Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2125/2024 24.04.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi ilə, İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalı̇ nı̇ n Sosı̇ al Müdafı̇ əsi Nazı̇ rlı̇ yı̇ nin tabelı̇ yı̇ ndə Dövlət Sosı̇ al Müdafı̇ ə Fondunun Xüsusi Şərtlərlə Təyı̇ nat üzrə Mərkəzı̇ Fı̇ lı̇ alına qarşı "güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi" tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalı̇ nı̇ n Sosı̇ al Müdafı̇ əsi Nazı̇ rlı̇ yı̇ nin tabelı̇ yı̇ ndə Dövlət Sosı̇ al Müdafı̇ ə Fondunun Xüsusi Şərtlərlə Təyı̇ nat üzrə Mərkəzı̇ Fı̇ lı̇ alına qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək ona güzəştli şərtlərlə əmək pensiyasının xx.xx.2023-cü il tarixdən təyin olunması öhdəliyinin cavabdein üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı əmək kitabçasına görə xx.xx.1990cı ildən SOCAR “Azneft” İstehsalat Birliyi “28 may” Neft və Qazçıxarma İdarəsində əmtəə operatoru işləyir. Hal-hazırda orada da əmək fəaliyyətini davam etdirir. İşi ondan ibarətdir ki, neft quyusundan daxil olan neftin çənlərini təmizləyir. Bu proses ağır və zərərli iş şəraiti ilə müşayiət olunur. Neftin tərkibindəki əsas elementlər insan sağlamlığına mənfi təsir göstərir, bir sıra xəstəliklərə yol açır. 13 may 2023-cü il tarixdə onun 60 yaşı tamam olmuşdur. O, güzəştli şərtlərlə əmək pensiyasının təyin olunması üçün cavabdehə müraciət etmişdir. Lakin cavabdeh ona güzəştli şərtlərlə əmək pensiya təyinatından imtina haqqında xx.xx.2023-cü il tarixli 3-17-1/2-A-172106/2023 nömrəli məktub göndərmişdir. İmtinanın əsas səbəbi kimi, guya SOCAR “Azneft” İstehsalat Birliyi “28 may” Neft və Qazçıxarma İdarəsində əmtəə operatoru vəzifəsindəki işi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı"nın neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür və şistin emalı bölməsində (10) neftin, qazın, qaz kondensatının emalı (dəniz neftçilərindən başqa) əmtəə operatorları vəzifəsi nəzərdə tutulmaması göstərilir. Bu imtina ilə razı deyil və onu qeyri-qanuni hesab edir. SOCAR "Azneft" İstehsalat Birliyi "28 may" Neft və Qazçıxarma İdarəsinin "Şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə çalışmasına dair" xx.xx.2023-cü il tarixli, 01-03/62 nömrəli arayışına əsasən o, xx.xx.1990cı ildən hal-hazırki vaxtadək əmtəə operatoru vəzifəsində işləyir və bu vəzifə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı"nın 10.5.1(a) bəndində nəzərdə tutulmuşdur. Bundan başqa, təqdim etdiyim 204 №li Əmək müqaviləsindən görünür ki, əmək fəaliyyəti ağır və zərərli şəraitlə bağlıdır. Buna görə də Azərbaycan Respublikası Əmək məcəlləsinin 115-ci maddəsinə əsasən əsas məzuniyyət müddətinə 6 gün əlavə edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə təqdim edilmiş və etirazda bildirilmişdir ki, İddiaçı 10 iyul 2023-cü il tarixdə Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialına güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı ərizə ilə müraciət etmişdir. Lakin iddiaçının müraciətinə baxılaraq xx.xx.2023-cü il tarixli 3-17-1/2-A-172106/2023 nömrəli imtina məktubu ilə qanunvericiliklə tələbi olunan güzəştli iş stajının olmaması səbəbindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi mümkün hesab edilmədiyi bildirilmişdir. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrində, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin həmin Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən 65 yaşına çatmış kişilərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filial əsasnaməsinə uyğun olaraq öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezdentinin fərmanlarını və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əsasnaməsini və Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsini, Nazirliyin normativ-hüquqi aktlarını, əmək və əhalinin sosial müdafiəsi nazirinin əmr və sərəncamlarını, X3 qərarlarını, X3 sədrinin sərəncam və əmrlərini rəhbər tutur. Qanunun 1.0.2-ci maddəsinə əsasən sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusi ilə ağır olan işlər Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan siyahı üzrə müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısının Neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür və şistin emalı bölməsinin (10) neftin, qazın, qaz kondensatının emalı (dəniz neftçilərindən başqa), kömürün və şistin emalı yarımbölməsinin (10.5) istehsalatda aşağıda sadalanan fəhlələr, rəhbərlər və mütəxəssislər: neft məhsullarının və neftin katalitik riforminqinin distillə edilməsi, krekinqləşdirilməsi, neft məhsullarının pirolizi, neft xammalının hazırlanması, qaz benzininin istehsalı, sıxışdırılmış qazlar, qaz benzininin kondensasiyası, tutulması, təbii sulu qazın konversiyası, neft məhsullarının, suni maye yanacağın zənginləşdirilməsi, bitium, konsistent yağlayıcıların istehsalı, həmçinin reagent təsərrüfatında və neft məhsullarının doldurub boşaldılması üzrə eskadaların neft məhsulları və qaz üçün qablar parkı və kommunikasiyasının xidməti və təmiri bəndinin (10.5.1) fəhlələr yarımbəndində əmtəə operatorları vəzifəsi nəzərdə tutulmuşdur. Cavabdeh inzibati orqan tərəfindən 31,07.2023-cü il tarixli 3-17-1/2-A-172106/2023 nömrəli imtina məktubunda qeyd edilmişdir ki, iddiaçı tərəfindən Mərkəzi Filiala təqdim edilən SOCAR “Azneft” istehsalat Birliyi “28 May” Neft və Qazçıxarma idarəsi tərəfindən iddiaçıya verilmiş 26 iyun 2023-cü il tarixli 01-03/62 nömrəli arayışda İddiaçı xx.xx.1990-cı il tarixdən bugünədək həmin müəssisədə əmtəə operatoru vəzifəsində işlədiyi qeyd edilmişdir. Göründüyü kimi, iddiaçının işlədiyi fəaliyyət sahəsi sözügedən arayışda istinad olunan, yuxarıda qeyd olunan Qərarla təsdiq edilmiş siyahıda nəzərdə tutulan neftin, qazın, qaz kondensatının emalı (dəniz neftçilərindən başqa), kömürün və şistin emalı sahəsinə aid deyil. Buna görə də iddiaçının qanunvericiliklə nəzərdə tutulan güzəştli iş stajı yoxdur. Belə olan halda İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələblərinə əsasən mümkün hesab edilməmişdir. Odur ki, yuxarıda göstərilənləri və Azərbaycan Respublikası inzibati Prosessual Məcəllənin 47-ci maddəsini rəhbər tutaraq iş üzrə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialına qarşı "güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi" tələbinə dair iddiasının təmin olunmaması barədə qərar qəbul edilməsi xahiş edilmişdir. İddiaçı xx.xx.2024-cü il tarixli məhkəmə iclasında iddia tələbinə dəqiqləşmə barədə ərizə təqdim edərək ona 60 yaşdan, yəni xx.xx.2023-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin eyni tarixli qərardadı ilə iddia tələbi dəqiqləşdirilmiş şəkildə icraata qəbul edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddianı müdafiə edərək tələbin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya etiraz edərək tələbin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməlidir. İş materiallarına əlavə edilmiş AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətinə əsasən xx.xx.1963-cü il təvəllüdlü İddiaçı Bakı şəhəri, Zirə qəsəbəsi, ünvan 1 ünvanında qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş H3 ******* nömrəli hərbi biletin surətinə əsasən İddiaçı xx.xx.1981-ci ildə hərbi xidmətə çağırılmış, xx.xx.1983-cü ildə hərbi xidmətdən tərxis edilmişdir. İş materiallarına əlavə edilmiş iddiaçıya məxsus 02 oktyabr 1980-ci il tarixli, ИТ-İ № ******* nömrəli əmək kitabçasının surətinə əsasən İddiaçı “Artemnefteqaz” Neft - Qaz Çıxarma İdarəsinə işə girməzdən əvvəl istehsalat təcrübəsi olmayıb, xx.xx.1980-ci ildə “Artemnefteqaz” Neft - Qaz Çıxarma İdarəsi Elmi-tədqiqat istehsalat işlər üzrə sexə 1-ci dərəcəli köməkçi işçi kimi işə qəbul edilib, xx.xx.1981-ci ildə Təbəqəyə buxarın vurulması üzrə buxar generator qurğusunun üçüncü dərəcəli maşinisti kimi köçürülüb, xx.xx.1981-ci ildə Sovet Ordusu sıralarına çağırılması ilə əlaqədar olaraq işdən azad edilib, xx.xx.1981ci ildə Elmi-tədqiqat istehsalat işlər üzrə sexə neft təbəqəsinə buxarın vurulması üzrə buxar generator qurğusunun üçüncü dərəcəli maşinisti kimi əvvəlki iş yerinə bərpa edilib, xx.xx.1981-ci Quyuların kimyəvi işlənməsi (emalı) üzrə 3-cü dərəcəli operator kimi köçürülüb, xx.xx.1981-ci ildə Sovet Ordusu sıralarına çağırılması ilə əlaqədar olaraq işdən azad edilib, xx.xx.1984-cü ildə “Artemnefteqaz” Neft-Qaz Çıxarma İdarəsi İstehsalatın avtomatlaşdırılması sexinə nəzarət- ölçü qurğularının və avtomatikanın 3-cü dərəcəli çilingəri kimi işə qəbul edilib, xx.xx.1984-cü ildə Layların Neftveriminin artırılması və quyuların əsaslı təmiri üzrə İxtisaslaşdırılmış Dəniz İdarəsinə köçürülmə qaydasında işdən azad edilib, xx.xx.1984-cü ildə Neft və qaz hasilatı obyektlərinə Artemovski sahəsinin avadanlığın təmiri və quraşdırılması üzrə 3-cü dərəcəli çilingər-təmirçi kimi köçürülmə qaydasında işə qəbul edilib, xx.xx.1984-cü ildə həmin sahəyə quyuların kimyəvi işlənməsi (emalı) üzrə 3-cü dərəcəli operator kimi işə qəbul edilib, xx.xx.1986-cı ildə Quyuların kimyəvi işlənməsi (emalı) üzrə operatorun 4-cü dərəcəsi təqdim edilib, xx.xx.1987-ci ildə işdən azad edilib, xx.xx.1987-ci ildə Elmi-tədqiqat və istehsalat işləri uzrə sexə Layların Neftveriminin artırılması və quyuların əsaslı təmiri üzrə İxtisaslaşdırılmış Dəniz İdarəsinə koçurulmə qaydasında dördüncü dərəcəli quyuların kimyəvi işlənməsi (emalı) üzrə operator kimi işə qəbul edilib, xx.xx.1987-ci ildə işdən azad edilib, xx.xx.1987-ci ildə “Artemneftqaz” NQÇİ-dən köçürülmə yolu ilə Neftin tam hazırlanması və təhvil vermə sexinə dördüncü dərəcəli əmtəə operatoru kimi işə qəbil edilib, xx.xx.1988-ci ildə Əməyin ödənilməsi üçün yeni qayda şərtlərinin tətbiq edilməsi ilə əlaqədar olaraq 4 (dördüncü) dərəcə təqdim edilib, xx.xx.1990-cı ildə işdən azad edilib, xx.xx.1990-cı ildə “Dübəndi” sahəsinə 4-cü dərəcəli əmtəə operatoru qəbul edilib, xx.xx.2002-ci ildə həmin peşə üzrə 5ci dərəcə təqdim edilib, xx.xx.2011-ci ildə ştat cədvəlində edilmiş dəyişikliklər əsasasən Neftin tam Hazırlanması və təhvil sahəsində 5-ci dərəcəli operatoru sayılıb, xx.xx.2014-cü ildə ştat cədvəlində edilmiş dəyişikliklər əsasasən Neftin tam Hazırlanması və təhvil sahəsində 5-ci dərəcəli əmtəə operatoru sayılıb, xx.xx.2023-cü ildən hal-hazıra kimi işləyir. Məhkəmənin sorğusuna cavab olaraq “Azneft” İB “28 MAY” NQÇİ-nin xx.xx.2023-cü il tarixli, 14-2-1-7/2-12/2023 nömrəli məktubunda qeyd edilmişdir ki, İddiaçı hal-hazırda "28 May" NQÇİ-nin Neftin tam hazırlanması və təhvili sahəsinin Neftin tam hazırlanması və təhvili xidmət sahəsində 5-ci dərəcəli əmtəə operatoru peşəsində çalışır. Müvafiq peşə təlimatının təsdiq olunmuş surəti və işçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 saylı qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı"nda qeyd olunmuş peşədə çalışdığı üçün arayış əlavədə Sizə təqdim olunur. Əlavə olaraq qeyd edirik ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2004-cü il tarixli, 92 nömrəli qərarı ilə təsdiq edilmiş "Əmək şəraitinə və əmək funksiyalarının xarakterinə görə əlavə məzuniyyət hüququ verən, zərərli və ağır istehsalatların, peşə və vəzifələrin Siyahısı”nın Vİ. Neft və qaz sənayesi bölməsinin 14-cü bəndinə əsasən İddiaçı əmtəə operatoru peşəsində çalışdığı müddətdə (xx.xx.1990 - hal- hazıradək) hər iş ilində 6 (altı) gün əlavə məzuniyyət verilmişdir. Həmçinin “28 May” NQÇİ-nin struktur bölmələrində iş yerlərinin attestasiyanın nəticələri əsasında əmək şəraitinin ağır və zərərlik səviyyəsindən asılı olaraq, işçinin tarif maaşına 4% əlavə ödəniş edilmişdir. Həmin məktubla göndərilmiş sənədlərin surətindən görünür ki: -SOCAR, “Azneft” İstehsalat Birliyi “28 May” Neft və Qazçıxarma İdarəsinin Şəxsin güzəştli şərtlərlə əmək pensiyası hüququ verən işdə çalışmasına dair Arayışında qeyd edilmişdir ki, arayış verilir İddiaçı ondan ötrü ki, o, “28 May” Neft və Qazçıxarma İdarəsində çalışdığı - aşağıdakı cədvəldə qeyd edilən peşə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq etdiyi “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda nəzərdə tutulmuş müvafiq peşəyə uyğundur: İşlədiyi vəzifənin peşənin adı: Əmtəə operatoru, Siyahının bölməsi və Siyahıda müvafiq peşənin adı: 10.5.1. (a)- əmtəə operatorları, Vəzifəyə (peşəyə) təyin edilmə tarixi: xx.xx.1990, Vəzifədən (peşədən) azad edilmə tarixi: hal-hazıradək, Əmrin (sərəncamın) nömrəsi və tarixi: 135-k xx.xx.1990. Məhkəmənin sorğusuna cavab olaraq “Azneft” İB “28 MAY” NQÇİ-nin xx.xx.2024-cü il tarixli, 14-2-1-7/2-8/2024 nömrəli məktubunda qeyd edilmişdir ki, sizin xx.xx.2023-ci il tarixli, 2-1 (112)-113266/2023 nömrəli eyniməzmunlu sorğunuza “28 May” NQÇİ tərəfindən xx.xx.2023-cü il tarixli, 14-2-1-7/2- 12/2023 nömrəli məktubla cavab verilmişdir. Sığortaolunanın hesabına dair məlumatlardan görünür ki, Dövlət Neft şirkəti “Azneft” İstehsalat Birliyi tərəfindən iddiaçının hesabına 2008-2014-cü illər uçun məcburi sığorta ödənişləri edilmişdir. Dövlət Neft şirkəti “Azneft” İstehsalat Birliyi tərəfindən iddiaçının hesabına 2015-2023-cü illər uçun sığorta ödənişləri edilmişdir. Təqdim olunmuş inzibati icraat materiallarından görünür ki, iddiaçı Dövlət Sosı̇ al Müdafı̇ ə Fondunun Xüsusi Şərtlərlə Təyı̇ nat üzrə Mərkəzı̇ Fı̇ lı̇ alına xx.xx.2023-cü il tarixdə ərizə ilə müraciət edərək ona yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən X1 ünvanlanmış xx.xx.2023-cü il tarixli, 3-17-1/2-A-172106/2023 nömrəli güzəştli şərtlərlə pensiya təyinatından imtina haqqında məktubda bildirilmişdir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına 10 iyul 2023-cü il tarixində daxil olmuş müraciətinizə və ona əlavə olunmuş sənədlərə aidiyyəti üzrə baxılmışdır. Bildiririk ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrində, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin həmin Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən 65 yaşına çatmış kişilərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Eyni zamanda bildiririk ki, Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filial əsasnaməsinə uyğun olaraq öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezdentinin fərmanlarını və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əsasnaməsini və Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsini, Nazirliyin normativ-hüquqi aktlarını, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirinin əmr və sərəncamlarını, X3 qərarlarını, X3 sədrinin sərəncam və əmrlərini rəhbər tutur. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlər Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş siyahı üzrə müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür va şistin emalı bölməsinin (10) neftin, qazın, qaz kondensatının emalı (dəniz neftçilərindən başqa), kömürün və şistin emalı yarımbölməsinin (10.5) İstehsalatda məşğul olan aşağıda sadalanan fəhlələr, rəhbərlər və mütəxəssislər: nefit məhsullarının və neftin katalitik riforminqinin distillə edilməsi, krekinqləşdirilməsi, neft məhsullarının pirolizi, neft xammalının hazırlanması, qaz benzininin istehsalı, sıxışdırılmış qazlar, qaz benzininin kondensasiyası, tutulması; təbii sulu qazın konversiyası, neft məhsullarının, süni maye yanacağın qələvi təmizlənməsi, yanacaq hazırlanması, yanacaq verilməsi, bərk yanacağın zənginləşdirilməsi, bitium, konsistent yağlayıcıların istehsalı, həmçinin reagent təsərrüfatında və neft məhsullarının doldurub boşaldılması üzrə estakadaların neft məhsulları və qaz üçün qablar parkı və kommunikasiyanın, ventilyasiyanın, istehsalat kanalizasiyasının, texnoloji avadanlıq və əsas istehsalatların kommunikasiyasının xidməti və təmiri bəndinin (10.5.1) fəhlələr yarımbəndində əmtəə operatorları vəzifəsi nəzərdə tutulmuşdur. Mərkəzi Filiala təqdim etdiyiniz SOCAR “Azneft” İstehsalat Birliyi “28 May” Neft və Qazçıxarma idarəsinin sizə dair 26 iyun 2023-cü il tarixli 01-03/62 nömrəli arayışında xx.xx.1990-cı il tarixindən bugünədək sözügedən müəssisədə əmtəə operatoru vəzifəsində işlədiyiniz qeyd olunmuşdur. Göründüyü kimi, işlədiyiniz sahə sözügedən arayışda istinad edilən yuxarıda qeyd olunan Qərarla təsdiq edilmiş siyahıda nəzərdə tutulan neftin, qazın, qaz kondensatının emalı (dəniz neftçilərindən başqa), kömürün və şistin emalı sahəsinə aid deyil. Bu səbəbdən də sizin güzəştli iş stajınız yoxdur. Qeyd olunanları nəzərə alaraq, sizə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericilik tələbləri baxımından mümkün hesab edilmir. Müraciətinizə baxılmasının bu məktubda əks olunan nəticəsi ilə bağlı qərarla razı olmadığınız təqdirdə 30 gün müddətində yuxarı inzibati orqana və ya məhkəməyə müraciət etmək hüququnuz vardır. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İddia mahiyyət üzrə əsaslıdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Beləliklə, 29 iyun 2022-ci il tarixindən qüvvədə olan Qanunun 9.1-ci maddəsinin tələbinə əsasən güzəştli şərtlələr yaşa görə əmək pensiyasının təyin edilməsi üçün kişilər üçün yaş 60 yaşın tamam olması (Qanunun 7-ci maddəsi ilə nəzərdə tutulmuş 1 iyul 2020ci il tarixdən kişilər üçün 65 yaş həddi 5 il azaldılmaqla), 25 il ümumi iş stajı və 12 il 06 ay güzəştli iş stajı toplaması tələb olunur. İddiaçı xx.xx.1963-cü il təvəllüdlü olmaqla 60 yaşını xx.xx.2023-cü il tarixdə tamamlamışdır. “Əmək pensiyaları haqqında” Qanunun 1.0.2-ci maddəsinə görə sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Həmin Qanunun 21.1-ci maddəsinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 67-ci maddəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Həmin Qanunun 67-ci maddəsinin “v” bəndinə əsasən hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti iş stajına daxil edilən əmək fəaliyyətinin növlərinə daxildir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş ““Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydasıı”nın: -4.1-ci bəndinə əsasən əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı aşağıdakılara əsasən müəyyən edilir: 4.1.1. 2006-cı il yanvarın 1-dək olan dövr üzrə:
1. “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa və bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xüsusiyyətlərindən və müddətindən asılı olmayaraq, müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin iş müddəti əmək fəaliyyəti barədə sənədlərə (əmək kitabçası, o olmadıqda işəgötürənin arayışı və ya dövlət arxivinin arayışı), həmin sənədlərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda Fond tərəfindən işəgötürəndə, dövlət arxivində və Fondda saxlanılan məlumatların üzləşdirilməsi nəticəsində tərtib olunan akta əsasən;(....) 4.1.2. 2006-cı il yanvarın 1-dən sonrakı dövr üzrə – dövlət sosial sığorta sistemində fərdi uçot (bundan sonra – fərdi uçot) məlumatlarına əsasən; 4.1.3. işçinin işəgötürən tərəfindən hesablanmış əməkhaqqına məcburi dövlət sosial sığorta haqqı ödənilən iş müddəti – fərdi uçot məlumatlarına əsasən;(....) Qanunvericiliyin bəhs edilən normalarından görünür ki, əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı “Əmək pensiyaları haqqında” Qanun qüvvəyə mindikdən sonra əldə edilən sosial sığorta stajı müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödənildikdə və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusuna əsasən nəzərə alınır. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun qüvvədə olduğu dövrdə sığortaolunanların sığorta stajını əhatə etdiyi dövr isə onun ümumi iş stajı ilə müəyyən edilir. İşdən görünür ki, iddiaçı yuxarıda qeyd olunan hərbi bilet və əmək kitabçasına əsasən iddiaçının xx.xx.1981-xx.xx.1983-cü ilədək hərbi xidmət dövrü, əmək fəaliyyəti dövrü xx.xx.1980-xx.xx.1981-ci ilədək, xx.xx.1981-xx.xx.1981-ci ilədək, xx.xx.1984-cü xx.xx.1984-cü ilədək, xx.xx.1984-xx.xx.1987-ci ilədək, xx.xx.1987- xx.xx.1987-ci ilədək, xx.xx.1987-xx.xx.1990-cı ilədək, xx.xx.1990-xx.xx.2023-cü ilədək (60 yaşı tamam olduğu tarixədək) ümumilikdə stajı 42 il 07 ay 07 gün təşkil edir. Beləliklə, iddiaçının 60 yaşı tamam olduğu günə ümumi sığorta stajı tələb olunan 25 ildən çoxdur. Cavabdeh iddiaçının ümumi stajını mübahisələndirməmiş, mübahisələndirdiyi hal iddiaçının güzəştli iş stajının olmaması ilə bağlıdır. Belə ki, cavabdehin mövqeyinə görə iddiaçının işlədiyi fəaliyyət sahəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq etdiyi “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda nəzərdə tutulan neftin, qazın, qaz kondensatının emalı (dəniz neftçilərindən başqa), kömürün və şistin emalı sahəsinə aid deyil. Buna görə də iddiaçının qanunvericiliklə nəzərdə tutulan güzəştli iş stajı yoxdur. Məhkəmə aşağıdakılara əsasən inzibati orqanın mövqeyi ilə razılaşmır. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-703/20 saylı İcmal məktubunda göstərilmişdir ki, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə dair işlərə baxılarkən qanunvericiliyin normalarına uyğun olaraq iddiaçının işlədiyi müəssisədən onun zərərli əmək şəraitində işləməsinə dair arayış (güzəştli iş arayışı) tələb edilməli və həmin sənəd iş materiallarına əlavə olunmalıdır. İş yerindən əldə edilən həmin sənəd məzmunca iddiaçının arayışda qeyd olunan işlərdə və müddətlərdə zərərli əmək şəraitində işləməsini müəyyən etməyə imkan verməli, ümumi ifadələrdən istifadə edilməməli, iddiaçının işlədiyi sahələr, peşələr və vəzifələr müvafiq icra hakimiyyətinin təsdiq etdiyi siyahılarda təsbit olunmuş aidiyyəti kodlara uyğunluğu göstərilməlidir. Məhkəmə qərarının əsaslandırılması zamanı iddiaçının zərərli əmək şəraitində işlədiyi dövrün siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğun olması dəqiq göstərilməlidir. Bu halda məhkəmə iddiaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi) işin konkret halları (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə alınmaqla müəyyən edə bilər. Bu zaman nəzərə alınmalıdır ki, burada söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin (işin) eyniliyin müəyyən olunmasından gedir. İş üzrə iddiaçının güzəştli şərtlərlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı təqdim edilmişdir. Bu arayışda iddiaçının çalışdığı peşənin və istehsalat sahəsinin siyahıda göstərilən hansı bölməyə və hansı koda aid olması konkret olaraq göstərilmişdir. Belə ki, məhkəmənin sorğusuna cavab olaraq “28 May” Neft və Qazçıxarma İdarəsi tərəfindən təqdim edilmiş arayışlarda iddiaçının Neftin tam hazırlanması və təhvili xidmət sahəsində əmtəə operatoru vəzifəsində işlədiyi və həmin vəzifənin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq etdiyi “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda 10.5.1. (a)- əmtəə operatorları vəzifəsinə uyğun olduğu bildirilmişdir. Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq etdiyi “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”na əsasən: -bənd 10.5. Neftin, qazın, qaz kondensatının emalı (dəniz neftçilərindən başqa), kömürün və şistin emalı -yarımbənd 10.5.1. İstehsalatda məşğul olan aşağıda sadalanan fəhlələr, rəhbərlər və mütəxəssislər: nefit məhsullarının və neftin katalitik riforminqinin distillə edilməsi, krekinqləşdirilməsi, neft məhsullarının pirolizi, neft xammalının hazırlanması, qaz benzininin istehsalı, sıxışdırılmış qazlar, qaz benzininin kondensasiyası, tutulması; təbii sulu qazın konversiyası, neft məhsullarının, süni maye yanacağın qələvi təmizlənməsi, yanacaq hazırlanması, yanacaq verilməsi, bərk yanacağın zənginləşdirilməsi, bitium, konsistent yağlayıcıların istehsalı, həmçinin reagent təsərrüfatında və neft məhsullarının doldurub boşaldılması üzrə estakadaların neft məhsulları və qaz üçün qablar parkı və kommunikasiyanın, ventilyasiyanın, istehsalat kanalizasiyasının, texnoloji avadanlıq və əsas istehsalatların kommunikasiyasının xidməti və təmiri: a) fəhlələr: əmtəə operatorları Məhkəmə sorğusu əsasında işəgötürən tərəfindən tədim edilmiş “Azneft” X2 operatoru haqqında (dərəcələr üzrə) Təlimatında 5-ci dərəcə üzrə vəzifənin xüsusiyyətləri, əmək funksiyaları arasında: - İllik neft məhsulları satışının həcmi 40 min tondan 100 min tona qədər olan paylayıcı neft bazalarının avadanlığına xidmət edilməsi və illik neft məhsulları satışının həcmi 100 min tondan artıq olan paylayıcı neft bazalarının bütün işlərinə rəhbərlik edilməsi; -əmtəə və rezervuar parklarına, dəmir yolu və avtoestakadalara, gəmi yanalma məntəqələrinə, magistral neft məhsulları kəmərlərinin doldurma məntəqələrinə magistral neft məhsulları kəmərlərinin doldurma məntəqələrinə, neft emalı zavodlarının yük dövriyyəsi sutkada 5000-10000 tona qədər olan ötürücü neft bazalarına və doldurma məntəqələrinə xidmət edilməsi; -yüksək keyfiyyətli və mürəkkəb kommunikasiyalı neft məhsulları parklarına xidmət edilməsi, əmtəə məhsulu hazırlamaq üçün neft məhsullarının kompaund edilməsi, benzinin etilləşdirilməsi, aşqarlar və ingibitorlar əlavə edilməsi, -nəqliyyat təşkilatlan ilə təhvil vermə, yüklənmə, hesablaşma və rəsmiləşdirmə əməliyyatlarının aparılması, dəmir yolu ilə maliyyə hesablaşmalarının aparılması; -doldurucu-boşaldıcıların işinə rəhbərlik edilməsi qeyd edilmişdir. İşəgötürən iddiaçıya işlədiyi peşənin zərərli xüsusiyətinə uyğun olaraq ona əmtəə operatoru peşəsində çalışdığı müddətdə (xx.xx.1990 - hal- hazıradək) hər iş ilində 6 (altı) gün əlavə məzuniyyət verildiyini, iş yerlərinin attestasiyanın nəticələri əsasında əmək şəraitinin ağır və zərərlik səviyyəsindən asılı olaraq, işçinin tarif maaşına 4% əlavə ödəniş edildiyini qeyd etmişdir. Beləliklə, qeyd edilən siyahıdan və iddiaçının işlədiyi peşənin peşə təlimatından görünür ki, neftin, qazın, qaz kondensatının emalında məşğul olan, bilavasitə neft (xam) və neft məsullarının istehsalı, tərkibinin təmizlənməsi və ya zənginləşdirilməsi, doldurulub-boşaldılması kimi, başqa sözlə, bilavasitə neft və neft məhsulları ilə bilavasitə təmasda olan əmtəə operatorlarının yerinə yetirdiyi iş zərərli iş hesab edilməklə adıçəkilən siyahıda öz əksini tapmışdır . Məhkəmə iddiaçının işlədiyi vəzifənin adı, aid olduğu sahə və işəgötürən müəssisənin təqdim etdiyi güzəştli arayışı nəzərə alaraq iddiaçının işlədiyi peşənin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq etdiyi “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda 10.5.1. (a)- əmtəə operatorları vəzifəsinə uyğun hesab edir. Bu vəzifədə iddiaçının 60 yaşının tamam olduğu (xx.xx.1990xx.xx.2023-cü il) günə güzəştli iş stajı 33 il 13 gün təşkil edir. Cavabdeh iddiaçının işlədiyi vəzifənin güzəştli pensiya təyinatına əsas verən zərərli iş hesab edilmədiyinin əsasları barədə sübutları məhkəməyə təqdim etməmişdir. Beləliklə, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyini üçün tələb olunan şərtlər ödənilir. Cavabdehin pensiya təyinatından imtinası əsassız olmaqla iddiaçının qanunla qorunan hüquqlarının pozulmasına səbəb olmuşdur. İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, iddiaçıya 60 yaşdan, yəni xx.xx.2023-cü il tarixdən güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməlidir. İnzibati Prosessual Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə
Qərara aldı:
İddia tələbi təmin edilsin İddiaçı 60 yaşdan, yəni xx.xx.2023-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.
Hakim Aygün Əhədova