Məhkəmə qərarları › İş №2-1(112)-2129/2020

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2129/2020

18.05.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2129/2020 18.05.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mədətli Fərid İlham oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Teymur Budad oğlunun katibliyi, İddiaçı (ünvan 1 ünvanında qeydiyyatda olan) iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə, üçüncü şəxs X2 qarşı üçüncü şəxsin qeydiyyatdan çıxarılması tələbi barədə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) şifahi, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X3 onun şəxsi mülkündən çıxarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-4428/2019 saylı, 16 dekabr 2019-cu il tarixli qərardadı ilə X5 üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. İddiaçı daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, X1 Bakı şəhəri, Nərimanov rayonu, Məmmədzadə küçəsi, ev 13A, 32 saylı mənzildən qeydiyyatdan çıxarılması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2129/2020 saylı, 06 mart 2020-ci il tarixli qərardadı ilə ərizə icraata qəbul edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Nərimanov rayonu, Məmmədzadə küçəsi, ev 13A, 32 saylı mənzil 2004-cü il tarixdən iddiaçının mülkiyyətindədir. X6 onun icazəsi olmadan ona məxsus mənzilə qeydiyyata alınmışdır. Həmin şəxsi tanımır və kim olması barədə məlumatı yoxdur. Buna görə də X1 ona məxsus mənzildən qeydiyyatdan çıxarılmasını xahiş edir. Cavabdeh iddia ərizəsinə yazılı münasibətini məhkəməyə ünvanlayaraq göstərmişdir ki, İddiaçı Bakı şəhəri, Nərimanov rayonu, Məmmədzadə küçəsi, ev 13A 32 saylı mənzildən üçüncü şəxsin qeydiyyatdan çıxarılması barədə müraciəti xx.xx.2019-cu il tarixdə daxil olmuş, xx.xx.2019-cu il tarixdə tərəflərindən ərizəçiyə rəsmi qaydada cavab olaraq, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən qeydiyyatda olan şəxslərin qeydiyyatdan çıxarılması üçün yeni yaşayış yerinə qeydiyyata düşməsi barədə məlumat, istifadə hüququna xitam verilməsi barədə məhkəmənin qüvvəyə minmiş qərarı və s. sənədlər tələb olunduğu, əks halda şəxsin qeydiyyatda çıxarılmasının tərəflərindən mümkün olmadığı və bu məsələ ilə bağlı məhkəmə orqanına müraciət etməsinin məqsədəmüvafiq hesba edildiyi qeyd edilmişdir. Şifahi məhkəmə baxışı iclasında iştirak edən iddiaçı iddia ərizəsinə və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəyə uyğun məzmunda izahat verərək, iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdi. Cavabdehə və 3-cü şəxsə məhkəmə iclaslarının vaxtı və yeri barədə məhkəmə bildirişləri göndərilsə də, cavabdehin nümayəndəsi və üçüncü şəxs məhkəməyə gəlməmişlər. Cavabdeh məhkəməyə məktub ünvanlayaraq işə nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə işə şifahi məhkəmə baxışı iclasında cavabdehin nümayəndəsinin və üçüncü şəxsin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq, mövcud maddi və prosessual hüquq normalarını tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, işdə olan Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən xx.xx.2004-cü il tarixdə verilmiş ÖM seriyalı, 191599 saylı qeydiyyatda vəsiqəsinin surətindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Məmmədzadə küçəsi, ev 13A ünvanında yerləşən 32 saylı mənzil İddiaçı adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmişdir və bu barədə 206 saylı reyestr kitabında 30/9521 saylı nömrə ilə qeydiyyat aparılmışdır. İşdə olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən xx.xx.2019-cu il tarixdə verilmiş yaşayış yeri üzrə qeydiyyat haqqında ******* saylı arayışdan görünür ki, X5 (xx.xx.1990-cı il təvəllüdlü) İddiaçı məxsus ünvan 3 ünvanında qeydiyyatdadır. İşdə olan cavabdeh tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, 078-33461H saylı imtina məktubundan görünür ki, iddiaçının üçüncü şəxsin ona məxsus mənzildən qeydiyyatdan çıxarılması ilə bağlı müraciətinə baxılmış, cavabdeh tərəfindən “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat” haqqında Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə istinad olunaraq, şəxsin qeydiyyatdan çıxarılmasının mümkün olmadığı, bununla bağlı məhkəməyə müraciət etməsi bildirilmişdir. Məhkəmə baxışı dövründə məhkəmə tərəfindən cavabdehdən sorğu əsasında X1 ünvan 3 ünvanına qeydiyyata alınmasına əsas olmuş sənədlər tələb edilmişdir. Cavabdeh tərəfindən xx.xx.2020-ci il tarixli, 078-367-1220 saylı məktubla məhkəmə sorğusuna cavab olaraq bildirilmişdir ki, X5 xx.xx.2010-cu il tarixdə ünvan 1 ünvanına pasport qeydiyyatına alınmışdır. Şəxsiyyət vəsiqəsinin verilməsinə əsas olan sənədlərin saxlama müddəti bitdiyindən tərəflərindən məhv edilmişdir. Ona görə də məhkəməyə təqdim edilməsi mümkün olmamışdır. Beləliklə işin hallarından görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Məmmədzadə küçəsi, ev 13A ünvanında yerləşən 32 saylı mənzil 07 may 2004-cü il tarixdən iddiaçı X4 xüsusi mülkiyyətindədir. İş üzrə üçüncü şəxs X5 iddiaçının razılığı və xəbəri olmadan xx.xx.2010-cu il tarixdə ona məxsus mənzilə pasport qeydiyyatına alınmışdır. İddiaçı üçüncü şəxsin ona məxsus mənzildən qeydiyyatdan çıxarılmasını tələb edir ki, bunu da həmin şəxsin onun razılığı və xəbəri olmadan ona məxsus mənzilə qeydiyyata alınması, göstərilən şəxsin həmin mənzildə yaşamaması, qeydiyyatının formal olması ilə əsaslandırır. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin tək başına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27-ci maddəsinə əsasən fıziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Həmin Qanunun 9-cu maddəsinin 6-cı bəndinə əsasən qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun tələbindən göründüyü kimi, şəxs yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdır. X5 iddiaçıya məxsus mənzildə yaşamadığı halda, onun razılığı olmadan formal olaraq ona məxsus mənzilə pasport qediyyatına alınmışdır. Üçüncü şəxs X5 yaşayış yeri üzrə qeydiyyata alınmalı olduğundan, onun qeyd edilən mənzilə istifadə hüquqları olmadığından və qeydiyyatı formal xarakter daşıdığından iddiaçının həmin şəxsi ona məxsus Bakı şəhəri, Nərimanov rayonu, Məmmədzadə küçəsi, ev 13A ünvanında yerləşən 32 saylı mənzildən pasport qeydiyyatından çıxarılması vəzifəsinin cavabdehə həvalə edilməsinə dair tələbi qanuni və əsaslı hesab edilərək təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsində göstərilir ki, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33.1, 52, 58, 68-69, 75.4, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. Bakı şəhəri, Nərimanov rayonu, Məmmədzadə küçəsi, ev 13A ünvanında yerləşən 32 saylı mənzildən X1 qeydiyyatdan çıxarılması vəzifəsi Bakı şəhəri Cavabdehnə həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərid Mədətli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar