıra Çalışdığı struktur Vəzifə başladığı №-si vahidi (peşənin) adı (başqa işə edilməyə (başqa işə keçirilmə) dair əmrin tarix keçirildiyi) barədə tarixi və tarix əlaqə Bakı enerji şəbəkəsinin xx.xx.1977 xx.xx.1980 xx.xx.1977
1. xx.xx.1980 təchizatı sahəsi elektrik 21/k 224/k montyoru Yeni-Ələt Refrijerator xx.xx.1980 xx.xx.1982
2. refrijerator vaqon seksiyaların xx.xx.1980 xx.xx.1982 550 220 deposu mexaniki Yeni-Ələt refrijerator xx.xx.1991 xx.xx.2018
3. refrijerator vaqon seksiyaların xx.xx.1991 xx.xx.2018 64 218 deposu rəhbər refrijerator Şərq vaqon seksiyaların
4. xx.xx.2018 xx.xx.2018 deposu rəhbər xx.xx.2018 xx.xx.2018 mexaniki 183 675 "xxxx" MMC-nin refrijerator xx.xx.2018
5. Şərq vaqon seksiyaların 18-AEXP- - xx.xx.2018 deposu rəhbər 558 "xxxx" MMC-nin mexaniki refrijerator xx.xx.2019 xx.xx.2021 xx.xx.2019 xx.xx.2021
6. Şərq vaqon seksiyaların 19-AEXP- 21-AEXPdeposu böyük 610/1 433 mexaniki İddiaçının işlədiyi müvafiq vəzifələr (peşələr) üzrə sosial sığorta (əmək) stajı 35 il 7 ay 26 gün təşkil edir. İşlədiyi əlaqə şəbəkəsinin elektrik montyoru peşəsinin əsas xüsusiyyətləri əlaqə şəbəkəsinə texniki qulluq, cari və əsaslı təmir işlərinin yerinə yetirilməsindən, refrijerator seksiyaların rəhbər mexaniki, böyük mexaniki və mexaniki vəzifələrinin əsas xüsusiyyətləri isə refrijerator hərəkət heyətinə məxsus avadanlığın fasiləsiz, texniki cəhətdən düzgün istismarının, etibarlı işinin, onların saz vəziyyətdə, tələb olunan səviyyədə saxlanmasının təmin edilməsi üçün baxış, sınaq və profilaktik təmir üzrə işlərin yerinə yetirilməsindən ibarət olmaqla, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısfnda 21.4-cü bəndin müvafiq olaraq 22 və 27-ci abzasına uyğundur. İddiaçı müvafiq strukturlarda çalışdığı refrijerator seksiyaların rəhbər mexaniki, böyük mexaniki və mexaniki vəzifələri üzrə iş yerlərində aparılmış attestasiyanın nəticələrinə müvafiq olaraq zərərli əmək şəraitinə görə əmək haqlarına əlavə müəyyən edilməmişdir. Bakı enerji təchizatı sahəsi magistral dəmir yoliarı üzrə xidmət göstərmişdir. "xxxx" QSC xx.xx.2024-cü il tarixli məktubunda isə göstərmişdir ki, araşdırılmış arxiv sənədlərindən əldə olunan vəzifə təlimatlarına əsasən sorğuda qeyd edilən refrijerator qatarların (seksiyaların) rəhbər mexaniki vəzifəsinin vəzifə funksiyaları “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 nömrəli qərarında qeyd olunan refrijerator qatarların (seksiyaların) mexanikləri (23001000–23598) vəzifəsi ilə fərqli və oxşar xüsusiyyətlərə malikdir. İşəgötürən tərəfindən verilən arayış nəzərə alındıqda aydın olur ki, iddiaçının xx.xx.2006-cı il tarixədək 2 nömrəli Siyahı üzrə 12 il 6 aydan artıq güzəştli iş stajı olmuşdur. Lakin işdən görünür ki, cavabdeh əsas etibarilə işəgötürən tərəfindən verilmiş arayışı qəbul etməmiş, iddiaçının güzəştli iş stajını mübahisələndirərək, iddiaçının işlədiyi vəzifənin Siyahıda nəzərdə tutulan refrijerator qatarlarının (seksiyaların) mexanikləri vəzifəsinə uyğun olmadığını bildirmişdir. Məhkəmə cavabdehin bu dəlili ilə razılaşmır. Belə ki, birincisi, cavabdeh həmin vəzifənin uyğun olmadığı nəticəsinə gəlsə də, həmin uyğunsuzluğun nədən ibarət olmasını göstərməmişdir. İkincisi, yuxarı instansiya məhkəmələri tərəfindən formalaşdırılmış mövqeyə görə şəxsin gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluq (eynilik) işin konkret halları (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə alınmaqla müəyyən edilir. Bu zaman nəzərə alınmalıdır ki, burada, söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin (işin) eyniliyinin müəyyən olunmasından gedir. Həmin vəzifələr üzrə bilavasitə icra edilən funksional vəzifənin (işin) eyniliyi isə işəgötürən tərəfindən təqdim edilən sənədlərlə, arayış, vəzifə təlimatı ilə müəyyən edilir. Məhkəmə işəgötürən müəssisənin fəaliyyət göstərdiyi sahədə ixtisaslaşmış təşkilat olduğunu nəzərə alaraq, onun tərəfindən verilən arayışı mötəbər sənəd kimi qəbul edir. Həmçinin bu zaman nəzərə alınır ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Beləliklə, məhkəmə işin sadalanan hallarını nəzərə alaraq hesab edir ki, iddiaçının xx.xx.2006-cı il tarixə 25 ildən artıq ümumi, 12 il 6 aydan artıq xüsusi iş stajı mövcuddur. Deməli, iddiaçı qanunvericiliklə tələb olunan bütün tələbləri ödəyir. Buna görə də idida tələbi həmin hissədə təmin edilməli və iddiaçıya 57 yaşının tamam olduğu xx.xx.2013-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunmalıdır. İddiaçının “xx.xx.2019-cu il tarixindən həmin Qanunun 37.3.1-ci maddəsinə əsasən pensiya məbləğinə əlavənin hesablanması, eyni əsaslarla 07 sentyabr 2023-cü il tarixindən əlavələrin hesablanması və bütün ötən dövr üçün ödənilməmiş pensiya məbləğinin ödənilməsi” tələbinə gəldikdə isə məhkəmə qeyd edir ki, iddia bu hissədə qismən əsaslıdır. Çünki «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununun 31.1-ci maddəsinə əsasən əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. Həmin Qanunun 32.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında ömürlük təyin edilir. Həmin Qanunun 32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir (xx.xx.2018-ci il tarixdə edilmiş dəyişikliyə əsasən). Həmin Qanunun 37.7-ci maddəsinə əsasən keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği bu Qanunun 32.1-1-ci maddəsində göstərilən şərt nəzərə alınmaqla ödənilir (xx.xx.2017-ci il tarixdə edilmiş dəyişikliyə əsasən). Göründüyü kimi qanunvericiliyə edilmiş son dəyişikliklərə əsasən ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği şəxsə ödənilir, lakin bu məbləğ birdəfəlik deyil, ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə və ən çoxu müraciət edilən tarixdən əvvəlki üç il üçün ödənilir. İddiaçının pensiya hüququ xx.xx.2013-cü il tarixdə yaransa da, onun cavabdehə sonuncu müraciəti xx.xx.2024-cü il tarixdə olduğundan (əvvəlki müraciətlər üzrə cavabdeh inzibati orqanının imtina cavabı mübahisələndirilmədiyindən sonuncu müraciət əsas götürülür), ona həmin tarixdən etibarən pensiya ödənişinin hesablanaraq ödənilməsi təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33.1, 52, 68, 69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı :
İddia qismən təmin edilsin. İddiaçı 57 yaşının tamam olduğu xx.xx.2013-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və pensiya ödənişinin xx.xx.2021-ci il tarixdən hesablanıb ödənilməsi vəzifəsi cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. İddia qalan hissədə təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Səlma Salahova