Məhkəmə qərarları › İş №2-1(112)-2120/2020

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2120/2020

22.05.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2120/2020 22.05.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Qarayeva Mehriban Cəfər qızının sədrliyi Eminzadə Emin Etibar oğlunun katibliyi İddiaçı Cavabdehin nümayəndəsi X10 iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı «ailə üzvləri ilə birlikdə yaşayış yeri üzrə mənzil növbəsinə götürülməsi barədə sərəncamın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasına dair» iddiası üzrə işə məhkəmənin binasında (ünvan: ünvan 1axaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ailə üzvləri ilə birlikdə yaşayış sahəsi ilə təmin olunmağı üçün icra hakimiyyətində mənzil növbəsinə qəbul edilməyi barədə sərəncam verilməsi vəzifəsinin cavabdehəhəvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsində tələb onunla əsaslandırılmışdır ki, iddiaçı 24 təqvim ilindən çox, yəni xx.xx.1995-ci il tarixdən xx.xx.2019-cu il tarixədək hərbi xidmətdə olmuşdur. Hərbi xidmət dövrü daimi yaşayış sahəsi ilə təmin olunmamışdır. İddiaçı və ailə üzvləri (həyat yoldaşı və üç uşağı) kirayədə yaşayır. Yaşayış sahəsi ilə təmin olunmağı üçün icra hakimiyyətində mənzil növbəsinə qəbul edilməyi barədə sərəncam verilməsi xahişi ilə iddiaçı tərəfindən xx.xx.2019-cu il tarixdə Cavabdehnə ərizə ilə müraciət edilmişdir. Lakin müraciətinə xx.xx.2019-cu il tarixli, Y-22-068 №-li məktubla imtina cavabı verilmişdir. İmtina cavabı onunla əsaslandırılmışdır ki, yaşayış sahəsi ilə təmin olunma hüququ yalnız xidməti mənzillərdə yaşayan və ya yaşayış sahəsi olmayan yaşa, xəstəliyə, ştatların ixtisarına, ailə vəziyyətinə görə ehtiyata və istefaya buraxılmış zabitlərə, gizirlərə və miçmanlara aiddir. İddiaçı isə “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41.0.9-cu maddəsinə əsasən (öz arzusu ilə) ehtiyata buraxıldığı üçün həmin Qanunda nəzərdə tutulan imtiyazlar ona şamil edilə bilməz. İmtina əsassız və qanunsuz hesab edilir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayıldığından, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti iş üzrə cavabdeh Bakı şəhəri Cavabdehnə göndərilmiş və cavabdehə iddiaya dair öz münasibətini (etirazını) yazılı şəkildə məhkəməyə bildirməsi təklif olunmuşdur. Cavabdeh Bakı şəhəri Cavabdeh iddiaya dair 11-13/104 saylı, xx.xx.2020-ci il tarixli yazılı münasibətində bildirilmişdir ki, “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinə əsasən nəzərdə tutulmuş imtiyazlar xidməti mənzillərdə yaşayan və ya yaşayış sahəsi olmayan yaşa, xəstəliyə, ştatların ixtisarına, ailə vəziyyətinə görə ehtiyata və ya istefaya buraxılmış zabitlərə, gizirlərə və miçmanlara aiddir. Vətəndaş İddiaçı Rayon İcra Hakimiyyətinə təqdim etdiyi sənədlərdən müəyyən olmuşdur ki, hal-hazırda o, 5 nəfər ailə üzvü ilə (özü, arvadı, 2 qızı və oğlu) daimi qeydiyyatda olduğu Nizami rayonu, B.Nuriyev küçəsi 2379-82, mənzil 38 ünvanında yaşayır. Yaşayış sahəsi 69.9 kv.m. olan həmin 4 otaqlı mənzil arvadı X1 xüsusi mülkiyyətindədir. Qeydiyyatda olduğu mənzilin sahəsi uçot normasından artıq olduğundan qaldırdığı məsələ müsbət həllini tapmamışdır. Bundan əlavə, sözügedən mənzilin xx.xx.2019-cu il tarixdə qayınanası S.S.Musayevanın adına özgəninkiləşdirilməsi də vətəndaş İddiaçı mənzil növbəsinə götürülməməsi səbəblərindən biridir. İş üzrə keçirilmiş məhkəmə hazırlıq icraatında işin halları və mübahisənin vəziyyəti müzakirə edilmiş, hüquqi mübahisənin barışıq yolu ilə nizama salmaq və barışıq sazişinin bağlanmasına yardım etmək məqsədi ilə proses iştirakçıları dəvət edilmiş, iş materiallarında saxlanılması mümkün olan sənədlərin məhkəməyə təqdim olunması proses iştirakçılarına təklif edilmiş, zəruri sənədlər toplanmış və iş üzrə digər qanunamüvafiq prosessual hərəkətlər edildikdən sonra işə baxılması təyin edilmişdir. İş üzrəkeçirilmiş şifahi məhkəmə baxışı iclasında iddiaçı iddia ərizəsinə yazılanlara uyğun olaraq izahat verdi və əlavə olaraq bildirdi ki, uzun müddətdir ki, yaşayış yeri üzrə ünvan 2 ünvanında qeydiyyatdadır. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Nizami rayon idarəsində hərbi uçota alınmışdır. Azərbaycan Respublikasının Silahlı Qüvvələrində qulluq etdiyi müddət ərzində Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti tərəfindən yaşayış sahəsi ilə təmin edilməyib və ona torpaq sahəsi ayrılmamışdır. İddiaçı göstərilənləri nəzərə alaraq, iddianın təmin edilməsini, onun 5 nəfər ailə üzvü ilə (özü, arvadı, iki nəfər qızı və oğlu) yaşayış yeri üzrə mənzil növbəsinə götürülməsi barədə sərəncam verilməsi öhdəliyinin Bakı şəhəri Cavabdeh üzərinə qoyulması barədə qərar qəbul edilməsiniməhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi iddiaya dair yazılı münasibətdə qeyd edilənlərə uyğun olaraq izahat verdi və hazırkı vəziyyətdə iddianın təmin edilməməsiniməhkəmədən xahiş etdi. Məhkəmə, işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş üzrə toplanmış sənədləri tədqiq edərək hesab edir ki, iddia aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İnzibati Prosessual Məcəllənin 33.1-ci maddəsinə görə məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Belə ki, iş materiallarına əlavə edilmiş: - xx.xx.2015-ci il tarixdə Asan 5 tərəfindən verilmiş AZE seriyalı, ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən aydın olur ki, xx.xx.1972-ci il tarixdə Bakı şəhərində doğulmuş İddiaçı yaşayış yeri üzrə ünvan 2 ünvanında qeydiyyatdadır. - Vİİ-Ж seriyalı, 358141 saylı nikahın bağlanması haqqında şəhadətnamənin surətindən aydın olur ki, İddiaçı ilə X8 arasında xx.xx.1999-cu ildə nikah bağlanmış, nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə 387 nömrəsi ilə qeydiyyat aparılmışdır. Nikahdan sonra arvada “Yusifova” soyadı verilmişdir. - xx.xx.2009-cu il tarixdə Bakı-Nizami RPİ tərəfindən verilmiş AZE seriyalı, 07558869 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən aydın olur ki, xx.xx.1972-ci il tarixdə Gürcüstanın Bolnisi rayonunun Saraclo kəndində doğulmuş X9 yaşayış yeri üzrə ünvan 2 ünvanında qeydiyyatdadır. - xx.xx.2017-ci il tarixdə Asan 4 tərəfindən verilmiş AZE seriyalı, 17072683 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən aydın olur ki, xx.xx.2000-ci il tarixdə Bakı şəhərində doğulmuş X5 yaşayış yeri üzrə ünvan 2 ünvanında qeydiyyatdadır. - xx.xx.2016-cı il tarixdə Asan 5 tərəfindən verilmiş AZE seriyalı, 12876374 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən aydın olur ki, xx.xx.2008-ci il tarixdə Bakı şəhərində doğulmuş Yusif Yusifov yaşayış yeri üzrə ünvan 2 ünvanında qeydiyyatdadır. Atası İddiaçı, anası Vüsal Yusifovadır. - xx.xx.2016-cı il tarixdə Asan 5 tərəfindən verilmiş AZE seriyalı, 12876373 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən aydın olur ki, xx.xx.2006-cı il tarixdə Bakı şəhərində doğulmuş Nərmin Yusifova yaşayış yeri üzrə ünvan 2 ünvanında qeydiyyatdadır. Atası İddiaçı, anası Vüsal Yusifovadır. - Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, 51/82 saylı arayışdan görünür ki, İddiaçı, həqiqətən, DSX-də xidmət etdiyi müddət ərzində torpaq sahəsi və mənzillə təmin olunmayıb. - DƏDRX-in 1 saylı Bakı ərazi idarəsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, **********50 saylı arayışın surətindən müəyyən edilir ki, X2 adına daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı Milli Qeydiyyat Sistemində məlumat yoxdur. - DƏDRX-in 1 saylı Bakı ərazi idarəsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, **********76 saylı arayışın surətindən müəyyən edilir ki, İddiaçı, X3 və X6 adına daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı Milli Qeydiyyat Sistemində məlumat yoxdur. - DƏDRX-in 1 saylı Bakı ərazi idarəsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, **********24 saylı arayışın surətindən müəyyən edilir ki, Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsi, ev 81-82, mənzil 38 xx.xx.2019-cu il tarixdə ********** nömrəsi ilə X4 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Həmin əmlak özgəninkiləşdirmə nəticəsində Bakı şəhəri 4 saylı Asan Xidmətin notariusu tərəfindən xx.xx.2019-cu il tarixdə bağlanılmış bağışlama müqaviləsinə əsasən X7 tərəfindən əldə edilmişdir. - “Azərbaycan Respublikası Silahlı Qüvvələri 20 il qüsursuz xidmətə görə” 1 dərəcəli medalının vəsiqəsinin surətindən aydın olur ki, İddiaçı DSX rəisinin 0245 nömrəli xx.xx.2016-cı il tarixli əmri ilə həmin medalla təltif edilmişdir. - İddiaçıya məxsus EZ seriyalı, ******* saylı hərbi biletin surətindən müəyyən edilir ki, xx.xx.1972-ci il təvəllüdlü İddiaçı DSX rəisinin 1318 şh saylı, xx.xx.2018-ci il tarixli əmri ilə polkovnik-leytenant hərbi rütbəsi verilmişdir. xx.xx.2019-cu ildə Azərbaycan Respublikası DSX rəisinin xx.xx.2019-cu il tarixli 1311 ş/h əmri ilə “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41.0.9-cu maddəsinə (öz arzusu ilə) tərxis edilmişdir. - Bakı şəhəri Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış Y-22-068 saylı, xx.xx.2019-cu il tarixli məktubdan müəyyən edilir ki, mənzil növbəsinə qəbul edilmə barədə müraciətə baxılmış, cavab olaraq bildirilmişdir ki, “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinə əsasən nəzərdə tutulmuş imtiyazlar xidməti mənzillərdə yaşayan və ya yaşayış sahəsi olmayan yaşa, xəstəliyə, ştatların ixtisarına, ailə vəziyyətinə görə ehtiyata və ya istefaya buraxılmış zabitlərə, gizirlərə və miçmanlara aiddir. Ərizənizə əlavə edilmiş sənədlərdən müəyyən olunmuşdur ki, hazırda 5 nəfərdən ibarət ailənin (özü, arvadı, 2 qızı və oğlu) daimi qeydiyyatla yaşadığı arvadı X4 xüsusi mülkiyyətində olmuş 4 otaqlı mənzilin yaşayış sahəsi (69,9 kv.m) uçot normasından artıq olduğuna və xx.xx.2019-cu il tarixdə qaynanası S.S.Musayevanın adına özgəninkiləşdirildiyinə görə Mənzil Məcəlləsinin 52-ci maddəsinə əsasən yaşayış şəraitinizi qəsdən pisləşdirmiş ailə kimi mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan şəxs hesab olunmur. Əlavə olaraq qeyd edilmişdir ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41.0.9-cu maddəsinə əsasən (öz arzusu ilə) ehtiyata buraxıldığına görə həmin Qanunda nəzərdə tutulan imtiyazlar ona şamil edilə bilməz. Məhkəmə cavabdehin imtinası ilə razılaşmır ona görə ki, “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə görə vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları, könüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışlara çağırıldıqları, hərbi təhsil müəssisələrinə daxil olduqları gündən hərbi qulluqçu statusu əldə edir və Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları, hərbi hissənin siyahılarından çıxarıldıqları, hərbi təhsil müəssisələrindən çıxarıldıqları və ya kənar edildikləri, toplanışı başa çatdırdıqları gündən bu statusu itirirlər. Həmin Qanunun 12-ci maddəsinin 1-ci bəndinə əsasən, hərbi qulluqçunun (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) xidmət yerinə gəlməsindən ən geci 3 ay keçənədək ona və onunla birlikdə yaşayan ailə üzvlərinə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş normalara uyğun gələn xidməti mənzil verilir. Xidməti mənzil Azərbaycan Respublikası Müdafiə Nazirliyinin, başqa mərkəzi icra hakimiyyəti orqanlarının və yerli icra hakimiyyəti başçılarının fondlarından ayrılır. Hərbi qulluqçular və onların ailə üzvləri xidməti mənzil alanadək xidmət yeri üzrə (qoşun hissəsinin ünvanı, müvəqqəti yaşayış ünvanı üzrə) qeydiyyata alınır, xidmət yerində onlara müvəqqəti mənzilin əsas kirayəçidən kirayəyə götürülməsi (kirayəsi) üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi məbləğdə pul kompensasiyası ödənilir. Həmin Qanunun 12-ci maddəsinin 5-ci bəndində qeyd edilmişdir ki, hərbi qulluqçular (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) həmin yaşayış məntəqəsində hərbi xidmətinin müddətindən asılı olmayaraq güzəştli şərtlərlə mənzil-tikinti (mənzil) kooperativlərinə daxil olmaq, fərdi yaşayış evləri almaq və tikmək hüququna malikdirlər. Yerli icra hakimiyyəti başçıları fərdi mənzil tikintisində və ya evlər alınmasında, o cümlədən kənd yerində fərdi mənzil tikintisində və ya evlər alınmasında iştirak etmək arzusunu bildirən zabitlərə, gizirlər və miçmanlara müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına tikintidə, tikinti materialları almaqda kömək göstərməlidirlər. Həmin Qanunun 12-ci maddəsinin 7-ci bəndinə görə yaşına, səhhətinə, ştatların ixtisarına görə ehtiyata yaxud istefaya buraxılmış şəxslər (əgər Silahlı Qüvvələrin və qanunvericilikdə nəzərdə tutulan hallarda digər silahlı birləşmələrin sıralarında 15 təqvim ilindən az olmayaraq və onun beş ildən az olmayan müddətini Azərbaycan Respublikası Silahlı Qüvvələri və qanunvericilikdə nəzərdə tutulan hallarda digər silahlı birləşmələri sıralarında xidmət edibsə) müvafiq icra hakimiyyəti orqanı tərəfindən, Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada yaşayış sahələri (yaşayış sahəsi alana kimi isə kirayə haqqı ilə) təmin edilirlər. Həmin Qanunun 26-cı maddəsinin 1-ci bəndinə əsasən dövlət orqanları, müəssisələri, idarələri, təşkilatları, vəzifəli şəxslər, hərbi idarəetmə orqanlarının komandirləri (rəisləri) öz səlahiyyətləri və vəzifələri daxilində hərbi qulluqçuların statusunu təmin edirlər. Hərbi qulluqçuların hüquqlarının və qanuni mənafeyinin həyata keçirilməsi sahəsində vəzifələrini icra etməməkdə və ya lazımınca icra etməməkdə təqsirli olan vəzifəli şəxslər qanunvericiliyə müvafiq surətdə məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Ehtiyata və ya istefaya buraxılmış vətəndaşların bəzi kateqoriyalarına müvəqqəti mənzil kirayəsi xərclərinin məbləğinin və ödənilməsi qaydasının müəyyən edilməsi barədə” 6 avqust 2012-ci il tarixli 174 nömrəli Qərarının 1-ci bəndinə əsasən, yaşa, xəstəliyə, ailə vəziyyətinə görə, habelə 5 təqvim ili xidmət etmiş və ştatların ixtisarına görə ehtiyata və ya istefaya buraxılmış və yerli icra hakimiyyəti orqanlarında mənzil uçotuna götürülmüş zabitlərə, gizirlərə və miçmanlara, habelə 15 təqvim ili və daha çox xidmət etmiş müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına seçilmiş yaşayış yerinə gəldikləri günün 3 aylığından mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi alanadək müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün hər ay kompensasiya ödənilir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 50.1-ci maddəsinə görə, aşağıdakı vətəndaşlar sosial kirayə müqaviləsi əsasında verilən yaşayış sahələrinə ehtiyacı olan hesab edilir: 50.1.1. sosial kirayə müqaviləsinə əsasən kirayəçi və ya sosial kirayə müqaviləsi əsasında kirayəçinin ailə üzvləri və ya yaşayış sahəsinin mülkiyyətçisi və ya yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvləri olmayan vətəndaşlar; 50.1.2. sosial kirayə müqaviləsinə əsasən kirayəçi və ya sosial kirayə müqaviləsi əsasında kirayəçinin ailə üzvləri və ya yaşayış sahəsinin mülkiyyətçisi və ya yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvləri olan və uçot normasından az ailə üzvlərinin adambaşına düşən yaşayış sahəsinin ümumi sahəsi ilə təmin olunan vətəndaşlar; 50.1.3. yaşayış sahələri üçün müəyyən edilmiş tələblərə cavab verməyən sahələrdə yaşayan vətəndaşlar; 50.1.4. bir neçə ailənin yaşadığı mənzildə yaşayan sosial kirayə müqaviləsinə əsasən kirayəçi, kirayəçinin ailə üzvləri, yaşayış sahəsinin mülkiyyətçisi, mülkiyyətçinin ailə üzvləri olan vətəndaşlar (əgər ailənin tərkibində ağır xroniki xəstəliyə düçar olmuş xəstə varsa, bu da bir mənzildə onunla yaşamağı mümkünsüz edirsə və həmin vətəndaşların sosial kirayə müqaviləsi ilə verilən və ya mülkiyyət hüququ əsasında onlara məxsus olan digər yaşayış sahəsi yoxdursa). Həmin Məcəllənin 51.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş hallar istisna olmaqla, sosial kirayə müqaviləsinə əsasən yaşayış sahələri yaşayış sahələrinə ehtiyacı olan qismində uçota alınmış vətəndaşlara verilir. Həmin Məcəllənin 51.2-ci maddəsinə əsasən yaşayış sahəsinə ehtiyacı olan hesab edilə bilən bu Məcəllənin 48-ci maddəsində göstərilən kateqoriyalardan olan vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququ vardır. Əgər vətəndaşın göstərilən uçotda bir neçə əsaslara (aztəminatlı vətəndaş və ya qanunvericiliklə müəyyən edilən digər kateqoriyaya aid vətəndaş kimi) görə durmaq hüququ varsa, həmin vətəndaş özünün mülahizəsinə görə göstərilən əsaslardan biri üzrə və ya bütün əsaslar üzrə uçota alına bilər. Həmin Məcəllənin 51.3-cü maddəsinə əsasən vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması onların yaşayış yeri üzrə müvafıq icra hakimiyyəti orqanına və ya bələdiyyə orqanına təqdim etdikləri ərizələri (bundan sonra - uçota alınma haqqında ərizə) əsasında həmin orqan (bundan sonra - uçota alınmanı həyata keçirən orqan) tərəfındən həyata keçirilir. Qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada vətəndaşlar uçota alınma haqqında ərizələri yaşayış yeri üzrə deyil, digər yer üzrə verə bilərlər. Fəaliyyət qabiliyyəti olmayan vətəndaşların uçota alınması onların qanuni nümayəndələri tərəfındən verilən uçota alınma haqqında ərizələr əsasında həyata keçirilir. Həmin Məcəllənin 51.5-cı maddəsinə əsasən uçota alınma və ya uçota almaqdan imtina haqqında qərar uçota alınmanı həyata keçirən orqan tərəfindən bu Məcəllənin 51.4cü maddəsində göstərilən uçota alınma haqqında ərizənin və digər sənədlərin baxılmasının nəticələri əsasında sənədlərin həmin orqana təqdim edildiyi gündən otuz iş günündən gec olmayaraq qəbul edilməlidir. Həmin Məcəllənin 51.6-cı maddəsinə əsasən uçota almanı həyata keçirən orqan uçota alınma haqqında qərar qəbul etdiyi gündən üç iş günündən gec olmayaraq belə qərarın qəbul edilməsini təsdiqləyən sənədi uçota alınma barədə ərizə vermiş vətəndaşa təqdim edir və ya göndərir. Həmin Məcəllənin 51.7-ci maddəsinə görə vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçotunun aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Nazirlər Kabineti) tərəfindən müəyyən edilir. Həmin Məcəllənin 53.1-ci maddəsinə əsasən yaşayış sahəsinə ehtiyacı olan vətəndaş qismində uçota almaqdan imtinaya aşağıdakı hallarda yol verilir: 53.1.1. bu Məcəllənin 51.4-cü maddəsində nəzərdə tutulmuş sənədlər təqdim edilmədikdə; 53.1.2. müvafiq vətəndaşın yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququnu təsdiq etməyən sənədlər təqdim edildikdə; 53.1.3. bu Məcəllənin 52-ci maddəsi ilə nəzərdə tutulmuş müddət bitmədikdə. Həmin Məcəllənin 53.2-ci maddəsinə görə uçota alınmaqdan imtina haqqında qərar bu Məcəllənin 53.1-ci maddəsində nəzərdə tutulmuş hallara mütləq istinad edilməklə əsaslandırılmalıdır. Həmin Məcəllənin 53.3-cü maddəsinə əsasən uçota alınmaqdan imtina haqqında qərar onun qəbul edildiyi gündən üç iş günü müddətində uçota alınma haqqında müvafiq ərizə vermiş vətəndaşa təqdim edilir və ya göndərilir və həmin qərardan onun tərəfindən məhkəmə qaydasında şikayət verilə bilər. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2012-ci il tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin 4.9.8-ci bəndinə əsasən, Azərbaycan Respublikasının Mənzil Məcəlləsi ilə müəyyən edilmiş qaydada dövlət mənzil fondunun yaşayış sahələrini sosial kirayə müqaviləsi əsasında vətəndaşlara vermək yerli icra hakimiyyəti başçısının səlahiyyətlərindən biri kimi müəyyən olunmuşdur. Cavabdehin xx.xx.2019-cu il tarixli imtina məktubundan görünür ki, həmin sənəd MM-in 51.5-ci maddəsinin tələbinə zidd olaraq qərar formasında tərtib olunmamış, məktub, eyni Məcəllənin 53.2-ci maddəsinin də tələbləri pozularaq, Məcəllənin 53.1-ci maddəsində nəzərdə tutulmuş hallara istinad edilməklə əsaslandırılmamışdır. Halbuki qanunverici bu əsaslandırmanı mütləq saymışdır. Cavabdehin imtinası inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edən «İnzibati icraat haqqında» AR Qanununun tələblərinə də zidd olmuşdur. Belə ki, həmin Qanunun: 58.1-ci maddəsinə əsasən inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir; 58.2-ci maddəsinə görə inzibati akt məzmun baxımından kifayət qədər aydın və anlaşılan olmalıdır; 58.3-cü maddəsinə əsasən inzibati aktda onun ünvanlandığı hüquqi və ya fiziki şəxslər, nizama saldığı və ya həll etdiyi məsələlər dəqiq göstərilməlidir; 61.1-ci maddəsinə əsasən yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır; 61.2-ci maddəsinə görə əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. Göründüyü kimi, cavabdehin imtinası həm Azərbaycan Respublikası Mənzil Məcəlləsinin, həm də «İnzibati icraat haqqında» Qanunun tələblərini pozmuşdur. «İnzibati icraat haqqında» Qanunun 67.1-ci maddəsinə görə inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdehin imtina məktubu qanunsuzdur. İş materiallarından məlum olur ki, iddiaçı Azərbaycan Respublikasının Silahlı Qüvvələrində uzun müddət xidmət etmiş və Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin rəisinin xx.xx.2019-cu il tarixli 1311 ş/h əmri ilə “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununun 41.0.9-cu maddəsinə əsasən həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. İddiaçı hazırda ailə üzvləri ilə birlikdə ünvan 2 ünvanında yaşayış yeri üzrə qeydiyyatda olsa da, daimi yaşayış sahəsi ilə təmin edilməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsində müəyyən olunmuşdur ki, insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Konstitusiyada təsbit edilmiş insan hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir (Konstitusiyanın 71-ci maddəsinin İ hissəsi və 60-cı maddəsinin İ hissəsi). Beləliklə, məhkəmə araşdırması ilə sübut olmuşdur ki, iddiaçının yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçota alınması ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilmir (İPM-14.3), cavabdehin imtinası mahiyyətcə qanuna zidd olmuş və iddiaçının hüquqlarını pozmuşdur (İPM-73.1). İnzibati Prosessual Məcəllənin 68.2.-ci maddəsində qeyd edilmişdir ki, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İnzibati Prosessual Məcəllənin 73.1-ci maddəsinin tələbinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmusu ilə qiymət verərək hesab edir ki, iddia təmin edilməli, İddiaçı 5 nəfər ailə üzvü ilə (özü, arvadı, iki nəfər qızı və oğlu) yaşayış yeri üzrə mənzil növbəsinə götürülməsi barədə sərəncam verilməsi öhdəliyi cavabdeh Bakı şəhəri Cavabdeh üzərinə qoyulmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. İddiaçı 5 nəfər ailə üzvü ilə (özü, arvadı, iki nəfər qızı və oğlu) yaşayış yeri üzrə mənzil növbəsinə götürülməsi barədə sərəncam verilməsi öhdəliyi Bakı şəhəri Cavabdeh üzərinə qoyulsun. Qərardan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin inzibati kollegiyasına (ünvan: ünvan 5 SƏDRLİK EDƏN: Mehriban Qarayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar