Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-2133/2023 21.02.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X3 Abıyevin sədrliyi, cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı veteran adının və vəsiqəsinin verilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin xx.xx.2022-ci il tarixli, 4/3-8146 saylı məktubunun əsassız hesab edilməsi, 1-ci Qarabağ uğrunda gedən döyüşlərdə güllə yaraları almaqla iştirak etməyini əsas götürməklə ona “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçının nümayəndəsi Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 54-cü maddəsinə əsasən iddia tələbinin dəqiqləşdirilməsinə (tələbin dəyişdirilməsi) dair ərizə təqdim edərək məhkəmədən 1-ci Qarabağ uğrunda gedən döyüşlərdə güllə yaraları almaqla iştirak etməsi nəzərə alınmaqla, ona “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, iddia ərizəsinə əlavə edilmiş cavabdehin xx.xx.2022-ci il tarixli, 4/3-8146 saylı məktubu ilə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin aparatı nəzdində fəaliyyət göstərən “Müharibə veteranı adının və vəsiqələrinin verilməsi üzrə kommisiya”ya daxil olmuş 20 aprel 2022-ci il tarixli 2-1(112)-1781/2022 saylı məhkəmə qərarı əsasında müharibə veteranı adının və vəsiqəsinin verilməsinə dair müraciətinə yenidən kommisiyada xx.xx.2022-ci il tarixli iclasında baxılməş və döyüş əməliyyatları aparılan dövrdə xx.xx.1994-cü il tarixdən sonra hospitaldan qayıtması, sonradan, hərbi xidməti və xidmətdən qanuni əsaslarla ehtiyata buraxılması barədə arxiv sənədlərində məlumat olmadığına görə ona “Müharibə vətərannı” adının və vəsiqəsinin verilməsindən imtina edilmişdir. Cavabdehin qeyd edilmiş imtina məktubu ilə razı deyil. İddia ərizəsinə əlavə edilmiş Azərbaycan Respublikası Müdafiə Nazirliyi Şəxsi Heyət Baş İdarəsinin xx.xx.2021-ci il tarixli 1/Ə-2073 saylı məktubundan da göründüyü kimi qeyd edilmiş məsələ ilə bağlı onun tərəfindən AR Müdafiə Nazirliyinə 2020-ci ildə müraciət edilmiş və müraciətinə cavab olaraq bildirilmişdir ki, Müdafiə Nazirliyində xx.xx.1994-cü il tarixdən sonra hərbi xidmətdə olmağı ilə bağlı məlumat olmadığına görə müraciəti təmin edilməmişdir. İmtinanın əsassızlığı ilə bağlı onun tərəfindən cavabdehə qarşı Bakı İnzibati Məhkəməsində 1-ci Qarabağ uğrunda gedən döyüşlərdə iştrak etməyi ilə bağlı ona “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasına da dair iddia qaldırılmış və Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə iddiası qismən təmin edilmiş, məhkəmənin hüquqi mövqəyini nəzərə almaqla, cavabdeh AR MN-nin üzərinə müraciəti ilə bağlı inzibati icraat üzrə zəruri araşdırmanın aparılması və müvafiq inzibati aktın qəbul edilməsi haqqında öhdəlik qoyulmuşdur. Məhkəmə məlum nəticəyə gələrkən qərarın əsaslandırıcı hissədə məhkəmə araşdırmaları zamanı onun Quba rayon Hərbi Kommisarlığı tərəfindən qismən səfərbərliklə xx.xx.1993cü il tarixdə Azərbaycan Respublikası Ordu Sıralarına göndərilməyi, 703 saylı Hərbi hissə komandirinin xx.xx.1994-cü il tarixli 1 saylı əmri ilə şəxsi həyətin siyahısına və bütün növ təminatlarına daxil edilməsi, 703 saylı h/h komandirinin xx.xx.1994-cü il tarixli 12 nömrəli nizami hissə üzrə əmri ilə hərbi hospitala göndərildiyi üçün qazan təminatından çıxarıldığı, xx.xx.1994-cü il tarixdən xx.xx.1994-cü il tarixinə kimi Mingəçəvir şəhər X1 şöbəsində “sağ əlin İV barmağının güllə yarası” diaqnozu ilə müalicədə olmağı, SHXÇDX-nin Quba şöbəsi tərəfindən xx.xx.1991-cü il tarixdə hərbi qeydiyyata alındığını və barəsində cinayət işi (material) olmadığının müəyyən edildiyinə istinad etmiş və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli 216 saylı qərarı ilə təstiq edilmiş "müharibə vətəranı,silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamənin tələblərinə istinad edilərək xx.xx.1994-cü il tarixdə gedən döyüşlərdə xəsarət aldıqdan və hospitalda müalicə olunduqdan hərbi hissəyə qayıdıbqayıtmamağından asılı olmayaraq, döyüşdə xəsarət almağının müvafiq arayışla təsdiq olunması ona “Müharibə veteranı adı”nın vəsiqəsinin verilməsi üçün əsas olduğu göstərilmişdir. İPM-nin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə təqdim edilmiş və cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdeh inzibati orqan Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən iddia tələbinə dair yazılı münasibət məhkəməyə təqdim olunmuşdur. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərda redilmiş iddiaçı (nümayəndəsi) məhkəmə iclasına gəlməmiş və gəlmədiyi barədə məlumat verməmişdir. Məhkəmə İPM-nin 62.3-cü maddəsinə əsasən işə iddiaçının (nümayəndəsinin) iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclaslarında iştirak etmiş iddiaçının nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmədə cavabdehin nümayəndəsi X4 məhkəməyə təqdim etdiyi iddia tələbinə dair yazılı etirazı müdafiə edərək, iddia tələbinin təmin olunmaması barədə qərar çıxarılmasını xahiş etdi. Məhkəmə cavabdehin nümayəndəsinin izahatını dinləyərək, iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, hazırki iş baxılması üçün ərazi aidiyyəti üzrə Sumqayıt İnzibati Məhkəməsinə göndərilməlidir. Belə ki, iş materiallarında olan iddiaçıya məxsus AA seriyalı ******* №li şəxsiyyət vəsiqəsinin və elektron məhkəmə informasiya sistemindən çıxarılmış məlumatdan müəyyən olunur ki, xx.xx.1970-ci il təvəllüdlü İddiaçı Quba rayonu, Xucbala ərazi dairəsi, Digah kəndində qeydiyyatdadır. İPM-nin: 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Azərbaycan Respublikasının xaricdə yerləşən diplomatik nümayəndəlikləri və konsulluqlarının səlahiyyətinə aid olan ərazilərdə Azərbaycan Respublikasına qarşı iddialara müvafiq icra hakimiyyəti orqanının yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur. Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının 2019-cu il 14 noyabr tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyasına əsasən, Quba rayonu Sumqayıt İnzibati Məhkəməsinin yurisdiksiyasına aid olan ərazi vahididir. Cavabdehin nümayəndəsi hazırki işin aidiyyəti üzrə Sumqayıt İnzibati Məhkəməsinə göndərilməsinə etiraz etmədiklərini bildirdi. İPM-nin 8.2-ci maddəsinə predmet və ya ərazi aidiyyəti üzrə mübahisəyə baxılması onun səlahiyyətinə aid olmadığı hallarda, məhkəmə tərəfləri dinlədikdən sonra xidməti vəzifəsinə görə mübahisənin aidiyyətini müəyyənləşdirir və həmin mübahisə ilə bağlı işi aidiyyəti üzrə müvafiq səlahiyyətli məhkəməyə göndərir. Həmin Məcəllənin 8.5-ci maddəsinə əsasən bu Məcəllənin 8.2-8.4-cü maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə əsaslandırılmış qərardad qəbul edir. Məhkəmənin aidiyyətlə bağlı qərardadından, həmin qərardadın təqdim olunduğu vaxtdan 10 gün müddətində yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və İPM-nin 8.1.2, 8.5, 80-cı maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı veteran adının və vəsiqəsinin verilməsi tələbinə dair 2-1(112)-2133/2023 saylı inzibati iş baxılması üçün aidiyyəti üzrə Sumqayıt İnzibati Məhkəməsinə göndərilsin. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Nəriman Abıyev
Məhkəmə qərarları › İş №2-1(112)-2133/2023
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-2133/2023
21.02.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver