Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-2136/2021 07.09.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X8 Oruczadənin sədrliyi, Məhkəmə iclas katibi Yasəmən Fərman qızı Cəfərovanın katibliyi, Tərəflərin iştirakı olmadan, İddiaçı cavabdeh Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinə qarşı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin Bakı şəhər İdarəsi 3-cü şəxs qismində göstərilməklə “işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi” tələbinə barədə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə hazırlıq icraatı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “İddiaçı dövlət qulluğundan azad edilməsi haqqında” Azərbaycan Respublikası Kənd Təsərrüfatı nazirinin 15 sentyabr 2020-ci il tarixli, 192k №-li əmrinin ləğv edilməsinə, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Aparatının Daxili nəzarət və audit şöbəsinin Daxili nəzarət sektorunun baş məsləhətçisi vəzifəsinə və dövlət qulluğuna bərpa olunmağına, məcburi iş buraxmaya görə əmək haqqının hesablanıb ödənilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul olunduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. Bir sıra prosessual hərəkətlər edildikdən sonra məhkəmə dəftərxanası vasitəsilə 14.06.2021-ci il tarixdə X1 31 may 2021-ci il tarixli ərizəsi daxil olmuşdur. Ərizə onunla əsaslandırılmışdır ki, inzibati iş üzrə iddiaçı onun mərhum həyat yoldaşı İddiaçı olmuşdur. O, 24.04.2021-ci il tarixdə Covid-19-dan dünyasını dəyişmişdir. Odur ki, iddiaçının prosessual hüquq varisi kimi tanınmasını və işə cəlb edilməsini xahiş etmişdir. İş üzrə məhkəmə iclası 07.09.2021-ci il tarixə təyin edilmişdir. Məhkəmə iclası ilə bağlı iclasın vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, tərəflər və ərizəçi məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdirlər. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62-ci maddəsinin tələblərini rəhbər tutaraq, işə tərəflərin və ərizəçinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə hesab edir ki, iddiaçı vəfat etdiyindən və iş üzrə prosessual hüquq varisliyinə yol verilmədiyindən iş üzrə icraata xitam verilməli, ərizə təmin edilməməlidir. İş materialında olan 1 saylı Bakı “Asan xidmət” mərkəzi Ədliyyə Nazirliyinin qeydiyyat şöbəsi tərəfindən verilmiş 29 aprel 2021-ci il tarixli AZ-İİ 177957 nömrəli X2 təsdiq olunmuş surətindən görünür ki, İddiaçı 24.04.2021-ci ildə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 2021-ci ilin 04-cü ayının 28-ci günündə 613 № ilə qeyd edilmişdir. İş materialında olan Vİ-ЖГ 306208 nömrəli X3 Şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, İddiaçı ilə X5 26.12.1992-ci il tarixdə nikahlarını bağlamışlar. X5 “Əliəşrəfova” soyadını qəbul etmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, İddiaçı 24.04.2021-ci il tarixdə vəfat etmişdir. Həmçinin, X4 iddiaçının prosessual hüquq varisi kimi tanınmasını xahiş etmişdir. Azərbaycan Respublikası İnzibаti Prоsеssuаl Məcəlləsinin müddəalarında inzibati məhkəmə icraatı qaydasında prosessual hüquq varisliyi ilə bağlı məsələ tənzimlənməmişdir. Lakin «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun: - 36.6-cı maddəsinə əsasən, inzibati icraatda maddi hüququn hüquqi varisliklə bağlı müddəaları tətbiq edilir. İştirakçının şəxsiyyəti ilə birbaşa bağlı olan hüquqların hüquqi varislik qaydasında keçməsinə yol verilmir. Maddənin tələbindən göründüyü kimi, inzibati icraatda hüquq varisliyi qaydasında şəxs yalnız o halda cəlb oluna bilər ki, əgər maddi hüquq belə varisliyin müəyyən edilməsinə imkan verir. Məhkəmə hesab edir ki, iddiaçının iddia tələbi onun şəxsiyyətinə birbaşa bağlı olan hüquqla əlaqədar olduğundan həmin hüququn hüquqi varislik qaydasında keçməsi yolverilməzdir. «Nоrmаtiv hüquqi аktlаr hаqqındа» Аzərbаycаn Rеspublikаsı Kоnstitusiyа Qаnununun 13.1 və 13.2-ci mаddələrinə əsаsən kоnkrеt ictimаi münаsibətləri tənzimləyən qаnunvеricilik nоrmаlаrı оlmаdıqdа hüququn аnаlоgiyаsındаn və yа qаnunun аnаlоgiyаsındаn istifаdə оlunа bilər. Əvvəlcə qаnunun аnаlоgiyаsındаn istifаdə оlunur. Kоnkrеt ictimаi münаsibətləri tənzimləyən qаnunvеricilik nоrmаlаrı оlmаdıqdа həmin ictimаi münаsibətlərə охşаr ictimаi münаsibətləri tənzimləyən qаnunvеricilik nоrmаlаrı tətbiq еdilir. Аzərbаycаn Rеspublikаsı İnzibаti Prоsеssuаl Məcəlləsinin 1.2-ci mаddəsinə əsаsən bu Məcəllə ilə bаşqа qаydа müəyyən еdilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prоsеssuаl prinsiplərə zidd оlmаdığı hаllаrdа, inzibаti mübаhisələrə dаir işlər üzrə məhkəmə icrааtındа Аzərbаycаn Rеspublikаsı Mülki Prоsеssuаl Məcəlləsinin müddəаlаrı tətbiq оlunа bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 261.0.7-ci maddəsinə əsasən iş üzrə tərəflərdən biri olan şəxs öldükdən sonra barəsində mübahisə edilən hüquq münasibəti hüquq varisliyinə yol verməzsə, hakim iş üzrə icraata xitam verir. Göstərilənlərə əsasən, Məhkəmə hesab edir ki, iddiaçı vəfat etdiyindən və iş üzrə prosessual hüquq varisliyinə yol verilmədiyindən İddiaçı cavabdeh Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinə qarşı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin Bakı şəhər İdarəsi 3-cü şəxs qismində göstərilməklə “işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi” barədə iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 80-cı və 85-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinə qarşı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin Bakı şəhər İdarəsi 3-cü şəxs qismində göstərilməklə “işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi” tələbinə dair iş üzrə icraata xitam verilsin. X1 ərizəsi təmin edilməsin. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına şikayət verilə bilər. Hakim: Aytən Oruczadə
Məhkəmə qərarları › İş №2-1(112)-2136/2021
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-2136/2021
07.09.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver