Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-2133/2024 26.07.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, X2 kаtibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X5 iştirakı ilə, İddiaçı cavabdeh “Azərbaycan Respublikasının X7” Publik hüquqi şəxsə qarşı “digər dövlət orqanlarının əmək qanunvericiliyi sahəsində münasibətlərin tənzimlənməsi, əmək qanunvericiliyinə dair hüquqi aktların tələblərinə əməl edilməsinə nəzarət funksiyalarını həyata keçirən struktur bölmələrindəki müvafiq inzibati vəzifələrin əvvəllər qulluq keçdiyi dövlət orqanının fəaliyyət istiqamətlərinə və tutduğu dövlət qulluğu vəzifəsinin qulluq funksiyasına uyğunluğu barədə qərar qəbul edilməsi” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmə binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ. 1.İddiaçı cavabdeh “Azərbaycan Respublikasının X7” Publik hüquqi şəxsə qarşı Bakı İnzibati Məhkəməsində iddia qaldıraraq cavabdeh tərəfindən qəbul edilmiş qərarın dəyişdirilməsi barədə, həmçinin digər dövlət orqanlarının əmək qanunvericiliyi sahəsində münasibətlərin tənzimlənməsi, əmək qanunvericiliyinə dair hüquqi aktların tələblərinə əməl edilməsinə nəzarət funksiyalarını həyata keçirən struktur bölmələrindəki müvafiq inzibati vəzifələrin əvvəllər qulluq keçdiyi dövlət orqanının fəaliyyət istiqamətlərinə və tutduğu dövlət qulluğu vəzifəsinin qulluq funksiyasına uyğunluğu barədə qərar qəbul edilməsini xahiş etmişdir. 2.İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.2023-cü il tarixdə cavabdeh X7 tərəfindən Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Hüquq və İnsan Resursları şöbəsi, İnsan kapitalının inkişafı sektoru, sektor müdiri vəzifəsinin tutulmasına dair elan olunmuş ümumi müsahibədə iştirak etmək üçün müraciət etmişdir. Lakin, ümumi müsahibədə iştirak etmək üçün iddia etdiyi vakant vəzifə üzrə müraciətə, iş stajının iddia etdiyi vəzifənin tələbinə uyğun olmaması əsası ilə xx.xx.2023-cü il tarixdə DİM tərəfindən imtina verilmişdir.“Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunun 29.3cü maddəsinin 1-ci hissəsinə əsasən 1-5-ci kateqoriya dövlət orqanlarında inzibati vəzifələrin dördüncü-yeddinci təsnifatlarına uyğun olan vəzifələrin həmin dövlət orqanında və ya digər dövlət orqanında inzibati vəzifələrdə qulluq keçən və inzibati vəzifələrin təsnifatına uyğun ixtisas dərəcəsi olan dövlət qulluqçuları, habelə azı 5 il qulluq stajı olan və dövlət orqanında inzibati vəzifələrdə çalışmış şəxslər inzibati vəzifələrin tutulması üçün keçirilən ümumi müsahibədə iştirak edə bilərlər. Belə ki, əmək qanunvericiliyinə dövlət nəzarətini həyata keçirən dövlət orqanında 7 il 6 ay inzibati vəzifədə qulluq stajının və ixtisas dərəcəsinin uyğunluğunu nəzərə alaraq ümumi müsahibədə iştirak etmək məqsədi ilə etdiyi müraciətə, iş stajının iddia etdiyi vəzifənin tələbinə uyğun olmaması əsası ilə DİM tərəfindən imtina barədə qərar verilməsini tamamilə əsassız hesab edir. Vakant vəzifə ilə bağlı elanın, vakant vəzifənin tutulması şərtləri bölməsində 4 il struktur bölmənin (şöbənin) və ya vəzifənin fəaliyyət istiqamətləri üzrə iş stajı tələbi qoyulsa da, cavabdeh DİM yalnız vəzifənin fəaliyyət istiqamətlərini əsas gətirərək, struktur bölmənin (şöbənin) fəaliyyət istiqamətlərini gözardı etməklə nəzərə almamışdır. Belə ki, xx.xx.2023-cü il tarixli yazılı müraciətinə DİM tərəfindən verilən 9-3/2-C-3378-42-626/2023 nömrəli, xx.xx.2023-cü il tarixli cavab məktubunda qulluq keçdiyi dövlət orqanının yerli bölmələrinin fəaliyyət istiqaməti ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Hüquq və İnsan Resursları şöbəsinin (bundan sonra Şöbə) fəaliyyət istiqamətlərinin müqayisəsinin aparıldığı qeyd edilsə də, əvvəllər qulluq keçdiyi dövlət orqanının yerli bölmələrinin fəaliyyət istiqaməti ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Hüquq və İnsan Resursları şöbəsi, insan kapitalının inkişafı sektorunun fəaliyyət istiqamətləri müqayisə edilmişdir. Şöbənin fəaliyyət istiqamətləri haqqında isə heç bir məlumat, müddəa və ya maddə qeyd edilməmişdir. Halbuki Şöbənin əsasnaməsinə nəzər salındıqda aşağıda sadalanan bəndlərinin, əvvəllər qulluq keçdiyi dövlət orqanın yerli bölmələrinin fəaliyyət istiqamətlərinin və tutduğu vəzifənin vəzifə funksiyaları ilə birbaşa uyğunluğunu müəyyən etmək mümkündür. Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Hüquq və İnsan Resursları şöbəsinin əsasnaməsinin 1.2-ci maddəsinə əsasən şöbə bu Əsasnamə ilə verilən səlahiyyətlər çərçivəsində Nazirliyin Aparatının struktur bölmələri və qurumlarının fəaliyyəti ilə bağlı dövlət qulluğu və əmək qanunvericiliyi sahəsində münasibətlərin tənzimlənməsi, dövlət qulluğuna qəbul və dövlət qulluğu vəzifələrinin tutulması, əməkdaşların əlavə təhsil və təlim ehtiyaclarının ödənilməsi və attestasiyası, xidməti fəaliyyətin qiymətləndirilməsi, habelə insan resurslarının idarə edilməsi işlərinin təşkili və tənzimlənməsi sahəsində fəaliyyəti həyata keçirir, 2.0.10-cu maddəsinə əsasən Nazirliyin aparatında və qurumlarında dövlət qulluğu sahəsinə və əmək qanunvericiliyinə dair hüquqi aktların tələblərinə əməl edilməsinə ümumi nəzarəti həyata keçirir, 3.0.29-cu maddəsinə əsasən Nazirliyin struktur bölmələri və qurumlarında ştat vahidlərinin seçim nəticəsində təqdim edilmiş şəxslər vasitəsilə təmin edilməsi, kadrların rotasiyası, vəzifəyə təyin və ya vəzifədən azad edilməsi, etik məsuliyyətə cəlb edilməsi və mükafatlandırılması, əmək şəraitinin yaxşılaşdırılması və işçi məmnunluğunun təmin edilməsi ilə bağlı rəhbərliyə təkliflər vermək, bu barədə sənədləşmə işlərini aparmaq, 3.0.30-cu maddəsinə əsasən Nazirliyin struktur bölmələri və qurumlarında işçilərin rotasiyası, vəzifəyə təyin və ya vəzifədən azad edilməsi, inzibati və etik məsuliyyətə cəlb edilməsi, onların mükafatlandırılması, əmək şəraitinin yaxşılaşdırılması və işçi məmnunluğunun təmin edilməsi ilə bağlı işlərə nəzarət etmək, şöbə daxilində bu işləri həyata keçirmək həmin şöbənin funksiyalarına aiddir.X6 Xidmətinin əsasnaməsinin 1.1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidməti mülkiyyət və təşkilatı-hüquqi formasından asılı olmayaraq Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən Azərbaycan Respublikasının hüquqi şəxsləri, xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri və olan fiziki şəxslər (bundan sonra - işəgötürənlər) tərəfindən Azərbaycan Respublikasının Əmək Məcəlləsinə və Azərbaycan Respublikasının əmək qanunvericiliyi sisteminə daxil olan digər normativ hüquqi aktların tələblərinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən icra hakimiyyəti orqanıdır, 2.1.1-ci bəndinə əsasən əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətinin həyata keçirilməsi sahəsində dövlət siyasətinin hazırlanmasında iştirak edir və öz səlahiyyətləri daxilində həmin siyasətin həyata keçirilməsini təmin edir; 2.1.2-ci bəndinə əsasən öz səlahiyyətləri daxilində əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirir;2.1.3-cü bəndinə əsasən əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarəti sahəsində qanunvericilik bazasının təkmilləşdirilməsində iştirak edir.X6 Xidmətinin yerli bölmələrinin məsləhətçi- əmək müfəttişinin vəzifələrinə əmək haqqı, əməyin ödənilməsi, əmək münasibətləri, əmək şəraiti, iş vaxtı rejimi, istirahət vaxtı, məzuniyyət, sosial və şəxsi sığortalar, istehsalatda baş verən bədbəxt hadisələrdən icbari sığorta, qadınların, əlillərin və yaşı 18-dən az olan şəxslərin əməyindən qanunvericiliyə uyğun istifadə olunması ilə bağlı qanunvericilik aktlarının düzgün icra olunmasına dövlət nəzarətinin həyata keçirilməsində iştirak etmək, əmək qanunvericiliyini pozmuş hüquqi və fiziki şəxslər barəsində tədbir görülməsi və lazımi hallarda nəzarət sənədlərini hüquq-mühafizə orqanlarına göndərilməsi barədə təklif vermək, işəgötürənlərə və işçilərə əməyin sosial-hüquq məsələləri üzrə qanunvericilik aktları və onun tətbiqi barədə metodiki kömək göstərmək, eləcə də lazım gəldikdə seminarlar təşkil etmək daxildir.DİM-nin məsələyə yanaşmasından belə bir nəticə çıxarmaq olur ki, ümumi müsahibədə yalnız vakant vəzifənin qulluq funksiyalarına sözbəsöz uyğun olan vəzifələrdə əmək stajı olan şəxslərin iştirakı mümkündür. Bu isə “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunun, Nazirlər Kabinetinin 8 dekabr 2017-ci il tarixli, 545 saylı qərarı ilə təsdiq edilmiş 1-5-ci kateqoriya dövlət orqanlarında inzibati vəzifələrin birinci-yeddinci təsnifatlarına uyğun olan vakant vəzifələrin tutulmasının ümumi şərtlərinin tələblərinə ziddir.Belə ki, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunun 29.2-ci maddəsində 1-5 kateqoriya dövlət orqanlarında inzibati vəzifələrin birinci-yeddinci təsnifatlarına uyğun olan vəzifələrin tutulması həmin dövlət orqanı rəhbərinin qərarı əsasında həmin Qanunun 29.3-29.9-cu maddələrinə uyğun olaraq müsahibə yolu ilə həyata keçirilir. Lakin 29.2-ci maddənin 2-ci hissəsində dövlət qulluqçusu tutduğu inzibati vəzifə təsnifatına uyğun olan, vəzifənin adı (“vəzifə funksiyaları” çıxarılmışdır) eyni olan vəzifəyə keçirilərkən bu maddənin müddəalarının həmin dövlət qulluqçusu barəsində tətbiq edilmədiyi də qeyd edilmişdir. Bu maddə fəaliyyət istiqamətləri və vəzifə funksiyaları tamamilə fərqli olan bir struktur bölmədən (şöbə) digər struktur bölməyə dövlət qulluqçusunun keçirilməsinin mümkünlüyünü ifadə etməkdədir.İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. 3.Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinə uyğun olaraq verilmiş məhkəmə sərəncamına əsasən cavabdeh “Azərbaycan Respublikasının X7” Publik hüquqi şəxs iddiaya dair təqdim etdiyi etirazında göstərmişdir ki, Azərbaycan Respublikasının Dövlət Qulluqçuları Reyestrinə daxil edilmiş məlumatlara əsasən İddiaçı xx.xx.2013-cü il tarixdən xx.xx.2017-ci il tarixədək Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin 19 saylı region üzrə X3 inzibati vəzifələrin 7-ci təsnifatına aid olan məsləhətçi - əmək müfəttişi, xx.xx.2017-ci il tarixdən xx.xx.2019-cu il tarixədək Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin 2 saylı region üzrə X3 inzibati vəzifələrin 7-ci təsnifatına aid olan məsləhətçi - əmək müfəttişi, xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixədək Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin Bakı şəhər İdarəsində Sosial-hüquq məsələləri üzrə nəzarət sektorunda inzibati vəzifələrin 7-ci təsnifatına aid olan məsləhətçi - əmək müfəttişi vəzifələrində qulluq keçmişdir, İddiaçı dövlət qulluğunda qulluq stajı 7 il 5 ay 27 gün təşkil edir.İddiaçı Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Aparatında Hüquq və insan resursları şöbəsinin İnsan kapitalının inkişafı sektorunun müdiri vəzifəsinin tutulması ilə bağlı xx.xx.2023-cü il tarixində elan edilmiş ümumi müsahibədə iştirakla bağlı müraciət etmişdir. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 29.3cü maddəsinin dördüncü hissəsinə əsasən müvafiq inzibati vəzifənin müsahibə yolu ilə tutulması həyata keçirildikdə qanunvericiliklə müəyyən edilmiş vakant vəzifələrin tutulmasının ümumi şərtlərinin tələbləri gözlənilməlidir. Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 21 iyun tarixli 1480 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət qulluğu vəzifəsinin tutulması məqsədi ilə müsahibə keçirilməsi Qaydası”nın 2.5-ci bəndinə əsasən müsahibədə namizəd vakant vəzifənin tutulmasının ümumi şərtlərinə və bu şərtlərə əsasən vəzifə təlimatı ilə müəyyən edilən tələblərə uyğun olaraq iştirak edə bilər.1-5-ci kateqoriya dövlət orqanlarında inzibati vəzifələrin birinci-yeddinci təsnifatlarına uyğun olan vakant vəzifələrin tutulmasının Ümumi Şərtləri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 8 dekabr tarixli 545 nömrəli qərarı ilə təsdiq edilmişdir.Ümumi Şərtlərin 3-cü hissəsinə əsasən Ümumi Şərtlər “Təhsilə dair tələblər”, ‘İş stajına dair tələblər" və “Bilməlidir" hissələrindən ibarətdir.Ümumi Şərtlərin 5-ci hissəsinə əsasən Ümumi Şərtlərdə iş stajına dair tələb nəzərdə tutulduğu halda vəzifənin qulluq funksiyaları nəzərə alınaraq, vəzifə təlimatlarında struktur bölmənin fəaliyyət istiqamətləri və ya vəzifənin fəaliyyət sahəsi üzrə iş stajı müəyyən edilir.İddiaçı iddia etdiyi vakant vəzifənin tutulması şərtlərində iş stajına dair tələb kimi struktur bölmənin və ya vəzifənin fəaliyyət iştigamətləri üzrə 4 il iş stajı müəyyən edilmişdir.İddiaçı vəzifənin tutulması şərtlərində iş stajına dair müəyyən edilmiş tələbə cavab verib-vermədiyi araşdırılarkən onun iş stajının struktur bölmənin fəaliyyət istiqamətləri üzrə, yəni iddia etdiyi vəzifənin aid olduğu şöbənin (sektorun) nizamnaməsi (əsasnaməsi) ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğunluğu və vəzifənin fəaliyyət istiqamətləri üzrə, yəni iddia etdiyi vəzifənin qulluq funksiyaları ilə uyğunluğu yoxlanılmışdır.Bu məqsədlə İddiaçı qulluq keçdiyi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin yerli orqanlarının fəaliyyət istiqamətlərinin onun iddia etdiyi vakant vəzifənin aid olduğu Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Aparatında Hüquq və insan resursları şöbəsinin və həmin şöbənin İnsan kapitalının inkişafı sektorunun fəaliyyət istiqamətlərinə uyğunluğu araşdırılmış, həmin struktur bölmələrin fəaliyyət istiqamətləri arasında müqayisə aparılmış, lakin uyğunluq müəyyən edilməmişdir. Belə ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin yerli orqanlarının fəaliyyət istiqamətləri öz səlahiyyətləri daxilində əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirmək, öz səlahiyyətləri daxilində vətəndaşların ərizə, təklif və şikayətlərinə baxmaq, əmək qanunvericliyinə əməl olunmasına dövlət nəzarəti sahəsində qanunvericilik bazasının təkmilləşdirilməsində iştirak etmək və qanunvericiliklə müəyyən edilmiş digər istiqamətlər üzrə fəaliyyət göstərməkdən ibarətdir.Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Aparatında Hüquq və insan resursları şöbəsinin fəaliyyət istiqamətləri Nazirliyin struktur bölmələri və qurumlarında normayaratma fəaliyyətinin həyata keçirilməsini təmin etmək, Nazirliyin struktur bölmələri və qurumlarında normayaratma fəaliyyətinin həyata keçirilməsinə metodiki və əməli rəhbərliyi həyata keçirmək, digər qurumlardan daxil olan normativ hüquqi akt layihələrinin ekspertizasını və razılaşdırılmasını həyata keçirmək, Nazirliyin struktur bölmələri və qurumlarında hüquqi təminat, hüquqi təhlil və ekspertiza işlərinin təşkilini və təkmilləşdirilməsini təmin etmək, Nazirliyin məhkəmələrdə iddiaçı və cavabdeh qismində təmsil olunmasını, hüquqi və qanuni mənafelərinin müdafiəsini təşkil etmək, Nazirliyin struktur bölmələri və qurumları tərəfindən aşkar olunmuş inzibati xətalar və cinayət əməlləri üzrə araşdırmalar aparılmasını təmin etmək, Nazirliyin fəaliyyət istiqamətlərinə uyğun vətəndaşların və sahibkarların hüquqlarının pozulduğu hallarda qanunvericiliyə uyğun tədbirlər görmək, onların hüquq və qanuni mənafelərinin gözlənilməsi üçün tədbirlər görülməsində iştirak etmək, Nazirliyin struktur bölmələri və qurumlarının əməkdaşları tərəfindən bilavasitə korrupsiya hüquqpozmalarına və korrupsiyaya şərait yaradan hüquqpozmalara yol verilməsinin qarşısının alınması üçün zəruri qabaqlayıcı tədbirlər görülməsində iştirak etmək, Nazirliyin qurumlarının hüquq və kadr xidmətləri üzərində funksional rəhbərliyi həyata keçirmək, insan resurslarının inkişafı üzrə tədbirlər sistemini hazırlayaraq həyata keçirmək, o cümlədən müvafiq sahədə yüksək ixtisaslı kadrlara olan tələbatı öyrənmək, kadr hazırlığını təmin etmək, mütəxəssislərin hazırlanması və əlavə təhsili üçün tədbirlər görmək, kadr siyasətini həyata keçirmək, Nazirliyin aparatında və qurumlarında dövlət qulluğu sahəsinə və əmək qanunvericiliyinə dair hüquqi aktların tələblərinə əməl edilməsinə ümumi nəzarəti həyata keçirmək, dövlət qulluğuna qəbul və vakant inzibati vəzifələrin tutulması ilə bağlı zəruri tədbirləri həyata keçirmək, orqanın kadrların formalaşdırılmasını və insan resurslarının səmərəli idarə edilməsini və müvafiq sahənin inkişafını təmin etmək, müvafiq sahənin inkişafını təmin etməkdən ibarətdir. İddiaçının iddia etdiyi vəzifənin aid olduğu Ekologiya və Təbii Sərbətlər Nazirliyinin aparatında Hüquq və insan resursları şöbəsinin İnsan kapitalının inkişafı sektoru fəaliyyət istiqamətləri nəzərə alınmaqla insan resurslarının inkişafı, fiziki və intellektual imkanlarının səmərəli istifadə sahəsində tədbirlər hazırlamaq və həyata keçirmək, işçilərin əlavə təhsil, təlim ehtiyaclarını müəyyən etmək, peşə hazırlığının artırılması, etik davranış və korrupsiyaya qarşı mübarizə və digər istiqamətlərdə davamlı olaraq təlimlər və seminarlar təşkll etmək, staj müddətində olan dövlət qulluqçuları, yeni təyin olunmuş dövlət qulluqçuları, habelə digər işçilərin yeni iş mühitinə adaptasiya işinin aparılmasının həyata keçirilməsini təmin etmək və Nazirliyin struktur bölmələri və qurumlarında işçilərin komanda quruculuğu işinin korporativ, sosial-mədəni və motivaslya tədbirlərinin təşkil edilməsini təmin etmək kimi vəzifələri həyata keçirir, Nazirliyin strukturunun və fəaliyyətinin təkmilləşdirilməsi üçün təkliflər vermək, dövlət, məhkəmə, yerli özünüidarəetmə orqanları, rnüəssisə və təşkilatlar, beynəlxalq və qeyri-hökumət təşkilatları, hüquqi və fiziki şəxslər tərəfindən Nazirliyə ünvanlanmış və icrası şöbəyə tapşırılmış müraciətlərə müəyyən olunmuş qaydada baxılmasını və müvafiq tədbirlərin görülməsini təmin etmək, müvafiq hüquqi aktlarda və dövlət proqramlarında Nazirliyə həvalə edilmiş tədbirlərin, habelə təşkilati-sərəncamverici sənədlərdə nəzərdə tutulmuş tədbirlərin (tapşırıqların) həyala keçirilməsində iştirak etmək, fəaliyyət istiqamətlərinə uyğun olaraq şöbənin iş planını, görülmüş işlər haqqında dövrlər üzrə hesabatlar hazırlamaq və Nazirliyin Kollegiyasında müzakirə edilməli məsələlərə dair təkliflər vermək, fəallyyət istiqamətləri üzrə vətəndaşlardan, dövlət orqanlarından, idarə, müəssisə və təşkilatlardan daxil olan müraciətlərə və sorğulara qanunvericiliyə uyğun olaraq baxılmasını təmin etmək, insan resurslarının idarə edilməsinə dair dövlət proqramlarının və inkişaf konsepsiyalarının həyata keçirilməsi üzrə təkliflərin hazırlanması və icrasında iştirak etmək, Nazirliyin struktur bölmələri və qurumlarında ştat vahidlərinin seçim nəticəsində təqdim edilmiş şəxslər vasitəsilə təmin edilməsi, kadrların rotasiyası, vəzifəyə təyin və ya vəzifədən azad edilməsi, etik məsuliyyətə cəlb edilməsi və mükafatlandırılması, əmək şəraitinin yaxşılaşdırılması və işçi məmnunluğunun təmin edilməsi ilə bağlı rəhbərliyə təkliflər vermək, bu barədə sənədləşmə işlərini aparmaq, fəaliyyət istiqamətləri ilə bağlı insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini təmin etmək və onların pozulmasının qarşısını almaq, Nazirliyin qurumlarında insan resurslarının idarə edilməsi sahəsində işlərin təşkllinə nəzarət etmək və bununla baglı montorinqlor həyata keçirmək, hesabatlar tələb etmək, inzibati vəzifə tutan dövlət qulluqçularının xidməti fəalyyətinin qiymətləndirilməsinin həyata keçirilməsində iştirak etmək və qanunvericiliyə uyğun aparılmasına nəzarət etmək, daimi dövlət qulluğuna qəbul olunmuş dövlət qulluqçularının qanunverciliyə uyğun təntənəli surətdə and içməsini təmin etmək, işçi dövriyyəsini araşdırmaq, statistikasını aparmaq, bununla bağlı təkliflər hazırlamaq və rəhbərliyə təqdim etmək, dövlət orqanlarından, qeyri-hökumət təşkilatlarından və fiziki şəxslərdən daxil olan müraciətləri araşdırmaq və aidiyyəti üzrə cavablandırmaq, qanunvericiliyə uyğun olaraq xidməti məlumatların, dövlət və kommersiya sirrinin qorunmasını təmin etmək, səlahiyyətləri çərçivəsində Nazirliyin inkişaf konsepsiyasının (strateji planının) həyata keçirilməsini təmin etmək, fəaliyyət istiqamətlərinə uyğun olaraq qanunvericilikdə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək kimi vəzifələrin həyata keçirilməsində iştirak edir.İddiaçı qulluq keçdiyi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin 19 saylı region üzrə X3 məsləhətçi - əmək müfəttişi, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin 2 saylı region üzrə X3 məsləhətçi - əmək müfəttişi və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin Bakı şəhər İdarəsinin Sosialhüquq məsələləri üzrə nəzarət sektorunda məsləhətçi - əmək müfəttişi vəzifələrinin qulluq funksiyalarının onun iddia etdiyi vakant vəzifənin qulluq funksiyalarına uyğunluğu araşdırılmış, həmin vəzifələr üzrə qulluq funksiyaları arasında müqayisə aparılmış, lakin uyğunluq müəyyən edilməmişdir.Belə ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin 19 saylı region üzrə X3 məsləhətçi əmək müfəttişi və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin 2 saylı region üzrə X3 məsləhətçi - əmək müfəttişi vəzifələrinin qulluq funksiyaları region üzrə X4 rəisinin sərəncam və tapşırıqlarını yerinə yetirmək, rəhbərlik tərəfindən icrası ona həvalə olunmuş ərizə, məktub və şikayətləri qanunvericiliyə müvafiq qaydada və müddətdə icra etmək və işəgötürənlərə əməyin mühafizəsi sahəsində qanunvercilik aktlarının tələblərinə əməl olunmasına dair öz səlahiyyətləri dairəsində göstəriş vermək, əmək qanunvericiliyinin pozulmasında təqsirkar şəxslərin yol verdikləri hüquq pozuntularının aradan qaldırılmasını işəgötürənlərdən tələb etmək, inzibati xətaya yol vermiş şəxslər barədə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən olunmuş hallarda və qaydada protokol tərtib etməkdən ibarət olmuşdur. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin Bakı şəhər İdarəsinin Sosial-hüquq məsələlər üzrə nəzarət sektorunda məsləhətçi - əmək müfəttişi vəzifəsinin qulluq funksiyalarını əmək haqqı, əməyin ödənilməsi, əmək münasibətləri, əmək şəraiti, iş vaxtı rejimi, istirahət vaxtı, məzuniyyət, sosial və şəxsi sığortalar, istehsalatda baş verən bədbəxt hadisələrdən icbari sığorta, qadınların, əlillərin və yaşı 18-dən az olan şəxslərin əməyindən qanunvericiliyə uyğun istifadə olunması ilə bağlı qanunvericilik aktlarının düzgün icra olunmasına dövlət nəzarətini həyata keçirmək, kollektiv müqavilələrin və sazişlərin şərtlərinin yerinə yetirilməsinə və işçilərlə yaranan əmək münasibətlərinin Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada təmin edilməsinə nəzarəti həyata keçirmək, güzəştli şərtlərlə əlavə məzuniyyət və qısaldılmış iş günü hüququ verən istehsalatların, sexlərin, peşələrin, vəzifələrin siyahısının düzgün tətbiq edilməsinə və qanunvericiliyə müvafiq olaraq əlverişsiz əmək şəraitində işləyənlərə güzəştlərin və ödənclərin verilməsinə nəzarət etmək, əməyin sosial-hüquq sahəsi üzrə məsələlərin həlli istiqamətində üçtərəfli sosial əməkdaşlıq prinsipi əsasında işəgötürənlər və həmkarlar ittifaqı təşkilatları ilə qarşılıqlı əməkdaşlığa kömək göstərmək, işəgötürənlərə və işçilərə əməyin sosial-hüquq məsələləri üzrə qanunvericilik aktları və onun tətbiqi barədə metodiki kömək göstərmək, eləcə də lazım gəldikdə seminarlar təşkil etmək, Xidmətin yerli orqanlarının təqdim etdiyi hesabatların təhlil edilməsində iştirak etmək, öz səlahiyyətləri daxilində regionlar üzrə X1 əməyin sosial-hüquq məsələləri üzrə metodiki və əməli köməklik göstərmək, sektorun fəaliyyəti barədə rüblük, yarımillik, doqquz aylıq və illik hesabat hazırlamaq və eləcə də BƏT-ə göndərilməsi üçün nəzarət etdiyi məsələlər üzrə respublikada olan vəziyyət barədə məlumatın hazırlanmasında iştirak etmək, Xidmətin strukturunun və fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində öz səlahiyyətləri daxilində təkliflər vermək, sektorun fəaliyyət istiqamətlərinə uyğun olaraq daxil olan müraciət, ərizə və şikayətlərə baxmaq, bununla bağlı müvafiq tədbirlər görmək və qanunvericiliklə müəyyən edilmiş müddətdə cavablandırmaq və qanunvericiliyə uyğun olaraq digər vəzifələri yerinə yetirməkdən ibarətdir.Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Aparatında Hüquq və insan resursları şöbəsinin İnsan kapitalının inkişafı sektorunun müdiri vəzifəsinin qulluq funksiyaları isə sektorun fəaliyyətinə rəhbərlik etmək, tabeliyində olan işçilərin iş fəaliyyətini əlaqələndirmək, onlar arasında vəzifə və iş bölgüsünü aparmaq, xidməti fəaliyyətini qiymətləndirmək, sektora daxil olan sənədlərin qanunvericiliyə uyğun olaraq cavablandırılmasını təmin etmək, dövlət qulluqçularının idarə olunması istiqamətində motivasiya tədbirlərinin, əlavə təhsil və təlim ehtiyaclarının müəyyənləşdirilməsi, bununla bağlı təlim və treninqlərin təşkili və keçirilməsi ilə bağlı təkliflər vermək, dövlət qulluqçuları tərəfindən etik davranış qaydalarına əməl edilməsi vəziyyətinin öyrənilməsi və bu barədə məlumatların ümumiləşdirilməsini təmin etmək, dövlət qulluğunda etik davranış və korrupsiyaya qarşı mübarizə üzrə müşavirə, təlim və treninqlərin, seminarların keçirilməsini təmin etmək, işçilərin qiymətləndirmə əsasında təlimə olan ehtiyaclarını araşdırmaq və peşə hazırlığının artırılması məqsədilə təlimlərin təşkil edilməsində iştirak etmək, təlim materiallarını hazırlamaq və bu barədə təkliflər vermək, insan resurslarının idarə edilməsi siyasətinə dair beynəlxalq təcrübəni öyrənmək və tətbiqi ilə əlaqədar təkliflər vermək, kadrların rotasiyası, intizam məsuliyyətinə cəlb edilməsi, mükafatlandırılması ilə bağlı strategiyanın hazırlanmasını təmin etmək, cari ümumiləşdirilmiş hesabatların hazırlanmasında, konfrans və seminarlarda iştirak etmək və sektorun işçilərinin üzərinə düşən vəzifələrin yerinə yetirilməsinə, əmək və icra intizamına riayət olunmasına nəzarət etməkdən ibarətdir.Qeyd edilənlərə əsasən İddiaçı iddia etdiyi Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Aparatında Hüquq və insan resursları şöbəsinin İnsan kapitalının inkişafı sektorunun müdiri vəzifəsinin tutulması şərtlərində iş stajına dair müəyyən edilmiş struktur bölmənin və ya vəzifənin fəaliyyət istiqamətləri üzrə 4 il iş stajına malik olma tələbinə cavab vermədiyindən həmin vakant vəzifənin tutulması ilə bağlı elan edilmiş müsahibədə iştirakla bağlı qeydə alınmamışdır.İddiaçı eyni məsələyə dair Mərkəzə daxil olmuş 03 avqust 2023-cü il tarixli müraciəti Mərkəzin 10 avqust 2023-cü il tarixli, 9-3/2-C-3378-42-626/2023 nömrəli məktubu ilə cavablandırılmışdır.İddiaçı iddia etdiyi Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Aparatında Hüquq və insan resursları şöbəsinin İnsan kapitalının inkişafı sektorunun müdiri vəzifəsinin tutulması şərtlərində iş stajına dair müəyyən edilmiş struktur bölmənin və ya vəzifənin fəaliyyət istiqamətləri üzrə 4 il iş stajına malik olma tələbinə cavab vermədiyi halda həmin vəzifə üzrə müsahibədə iştirakla bağlı qeydə alınması “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 29.3-cü maddəsinin dördüncü hissəsinin (müvafiq inzibati vəzifənin müsahibə yolu ilə tutulması həyata keçirildikdə qanunvericiliklə müəyyən edilmiş vakant vəzifələrin tutulmasının ümumi şərtlərinin tələbləri gözlənilməlidir), Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 21 iyun tarixli 1480 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət qulluğu vəzifəsinin tutulması məqsədi ilə müsahibə keçirilməsi Qaydası”nın 2.5-ci bəndinin (müsahibədə namizəd vakant vəzifənin tutulmasının ümumi şərtlərinə və bu şərtlərə əsasən vəzifə təlimatı ilə müəyyən edilən tələblərə uyğun olaraq iştirak edə bilər) və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 8 dekabr tarixli, 545 nömrəli qərarı ilə təsdiq edilmiş "1-5-ci kateqoriya dövlət orqanlarında inzibatı vəzifələrin" təsnifatlarına uyğun olan vakant vəzifələrin tutulmasının Ümumi Şərtləri”nin tələblərinə ziddir.Cavabdeh göstərilənlərə əsasən iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. 4.İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi. 5.Сavabdehin nümayəndəsi X8 iddiaya etirazda göstərilən məzmunda çıxış edərək iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü 6.Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin: - 2.2.5-ci maddəsinə əsasən inzibati hüquq münasibətinin mövcud olmasına və ya olmamasına, habelə inzibati aktın etibarsız sayılmasına dair iddialara (müəyyən etmə və ya tanınma haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır; - 36.1-ci maddəsinə əsasən müəyyən etmə və ya tanınma haqqında iddia vasitəsi ilə iddiaçı hər hansı hüquq münasibətinin mövcud olması və ya olmamasının, yaxud inzibati aktın etibarsızlığının tanınmasını məhkəmədən tələb edə bilər. - 36.2-ci maddəsinə əsasən müəyyən etmə və ya tanınma haqqında iddia vasitəsi ilə iddiaçı artıq icra olunmuş inzibati aktın qanunsuz sayılmasını məhkəmədən tələb edə bilər. - 36.3-cü maddəsinə əsasən müəyyən etmə və ya tanınma haqqında iddia iddiaçının həmin münasibətlərin qısa müddətdə müəyyən edilməsində kifayət qədər maraqlı olduğu hallarda qaldırıla bilər. Hüquq münasibətlərinin müəyyən edilməsində iddiaçının marağı hüquqi, iqtisadi və ya ideya xarakterli ola bilər. - 36.4-cü maddəsinə əsasən hüquq münasibətlərinin müəyyən edilməsinə dair iddia, digər iddia növlərinə münasibətdə subsidiar xarakter daşıyır. - 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 7.Hazırda iddiaçının iddiası “digər dövlət orqanlarının əmək qanunvericiliyi sahəsində münasibətlərin tənzimlənməsi, əmək qanunvericiliyinə dair hüquqi aktların tələblərinə əməl edilməsinə nəzarət funksiyalarını həyata keçirən struktur bölmələrindəki müvafiq inzibati vəzifələrin əvvəllər qulluq keçdiyi dövlət orqanının fəaliyyət istiqamətlərinə və tutduğu dövlət qulluğu vəzifəsinin qulluq funksiyasına uyğunluğu barədə qərar qəbul edilməsi” hissəsində mümkünlük şərtlərinə cavab vermir. Tətbiq edilən hüquq 8.”İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarının 1.1-ci bəndinə əsasən məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır, 1.3-cü bəndinə əsasən mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur, 1.4-cü bəndinə göstərilmişdir ki, ona görə də iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüququ dəyərləndirmədir, 2.1-ci bəndinə əsasən mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır, 2.3-cü bəndinə əsasən məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-nin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Həmin Qərarın 5.2-ci bəndinə əsasən bu zaman məhkəmələr müdafiə edilmək istənilən hüququn təbiətini, həmin subyektiv hüququn tanıdığı imkanları, qanunvericilikdə təsbit edilmiş onun qoruma sferası ilə bağlı hədləri nəzərə almalıdırlar. 9.Hal-hazırda iddiaçının “digər dövlət orqanlarının əmək qanunvericiliyi sahəsində münasibətlərin tənzimlənməsi, əmək qanunvericiliyinə dair hüquqi aktların tələblərinə əməl edilməsinə nəzarət funksiyalarını həyata keçirən struktur bölmələrindəki müvafiq inzibati vəzifələrin əvvəllər qulluq keçdiyi dövlət orqanının fəaliyyət istiqamətlərinə və tutduğu dövlət qulluğu vəzifəsinin qulluq funksiyasına uyğunluğu barədə qərar qəbul edilməsini” tələb etmək subyektiv hüququ mövcud deyildir, belə ki, hər hansı bir digər orqanın əmək qanunvericiliyi sahəsində münasibətlərin tənzimlənməsi, əmək qanunvericiliyinə dair hüquqi aktların tələblərinə əməl edilməsinə nəzarət funksiyalarını həyata keçirən struktur bölmələrindəki müvafiq inzibati vəzifələrin əvvəllər qulluq keçdiyi dövlət orqanının fəaliyyət istiqamətlərinə və tutduğu dövlət qulluğu vəzifəsinin qulluq funksiyasına uyğunluğu ilə bağlı iddiaçı ilə inzibati orqan arasında mübahisə mövcud deyildir, yəni iddiaçının subyektiv hüququnun pozulması halı baş verməmişdir. Beləki iddiaçı ilə cavabdeh arasında hal-hazırda yaranmış inzibati mübahisə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Aparatında Hüquq və insan resursları şöbəsinin İnsan kapitalının inkişafı sektorunun müdiri vəzifəsinin tutulması ilə bağlı xx.xx.2023-cü il tarixində elan edilmiş ümumi müsahibədə iştirak etməsi üçün qeydiyyata alınmasından imtina edilməsi qərarı ilə bağlıdır. 10.Göstərilənlərə əsasən məhkəmənin gəldiyi nəticəyə görə iddiaçının “digər dövlət orqanlarının əmək qanunvericiliyi sahəsində münasibətlərin tənzimlənməsi, əmək qanunvericiliyinə dair hüquqi aktların tələblərinə əməl edilməsinə nəzarət funksiyalarını həyata keçirən struktur bölmələrindəki müvafiq inzibati vəzifələrin əvvəllər qulluq keçdiyi dövlət orqanının fəaliyyət istiqamətlərinə və tutduğu dövlət qulluğu vəzifəsinin qulluq funksiyasına uyğunluğu barədə qərar qəbul edilməsi” iddiası mümkün sayılmamalıdır. 11.Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.3.-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər.
12. Bu qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir. 13.Buna görə də, iddianın mümkün sayılmamasına dair qərardad yenidən mümkünlük şərtlərinə əməl etməklə eyni predmet üzrə iddia qaldırmaq imkanını istisna etmir. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 2, 36, 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı:
İddiaçı cavabdeh “Azərbaycan Respublikasının X7” Publik hüquqi şəxsə qarşı “digər dövlət orqanlarının əmək qanunvericiliyi sahəsində münasibətlərin tənzimlənməsi, əmək qanunvericiliyinə dair hüquqi aktların tələblərinə əməl edilməsinə nəzarət funksiyalarını həyata keçirən struktur bölmələrindəki müvafiq inzibati vəzifələrin əvvəllər qulluq keçdiyi dövlət orqanının fəaliyyət istiqamətlərinə və tutduğu dövlət qulluğu vəzifəsinin qulluq funksiyasına uyğunluğu barədə qərar qəbul edilməsi” iddiası mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (ünvan: ünvan 2cıbəyova