Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-213/2025 06.02.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X2 Sabir oğlunun sədrliyi, Zeynalova Leyla Afiq qızının katibliyi, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialına qarşı “pensiya işindəki sənədlərin təqdim edilməsi, pensiyadan tutulmuş məbləğin qaytarılması, faktiki az ödənilən pensiya məbləğinin əlavə hesablanıb ödənilməsi, pensiya artımlarını vaxtında hesablanmadığına görə ödənc verməsi, yeni hesablama cədvəllərinin və qərarlarının surətlərini iddiaçıya təqdim edilməsi və s.” tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlərə baxaraq, müəyyən etdi: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin hərəkətlərinin qanunsuz hesab edilməsi; pensiya işindəki iddiaçıya aid olan sənədlərin (pensiya və pensiya artımlarının hesablanması və verilməsi barədəki hesablama cədvəllərinin və müvafiq vəzifəli şəxsin qərarlarının, (əmr və ya sərəncamının) surətlərinin)) verilməsi, qanunsuz tutulmuş 4762.15 manat məbləğin qaytarılması; 2154.84 manat pensiya məbləğin iddiaçıdan tutulması; xx.xx.2018-ci ildən xx.xx.2019-cu ilə, xx.xx.2018-ci ildən xx.xx.2019-cu ilə, xx.xx.2019-cu ildən xx.xx.2022-ci ilə kimi olan və xx.xx.2022-ci ildən sonrakı dövrlər üçün faktiki az ödənilən pensiya məbləğlərinin əlavə hesablanıb ödənilməsi; pensiya artımlarının vaxtında hesablamadığına görə ödənc verilməsi; gələcəkdə pensiyaların artması ilə bağlı hesablamalar aparılarkən iddiaçını məlumatlandırmaqla, yeni hesablama cədvəllərinin və qərarların (əmr, sərəncamların) surətlərinin iddiaçıya təqdim edilməsi; gələcəkdə ona qarşı qanunsuz hərəkətlərə yol verilməməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddia ərizəsinin əsaslarına görə, məhkəmə hakimlərinin əmək pensiyalarının 01 iyul 2022-ci İdən artırılması ilə bağlı qanunlara ediən dəyişiklilərdən sonra Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialının müvafiq vəzifəli şəxsləri uzun müddət bu artımları iddiaçıya hesablamamışlar. İddiaçının bir neçə müraciətindən sonra 2022-ci ilin dekabr ayında iddiaçıya bu artımların cüzi bir hissəsi hesablanmış və ona məlum olmuşdur ki, bu barədə iddiaçıya məlumat vermədən cavabdeh öz təşəbbüsü ilə xx.xx.2022-ci ilə kimi olan bütün dövrlər üçün ödənməli pensiyaları yenidən hesablamış, xx.xx.2018-ci ilə kimi olan dövrdə 1496.73 manat az, xx.xx.2018-dən xx.xx.2019-cu ilə kimi olan dövrdə 3556.48 manat, xx.xx.2019-dan xx.xx.2022-ci ilə kimi olan dövrdə isə 4758.24 manat artıq pensiya ödəmələrini aşkar etmiş, həmin məbləğləri qarşılıqlı üzləşdirərək artıq ödənilən mələğin bir hissəsini əskik ödənilən 1496.73 manatla əvəzləşdirmiş, qalan 6916.99 manatdan 4762.15 manatı xx.xx.2022-ci ildən sonra hesablanan pensiya artımlarından tutmuş, qalan 2154.84 manatın da tutulması üçün razılıq verilməsini tələb etmiş və razılıq verilmədiyi təqdirdə iddiaçı barəsində ölçü götürüləcəyi bildirilmişdir. Cavabdehə 27 dekabr 2022-ci il, 06 yanvar 2023-cü il, 09 yanvar 2023-cü il, 15 fevral 2023-cü il tarixli ərizələrlə müraciət edilərək, hərəkətlərinin qanunsuz olması bildirilmiş, qanunsuz tutduqları məbləğləri iddiaçıya qaytarması, habelə həmin dövrlərdə pensiya işindəki pensiya və pensiya artımlarının hesablanması və verilməsi barədəki hesablama cədvəllərinin və müvafiq vəzifəli şəxsin (idarə rəisinin, filialın direktorunu) qərarlarının, əmr və ya sərəncamının) surətlərinin verilməsi xahiş olunmuşdur. Lakin bu günə kimi onun müraciəti təmin olunmamış, ona cavab verilməmiş, qanusuz tutulan məbləğlər qaytarılmamışdır. Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh tərəfindən iddia tələbinə münasibətdə təqdim olunmuş ərizə onunla əsaslandırılmışdır ki, İddiaçı oğunun tələbinə mahiyyəti üzrə baxılaraq hüquqi qiymət verilmişdir. Hazırda tələbdə iddia ərizəsinin texniki tərtibatı dəyişdirilsə də, faktiki olaraq iddiaçının nail olmaq istədiyi hüquqi nəticə eynidir və həmin hüquqi nəticəyə uyğun olaraq artıq bir dəfə inzibati məhkəmə araşdırılması aparılaraq yekun məhkəmə aktı qəbul edilmiş və iddia tələbi təmin edilməmişdir. Qeyd olunanlara əsasən cavabdeh iddia tələbinin mümkün sayılmamasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddianın mümkün sayılmamasını xahiş etmişdir. Məhkəmə iddia ərizəsini qanunvericiliyin tələbləri baxımından təhlil edərək, aşağıdakılara əsasən hesab edir ki, iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli 10 aprel 2015-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini...yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. (8.6-cı bənd); Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. (9-cu bənd)” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli qərarının 6.1-ci bəndinə əsasən, iddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır (6.1-ci bənd). İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun (6.2-ci bənd). Nəzərə alınmalıdır ki, hər hansı bir iddiaya mahiyyəti üzrə baxılması üçün iddiaçının iddia tələbinin təmin olunmasında hüquqi marağı olmalıdır. Hüquqi maraq şəxsin çatmağı arzuladığı məqsədin nədə ifadə edilməsini ehtiva edir. Məhkəmə qeyd edir ki, iddiaçının hüquqi marağının mövcud olub-olmamasının müəyyən edilməsi iddianın mümkün olubolmamasının müəyyən edilməsi ilə birbaşa asılılıqdadır. Yəni, iddiaçının iddia qaldırmaqda hər hansı hüquqi marağı mövcuddursa, başqa sözlə qaldırılan iddia onun hüquq və mənafelərinin müdafiəsi ilə bağlı qaldırılmışdırsa iddia mahiyyəti üzrə qiymətləndirilməlidir. İşin faktiki hallarından göründüyü kimi iddiaçı hazırki iddia tələbi ilə sənədlərin təqdim edilməsi, tutulmuş vəsaitin qaytarılması, məbləğin onun pensiyasından tutulması, əmək pensiyasının yenidən hesablanması, pensiya artımlarının vaxtında ödənilmədiyinə görə əlavə ödəncin verilməsini, gələcəkdə ona qarşı qanunsuz hərəkətlərə yol verilməməsi vəzifəsinin cavabdehə həvalə edilməsidir. Məhkəmə iddiaçının tələbləririnin – sənədlərin təqdim olunması, əmək pensiyasının yenidən hesablaması və ona ödənc verilməsi – hissəsində hesab edir ki, iddia tələbi inzibati orqana müraciət olunmaması əsası ilə mümkünlük şərtlərinə cavab verməmişdir. Belə ki, iş materiallarından da göründüyü kimi iddiaçının cavabdeh inzibati orqana çox saylı müraciətləri olsa da, yuxarıda göstərilən tələblər üzrə onun müraciəti olmamışdır. Bununla bağlı məhkəmə iclasında müvafiq araşdırma aparılmış, iddiaçının nümayəndəsinə İPM-nin 13-cü maddəsi əsasında hüquqi yardım göstərilmiş, hətta sənədlərin təqdim olunması istiqamətində ona məhkəməyə təqdim edilmiş pensiya işi və sənədlərlə tanış olmaq şəraitinin yaradılması və məhkəmə tərəfindən zəruri sənədlərin təqdim olunmasının mümkünlüyü ilə bağlı izah verilmiş, lakin iddiaçının nümayəndəsi məhkəmənin hüquqi yardımına əməl etməmişdir. Göründüyü kimi iddiaçının məhkəməyə müraciət etdiyi vaxt onun hüquqlarının pozulduğunu təsdiq edən əsaslar mövcud deyil. İddiaçı tərəfindən qanunvericiliklə tələb olunan ilkin prosedurlar həyata keçirilməmiş, yəni müvafiq quruma həmin tələblər ilə bağlı müraciət olunmamışdır. Bu isə hüquq pozuntusunun müəyyən edilməsi üçün zəruri olan şərtlərin yerinə yetirilməməsinə gətirib çıxarır. İlkin müraciətinin olmaması iddiaçının hazırki mərhələdə müdafiəyə ehtiyacın olmadığını göstərir. Çünki iddiaçının irəli sürdüyü tələb əmək pensiyasının yenidən hesablanması, ödəncin verilməsi və iddiada göstərilən konkret sənədlərin təqdim olunmasıdır ki, onun bu tələblər ilə məhkəməyəqədər orqana müraciəti olmamışdır. Nəticə etibarı ilə, tərəflər arasında məhkəməyəqədr hər hansı hüquq pozuntusunun yarandığı müəyyən olunmur. Bu isə hazırki iddianın həmin hissədə mümkünlük şərtlərinə cavab vermədiyini göstərir. Məhkəmə, iddiaçının cavabdehin gələcəkdə ona qarşı qanunsuz hərəkətlərə yol verməməsi və belə halların baş verdiyi təqdirdə müvafiq sənədlərin ona təqdim olunmasına dair tələbinin hüquqi əsaslarını təhlil edərək belə qənaətə gəlmişdir ki, bu tələb hüquqi marağın mövcud olmaması səbəbi ilə mümkün sayılmamalıdır. İddiaçının tələbi, mahiyyət etibarilə, gələcəkdə baş verə biləcək ehtimallara əsaslanaraq inzibati orqanın üzərinə əvvəlcədən konkret öhdəlik qoyulmasını nəzərdə tutur. Lakin hüquq sistemində yalnız baş vermiş və ya baş verməkdə olan hüquq pozuntuları üzrə hüquqi müdafiə təmin edilə bilər. Hüquqi münasibətlərin qeyri-müəyyən və ehtimala əsaslanan perspektivləri nəzərə alınaraq inzibati orqanın hər hansı bir hərəkət etməyə məcbur edilməsi hüquqi baxımdan qeyri-mümkündür. Qanunvericiliyə əsasən, məhkəmə yalnız faktiki baş vermiş və ya artıq mövcud olan hüquq pozuntularını araşdıra və onlara hüquqi qiymət verə bilər. Bu baxımdan, cavabdehin gələcəkdə hansı hərəkətləri edəcəyi və həmin hərəkətlərin qanunazidd olubolmayacağı barədə əvvəlcədən hüquqi mühakimə irəli sürmək mümkün deyil. Bu səbəbdən, məhkəmə hesab edir ki, iddiaçının hüquqlarının müdafiəsinə ehtiyac olduğunu müəyyən etmək mümkün deyil və həmin hissədə irəli sürülən iddia mümkün sayılmamalıdır. Həmçinin məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, tərəflər arasında əvvəllər də əmək pensiyasının yenidən hesablanması qismində məhkəmə mübahisəsi olmuşdur. Məhkəmə, iddiaçının qanunsuz tutulmuş vəsaitin geri qaytarılması və pensiya tutulmasının qarşısının alınması barədə tələbinə də hüquqi qiymət verərək müəyyən etmişdir ki, iddia tələbinin hüquqi çərçivədə konkretləşdirilməsinə ehtiyac vardır. İnzibati Prosessual Məcəllənin tələblərinə uyğun olaraq, iddia tələbi dəqiq və hüquqi əsaslara söykənməlidir. Bu baxımdan, məhkəmə iddiaçının nümayəndəsinə iddia tələbinin dəqiqləşdirilməsi, hüquqi marağın tam aydınlaşdırılması, eyni zamanda, əgər vəsait tutulmuşdursa, bu vəsaitin tutulmasına dair qərarın mübahisələndirilməsi ilə bağlı təklif vermişdir. Lakin nə iddiaçı, nə də onun nümayəndəsi tərəfindən iddia tələbinin dəqiqləşdirilməsi təqdim edilməmişdir. Nəticə etibarilə, məhkəmə hesab edir ki, iddiaçının tələbi qeyri-müəyyən və natamam olduğu üçün həmin hissədə də mümkün sayılmamalıdır. Beləliklə, məhkəmə xidməti vəzifəsinə uyğun olaraq zəruri ilkin şərt kimi iddianın mümkünlüyünü yoxlamış, iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcud olmadığını aşkar etmişdir ki, İPM-nin 35.1-ci maddəsinin və “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2015ci il 10 aprel tarixli, 5 nömrəli Qərarının 1.1-1.5-ci bəndlərinin də tələbləri baxımından iddianın mümkün hesab edilməməsi barədə qərara gəlmişdir. İnzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (1.1 - 1.5-ci bəndlər) Beləliklə Məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır. Məhkəmə yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, hazırkı iddia mümkün sayılmamalıdır. İPM-in 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialına qarşı “pensiya işindəki sənədlərin təqdim edilməsi, pensiyadan tutulmuş məbləğin qaytarılması, faktiki az ödənilən pensiya məbləğinin əlavə hesablanıb ödənilməsi, pensiya artımlarını vaxtında hesablanmadığına görə ödənc verməsi, yeni hesablama cədvəllərinin və qərarlarının surətlərini iddiaçıya təqdim edilməsi və s.” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. X3
Məhkəmə qərarları › İş №2-1(112)-213/2025
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-213/2025
06.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver