Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2130/2020 23.09.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi X6 Ağa qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi və vəkili X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun X1rşı pensiyanın bərpa edilməsi, ödənilməyən məbləğin birdəfəyə ödənilməsi tələbi barədə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Xətai rayon Şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, dayandırılmış pensiyanın bərpa edilməsi və bu müddətdəki ödənilməyən məbləğin birdəfəyə ona ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ona xx.xx.2015-ci il tarixindən yaşa görə güzəştli şərtlərlə Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Xətai rayon Şöbəsi tərəfindən yaşa görə əmək pensiyası təyin edilmişdir. Pensiya təyin edilərkən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinin tələblərinə uyğun ümumi əmək stajı 25 ildən çox, güzəştli iş stajı 12 il 6 aydan çox olmuşdur. 2019-cu ilin iyul ayından ona məlum olmayan səbəbdən pensiyası dayandırılmışdır. Ona cavab vermişlər ki, güzəştli stajı düzgün təyin olunmayıb. O, xx.xx.1978-ci ildə H.Z.Tağıyev adına BTTB ASC-nin toxucu fabrikində yapışqanlı toxunmayan material istehsal edən şilixtləyici peşəsində xx.xx.1991-ci ilə kimi işləmiş, xx.xx.1994-cü ildən xx.xx.1998-ci ilə kimi həmin peşədə işləmişdir. İşlədiyi peşəyə əsasən, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunmasına əsas verən Nazirlər Kabinetinin “Yüngül sənaye və toxuculuq sənayesi sahələri üçün kimya məhsulları və ondan məmulatlar istehsalı- yapışqanlı toxunmayan material istehsal edən fəhlə (şilixtləyici). Bu barədə işlədiyi müəssisədə kadrlar şöbəsindən və arxiv arayışı təqdim etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2130/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadı ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdaifəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Xətai rayon Şöbəsi əsl cavadeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun X5 İdarəsi ilə əvəz edilmişdir. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsində göstərilən qaydada iddia ərizəsinə münasibət bildirmək üçün sərəncam göndərilmiş, lakin cavabdeh tərəfindən iddiaya qarşı hər hansı bir münasibət bildirilməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun izahat verərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarına qiymət verərək, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan AZE seriyalı, 0******* nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı XX.XX,1957-ci il tarixdə anadan olmuşdur. İşdə olan iddiaçıya məxsus ИТ-0501134 nömrəli əmək kitabçasının surətindən görünür ki, iddiaçı xx.xx.1975-ci ildən xx.xx.1977-ci il tarixədək hərbi xidmətdə olmuş, xx.xx.1978-ci ildən xx.xx.1991-ci il tarixədək H.Z.Tağıyev adına TTSK ASC-nin (keçmiş V.İ.Lenin adına Toxuculuq Kombinatı) Toxuculuq İstehsalatının şilixtləyici peşəsində işləmiş, xx.xx.1991-ci il tarixdən Sp “ATTEKS”-də köçürmə yolu ilə hazırlıq sexinə 4-cü dərəcəli ştixləyici maşina-operator peşəsinə işə qəbul edilmiş, xx.xx.1994-cü il tarixdə işdən azad edilmiş, H.Z.Tağıyev adına BTTB-nin sərəncamına göndərilmiş, xx.xx.1994-cü il tarixdən H.Z.Tağıyev adına BTTB-də toxuculuq istehsalının hazırlıq şöbəsinə şilixtləyici keçirilmiş, xx.xx.1998-ci il tarixdə işdən azad edilmiş, xx.xx.2006-cı il tarixdə “xxxx” ASCyə gözətçi işinə qəbul edilmiş, xx.xx.2007-ci il tarixdə işdən azad edilmiş, xx.xx.2012-ci il tarixdə “Foto Studiya”-ya usta vəzifəsinə işə qəbul edilmişdir. Hal-hazırda işləyir. İşdə olan iddiaçıya məxsus pensiya işinin surətindən görünür ki, Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Xətai rayon Şöbəsinin əmək pensiyası təyin edən komissiyasının 1319 nömrəli, xx.xx.2018-ci il tarixli qərarı ilə xx.xx.2015-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Onun adına xx.xx.2018-ci il tarixdə şəxsi hesab açılmışdır. İşdə olan “xxxx” ASC tərəfindən verilmiş 126 nömrəli, xx.xx.2020-ci il tarixli güzəştli arayışdan görünür ki, İddiaçı həqiqətən H.Z.Tağıyev adına TTSK ASC-nin (keçmiş V.İ.Lenin adına Toxuculuq Kombinatı) Toxuculuq İstehsalatının şilixtləyici (yapışqanlayıcı) sexində xx.xx.1978-ci ildən xx.xx.1991-ci il tarixədək, xx.xx.1994-cü ildən xx.xx.1998-ci il tarixədək toxunmayan material (iplik) istehsal edən yapışqanlayıcı (şilixtləyici) peşəsində işləmişdir. İşlədiyi peşələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 saylı, xx.xx.2007-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərinSiyahısı”-da § 26, səhifə 181, § 26.9, səhifə 187, 188-də öz əksini tapmışdır. İşdə olan Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Xətai rayon Şöbəsi tərəfindən iddiaçıya ünvanlanmış **********7 nömrəli, xx.xx.2019-cu il tarixli məktubdan görünür ki, ididaçıya bildirilmişdir ki, ona xx.xx.2015-ci ildən yaşa görə əmək pensiyası təyin edilmişdir. Lakin,araşdırma zamanı onun pensiyasının təyinatında səhvliyə yol verilmişdir. Bu səbəbdən pensiyasının ödənişi dayandırılmışdır və nəticədə 8073.30 manat artıq ödəmə yaranmışdır. Xahiş edilmişdir ki, həmin vəsait könüllü surətdə şöbənin hesabına geri qaytarılsın, əks halda Qanunvericilikdə nəzərdə tutulmuş qaydada həmin vəsaitin geri qaytarılması üçün hüquq mühafizə və məhkəmə orqanlarına müraciət olunacaqdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdehin iddiaçıya təyin edilmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının dayandırılması ilə bağlı hərəkətləri qanunsuz olmuşdur. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçıya xx.xx.2015-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunmuşdur. xx.xx.2019-cu il tarixdə isə ona məktub ünvanlanaraq pensiya təyinatında səhvə yol verildiyi bildirilərək, ona təyin olunmuş pensiya ödənişi dayandırılmış və ondan 8073.30 manat məbləğində artıq ödəmə tələb edilmişdir. Lakin, məhkəmə araşdırması zamanı cavabdeh tərəfində təqdim edilmiş pensiya işində iddiaçıya təyin olunmuş pensiyanın dayandırılmasına səbəb olmuş hallar aşkar edilməmiş, bundan əlavə iddiaçının ona pensiya təyin olunduğu tarixə həqiqətən 25 il ümumi iş stajının və 12 il 6 aydan artıq güzəştli əmək stajının olması iş materialları ilə öz əksini tapmışdır. Məhkəmə hesab edir ki, cavabdeh tərəfindən iddiaçının pensiyasının dayandırılması ilə bağlı aparılmış inzibati icraat zamanı, eləcə də, məhkəmə icraatı zamanı pensiyanın dayandırılmasına əsas olmuş hallar barədə kifayət qədər mötəbər əsaslar aşkar edilmədiyindən və bu halları təkzib edəcək sübutlar cavabdeh tərəfindən məhkəməyə təqdim edilmədiyindən, eləcə də, iş materialları ilə iddiaçının qanunvericiliklə nəzərdə tutulmuş güzəştli şərtlərlə pensiya hüququ verən tam və xüsusi əmək stajının olması iş materialları ilə öz əksini tapdığından, hazırki iddia tələbi əsaslıdır və təmin edilməlidir. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə əsasən İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Həmin Qanunun 24-cü maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. İnzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə, şikayət və ya vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz. xx xxxx 2017-ci il tarixdək qüvvədə olan «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 3.1.1-ci maddəsinə əsasən əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası əsasında müəyyən edilir. Həmin Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Şəxsin pensiya təyin edilməsi zamanı nəzərə alınmalı olan sosial sığorta stajı (iş stajı) bir qayda olaraq uzun illər ərzində toplanır. Bu illər ərzində onun işlədiyi, təhsil aldığı, hərbi xidmətdə olduğu və s. dövrlərin pensiya hüququ verən sosial sığorta stajına hesablanması, eləcə də hansı sənədlərin iş stajını təsdiq edən sənədlər kimi nəzərə alınmasının mümkünlüyü məsələsinə münasibətdə qanunvericiliyin normaları dəyişkən ola bilər. Belə dəyişkənliyin şəxsin hüquqlarını pozmamasını təmin etmək üçün “qazanılmış hüquq” konsepsiyası tətbiq edilməlidir. Qazanılmış hüquqlara münasibətdə nəzərə almaq lazımdır ki, əvvəlki qanunvericiliklə qazanılmış hüquq sonradan həyata keçirilmiş qanunvericilik tənzimləmələri ilə ortadan qaldırıla və ya məhdudlaşdırıla bilməz. Bu, qanunvericinin sosial təminat sahəsindəki tənzimləmə müstəqilliyinin mütləq olmayıb, “qanuni gözlənti” və “hüquqi müəyyənlik” prinsipləri ilə məhdudlaşdığından irəli gəlir. Qeyd edilən prinsiplərin mənasına görə qəbul edilmiş yeni tənzimləmələr əvvəllər yaranmış hüquq münasibətlərinin davamlılığına və sabitliyinə xələl gətirməmək üçün yalnız gələcəkdə, yəni qüvvəyə mindikdən sonra yaranmış hüquq münasibətlərinə tətbiq oluna bilər və yeni müddəalar qüvvəyə mindiyi vaxtdan əvvəl şəxslərin artıq əldə edilmiş hüquqlarını əvəzsiz ləğv edə bilməz. Beləliklə, İddiaçı işləmiş olduğu peşələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2007-ci il tarixli 12 nömrəli qərarında göstərilən peşələrin və vəzifələrin göstəricilərinin siyahısında öz əksini tapdığından, o, 25 il ümumi sosial sığorta stajına və 12 il 6 aydan artıq güzəştli iş stajına malik olduğundan, eləcə də, qanunvericiliklə nəzərdə tutulmuş yaş həddinə çatdığından güzəştli şərtlərlə əmək pensiyası hüququna malikdir. Buna görə də, cavabdehin iddiaçıya təyin edilmiş güzəştli şərtlərlə əmək pensiyasının dayandırılması ilə bağlı hərəkətləri qanunsuz və əsassızdır. Odur ki, iddiaçının mövcud iddiasının hüquqi əsasları işin halları ilə təsdiq olunduğundan, iddia təmin edilməlidir. Əsas insan və vətəndaş hüquq və azadlıqları sırasında olan və Konstitusiyada təsbit edilmiş digər hüquqların təminatı kimi çıxış edən hüquq və azadlıqların inzibati və məhkəmə təminatı Konstitusiyanın 60-cı maddəsində təsbit olunmuşdur. Həmin maddənin İ hissəsinə müvafiq olaraq, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə, məhkəmə müdafiəsi hüququ yalnız məhkəməyə müraciətlə məhdudlaşmır, habelə pozulmuş hüquqları və azadlıqları səmərəli bərpa etmək iqtidarında olan ədalət mühakiməsini də nəzərdə tutur. Ədalət mühakiməsi mahiyyət etibarı ilə ədalət anlayışına cavab verməli və pozulmuş hüquqların bərpa olunmasını təmin etməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 33-cü maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52, 68-69, 73, 75.4, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia tələbi təmin edilsin. İddiaçı dayandırılmış pensiyanın bərpa edilməsi və bu müddətdəki ödənilməyən məbləğin birdəfəyə ona ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun X5 İdarəsinə həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verə bilərlər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aygün Abdullayeva
Məhkəmə qərarları › İş №2-1(112)-2130/2020
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2130/2020
23.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver