Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2129/2023 31.01.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi ilə, İddiaçı və onun nümayəndəsi və vəkili X3, Cavabdeh Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinə qarşı “müsahibə nəticəsinin ləğv edilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin keçirdiyi müsahibə nəticəsinin ləğv edilməsi və məsələsinə obyektiv hüquqauyğun şəkildə baxılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. Tələb onunla əsaslandırılmışdır ki, o, 14 iyun 2022-ci ildə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji maarifləndirmə və ictimaiyyətlə əlaqələr şöbəsi, Mətbuatla iş sektoru (mətbuat katibi) məsləhətçi vəzifəsi üzrə müsahibədə iştirak etmişdir. Müsahibədə dövlət orqanından olan nümayəndə müsahibədə ona qarşı qərəzli münasibət göstərmiş və müsahibədən keçməsi üçün lazım olan balı yazmamışdır. Halbuki X5 nümayəndəsi və müstəqil ekspert cavablarını obyektiv qiymətləndirmişlər. Nəticədə iddiaçı keçid üçün lazım olan 16 baldan 15,3 bal toplamışdır. Təbii ki, müsahibə nəticəsindən narazı qaldığı üçün “Dövlət Qulluğu haqqında” qanunun 29-1 maddəsinə əsasən müsahibə nəticəsindən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Apellyasiya Şurasına şikayət etmişdir.
3. İddiaçının cavabdeh orqana daxil olmuş şikayəti ilə əlaqədar Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Apellyasiya Şurası tərəfindən qəbul edilmiş 2022-ci il 28 iyul tarixli 033/AP nömrəli qərarı ilə iddiaçının şikayəti təmin edilməmişdir.
4. Cavabdeh orqan tərəfindən iddia tələbinə dair təqdim edilən yazılı etirazda aşağıda qeyd olunanlara əsasən bildirilmişdir ki, həmin iddia əsassızdır. Belə ki, iddiaçı 14 iyul 2022-ci il tarixində Nazirliyin Ekoloji maarifləndirmə və ictimaiyyətlə əlaqələr şöbəsinin Mətbuatla iş sektorunun məsləhətçi vəzifəsinin tutulması üçün keçirilmiş müsabiqə üzrə müsahibəsində iştirak etmiş və müsahibənin nəticəsinə görə 15,3 bal toplayaraq barəsində vəzifəyə uyğun olmaması haqqında qərar qəbul edilmişdir, iddiaçı qərardan narazı qalaraq Nazirliyin Apellyasiya Şurasına (bundan sonra Şura) müsahibə nəticələrinə yenidən baxılması barədə müraciət etmişdir. İddiaçının müraciətinin baxılması təmin edilmiş, təşkil edilmiş müsabiqə üzrə müsahibənin videogörüntüsü diqqətlə izlənilmiş və onun tərəfindən suallara verilən cavablar təhlil edilmişdir. Təhlil nəticəsində müəyyən edilmişdir ki, İddiaçı müsahibəyə lazımi səviyyədə hazırlaşmamış və suallara ətraflı cavab verə bilməmişdir. Şuranın iclasında İddiaçı iddia etdiyi vəzifənin və Nazirliyin fəaliyyət istiqamətlərinə uyğun müvafiq suallar verilmiş, lakin o həmin sualları natamam və səthi olaraq cavablandırmışdır (Şura iclasının video çəkilişi əlavə olunur). Bundan sonra Şuranın 28 iyul 2022-ci il tarixli 033/AP nömrəli Qərarına əsasən İddiaçı şikayəti təmin edilməmişdir. Yuxarıda qeyd olunanlara əsasən cavabdeh orqan İddiaçı Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinə qarşı Apellyasiya Şurasının 28 iyul 2022-ci il tarixli 033/AP nömrəli qərarının ləğv edilməsi barədə iddia ərizəsi əsassız olduğundan iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
5. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə Azərbaycan Respublikasının X11 inzibati məhkəmə icraatına adi cəlbetmə qaydasında üçüncü şəxs qismində cəlb edilmişdir.
6. Məhkəmənin şifahi sorğusuna cavab olaraq cavabdeh orqan tərəfindən bildirilmişdir ki, X11 tərəfindən 2020-ci il 13 yanvar tarixində elan edilmiş müsabiqə üzrə müsahibə mərhələsində İnsan resurslarının idarə edilməsi şöbəsinin Karyera planlama, təlim və inkişaf sektorunun məsləhətçisi vəzifəsinə - X6 və İddiaçı uyğun hesab edilmişlər. Namizədlərin şəxsi işləri Ekologiya və Təbii Sərvətlər Nazirliyinə təqdim edildikdən sonra onlar rəhbər şəxslər tərəfindən qəbul edilmiş və aparılmış söhbətdən sonra X6 uyğun hesab edildiyi üçün müvafiq vəzifəyə təyin olunmuş, İddiaçı isə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 2020-ci il 13 noyabr tarixli 781/ü nömrəli Əmri ilə 2 il müddətinə ehtiyat kadrlar siyahısına daxil edilmişdir. Ötən müddət ərzində Nazirliyin Aparatında struktur dəyişikliyi aparılmış, adıçəkilən şöbə və sektor yenidən təşkil edilmiş və İddiaçı uyğun hesab edildiyi vəzifəyə analoji vakant vəzifə mövcud olmamışdır. 2022-ci ilin 29 aprel tarixində Nazirliyin Aparatının Hüquq və insan resursları şöbəsinin İnsan kapitalının inkişafı sektorunun məsləhətçi ştatı struktur dəyişikliyi nəticəsində ləğv edildiyindən İddiaçı vəzifəyə təyinatı məsələsinə baxılmamışdır. 2022-ci il 13 noyabr tarixində İddiaçı ehtiyat kadrlar siyahısına daxil edilməsindən 2 il müddət ötmüş və o ehtiyat kadrlar siyahısından çıxarılmışdır. Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 21 iyun tarixli 1480 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət qulluğu vəzifəsinin tutulması məqsədilə müsahibə keçirilməsi Qaydası”nın 5.10-cu bəndinə əsasən vakant vəzifəyə təyin edilmək üçün dövlət orqanının rəhbərinə təqdim olunmuş, lakin vakant vəzifəyə təyin edilməmiş namizədlər iki il müddətində həmin dövlət orqanında ehtiyat kadr kimi saxlanılırlar. Bu müddət ərzində həmin dövlət orqanında analoji vakant vəzifə (vəzifənin tutulması şərtləri uyğun olan) olduqda, namizədlərin razılığı ilə onlar həmin vəzifələrə təyin edilirlər, yaxud digər dövlət orqanında analoji vakant vəzifə olduqda, həmin vəzifəyə təyin edilmə məsələlərinə baxılması üçün namizədlər bu dövlət orqanının rəhbərinə Mərkəz tərəfindən təqdim olunurlar. Ehtiyat kadrlara uyğun analoji vakant vəzifə yarandığı təqdirdə namizədlərin təyinatı ilə bağlı dövlət oraanıJərəfindən Dövlət Qulluğu – X9 X4 İmtahan Mərkəzinə sorğu verilir və Mərkəzin müvafiq rəyi əsasında təyinatlar həyata keçirilir. O da qeyd edilmişdir ki, iddiaçıya Nazirliyin tabeli qurumlarında vəzifə təklif edilsə də, o imtina etmişdir.
7. Məhkəmənin müsahibənin keçirilməsi qaydalarına dair şifahi sorğusuna cavab olaraq cavabdeh orqan tərəfindən bildirilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 21 iyun tarixli 1480 nömrəli Fərmanı ilə “Dövlət qulluğu vəzifəsinin tutulması məqsədilə müsahibə keçirilməsi Qaydası” təsdiq edilmişdir. Həmin qaydaların 1.2-ci bəndinə əsasən müsahibənin keçirilməsində məqsəd namizədin vakant vəzifə üzrə bilik səviyyəsini, peşə hazırlığını, ümumi dünyagörüşünü və vakant vəzifə üçün zəruri olan keyfiyyətlərini voxlamaqla həmin vəzifəyə uyğunluğunu müəyyən etməkdir. Qaydaların 5.2-ci bəndinə əsasən müsahibə komissiyasının hər bir üzvü namizədin vakant vəzifəyə uyğunluğunu aşağıdakı meyarlara əsasən qiymətləndirir: bilik səviyyəsi - namizədin vakant vəzifəyə dair müsahibə proqramı üzrə bilikləri; peşə hazırlığı - namizədin vakant vəzifənin tutulması şərtlərinə uyğun olaraq nəzəri və qanunvericilik biliklərini tətbiqetmə bacarığı və vəzifənin tutulma şərtlərinə uyğun olaraq xarici dil, informasiya texnologiyaları üzrə bilikləri; ümumi dünyagörüşü - namizədin dünyada (ölkədə) və cəmiyyətdə baş verən mühüm hadisələrə dair məlumatlılığı, habelə bu hadisələrə dair mülahizələri; vakant vəzifə üçün zəruri olan keyfiyyətlər - namizədin emosional sabitliyi, məsuliyyətliliyi, məqsədyönlülüyü, dürüstlüyü, özünütənqid, nüfuzetmə, təhliletmə, ünsiyyətqurma bacarıqları. Bu o deməkdir ki, dövlət qurumunun nümayəndəsinin dörd meyar üzrə namizədi qiymətləndirməsi (o cümlədən ümumi dünyagörüşü ilə bağlı suallar da daxil olmaqla) qanunvericiliyin tələbidir. Bundan əlavə, qaydaların 2.3-cü bəndinə əsasən müsahibə elanı, vakant vəzifə üzrə vəzifə təlimatı və müsahibə proqramları vakant vəzifənin aid olduğu dövlət orqanının internet saytında yerləşdirilir, habelə müsahibə elan edilməzdən azı on gün əvvəl X7 təqdim olunur və Mərkəz həmin məlumatların öz internet portalında yerləşdirilməsini təmin edir. Müsahibə proqramı, ümumi proqram, Dövlət orqanı üzrə proqram və vəzifə üzrə proqram olmaqla üç hissədən ibarət müəyyən edilir və internet portalında qeyd əlavə olunmaqla bildirilir ki, “Azərbaycan Respublikası Prezidentinin 21 iyun 2017-ci il tarixli 1480 nömrəli Fərmanı iiə təsdiq edilmiş “Dövlət qulluğu vəzifəsinin tutulması məqsədi ilə müsahibə keçirilməsi QAYDASİ”nın 1.2-ci bəndinə əsasən müsahibə zamanı namizədin müsahibə proqramı üzrə bilik səviyyəsi və peşə hazırlığının yoxlanılması ilə yanaşı ümumi dünyagörüşü, barəsində müsahibə elan edilən vəzifə üçün zəruri olan şəxsi keyfiyyətləri yoxlanılmaqla müvafiq vəzifəyə uyğunluğu qiymətləndirilir. Müsahibə zamanı İddiaçı verilmiş sualların (suallar əlavə olunur) bəziləri iddia etdiyi vəzifənin mahiyyətinə uyğun olmaqla ümumi dünyagörüşünün yoxlanılması məqsədilə verilmişdir və həmin sualların cavabları Ekollogiya və Təbii Sərvətlər Nazirliyinin elektron səhifəsində mövcuddur. Qeyd olunanlardan görünür ki, müsahibə zamanı müsahibə komissiyasının hər bir üzvü namizədə müvafiq proqram çərçivəsində suallar vermiş və heç bir qayda pozuntusuna yol verilməmişdir. Eyni zamanda dövlət orqanının nümayəndəsi olan Cəlayir Səmədov tərəfindən verilən suallar (ümumi dünyagörüşünə aid müxtəlif suallar verilə biləcəyi imkanına qanunvericilik tərəfindən məhdudiyyət qoyulmadığı halda) müvafiq proqram çərçivəsində və iddia olunan vəzifəyə və quruma aid olmuşdur.
8. Məhkəmənin hazırlıq icraatı üzrə iclasında və şifahi məhkəmə dinləmələri zamanı (şifahi məhkəmə baxış iclası) iştirak edən iddiaçı və onun nümayəndəsi (vəkili) iddia tələbinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi.
9. Məhkəmənin hazırlıq icraatı üzrə iclasında və şifahi məhkəmə dinləmələri zamanı (şifahi məhkəmə baxış iclası) iştirak edən cavabdehin nümayəndəsi iddiaya yazılı etirazın məzmununa uyğun izahat verməklə iddia tələbinin təmin edilməməsini xahiş etdi.
II. İddianın növü və mümkünlüyü
10.“Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanunundan: 4.1. Dövlət qulluğu aşağıdakı prinsiplərə əsaslanır: 4.1.7. vətəndaşların dövlət qulluğuna müsabiqə və müsahibə əsasında qəbul edilməsi; 28.1. Dövlət qulluğuna qəbul müsabiqə əsasında aparılır. Müsabiqə test imtahanından və müsahibədən ibarətdir. 28.4. Müsahibəni dövlət qulluğu vəzifəsinin aid olduğu dövlət orqanı təşkil edir. 28.6. Müsahibə sənədlərin qəbulu başa çatdıqdan sonra 30 gün ərzində keçirilir. Dövlət qulluğu vəzifəsinin aid olduğu dövlət orqanı müsahibənin keçirilməsi üçün müsahibə komissiyası yaradır. Müsahibə komissiyası 3 nəfərdən ibarət tərkibdə, müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun 1 nümayəndəsi və 1 müstəqil ekspert daxil edilməklə yaradılır. Müsahibə komissiyası üzvünün müsahibənin nəticələri barədə xüsusi rəyi müsahibənin nəticələrinin araşdırılması üçün əsasdır. Müsahibə komissiyasının reqlamenti, o cümlədən müsahibə komissiyası tərkibinin formalaşdırılması, müsahibənin keçirilməsi, qiymətləndirmənin aparılması, müsahibənin nəticələrinin araşdırılması qaydası və keçid balları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
11. Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 21 iyun tarixli 1480 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət qulluğu vəzifəsinin tutulması məqsədi ilə müsahibə keçirilməsi Qaydası”ndan: 6.1. Namizədlər müsahibənin nəticələrindən inzibati qaydada, Azərbaycan Respublikasının Dövlət X2 və məhkəməyə şikayət verə bilərlər.
12. Müsahibənin nəticələri iddiaçı tərəfindən inzibati qaydada mübahisələndirilmiş, Apellyasiya şurasının xx.xx.2022-ci il tarixli qərarı ilə (033/AP) iddiaçının şikayəti təmin edilməmişdir.
13. Cavabdeh tərəfindən iddiaya etirazda iddia tələbi Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Apellyasiya şurasının qərarının ləğvi kimi qiymətləndirilmiş, lakin iddia tələbi məhz (ilkin) müsahibənin nəticələrinin ləğvi, yəni hüquqi marağına uyğun olaraq vakant vəzifəyə uyğunluğu barədə qərar qəbulu ilə bağlıdır (belə ki, iddia tələbində iddiaçı müsahibənin nəticəsinin ləğv edilməsini və məsələsinə obyektiv hüquqauyğun şəkildə baxılmasını tələb edir).
14. Müsahibəni dövlət qulluğu vəzifəsinin aid olduğu dövlət orqanı təşkil etdiyindən iddia tələbi düzgün cavabdehə qarşı qaldırılmış və iddiaçı faktiki olaraq hüquqi marağına uyğun olaraq vakant vəzifəyə uyğunluğu barədə qərar qəbul edilməsini tələb edir. Məhkəmə iddia tələbinə iddiaçının hüquqi marağına uyğun olaraq qiymət verir.
15. İPM-in 52-ci maddəsinə əsasən, məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.
16. İPM-in 2.2.2-ci maddəsinə əsasən, inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.
17. İPM-in 33.1-ci maddəsinə əsasən, məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. İPM-in 33.2-ci maddəsinə əsasən, bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur.
III. Məhkəmənin mövqeyi
18. Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 21 iyun tarixli 1480 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət qulluğu vəzifəsinin tutulması məqsədi ilə müsahibə keçirilməsi Qaydası”ndan: 1.2. Müsahibənin keçirilməsində məqsəd namizədin vakant vəzifə üzrə bilik səviyyəsini, peşə hazırlığını, ümumi dünyagörüşünü və vakant vəzifə üçün zəruri olan keyfiyyətlərini yoxlamaqla, həmin vəzifəyə uyğunluğunu müəyyən etməkdir. 1.4. Bu Qaydada istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir: 1.4.1. müsahibə – vakant vəzifənin tutulması üçün dövlət qulluğunun müvafiq vəzifəsi üzrə test imtahanından keçdiyini təsdiq edən dövlət qulluğu sertifikatı qüvvədə olan şəxslər üçün keçirilən, Qanunun 28.6-cı maddəsində nəzərdə tutulan müsahibə; 1.4.4. vakant vəzifə – tutulması üçün müsahibə, ümumi müsahibə və ya daxili müsahibə keçirilməsi nəzərdə tutulan, Qanunun 28-ci və 29-cu maddələrinə uyğun olaraq müəyyən edilən müvafiq dövlət qulluğu vəzifələri. 5.2. Müsahibə komissiyasının hər bir üzvü namizədin vakant vəzifəyə uyğunluğunu aşağıdakı meyarlara əsasən qiymətləndirir: 5.2.1. bilik səviyyəsi – namizədin vakant vəzifəyə dair müsahibə proqramı üzrə bilikləri; 5.2.2. peşə hazırlığı – namizədin vakant vəzifənin tutulması şərtlərinə uyğun olaraq nəzəri və qanunvericilik biliklərini tətbiqetmə bacarığı və vəzifənin tutulma şərtlərinə uyğun olaraq xarici dil, informasiya texnologiyaları üzrə bilikləri; 5.2.3. ümumi dünyagörüşü – namizədin dünyada (ölkədə) və cəmiyyətdə baş verən mühüm hadisələrə dair məlumatlılığı, habelə bu hadisələrə dair mülahizələri; 5.2.4. vakant vəzifə üçün zəruri olan keyfiyyətlər – namizədin emosional sabitliyi, məsuliyyətliliyi, məqsədyönlülüyü, dürüstlüyü, özünütənqid, nüfuzetmə, təhliletmə, ünsiyyətqurma bacarıqları. 5.3. Hər bir qiymətləndirmə meyarı üçün ən yüksək bal 5, ən aşağı bal isə 2-dir. Hər bir meyar üzrə verilmiş qiymətlər toplanaraq, namizəd barədə ümumi bal müəyyən edilir və “Namizədin iddia etdiyi inzibati vəzifəyə uyğunluğunun qiymətləndirilməsinə dair bal cədvəli” ilə rəsmiləşdirilir. 5.7. Vakant vəzifə üzrə keçirilmiş müsahibədən 16 və daha çox bal toplamış namizəd müsahibədən müvəffəqiyyətlə keçmiş hesab olunur. Müsahibə komissiyası namizədin iddia etdiyi vakant vəzifəyə uyğun olub-olmaması barədə qərar qəbul edir.
19. Məhkəmə qeyd edir ki, İddiaçı Ekoloji maarifləndirmə və ictimaiyyətlə əlaqələr şöbəsi, Mətbuatla iş sektoru, məsləhətçi vəzifəsi üzrə keçirilən müsahibə zamanı X11, cavabdeh Ekologiya və Təbii Sərvətlər Nazirliyi və müstəqil ekspert cəlb edilmiş, müsahibə video çəkilişlə müşahidə olunmuş (video yazı iş materiallarına əlavə olunmuşdur) və müsahibə zamanı verilmiş suallar yazılı olaraq cavabdeh tərəfindən təqdim edilmişdir.
20. Həmin suallar aşağıdakılardan ibarətdir: - Sonuncu olaraq hansı ətraf mühitlə bağlı əlamətdar hadisə haqqında informasiyanı eşitmisiniz? - Stolkhom konvensiyası ilə bağlı sonuncu görüş nə vat keçirilib? - Ətraf mühitə dair ictmai ekoloji informasiya mərkəzi hansı qurumda yerləşir? - Hansı konvensiya çərçivəsində ictimai ekologiya informasiya mərkəzi təsis olunub? - Kioto protokolu özündə nəyi ehtiva edirdi? - Ətraf mühitə dair informasiyanın obyektləri hansılardır? - Ətraf mühitə dair informasiyanın hansı növləri var? - Qanunvericilik bazasındakı hansı qanunlar ətraf mühitə dair informasiyanın verilməsini təmin edir? - Son dövrlərdə iqlim dəyişiklikləri ilə bağlı ölkəmizdə su ehtiyatlarında nəinki qlobal, həm də Azərbaycan Respublikasında da qıtlıq yaşandı. Bununla bağlı dövlətimiz hansı tədbirlər görür? - Ekoloji siyasətin əsas prioritet istiqamətləri hansılardır? - Media nədir?
21. Namizədin iddia etdiyi inzibati vəzifəyə uyğunluğunun qiymətləndirilməsinə dair bal cədvəlinə əsasən (“Dövlət qulluğu vəzifəsinin tutulması məqsədi ilə müsahibə keçirilməsi Qaydası”na 1 nömrəli əlavəyə uyğun olaraq) bilik səviyyəsi, peşə hazırlığı, ümumi dünyagörüşü, vakant vəzifə üçün zəruri olan keyfiyyətləri (hər bir meyar üzrə 4 bal olmaqla) X5 nümayəndəsi və müstəqil ekspert tərəfindən 16 bal, cavabdeh qurumun nümayəndəsi tərəfindən 14 balla qiymətləndirilmiş (bilik sahəsi 3 bal, peşə hazırlığı 3 bal, ümumi dünyagörüşü 4 bal, vakant vəzifə üçün zəruri olan keyfiyyətləri 4 bal); Namizədin iddia etdiyi inzibati vəzifəyə uyğunluğunun qiymətləndirilməsinə dair yekun protokoluna (“Dövlət qulluğu vəzifəsinin tutulması məqsədi ilə müsahibə keçirilməsi Qaydası”na 2 nömrəli əlavəyə uyğun olaraq) əsasən yekun qiymətləndirmə balı 15,3 olmaqla vəzifəyə uyğun olmaması təsdiq edilmişdir.
22. Məhkəmə hesab edir ki, hazırkı iddia cavabdeh qurumun maddi hüquq normasının tətbiqi şərtlərinin həmin orqanın özünün qiymətləndirməsinə əsasən müəyyən olunması ilə bağlıdır. Odur ki, məhkəmə müsahibə zamanı cavabdeh qurumun nümayəndəsi tərəfindən iddiaçıya ünvanlanmış həmin sualları nəzərdən keçirərək (belə ki, mübahisə məhz cavabdeh qurumun nümayəndəsi tərəfindən aparılmış qiymətləndirmə ilə bağlıdır) sualların açıq-aşkar iddiaçının iddia etdiyi (Ekoloji maarifləndirmə və ictimaiyyətlə əlaqələr şöbəsi, Mətbuatla iş sektoru, məsləhətçi) vakant vəzifə üzrə bilik səviyyəsi, peşə hazırlığı, ümumi dünyagörüşü və vakant vəzifə üçün zəruri olan keyfiyyətlərə uyğunluğu ilə bağlı olmadığı qənəatinə gəlmir. Odur ki, məhkəmə müsahibənin keçirilməsi və nəticələrinin rəsmiləşdirilməsi zamanı “Dövlət qulluğu vəzifəsinin tutulması məqsədi ilə müsahibə keçirilməsi Qaydası” ilə uyğunsuzluq təşkil edən hal müəyyən etməmişdir.
23. Bununla əlaqədar, məhkəmə iddiaçının tələbinə uyğun qərar qəbul edə bilməz.
24. Məhkəmə həmçinin nəzərə alır ki, cavabdeh tərəfindən iddiaçıya tabeli qurumlarında mövcud vakant vəzifələr üzrə müvafiq iş təklif edilmiş, lakin iddiaçı həmin təklifi qəbul etməmişdir. Qeyd edilən hal ilə bağlı tərəflər arasında mübahisə yoxdur.
25. İnzibati Prosessual Məcəllədən: 73.3. Aşağıdakı hallarda məhkəmə, bir qayda olaraq, iddiaçının tələbinə uyğun qərar qəbul edə bilməz: 73.3.1. inzibati orqan tərəfindən diskresion səlahiyyət əsasında qərar qəbul edildikdə; 73.3.2. inzibati aktın qəbulu zamanı inzibati orqanın istinad etdiyi maddi hüquq normasının tətbiqi şərtləri həmin orqanın özünün qiymətləndirməsinə əsasən müəyyən olunduqda və ya hər hansı hüquq normasının tətbiqi ilə bağlı inzibati orqana qiymətləndirmə azadlığı verildikdə; 73.3.3. inzibati aktın qəbul edilməsi üçün araşdırmanın davam etdirilməsi zəruri olduqda və məhkəmə tərəfindən müstəqil şəkildə, məhkəmə baxışı çərçivəsində belə araşdırmanın həyata keçirilməsi mümkün olmadıqda.
26. Göstərilənlərə əsasən və İPM-in 2.3, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARAALDİ:
İddia təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.
Hakim Günel Sevdimalıyeva