Məhkəmə qərarları › İş №2-1(112)-2133/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2133/2021

25.05.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2133/2021 25.05.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Qarayeva Mehriban Cəfər qızının sədrliyi Mahmud Orxan Əlövsət oğlunun katibliyi Cavabdehin nümayəndəsi X9 Üçüncü şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi Vəkil2 oglunun iştirakları ilə İddiaçı (VÖEN – **********, Hüquqi ünvanı – AZ 1065, ünvan 1 X5; dövlət qeydiyyatına alındığı tarix – 30.12.2013-cü il) cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə qarşı (üçüncü şəxs - "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN – **********; AZ0100, Abşeron ray., Məmmədli, ev 1, N.Zeynalova küç., qanuni təmsilçi X6) “Bakı şəhər İcra Hakimiyyəti başçısının İddiaçınə dair Bakı şəhər İcra Hakimiyyətinin 24.12.2014-cü il tarixli, 618 saylı sərəncamının "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin adına keçirilməsi haqqında” 188 saylı, 08.05.2017-ci il tarixli sərəncamının ləgv edilməsi” tələbinə dair işə məhkəmənin binasında (ünvan: ünvan 2axaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı 13.10.2020-ci il tarixdə cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə qarşı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti üçüncü şəxs kimi göstərilməklə “Bakı şəhər İcra Hakimiyyəti başçısının İddiaçınə dair Bakı şəhər İcra Hakimiyyətinin 24.12.2014-cü il tarixli, 618 saylı sərəncamının "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin adına keçirilməsi haqqında” 188 saylı, 08.05.2017-ci il tarixli sərəncamının etibarsız hesab edilməsi barədə” iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının xəbəri olmadan Bakı şəhər İcra Hakimiyyəti Başçısı H.Abutalıbovun 08.05.2017-ci il tarixli, 188 №-li, Sərəncamına əsasən "xxxx" MMC-nin 02.05.2017-ci il tarixli, 01/H3 saylı müraciətini və İddiaçı MMC-nin 27.04.2017-ci il tarixli, 02 saylı razılıq məktubunu nəzərə alaraq İddiaçı MMC-yə dair Bakı şəhər İcra Hakimiyyətinin Başçısının 24.12.2014-cü il tarixli, 618 saylı sərəncamı və 13051 saylı inşaat pasportu "xxxx" MMC-nin adına keçirilmişdir. İddiaçının bu sərəncamdan 01.10.2020-ci il tarixində xəbəri olmuşdur. İddiaçıya məlum oldu ki, "xxxx" MMC həmin ərazidə söküntü və tikinti işləri ilə məşğul olmaq üçün əraziyə gəlib-gedirlər. Həmin sərəncamın verilməsinə heç bir əsas yoxdur, etibarsızdır, ona görə də, məhkəmənin qərarı ilə etibarsız hesab edilərək əvvəlki vəziyyətinə qayıtmalıdır. Bütün bu proseslər saxta yolla, iddiaçının heç bir məlumatı olmadan baş vermişdir, iddiaçı belə bir sərəncamın verilməsinə razılıq verməmişdir. Daha sonra iddiaçı 15.10.2020-ci il tarixində iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhər İcra Hakimiyyəti başçısının İddiaçınə dair Bakı şəhər İcra Hakimiyyətinin 24.12.2014-cü il tarixli, 618 saylı sərəncamının "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin adına keçirilməsi haqqında” 188 saylı, 08.05.2017-ci il tarixli sərəncamının ləğv edilməsini xahiş etmiş, ərizə icraata qəbul edilmişdir. Mübahisə ilə bağlı keçirilmiş hazırlıq icraatında işin halları və mübahisənin vəziyyəti müzakirə edilmiş, hüquqi mübahisənin barışıq yolu ilə nizama salmaq və barışıq sazişinin bağlanmasına yardım etmək məqsədi ilə proses iştirakçıları dəvət edilmiş, iş materiallarında saxlanılması mümkün olan sənədlərin məhkəməyə təqdim olunması proses iştirakçılarına təklif edilmiş, zəruri sənədlər toplanmış və iş üzrə digər qanunamüvafiq prosessual hərəkətlər edildikdən sonra işə baxılması təyin edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iddiaçının nümayəndəsi məhkəmə iclasına gəlməmiş, Azərbaycan Respublikası İPM-in 62.3-cü maddəsinə əsasən məhkəmə onun nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Bakı şəhər İcra Hakimiyyəti başçısının İddiaçınə dair Bakı şəhər İcra Hakimiyyətinin 24.12.2014-cü il tarixli, 618 saylı sərəncamının "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin adına keçirilməsi haqqında” 188 saylı, 08.05.2017-ci il tarixli sərəncamı qanuni oldugu üçün iddia tələbinin rədd edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi izahat verərək, bildirdi ki, “City Plaza" Məhdud Məsuliyyətli Cəmiyyətinin Bakı Şəhər İcra Hakimiyyəti Başçısına ünvanladığı 27.04.2017-ci il tarixli, 02 saylı razılıq məktubu cəmiyyətin 26.04.2017-ci il tarixli ümumi yığıncağının qərarına əsasən icra edilmişdir. Həmin Sərəncamdan sonra Şirkət olaraq qanunla müəyyənləşdirilmiş qaydada fəaliyyətlərini davam etdirir və tikinti aparılması üçün ayrılmış ərazidən bir çox mənzillərin köçürülməsini həyata keçirmişlər. Bakı şəhər İcra Hakimiyyəti başçısının İddiaçınə dair Bakı şəhər İcra Hakimiyyətinin 24.12.2014-cü il tarixli, 618 saylı sərəncamının "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin adına keçirilməsi haqqında” 188 saylı, 08.05.2017-ci il tarixli sərəncamı qanuni oldugundan iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə, proses iştirakçılarının izahatlarını dinləyib, işdə olan və məhkəmə araşdırması zamanı tədqiq edilən sübutlara məcmusu ilə hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia aşağıdakı əsaslara görə təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş: - Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamentinin Kommersiya hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsi tərəfindən verilmiş Kommersiya qurumunun dövlət reyestrindən çıxarışından görünür ki, İddiaçı ********** VÖEN-lə 30.12.2013-cü il tarixdə qeydiyyata alınmışdır, hazırki qanuni təmsilçisi X13 ogludur. - Vergilər Nazirliyinin 2 saylı Ərazi Vergilər Departamenti tərəfindən verilmiş Kommersiya qurumunun dövlət reyestrindən çıxarışından görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ********** VÖEN-lə 14.03.2017-ci il tarixdə qeydiyyata alınmışdır. - "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Bakı şəhər İcra Hakimiyyətinin Başçısına ünvanladığı 02.05.2017-ci il tarixli 01/113 saylı ərizə ilə xahiş edilmişdir ki, “Sizdən, “City Plaza’' MMC-nin Bakı şəhər İcra Hakimiyyəti başçısına ünvanladığı 27.04.2017-ci il tarixli razılıq məktubunu nəzərə alaraq, Bakı şəhəri, Nəsimi rayonu, Bakıxanov, İ.İsmayılov, Vəzirov və C.Məmmədquluzadə küçələrinin kəsişməsində 0.3071 ha ərazidə yaşayış binasının tikintisinin aparılmasına icazə verilməsi barədə Bakı şəhər İcra Hakimiyyəti Başçısının 08.01.2014-il tarixli 618 saylı Sərəncamından, habelə İnşaat Pasportundan, Ayrıc aktından irəli gələn bütün hüquqların "xxxx" MMC-nin adına rəsmiləşdirilməsi üçün sərəncam verməyinizi xahiş edirik”. - İddiaçı MMC-nin Bakı şəhər İcra Hakimiyyətinin Başçısına ünvanladığı 27.04.2017ci il tarixli 02 saylı ərizə ilə xahiş edilmişdir ki, “Bakı şəhər İcra Hakimiyyəti Başçısının 08.01.2014-cü il tarixli 618 saylı sərəncamı ilə Nəsimi rayonu, Bakıxanov, İ.İsmayılov, Vəzirov və C.Məmmədquluzadə küçələrinin kəsişməsində 0.3071 ha ərazidə yaşayış binasının tikintisi məqsədi ilə İddiaçı MMC-уə icazə verilmişdir. Bakı şəhər İcra Hakimiyyəti Başçısının 08.01.2014-il tarixli 618 saylı sərəncamına əsasən İddiaçı MMC-yə tələb olunan qaydada müxtəlif təşkilatlardan rəylər alındıqdan sonra İnşaat Pasportu və Ayrıc aktı təqdim edilmişdir. Yuxanda qeyd olunan Sərəncamdan, İnşaat Pasportundan, Ayrıc aktından irəli gələn bütün hüquqların "xxxx" MMC-yə aid edilməsinə dair Sərəncam verilməsini Sizdən xahiş edirik”. - İddiaçı MMC-nin Bakı şəhər İcra Hakimiyyətinin Başçısına ünvanladığı 09.01.2014ci il tarixli 02 saylı ərizə ilə xahiş etmişdir ki, “Diqqətinizə çatdırmaq istəyirik ki, Bakı şəhər İcra Hakimiyyəti Başçısının 30.12.2004-cü il tarixli 323 saylı və 20.05.2005-ci il tarixli 126 saylı sərəncamları ilə Nəsimi rayonu, Bakıxanov, İ.İsmayılaov, Vəzirov və C.Məmmədquluzadə küçələrinin əhatə etdiyi 628-ci məhəllə ünvanında yaşayış binasının tikintisi üçün 0.5495 ha torpaq sahəsində "xxxx" MMC-nə icazə verilmişdir. "xxxx" MMCnin 08.01.2014-cü il tarixli CS-02 saylı məktubunu nəzərə alaraq, Sizdən xahiş edirik ki, yuxarıda qeyd olunan ünvanda yaşayış binasının tikintisinin aparılması məqsədi ilə həmin ərazinin 0.3071 ha hissəsinin "xxxx" MMC-nə aid olunmasına dair sərəncam verəsiniz”. - “Caspian Service İnternational Construction Company”nin Bakı şəhər İcra Hakimiyyətinin Başçısına ünvanladığı 08.01.2014-ci il tarixli CS-02 saylı ərizə ilə xahiş etmişdir ki, Bakı şəhər İcra Hakimiyyətinin 30.12.2004-cü il tarixli 323 saylı və 20.05.2005ci il tarixli 126 saylı sərəncamları ilə Nəsimi rayonu, Bakıxanov, İ.İsmayılaov, Vəzirov və C.Məmmədquluzadə küçələrinin əhatə etdiyi 628-ci məhəllədə "xxxx" MMC-yə yaşayış binalarının tikintisi üçün icarə əsasında 0.5495 ha torpaq sahəsi ayrılmışdır. Həmin ərazinin 0.3071 ha hissəsinin İddiaçı MMC-nin adına keçirilməsinə etiraz etmirik”. - Bakı şəhər İcra Hakimiyyəti başçısının “Qarşılıqlı razılaşma əsasında ayrılmış ərazinin bir hissəsində tikinti işlərinin layihələndirilməsi haqqında” 618 saylı, 24.12.2014-cü il tarixli sərəncamından müəyyən edilir ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətin 08.01.2014-cü il tarixli, CS-02 saylı razılıq məktubu və İddiaçı 09.01.2014-cü il tarixli, 02 saylı müraciəti nəzərə alınaraq, Bakı Şəhər İcra Hakimiyyətinin 20.05.2005-ci il tarixli, 126 saylı sərəncamı ilə Nəsimi rayonu, Bakıxanov, İ.İsmaylıov, Vəzirov və C.Məmmədquluzadə küçələrinin kəsişməsində yaşayış binalarının tikintisi məqsədi ilə ”Caspian Servis” MMC-yə icarə əsasında ayrılmış 0,5495 ha. torpaq sahəsinin 0,3071 ha. hissəsində yaşayış binasının tikintisinin layihələndirilməsi üçün İddiaçı MMC-yə icazə verilmişdir. - Bakı şəhər İcra Hakimiyyəti başçısının İddiaçınə dair Bakı şəhər İcra Hakimiyyətinin 24.12.2014-cü il tarixli, 618 saylı sərəncamının "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin adına keçirilməsi haqqında” 188 saylı, 08.05.2017-ci il tarixli sərəncamından görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 02.05.2017-ci il tarixli, 01/H3 saylı müraciəti və İddiaçı 27.04.2017-ci il tarixli, 02 saylı razılıq məktubu nəzərə alınaraq, "City Plaza” MMCyə dair Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 24.12.2014-cü il tarixli, 618 saylı sərəncamının və 13051 saylı inşaat pasportunun "BQ RESİDENS” Məhdud Məsuliyyətli Cəmiyyətinin adına keçirilməsi qərara alınmışdır. - İddiaçı MMC-nin 50% təsis payının sahibi, digər təsisçi X1 tərəfindən məhkəməyə ünvanlanmış müraciətdə (müraciət Bakı şəhəri 53 saylı notariat ofisinin xüsusi notariusu X10 tərəfindən təsdiq edilmişdir, reyestrdə 8İ-10255 № ilə 18 noyabr 2020-ci il tarixdə qeyd edilib) bildirilmişdir ki, hazırda "BQ RESİDENS Məhdud Məsuliyyətli Cəmiyyətinin məsul şəxsləri ona müraciət edərək təsisçisi olduğu MMC tərəfindən onlara qarşı "sərəncamın ləğv edilməsi” tələbi ilə bağlı məhkəməyə müraciət edildiyini bildirmişlər. MMC-nin 50% təsisçisi olaraq onun xəbəri və razılığı olmadan hazırkı uydurma iddia qaldırılıb. Nəticədə isə nüfuzdan düşmüşlər. Çünki təsisçisi olduğu MMC-nin adından iddia ərizəsində yazılanların hamısı şər böhtandır. MMC-nin direktoru iddia ərizəsində qeyd edir ki, guya onun heç nədən xəbəri olmayıb, təzəlikcə xəbər tutub, İcra Hakimiyyətinə razılıq ərizəsini yazmayıb, imzalamayıb. MMC-nin ümumi yığıncağının 26.04.2017-ci il tarixli protokolu ilə hansı ki həmin iclasda MMC-nin direktoru X5 və MMC-nin digər 50% təsis payının sahibi X8 iştirak ediblər və onların yekdil qərarı ilə Sərəncamın “BQ RESİDENS" Məhdud Məsuliyyətli Cəmiyyətinin adına dəyişdirilməsi və bu işlərin direktora tapşırılması qərara alınıb. MMC-nin direktoru X5 şəxsən gözü önündə Bakı Şəhər İcra Hakimiyyətinə ünvanlanan razılıq məktubunda imza edib və möhürləyib. MMC-nin ümumi yığıncağının yekdil qərarı ilə Bakı Şəhər İcra Hakimiyyətinə ünvanlanan razılıq məktubunun verilməsindən 3 ildən çox keçdikdən sonra ümumi yığıncağın yekdil qərarı olmadan MMCnin direktoru X3 şəxsi qərarı ilə Bakı şəhəri İcra Hakimiyyətinin Başçısı Hacıbala Abutalıbov tərəfindən verilmiş sərəncamın ləğv edilməsi tələbi ilə bağlı məhkəməyə müraciət etmişdir. - İddiaçıMMC-nin ümumi yığıncağının 26.04.2017-ci il tarixli protokolundan görünür ki, həmin iclasda MMC-nin direktoru X5 və MMC-nin digər 50% təsis payının sahibi X8 iştirak etmişlər və yekdil qərarla Sərəncamın "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin adına dəyişdirilməsi və bu işlərin direktora tapşırılması qərara alınmışdır. -İddiaçı 27.04.2017-ci il tarixli, 02 saylı razılıq məktubu MMC-nin direktoru X5 tərəfindən imzalanaraq möhürlənmişdir. İşin araşdırılan faktiki hallarından məlum olur ki, Bakı şəhər İcra Hakimiyyəti başçısının “Qarşılıqlı razılaşma əsasında ayrılmış ərazinin bir hissəsində tikinti işlərinin layihələndirilməsi haqqında” 618 saylı, 24.12.2014-cü il tarixli sərəncamı ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətin 08.01.2014-cü il tarixli, CS-02 saylı razılıq məktubu və İddiaçı 09.01.2014-cü il tarixli, 02 saylı müraciəti nəzərə alınaraq, Bakı Şəhər İcra Hakimiyyətinin 20.05.2005-ci il tarixli, 126 saylı sərəncamı ilə Nəsimi rayonu, Bakıxanov, İ.İsmaylıov, Vəzirov və C.Məmmədquluzadə küçələrinin kəsişməsində yaşayış binalarının tikintisi məqsədi ilə ”Caspian Servis” MMC-yə icarə əsasında ayrılmış 0,5495 ha. torpaq sahəsinin 0,3071 ha. hissəsində yaşayış binasının tikintisinin layihələndirilməsi üçün İddiaçı MMC-yə icazə verilmişdir. Hazırki iddiasında iddiaçı iddia edir ki, onun xəbəri olmadan Bakı şəhər İcra Hakimiyyəti Başçısının 08.05.2017-ci il tarixli, 188 saylı sərəncamına əsasən İddiaçı MMC-yə dair Bakı şəhər İcra Hakimiyyətinin Başçısının 24.12.2014-cü il tarixli, 618 saylı sərəncamı və 13051 saylı inşaat pasportu "xxxx" MMC-nin adına keçirilmiş, bütün bu proseslər saxta yolla, iddiaçının heç bir məlumatı olmadan baş vermiş, iddiaçı belə bir sərəncamın verilməsinə razılıq verməmiş, əksinə olaraq sərəncama uygun torpaq sahəsində yerləşən sahənin sahibləri və sakinləri ilə əmlakların alınmasına dair danışıqlara başlanmışdır. Lakin iddiaçı məhkəməyə bu dəlillərini təsdiq edən heç bir mötəbər sübut təqdim etməmişdir. Belə ki, iddiaçının təqdim etdiyi sənədlər - Bakı şəhəri, Nəsimi rayonu, İlqar İsmayılov küçəsi, ev 58, mənzil 4 üzərində X3 mülkiyyət hüququnu təsdiq edən daşınmaz əmlakın dövlət reyestrindən çıxarış 25.12.2009-cu il tarixə, N.Vəzirov ev 3 ünvanındakı mənzilin sökülməsi ilə əlaqədar X2 notarial qaydada təsdiq edilmiş ərizəsi 16 avqust 2006-cı il tarixə, ünvan 8 ünvanına dair X4 ilə X5 arasında bağlanmış AN-İ seriyalı ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsi 31 oktyabr 2014-cü il tarixlərinə, yəni 24.12.2014-cü il tarixli, 618 saylı sərəncamdan əvvəlki dövrə təsadüf edir və mötəbər sübut kimi qəbul edilə bilməz. Bu isə onu göstərir ki, 24.12.2014cü il tarixli, 618 saylı sərəncam verildikdən sonra iddiaçının ərazidə tikinti aparmaq maragı olmamış, hər-hansı sərmayenin qoyulması və yaxud işlərin görülməsini sübut edə bilməmişdir. Əksinə olaraq İddiaçıMMC-nin ümumi yığıncağının 26.04.2017-ci il tarixli protokolundan görünür ki, həmin iclasda MMC-nin direktoru X5 və MMC-nin digər 50% təsis payının sahibi X8 iştirak etmişlər və yekdil qərarla Sərəncamın "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin adına dəyişdirilməsi və bu işlərin direktora tapşırılması qərara alınmışdır. Daha sonra isə İddiaçı 27.04.2017-ci il tarixli, 02 saylı razılıq məktubu MMC-nin direktoru X5 tərəfindən imzalanaraq möhürlənmiş və Bakı şəhər İcra Hakimiyyətinə müraciət edilərək İddiaçı MMC-yə dair Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 24.12.2014cü il tarixli, 618 saylı sərəncamının və 13051 saylı inşaat pasportunun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin adına keçirilməsini xahiş etmişdir. Beləliklə də Bakı şəhər İcra Hakimiyyətinin 188 saylı, 08.05.2017-ci il tarixli sərəncamı ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 02.05.2017-ci il tarixli, 01/H3 saylı müraciəti və İddiaçı 27.04.2017-ci il tarixli, 02 saylı razılıq məktubu nəzərə alınaraq, İddiaçınə dair Bakı şəhər İcra Hakimiyyətinin 24.12.2014-cü il tarixli, 618 saylı sərəncamının və 13051 saylı inşaat pasportunun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin adına keçirilməsi qərara alınmışdır. Göründüyü kimi İddiaçı MMC Bakı şəhər İcra Hakimiyyəti başçısının 08 may 2017-ci il tarixli, 188 saylı sərəncamını mübahisələndirirək əlverişsiz inzibati akt kimi onun ləğv edilməsini xahiş etmişdir. “İnzibati icraat haqqında” Qanunun 2.0.11-ci maddəsinə əsasən əlverişsiz (yükləyici) inzibati akt - maraqlı şəxsi hüquqdan məhrum edən və ya onun hüququnu məhdudlaşdıran, yaxud onun üzərinə müəyyən vəzifə (vəzifələr) qoyan aktdır. Həmin Qanunun 67.1-67.3-cü maddələrinə görə inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Beləliklə, Bakı şəhər İcra Hakimiyyəti başçısının 08 may 2017-ci il tarixli, 188 saylı sərəncamının qanuni olub-olmadığının yoxlanılması üçün məhkəmə iki istiqamət üzrə araşdırma aparır: 1) sərəncamın inzibati icraat haqqında hüquq normalarının tələblərinə riayət edilməklə qəbul edilib-edilmədiyi və 2) sərəncamın maddi hüquq normalarının tələblərinə əməl olunmaqla qəbul edilib-edilmədiyi. “İnzibati icraat haqqında” Qanunun 11-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Həmin Qanunun 21.1 və 21.2-ci maddələrinə görə qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. Həmin Qanunun 47.1-ci maddəsinə əsasən inzibati orqan sübutlara iş üçün əhəmiyyət kəsb edən bütün faktiki və hüquqi hallara müvafiq olaraq qiymət verir. Həmin Qanunun 61.1 və 61.2-ci maddələrində isə təsbit olunmuşdur ki, yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. Əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. Məhkəmə qeyd edir ki, mübahisələndirilən Bakı şəhər İcra Hakimiyyəti başçısının 08 may 2017-ci il tarixli, 188 saylı sərəncamı qəbul edilərkən cavabdeh tərəfindən qanunla nəzərdə tutulmuş qaydada inzibati icraat aparılmış, bu zaman marağına toxunan şəxslər həmin icraata cəlb edilmiş (razılıq məktubları qanuni təmsilçilər tərəfindən imzalanaraq hüquqi şirkətlərin möhürləri ilə təsdiqlənmiş), inzibati orqan işin bütün faktiki hallarını xidməti vəzifəsinə görə aydınlaşdırmış və bunun üçün zəruri sübutları toplamış, inzibati akt qəbul edərkən iş üçün əhəmiyyət kəsb edən bütün faktiki və hüquqi hallara qiymət verilmiş və nəhayət, qəbul edilmiş inzibati akt qanunda nəzərdə tutulmuş qaydada əsaslandırılmışdır. Ona görə də, sərəncam inzibati icraat haqqında hüquq normalarının tələblərinə riayət edilməklə qəbul olunmuşdur. Cavabdehin 08 may 2017-ci il tarixli, 188 saylı sərəncamı maddi hüquq normalarının tələblərinə əməl olunmaqla qəbul edilib-edilmədiyi məsələsinə münasibətdə isə aşağıdakılar nəzərə alınmalıdır. Sərəncamın verildiyi 08.05.2017-ci il tarixdə qüvvədə olan Şəhərsalma və Tikinti Məcəlləsinin 75.1-ci maddəsinə əsasən barəsində icazə tələb olunan tikinti şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə zidd olmadığı təqdirdə, müvafiq icra hakimiyyəti orqanı və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum tərəfindən tikintiyə icazə verilməlidir. Tikintiyə icazə müvafiq tikinti ərazisi üçün qüvvədə olan müfəssəl plan əsasında verilir. Belə plan olmadıqda və ya onun müddəti bitdikdə, tikintiyə icazə verilməsinin mümkünlüyü bu Məcəllənin 11-ci maddəsinə, o cümlədən ərazilərin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl qaydalara və yaşayış məntəqələrində yanaşı sahələrdə tikinti aparılmasının əsas şərtlərinə əsasən yoxlanılır. Həmin Məcəllənin 75.2-ci maddəsinə görə isə sifarişçi tikintiyə icazə almaq üçün müvafiq icra hakimiyyəti orqanına və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma ərizə ilə müraciət edir. Ərizəyə aşağıdakı sənədlər əlavə olunur: 75.2.1. torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənədin surəti; 75.2.2. tikinti layihəsi; 75.2.3. sifarişçi hüquqi şəxs olduqda, hüquqi şəxslərin dövlət reyestrindən çıxarışın surəti. Sərəncamın verildiyi tarixdə qüvvədə olan “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2012-ci il tarixli 29 iyun tarixli 392-İVQ nömərli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il tarixli 04 sentyabr tarixli 695 nömrəli Fərmanında müəyyən edilmişdir ki: 4.7-1. həmin Məcəllənin 75.1-ci maddəsinin birinci cümləsində, 75.2-ci maddəsinin birinci cümləsində, 75.3-cü maddəsinin birinci və ikinci cümlələrində, 75.4-cü maddəsinin birinci cümləsində (birinci halda) və üçüncü cümləsində, 75.5-ci maddəsində, 75.6-cı maddəsinin birinci cümləsində, 75.9-cu maddəsinin birinci cümləsində, 75.10-cu maddəsinin birinci cümləsində, 76.1-ci, 76.2-ci maddələrində, 82.1-ci (birinci halda) maddəsində, 84.1-ci maddəsinin birinci cümləsində, 84.2-ci maddəsinin birinci cümləsində, 86.1.1-ci maddəsində, 86.3-cü maddəsinin birinci cümləsində, 101.2-ci maddəsində, 102.2-ci maddəsinin birinci cümləsində, 102.3-cü maddəsinin birinci və üçüncü cümlələrində, 102.4-cü, 102.5-ci maddələrində, 102.7-ci maddəsinin birinci cümləsində, 103.2-ci maddəsinin birinci cümləsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini aşağıdakı orqanlar həyata keçirirlər: 4.7-1.1. həmin Məcəllənin 78.2-ci maddəsində nəzərdə tutulmuş dövlət əhəmiyyətli tikinti obyektləri, habelə bir neçə şəhər və (və ya) rayon (şəhər rayonu istisna olmaqla) inzibati ərazi vahidi ərazisində yerləşən tikinti obyektlərinə münasibətdə – Azərbaycan Respublikasının Nazirlər Kabineti; 4.7-1.2. digər tikinti obyektlərinə münasibətdə – yerli icra hakimiyyəti orqanları (dövlət mühafizəsində olan daşınmaz tarix və mədəniyyət abidələrinin mühafizə zonalarına münasibətdə – həmin Məcəllənin 75.1-ci maddəsinin birinci cümləsinə əsasən tikintiyə icazə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin razılığı ilə verilməklə).” Azərbaycan Respublikası Prezidentinin 06 iyun 2012-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin 4.11-ci bəndində yerli icra hakimiyyəti başçılarının Təmir-tikinti, memarlıq və şəhərsalma sahələrində malik olduğu səlahiyyətlər təsbit edilmişdir: 4.11.11.5. İ və İİ məsuliyyət səviyyəli binaların memarlıq layihəsi təsdiq edildikdən və qeydiyyatdan keçdikdən sonra tikintiyə icazə sənədi vermək; 4.11.12. müvafiq ərazidə İİİ məsuliyyət səviyyəli binaların tikintisinə icazə vermək; Həmin Əsasnamənin 4.18-ci bəndində isə aşağıdakılar təsbit olunmuşdur: Rayon və şəhər rayonlarının icra hakimiyyəti başçılarına aid edilməyən vəzifə və səlahiyyətlər: 4.18.1. Bu Əsasnamənin 3.16.3-cü bəndində nəzərdə tutulmuş vəzifə rayon və şəhər rayonlarının icra hakimiyyəti başçılarına aid edilmir. 4.18.2. Bu Əsasnamənin 4.5.4-cü, 4.7.8-ci, 4.11.11.5-ci, 4.11.15-ci, 4.11.17-ci, 4.13.6-cı, 4.15.2-ci, 4.16.4-cü bəndlərində nəzərdə tutulmuş səlahiyyətlər şəhər rayonlarının icra hakimiyyəti başçılarına aid edilmir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 214 saylı, 16 sentyabr 2008-ci il qərarı ilə “İ, İİ və İİİ məsuliyyət səviyyəli bina və qurğuların təsnifatı” təsdiq edilmişdir. Orada hər bir tikintinin ölçüləri və həcmi dəqiq göstərilməklə onun məhz hansı məsuliyyət səviyyəli bina və qurğuya aid ediləcəyi dəqiq göstərilmişdir. Beləliklə, qanunvericiliyin istinad olunan müddəalarından göründüyü kimi sərəncamın verildiyi tarixdə Bakı şəhəri İcra Hakimiyyəti sənədlərdə göstərilən binaların tikintisinə icazə vermək səlahiyyətinə malik olmuşdur. İş materiallarında da bütün bu sənədlər mövcuddur. İnzibati Prosessual Məcəllənin 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Məhkəmə, iş üzrə toplanmış və məhkəmə araşdırması zamanı tədqiq edilən sübutlara əsaslanaraq, aşağıdakı səbəblərə görə cavabdehin 08 may 2017-ci il tarixli, 188 saylı sərəncamını qanuni və əsaslı hesab edir. Məhkəmə, həmçinin, qeyd edir ki, iddiaçı tərəfindən sərəncamın qəbul edilməsi zamanı cavabdeh tərəfindən qanunvericiliyin tələblərinə riayət edilməməsinə dair heç bir sübut məhkəməyə təqdim edilməmişdir, əksinə olaraq, yuxarıda göstərilmiş şərtlərə uyğun olaraq ayrılmış torpaq sahəsində hündürmərtəbəli yaşayış binalarının tikintisinin layihələndirilməsinə dair müvafiq sənədləşmə işlərinin aparılması iş materialları ilə öz təsdiqini tapır. Həmin Sərəncamdan sonra üçüncü şəxs qanunla müəyyənləşdirilmiş qaydada fəaliyyətini davam etdirmiş və tikinti aparılması üçün ayrılmış ərazidən bir çox mənzillərin köçürülməsini həyata keçirmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. İnzibati Prosessual Məcəllənin 70.1-ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. İnzibati Prosessual Məcəllənin 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İnzibati Prosessual Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Sporronq və Lönrot İsveçə qarşı (23 sentyabr 1982-ci il tarixli qərar) işdə Avropa Məhkəməsi hesab etdi ki, böyük şəhərlərin yenidən qurulması kimi mürəkkəb və çətin bir sahədə Konvensiyaya üzv Dövlətlər şəhərsalma siyasətini aparmaq üçün geniş mülahizə səlahiyyətinə malikdirlər. Bununla belə, Məhkəmə öz nəzarətetmə səlahiyyətindən imtina edə bilməz. 1-ci maddənin (P1-1) birinci cümləsinə əsasən tələb edilən tarazlığın ərizəçilərin « (öz) mülkiyyətindən maneəsiz istifadə» hüququna uyğun olaraq təmin edilibedilmədiyinə nəzarət etmək Məhkəmənin səlahiyyətindədir. Məhkəmə qeyd etdi ki, Stokholm bələdiyyəsinə verilmiş icazələr Sporronq əmlakı işində beş il üçün nəzərdə tutulmuş, sonra üç il, sonra beş il və nəhayət on il müddətinə uzadılmış, və xanım Lönrot işində isə on il üçün nəzərdə tutulmuşdu. Təcrübədə bu icazələr müvafiq olaraq iyirmi üç il və səkkiz il qüvvədə qalmışdır. Bütün bu vaxt ərzində ərizəçilər öz mülkiyyətlərinin taleyindən qətiyyən əmin olmamış və qarşılaşa biləcəkləri çətinliklərin Hökumət tərəfindən nəzərə alınması hüququna malik olmamışlar. Məhkəmə layihələrlə bağlı Stokholm bələdiyyəsinin maraqlarını nəzərə aldı. Bununla belə, Məhkəməyə qeyd etdi ki, aydın deyil, hər bir icazənin verildiyi və qüvvədə qaldığı uzun müddət ərzində İsveç qanunvericiliyi nə üçün bələdiyyənin və mülkiyyətçilərin maraqlarını ağlabatan zaman dilimi keçdikdən sonra yenidən dəyərləndirmək imkanını istisna etmışdır. Hazırki işdə belə bir imkanın olmaması əsassızdır, belə ki, milliləşmə icazələrinin əsasında duran şəhərsalma layihələri və bunlarla yanaşı ərizəçilərin mülkiyyətlərindən istifadə planları dəfələrlə dəyişmişdir. Məhkəmə həmçinin müəyyən etdi ki, bütün bu vaxt ərzində tikinti ilə bağlı qadağalar icazələrin etibarlılıq müddətinin uzunluğunun zərərli nəticələrini daha da gücləndirmişdir. Ərizəçilərin öz mülkiyyətlərindən tam istifadə hüququ Sporronq Əmlakı ilə bağlı tam iyirmi beş il, xanım Lönrot işində isə on iki il məhdudlaşdırılmışdır. Bu şəkildə birləşdirilmiş iki tədbir mülkiyyət hüququnun müdafiəsi ilə ümumi maraqların tələbləri arasındakı ədalətli tarazlığı pozan bir vəziyyət meydana gətirmişdir: Sporronq Əmlakı və xanım Lönrot fərdi və həddindən artıq ağır bir yükə məruz qalmışdır və bu yükü qanuniləşdirəcək yeganə yol müddətlərin qısaldılmasını və ya zərərin əvəzinin ödənilməsini tələb etmək imkanıdır. Beləliklə, tikinti işlərinin qadağan edilməsi ilə nəticələri daha da ağırlaşmış bu icazələr, xüsusilə iki ərizəçi ilə bağlı 1-ci maddəni (P1-1) pozmuşdur. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmusu ilə qiymət verərək və İPM-nin 52ci maddəsinin tələblərindən çıxış edərək hesab edir ki, İddiaçı cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə qarşı üçüncü şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti “Bakı şəhər İcra Hakimiyyəti başçısının İddiaçınə dair Bakı şəhər İcra Hakimiyyətinin 24.12.2014-cü il tarixli, 618 saylı sərəncamının "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin adına keçirilməsi haqqında” 188 saylı, 08.05.2017-ci il tarixli sərəncamının ləgv edilməsi” iddia tələbi əsassız və qanunsuz olduğuna görə təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilməsin. Qərardan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin inzibati kollegiyasına (ünvan: ünvan 10 SƏDRLİK EDƏN: MEHRİBAN QARAYEVA

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar