Məhkəmə qərarları › İş №2-1(112)-2123/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2123/2021

20.05.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2123/2021 20.05.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, İsmayılov Teymur Rauf oğlunun katibliyi, İddiaçı (Bakı şəhərində qeydiyyatdadır, Logistik şirkətində transport üzrə menecer vəzifəsində işləyir) iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı üçüncü şəxslər qismində X6 və X4 göstərilməklə “Bakı şəhəri, Binəqədi rayonu, Goradil bağ massivində yerləşən, 428 saylı bağ sahəsinə 138 saylı order əsasında hüququn mərhum atası X7 məxsus olması haqqında arayışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə” iddia ərizəsi üzrə işə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “Bakı şəhəri, Binəqədi rayonu, Goradil bağ massivində yerləşən, 428 saylı bağ sahəsinə 138 saylı order əsasında hüququn iddiaçının mərhum atası X7 məxsus olması haqqında arayışın verilməsi” vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə” iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhər İcra Hakimiyyəti başçısı Aparatının ünvan 1 ünvanında yaşayan İddiaçı göndərilmiş 22.11.2016-cı il tarixli, M-800- 112 saylı arxiv arayışından məlum olur ki, Bakı şəhər lcra Hakimiyyəti Başçısının 03,06.1993-cü il tarixli, 1053 saylı sərəncamından çıxarışa əsasən Bakı şəhər Sovet İcraiyyə Komitəsinin 14 iyun 1988-ci il 6/333 nömrəli və Azerbaycan SSR Nazirlər Kabinetinin 02 iyun 1988-ci il 195nömrəli qətnaməsinə əsasən, X7 (Görədil BTK 89) fəaliyyətdə olan bağ-tikinti koopertivlərinin tərkibində bağ sahəsi ayrılmışdır. Bağlar Təsərrüfatı İdarəsinin Goradil bağlar sahəsindəki 89 nömrəli kooperativinin X7 göndərdiyi 138 nömrəli orderlə müəyyən edilir ki, Bakı Şəhər İcra Hakimiyyətinin 03.16.1993-cü il tarixli. 1053 nömrəli qərarına əsasən X7 Goradil bağlar sahəsində 89 nömrəli BTK-nın nəzdində 0,12 ha torpaq sahəsi olan 428 nömrəli bağ sahəsi ayrılıb. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin 25.06.2019-cu il tarixli, **********06 saylı bildirişə əsasən göstərilən sahə bağların bölgüsünə dair sxematik xəritəsi ilə uyğunsuzluq təşki etdiyi və 428 saylı bağın bu yerə aiddiyyatı olmadığı, həqiqi yeri göstərilən sahədən 600.0 metr kənarda yerləşdiyi bildirilmişdir. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 47-ci maddəsinə əsasən verilmiş məhkəmə sərəncamı ilə bağlı təqdim etdiyi iddiaya dair etirazında cavabdeh göstərmişdir ki, iddiaçı tərəfindən göstərilən sahə sxematik xəritə ilə uyğunsuzluq təşkil edir, belə ki, 428 saylı bağ sahəsinin göstərilən sahəyə aidiyyəti yoxdur. Əlavə olaraq, elektron baza məlumatlarına əsasən 428 saylı bağ sahəsi iddiaçı tərəfindən göstərilən sahədən 600 m kənarda yerlədiyini və həmin ərazi (428 saylı) dövlət reyestrində qeydiyyatdan keçmədiyi bildirilmişdir. (X:401035, Y:4490298) Göstərilənlərə əsasən iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş edilmişdir. Azərbaycan Respublikasının İPM-nin 2.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia). Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Hazırda iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə verilmiş, iddia müddətinə əməl edilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Аzərbаycаn Rеspublikаsının İPM-nin 62.3-cü mаddəsinə əsаsən iştirаkı оlmаdаn işə bахılmаsının və iş üzrə qərаr qəbul еdilməsinin mümkünlüyü bаrədə хəbərdаr еdilmiş cаvаbdеh və üçüncü şəxslər məhkəmə bахışınа öz nümаyəndələrini göndərməmiş, bunun səbəblərini məhkəməyə bildirməmişlər. Оdur ki, məhkəmə işə cаvаbdеhin və üçüncü şəxslərin iştirаkı оlmаdаn bахmışdır. Məhkəmə iclasında iddiaçı iddia ərizəsində göstərilən məzmunda çıxış edərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iddia ərizəsini nəzərdən keçirərək, iddiaçının izahat və çıxışını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan: Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinə əsasən xx.xx.1976-cı il təvəllüdlü İddiaçı Azərbaycan Respublikasının vətəndaşıdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən iddiaçıya təqdim edilmiş 25.06.2019-cu il tarixli, **********06 nömrəli bildirişində qeyd edilmişdir ki, göstərilən sahə bağların bölgüsünə dair sxematik xəritəsi ilə uyğunsuzluq təşkil edir. Belə ki, 428 saylı bağın bu yerə aidiyyatı yoxdur və həqiqi yeri göstərilən sahədən 600.0 metr kənarda yerləşir. Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyəti Aparatının əhaliyə xidmət, fərdi və bağ evlərinin tikintisi üzrə Bakı İstehsalat İdarəsi Bağlar Təsərrüfatı İdarəsinin 138 nömrəli orderindən görünür ki, Goradil bağlar sahəsində 89 nömrəli BTK nəzdində 0,12 ha torpaq sahəsi olan 428 nömrəli bağ X7 ayrılmışdır. X1 30 saylı notariat kontoru tərəfindən təsdiq edilmiş 29.04.2019-cu il tarixli ərizəsinə əsasən, 12.10.2007-ci il tarixdə vəfat etmiş əri X3 miras qalmış əmlakdan ona çatası vərəsəlik pauını qəbul etməmiş və qəbul etmək fikri olmadığından buraxılmış müddətin bərpası üçün məhkəməyə müraciət etməyəcək; vərəsəlik payı ilə bağlı gələcəkdə heç bir iddiası olmayacaq. X2 30 saylı notariat kontoru tərəfindən təsdiq edilmiş 29.04.2019-cu il tarixli ərizəsinə əsasən, 12.10.2007-ci il tarixdə vəfat etmiş atası X3 miras qalmış əmlakdan ona çatası vərəsəlik pauını qəbul etməmiş və qəbul etmək fikri olmadığından buraxılmış müddətin bərpası üçün məhkəməə müraciət etməyəcək; vərəsəlik payı ilə bağlı gələcəkdə heç bir iddiası olmayacaq. 281887 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X8 12 oktyabr 2007-ci il tarixdə vəfat etmişdir. 166046 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X4 30 yanvar 2021-ci il tarixdə vəfat etmişdir. Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Başçısının Aparatının M-800- 112 nömrəli, 22.Xİ.2016 cı il tarixli arxiv arayışına əsasən, “bağ sahələrinin ayrılması, ada keçirilməsi, bölünməsinə dair ” Bakı şəhər İcra Hakimiyyəti Başçısının 03.06.1993-cü il tarixli, 1053 saylı sərəncamından çıxarışa əsasən, Bakı şəhər Soveti icH Bakı şəhər Soveti İcraiyyə Komitəsinin 14 iyun 1988-ci il 6/333 nömrəli və Azərbaycan SSR Nazirlər Kabinetinin 2 iyun 1988-ci il 195 nömrəli qətnaməsinə əsasən fəaliyyətdə olan bağ-tikinti kooperativlərinin tərkibində Göradil BTK-nin №89 bağ sahəsi X7 ayrılmışdır. Azərbaycan Respublikası Bakı şəhəri Binəqədi rayon Bələdiyyəsinin BRB/M-28 nömrəli, 03.05.2019-cu il tarixli arayışında Goradil 89 nömrəli bağda həqiqətən yaşayış olduğu qeyd edilmişdir. Azərbaycan Respublikası Bakı şəhəri Binəqədi rayon Bələdiyyəsinin BRB/M-28 nömrəli, 03.05.2019-cu il tarixli arayışında qeyd edilmişdir ki, Goradil 89 nömrəli bağa 31.12.2019-cu il tarixədək Binəqədi Bələdiyyəsinin büdcəsinə əmlak və torpaq vergisi üzrə borc yoxdur. Məhkəmə yuxarıda sadalanan sənədlərdən, verilən izahatlardan müəyyən etmişdir ki, Bakı şəhəri, Goradil bağlar sahəsində 89 nömrəli BTK-nın nəzdində olan 428 nömrəli bağ sahəsi iddiaçının atası X7 Bakı şəhər İcra Hakimiyyətinin “Bağ sahələrinin ayrılması , ada keçirilməsi, bölünməsinə dair” 1053 saylı sərəncamı ilə ayrılmışdır, yəni bağ sahəsi iddiaçının atasının istifadəsinə qanuni əsaslarla ayrılmışdır və o, həmin əmlak üzərində qanunvericiliyə əsasən mülkiyyət hüququ əldə etmişdir, lakin həmin hüququ rəsmiləşdirmək üçün müraciət etməmişdir. X8 12.10.2007-ci il tarixdə vəfatı ilə əlaqədar vərəsəsi İddiaçı adına vərəsəlik işi açılmışdır və vərəsələrin dairəsi müəyyən olunmuşdur, X3 miras qalmış Bakı şəhəri, Goradil bağlar sahəsində 89 nömrəli BTK-nın nəzdində olan 428 nömrəli bağ sahəsinə dair hüquqmüəyyənedici sənədin - çıxarışın verilməsi xahiş edilsə də cavabdeh tərəfindən müraciət təmin edilməmişdir, imtina onunla əsaslandırılmışdır ki, bağ sahəsi bağların bölgüsünə dair sxematik xəritəsi ilə uyğunsuzluq təşkil edir, belə ki göstərilən sahə 428 saylı bağ sxematik xəritəyə əsasən göstərilən sahədən 600 metr kənarda yerləşir. Odur ki, iddiaçı hazırki iddia ilə məhəməyə müraciət etmişdir. Məhkəmə iddiaçını aşağıda göstərilənlərə görə öz tələbində haqlı hesab edir: Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır, 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir, İİ hissəsinə əsasən hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın, İİİ hissəsinə əsasən hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır, İV hissəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanunun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanısahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatı idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Azərbaycan Respublikası Prezidentinin 10.01.1997-ci il tarixli, 534 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında” Əsasnamənin 6-cı bəndinə görə bağ sahələrinin torpaqları özəlləşdirilərkən onların üzərindəki tikililər, ağaclar və digər obyektlər də əvəzsiz olaraq bağ sahiblərinin xüsusi mülkiyyətinə keçir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139-1.1-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur:..139-1.1.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər;.. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasinin Qanununun 8.0-ci maddəsində deyilir: Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur:..8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1159.1-ci maddəsinə əsasən Qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). Həmin Məcəllənin 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Həmin Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 22.2-ci maddəsində qeyd olunmuşdur: “Müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir”. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 5 oktyabr tarixli 319 nömrəli qərarı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında” təlimatın 7.2-ci bəndinə əsasən Qanunun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş şəxs bu əmlak barədə məlumatın dövlət reyestrinə daxil edilməsi və (və ya) onun üzərində hüquqların dövlət qeydiyyatına alınması üçün zəruri sənədlərlə ərazi idarəsinə müraciət etmədən öldükdə, həmin sənədlər onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələri tərəfindən təqdim edildikdə, bu Təlimatın 7.1-ci bəndində göstərilən qaydada elektron çıxarış tərtib edilir. Həmin təlimatın 7.1-ci bəndinə əsasən Qanunun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş şəxs ərazi idarəsinə müraciət etdiyi halda, daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə reyestrdən çıxarış (bundan sonra - çıxarış) almadan vəfat etdikdə, onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələrinin müraciəti əsasında vəfat etmiş şəxsin adına elektron çıxarış tərtib edilir. İddiaçının atası vəfat edənə qədər qanuni əsaslarla mübahisəli bağın torpaq sahəsi üzərində mülkiyyət hüququnu əldə etdiyi, lakin həmin hüququ təsdiq edən çıxarış almadan öldüyi üçün yuxarıda qeyd edilən normalara əsasən qanun üzrə vərəsə olan iddiaçının qanunvericiliyə əsasən qeyd edilən bağ sahəsinin üzərində vəfat etmiş atası Mirzəyev Faiq Əhməd oğlunun adına çıxarış tərtib edilərək verilməsini cavabdehdən tələb etmək hüququ mövcuddur. Cavabdehin daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə bildirişində göstərdiyi- bağın bağların bölgüsünə dair sxematik xəritəsi ilə uyğunsuzluq təşkil edilməsi barədə birldirdiklərinə gəldikdə isə məhkəmə qeyd edir ki, cavabdeh göstərdiyi halları təsdiq edən sənədləri təqdim etməmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1.dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2.hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3.hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4.daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5.daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6.bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Məhkəmə hesab edir ki, iddiaçının torpaq sahəsinə mülkiyyət hüquqlarının qeydiyyata alınması və bu barədə reyestrdən çıxarşın verilməsindən cavabdeh DƏDRX 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən imtina olunması qanuna ziddir və həmin imtina bir mülkiyyətçi olaraq onun (iddiaçının) hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. İş materiallarından göründüyü kimi cavabdehin daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtinasında göstərilən əsasların heç biri də “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15.1ci maddəsində göstərilməmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Sözügedən Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə yuxarıda göstərilən bütün hallara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, Bakı şəhəri, Binəqədi rayonu, Goradil bağ massivində yerləşən, 428 saylı bağ sahəsinə 138 saylı order əsasında hüququn iddiaçının mərhum atası X7 məxsus olması haqqında arayışın İddiaçı verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmalıdır. Аzərbаycаn Rеspublikаsının İnzibаti-Prоsеssuаl Məcəlləsinin 110.1-ci mаddəsinə əsаsən, prоsеssuаl хərclər ödənilmiş tələblərə münаsib оlаrаq işdə iştirаk еdən şəхslərə аid еdilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə-vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İPM-nin 2-ci, 34-cü, 68ci,69-cu, 85-ci, 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia tələbi təmin edilsin. Bakı şəhəri, Binəqədi rayonu, Goradil bağ massivində yerləşən, 428 saylı bağ sahəsinə 138 saylı order əsasında hüququn iddiaçının mərhum atası X7 məxsus olması haqqında arayışın İddiaçı verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Miminat Hacıbəyova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar