Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-2129/2021 01.06.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Feyziyev İbrahim İsmayıl oğlunun katibliyi, İddiaçı1, iddiaçının vəkili İddiaçı2 Mirəlim oğlunun, cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı1 cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı «əmrin ləğv edilməsi, iddiaçının tutduğu vəzifəyə uyğun başqa vəzifəyə bərpa olunması»na dair iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı1 cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı 4 fevral 2019-cu il tarixli 0119 nömrəli əmrin ləğv edilməsi və iddiaçının tutduğu vəzifəyə uyğun başqa vəzifəyə bərpa olunması öhdəliyinin cavbdehin üzərinə qoyulması tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 47, 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanmış və məhkəmənin sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi məqsədilə cavabdehə təqdim edilmişdir. Cavabdehin nümayəndəsinin iddia ilə bağlı məhkəməyə təqdim olunmuş yazılı münasibətində aşağıdakılar bildirilir: - İddiaçı1 4 fevral 2018-ci il tarixdə həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. Buradan görünür ki, 2 il 8 ay müddət əvvəl olan münasibətlərdən yaranan mübahisə iddiaçı məlumatlı olmuşdur. Hüquqlarının pozulması barədə iddiaçının hazırda gəlmiş olduğu qənaət məhkəmədə iddianın qaldırılması üçün kifayət deyildir. Belə ki, uzun müddət zaman kəsiyinin keçməsi tərəflərin bərabər şəkildə mövqelərinin müdafiəsini mümkünsüz etmiş olur. Belə olan halda, inzibati aktın qəbul edilməsindən iddiaçının xəbərdar olmaması mümkün deyildir. Göstərilənlərə və İPM-in 38-ci maddəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci maddəsinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair» 27 dekabr 2001-ci il tarixli qərarına əsaslanaraq, iddianın mümkün sayılmaması barədə qərardad çıxarılması məhkəmədən xahiş olunur. İş üzrə məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə məlumat verilmişdir. Tərəflər məhkəmə iclasına gəlmişlər. İddiaçı tərəf “buraxılmış prosessual müddətin bərpası barədə” ərizə təqdim etmişdir. Əruzədə bildirilir ki, hazırkı məhkəmə icraatında cavbdeh tərəf iddia müddətinin keçməsi ilə bağlı iddia ərizəsinin rədd olunmasını xahiş etmişdir. Müvafiq əmr verilən tarixdə, yəni 4 fevral 2019-cu il tarixdə onun övladının doğulması və həmin uşağın səhhətində nasazlıqlar olduğundan, əmrin mübahisələndirilməsi üzrə müddət ötürülmüşdür. Bundan başqa, həmin müddətin ötürülməsinə səbəb əmrin qəbulundan sonra onun komandanlıq qarşısında xidmətə qayıtması barədə ərizələr və onlara cavab məktublarının gec alınması da olmuşdur. Qeyd edilənləri nəzərə alaraq, prosessual müddətin ötürülməsi üzürlü sayılmaqla 4 fevral 2019-cu il tarixli 0119 nömrəli əmrin ləğv edilməsi və onun tutduğu vəzifəyə uyğun başqa vəzifəyə bərpoa olunması öhdəliyinin cavbdehin üzərinə qoyulması barədə qərar çıxarılması məhkəmədən xahiş olunur. Məhkəmə iş materiallarını nəzərdən keçirərək, “buraxılmış prosessual müddətin bərpası” və iddianın mümkünlüyü məsələlərinin müzakirəsini zəruri saydı. Məhkəmə iclasında iştirak edən İddiaçı1 “buraxılmış prosessual müddətin bərpası barədə” ərizənin təmin olunmasını və iddianın mümkün sayılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili İddiaçı2 “buraxılmış prosessual müddətin bərpası barədə” ərizənin təmin olunmasını və iddianın mümkün sayılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 “buraxılmış prosessual müddətin bərpası barədə” ərizənin rədd olunmasını və iddianın mümkün sayılmamasını xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, “buraxılmış prosessual müddətin bərpası barədə” ərizə təmin edilməməli və iddia mümkün sayılmamalıdır. Belə ki, «İnzibati icraat haqqında» AR Qanununun 2.0.1-ci maddəsinə əsasən inzibati orqan – Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. Həmin Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. İPM-in 2.2.1-ci maddəsinə görə şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 24.1-ci maddəsinə görə bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. İPM-in 24.2-ci maddəsinə görə buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır. İPM-in 24.4-cü maddəsinə görə təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz. İPM-in 32.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. İPM-in 38.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Göründüyü kimi, iddiaçının tələbi mübahisələndirmə haqqında iddiaya aiddir və mövcud qanunvericilik inzibati aktın mübahisələndirilməsi ilə bağlı 1 ay iddia müddəti müəyyən etmişdir. Hazırkı işin məhkəmə araşdırılması ilə müəyyən edilir ki, iddiaçı 4 fevral 2019-cu il tarixli əlverişsiz inzibati aktın (əmrin) mübahisələndirilməsi tələbi ilə iddianı 13 oktyabr 2020-ci il tarixdə, yəni inzibati aktın qəbulundan 1 il 8 ay müddət keçdikdən sonra qaldırmışdır. Məhkəmənin qənaətinə görə mübahisə predmeti olan 4 fevral 2019-cu il tarixli əmr xidmətin xüsusiyyətləri baxımından iddiaçıya qəbul edildiyi ərəfədə məlum olmuşdur. Bu qənaət həm də ondan irəli gəlir ki, o, daşıdığı vəzifəni icra etmədiyi halda xidməti münasibətlərdə digər nəticələrin (işə gəlməməyə, vəzifəni lazımi qaydada icra etməməyə görə intizam məsuliyyəti) yaranma ehtimalı böyük olmuşdur, halbuki, belə nəticə olmamışdır. Nəzərə alınmalıdır ki, iddiaçı özü də əmrin ona həmin vaxt elan olunmasını inkar etmir və bununla bağlı müəyyən dəlillərlə buraxılmış prosessual müddətin bərpasına dair ərizə təqdim edir. Lakin məhkəmə hesab edir ki, iddiaçının təqdim etdiyi dəlilləri müddətin buraxılmasının üzürlü sayılmasına əsas vermir. Həmçinin qeyd olunmalıdır ki, iddiaçı İPMin 24.4-cü maddəsində göstərilən hallara dair heç bir dəlil və sübut bildirnir. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddiaçının “buraxılmış prosessual müddətin bərpası barədə” ərizəsi təmin edilməməlidir, iddia isə qanunla müəyyən edilmiş 1 aylıq iddia müddəti buraxılmaqla qaldırıldığlndan, mümkün sayılmamalıdır. İPM-in 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 2.3cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yolverilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və İPM-in 23, 35, 83-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçının “buraxılmış prosessual müddətin bərpası barədə” ərizəsi təmin edilməsin. İddia mümkün sayılmasın Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli
Məhkəmə qərarları › İş №2-1(112)-2129/2021
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-2129/2021
01.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver