Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2118/2023 19.01.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Məmmədova Sevda Rövşən qızının katibliyi İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı «cavabdehin hərəkətlərinin qanunsuz və əsassız sayılması, iddiaçıya müharibə veteranı adı və vəsiqəsinin verilməsi» tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı «cavabdehin hərəkətlərinin qanunsuz və əsassız sayılması, iddiaçıya müharibə veteranı adı və vəsiqəsinin verilməsi» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 47 – 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanmış və məhkəmənin sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi məqsədilə cavabdehə təqdim edilmişdir. İddia ərizəsində bildirilir ki, İddiaçı xx xxxxxx N965-ci il tarixdə doğulmuşdur. N984 – N986-cı illərdə keçmiş Sovet Ordusu sıralarında həqiqi hərbi xidmətdə olmuş və ehtiyata buraxılmışdır. Ermənistanın Azərbaycan Respublikasına hərbi təcavüzü ilə əlaqədar könüllü olaraq Tərtər Rayon hərbi Komissarlığı vasitəsilə Tərtər-2 Batalyonuna üzv yazılmış və 7 noyabr N993-cü il tarixdən (N0 yanvar N994-cü il tarixli, 04 nömrəli əmr) 24 iyun N994-cü il tarixədək Tərtər-2 Batalyonunda (sonralar bu Batalyon N saylı hərbi hissənin Ehtiyat taboru kimi fəaliyyət göstərmişdir) hərbi xidmətdə olmuş və 24 iyun N994cü il tarixdən Şuşa Rayon Polis Şöbəsinə işə qəbul olunmuş və N0 oktyabr N996-cı il tarixədək polis əməkdaşı kimi fəaliyyət göstərmişdir. Hərbi hissədə xidmət etdiyi müddətdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda (Ağdərə rayonu istiqamətində) erməni işğalçılarına qarşı gedən döyüşlərdə iştirak etmişdir. N saylı hərbi hissənin N sentyabr N994-cü il tarixli 85 nömrəli əmrinə əsasən Şuşa RPŞ-də polis əməkdaşı kimi işləməsi nəzərə alınaraq Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata tərxis edilmiş və Tərtər RHK-da qeydiyyata götürülmüşdür. Barəsində hərbi cinayətlə bağlı heç bir cinayət işi və ya təhqiqat materialı yoxdur (qeyd olunan faktlar ərizəyə əlavə edilən AR MN-nin İşlər İdarəsi Mərkəzi Arxivinin N3 yanvar 2020-ci il tarixli 9/2-399 nömrəli arayışı və AR DİN BƏSİİ-nin arayışı ilə təsdiq edilir). Qeyd olunanlara əsasən iddiaçı Tərtər-2 Batalyonunun (sonralar N saylı Hərbi hissənin Ehtiyat taborunun) tərkibində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etdiyi üçün hüquq münasibətləri yaranan zaman qüvvədə olan «Veteranlar haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin birinci hissəsinin üçüncü abzasına əsasən müharibə veteranı sayılır. Lakin iddiaçı faktiki olaraq müharibə veteranı sayılsa da, rəsmi olaraq vəsiqə almadığı üçün müharibə veteranları üçün nəzərdə tutulan hüquqlardan istifadə edə bilmir. Ona görə də o, rəsmi qaydada müharibə veteranı adı və vəsiqəsi almaq üçün dəfələrlə Azərbaycan Respublikası Müdafiə Nazirliyinə müraciət etmiş, lakin heç bir nəticəsi olmamışdır. Belə ki, AR Müdafiə Nazirliyinə ünvanlanmış son müraciətinə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Aparatı nəzdində “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə Komissiya”nın katibi polkovnik-leytenant Elburus Mehdixanovun imzası ilə N8 may 2022-ci il tarixli 4/3-5N52 nömrəli məktubla ona bildirilmişdir ki, sənədlərinə 24 aprel 2020-ci il tarixli iclasında baxılmış və 682 nömrəli protokol ilə barəsində müsbət qərar qəbul edilməmiş və sənədləri geri qaytarılmışdır. Ona görə də iddiaçı qeyd olunan imtina məktubunu cavabdehin qanunsuz və əsassız hərəkətləri hesab edir. «Veteranlar haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə görə digər kateqoriya şəxslərlə yanaşı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Göstərilənlərə və «Veteranlar haqqında» Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə, «Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri haqqında Əsasnamə»nin müddəalarına, İPM-in 2.2.2, 33, 38, 73.N-ci və digər maddələrinə əsaslanaraq, cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərəkətlərinin qanunsuz və əsassız sayılması, iddiaçıya müharibə veteranı adı və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılması məhkəmədən xahiş olunur. Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin nümayəndəsinin iddia ilə bağlı məhkəmə ünvanlanmış yazılı münasibətində bildirilir ki, Müdafiə Nazirliyi hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, “Müharibə veteranı”, “Silahlı qüvvələr veteranı” və “Əmək veteranı” adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamənin və müvafiq vəsiqələrin nümunəsinin, eskizinin və təsvirinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr N995-ci il tarixli 2N6 nömrəli qərarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3 noyabr 20N6-cı il tarixli 438 nömrəli qərarının N.N-3-cü bəndində göstərilmişdir ki, Əsasnamənin N-ci bəndinin səkkizinci yarımbəndində göstərilən şəxslər (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq vəsiqəsi (o cümlədən onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi), əvvəllər ehtiyata və istehfaya buraxılmış şəxslərə isə sonuncu xidmət keçdiyi (qulluq etdiyi) yerdn asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikası Müdafiiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi . . . tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir. İddiaçının iddia ərizəsindən görünür ki, o, 24 iyun N994-cü il tarixdən Şuşa Rayon Poilis Şöbəsində işləmiş və N0 oktyabr N994-cü il tarixdən ehtiyata buraxılmışdır. X2 “müharibə veteranı” adının və vəsiqəsinin verilməsi üçün müvafiq komissiyaya (DİN-ə) müraciət etmək tövsiyə edilir. Müdafiə Nazirliyinin Aparatı nəzdində fəaliyyət göstərən “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya”nın qərarına əsasən Mərkəzi Arxivin məlumatına görə iddiaçı xidmət yerini özbaşına tərk etmişdir. Göstərilənlərə və İPM-in 35-ci maddəsinə əsaslanaraq, iddianın mümkün sayılmaması məhkəmədən xahiş olunur. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə tərəflərə bildiriş ünvanlanmışdır. Məhkəmə iclasına iddiaçı gəlmiş, cavabdeh tərəf gəlməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə cavabdeh tərəfin iştirakı olmadan baxılmasını mümkün saydı. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsində göstərilənləri təsdiqlədi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. «Veteranlar haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin birinci hissəsinin ücüncü abzasına görə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranları sayılırlar. Həmin maddənin ikinci hissəsinə görə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı ərazilərin və dövrlərin siyahısı, habelə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının iştirakçılarına aid edilən şəxslərin kateqoriyalarının siyahısı müvafiq icra hakimiyyəti tərəfindən təsdiq edilir. Həmin maddənin “Qeyd” hissəsində göstərilir ki, bu maddənin birinci hissəsinin üçüncü abzası Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın N-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil edilmir. Sözügedən Qanunun 7-ci maddəsinin birinci hissəsinə görə Müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin maddənin üçüncü hisəssinə görə veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları tərəfindın verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2N6 saylı 22 sentyabr N995-ci il tarixli Qərarı ilə təsdiq edilmiş «Müharibə veteranı, silahlar qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə»nin N-ci hissəsinin Nci bəndinin 8-ci yarımbəndinə görə müharibə veteranı adı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda N988-ci il fevralın N-dən N994-cü il mayın N2-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan MR (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin N994-cü il N2 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, AR Dövlət Sərhəd Xidməti, AR Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, AR Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə görə inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.6-cı maddəsinə görə inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 4.N-ci maddəsinə əsasən inzibati orqanlar qanunla onların səlahiyyətinə aid edilmiş işlər üzrə inzibati icraatı həyata keçirirlər. Həmin Qanunun N5.N-ci maddəsinə görə qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədi ilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Həmin Qanunun 24.N-ci maddəsinə görə inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İPM-in 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in N4.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. İPM-in 35.N-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin İşlər İdarəsi Mərkəzi Arxivinin N3 yanvar 2020-ci il tarixli məktubunda qeyd olunur ki, N nömrəli hərbi hissə komandirinin N0 yanvar N994-cü il tarixli 4 nömrəli yoxlama əmrində (əsas: §-N, səh-N9; qeyd: əmrdə soyadı Quliyev, atasının adı Behbud yazılmışdır) Tərtər RHK-dan gəlmiş XN 7 noyabr N993-cü il tarixdən “Ehtiyat” taburuna gəlmiş hesab edilərək şəxsi heyətin siyahısına və bütün növ təminatlara daxil edilməsi barədə məlumat vardır. N nömrəli hərbi hissə komandirinin 0N mart N994-cü il tarixli N8 nömrəli yoxlama əmrində (əsas: §-N, səh-3N; qeyd: əmrdə soyadı Quliyev, atasının adı Behbud yazılmışdır) XN adı döyüş tapşırığını yerinə yetirən Tər-Tər-2 taburunun şəxsi heyətinin siyahısında qeyd olunmuşdur. N nömrəli hərbi hissənin şəxsi heyətə pul təminatının ödənilməsi cədvəlləri qovluğunda (əsas: kitab: 0N.02-xx.xx.N994-cü il, səh-322, sıra-N53; qeyd: məlumatda soyadı Quliyev yazılmış, atasının adı yazılmamışdır) Tərtər-2 batalyonunun hərbi qulluqçusu, sıravi Əmrah Quliyevin aprel – may N994-cü il tarixi üçün pul təminatı ilə təmin olunmüş şəxsi heyətin siyahısında adı qeyd olunmuş, lakin adının qarşısında “соц” yazılmış, məvacib alması barədə imzası yoxdur. N nömrəli hərbi hissənin şəxsi heyətinin əlifba qeydiyyatı kitabında (əsas: kitab: 0N.0N- xx.xx.N995-ci il, səh-77, sıra-72N; qeyd: əmrdə soyadı Quliyev yazılmışdır) 7 noyabr N993-cü il tarixdən Tərtər RHK-nın çağırışçısı, N965-ci il təvəllüdlü, XN hərbi hissə komandirinin N0 yanvar N994-cü il tarixli 4 nömrəli əmrilə şəxsi heyətin siyahısına daxil edilməsi və hərbi hissə komandirinin N sentyabr N994-cü il tarixli 85 nömrəli əmrilə şəxsi heyətin siyahısından çıxarılması barədə məlumat vardır. N hərbi hissə komandirinin N sentyabr N994-cü il tarixli 85 nömrəli əmrində XN adı qeyd edilməmişdir. N nömrəli hərbi hissə komandirinin dekabr N994-cü il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı xidməti barədə məlumat aşkar olunmamışdır. İş materiallarına olan AR Daxili İşlər Nazirliyinin Q-327N nömrəli N4 fevral 2020-ci il tarixli arayışında bildirilir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin mərkəzləşdirilmiş uçotlarındakı məlumata əsasən xx xxxxxx N965-ci il tarixdə Azərbaycan Respublikası Tər-Tər şəhərində doğulmuş İddiaçı məhkumluğu yoxdur. Məhkumluq barədə məlumat Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8N – 83-cü və 92-ci maddələrinin müddəaları nəzərə alınmaqla verilir. İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Katibliyi tərəfindən X2 ünvanlanmış 8 dekabr 202N-ci il tarixli məktubda bildirilir ki (təkrar olaraq), İddiaçı “müharibə veteranı” adının və vəsiqəsinin verilməsi ilə əlaqədar göndərilən sənədlərə Müdafiə Nazirliyinin aparatı nəzdində “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya”nın 24 aprel 2020-ci il tarixli iclasında baxılmış və 682 nömrəli protokol ilə onun barəsində müsbət qərar qəbul edilməmiş, sənədlər geri qaytarılmışdır. Məhkəmə qeyd edir ki, İddiaçı N993 – N994-cü illərdə xidməti ilə bağlı uyğunsuzluqlar müəyyən edilir. Belə ki, Müdafiə Nazirliyinin Mərkəzi Arxivinin arayışında onun N0 yanvar N994-cü il tarixdə şəxsi heyətin sırasına daxil edilməsi və N sentyabr N994-cü il tarixdə şəxsi heyətin sırasından çıxarılması barədə əmrlərin olması il bağlı qeydlər göstərilsə də, iddiaçının və cavabdeh tərəfindən iddia ilə bağlı dılillərində onun 26 iyun N994-cü il tarixdən N0 oktyabr N996-cı il tarixəd\k polis əməkdaşı kimi fəaliyyət göstərdiyi bildirilmişdir. Lakin nəzərə alınmalıdır ki, mövcud qanunvericilik normaları aidiyyəti qurumlar tərəfindən verilmiş arayışlar və hərbi biletlərlərin “müharibə veteranı” adı verilməsi üçün əsas kimi müəyyən edərkən onların hərbi xidmət keçməni dəqiqliklə təsdiqləyən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edilməsi ilə şərtləndirir. Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi İddiaçı müvafiq müraciəti üzrə qaldlırılan məsələnin həllindən imtina etdiyindən, tərəflər arasında inzibati mübahisə mövcuddur. İddiaçının N994-cü ilin müvafiq dövründə Şuşa RPŞ-də işləməsi məsələsinə gəldikdə isə, onun həmin dövrdə həm də Müdafiə Nazirliyinin müvafiq hərbi hissəsində xidmət keçməsi barədə sənədlər mövcuddur. Ona görə də iddiaçının DİO-da xidmət keçməsi birmənalı şəkildə təsdiqini tapmır. Məhkəmə iş üzrə iddianın mahiyyəti üzrə baxılmasına imkan verən digər mümkünlük şərtlərinə (iddiaçının subyektiv hüququ, cavabdehin seçilməsi və s.) də qiymət verərək belə nəticəyə gəlir ki, iddia mümkün sayılır. Mübahisənin mahiyyəti ilə bağlı məhkəmənin qənaəti belədir ki, İddiaçı N993 – N994-cü illərdə hərbi xidmət üzrə şəxsi heyətin sıralarına daxil olması və bu sıradan tərxis olunması mötəbər sübutlarla təsdiqini tapmır (uyğunsuzluqluqlar mövcuddur). Nəzərə alınmalıdır ki, Müdafiə Nazirliyi nəzdində fəaliyyət göstərən müvafiq komissiya iddiamının hərbi hissəni “özbaşına tərk etmə”si halını əsas gətirərək onun barəsində müsbət qərar qəbul etməmişdir. Hazırkı icraatda bu halı təkzib edən tutarlı sübut təqdim edilməmişdir. Odur ki, iddiaçıya “müharibə veteranı” adı və vəsiqəsi verilməsindən cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin imtinası qanuna zidd sayılmamalı və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməməlidir. İPM-in 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İPM-in 73.N-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı «cavabdehin hərəkətlərinin qanunsuz və əsassız sayılması, iddiaçıya müharibə veteranı adı və vəsiqəsinin verilməsi» tələbinə dair iddiası əsassız olduğundan, təmin edilməməlidir. Göstərilənlərə əsaslanaraq və İPM-in 23.N, 58.7, 62, 75, 8N, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı «cavabdehin hərəkətlərinin qanunsuz və əsassız sayılması, iddiaçıya müharibə veteranı adı və vəsiqəsinin verilməsi» tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli
Məhkəmə qərarları › İş №2-1(112)-2118/2023
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2118/2023
19.01.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver