Məhkəmə qərarları › İş №2-1(112)-2127/2020

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2127/2020

28.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2127/2020 28.10.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Aytən Pənah qızı Oruczadənin sədrliyi, Məhkəmə iclas katibi Cəfərova Yasəmən Fərman qızının katibliyi, İddiaçı, Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının nümayəndəsi X1 iştirаkları ilə, İddiаçı İddiaçı cаvаbdеh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “Avtomobilçi” Cəmiyyətində işlədiyi illərin sosial sığorta stajına daxil edilməklə əmək pensiyanın yenidən hesablanması və yaranmış fərq məbləğinin birdəfəlik ödənilməsi” barədə iddia tələbi üzrə inzibati işə məhkəmə binаsındа, аçıq məhkəmə iclаsındа bахаrаq, MÜƏYYƏN ETDİ: İddiaçı cаvаbdеh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Suraxanı rayon Şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, sonradan iddia tələbinə dəqiqləşmə verərək, İddiaçı 1992-ci il tarixdən 2003-cü il tarixədək “Avtomobilçi” Cəmiyyətində işlədiyi illərinin sosial sığorta stajına daxil edilməklə əmək pensiyasının yenidən hesablanması, yaranmış məbləğ fərqinin birdəfəlik ödənilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Suraxanı rayon Şöbəsinə həvalə edilməsibarədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul olunduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir İddiaçı xx xxxxxxx 2020-ci il tarixdə məhkəməyə ərizə ilə müraciət edərək, iş üzrə cavabdehin əsl cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı ilə əvəz edilməsini xahiş etmiş və Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2127/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadı ilə cavabdeh əsl cavabdeh ilə əvəz edilmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı xx.xx.1954-cı ildə Bakı şəhərində doğulmuşdur. 1971-cı ildən əmək fəaliyyətinə başlamış və müxtəlif vəzifələrdə çalışmışdır. Pensiya yaşına çatdığından və yaşayış yeri Suraxanı rayonunda yerləşdiyindən Dövlət Sosial Müdafiə Fondunun Suraxanı rayon şöbəsinə əmək pensiyası ilə təmin edilməyi üçün müraciət etmişdir. Müraciəti əsasında iddiaçıya yaşa görə əmək pensiyası təyin edilmişdir. İddiaçı təyin edilən pensiya məbləğinin az olmasının səbəbini aydınlaşdırmaq məqsədilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Sosial Müdafiə Fondunun Suraxanı rayon şöbəsinə ərizə ilə müraciət etmiş, Lakin cavabdeh olan inzibati orqan müraciətimi müsbət cavablandırmamış və xx.xx.2019-cu il tarixli **********5 saylı imtina cavabı ilə bildirmişdir ki, Əmək kitabçasına əsasən “Avtomobilçi” Cəmiyyətində xx.xx.1987-ci il tarixdən xx.xx.2003-cü ilədək olan iş stajını yoxlamaq mümkün olmamışdır. İddiaçı qeyd edir ki, əmək kitabçasında iş yerləri barədə müvafiq qeydlər var. Əmək kitabçasının 22-24-cü səhifələrindəki qeydlərdən də görünür ki, iddiaçı xx.xx.1987-cı ildən xx.xx.2003-cü ilədək işlədiyi dövr əmək kitabçasında rəsmiləşdirilmişdir. Yəni iddiaçının əmək kitabçasında adı qeyd edilən müəssisədə işləməyi mötəbər sübutla - əmək kitabçası ilə təsdiqlənir. Qeyd olunanlara əsasən, iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir. İş üzrə əvvəlki cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Suraxanı rayon Şöbəsi iddia tələbinə etiraz edərək bildirmişdir ki, vətəndaş İddiaçı təqdim etdiyi əmək kitabçasına əsasən “Avtomobilçi” Cəmiyyətində xx.xx.1987-ci il tarixdən xx.xx.2003-cü ilədək olan iş stajını yoxlamaq mümkün olmadığından həmin dövr sosial sığorta stajına daxil edilməmişdir. Şifahi məhkəmə baxışı ilə bağlı iclasda iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək, təmin edilməsini xahiş etdi. Şifahi məhkəmə baxışı ilə bağlı iclasda iştirak edən cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının nümayəndəsi X2 imtina məktubuna və iddia tələbinə verilmiş etiraza uyğun izahat verərək, iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iş materiallarını tam, obyektiv və hərtərəfli araşdıraraq, tərəflərin izahatlarını dinləyərək hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarına əlavə edilmiş sənədlər: - Suraxanı RPİ tərəfindən xx.xx.2004-cü il tarixdə verilmiş AZE-03070084 saylı şəxsiyyət vəsiqəsinə əsasən İddiaçı İsmayı oğlu Azərbaycan Respublikasının vətəndaşıdır, xx.xx.1954-cü il təvəllüdlüdür, ünvan 1 mənzil 62 ünvanında qeydiyyatdadır. - Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən verilmiş yaşayış yeri üzrə qeydiyyat haqqında ******* li arayışdan görünür ki, xx.xx.1954-cü il təvəllüdlü İddiaçı xx xxxxxx 2004-cü il tarixdən etibarən ünvan 2 ünvanında qeydiyyatdadır. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Suraxanı rayon Şöbəsi tərəfindən İddiaçı ünvanlanmış xx xxxxxx 2019-cu il tarixli **********5 saylı məktubundan görünür ki, iddiaçının ərizəsinə pensiya təyin edən komissiyada baxılmış, əmək pensiyası hüququnu zəruri edən vacib şərtlərdən biri tələb olunan iş stajının olması olduğu göstərilmişdir. Əmək kitabçasına əsasən “Avtomobilçi” Cəmiyyətində xx.xx.1987-ci il tarixdən xx.xx.2003-cü ilədək olan iş stajını yoxlamaq mümkün olmadığından, ərizənin təmin olunmasından imtina olunmuşdur. İşdə olan iddiaçının əmək kitabçasının notarial qaydada tərcümə olunmuş surətindən görünür ki: - .xx.xx.1971-ci il tarixdən Metallurgiya Kombinatında yanma sahəsinə 1-ci dərəcəli quraşdırıcı kimi işə qəbul olunmuş, xx.xx.1972-ci il tarixdə təcrübə sahəsinə quraşdırıcı keçirilmiş, xx.xx.1972-ci il tarixdə 2-ci dərəcəli presləyici keçirilmiş və xx.xx.1973-cü il tarixdə Sovet Ordusuna çağrıldığı üçün işdən azad edilmiş; -xx.xx.1975-ci il tarixdən xx.xx.1976-cı il tarixədək Metallurgiya Kombinatında təcrübə sahəsinə 2-ci dərəcəli prestləyici vəzifəsində işləmiş; - xx.xx.1976-cı il tarixdən Suvenir-Rəssamlıq Fabrikasında 15 saylı suvenir sahəsinə presləyici vəzifəsinə qəbul olunmuş, xx.xx.1976-cı il tarixdə 2-ci dərəcə verilmiş, xx.xx.1980-ci il tarixdə 3-cü dərəcə verilmiş və xx.xx.1981-ci il tarixdə öz xahişi ilə işdən azad edilmiş; - xx.xx.1981-ci il tarixdən RİC “Azerbbitobuv” 7 saylı dəri məmulatları emalatxanasına adi usta kimi keçirilmiş, xx.xx.1981-ci il tarixdə həmin emalatxanaya usta məsuliyyəti ilə usta təyin edilmiş, xx.xx.1983-cü il tarixdə adi usta vəzifəsinə keçirilmiş və xx.xx.1983-cü il tarixdə öz xahişi ilə işdən azad edilmiş; - xx.xx.1983-cü il tarixdən Nəsimi İİS Bakı İstilik Şəbəkəsində 2 saylı i/ş çilingər kimi işə qəbul olunmuş və xx.xx.1985-ci il tarixdən öz xahişi ilə işdən azad edilmiş; - xx.xx.1985-ci il tarixdən xx.xx.1985-ci il tarixədək Oktyabr İİS “Bakı İstilik İdarəsinin 1 saylı sahədə, 131 saylı xək, 2-ci dərəcəli elektromontyor vəzifəsində işləmiş; - xx.xx.1985-ci il tarixdən xx.xx.1986-cı il tarixədək Oktyabr İİS Bakı İstilik İdarəsinin 2 saylı sahədə, 141 saylı xək, 2-ci dərəcəli maşinist vəzifəsində işləmiş; - xx.xx.1986-ci il tarixdən xx.xx.1987-cı il tarixədək Oktyabr İİS “Bakı İstilik İdarəsinin 2 saylı sahədə nəzarətçi-çilingər vəzifəsində işləmiş; - xx.xx.1987-ci il tarixdən xx xxxxxx 2003-cü il tarixədək Bakı şəhər Cəmiyyət Soveti “Avtomotolyubiteley” 9 saylı avtomobil dayanacağında işləmiş; - xx.xx.2008-ci il tarixdən xx.xx.2011-ci il tarixədək “xxxxxxxxx” MMC-də surücü vəzifəsində işləmiş; - xx.xx.2011-ci il tarixdən “xxxxxxxxxx” MMC-yə sürücü vəzifəsinə işə qəbul olunmuş, xx.xx.2011-ci il tarixdə nəzarətçi vəzifəsinə keçirilmiş, xx.xx.2012-ci il tarixdə nəqliyyat vasitələri bölməsinin rəhbəri vəzifəsinə keçirilmiş, xx.xx.2012-ci il tarixdə nəqliyyat xidmətinin idarəedilməsi qrupunun rəhbəri vəzifəsinə keçirilmiş və xx.xx.2012-ci il tarixdə öz xahişi ilə işdən azad edilmişdir. Məhkəmə sorğusu əsasında təqdim olunmuş sənədlər: - Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinin Bakı fililalının xx xxxxxx 2020-ci il tarixli, №-02 saylı məktubundan görünür ki, xx.xx.1954-cü il təvəllüdlü vətəndaş İddiaçı xx.xx.1987-xx.xx.2003-cü ilədək işlədiyi “Avtomobilçi” Cəmiyyətinin arxiv sənədləri Dövlət Arxivinin Bakı filialına təhvil verilməmişdir. -Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun xx xxxxxx 2020-ci il tarixli, **********2 saylı məktubundan görünür ki, Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əmək müqaviləsi bildirişi” altsistemində 2012-ci ildən sonraki illər üzrə axtarış etmək imkanı olduğundan İddiaçı “Avtomobilçi” Cəmiyyətində işləyib-işləməməsi barədə məlumatı aşkar etmək mümkün olmamışdır. - Azərbaycan Respublikası “Avtomobilçi” Cəmiyyətinin Mərkəzi Şurasının xx xxxxxx 2020-ci il tarixli, 45 saylı, məktubuna əsasən, xx.xx.1953-cü il təvəllüdlü İddiaçı xx.xx.1987ci il tarixdən (145 saylı əmr) xx.xx.2003-cü il tarixədək (18 saylı əmr) Azərbaycan Respublikası “Avtomobilçi” Cəmiyyətinin Bakı şəhər şurasının nəznində fəaliyyət göstərən 9 saylı dayancaqda avtomobil baş qəbuledicisi vəzifəsində işləmişdir. - Azərbaycan Respublikası “Avtomobilçi” Cəmiyyətinin Mərkəzi Şurasının xx xxxxxxx 2020-ci il tarixli, 63 saylı məktubu ilə İddiaçı “Avtomobilçi” Cəmiyyətində xx.xx.1987-ci il tarixdən xx.xx.2003-cü il tarixədək işləməsi barədə 145 saylı və işdən azad edilməsi barədə 18 saylı əmrlərinin surətləri göndərilmiş və əlavə olaraq bildirilmişdir ki, İddiaçı işlədiyi illər üzrə əmək haqqları: 1987-ci il – 74,20 rubl; 1988-ci il – 75,25 rubl; 1989-cu il – 76,30 rubl; 1990-ci il -76,30 rubl; 1991-ci il – 76,30 rubl; 1992-ci il – 28,25 man.; 1993-cü il – 28,20 man.; 1994-cü il – 2.817 man.; 1995-ci il – 21.120 man; 1996-cı il- 43.260 man; 1997-ci il – 46836 man; 1998-ci il – 47040 man; 1999-cu il – 47040 man; 2000-ci il – 47040 man; 2001ci il – 47040 man; 2002-ci il – 45060 man; 2003-cü il – 46560 man təşkil etmişdir. xx xxxxxx 1987-ci il tarixli 145 saylı əmri ilə İddiaçı “Avtomobilçi” Cəmiyyətinə işə qəbul olunmuş və cəmiyyətinin xx xxxxxx 2003-cü il tarixli, 18 saylı əmri ilə işdən azad edilmişdir. Məhkəmə sorğusu əsasında təqdim olunmuş 924427 saylı pensiya işindən görünür ki, Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Suraxanı rayon (şəhər) şöbəsinin əmək pensiyası təyin edən komissiyanın xx.xx.2017-ci il tarixli, 754 saylı qərarı ilə, İddiaçı xx.xx.2017-ci il tarixdən ömürlük olaraq 155,87 manat məbləğində pensiya təyin olunmuş, pensiya baza hissəsinin 110 manat, sığorta hissəsinin isə 45,87 manat olması müəyyən edilmişdir. İddiaçının xx.xx.2006-cı il tarixədək iş stajı 17 il 11 ay təşkil etmişdir (1992-ci ilin yanvar ayının 1- dək işlədiyi illər). Məhkəmə təqdim edilmiş sənədlərdən müəyyən etmişdir ki, Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Suraxanı rayon (şəhər) şöbəsinin əmək pensiyası təyin edən komissiyanın xx.xx.2017-ci il tarixli, 754 saylı qərarı ilə İddiaçı xx.xx.2017-ci il tarixdən 155,87 manat məbləğində yaşa görə əmək pensiyası təyin edilmiş, pensiya təyin olunduqdan sonra məlum olmuşdur ki, yaşa görə əmək pensiyası təyin edilərkən iddiaçının “Avtomobilçi” Cəmiyyətində xx.xx.1987-xx.xx.1992-ci ilə qədər olan iş illəri nəzərə alınmış, xx.xx.1992-xx.xx.2003-cü ilə qədər olan iş illəri isə nəzərə alınmamışdır. Cavabdehin həmin iş illərinin nəzərə alınmamasının əsaslı səbəbi odur ki, “Avtomobilçi” Cəmiyyətində iddiaçının xx.xx.1987-ci il tarixdən xx.xx.2003-cü ilədək olan iş stajını yoxlamaq mümkün olmamışdır. Məhkəmə tərəfindən araşdırmalı hal odur ki, iddiaçının 1992-ci il tarixdən 2003-cü il tarixədək “Avtomobilçi” Cəmiyyətində işlədiyi illərinin sosial sığorta stajına daxil edilməsinin “Əmək pensiyaları haqqında” Qanunun tələblərinə zidd olub-olmamasıdır. Əsas sosial-iqtisadi hüquqlardan biri olan sosial təminat hüququ Azərbaycan Respublikası Konstitusiyanın 38-ci maddəsində təsbit olunmuşdur. Həmin maddəyə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. (Konstitusiyanın 38-ci maddəsinin İ və İİİ hissələri). Bu hüquq Azərbaycan Respublikasının tərəfdar çıxdığı bir sıra beynəlxalq-hüquqi aktlarda da öz əksini tapmışdır. Belə ki, “İnsan hüquqları haqqında” Ümumi Bəyannamənin 22-ci maddəsinə uyğun olaraq hər bir insanın, cəmiyyətin bir üzvü kimi, sosial təminat, milli səylər və beynəlxalq əməkdaşlıq əsasında, hər bir ölkənin strukturuna və ehtiyatlarına müvafiq olaraq, ləyaqətinin qorunması, şəxsiyyətinin azad inkişafı üçün zəruri olan iqtisadi, sosial və mədəni hüquqlarını həyata keçirmək hüququ var. Eyni zamanda, “İqtisadi, sosial və mədəni hüquqlar haqqında” Beynəlxalq Paktın 9-cu maddəsində nəzərdə tutulmuşdur ki, sosial sığorta da daxil olmaqla hər bir şəxsin sosial təminat hüququ var. Konstitusiyada və beynəlxalq-hüquqi aktlarda əksini tapan sosial təminat hüququ qanunla müəyyən edilmiş hallarda və hədlərdə pensiya almaq hüququnu da ehtiva edir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdirlər. Həmin Qanununun 7-ci maddəsinə görə, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd: Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. İddiaçının xx xxxx 1954-cü il tarixdə doğulması və xx xxxx 2017-ci il tarixdə yaşa görə əmək pensiyasının təyin olunması işin mübahisəsiz hallarıdır. Mübahisəli hal iddiaçının 1992-2003-cü illərdə “Avtomobilçi” Cəmiyyətində işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi ilə bağlıdır. Cavabdehin imtinasının, eləcə də etirazının əsas dəlili ondan ibarətdir ki, iddiaçı tərəfindən əmək kitabçası təqdim olunsa da, həmin kitabçada aparılan xx.xx.1987-ci il tarixdən xx.xx.2003-cü ilədək olan iş stajını yoxlamaq mümkün deyildir. Məhkəmə cavabdehin bu dəlilini əsassız hesab edərək qeyd edir ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 87-ci maddəsinin 1-ci hissəsinə əsasən, işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında-işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. “İşçilərin əmək kitabçasının forması və onun tətbiqi qaydaları” haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186-cı qərarının 1.1-ci bəndinə əsasən, əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəd hesab edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.2-ci maddəsinə əsasən, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərti ilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Həmin Qanunun 21.1-ci maddəsinə əsasən, qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərti ilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Göründüyü kimi, əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəd hesab edilir. İddiaçının işlədiyi dövrdə qüvvədə olan “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 69-cu maddəsində deyilirdi ki, iş stajını sübut edən əsas sənəd kimi əmək kitabçası nəzərdə tutulurdu. İddiaçıya məxsus əmək kitabçasından görünür ki, iddiaçı əmək fəaliyyətinə xx.xx.1971-ci tarixdən başlayaraq müxtəlif müəssisələrdə işləmiş və əmək fəaliyyətini xx.xx.2012-ci il tarixədək davam etdirmişdir. Əmək kitabçasının qeydlərinə əsasən həmçinin, cavabdehin mübahisələndirdiyi 1992-2003-cü illərdə işləməsi də müəyyən olunur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydalarının 3.1-ci bəndinə əsasən sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq 2 hissəyə bölünür: Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; Qanunun qüvvəyə mindiyitarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. Həmin Qaydaların 3.2.1-ci bəndinə əsasən, 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası üzrə PAS-a(X4) daxil edilmiş məlumatlara əsasən müəyyən edilir. 3.6-cı bəndə əsasən, qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı sığortaolunanın fərdi uçot məlumatları əsasında müəyyən olunur. Göründüyü kimi, istinad olunan Qaydalar "Əmək pensiyaları haqqında" Qanun qüvvəyə minən günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün sosial sığorta stajının fərdi uçot məlumatları əsasında deyil, əmək kitabçasına əsasən müəyyən edildiyini təsbit etmişdir. Hazırda cavabdehin mübahisələndiridiyi 1992- 2003-cü illər də həmin qanun qüvvəyə minənədək olan dövrlə əhatə olunduğundan, bu müddətdə iddiaçının iş stajının əmək kitabçasında qeyd edilməsi həmin dövrün onun sığorta stajına daxil edilməsi üçün yetərli əsasdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə əsasən, iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. Yuxarıdakı qanunvericilik aktlarından göründüyü kimi, əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəd hesab edilir. Məhkəmə qeyd edir ki, hazırkı iş üzrə mübahisəli məsələ 1992-2003-cü illərdə əmək fəaliyyəti ilə bağlı olduğundan, eləcə də iddiaçının həmin dövrlərdə işlədiyi əmək kitabçasında bu barədə müvafiq qeydiyyat aparılmaqla təsdiqləndiyindən, qanunvericiliyin yuxarıda istinad olunan müddəalarına əsasən sözügedən dövr iddiaçıya əmək pensiyası hüququ verən sosial sığorta stajına daxil edilməlidir. Bundan başqa, əmək kitabçasında göstərilən məlumatların həqiqəti əks etdirmədiyi qənaətinə gəlmək üçün hər hansı əsaslar da müəyyən edilməmiş, bu hala dair cavabdeh tərəfindən hər hansı mötəbər sübutlar təqdim edilməmişdir. Digər tərəfdən isə nəzərə almaq lazımdır ki, qarşılıqlı yoxlamanın hər hansı səbəbdən baş tutmaması iddiaçının təqsiri ilə bağlı olmayan haldır və hətta bu halın mövcudluğu təsdiq olunsa belə, bu, özüözlüyündə qanunvericilikdə pensiya hüquqlarının həyata keçirilməsindən imtinaya əsas verən hal kimi təsbit edilməmişdir. Məhkəmə vurğulamağı zəruri hesab edir ki, iddiaçının pensiyanın yenidən hesablanması ilə bağlı müraciətinə baxılarkən, onun “Avtomobilçi” Cəmiyyətində işlədiyi xx.xx.1987-xx.xx.2003-cü il tarixli iş illərinin sosial sığorta stajına daxil edilməsindən imtina edilmişdir. Halbuki, məhkəmə araşdırılması zamanı təqdim olunmuş pensiya işindən görünür ki, iddiaçı xx xxxx 2017-ci il tarixdən yaşa görə pensiya təyin edilərkən, onun “Avtomobilçi” Cəmiyyətində işlədiyi xx.xx.1987-xx.xx.1992-ci il tarixli dövrləri nəzərə alındığı, digər iş illəri isə nəzərə alınmadığı müəyyən olunmuşdur. Məhkəmə iclasları zamanı cavabdehin nümayəndələri iddiaçının 1992-ci il tarixədək “Avtomobilçi” Cəmiyyətində işlədiyi illərinin hansı sənədlər əsasında nəzərə aldığını əsaslandıra bilməmişdirlər. Bundan savayi isə, Məhkəmə öz xidməti vəzifəsinə uyğun olaraq iddiaçının işlədiyi “Avtomobilçi” Cəmiyyətinin mövcudluğu və onun həmin müəssisədə işləməsi ilə bağlı əlavə araşdırma aparmış, iddiaçının xx xxxxxx 1987-ci il tarixli 145 saylı əmri ilə “Avtomobilçi” Cəmiyyətinə işə qəbul olunduğunu, xx xxxxxx 2003-cü il tarixli, 18 saylı əmri ilə işdən azad edildiyini, ona 1987-2003-cü ilə qədər müxtəlif məbləğdə əmək haqqı ödənildiyini müəyyən etmişdir. Hazırda iddiaçının işlədiyi müəssisənin Azərbaycan Respublikası “Avtomobilçi” Cəmiyyətinin Mərkəzi Şurası adı ilə ********** saylı VÖEN altında fəaliyyət göstərdiyi müəyyən olunmuşdur. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının nümayəndəsi X2 xx xxxxxxx 2020-ci il tarixli şifahi məhkəmə baxış iclasında işin təxirə salınmasını, Azərbaycan Respublikası “Avtomobilçi” Cəmiyyətinin Mərkəzi Filialı tərəfindən həmin dövrdə sosial sığorta haqlarının ödənilib-ödənilməməsi ilə bağlı araşdırmanın aparılmasını xahiş etmişdir. Məhkəmə bununla bağlı münasibətdə qeyd edir ki, “Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən, sığortaedənlərin müvafiq icra hakimiyyəti orqanının uçot sistemində mövcud olan 2006-cı ilin 1 yanvar tarixinə yaranmış və 2018-ci ilin 1 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığorta haqları üzrə borcları tam məbləğdə silinir. Həmin Qanunun 4-cü maddəsinə əsasən, bu Qanunun 1-ci, 2-ci və 3-cü maddələri ödənilməsi barədə məhkəmə qərarı qəbul edilmiş, lakin 2018-ci ilin 1 aprel tarixinə ödənilməmiş borcların qalığına da şamil edilir. Həmin Qanunun 5-ci maddəsinə əsasən, bu Qanun 2018ci ilin aprelin 1-dən qüvvəyə minir. Göründüyü kimi, qanunvericiliklə bütün sığortaedənlərin məcburi dövlət sosial sığorta haqları üzrə xx.xx.2006-cı il tarixə yaranmış borcları xx.xx.2018-ci il tarixdən silinmişdir. Azərbaycan Respublikası “Avtomobilçi” Cəmiyyətinin Mərkəzi Filialı tərəfindən 1992-2003 dövrlər üzrə sosial sığorta haqlarının ödənilib-ödənilməməsi ilə bağlı araşdırılmanın aparılmasına zərurət yaranmamışdır. Belə ki, inzibati orqanın verilmiş səlahiyyətlər çərçivəsində sosial sığorta haqlarının ödənilməsini təmin etməli olduğu halda, bu vəzifəsini icra etməməsi, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların işlədiyi müddətin iş stajı kimi nəzərə alınmasından imtina və sosial sığorta olunan şəxsin pensiya hüququndan məhrum edilməsi üçün əsas hesab edilə bilməz. Yuxarıda göstərilənləri rəhbər tutaraq, Məhkəmə belə nəticəyə gəlir ki, iddiaçın İddiaçı müraciətinə baxılarkən, “Əmək pensiyaları haqqında” Qanunun 87-ci maddəsinin, həmçinin “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydalarının 3.1-ci bəndinin tələbləri nəzərə alınmamış, iddiaçının 1992-ci il tarixdən 2003-cü il tarixədək “Avtomobilçi” Cəmiyyətində işlədiyi illərinin sosial sığorta stajına daxil edilməsindən əsassız olaraq imtina edilmişdir. Belə olduğu halda, iddiaçının iddiası həmin hissədə təmin edilməlidir. Məhkəmə iddia tələbinin “fərq məbləğinin birdəfəlik ödənilməsi” hissəsinə münasibətdə bildirir ki, iddia həmin hissədə qismən təmin edilməlidir. Belə ki, Əmək pensiyaları haqqında Qanunun 32.1-1-ci maddəsinə əsasən, əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Qüvvədə olan qanunvericiliyin tələblərinə görə, inzibati orqan tərəfindən pensiya məbləği ilə bağlı mübahisə yarandığı təqdirdə, ötən illərə görə yaranmış pensiya məbləğinin həmin hissəsini birdəfəlik ödənilməsi nəzərdə tutulmamışdır. Səlahiyyətli inzibati orqan, yəni Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı öz səlahiyyətləri çərçivəsində ötən dövr üçün hesablanan pensiya üzrə fərq məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödəyir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Beləliklə, Məhkəmə qeyd edilən normaların tələblərindən çıxış edərək, İddiaçı iddiası əsaslı olduğundan qismən təmin edilməli, İddiaçı 1992-ci il tarixdən 2003-cü il tarixədək “Avtomobilçi” Cəmiyyətində işlədiyi illərinin sosial sığorta stajına daxil edilməklə pensiyanin yenidən hesablanması və yaranmış fərq məbləğinin ödənilməsi öhdəliyi cavabdehə həvalə edilməli, iddia qalan hissədə təmin edilməməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə -vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2-ci, 34-cü, 110-cu maddələrini rəhbər tutaraq, Məhkəmə qərаrа аldı: İddiaçı iddiası qismən təmin edilsin. İddiaçı 1992-ci il tarixdən 2003-cü il tarixədək “Avtomobilçi” Cəmiyyətində işlədiyi illərinin sosial sığorta stajına daxil edilməklə pensiyanin yenidən hesablanması və yaranmış fərq məbləğinin ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına həvalə edilsin. İddia qalan hissədə təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar