Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2123/2024 01.07.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, Qurbanlı Elnur Qubad oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı mənzilə dair mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması vəzifəsinin cavabdehə həvalə edilməsi tələbinə dair inzibati işə üçüncü şəxs qismində Azərbaycan Respublikasının Müdafiə Nazirliyi cəlb edilməklə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İ. Mübahisənin predmeti
1. İddiaçı Bakı İnzibati Məhkəməsində cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia qaldıraraq “Bakı şəhəri, Xətai rayonu, Gəncə prospektində yerləşən 77 saylı evin 30-cu mənzilinə dair mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması vəzifəsinin cavabdehə həvalə edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. 2.İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, uzun illər Xabarovsk vilayətinin, Xabarovsk şəhərində hərbi hissədə xidmət etmiş, 1990-cı ildə Azərbaycan Respublikasına gəldikdə burada xidmət etdiyi hərbi hissədən onun istifadəsinə və faktiki sahibliyinə hazırki Yasamal Rayon İcra Hakimiyyətinin (keçmiş Oktyabr RXDS İK-nin) 11 iyun 1990-cı il tarixli, 030254 nömrəli orderi ilə Bakı şəhəri, Xətai rayonu, Gəncə prospektində yerləşən 77 saylı evin 30-cu mənzil verilmişdir. Artıq uzun illərdir ki, həmin mənzildə pasport qeydiyyatındadlr və ailə üzvləri ilə birlikdə yaşayır. Lakin dəfələrlə rəsmi olaraq Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə çıxarışın verilməsinə dair müraciət etsə də, hər dəfə müxtəlif cavablarla çıxarışın verilməsindən imtina edilmişdir. Sonuncu dəfə xx.xx.2018-ci il tarixdə çıxarışın verilməsinə dair etdiyi rəsmi müraciətiə aşağıdakı cavab verilmişdir: “aparılan araşdırmalar zamanı məlum olmuşdur ki, təqdim edilmiş hüquqmüəyyənedici sənədlər arasında olan Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialı tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli, Ş-184 saylı arayışa əsasən arxiv sənədləri arasında Yasamal rayon İcra Hakimiyyəti tərəfindən verilmiş xx.xx.1990-cı il tarixli, 030254 nömrəli orderin verilməsinə əsas olmuş xx.xx.1990-cı il tarixli 6/1 saylı qərarı mövcuddur.Lakin sözügedən qərarda vətəndaş İddiaçı barəsində heç bir məlumat yoxdur. Bu səbəbdən “ərizənin icrası mümkün olmamışdır”. İmtinada qeyd olunan xx.xx.1990-cı il tarixli 6/1 saylı qərarda onun adı ona görə göstərilməmişdir ki, iddiaçı məhz Xabarovsk şəhərindəki hərbi hissə tərəfindən verilmiş xidməti mənzilini, Bakı şəhəri, Xətai rayonu. Gəncə prospektindəki 77 saylı evin 30-cu mənzilinə dəyişdirmişdir. Bu səbəbdən göstərilən qərarda məhz onun adının qeyd olunmaması o demək deyildir ki, 11 iyun 1990- cı il tarixli 030254 saylı Order ilə verilmiş mənzil ona məxsus deyildir. İddia ərizəsinə əlavə edilən Rusiya Federasiyasının Müdafiə Nazirliyinin arxiv arayışında iddiaçının xidmətdə olduğu illər öz əksini tapmışdır. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. 3.Cаvаbdеh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47ci maddəsinə uyğun qaydada iddiaya dair etirazını təqdim edərək bildirmişdir ki, iddiaçı tərəfindən “Mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə uyğun olaraq həmin mənzil sahəsinə (evə) hüququ olan 18 yaşı tamam olmuş, həmçinin müvəqqəti olaraq başqa yerə getməsi ilə əlaqədar mənzil sahəsinə (evə) hüququ saxlanılan şəxslərin notarial qaydada təsdiqlənmiş razılıq ərizələri və mənzilə (evə) hüququ olan şəxslər və mənzilin (evin) kommunal-məişət vəziyyəti barədə mənzil istismar təşkilatının arayışı təqdim edilməmişdir. İddiaçının xx.xx.2018-ci il tarixdə idarəyə müraciəti zamanı təqdim edilmiş Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialı tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli Ş-184 saylı arayışa əsasən arxiv sənədləri arasında Yasamal Rayon İcra Hakimiyyəti tərəfindən verilmiş xx.xx.1990-cı il tarixli 030254 nömrəli orderin verilməsinə əsas olmuş xx.xx.1990-cı il tarixli 6/1 saylı qərarı mövcuddur. Lakin sözügedən qərarda vətəndaş İddiaçı barəsində heç bir məlumat yoxdur.Cavabdeh göstərilənlərə əsasən iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir.
İİ.İddianın növü və mümkünlüyü
4.Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. 5.Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. 6.Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 7.Hazırda iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə verilmiş, iddia müddətinə əməl edilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur.
İİİ.Mübahisə ilə bağlı işin faktiki vəziyyəti. 8.Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia ərizəsində göstərilən məzmunda izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. 9.İddaçı tərəfindən məhkəməyə təqdim edilmiş: Cavabdehin imtina məktubunda göstərilmişdir ki, təqdim edilmiş hüquqmüəyyənedici sənədlər arasında olan Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı filialı tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli, Ş-184 saylı arayışa əsasən arxiv sənədləri arasında Yasamal rayon İcra Hakimiyyəti tərəfindən verilmiş xx.xx.1990-cı il tarixli, 030254 nömrəli orderin verilməsinə əsas olmuş xx.xx.1990-cı il tarixli, 6/1 nömrəli qərar mövcuddur, lakin sözügedən qərarda İddiaçı barədə heç bir məlumat olmadığı üçün iddiaçının Bakı şəhəri, Xətai rayonu, Gəncə prospektində yerləşən 77 saylı evin 30-cu mənzilinə dair mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasından imtina edilmişdir; Yaşayış yeri üzrə qeydiyyat haqqında arayışa əsasən iddiaçı və ailə üzvləri Bakı şəhəri, Xətai rayonu, Gəncə prospektində yerləşən 77 saylı evin 30-cu mənzilində qeydiyyatdadırlar; 11 iyun 1990-cı il tarixli, 030254 nömrəli orderdən görünür ki, SSR Müdafiə Nazirliyinin mənzil fonduna aid olan Bakı şəhəri, Əhmədli qəsəbəsi, 829-cu məhəllə ünvanda yerləşən 77 nömrəli evin 3-cü mərtəbəsində yerləşən 29,01 kv.m olan 2 otaqlı 30 nömrəli mənzil ailə tərkibi göstərilməklə iddiaçıya verilmişdir Rusiya Federasiyasının Müdafiə Nazirliyinin xx.xx.2022-ci il tarixli arxiv arayışına əsasən İddiaçı xx.xx.1990-cı ildə N №li hərbi hissədə starşina vəzifəsinə təyin edilmişdir, 1992-ci ildə Azərbaycan Milli Ordusuna keçən zabit və praporşiklərin siyahısında İddiaçı göstərilmişdir, N №li hərbi hissənin Bakı şəhərində yerləşməsi qeyd edilmişdir. Bakı İnzibati Məhkəməsinin icraatında olmuş 2-1(112)-4014/2020 nömrəli inzibati iş üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin təqdim etdiyi iddia ərizəsinə (iddiaçının eyni mənzillə bağlı verdiyi) münasibətindən görünür ki, Bakı şəhəri, Gəncə prospekti, ev 77, mənzil 30 İddiaçı və ailəsinin istifadəsinə verilmişdir.Orderin verilməsi üçün təsdiq edilmiş siyahılar Müdafiə Nazirliyi tərəfindən Bakı şəhəri, Yasamal rayon İcra Hakimiyyətinə göndərilir.Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyətinin xx.xx.1990-cı il tarixli, 6/1 nömrəli sərəncamı ilə İddiaçı xx.xx.1990-cı il tarixli, 030254 nömrəli order verilmişdir.Həmin order əsasında İddiaçı ailəsi ilə birlikdə Bakı şəhəri, Gəncə prospekti, ev 77, mənzil 30-a köçmüşdür.
İV. Məhkəmənin mövqeyi
10.Məhkəmə, iddiaçının vəkilinin və nümayəndəsinin izahat və çıxışını dinləyərək, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi əsaslıdır. 11.«Аzərbаycаn Rеspublikаsındа mənzil fоndunun özəlləşdirilməsi hаqqındа» Аzərbаycаn Rеspublikаsının Qаnununun 1-ci maddəsinə əsasən dövlət və ictimai mənzil fondunun mülkiyyətçisi ilə mənzil kirayə müqaviləsi bağlamış Azərbaycan Respublikasının vətəndaşlarının habelə vətəndaşlığı olmayan şəxslərin yaşadıqları mənzilləri (evləri) bu Qanunla müəyyən edilmiş şərtlərlə və qaydada əvəzsiz olaraq şəxsi mülkiyyətinə keçirmək hüququ vardır. Həmin Qanunun 2-ci mаddəsinə əsаsən, bu Qanun Azərbaycan Respublikasında dövlət mənzil fondunun özəlləşdirilməsi şərtlərini və qaydasını, habelə ictimai mənzil fondunun özəlləşdirilməsinə dair əsas müddəaları müəyyən edir. Həmin Qanunun 3-cü maddəsinə əsasən mənzil fondunun özəlləşdirilməsinin əsas prinsipləri aşağıdakılardır:mənzillərin özəlləşdirilməsinin tam könüllülüyə əsaslanması;mənzillərin (evlərin) özəlləşdirilməsinin pulsuz olması;yaşadıqları mənzillərin bu Qanunda müəyyən edilmiş şərtlər və qaydalarla mülkiyyətə verilməsini tələb etmək barəsində vətəndaşların hüququnun təmin olunması;özəlləşdirmənin aşkarlığı, özəlləşdirmə üzərində dövlət nəzarəti və ictimai nəzarət. Həmin Qanunun 4-cü maddəsinə əsasən dövlət mülkiyyətində, habelə ictimai mülkiyyətdə olan mənzil fonduna məxsus yaşayış evlərindəki mənzillərin (evlərin) özəlləşdirilməsi, vətəndaşların müraciətləri əsasında bu Qanunun 9-cu maddəsində göstərilən qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Həmin Qanunun 5-ci maddəsinə əsasən mənzillər (evlər), özəlləşdirilməsi üçün müraciət edilən anda mənzil kirayə müqaviləsində göstərilmiş və kirayəçi ilə birlikdə faktiki yaşayan onun yetkinlik yaşına çatmış ailə üzvlərinin razılığı ilə onlardan birinin mülkiyyətinə və ya bir neçəsinin və yaxud bütün ailə üzvlərinin ümumi (paylı, birgə) mülkiyyətinə verilə bilər. Həmin Qаnunun 8-ci mаddəsinə əsаsən, “Vətəndaş yaşadığı mənzili (evi) özəlləşdirmək barədə müvafiq icra hakimiyyəti orqanına verdiyi ərizəyə aşağıdakı sənədləri əlavə etməlidir:mənzili özəlləşdirməyə razılıqları barədə ərizəçi ilə birlikdə yaşayan həmin mənzil sahəsinə (evə) hüququ olan 18 yaşı tamam “olmuş, həmçinin müvəqqəti olaraq başqa yerə getməsi ilə əlaqədar mənzil sahəsinə (evə) hüququ saxlanılan şəxslərin ərizəsi;mənzilə (evə) hüququ olan şəxslər və mənzilin (evin) kommunal-məişət vəziyyəti barədə mənzil istismar təşkilatının arayışı (2 №-li forma); mənzil sahəsinin orderi və ya mənzil kirayə müqaviləsi, yaxud onun verilməsinə dair sərəncam. Mənzili özəlləşdirmək üçün müraciət etmiş vətəndaşdan göstərilən sənədlərdən əlavə sənədlər tələb edilə bilməz.” Həmin Qanunun 9-cu mаddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanı yaşadığı mənzili (evi) özəlləşdirmək istəyən vətəndaşın ərizəsi daxil olduğu gündən on iş günü müddətində (ərizənin sürətləndirilməklə icra edildiyi hallar istisna olmaqla) həmin mənzilin (evin) vətəndaşın xüsusi mülkiyyətinə verilməsi barədə dövlət qeydiyyatını həyata keçirir, vətəndaşın mənzilə (evə) mülkiyyət hüququnun əmələ gəlməsini daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirib hüquq sahibinin istəyi əsasında həmin çıxarışı kağız formada təqdim edir, yaxud elektron imza ilə təsdiqləməklə “Elektron Hökumət” portalında yerləşdirərək hüquq sahibinin elektron üsulla əldə etməsi imkanını təmin edir və müvafiq yerli icra hakimiyyəti, habelə vergi xidməti orqanına bildiriş göndərir. Vətəndaş saxta sənədlər, təqdim etdikdə, yaxud yaşadığı mənzil (ev) mübahisəli olduqda müvafiq icra hakimiyyəti orqanı mənzilin özəlləşdirilməsindən imtina edir. Belə hallarda vətəndaşın mənzilə (evə) mülkiyyət hüququnun dövlət qeydiyyatından əsaslandırılmış imtina barədə ərizəçiyə 5 gün müddətində bildiriş göndərilir.
12. İş mаtеriаllаrındаn göründüyü kimi, iddiаçının hazırda ailə üzvləri ilə birlikdə yaşadığı və onun adına özəlləşdirilməsini tələb etdiyi mənzil 11 iyun 1990-cı il tarixli, 030254 saylı order əsasında iddiaçının və ailəsinin istifadəsinə verilmişdir, həmin vaxtdan iddiaçı ailəsi ilə birlikdə qeyd edilən mənzildə yaşayır və qeydiyyatdadır, mənzildən istifadə edir, mənzil iddiaçıya daimi yaşayış üçün verilmişdir. Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Bakı İnzibai Məhkəməsinin 2-1(112)-4014/2020 nömrəli inzibati iş üzrə təqdim etdiyi iddia ərizəsinə münasibətindən görünür ki, Bakı şəhəri, Gəncə prospekti, ev 77, mənzil 30 İddiaçı və ailəsinin istifadəsinə verilmişdir.Orderin verilməsi üçün təsdiq edilmiş siyahılar Müdafiə Nazirliyi tərəfindən Bakı şəhəri, Yasamal rayon İcra Hakimiyyətinə göndərilmişdir və qeyd edilən İcra Hakimiyyətinin xx.xx.1990-cı il tarixli, 6/1 nömrəli sərəncamı ilə İddiaçı xx.xx.1990-cı il tarixli, 030254 nömrəli order verilmişdir. 13.Məhkəmə hesab edir ki, hazırki mənzil iddiaçının və ailəsinin qanuni istifadəsində olduğu, lakin iddiaçı bu günə qədər mənzili özəlləşdirmək hüququndan istifadə etmədiyi, eyni zamanda mənzil iddiaçının daimi istifadəsinə verildiyi üçün, mənzilin verilməsinə dair daimi order iddiaçının adına verildiyi üçün məhz Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 146.1-ci “Bu Məcəllə qanuni qüvvəyə minən günədək “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının 26 yanvar 1993-cü il tarixli Qanununa əsasən dövlət mənzil fondunun mənzillərini özəlləşdirmək hüququ olan şəxslər öz hüquqlarını saxlayır” maddəsinin müddəalarına əsasən hazırda sahibliyində olan mənzili “Аzərbаycаn Rеspublikаsındа mənzil fоndunun özəlləşdirilməsi hаqqındа» Аzərbаycаn Rеspublikаsının Qаnununun tələblərinə əsasən özəlləşdirmək hüququ vardır. Cavabdehin iddia tələbinə etirazında göstərilənlərə münasibətdə məhkəmə qeyd edir ki, iddiaçının özəlləşdirmək istədiyi mənzil başqa bir şəxsin istifadəsinə verilmədiyi və başqa bir şəxsin mülkiyyətində olmadığı üçün mənzili özəlləşdirmə hüququ verən daimi order iddiaçının adına olduğundan orderin verilməsi üçün əsas olmuş qərarda iddiaçının adının göstərilməməsi iddianın təmin edilməməsi üçün əsas ola bilməz.Belə ki, “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun 8-ci maddəsində birmənalı şəkildə göstərilmişdir ki, mənzil özəlləşdirilən zaman vətəndaşdan mənzilə dair order və ya mənzil kirayə müqaviləsi, yaxud onun verilməsinə dair sərəncam tələb edilir.Belə olduğu halda qeyd edilən 3 sənəddən birinin təqdim edilməsini qanunverici kifayət hesab etmişdir ki, həmin 3 sənəddən biri (mənzilin orderi) iddiaçı tərəfindən cavabdehə təqdim edilmişdir.Qeyd edilən normada mənzili özəlləşdirmək üçün müraciət etmiş vətəndaşdan göstərilən sənədlərdən əlavə sənədlərin tələb edilməsinin qadağan olması imperativ şəkildə göstərilmişdir. Məhkəmə hesab edir ki, cavabdehin o zaman haqlı hesab oluna bilərdi ki, mənzilin orderində iddiaçının adı göstərilsə də cavabdehin istinad etdiyi rayon icra hakimiyyətinin qərarında başqa bir şəxsin adı göstərilmiş olardı, lakin belə bir halın olması hal-hazırda işə baxılan zaman müəyyən edilməmişdir. 14.«Dаşınmаz əmlаkın dövlət rеyеstri hаqqındа» Аzərbаycаn Rеspublikаsının Qаnununun 2.1.-ci mаddəsinə əsаsən, dаşınmаz əmlаkа mülkiyyət və digər əşyа hüquqlаrının dövlət qеydiyyаtı (bundаn sоnrа – hüquqlаrın dövlət qеydiyyаtı) Аzərbаycаn Rеspublikаsının Mülki Məcəlləsinə uyğun оlаrаq dаşınmаz əmlаkа hüquqlаrın əmələ, məhdudlаşdırılmаsının (yüklülüyünün) bаşqаsınа kеçməsinin və bu hüquqlаrа хitаm vеrilməsinin dövlət tərəfindən tаnınmаsı və təsdiq еdilməsi bаrədə hüquqi аktdır. 15.“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8.0.11-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı cavabdehin vəzifələrinə aiddir. 16.«İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Həmin Qanunun 15.2-ci maddəsinə əsasən qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Həmin Qanunun 24-cü maddəsində göstərilir: 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur.24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz.24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir.24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur.
17. Cavabdeh inzibati orqan iddiaçının xeyrinə olan halları - iddiaçıya mənzildən daimi istifadə hüququ verən orderin olmasını, həmin mənzildə iddiaçının və ailə üzvlərinin 1990cı ildən yaşamalarını, mənzilin başqa şəxslərin istifadəsində və mülkiyyətində olmamasını nəzərə almaqdan imtina etmiş, cavabdeh onun üzərinə qoyulmuş öhdəlikləri icra etməmiş, iddiaçının müraciətini təmin etməkdən əsassız imtina etməklə “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərini pozmuşdur. 18.Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə”nin 3.0.11-ci bəndinə əsasən hüquqların dövlət qeydiyyatını rəsmiləşdirmək məqsədi ilə dövlət reyestrindən çıxarış vermək Xidmətin vəzifələri sırasına daxildir.
19. Azərbaycan Respublikası İqtisadiyyat nazirinin 28 oktyabr 2021-ci il tarixli F-144 nömrəli əmri ilə təsdiq edilmiş “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin Nizamnaməsi”nin 3.1.4-cü bəndinə əsasən hüquqların dövlət qeydiyyatı haqqında ərizəni və ərizəyə əlavə olunan sənədləri qəbul etmək, təqdim edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunu yoxlamaq, bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmadığını müəyyən etmək, hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatının dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlər yazmaq və dövlət reyestrinə müvafiq məlumatlar daxil etmək; 25.Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə”nin 3.0.11-ci bəndinə əsasən hüquqların dövlət qeydiyyatını rəsmiləşdirmək məqsədi ilə dövlət reyestrindən çıxarış vermək Xidmətin vəzifələri sırasına daxildir.
20. Azərbaycan Respublikası İqtisadiyyat nazirinin 28 oktyabr 2021-ci il tarixli F-144 nömrəli əmri ilə təsdiq edilmiş “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin Nizamnaməsi”nin 3.1-ci bəndinə əsasən hüquqların dövlət qeydiyyatı haqqında ərizəni və ərizəyə əlavə olunan sənədləri qəbul etmək, təqdim edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunu yoxlamaq, bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmadığını müəyyən etmək, hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatının dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlər yazmaq və dövlət reyestrinə müvafiq məlumatlar daxil etmək DƏDKR-in vəzifələrinə aid edilmişdir. 21.Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Sözügedən Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 22.Məhkəmə yuxarıda göstərilən bütün hallara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğu üçün təmin edilməli, Bakı şəhəri, Xətai rayonu, Gəncə prospektində yerləşən 77 saylı evin 30-cu mənzilinə dair İddiaçı mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması vəzifəsi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmalıdır. 23.Azərbaycan Respublikiasının İnzibati Prosessual Məcəlləsinin 110.1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə tərəflər dövlət rüsumu ödəməkdən azad olunurlar. 24.Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İPM-nin 2,34, 68,69, 85,110-cu maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
İddia tələbi təmin edilsin. Bakı şəhəri, Xətai rayonu, Gəncə prospektində yerləşən 77 saylı evin 30-cu mənzilinə dair İddiaçı mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması vəzifəsi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.
Hakim Miminat Hacıbəyova