Məhkəmə qərarları › İş №2-1(112)-2126/2020

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-2126/2020

04.03.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-2126/2020 04.03.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Qarayeva Mehriban Cəfər qızının sədrliyi Eminzadə Emin Etibar oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı “icraata başlamaq haqqında qərarın icrasının dayandırılması barədə şikayət”ə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Bakı şəhəri Cavabdehnə qarşı şikayətlə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, Bakı şəhəri Cavabdeh xx.xx.2018-ci il tarixli icraata başlamaq haqqında qərarın icrasının Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin qətnaməsindən apelyasiya şikayətinin verilməsi ilə bağlı yekun məhkəmə qərarı qəbul edilənədək dayandırılmasını xahiş etmiş, sonradan işə Bakı İnzbati Məhkəməsində baxılmağa başlanılmışdır. Şikayətdə göstərilmişdir ki, Baki şəhəri Cavabdeh Bakı şəhəri Sabunçu rayon Məhkəməsi tərəfindən verilmiş 2(008)-127/2018 nömrəli xx.xx.2018-cı il tarixli icra sənədi əsasında icra üzrə icraat başlamışdır. Bundan başqa icra məmuru tərəfindən icraata başlamaq haqqında qərar borclunun ünvanına göndərilmədən, bu barədə ona məlumat verilmədən əmlak qiymətləndirməyə göndərilmiş, daha sonra hərraca çıxarılmışdır. Bu proseslər barədə borcluya məlumat verilmədiyindən hesab edir ki, Baki şəhəri Cavabdeh tərəfindən görülən icra hərəkətləri əsassızdır, bu barədə qərar ləğv edilməlidir. Bundan başqa Bakı şəhəri Sabunçu rayon Məhkəməsi tərəfindən kredit borcunun tutulmasına dair qəbul edilmiş qətnamə və yaxud məhkəmə əmrinin surəti borclunun ünvanına göndərilməmiş, məhkəmə prosesinin vaxtı barədə ona məlumat verilməmişdir. Cavabdeh xx.xx.2018-ci il tarixli icraata başlama haqqında qərarına etiraz olaraq bildirir ki, əmlaka həbs qoyulması qanunsuzdur. Belə ki, ”Kapitalbank”ın borcluya və X1 qarşı tələbinə əsasən, Bakı şəhəri Sabunçu rayon Məhkəməsi “Kapitalbank"ın tələbini təmin edərək 15972.25 manat, 30 manat dövlət rüsumunun tutulması barədə qərar qəbul etmişdir. Bununla bağlı borclunun ünvanına heç bir məhkəmə qərarı göndərilməmiş, “Kapitalbank" tərəfindən məhkəmədə iddia qaldırılması barədə Bakı şəhəri Cavabdehndən məlumat almışdır. İcra vərəqəsi aidiyyəti inzibati məhkəmə (1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi, Bakı İnzibati Məhkəməsi) tərəfindən verilmədiyindən şikayət inzibati iş kimi icraata qəbul edilmiş, təyin edilmiş məhkəmə iclasının vaxtı və yeri barəsində tərəflərə məhkəmə bildirişi göndərilmişdir. Təyin edilmiş məhkəmə iclasında şikayətçi və Cavabdeh nümayəndəsi iştirak etmədiyinə görə, İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən işə şikayətçinin və Cavabdeh nümayəndəsinin iştirakı olmadan baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsi mümkün hesab edilmişdir. Məhkəmə, işdə olan sənədləri araşdıraraq belə qənaətə gəlir ki, aşağıdakı səbəblərə görə iddia mümkünsüz sayılmalıdır. Belə ki, işin faktiki hallarından məlum olur ki, şikayəçi icra sənədi üzrə borclu İddiaçı hazırkı şikayətində xx.xx.2018-ci il tarixli qərarla icraata başlanılan Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 2(008)-127/2018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədinin icrasını təmin etmək məqsədilə tələb ipoteka predmeti olan İddiaçı məxsus ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış binasının satılması ilə bağlı hərracın keçirilməsi ilə əlaqədar icraatın müvəqqəti dayandırılmaması barədə icra məmurunun hərəkətlərini mübahisələndirmişdir. İnzibati prosessual qanunvericiliyin tələbinə əsasən istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər-ilk növbədə subyektiv hüququn həqiqətən də pozulmuş olması və bu hüququn mövcudluğu mütləq normativ hüquqi aktlara əsaslanması, tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaçıya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Ən mühüm subyektiv hüquqlar kimi konstitusiyadan irəli gələn azadlıq və mülkiyyət hüquqlarının qorunması tələbi ilə hər kəsin birbaşa məhkəməyə müraciət etmək hüququ vardır. Bu halda iddianın predmeti olması üçün qanunla qorunan maraq birbaşa pozulmalıdır. Məhkəmə qeyd edir ki, icraatın dayandırılması haqqında məsələyə baxılması qaydaları və şərtləri “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsində qəti olaraq müəyyən edilmişdir. “İcra haqqında” Qanunun 21.1-ci maddəsinə əsasən bu Qanunun 17-ci maddəsində nəzərdə tutulmuş icraatın dayandırılmasının məcburi olduğu hallarda icra sənədi üzrə icraat icra məmuru tərəfindən dayandırılır. 21.2. Bu Qanunun 18-ci maddəsində nəzərdə tutulmuş icraatın dayandırılmasının mümkün olduğu hallarda icra məmuru tərəfindən icraatın dayandırılması barədə müvafiq məhkəməyə əsaslandırılmış və icra qurumunun rəhbəri tərəfindən təsdiq olunmuş təqdimat verilir. 21.3. Məhkəmə, icra sənədi üzrə icraatın dayandırılması məsələsinə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231-ci maddəsində nəzərdə tutulmuş qaydada baxır və icra məmurunun təqdimatının təmin olunması və ya onun rədd edilməsi barədə qərardad çıxarır. 21.4. İcraatın dayandırılması haqqında qərardaddan Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi ilə nəzərdə tutulmuş müddətlərdə və qaydada şikayət verilə bilər. Göründüyü kimi, icra sənədi üzrə tərəflərin icraatın dayandırılması ilə bağlı məhkəmədə iddia qaldırmaq hüququ qanunvericilikdə nəzərdə tutulmamışdır. Bundan əlavə, İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsinə əsasən bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. Məhkəmə qeyd edir ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 87.1ci maddəsinə əsasən icra sənədinin icra olunması ilə bağlı icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən tələbkar və ya borclu icra məmurunun olduğu yer üzrə inzibati-iqtisadi məhkəməyə şikayət verə bilər. Bu Qanunun digər maddələrində başqa müddət müəyyən edilməyibsə, icra məmurunun hərəkətlərindən şikayət müvafiq hərəkətin edildiyi vaxtdan 10 gün müddətində verilir. Məhkəmə, işin göstərilən hallarından çıxış edərək belə qənaətə gəlir ki, icra qurumunun icra sənədinin icra olunması ilə bağlı qərarı, hərəkəti və hərəkətsizliyi ilə bağlı mübahisələrə inzibati iddia kimi baxılması üçün ilk növbədə münasibətlərin inzibati hüquqla bağlı yaranması tələb olunur. Eləcə də, qaldırılmış iddia da İnzibati Prosessual Məcəllənin 2.2-ci maddəsində nəzərdə tutulmuş iddia növlərindən hansısa birinə aid edilməlidir. İcra məmurunun icra sənədinin icrasının təmin edilməsindən kənara çıxan qanunsuz qərarları, eləcə də, hərəkət və hərəkətsizliyi nəticəsində hər hansı bir tərəfə (borclu və ya tələbkara, eləcə də, üçüncü şəxslərə) ziyan vurulduğu iddia edilirsə, həmin mübahisələrə İnzibati prosessual Məcəlləyə müvafiq olaraq inzibati məhkəmədə baxıla bilər. İcra sənədinin icra olunması ilə bağlı icra məmuru tərəfindən həyata keçirilən fəaliyyətə və bu zaman qəbul edilən qərarlara məhkəmə müdafiəsi hüququnun reallaşdırılmasının tərkib hissəsi və davamı kimi yanaşılmalıdır. Çünki məhkəmə qərarının icrası məhkəmə müdafiəsi hüququnun ayrılmaz tərkib hissəsidir. Qanunvericilik isə icra icraatının gedişində icra sənədinin icrası ilə bağlı yaranan mübahisələrə baxılmasının xüsusi qaydasını müəyyən etmişdir. Mülki Prosessual Məcəllənin 228-232-ci maddələrindəki tənzimləmələr bunu təsdiq edir. Beləliklə, icra sənədinin icra olunması ilə bağlı icra məmuru tərəfindən qəbul edilən qərarlar və hərəkətlər inzibati hüquq sahəsinə aid məsələlərin tənzimlənməsinə yönəlmədiyindən, onların inzibati iddia və ya şikayət qaydasında ayrıca iddia (şikayət) verməklə inzibati məhkəmə icraatında mübahisələndirilməsi mümkün deyildir. İnzibati Prossessual Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Odur ki, iddiaçıya izah edilir ki, hazırki iddia tələbində qaldırdığı məsələ barəsində icra sənədini vermiş məhkəməyə şikayət vermək hüququndan istifadə edə bilər. Həmin Məcəllənin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Məhkəmə onu da qeyd edir ki, iddia mümkün sayılmadığından, iddia ərizəsində yol verilən formal xətaların aradan qaldırılması və bununla bağlı digər məsələlərə baxılmamışdır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35 və 80-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia mümkün sayılmasın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin inzibati kollegiyasına (ünvan: ünvan 3 HAKİM: MEHRİBAN QARAYEVA

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar