Məhkəmə qərarları › İş №2-1(112)-212/2024

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-212/2024

13.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-212/2024 13.02.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, İddiaçı1 nümayəndəsi (vəkili) Nümayəndə, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndəsi X14, Üçüncü şəxs "xxxx" ASC-nin nümayəndəsi X10 iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı “sərəncamın ləğv edilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçılar məhkəməyə iddia ərizəsi ilə müraciət edərək Bakı şəhəri, Yasamal rayonu, Parlament prospekti 500 məhəllədəki 6 “A” nömrəli, 9 mərtəbəli binanın altındakı 173.8 kv.m sahəsi olan zirzəmiyə ilə bağlı icarəyə və alqı-satqı müqaviləsində satılması ilə bağlı cavabadehin qərarlarını, icarə müqavilələrinin ləğv edilməsi, xx.xx.2013-cü il tarixli alqısatqı müqaviləsinin (4822№-li) ləğv edilməsi, onun əsasında verilmiş RX ******* nömrəli çıxarışın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. Daha sonra iddiaçılar İddiaçı1 Firudinovna və İddiaçı2 iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək İddiaçı1 Firudinovna və İddiaçı2 iddiaçılar, Cavabdeh qismində göstərilməklə Bakı şəhəri, Yasamal rayonu, Parlament prospekti 500cü məhəllədəki 6 “A” nömrəli, 9 mərtəbəli binanın altındaki 173.8 kv.m sahəsi olan zirzəminin X5 icarəyə verilməsi barədə 11 mart 2013-cü il tarixli, 79 №-li sərəncamın, zirzəminin X3 adına özəlləşdirilməsi ilə bağlı xx.xx.2013-cü il tarixli, 95 №-li sərəncamın və onların nəticələrinin ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər.

3. Daha sonra iddia tələbi dəqiqləşdirilərək müvafiq sərəncamların həmin hissədə ləğv edilməsi xahiş edilmişdir.

4. Məhkəmənin hazırki iş üzrə xx.xx.2022-ci il tarixli Qərardadı ilə iddiaçılar İddiaçı1 Firudinovna və İddiaçı2 tərəfindən verilmiş iddianın dəyişdirilməsi barədə ərizə icraata qəbul edilmişdir. İş üzrə iddiaçı "xxxx" MTK-nın və cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin iştiraklarına xitam verilmişdir. İş üzrə X6 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunmuşdur.

5. Tələb onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Yasamal rayonu, Parlament prospekti 500 məhəllədəki 6 A "xxxx" MTK-ya məxsusdur, 1975-ci ildə inşa olunmuşdur və istifadəyə verilmişdir. Həmin binanın və zirzəminin MTK-ya məxsus olmasını Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən verilmiş reyestrdən çıxarışın surəti təsdiq edir. İnşa işləri kooperativin üzvlərinin vəsaiti hesabına tikilmişdir. Həmin bina 9 mərtəbədən və zirzəmidən ibarətdir. Bakı şəhəri, Yasamal rayonu, Parlament prospekti 500 məhəllədəki 6 A nömrəli evin 32 saylı mənzili - İddiaçı1 və Bakı şəhəri, Yasamal rayonu, Parlament prospekti 500 məhəllədəki 6 A nömrəli evin 13 saylı mənzil - İddiaçı2 xüsusi mülkiyyətindədir. Həmin mənzillərə dair dövlət reyestri xidməti tərəfindən müqaviq sənədlər verilmişdir. Bu yaxın vaxtlarda onlara məlum olmuşdur ki, X23 Bakı şəhəri, Yasamal rayonu, Parlament prospekti 500 məhəllədəki 6 A nömrəli evin altındakı zirzəminin bir hissəsini alqı-satqı müqaviləsi əsasında almışdır. Bununla bağlı X23 ilə bağlanmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbi ilə 2020-ci ildə Yasamal Rayon Məhkəməsinə müraciət etmişdir. Məhkəmə gedişatı zamanı Bakı şəhəri, Yasamal rayonu, Parlament prospekti 500 məhəllədəki 6 “A” nömrəli, 9 mərtəbəli binanın altındakı zirzəmiyə dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə sorğu verilmişdir. Sorğuya cavab olaraq bildirilmişdir ki, Bakı şəhəri, Yasamal rayonu, 500-cü məhəllə, Parlament prospekti, 6a ünvanında yerləşən qeyri-yaşayış sahəsi 4822 saylı, xx.xx.2013-cü il tarixli “İcarəyə verilmiş əmlakın alqı-satqı müqaviləsi”nə əsasən X1 adına ilkin qeydiyyata alınmışdır. Sonradan 7 saylı DNK-nın 4ə/2-496 reyestr nömrəli, xx.xx.2013-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən həmin qeyri-yaşayış sahəsi X16 adına qeydə alınmış və hazırda mülkiyyətindədir. Həmin məlumatı iddiaçı yalnız məhkəmə sorğusu əsasında alınmış cavabdan bilmişdir. Yasamal Rayon Məhkəməsinin xx.xx.2021ci il tarixli, 2(004)-482/2021 sayl qərardadı ilə mülki iş üzrə icraata xitam verilmişdir. İddiaçılara və müstəqil tələb irəli sürən üçüncü şəxsə müvafiq tələb üzrə Bakı İnzibati Məhkəməyə müraciət etmək hüququ izah olunmuşdur. Bununla əlaqədar olaraq "xxxx" MTK-ya məxsus Bakı şəhəri, Yasamal rayonu, Parlament prospekti 500 məhəllədəki 6 A ünvanında yerləşən qeyri-yaşayış sahəsinin icarəyə verilməsi və özəlləşdirilməsi barədə qərarların, icarə və alqı-satqı müqavilələrinin və dövlət əmlakının registrindən çıxarışın ləğv edilməsi barədə AR İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə ərizə ilə müraciət etmişdir. Müraciətə cavab olaraq Əmlak Məsələləri Dövlət Xidmətinin 28 yanvar 2022-ci il tarixli, **********56 nömrəli cavab məktubunda bildirilmişdir ki, Azərbaycan SSR Nazirlər Sovetinin xx.xx.1965-ci il tarixli, 5 nömrəli Qərarına və Azərbaycan SSR Nazirlər Sovetinin xx.xx.1983-ci il tarixli, 252 nömrəli Qərarı ilə təsdiq edilmiş "Azərbaycan SSR-də mənzil-tikinti kooperativinin Nümunəvi Nizamnaməsi”nə əsasən mənzil-tikinti kooperativi evlərinin içində və yanında inşa edilmiş tikililərdə həmin kooperativlərin razılığı ilə ticarət, ictimai-iaşə və əhaliyə mədəni-məişət xidməti müəssisə və idarələri yerləşdirə, habelə ictimai təyinatlı yerlər düzəldilə bilər. Həmin sahələrin tikintisi üçün xərclər müvafiq dövlət və ya ictimai təşkilatlar tərəfindən ayrılan büdcə vəsaiti hesabına ödənilir. Binaların inşası başa çatdıqdan sonra qeyd edilən işlərin dəyəri bu tikililərin istismarını həyata keçirən müəssisələrin balanslarına aid edilir. Yuxarıda qeyd edilən normativ hüquqi aktlara əsasən "xxxx" MTK-ya məxsus Bakı şəhəri, Yasamal rayonu, Parlament prospekti 500 məhəllədəki 6 A ünvanında yerləşən qeyri-yaşayış sahəsi dövlət mülkiyyətində olmuş və həmin əmlaka dair dövlət əmlakının registrində qeydiyyat aparılmışdır. Dövlət mülkiyyətində olan qeyd edilən qeyriyaşayış sahəsinin özəlləşdirilməsi “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2000-ci il tarixli Qanununa, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2000-ci il tarixli, 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət Proqramı”na, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2000-ci il tarixli, 432 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Yerli icra hakimiyyəti orqanlarının sərəncamında olan, habelə yaşayış binalarında yerləşib dövlət vəsaiti hesabına inşa edilmiş qeyri-yaşayış sahələrinin özəlləşdirilməsi Qaydaları”na və digər qanunvericilik aktlarına uyğun olaraq həyata keçirildiyi bildirilmişdir. İddiaçılar cavabdehin imtina məktubunu rəsmi qaydada poçt vasitəsilə xx.xx.2022-ci il tarixdə almışdır. İddiaçılar hesab edirlər ki, imtina əsassızdır. Belə ki, Bakı şəhəri, Yasamal rayonu, Parlament prospekti 500 məhəllədəki 6 “A” nömrəli 9 mərtəbəli bina və altındakı zirzəmi binanın sakinlərinə məxsusdur və həmin zirzəmidən bütün sakinlər istifadə etmək hüquqları vardır, həmin zirzəmilərdən binanın kommunikasiya xətləri keçir. Mübahisəli olan zirzəminin, icarəyə verilməsindən və sonradan alqı-satqı müqaviləsi əsasında satılmasından iddiaçıların heç bir məlumatı olmamışdır. Hazırda sakinlərin vəsaiti hesabına tikilən binanın altındakı ümumi istifadəyə nəzərdə tutulan zirzəmi alqı-satqı əsasında müqavilə ilə satıldığından hüquqlarını pozur. Yasamal Rayon Məhkəməsində mülki işə baxılarkən ekspertiza təyin olunmuşdur. Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 26 aprel 2021-ci il tarixli, 10/842 nömrəli rəyinə əsasən Bakı şəhəri, Yasamal rayonu, 500-cu məhəllə, Parlament prospekti 6 a ünvanda yerləşən binanın zirzəmisində yerləşən X16 mülkiyyətində olan ümumi sahəsi 173.8 kv.m olan qeyri-yaşayış sahəsindən su, elektrik və kanalizasiya xətləri keçdiyi müəyyən olunmuşdur. Qanunvericiləyə görə zirzəmidən kommunikasiya xətləri keçdiyindən satıla bilməzdi. Bundan başqa həmin mübahisəli olan sahə zirzəmi olduğu halda sonradan çıxarışda həmin sahə sadəcə qeyri-yaşayış sahəsi kimi göstərilmişdir, halbuku həmin sahə zirzəmidir. Hazırda həmin icarə müqaviləsi, alqı-satqı müqaviləsi və onun əsasında verilmiş çıxarış binanın sakinlərinin hüquqlarımı pozur və maraqlarımıza toxunur, çünki həmin zirzəmidən bütün binanın sakinləri istifadə edə bilər, lakin hazırda zirzəmi xüsusi mülkiyyətə verildiyindən həmin zirzəmiyə daxil olmaq mümkün olmayacaq, baxmayaraq ki, binanın bütün kommunikasiya xətləri zirzəmidən keçir.

6. İddiaçı tərəfindən məhkəməyə təqdim olunan müddətin bərpası barədə ərizədə qeyd olunmuşdur ki, iddiaçılar cavabdehlərə qarşı Bakı şəhəri, Yasamal rayonu. Parlament prospekti 500 məhəllədəki 6 “A” nömrəli, 9 mərtəbəli binanın altındakı 173.8 kv.m sahəsi olan zirzəmiyə İlə bağlı üçüncü şəxs X17 icarəyə verilməsi və alqı-satqı müqaviləsində satılması ilə bağlı cavabadehin qərarlarını, icarə müqavilələrinin ləğv edilməsi, xx.xx.2013ci il tarixli alqı-satqı müqaviləsinin (4822№- li) ləğv edilməsi, onun əsasında X17 verilmiş RX ******* nömrəli çıxarışın ləğv edilməsi tələbi ilə məhkəməyə müraciət etmişdirlər. Binanın altındakı zirzəminin satılmasından ümumiyyətlə məlumatları olmamışdır. Bildikdən dərhal sonra Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət etmişdirlər. Uzun çəkən məhkəmə mübahisələrindən sonra müəyyən olunmuşdur ki, mübahisə ilə bağlı İnzibati Məhkəməyə müraciət olunmalıdır. Belə ki, Yasamal Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(004)-482/2021 saylı qərardadı ilə mülki iş üzrə icraata xitam verilmişdir. Bundan sonra cavabdehə müraciət ediblər və cavabdehin 28 yanvar 2022-ci il tarixli imtina məktubunu aldıqdan sonra Bakı İnzibati Məhkəməyə müraciət ediblər. İddiaçılar hazırda cavabdehin sərəncamını əldə edə bilməmişdirlər və cavabdeh həmin mübahisələndirdiyi sərəncamlarını məhkəməyə təqdim etməyib. Bunda başqa, Əmlak Məsələləri Dövlət Xidmətinin 29 aprel 2022-ci il tarixli etiraz məktubunda göstərilmişdir ki, Məmmədrəhim Cavadov arasında icarə müqaviləsi 2013-cü ildə bağlanmış və 9 il ərzində həmin sahə onun, daha sonra isə Turan Əliyevin istifadəsində olmuş və iddiaçılar bundan xəbərdar olmuşdurlar. Bunlar hamısı yanlış fikirdir, çünki həmin zirzəmi 2010-cu ildən bu günədək qapalıdır, heç bir fəaliyyət göstərmir, təmirsiz vəziyyətdədir, həmin səhənin gizli olaraq icarəyə verilərək sonradan satılmasından sakinlər necə xəbəri ola bilərdi. Hazırda binanın kommunukasiya xətləri həmin zirzəmidən keçir, bunu bundan əvvəlki məhkəmə tərəfindən ekspertizaya göndərilmiş və alınmış rəy təsdiq edir. Lakin sakinlər həmin zirzəmiyə daxil ola bilmir, həmçinin Məmmədrəhim Cavadovu və Turan Əliyevi həmin zirzəmidə həyətdə heç vaxt görməmişdirlər.

7. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanan xx.xx.2022-ci il tarixli məktubda qeyd olunmuşdur ki, Azərbaycan SSR Nazirlər Sovetinin xx.xx.1965-ci il tarixli, 5 nömrəli Qərarına və Azərbaycan SSR Nazirlər Sovetinin xx.xx.1983-cü il tarixli, 252 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan SSR-də mənzil-tikinti kooperativinin Nümunəvi Nizamnaməsinə əsasən mənzil tikinti kooperativi evlərinin içində və yanında inşa edilmiş tikililərdə həmin kooperativlərin razılığı ilə ticarət, ictimai-iaşə və əhaliyə mədəni-məişət xidməti müəssisə və idarələri yerləşdirilə, habelə ictimai təyinatlı yerlər düzəldilə bilər. Həmin sahələrin tikintisi üçün xərclər müvafiq dövlət və ya ictimai təşkilatlar tərəfindən ayrılan büdcə vəsaiti hesabına ödənilir. Binaların inşası başa çatdıqdan sonra qeyd edilən işlərin dəyəri bu tikililərin istismarını həyata keçirən müəssisələrin balanslarına aid edilir. Yuxarıda qeyd edilən normativ hüquqi aktlara əsasən "xxxx" MTK-ya məxsus ünvan 4 ünvanında yerləşən qeyri-yaşayış sahəsi dövlət mülkiyyətində olmuş və həmin əmlaka dair dövlət əmlakının Registrində qeydiyyat aparılmışdır. Dövlət mülkiyyətində olan qeyd edilən qeyri-yaşayış sahəsinin özəlləşdirilməsi “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2000-ci il tarixli Qanununa, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2000-ci il tarixli, 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət Proqramı”na, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2000-ci il tarixli, 432 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyəti orqanlarının sərəncamında olan, habelə yaşayış binalarında yerləşib dövlət vəsaiti hesabına inşa edilmiş qeyri-yaşayış sahələrinin özəlləşdirilməsi Qaydalarf’na və digər qanunvericilik aktlarına uyğun olaraq həyata keçirilmişdir.

8. Bakı şəhər Yasamal Rayon Məhkəməsinin 2(004)-482/2021 nömrəli, xx.xx.2021-ci il tarixli Qərardadı ilə iddiaçılar İddiaçı1 Firudinovna və İddiaçı2 cavabdehlər X23, X6, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Tövlət Komitəsinə qarşı “müqavilənin etibarsız hesab edilməsi, çıxarışın ləğv olunması” tələbinə dair və müstəqil tələb irəli sürən üçüncü şəxs BŞl-75 MTK-nın cavabdehlər X23, X6, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsinə qarşı “müqavilənin etibarsız hesab edilməsi, çıxarışın ləğv olunması və zirzəmidən istifadəyə dair maneələrin aradan qaldırılması” tələbinə dair mülki iş üzrə icraata xitam verilmişdir. İddiaçılara və müstəqil tələb irəli sürən üçüncü şəxsə müvafiq tələb üzrə Bakı İnzibati Məhkəməsinə müraciət etmək hüququ izah edilmişdir.

9. Daşınmaz Əmlakın Dövlət Kadastr və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəməyə ünvanlanan yazılı etirazda qeyd olunmuşdur ki, iddia tələbində qeyd olunan “RX ******* nömrəli çıxarışın ləğv edilməsinə” dair hissədə 1 saylı Bakı Ərazi İdarəsinə rəsmi qaydada müraciəti daxil olmamışdır. İddia tələbində göstərilən Bakı şəhəri, Yasamal rayonu, Parlament prospekti, 6a ünvanında yerləşən qeyri-yaşayış sahəsi Əmlak Məsələləri Dövlət Komitəsi ilə X6 arasında bağlanmış 4822 nömrəli, xx.xx.2013-cü il tarixli alqı-satqı müqaviləsi əsasında X3 adına daşınmaz əmlakın dövlət reyestrində ilkin qeydiyyata alınmışdır. AN-İ ******* saylı, xx.xx.2013-cü il tarixli alqı-satqı müqaviləsi əsasında qeyri-yaşayış sahəsi X16 adına özgəninkiləşdirilmiş, hazırda onun xüsusi mülkiyyətindədir. Bundan başqa bildirilir ki, qeyriyaşayış sahəsi hazırda 700002/01 nömrəli, xx.xx.2013-cü il tarixli ipoteka müqaviləsi əsasında ləğv prosesində olan "xxxx" ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. Həmçinin, qeyri-yaşayış sahəsinin üzərinə Bakı şəhəri Yasamal rayon İcra və Probasiya Şöbəsinin xx/xx-87449/17-17030 nömrəli, xx.xx.2019-cu il tarixli məktubu əsasında məhdudiyyət qoyulmuşdur. Azərbaycan Respublikasinin Mülki Məcəlləsinin 140-cı maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrinin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, № 5 qərarının 9-cu bəndinə əsasən məhkəmələrin diqqətinə çatdırılmışdır ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Yuxarıda qeyd olunanlara əsasən, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1 və 48.2-ci maddələrini rəhbər tutaraq məhkəmədən iddia tələbinin “RX ******* nömrəli çıxarışın ləğv edilməsinə” aid hissədə mümkün sayılmaması xahiş edilmişdir.

10. Cavabdeh İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən məhkəməyə ünvanlanan yazılı etirazda qeyd olunmuşdur ki, iddia əsassızdır və rədd edilməlidir. İddia "xxxx" MTK tərəfindən qaldırılsa da, onun tərəfindən nə hazırda qeyd olunan hüquqi şəxsin mövcud olması, nə də iddianı imzalamış Mehriban Əmirovanın (Məmmədova) həmin kooperativin adından iddianı imzalamaq səlahiyyətinə malik olması barədə iddia ərizəsinə hər hansı mötəbər sənəd əlavə olunmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 69.2-ci maddəsinə əsasən hüquqi şəxsi məhkəmədə qanunlarla, digər hüquqi aktlarla və ya hüquqi şəxsin təsis sənədləri ilə müəyyən edilmiş səlahiyyətli şəxsləri, yaxud müvafiq qaydada səlahiyyət verilmiş və əsas iş yeri həmin hüquqi şəxs olan işçiləri və ya vəkillər təmsil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 43.1-ci maddəsinə əsasən hüquqi şəxs qanunla müəyyənləşdirilən qaydada dövlət qeydiyyatından keçmiş, xüsusi yaradılmış elə bir qurumdur ki, mülkiyyətində ayrıca əmlakı vardır, öz öhdəlikləri üçün bu əmlakla cavabdehdir, öz adından əmlak və şəxsi qeyri-əmlak hüquqları əldə etmək və həyata keçirmək, vəzifələr daşımaq, məhkəmədə iddiaçı və ya cavabdeh olmaq hüququna malikdir. Hüquqi şəxsin müstəqil balansı olmalıdır. Mülki Məcəllənin 44.1-ci maddəsinə əsasən hüquqi şəxs dövlət qeydiyyatına alındığı andan mülki hüquqlara malikdir və mülki vəzifələr daşıyır. Beləliklə, iddiaçı "xxxx" MTK o halda iddia qaldırmaq hüququna malik ola və əmlakın hüquqi şəxsə məxsus olduğunu iddia edə bilər ki, hüquqi şəxs dövlət qeydiyyatına alınmış olsun. İddianı imzalamış Mehriban Əmirova (Məmmədova) yalnız "xxxx" MTK-nın dövlət qeydiyyatına alınmasından sonra mübahisə predmeti olan əmlakla bağlı kooperativin adından qaldırılmış iddia ərizəsini imzalaya bilərdi. Bundan əlavə bildirilir ki, iddiaçıların hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etməyə subyektiv hüququ yoxdur. Belə ki, mübahisə predmeti olmuş qeyri-yaşayış sahəsinin dövlət mülkiyyətində olması qanuni qüvvəsini almış məhkəmə aktı ilə sübut olunmuşdur. Azərbaycan Respublikası 1 saylı Yerli İqtisad Məhkəməsinin xx.xx.2007-ci il tarixli qərardadı ilə iddiaçı "xxxx" MTK-nın cavabdeh “Murad-95” firmasına qarşı “hazırda mübahisə predmeti olan qeyri-yaşayış sahəsinə bitişik olan qonşu sahəyə dair (hazırda həmin sahə Komitə tərəfindən özəlləşdirilib) icarə haqqının ödənilməsi və həmin sahənin boşaldılması” tələbinə dair iddiası üzrə icraata xitam verilmişdir. Məhkəmə bunun üçün əsas kimi mübahisə predmeti olan qeyri-yaşayış sahəsi üzərində mülkiyyət hüququnun "xxxx" MTK-ya deyil, dövlətə məxsus olmasını qeyd etmişdir. Eyni zamanda məhkəmə Azərbaycan Respublikası Dövlət Əmlakının İdarə edilməsi üzrə Dövlət Komitəsinə təqdimat ünvanlayaraq, qeyd edilən qeyri-yaşayış sahəsindən səmərəli istifadənin təmin edilməsi məqsədi ilə qanunamüvafiq tədbirlər görüb, bu barədə qanunla müəyyən olunmuş müddətdə məhkəməyə məlumat verilməsinin təmin olunmasının xahiş etmişdir. Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin xx.xx.2013-cü il tarixli, 79 nömrəli sərəncamı ilə ümumi sahəsi 173.8 kv.m təşkil edən mübahisə predmeti olan qeyri-yaşayış obyektinin icarəyə verilməsi barədə qərar qəbul edilmiş və Komitə ilə X6 arasında bağlanmış xx.xx.2013-cü il tarixli, 5010 nömrəli icarə müqaviləsinə əsasən sonuncuların icarəsinə verilmişdir. İcarəçi X6 ərizə ilə Komitəyə müraciət edərək qeyd olunan qeyri-yaşayış sahəsinin özəlləşdirilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş, Komitənin xx.xx.2013-cü il tarixli, 95 nömrəli sərəncamı ilə qeyd olunan sahənin özəlləşdirilməsi barədə qərar qəbul edilmiş və Komitə ilə X6 arasında bağlanmış xx.xx.2013-cü il tarixli, 4822 nömrəli əmlakın alqı-satqı müqaviləsi ilə həmin sahə sonuncu tərəfindən özəlləşdirilmişdir. Sonradan 29 avqust 2013-cü il tarixli, ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsi əsasında mübahisə predmeti olan qeyri-yaşayış sahəsi X6 tərəfindən X4 və daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışa əsasən sonuncunun mülkiyyətinə verilmişdir. Göründüyü kimi, mübahisə predmeti olan sahə ilə bağlı Komitə ilə Məmmədrəhim Cavadov arasında icarə müqaviləsi 2013-cü il tarixdə bağlanmış və 9 il ərzində həmin sahə onun, daha sonra isə Turan Əliyevin istifadəsində olmuş və iddiaçılar bundan xəbərdar olmuşdur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 64.1-ci maddəsinə əsasən inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. Həmin Qanunun 71.1-ci maddəsinə əsasən maraqlı şəxslər hüquqlarını və ya qanunla qorunan maraqlarını müdafiə etmək məqsədilə inzibati aktdan və ya inzibati aktın qəbul edilməsindən imtinadan şikayət vermək hüququna malikdirlər. Qanunun 72.1-ci maddəsinə əsasən inzibati aktdan şikayət inzibati qaydada və ya məhkəmə qaydasında verilə bilər. Qanunun 73.1-ci maddəsinə əsasən qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, şikayət inzibati aktın qüvvəyə mindiyi gündən 30 gün müddətində müvafiq şikayət instansiyasına verilir. T.İdrisovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 9 dekabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 dekabr 2015-ci il tarixli qərarında işə baxan məhkəmələrin mübahisələndirmə haqqında iddia növü üçün xüsusi mümkünlük şərtinə, yəni müddətə əməl edilib-edilməməsinə hüquqi qiymət verilməli olduğu bildirilmişdir. Göründüyü kimi iddiaçı inzibati aktın mübahisələndirilməsi üçün qanunda nəzərdə tutulmuş 30 günlük müddəti ötürməklə məhkəməyə müraciət etmişdir. Beləliklə, özəlləşdirmə Azərbaycan Respublikası Prezidentinin xx.xx.2000-ci il tarixli 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət Proqramı’’nın 4.6.4-cü, həmçinin Azərbaycan Respublikası Prezidentinin 23 dekabr 2000-ci il tarixli, 432 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İcarəyə verilmiş dövlət əmlakının özəlləşdirilməsi haqqında Əsasnamə”nin 18-ci və həmin Fərmanla təsdiq edilmiş “Yerli icra hakimiyyəti orqanlarının sərəncamında olan, habelə yaşayış binalarında yerləşib dövlət vəsaiti hesabına inşa edilmiş qeyri-yaşayış sahələrinin özəlləşdirilməsi Qaydaları”nın 4.2.1-ci bəndlərinə uyğun olaraq həyata keçirilmiş, özəlləşdirmə zamanı iddiaçıların hər hansı hüquqları pozulmamışdır. Göründüyü kimi müvafiq qeyri-yaşayış sahəsinin özəlləşdirilməsi zamanı dövlət əmlakının özəlləşdirilməsinə dair qanunvericiliyin hər hansı normalarının pozulmasına yol verilməməsi və iddiaçıların onların hüquqlarının pozulmasına dair məhkəməyə heç bir sübut təqdim etməməsi səbəbindən hazırkı iddia tələbi əsassızdır.

11. Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin Bakı Şəhər İcra Hakimiyyəti, Mənzil Kommunal Təsərrüfatı Departamenti, Yasamal rayon MKTB-nin (qeydiyyat № 1144) sərəncamında olan daşınmaz əmlakı haqqında Reyestrdən çıxarışa əsasən: Əmlak haqqında məlumat İstismara № Kod Reqistr nömrəsi Adı Ünvanı Mərtəbəlilik verildiyi il Mənzil-tikinti Bakı şəhəri, Yasamal kooperativ rayonu, 500-cü 1 1755 ***-*******3 binasının 1975 9/zirzəmi məhəllə, Parlament qeyri-yaşayış prospekti, 6A sahəsi Barəsində bağlanmış əqdlər və digər yükləmələr (icarə, girov və s.) Əqd Əqdin Reqistr Əqd xeyrinə bağlanan № bağlanan Mərtəbəlilik Müddəti tipi nömrəsi tərəf sahə, kv.m xx.xx.2013- 1 İcarə ***-*******3-004 173.9 9/zirzəmi X9 xx.xx.2013

12. xx.xx.2013-cü il tarixli, 4822 №-li “İcarəyə verilmiş əmlakın alqı-satqısı” müqaviləsinə əsasən Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi (bundan sonra “Satıcı" adlandırılacaq), digər tərəfdən icarəçi X7 (bundan sonra “Alıcı" adlandınlacaq) müqaviləni bağladılar. Müqavilənin predmetini "Alıcı”nın Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi ilə bağladığı xx.xx.2013-cü il tarixli 5010 saylı icarə müqaviləsi əsasında icarəyə götürdüyü və bu müqavilə ilə satın aldığı 173,8 kv.m. qeyri-yaşayış sahəsi təşkil edir. "Satıcı” Bakı şəhəri, Yasamal rayonu, 500-cü məhəllə, Parlament prospekti, 6A ünvanında yerləşən 173,8 kv.m. qeyri-yaşayış sahəsini bu müqavilədə göstərilən şərtlərə uyğun olaraq tam dəyərlə 9003.00 - doqquz min üç manata birbaşa satır, “Alıcı” isə onu satın alır.

13. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, 500-cü məhəllə, Parlament prospekti 6a ünvanında yerləşən qeyri-yaşayış sahəsinə dair xüsusi mülkiyyət hüququ (tam) X3 adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2013-cü il tarixdə qeydiyyata alınmışdır.

14. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, 500-cü məhəllə, Parlament prospekti 6a ünvanında yerləşən qeyri-yaşayış sahəsinə dair xüsusi mülkiyyət hüququ (tam) X16 adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2013-cü il tarixdə qeydiyyata alınmışdır.

15. Reyestrdə 4Ə/2-496 nömrə ilə qeyd olunan xx.xx.2013-cü il tarixli AN-İ ******* nömrəli Daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən X6 Bakı şəhəri, Yasamal rayonu, 500cü məhəllə, Parlament prospekti, 6a ünvanında yerləşən qeyri-yaşayış sahəsini X2.

16. Məhkəmənin hazırki iş üzrə xx.xx.2023-cü il tarixli Qərardadı ilə iş üzrə məhkəmə tikintitexniki ekspertizası təyin edilmişdir. Ekspert qarşısında aşağıdakı suallar qoyulmuşdur:

1. Bakı şəhəri, Yasamal rayonu, Parlament pr. 500-cü məhəllədəki 6A nömrəli 9 mərtəbəli binanın altındakı X8 adına özəlləşdirilmiş 173,8 kv.m. zirzəmidən (bundan sonra – zirzəmi) həmin binaya dair kommunikasiya xətləri keçirmi?

2. Zirzəmi daxilində kommunikasiya xətlərinin sxemi dəyişdirilmişdirmi?

3. Zirzəmi təyinatından kənar məqsədlər üçün istifadə olunurmu?

17. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən məhkəməyə təqdim olunan “məhkəmə ekspertizasının aparılmasından imtina edilməsi barədə” xx.xx.2023-cü il tarixli məktubda qeyd olunmuşdur ki, 2-1(112)-842/2023 nömrəli mülki iş üzrə xx.xx.2023-cü il tarixdə təyin edilmiş kompleks tikinti-texniki ekspertizanın aparılması və rəy verilməsi aşağıdakı səbəblərə görə mümkün olmamışdır: - Qərardadla ekspert qarşısında qoyulmuş sualların həlli üçün tədqiqat obyektinə iş üzrə tərəflərin iştirakı ilə baxış keçirilməsinin təşkil edilməsi zəruri olduğundan, bu barədə məhkəməyə xx.xx.2023-cü il tarixli vəsatət göndərilmişdir. Məhkəmə tərəfindən tədqiq olunan obyektə baxış keçirilməsi xx.xx.2023-cü il tarixə təyin edilmiş, lakin iş üzrə tərəflər məhkəmə binasına gəlmədiyindən, tədqiq olunan obyektinin yerləşdiyi ünvanın müəyyən edilməsi və qərardadda qoyulmuş suallar üzrə tədqiqat aparılması mümkün olmamışdır. Göstərilənləri nəzərə alaraq, “Məhkəmə ekspertizası fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanunun 12-ci maddəsinə və “Azərbaycan Respublikası Ədliyyə Nazirliyininn Məhkəmə Ekspertizası Mərkəzində ekspertizaların aparılmasının təşkili haqqında Təlimat”ın 3.2-ci bəndinə əsasən hazırki ekspertizanın aparılmasından imtina edilərək, iş üzrə materiallar icrasız geri qaytarılmışdır.

18. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İadrəsi tərəfindən məhkəməyə ünvanlanan xx.xx.2023-cü il tarixli məktubda tədqiqat obyektinə texniki baxış keçirmək və inventarlaşdırma işlərinin aparılması üçün idarənin mütəxəssislərinə şərait yaradılmadığı qeyd olunmuşdur.

19. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən məhkəməyə təqdim olunan “məhkəmə ekspertizasının aparılmasından imtina edilməsi barədə” xx.xx.2023-cü il tarixli məktubda qeyd olunmuşdur ki, 2-1(112)-842/2023 nömrəli mülki iş üzrə xx.xx.2023-cü il tarixdə təyin edilmiş kompleks tikinti-texniki ekspertizanın aparılması və rəy verilməsi aşağıdakı səbəblərə görə mümkün olmamışdır: - Qərardadla ekspert qarşısında qoyulmuş sualların həlli üçün tədqiqat obyektinə iş üzrə tərəflərin iştirakı ilə baxış keçirilməsinin təşkil edilməsi və əlavə materialların təqdim edilməsi zəruri olduğundan, bu barədə məhkəməyə xx.xx.2023-cü il tarixli vəsatət göndərilmişdir. Məhkəmə tərəfindən tədqiq olunan obyektə baxış keçirilməsi xx.xx.2023-cü il tarixə təyin edilmişdir. Qeyd olunan tarixdə tədqiq olunan ünvana gedilmiş, lakin üçüncü şəxsin istifadəsində olan obyektin qapısı bağlı olduğundan baxış keçirilməsi mümkün olmamışdır. Göstərilənləri nəzərə alaraq, “Məhkəmə ekspertizası fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanunun 12-ci maddəsinə və “Azərbaycan Respublikası Ədliyyə Nazirliyininn Məhkəmə Ekspertizası Mərkəzində ekspertizaların aparılmasının təşkili haqqında Təlimat”ın 3.2-ci bəndinə əsasən hazırki ekspertizanın aparılmasından imtina edilərək, iş üzrə materiallar icrasız geri qaytarılmışdır.

20. Məhkəmənin hazırki iş üzrə xx.xx.2023-cü il tarixli Qərardadı ilə X23 və ləğv prosesində olan "xxxx" ASC inzibati məhkəmə icraatına zəruri cəlbetmə qaydasında üçüncü şəxslər qismində cəlb edilmişdirlər.

21. Məhkəmə iclasında iştirak edən iddiaçının nümyəndəsi (vəkili) iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi.

22. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinin təmin olunmamasını xahiş etdi.

23. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs "xxxx" ASC-nin nümayəndəsi nümayəndəsi iddia tələbinin təmin olunmamasını xahiş etdi.

II. İddianın mümkünlüyü

24. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmə müdafiəsinə təminat verilir. Lakin bu hüquq mütləq hüquq deyil və müəyyən qanuni məhdudiyyətlərə (məsələn, iddia müddəti, şikayətin qəbul edilmə şərtinə cavab verməməsi və s), məruz qoyula bilər. Lakin ədalət mühakiməsi hüququ onun mahiyyətinə xələl gətirə biləcək dərəcədə məhdudlaşdırılmamalıdır.

25. Məhkəmə müdafiəsi hüququ bir tərəfdən hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə ağlabatan müddətdə baxmaq və onlara dair ədalətli qərar qəbul edərək, onların vaxtında icra edilməsi vəzifəsini müəyyən edir. Qeyd olunan hüququn vacibliyinə baxmayaraq, o mütləq deyil. Bu hüququ məhdudlaşdıran tədbirlər Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinin və 71-ci maddəsinin İİ hissəsinin, habelə “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 3-cü maddəsinin müddəaları baxımından legitim məqsədlərə nail olmaq üçün tətbiq edilməli, mütənasiblik meyarına cavab verərək onun əsas mahiyyətinə toxunmamalıdır.

26. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli № 05 qərarından: 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.2. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 4.1. İPM-in 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır. 4.2. Hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar... 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır...

27. Belə olan halda inzibati icraat qaydasında baxılan istənilən iddia inzibati icraat qaydalarına müvafiq olan iddia növünə uyğun olmalı, subyektiv hüququ olan şəxs tərəfindən, qanunla müəyyən edilən iddia müddətləri daxilində və müvafiq cavabdehlik daşıyan inzibati orqana qarşı qaldırılmalı, hüquq və azadlıqların pozuntusu sübutlar da əlavə olunmaqla əsaslandırmalıdır ki, onun məhkəmə icraatı mümkün sayılsın.

28. Belə ki, subyektiv hüquq hər hansı bir şəxsin qanun, müqavilə və ya inzibati aktla tanınan və digər şəxslərdən müəyyən hərəkətləri etməyi, bu cür hərəkətlərə dözməyi və ya hərəkətsizlik nümayiş etdirməyi tələb etmək imkanıdır. İddiaçı iddia ərizəsində belə tələb hüququna istinad etməlidir. Subyektiv hüquqlara xüsusilə Konstitusiyada təsbit olunmuş əsas hüquqlar, eləcə də qanunlardan irəli gələn subyektiv hüquqlar aiddir. Qanunla qorunan maraqlar, əslində subyektiv hüquqlarla eyniyyət təşkil edir. Məhkəmə müdafiəsi hüququna hüquq və azadlıqları, eləcə də qanunla qorunan maraqları pozulmuş fiziki və hüquqi şəxslər aiddir. Məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsində məqsəd fiziki və ya hüquqi şəxslərin pozulmuş və ya pozulması ehtimal edilən hüquq və azadlıqlarını, habelə qanunla qorunan maraqlarını qorumaq və təmin etməkdən ibarətdir. Deməli, məhkəmə müdafiəsi hüququnun realizə edilməsinin prosessual forması olan məhkəmə icraatının vəzifələri də məhz həmin məqsədə nail olunmasına yönəlmişdir. İddia tələbini irəli sürmüş şəxsin müvafiq subyektiv hüquqlara malik olmaması, onun başqa şəxslərdən tələb etmək və müdafiə olunmaq hüququnu istisna edir.

29. İşin halları oxşar olan digər iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(102)-808/2023 nömrəli qərarından:

57. Nəzərə alınmalıdır ki, iddiaçılar binanın məhz kooperativ olması halından çıxış edərək hazırkı iddianı qaldırsalar da, işə baxan apellyasiya instansiyası məhkəməsi kooperativin mövcudluğu ilə bağlı hərtərəfli araşdırma aparmamaqla yanaşı, həm də iddiaçıların özlərinin iddia etdiyi kimi “kooperativin ümumi əmlakının” müdafiəsi ilə əlaqədar iddia qaldırmaq səlahiyyətlərinin mövcudluğunu araşdırmamışdır.

58. Belə ki, əgər binanın kooperativ olması təsdiqlənirsə, bu halda iddiaçıların sözügedən iddia ilə kooperativin bütün üzvlərinin adından iddia qaldırmaq səlahiyyəti yoxlanılmalı idi. İşə baxan apellyasiya instansiyasi məhkəməsi binanın kooperativ olması, mübahisəli qeyri-yaşayış sahəsinin isə kooperativin ümumi əmlakı olması qənaətinə gəlsə də, 5 mərtəbəli binanın sakinlərinin adından 9 şəxsin iddia qaldırmaq səlahiyyətinin olubolmaması məsələsinə qiymət verməmişdir.

30. Azərbaycan Respublikası Mülki Məcəlləsindən: 109.1. Kooperativ fiziki və (və ya) hüquqi şəxslərin birgə fəaliyyət göstərmək üçün üzvlüyə əsaslanan könüllü birliyi olub iştirakçılarının maddi və başqa tələbatının onun üzvlərinin əmlak pay haqlarının birləşdirilməsi yolu ilə ödənilməsi məqsədilə yaradılır. 110.1 ....Kooperativin əmlakı onun xüsusi mülkiyyətindədir...

31. Azərbaycan Respublikası Mənzil Məcəlləsi: 109.1. Yaşayış sahələrinə olan ehtiyacın ödənilməsi üçün üzvlərinin əmlak pay haqlarının birləşdirilməsi yolu ilə müvafiq binaların tikintisi və (və ya) yenidənqurulması, habelə müəyyən dövr ərzində kooperativ binada yaşayış və qeyri-yaşayış sahələrinin bu Məcəllənin 141-1-ci maddəsinə uyğun olaraq idarə edilməsi məqsədi ilə fiziki və (və ya) hüquqi şəxslərin üzvlüyə əsaslanan könüllü birliyi mənzil-tikinti kooperativləri hesab edilir.

32. İddia ərizəsinin məzmunundan görünür ki, hazırki işdə iddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən Bakı şəhəri, Yasamal rayonu, Parlament prospekti 500-cü məhəllədəki 6 “A” nömrəli, 9 mərtəbəli binanın altındaki 173.8 kv.m sahəsi olan zirzəminin Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən özələşdirilməsi və üçüncü şəxslərə (ilkin olaraq X5, daha sona X17) satılmasına dair sərəncam (həmin hissədə) mübahisələndirilir.

33. Məhkəmə iş materiallarını araşdıraraq müəyyən edir ki, iddia tələbinin predmeti olan qeyriyaşayış sahəsi (Bakı şəhəri, Yasamal rayonu, Parlament prospekti 500-cü məhəllədəki 6 “A” nömrəli, 9 mərtəbəli binanın altındaki 173.8 kv.m sahəsi olan zirzəmi) "xxxx" Mənzil Tikinti Kooperativinə məxsusdur və iddiaçılar İddiaçı1 və İddiaçı2 "xxxx" Mənzil Tikinti Kooperativinə məxsus binada yerləşən 32 və 13 saylı mənzillərin mülkiyyətçilərdirlər (mübahisələndirilən qeyri-yaşayış sahəsi iddiaçıların mülkiyyətində olmamışdır).

34. Məhkəmə hesab edir ki, mübahisələndirilən qeyri-yaşayış sahəsi (zirzəmi) "xxxx" Mənzil Tikinti Kooperativinin ümumi əmlakı olduğundan hazırda həmin əmlaka dair mülkiyyət hüquqlarının müdafiəsi ilə bağlı iddia tələbi məhz "xxxx" Mənzil Tikinti Kooperativi tərəfindən irəli sürələ bilər.

35. Odur ki, iddiaçıların Mənzil Tikinti Kooperativinə məxsus ümumi əmlakın müdafiəsi ilə bağlı kooperativin bütün üzvlərinin adından iddia qaldırmağa subyektiv hüququ yoxdur.

36. Digər tərəfdən əgər bina Mənzil Tikinti Kooperativinə məxsus deyildirsə belə, məhkəmə 9 mərtəbəli binanın sakinlərinin adından 2 şəxsin iddia qaldırmaq səlahiyyətinin olmadığı qənaətindədir.

37. Özəlləşdirilmiş sahədə mühəndis-kommunikasiya xətləri keçirsə və mülkiyyətçi həmin xətlərin istismarı, təmiri və ya hər hansı formada yaranmış nasazlıqların aradan qaldırılmasına, təmirinə maneəçilik yaradırsa, bununla bağlı səmərəli hüquq müdafiə vasitəsi özəlləşdirmə ilə bağlı sərəncamın ləğvi deyil, manələrin aradan qaldırılmasına dair ümümi məhkəmədə qaldırılan iddia tələbi olmalıdır.

38. Odur ki, iddia mümkün sayılmamalı, iddiaçıya hüquqi marağına uyğun səmərəli hüquq müdafiə vasitəsi izah olunduğundan iddianın mümkün sayılmaması məhkəməyə çatımlılıq hüququnu pozmur.

39. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər.

40. Göstərilənlərə əsasən və İPM-in 35 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ:

İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.

Hakim Günel Sevdimalıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar