Məhkəmə qərarları › İş №2-1(112)-2124/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2124/2024

05.03.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2124/2024 05.03.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı “ünvanlı sosial yardımın bərpa edilməsi və ödənilməmiş aylar üçün ödənilməsi” tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi X4 Ağa qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı “ünvanlı social yardımın bərpa edilməsi və ödənilməmiş aylar üçün ödənilməsi” tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (ünvan: ünvan 1axaraq, aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İşin halları

1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı xx.xx.2023-cü il tarixindən VEMTAS tərəfindən 1 (bir) il müddətinə məhdudlaşdırılan sosial yardım almaq hüququnun bərpa edilməsi, ödənilməmiş aylar üçün nəzərdə tutulmuş ünvanlı dövlət sosial yardımın ona ödənilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, ünvanlı sosial yardım almaq məqsədilə xx.xx.2022-ci il tarixində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət etmişdir. Belə ki, xx.xx.2022-ci il tarixində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin ünvanlı yardım” (VEMTAS) altsistemində xx.xx.2022-ci il tarixli, **********31003 nömrəli elektron müraciəti təsdiq olunmuşdur. Onu da qeyd edir ki, tərəfindən edilmiş müraciət əsasında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 5 fevral tarixli, 37 nömrəli qərarı ilə təsdiq olunmuş “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları”nın 3.1-ci bəndinə uyğun olaraq VEMTAS tərəfindən ailələrinə xx.xx.2023-cü il tarixindən 510.48 (beş yüz on manat qırx səkkiz qəpik) manat məbləğində sosial yardımın təyin olunması barədə qərar çıxarılmışdır. Nəzərə çatdırılmışdır ki, xx.xx.2023-cü il tarixindən etibarən, ailələrinə xx.xx.2023-cü il tarixindən təyin olunmuş 510.48 (beş yüz on manat qırx səkkiz qəpik) manat məbləğində sosial yardımın ödənilməsi dayandırılmışdır. Bununla bağlı xx.xx.2023-cü il tarixdə tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dayanaqlı və Operativ Sosial Təminat Agentliyi pııblik hüquqi şəxsinə 3-17-7/1-Q- 28726/2023 saylı ərizə ilə müraciət edilmişdir. Ona təqdim edilmiş 18 iyul 2023-cü il tarixli, 3-1 7-7/2-Q-28053/2023 saylı məktuba əsasən, ailələrinin sosial yardım almaq hüququ “ailənin istifadəsində nəqliyyat vasitəsinin olması" səbəbi göstərilməklə “Ünvanlı dövlət sosial yardımı haqqında" Azərbaycan Respublikası Qanununun 10.4-cü maddəsinə əsasən xx.xx.2023-cü il tarixindən VEMTAS tərəfindən 1 (bir) il müddətinə məhdudlaşdırıldığı qeyd olunmuşdur. Ailələrində əmək fəaliyyəti ilə məşğul olan yeganə şəxs odur və əmək haqqının mimumum məbləğlə hesablandığı nəzərə alınsa, əsas gəlir mənbəyi onlara təyin olunan sosial yardım ödənişi olmuşdur. Belə ki, gündəlik zəruri ehtiyaclarının ödənilməsi, kommunal xərclərinin ödənilməsi öhdəliklərinin yerinə yetirilməsi, ailəsinin saxlanılmasının təmin edilməsi məhz sosial yardımın hesabına həyata keçirilirdi. Sosial yardımın xx.xx.2023-cü il tarixindən VEMTAS tərəfindən 1 (bir) il müddətinə məhdudlaşdırılmasından sonra onlar öz zəruri xərclərini belə ödəyə bilmirlər. Bu da, onların çoxsaylı problemlərlə qarşılaşmalarına səbəb olur. Odur ki, xx.xx.2023-cü tarixindən VEMTAS tərəfindən 1 (bir) il müddətinə məhdudlaşdırılan sosial yardım almaq hüquqlarının bərpa edilməsi, ödənilməmiş aylar üçün nəzərdə tutulmuş ünvanlı dövlət sosial yardımın onun xeyrinə ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsinin məqsədəmüvafıq olduğunu hesab edir. Bu səbəbdən, pozulmuş hüquqlarının bərpa edilməsi üçün məhkəməyə müraciət etmək qərarına gəlmişdir.

Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri

3. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinin tələblərinə əsasən iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətlərinin cavabdehə təqdim edilməsi barədə sərəncam təqdim edilərək iddiaya qarşı yazılı münasibətin (etirazın) bildirilməsi tələb olunmuş, cavabdeh tərəfindən iddia ərizəsinə qarşı yazılı etiraz təqdim edilərək iddianın əsassız hesab edilməklə təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir.

4. Etiraza əsasən, İddiaçı ailəni təmsil edən şəxs qismində ünvanlı dövlət sosial yardımı almaq hüququnun müəyyən edilməsi ilə bağlı xx.xx.2023-cü il tarixli **********31003 nömrəli ərizə ilə VEMTAS-a müraciət etmişdir. Həmin müraciətə “Ünvanlı dövlət sosial yardımı” haqqında Azərbaycan Respublikası Qanununa və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 5 fevral tarixli 37 nömrəli Qərarı ilə təsdiq olunmuş “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları”na uyğun olaraq baxılmış və Dövlət Sosial Müdafiə Fondunun Maddi-məişətin müayinəsi üzrə mərkəzi filialı tərəfindən aparılmış maddi-məişət şəraitinin müayinəsi nəticəsində ailəyə xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək 510,48 manat məbləğində ÜDSY təyin olunmuşdur. Nəzərə çatdırılır ki, təyinatda olan işlər üzrə ailə üzvlərinin istifadəsində və ya mülkiyyətində nəqliyyat vasitəsinin olması səbəbilə tarana biləcək artıq ödəmə hallarının qarşısının alınması məqsədilə mütəmadi olaraq Azərbaycan Respublikası Daxili İslər Nazirliyinin Bas X3 İdarəsinə (BDYPİ) müvafiq sorğular göndərilir. Belə ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bas X3 İdarəsindən Mərkəzi Filiala daxil olmuş xx.xx.2023-cü il tarixli 3-13-16/2-57407/2023 nömrəli sorğunun cavabında ÜDSY alan ailənin üzvü İddiaçı xx.xx.2019-cu il tarixdən xx.xx.2023-cü il tarixədək **-VT-*** dövlət qeydiyyat nişanlı “HYUNDAİ SONATA” markalı nəqliyyat vasitəsindən etibarnamə əsasında istifadə hüququnun olması müəyyən edilmişdir. Bu səbəblə “Ünvanlı dövlət sosial yardımı” haqqında Azərbaycan Respublikası Qanununa və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 5 fevral tarixli 37 nömrəli Qərarı ilə təsdiq olunmuş “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları”na uyğun olaraq ünvanlı dövlət sosial yardımın ödənilməsi xx.xx.2023-cü il tarixdə dayandırılmışdır. Belə ki, “Ünvanlı Dövlət Sosial Yardımı” haqqında Qanunun 10.2-ci maddəsinə əsasən sosial yardım təyin edildikdən sonra ailənin gəlirlərində dəyişiklik baş verdikdə, sosial yardım alan ailə bu barədə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) 15 (on beş) iş günü müddətində məlumat (müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya ehtiyatlarından və sistemlərindən əldə olunan məlumatlar istisna olmaqla) verməlidir. Bundan başqa Qanunun 10.3-cü maddəsində qeyd olunmuşdur ki, bu Qanunun 10.2-ci maddəsində göstərilən halda, həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya ehtiyatlarından və sistemlərindən əldə olunan məlumatlar (müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsis etdiyi təqaüdlərin, sosial müavinətlərin məbləğinin, əmək pensiyasının minimum məbləğinin və minimum aylıq əməkhaqqının məbləğinin artırılması, əmək pensiyalarının indeksləşdirilməsi və seçilmiş özünüməşğulluq istiqamətinin təşkili üçün verilmiş əmlak barədə məlumatlar istisna olmaqla) əsasında sosial yardımın dayandırılmasına və ya məbləğinin dəyişdirilməsinə səbəb ola biləcək hallar aşkarlandıqda, sosial yardımın ödənişi dayandırılır və ailənin sosial yardım almaq hüququna yenidən baxılır. Eyni zamanda Qanunun 10.4-cü maddəsində göstərilmişdir ki, ailənin sosial yardım almaq hüququna baxılma zamanı sosial yardımın təyin olunmasına və ya məbləğinin dəyişdirilməsinə səbəb ola biləcək hallar barədə (ailənin tərkibi, əmlakı və gəliri haqqında) düzgün olmayan və ya natamam məlumat verildiyi aşkar olunduqda və yaxud bu Qanunun 10.2-ci maddəsinin tələbi pozulduqda, həmin ailə 1 (bir) il müddətinə sosial yardım almaq hüququnu itirir. Həmin normaya əsasən ailənin sosial yardım almaq hüququ 1 (bir) il müddətinə məhdudlaşdırılmışdır. Bununla baqlı olaraq bildirirlər ki, Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 11 aprel tarixli, 564 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınar əmlakın rəsmi reyestrləri, onların tərtib edilməsi və aparılması” Qaydaları qəbul edilmişdir. İstinad olunan Qaydaların 1.2-ci bəndində əsasən reyestrlərin tərtib edilməsi və aparılması hər bir növ daşınar əmlak, onun əmələ gəlməsi (istehsalı), həmin əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi, məhdudlaşdırılması (yüklənməsi), başqasına keçməsi və bu hüquqlara xitam verilməsi barəsində məlumatların reyestrlərə daxil edilməsindən, bu məlumatların təzələnməsindən və ya silinməsindən ibarətdir. İstinad olunan Fərmanla daşınar əmlakın rəsmi reyestrlərində qeydiyyata alınan əmlak növlərinin və onların qeydiyyatını aparan inzibati orqanların siyahısı müəyyən edilmişdir ki, həmin siyahının 2-ci sıra sayında hüquqi və fiziki şəxslərə məxsus olan (Azərbaycan Respublikası Silahlı Qüvvələrindən və digər birləşmələrdən başqa) və mühərrikinin işçi həcmi 50 kubsantimetr və daha çox, yaxud konstruktiv maksimal surəti saatda 50 kilometrdən artıq olan bütün tipli, markalı, modelli mexaniki nəqliyyat vasitələri, onların qoşquları və yarımqoşqularının Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyində rəsmi reyestrinin aparılması təsbit edilmişdir. Beləliklə, tərəflərindən iddiaçının istifadəsində olduğu aşkar edilən nəqliyyat vasitəsi rəsmi reyestri aparılan daşınar əmlak olduğundan həmin əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının mövcud olub-olmaması yalnız rəsmi reyestr məlumatlarına istinad edilməklə müəyyən edilə bilər. Başqa sözlə “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları”nın 3.7.4-cü bəndində ailənin mülkiyyətində və ya istifadəsində nəqliyyat vasitəsi olmasının nəzərdə tutulması faktiki istifadə ilə bərabər, məhz əşya hüququ baxımından, hüquqmüəyyənedici sənədə istinad olunmaqla əmlak hüquqlarının mövcud olub-olmamasını nəzərdə tutur. Bundan başqa Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139-cu maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar həmin Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Daşınar əmlaka hüquqlar yalnız qanunvericilikdə nəzərdə tutulan hallarda dövlət qeydiyyatına alınmalıdır. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinə əsasən Azərbaycan Respublikasının ərazisində bütün mexaniki nəqliyyat vasitələri və onların qoşquları həmin Qanunla və ona uyğun olaraq Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən qəbul edilən “Mexaniki nəqliyyat vasitələrinin və onların qoşqularının müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçirilməsi və dövlət qeydiyyatı üzrə uçota alınması haqqında” Əsasnamə ilə müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçirilərək uçota alınırlar. Həmin Qanunun 27-ci maddəsinin Xİİİ bəndinə əsasən Azərbaycan Respublikası ərazisində dövlət qeydiyyatına alınmış nəqliyyat vasitəsi icarə və ya digər əşya hüquqlarına dair müqavilə, etibarnamə əsasında başqa şəxsə verildikdə, bu maddənin ikinci hissəsində nəzərdə tutulmuş müvafiq orqanlarda təkrar dövlət qeydiyyatından keçirilməlidir. Sadalanan qanunvericilik aktlarında da, göründüyü kimi Qaydalarda nəzərdə tutulan “ailənin mülkiyyətində və ya istifadəsində nəqliyyat vasitəsinin olması” ifadəsi özlüyündə, nəqliyyat vasitəsinin icarə və ya digər əşya hüquqlarına dair müqavilə və ya etibarnamə əsasında başqa şəxsə verildiyini və bu hüququn müvafiq orqanlarda dövlət qeydiyyatına alındığını ehtiva edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2016-cı il tarixli, 37 saylı Qərarı ilə təsdiq edilmiş “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları”nın 3.7.4.-cü maddəsinə əsasən ailənin mülkiyyətində və ya istifadəsində nəqliyyat vasitəsi olduqda (dövlət tərəfindən reabilitasiya məqsədləri üçün verilmiş nəqliyyat vasitələri istisna olmaqla) sosial yardımın təyin olunmasından imtina edilir. “Ünvanlı dövlət sosial yardımı sisteminin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli, 477 saylı Fərmanının icrası ilə əlaqədar olaraq, vətəndaşların sosial təminat sahəsində sürətli, rahat və şəffaf xidmətlərə geniş çıxışının təmin edilməsi, ünvanlı dövlət sosial yardımı üzrə dövlət orqanlarının fəaliyyətinin innovativ texnologiyaların tətbiqi ilə qabaqcıl dünya təcrübəsinə uyğun təşkil edilməsi və bu əsasda aztəminatlı ailələrin sosial müdafiəsinin gücləndirilməsi məqsədi ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2016-cı il tarixli, 37 nömrəli qərarı ilə “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları” təsdiq olunmuş və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sistemində (MEİS) ünvanlı dövlət sosial yardımı üzrə X1 və X2 (VEMTAS) yaradılmışdır. “Ünvanlı dövlət sosial yardımı haqqında” Qanunun 6.2-ci maddəsinə əsasən, sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi qaydaları “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və bu Qanuna əsasən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Yuxarıda qeyd edilən qanunvericilik normalarının tələbləri və isin faktiki hallarına nəzərən göründüyü kimi ailəyə təyin edilən ünvanlı dövlət sosial yardımın dayandırılması qanunauyğun olmuş və iddiaçının iddia tələbi əsassızdır və təmin edilməməlidir.

5. Şifahi məhkəmə baxışı iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi.

6. Şifahi məhkəmə baxışı iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun izahat verərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi.

Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər

7. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dayanıqlı və Operativ Sosil təmnat Agentliyi tərəfindən iddiaçıya ünvanlanmış 18 iyul 2023-cü il tarixli 3-17-7/2-Q-28053/2023 nömrəli “Müraciətin cavablandırılması haqqında” məktuba əsasən bildirilmişdir ki, ailəsini təmsil edən şəxs qismində sosial yardımın alınması ilə bağlı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Ünvanlı yardım” (VEMTAS) altsistemində qeydə alınmış xx.xx.2022-ci il tarixli **********31003 nömrəli elektron müraciəti əsasında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 5 fevral tarixli 37 nömrəli Qərarı ilə təsdiq olunmuş “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydalarının 3.1-ci bəndinə uyğun olaraq VEMTAS tərəfindən ailəsinə xx.xx.2023-cü il tarixindən 510,48 (beş yüz on manat qırx səkkiz qəpik) AZN məbləğində sosial yardımın təyin olunması barədə qərar çıxarılmışdır. Ailənin sosial yardım almaq hüququ “ailənin istifadəsində nəqliyyat vasitəsinin olması” səbəbi göstərilməklə “Ünvanlı dövlət sosial yardımı haqqında” Azərbaycan Respublikası Qanununun 10.4-cü maddəsinə əsasən xx.xx.2023-cü il tarixindən VEMTAS tərəfindən 1 (bir) il müddətinə məhdudlaşdırılmışdır. Həmçinin bildirilmişdir ki, tətbiq edilmiş 1 (bir) illik məhdudlaşdırma müddəti bitdikdən sonra rəsmi qaydada VEMTAS-a müraciəti olduğu halda ailəsinin sosial yardım almaq hüququna mövcud qanunvericiliyə uyğun olaraq yenidən baxılacaqdır. Nəzərə çatdırılmışdır ki, onunla xx.xx.2023-cü il tarixində telefon vasitəsilə (***-***-**-**) əlaqə saxlanılaraq yuxarıda qeyd olunanlar barədə məlumat verilmiş, həmçinin 1 (bir) illik məhdudlaşdırma müddəti bitdikdən sonra ailəni təmsil edən şəxs qismində sosial yardımın alınması ilə bağlı Qaydalara uyğun olaraq VEMTAS-a müvafiq məlumatları daxil etməklə rəsmi qaydada müraciət etməsi tövsiyə olunmuşdur.

8. Cavabdeh tərəfindən məhkəməyə inzibati icraat materiallarının təsdiq edilmiş surətləri təqdim edilmişdir. Təqdim edilmiş sənədlərə əsasən aşağıdakılar müəyyən edilmişdir: - İddiaçı ailəni təmsil edən şəxs qismində ünvanlı dövlət sosial yardımı almaq hüququnun müəyyən edilməsi ilə bağlı xx.xx.2023-cü il tarixli **********31003 nömrəli ərizə ilə VEMTAS-a müraciət etmişdir. Həmin müraciətə baxılmış və Dövlət Sosial Müdafiə Fondunun Maddi-Məişətin müayinəsi üzrə Mərkəzi Filialı tərəfindən aparılmış maddi-məişət şəraitinin müayinəsi nəticəsində ailəyə xx.xx.2032-cü il tarixdnə xx.xx.2024-cü il tarixədək 510,48 manat məbləğində ÜDSY təyin olunmuşdur. - Təyinat olan işlər üzrə ailə üzvlərinin istifadəsində və ya mülkiyyətində nəqliyyat vasitəsinin olub-olmamasının müəyyən edilməsi məqsədilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət Polisi İdarəsinə müvafiq sorğu göndərilmişdir. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X3 İdarəsindən Mərkəzi Filiala daxil olmuş xx.xx.2023-cü il tarixli 3-13-16/2-57407/2023 nömrəli sorğunun cavabında ÜDSY alan ailənin üzvü İddiaçı xx.xx.2019-cu il tarixdən xx.xx.2023-cü il tarixədək **-VT-*** dövlət qeydiyyat nişanlı “Hyundai Sonata” markalı nəqliyyat vasitəsindən etibarnamə əsasında istifadə hüququnun olması müəyyən edilmişdir. -“Ünvanlı dövlət sosial yardımı haqqında” Azərbaycan Respublikası Qanununa və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 5 fevral tarixli 37 nömrəli Qərarı ilə təsdiq olunmuş “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları”na uyğun olaraq ünvanlı dövlət sosial yardımın ödənilməsi xx.xx.2023-cü il tarixdə dayandırılmışdır.

ƏSASLANDİRMA HİSSƏSİ:

İddianın növü və mümkünlüyü

9. Məhkəmə qeyd edir ki, hazırki iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati prosessual qanunvericiliyə əsasən hazırki tələb məcburetmə barədə iddia növünə aiddir.

10. İnzibati Prosessual Məcəllənin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.

11. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd).

12. İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malikdir.

13. Məcburetmə barədə iddiaya münasibətdə xüsusi mümkünlük şərti məhkəməyə müraciət etməmişdən öncə müvafiq ərizə ilə inzibati orqana müraciət etməsidir ki, işdə olan sənədlərdən görünür ki, iddiaçı məhkəməyə müraciət etməmişdən öncə müvafiq ərizə ilə cavabdeh inzibati orqana müraciət etmiş, cavabdeh tərəfindən onun müraciətinin təmin edilməsindən imtina edilmişdir. Məhkəmə iddianı mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi

14. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iddia ərizəsini iş üzrə toplanmış sənədlərlə birgə tədqiq edərək, hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir.

15. Belə ki, məhkəmə ilk öncə qanunvericiliyin aşağıdakı normalarına istinad etməyi zəruri hesab edir:

16. Azərbaycan Respublikasının Konstitusiyası: - Maddə 38. Hər kəsin sosial təminat hüququ vardır. Yardıma möhtac olanlara kömək etmək ilk növbədə onların ailə üzvlərinin borcudur. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Təqaüdlərin və sosial müavinətlərin minimum məbləği qanunla müəyyən edilir. Dövlət xeyriyyəçilik fəaliyyətinin, könüllü sosial sığortanın və sosial təminatın başqa növlərinin inkişafı üçün imkanlar yaradır.

17. “Ünvanlı dövlət sosial yardımı haqqında” Azərbaycan Respublikası Qanunu: - Maddə 3. Sosial yardım hüququna orta aylıq gəliri onlardan asılı olmayan səbəblərdən (ailə üzvlərinin əmək qabiliyyətsiz olması, ailənin əmək qabiliyyətli üzvünün orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxsə, 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxsə və ya 8 yaşına çatmamış uşağa qulluq etməsi, 23 yaşınadək əyani təhsil alması, müvafiq icra hakimiyyəti orqanında dövlət orqanının və ya hüquqi şəxsin ləğv edilməsi və ya işçilərin sayı və ya ştatların ixtisar edilməsi ilə əlaqədar işsiz kimi qeydə alınması, vəfat etməsi, məhkəmə tərəfindən itkin düşmüş və yaxud ölmüş hesab edilməsi, azadlıqdan məhrum edilməsi, ailə üzvünün olduğu yerin məlum olmaması) hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan aztəminatlı ailələr malikdirlər. - Maddə 6. Sosial yardım aztəminatlı ailələrə müvafiq icra hakimiyyəti orqanı tərəfindən təyin olunur. Sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi qaydaları “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və bu Qanuna əsasən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 6.3. Sosial yardımın alınması ilə bağlı elektron xidmətlər müvafiq icra hakimiyyəti orqanının mərkəzləşdirilmiş elektron informasiya sistemi vasitəsilə həyata keçirilir. - Maddə 10.1. Sosial yardım almaq üçün müraciət edilən zaman ailə sosial yardımın təyin olunmasına və ya məbləğinin dəyişdirilməsinə səbəb ola biləcək hallar barədə (ailənin tərkibi, əmlakı və gəliri haqqında) tam və düzgün məlumat verməlidir. - 10.2. Sosial yardım təyin edildikdən sonra ailənin gəlirlərində dəyişiklik baş verdikdə, sosial yardım alan ailə bu barədə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) 15 (on beş) iş günü müddətində məlumat (müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya ehtiyatlarından və sistemlərindən əldə olunan məlumatlar istisna olmaqla) verməlidir. - 10.3. Bu Qanunun 10.2-ci maddəsində göstərilən halda, həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya ehtiyatlarından və sistemlərindən əldə olunan məlumatlar (müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsis etdiyi təqaüdlərin, sosial müavinətlərin məbləğinin, əmək pensiyasının minimum məbləğinin və minimum aylıq əməkhaqqının məbləğinin artırılması, əmək pensiyalarının indeksləşdirilməsi və seçilmiş özünüməşğulluq istiqamətinin təşkili üçün verilmiş əmlak barədə məlumatlar istisna olmaqla) əsasında sosial yardımın dayandırılmasına və ya məbləğinin dəyişdirilməsinə səbəb ola biləcək hallar aşkarlandıqda, sosial yardımın ödənişi dayandırılır və ailənin sosial yardım almaq hüququna yenidən baxılır. - 10.4. Ailənin sosial yardım almaq hüququna baxılma zamanı sosial yardımın təyin olunmasına və ya məbləğinin dəyişdirilməsinə səbəb ola biləcək hallar barədə (ailənin tərkibi, əmlakı və gəliri haqqında) düzgün olmayan və ya natamam məlumat verildiyi aşkar olunduqda və yaxud bu Qanunun 10.2-ci maddəsinin tələbi pozulduqda, həmin ailə 1 (bir) il müddətinə sosial yardım almaq hüququnu itirir.

18. Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları”: 3.7. Aşağıdakı hallarda sosial yardımın təyin olunmasından imtina edilir: … 3.7.4. ailənin mülkiyyətində və ya istifadəsində nəqliyyat vasitəsi olduqda (dövlət tərəfindən reabilitasiya məqsədləri üçün verilmiş nəqliyyat vasitələri istisna olmaqla). …

18. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinin İ bəndinin İ hissədinə əsasən Azərbaycan Respublikasının ərazisində bütün mexaniki nəqliyyat vasitələri və onların qoşquları bu Qanunla və ona uyğun olaraq Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən qəbul edilən “Mexaniki nəqliyyat vasitələrinin və onların qoşqularının müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçirilməsi və dövlət qeydiyyatı üzrə uçota alınması haqqında” Əsasnamə ilə müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçirilərək uçota alınırlar. Həmin Maddənin Xİİİ bəndinə əsasən Azərbaycan Respublikası ərazisində dövlət qeydiyyatına alınmış nəqliyyat vasitəsi icarə və ya digər əşya hüquqlarına dair müqavilə, etibarnamə əsasında başqa şəxsə verildikdə, bu maddənin ikinci hissəsində nəzərdə tutulmuş müvafiq orqanlarda təkrar dövlət qeydiyyatından keçirilməlidir.

19. Mübahisəyə dair işin müəyyən olunmuş hallarından görünür ki, İddiaçı ailəni təmsil edən şəxs qismində ünvanlı dövlət sosial yardımı almaq hüququnun müəyyən edilməsi ilə bağlı xx.xx.2023-cü il tarixli **********31003 nömrəli ərizə ilə VEMTAS-a müraciət etmişdir. Həmin müraciətə baxılmış və Dövlət Sosial Müdafiə Fondunun Maddi- Məişətin müayinəsi üzrə Mərkəzi Filialı tərəfindən aparılmış maddi-məişət şəraitinin müayinəsi nəticəsində ailəyə xx.xx.2032-cü il tarixdnə xx.xx.2024-cü il tarixədək 510,48 manat məbləğində ÜDSY təyin olunmuşdur. Cavabdeh tərəfindən təyinat olan işlər üzrə ailə üzvlərinin istifadəsində və ya mülkiyyətində nəqliyyat vasitəsinin olub-olmamasının müəyyən edilməsi məqsədilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət Polisi İdarəsinə müvafiq sorğu göndərilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X3 İdarəsindən Mərkəzi Filiala daxil olmuş xx.xx.2023-cü il tarixli 3-13- 16/2-57407/2023 nömrəli sorğunun cavabında ÜDSY alan ailənin üzvü İddiaçı xx.xx.2019-cu il tarixdən xx.xx.2023-cü il tarixədək **-VT-*** dövlət qeydiyyat nişanlı “Hyundai Sonata” markalı nəqliyyat vasitəsindən etibarnamə əsasında istifadə hüququnun olması müəyyən edilmişdir. “Ünvanlı dövlət sosial yardımı haqqında” Azərbaycan Respublikası Qanununa və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 5 fevral tarixli 37 nömrəli Qərarı ilə təsdiq olunmuş “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları”na uyğun olaraq ünvanlı dövlət sosial yardımın ödənilməsi xx.xx.2023-cü il tarixdə dayandırılmışdır.

20. Beləliklə məhkəmə işin hallarının qanunvericiliyin yuxarıda qeyd olunan normalarına tətbiqi nəticəsində belə qənaətə gəlir ki, ÜDSY alan ailənin üzvü olan İddiaçı xx.xx.2019-cu il tarixdən xx.xx.2023-cü il tarixədək **-VT-*** dövlət qeydiyyat nişanlı “Hyundai Sonata” markalı nəqliyyat vasitəsindən etibarnamə əsasında istifadə hüququnun olması məhkəmə araşdırması zamanı cavabdeh tərəfindən təqdim edilmiş mötəbər sübutlarla (Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət Polisi İdarəsində qeydiyyatdan keçmiş məlumatlara əsasən) öz təsdiqini tapdığından cavabdeh “Ünvanlı dövlət sosial yardımı haqqında” Azərbaycan Respublikası Qanununun 10.2-ci və 10.3-cü maddələrinin tələblərinə müvafiq olaraq iddiaçıya ailəni təmsil edən şəxs qismində təyin edilmiş ünvanlı sosial yardımı dayandırmaqda haqlı olmuşdur.

21. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.

22. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir.

23. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

24. Beləliklə, işdə olan sübutlara məcmu halda hüquqi qiymət verərək məhkəmə hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir.

NƏTİCƏ HİSSƏSİ:

Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 73, 75, 81, 85-ci maddələrinə əsasən, məhkəmə

QƏRARA ALDİ:

İddia tələbi təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Aygün Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar