Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2120/2021 16.06.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X8 Abıyevin sədrliyi, məhkəmə iclas katibi Rəşidə Paşa qızı Quliyevanın katibliyi, iddiaçının nümayəndəsi və vəkili X2, cavabdehin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “qeyri-yaşayış sahəsinə texniki pasportun verilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra mətndə DƏDRX 1 saylı Bakı Ərazi İdarəsi) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin **********89 saylı 07.10.2020-ci il tarixli imtina məktubunun ləğv olunması və 1989-cu il tarixdə tikilmiş və həmin vaxtdan hal-hazıradək onun istifadəsində cə sərəncamında olan 44 kv. metrdən ibarət olan 1082 saylı daş qaraja dair mülkiyyət hüquqlarını tanımaqla həmin qaraja dair hüquqmüəyyənedici sənədin (Texniki pasport) verilməsi vəzifəsinin cavabdeh DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçı məhkəməyə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 54-cü maddəsinə əsasən iddianın dəyişdirilməsi barədə ərizə təqdim edərək, ünvan 1 ünvandakı 137 saylı MTK-nın xeyir-şər evinin 1-ci mərtəbəsində mövcud olan onun istifadəsində və sərəncamında olan qaraja dair (1082) mülkiyyət hüquqlarının tanınması barədə qərar çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı yenidən məhkəməyə İPM-nin 54-cü maddəsinə əsasən iddianın dəyişdirilməsi barədə ərizə təqdim edərək, ünvan 1 binanın həyətində yerləşən qaraja dair onun (iddiaçının) adına texniki pasportun tərtib olunaraq, iddiaçıya təqdim olunmasının cavabdeh DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinə həvalə olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 ev 137 saylı MTK-nın balansındadır. Bakı şəhəri Nizami rayon XDS İK-nın 03/336 saylı, 09.03.1988-ci il tarixli məktubuna əsasən Bakı şəhəri XDS İcraiyyə Komitəsinin 1/14 saylı, 15 fevral 1989-cu il tarixli qərarı ilə iddiaçının yaşadığı evin həyətində 137 saylı MTK-ya məxsus xeyir-şər binasının zirzəmisi hissəsində 6 ədəd avtomobil qarajının tikilməsinə icazə verilmiş və 1989-cu ildə həmin qarajlar tikilmişdir. Həmçinin, iddiaçıya məxsus sözügedən qaraja dair Bakı şəhəri Nizami rayon XDS İK-i tərəfindən 15.09.1989-cu il tarixdə 104 saylı order də verilmişdir. Bakı şəhəri İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsinin 18/04- 120 saylı, 01.03.1996-cı il tarixli məktubundan da göründüyü kimi, sözügedən ünvanda yerləşən qarajların təqdim olunan eskiz layihəsi əsasında tikilməsi razılaşdırılmış, mübahisələndirilən qaraj tam qanuni əsasla tikilmişdir. Qaraja verilmiş order iddiaçı tərəfindən itirilsə belə, həmin orderin kötüyü Bakı şəhəri Nizami rayon İcra Hakimiyyətində saxlanılır. Mövcud 6 ədəd qarajlara sıra nömrəsinin verilməsi 5-6 il bundan əvvəl Bakı şəhəri Nizami rayon Bələdiyyəsi tərəfindən həyata keçirilmişdir. Cavabdehin imtinasının dəlillərinə münasibətdə qeyd olunur ki, həqiqətən də, ünvan 1 binanın həyətində yerləşən mövcud 6 ədəd qarajlardan birinə 11.04.2019-cu il tarixdə X4 adına texniki pasport verilmişdir. Lakin vətəndaşın adına verilmiş qaraj Bakı şəhəri Nizami rayon Bələdiyyəsinin vermiş olduğu sıra nömrəsi ilə götürdükdə 1083 saylı qaraj edir. Yəni daha da aydın anlaşılması üçün deyilsə iddiaçıya məxsus qarajla üz-üzə dayanır, həmin qaraj iddiaçının qarajının sağında qalır. Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir. İPM-nin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinə uyğun olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdeh inzibati orqana təqdim edilərək, iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdeh DƏDRX 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəməyə təqdim olunmuş 11.11.2020-ci il tarixli, **********92 nömrəli etirazda göstərilmişdir ki, qarajın qeyriyaşayış binası kimi sənədləşdirilməsinə dair İddiaçı adına “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsinə uyğun sənədlər təqdim edilməmişdir. Həmçinin, göstərilən əraziyə dair digər şəxsin (X9) adına qarj sahəsinə texniki pasport verilmişdir. Qeyd olunanlara əsasən cavabdeh iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili X5 məhkəmə iclasında verdiyi izahatında iddianı müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X10 iddia tələbinə etirazda göstərilən məzmunda izahat verərək məhkəmədən iddianın rədd edilməsi barədə qərar çıxarılmasını xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq, mövcud qanunvericiliyi təhlil edərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İddia mümkün iddiadır. Belə ki, baxılan işdə iddianın ümumi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati-iqtisadi məhkəmələrə aiddir (İPMin 1.1, 2.1, 3.1 və 8.1.4-cü maddələri). İddiaçı İPM-in 2.2.3-cü maddəsində nəzərdə tutulmuş iddianı (öhdəliyin icrası) qaldırmışdır. İddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə inzibati orqan kimi təsnif olunmuş cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi öhdəliyinin qoyulmasını xahiş edir. İPM-in 8.1.1-ci maddəsinə görə daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır. Hazırkı mübahisə daşınmaz əmlak ilə bağlı hüquq münasibətindən irəli gəldiyindən, İPM-in 8.1.1-ci maddəsinin təsiri altına düşür. Daşınmaz əmlak isə ərizəsi ilə məhkəməyə müraciət edərək, sonradan iddia tələbinə dəqiqləşmə verərək, ünvan 1 ünvandakı 137 saylı MTK-nın xeyir-şər evinin 1-ci mərtəbəsində yerləşir. Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının 14.11.2019cu il tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası apelyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”na əsasən Nizami rayon ərazi vahidi Bakı İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edildiyindən iddiaçı doğru olaraq Bakı İnzibati Məhkəməsində iddia qaldırmışdır. Baxılan işdə həm də iddianın xüsusi mümkünlük şərti mövcuddur. Belə ki, iddiaçı əvvəlcə inzibati orqana eyni məzmunlu tələblə müraciət etmiş, lakin cavabdeh tərəfindən müraciət təmin edilməmişdir. İşin mahiyyəti İddia tələbi əsaslıdır. Belə ki, iş materiallarında olan: - Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı filialı tərəfindən İddiaçı verilmiş 5604 saylı 18.11.2007-ci il tarixli arxivdən çıxarışdan görünür ki, Bakı şəhəri X7 İcraiyyə Komitəsinin 15.02.1989-cu il tarixli 1/14 saylı qərarı ilə Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti, 2520-ci məhəllədə yerləşən 51,53,55,57 nömrəli binalarının həyətində qeyri-yaşayış sahələrinin (qarajların) tikilməsinə icazə verilmişdir. - Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı filialı tərəfindən təqdim olunmuş 23.09.2019-cu il tarixli H-422 saylı məktubundan görünür ki, Nizami rayon XDS İK-nın (indiki Nizami RİH) arxiv fondu üzrə 15.02.1989-cu il tarixli, 1/14 saylı qərarı Dövlət Arxivinin Bakı filialına təhvil verilməmişdir. - Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Başçısının Aparatının 30.10.2019-cu il tarixli H-529-112 saylı məktubundan görünür ki, Nizami rayon İcra Hakimiyyəti başçısı tərəfindən verilən sərəncamlar Bakı şəhər İcra Hakimiyyətinin arxivinə təhvil verilməmişdir. - Azərbaycan Respublikası Bakı şəhəri icra aparatı nəznində Mənzil-tikinti kooperativinin idarə heyəti 137 №-li MTK tərəfindən verilmiş arayışlardan görünür ki, İddiaçı Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti 51/57 nömrəli evin 16 saylı mənzilində qeydiyyatdadır və həmin ünvanda yaşayır. Həyətdə olan 44 kv. metr 1082 saylı qaraj İddiaçı məxsusdur və onun həmin qaraja dair heç bir borcu yoxdur. - DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinin 07.10.2020-ci il tarixli, **********89 saylı məktubundan görünür ki, iddiaçının qeyri-yaşayış sahəsinə çıxarışın verilməsinə dair müraciətinə baxılmış və cavab olaraq bildirilmişdir ki, iddiaçı tərəfindən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsinə uyğun sənədlər təqdim edilməmişdir. Həmçinin, göstərilən əraziyə digər şəxsin adına qaraj sahəsinə texniki pasport verildiyindən iddiaçının ərizəsinin təmin olunmasından imtina olunmuşdur. Məhkəmə öz xidməti vəzifəsinə uyğun olaraq aidiyyəti üzrə Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, 2520-ci məhəllə, 51/57 saylı binanın həyətində yerləşən qaraja dair X4 adına verilmiş 11.04.2019-cu il tarixli 04/124 inventar nömrəli texniki pasportun verilməsinə əsas olmuş sənədlərin təqdim edilməsi; həmin texniki pasportda qeyd olunan qarajla İddiaçı iddia etdiyi qaraj sahələrinin üst-üstə düşüb-düşməməsi və ünvan 2 ünvandakı 137 saylı MTK-nın xeyir-şər evinin Daşınmaz Əmlakın Dövlət reyestrində qeydə alınıb-alınmaması ilə bağlı aidiyyəti üzrə inzibati orqana sorğu göndərilmişdir. Sorğuya cavab məktubundan məlum olur ki:
1. İdarənin mütəxəssisi tərəfindən əraziyə təkrar baxış keçirilmiş və tərtib edilmiş “Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktı”nda qeyd olunan məlumatlara əsasən sözügedən əmlakın İ mərtəbəsində qarajlar, İİ mərtəbəsində isə xeyir-şər evidir. Ərazi relyefli olduğundan qarjların giriş-çıxışı binaya tərəfdir.
2. X6 məxsus qaraj soldan beşinci, İddiaçı məxsus qaraj isə soldan dördüncüdür və sözügedən qarajların üst-üstə düşməsi halı yoxdur.
3. ünvan 1 ünvanda yerləşən xeyr-şər evinin qeydiyyata alınmasına dair məlumat aşkar edilməmişdir.
4. ünvan 1 binanın həyətində yerləşən qaraja dair X4 adına 11.04.2019-cu il tarixdə tərtib edilmiş texniki pasport mövcuddur. Məhkəmə icraatı zamanı təqdim olunmuş və sorğuya cavab məktubuna əlavə olunmuş sənədlərdən görünür ki, daşınmaz əmlakın alqı-satqı müqaviləsi əsasında Bakı şəhəri, ünvan 3 ünvanında yerləşən ümumi sahısu 41.3 kv/m olan qeyri-yaşayış sahəsi 10.000 manat dəyərində X1. Tərtib olunmuş texniki pasportda olan göstəricilərə əsasən qarajın sahəsi 41.3 kv. metr, daxili hündürlüyü 2.7 m, xarici hündürlüyü isə 3 m təşkil edir. İşin faktiki hallarından görünür ki, iddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edərək istifadəsində olan daşınmaz əmlaka texniki pasportun verilməsini xahiş edir və bu halı onunla əsaslandırır ki, cavabdehin imtina məktubunda göstərilən əsaslar formar xarakter daşıyır. Cavabdehin imtina məktubuna nəzər yetirdikdə məlum olur ki, cavabdeh iddiaçının müraciətinə imtina edərkən 2 halı əsas götürmüşdür: Zəruri olan sənədlərin təqdim edilməməsini; İddia olunan ərazi ilə bağlı digər şəxsin adına texniki pasportun verilməsidir. Məhkəməm imtina məktubunun birinci hissəsinə münasibət bildirir “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2.1 və 2.2-ci maddələrinə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Mülki Məcəlləyə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaş-dırılma-sının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Mülki Məcəllə ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar Mülki Məcəllənin 139-1 və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddələrində müəyyən olunmuşdur. Qanunun həmin maddəsinə görə, daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyü-nün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar (Qanunun 8.0.1-ci maddəsi), 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri (Qanunun 8.0.5-ci maddəsi) və sair əsas hesab olunur. Həmin Qanunun 10-cu maddəsində hüquqların dövlət qeydiyyatı üçün təqdim edilməli olan sənədlərin siyahısı göstərilmişdir. Bu maddəyə görə, hüquqların dövlət qeydiyyatı bu Qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən və ya notarius vasitəsilə göndərilən ərizəsi əsasında aparılır. Ərizədə hüquq əldə edən fiziki şəxsin soyadı, adı, atasının adı, ünvanı, şəxsiyyətini təsdiq edən sənəd, hüquqi şəxsin isə tam adı, ünvanı, qeydiyyatı haqqında şəhadətnamə, icra hakimiyyəti orqanının tam adı və ünvanı, xahişin məzmunu və əlavə olunan sənədlər göstərilməlidir. Ərizənin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 10.2.1-ci maddəsinin məzmunundan görünür ki, hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan birinin olması kifayətdir. Bu normanın mətninə və məzmununa görə, Qanunun 8-ci maddəsində təsbit olunmuş əsaslardan (sənədlərdən) hər hansı biri təqdim olunduqda, qeydiyyat orqanı əlavə olaraq əsaslardan (sənədlərdən) başqa birinin də təqdim olunmasını tələb etməyə haqlı deyil (Konstitusiya Məhkəməsi Plenumunun “xxxx” Açıq Səhmdar Cəmiyyətinin şikayəti üzrə 4 oktyabr 2016-cı il tarixli Qərarı). Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 4 may tarixli 516 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamənin 3.0.11-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatını rəsmiləşdirmək məqsədi ilə dövlət reyestrindən çıxarış vermək, 3.0.24-ci maddəsinə əsasən tikililərin, o cümlədən binaların, qurğuların, yaşayış və qeyri-yaşayış sahələrinin, fərdi yaşayış və bağ evlərinin, müəssisələrin inventarlaşdırılmasını həyata keçirmək, inventarlaşdırma işlərinin aparılması nəticəsində hüquqların dövlət qeydiyyatı üçün zəruri olan texniki sənədlərin tərtib edilməsini təmin etmək cavabdehin vəzifələrinə aid edilmişdir. Cavabdehin imtina məktubunda ərizəyə müvafiq sənədlərin əlavə edilmədiyi göstərildiyi halda, konkret olaraq həmin sənədlərin adları göstərilməmiş, təqdim edilən sənədlərin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün kifayət etmədiyi isə açıqlanmamışdır. Halbuki, hüquqların dövlət qeydiyyatı üçün zəruri olan texniki sənədlərin tərtib edilməsi cavabdehin vəzifəsidir və cavabdehin etirazda göstərdiyi əsasların həmin vəzifənin icra edilməməsinə əsas kimi qanunvericilikdə nəzərdə tutulmamışdır. Məhkəmə imtina məktubunun ikinci hissəsinə münasibətdə bildirir ki, cavabdeh iddia olunan sahə ilə bağlı digər şəxsə texniki pasportun verildiyini iddia etsə belə, həmin hal məhkəmə icraatı zamanı təkzib olunmuşdur. Belə ki, məhkəmə sorğusu əsasında cavabdehin mütəxəssisləri tərəfindən keçirilmiş yerli baxış zamanı, həmçinin 137 №-li MTK ilə razılaşdırılmış “Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktı”ndan məlum olur ki, ünvan 1 ünvanda yerləşən əmlakın İ-ci mərtəbəsi qarajlardan, İİ-ci mərtəbəsi isə xeyr-şər evindən ibarətdir. İddiaçı tərəfindən iddia olunan qaraj ilə X6 məxsus qarajın üst-üstə halı aşkar olunmamışdır. Hətta, cavabdehin mütəxəssisləri bu halı qəbul edərək, X6 məxsus qarajın soldan beşinci, İddiaçı iddia etdiyi qarajın isə soldan dördüncü olduğunu bildirmişdir. Məhkəmə qeyd edir ki, cavabdehin imtina məktubunda göstərilən hər iki hal üzrə kifayət qədər araşdırma aparılmış, iddiaçının iddia etdiyi qeyri-yaşayış sahəsi üzrə onun ilkin mülkiyyət hüquqları olmuş, həmçinin həmin sahə üzərində hər hansı bir digər üçüncü şəxslərin hüquqları olmamış və üst-üstə düşmə halları aşkar olunmamışdır. “İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 15.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədi ilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Həmin Qanunun 15.2-ci maddəsinə əsasən qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Həmin Qanunun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Həmin Qanunun 19.2-ci maddəsinə əsasən təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Həmin Qanunun 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Qüvvədə olan qanunvericiliyin tələblərini işin faktiki hallarına tətbiq etdikdə məlum olur ki, iddiaçının müraciətindən imtina olunarkən qanunvericilikdə müəyyən olunmuş əsaslardan heç biri qeyd olunmadan, imtina məktubunda yalnız formal mülahizələrə istinad olunmuşdur. İPM-nin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin olunmalı, ünvan 1 binanın həyətində yerləşən qaraja dair iddiaçının adına texniki pasportun tərtib olunaraq iddiaçıya təqdim olunması cavabdeh DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2-ci, 34-cü, 52-ci, 68ci, 69-cu, 85-ci və 110-cu maddələrini rəhbər tutaraq, Məhkəmə
qərara aldı:
İddia təmin olunsun. ünvan 1 binanın həyətində yerləşən qaraja dair İddiaçı adına texniki pasportun tərtib olunaraq, ona təqdim olunması cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Nəriman Abıyev