Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2136/2022 18.02.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə (üçüncü şəxs Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Psixiatriya Xəstəxanası) qarşı “əlillik dərəcəsinin bərpa edilməsi və ömürlük əlillik dərəcəsinin təyin edilməsi öhdəliyinin qoyulması” iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İ. Mübahisəli hüququn qısa xülasəsi
1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək əlillik dərəcəsinin bərpa edilməsi və ömürlük əlillik dərəcəsinin təyin edilməsi öhdəliyinin Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabiliyasiya Agentliyinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. Tələb onunla əsaslandırılmışdır ki, İddiaçı Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının 18.12.2009-cu il tarixli, 158 saylı şəhadətnaməsinə əsasən “Hərbi Travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır" kimi şəhadətləndirilib. 03.08.2010-cu il tarixdən “Baş beynin xəstəliyi, zədələnməsi və ya disfunksiyası nəticəsində yaranan şəxsiyyət və davranış pozğunluqları Şəxsiyyət və davranışda rast gəlinən dəyişikliklər baş beynin xəstəliyi, zədələnməsi və disfunksiyası zamanı qalıq əlamətləri və ya yanaşı gedən, keçirilmiş kəllə-beyin travması nəticəsində əmələ gələn psixopatobənzər şəxsiyyət pozuntusu" diaqnozu ilə ikinci dərəcə əlillik təyin edilmişdir. 03.08.2010-cu il tarixdən 01.07.2016-cı il tarixədək əlillik dərəcəsi hər dəfə 1 il müddətinə artırılmışdır. 01.07.2016-cı il tarixdən 5 il müddətinə əlillik dərəcəsi təyin edilmişdir. 2021-ci ildə əllilik dərəcəsinin uzadılması və daimi olaraq əlillik dərəcəsinin təyin edilməsi üçün cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə göndəriş (Forma 88) göndərilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi 23.07.2021-ci il tarixdə Diaqnoz əlillik əlaməti təyin etməməsi. Diaqnoz əllilik təyin etmir barədə qərar qəbul edildiyi əsas gətirərək əllillik dərəcəsinin uzadılmasından imtina etmişdir. Qeyd olunanlara əsasən hesab edir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin qeyd edilən əsaslarla müraciətindən imtina etməsi qanunsuz və əsassızdır. Belə ki, o, 1994-cü ildən hal-hazıradək mütamadi olaraq malicəlar aldığına, müayinə olunduğuna baxmayaraq cavabdeh tərəfindən Diaqnoz əlillik əlaməti təyin etməməsi, Diaqnoz əllilik təyin etmir barədə qərar qəbul edildiyini əsas gətirməklə iddiaçının əlillik dərəcəsi ləğv edilməsi nəticəsində iddiaçının hüquqları pozulmuşdur. “Tibbi-sosial ekspert komissiyaları haqqında" Əsasnaməsinin 3.1.1-3.1.3-cü bəndlərinə əsasən əlilliyi qiymətləndirmək, əlilliyi qiymətləndirilən şəxslərin reabilitasiya potensialının səviyyəsini və xarakterini müəyyən etmək, əlilliyin və reabilitasiya imkanlarının qiymətləndirilməsi əsasında şəxsin əlillik dərəcəsini, onun müddətini, səbəbini və əlilliyin başvermə vaxtını müəyyən etmək TSEK-in vəzifəsidir. Həmin Əsasnamənin 4.1-4.2-ci bəndlərinə əsasən şəxslərin TSEK-də əlilliyin qiymətləndirilməsi dövlət səhiyyə müəssisələrinin göndərişləri əsasında aparılır və göndərişdə şəxsin səhhətini əks etdirən bütün funksional diaqnostik, laborator, rentgen müayinələrinin nəticələri, mütəxəssislərin ətraflı obyektiv məlumatları, aparılmış müalicə tədbirləri və onların səmərəliliyi, klinik proqnoz göstərilməklə, onun əmək fəaliyyətinin məhdudlaşdırılması və ya itirilməsi əsaslandırılır.Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnaməsi”nin 4.2-ci bəndinə əsasən ikinci və üçüncü dərəcə əlillik 5 (beş) il müddətinə müəyyən edilir. İkinci dərəcə əlillik fasiləsiz olaraq 10 (on) il, üçüncü dərəcə əlillik fasiləsiz olaraq 15 (on beş) il təyin olunduğu halda əlillik müddətsiz müəyyən edilir. Beləliklə də, 2010-cu il tarixdə mənə, İddiaçı əlillik dərəcəsi təyin edilərkən qanunvericilik normalarına uyğun olaraq əlillik dərəcəsi təyin edildiyindən, 27 ildən çox eyni xəstəlikdən əziyyət çəkdiyindən, qanunvericilik normalarına əsasən ikinci dərəcəli əllik dərəcəsi olan şəxslər fasiləsiz olaraq 10 il təyin olunduğu halda müddətsiz əllik dərəcəsi təyin edildiyindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən əllik dərəcəsinin uzadılmasından imtina edilməsi qanunsuz və əsassızdır.Beləliklə də, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin hərəkətləri əsassız hesab olunmalı, əlillik dərəcəm bərpa olunmalı və ömürlük əlillik dərəcəsi təyin edilməlidir.Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədidir.Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır.Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, həmkarlar ittifaqlarının və digər ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətlərindən (yaxud hərəkətsizliyindən) məhkəməyə şikayət edə bilər.Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz.Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə əsasən qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati və iqtisadi mübahisələrə dair işlər üzrə məhkəmələr və inzibati və iqtisadi mübahisələrə dair işlər üzrə məhkəmə kollegiyaları tərəfindən həyata keçirilir.Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Konstitusiyasının 12, 26, 60, 71-ci, Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2.1, 34.1, maddələrini rəhbər tutaraq, iddiaçı ona verilmiş əlillik dərəcəsinin bərpa edilməsi və ömürlük əlillik dərəcəsinin təyin edilməsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə həvalə olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
3. Cavabdeh tərəfindən iddiaya yazılı etiraz təqdim edilərək bildirilmişdir ki, iddiaçının əlillik vəziyyəti 24 saylı Birləşdirilmiş Şəhər Xəstəxanasının 22.07.2014-cü il tarixli göndərişi əsasında baxılmış və Səbəbi: Azərbaycan -Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik; Xəstəliklərin Beynəlxalq Təsnifatı: XİX Sinif - Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri => S00-S09 - Başın travmaları => S09 - Başın digər və qiqləşdirilməmiş travmaları => S09.8 - Başın digər də...; Diaqnozun mətni: Keçirilmiş KBT nəticəsində əmələ gələn psixopatabənzər şəxsiyyət pozulmaları; Meyar: 2.2. İkinci zərəcə əlillik => 2.2.10. Baş beyin qan dövranının xroniki çatmamazlığı (ateroskleroz, * oertoniya xəstəliyi, onurğanın patologiyası və s. mənşəli) nəzərə çarpan yaddaş zəifliyi, idrakın...” səbəbi ilə bir il müddətinə əlillik dərəcəsi verilmişdir. 24 saylı Birləşdirilmiş Şəhər Xəstəxanasının 23.06.2015-ci il tarixli 0034003AABJ0 saylı göndərişi əsasında baxılmış və Səbəbi: Azərbaycan Respublikasının ərazi -ütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik; X2: V Sinif- Dsixi pozğunluqlar və davranış pozğunluqları => F00-F09 - Simptomatik forma da daxil olmaqla, üzvi psixi pozğunluqlar => F07 - Baş beynin xəstəliyi, zədələnməsi və ya disfunksiyası nəticəs..; Diaqnozun mətni: Baş beyinin xəst., travması və disfunksiyası nəticəsində yaranan digər üzvi mənşəli şəxsiyyət və davranış pozuntuları, Keçirilmiş KBT nəticəsində əmələ gələn psixopatabənzər şəxsiyyət pozuntusu; Meyar: 2.2. İkinci dərəcə əlillik => DİGƏR: Baş beyinin xəst., travmas..” səbəbi ilə bir il müddətinə əlillik dərəcəsi verilmişdir. Elektron təyinatla 01.07.2016-cı il tarixində baxılmış və Səbəbi: Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik; X2: V Sinif - Psixi pozğunluqlar və davranış pozğunluqları => F00-F09 - Simptomatik forma da daxil olmaqla, üzvi psixi pozğunluqlar => F07 - Baş beynin xəstəliyi, zədələnməsi və ya disfunksiyası nəticəs..; Diaqnozun mətni: Baş beyinin xəst., travması və disfunksiyası nəticəsində yaranan digər üzvi mənşəli şəxsiyyət və davranış pozuntuları, Keçirilmiş KBT nəticəsində əmələ gələn psixopatabənzər şəxsiyyət pozuntusu; Meyar: 2.2. İkinci dərəcə əlillik => DİGƏR: Baş beyinin xəst., travmas..” səbəbi ilə beş il müddətinə əlillik dərəcəsi verilmişdir. Sözügüdən Poliklinikanın 18.06.2021-ci il tarixli 0034003AAD8W saylı göndərişi əsasında baxılmış və X2: V Sinif - Psixi pozğunluqlar və davranış pozğunluqları => F00-F09 - Simptomatik forma da daxil olmaqla, üzvi psixi pozğunluqlar => F07 - Baş beynin xəstəliyi, zədələnməsi və ya disfunksiyası nəticəs..; Diaqnozun mətni: Baş beynin xəstəliyi, zədələnməsi və ya disfunksiyası nəticəsində yaranan şəxsiyyət və davranış pozğunluqları; Məzkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Əlavə müalicəyə ehtiyacın olması - Səbəb: Əlavə müalicəyə ehtiyacın olması. Müalicə müddəti az olduğuna görə ixtisaslaşdırılmış müalicə məsləhət görülür” səbəbi ilə imtina verilmişdir.24 saylı Birləşdirilmiş Şəhər Xəstəxanasının 18.06.2021-ci il tarixli 0034003AAD8W saylı göndərişi əsasında baxılmış və Səbəbi: Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar; X2: V Sinif - Psixi pozğunluqlar və davranış pozğunluqları => F00-F09 - Simptomatik forma da daxil olmaqla, üzvi psixi pozğunluqlar => F07 - Baş beynin xəstəliyi, zədələnməsi və ya disfunksiyası nəticəs...; Diaqnozun mətni: Baş beynin xəstəliyi, zədələnməsi və ya disfunksiyası nəticəsində yaranan şəxsiyyət və davranış pozğunluqları Şəxsiyyət və davranışda rast gəlinən dəyişikliklər baş beynin xəstəliyi, zədələnməsi və disfunksiyası zamanı qalıq əlamətləri və ya yanaşı gedən, Keçirilimiş kəllə-beyin travması nəticəsində əmələ gələn psixopato bənzər şəxsiyyət pozuntusu.; Məzkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Diaqnoz əlillik əlaməti təyin etməməsi - Səbəb: Diaqnoz əlillik təyin etmir barədə qərar qəbul edilmişdir” səbəbi ilə imtina verilmişdir. Məlumat üçün bildiririk ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası"nın və 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları bundan sonra - Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin 'eyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra - göndəriş) əsasında aparılır. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. Göndəriş verilməsi üçün əsaslara şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması, şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir), əlillik müddətinin bitməsindən sonra bu Qaydanın yuxarıda qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi, peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi və əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbi-sosial ekspertiza müayinəsinə zərurət yaranması aiddir. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. Bununla əlaqədar, iddiaçının aidiyyəti tibb müəssisəsində əlavə bərpa müalicəsi etdirməsi, tam reabilitasiya olunmadığı halda əlillik dərəcəsinin verilməsi üçün yenidən müraciət etməsi tövsiyyə edilir. Qeyd edilənləri nəzərə alaraq, cavabdeh iddianın təmin edilməməsi barədə müvafiq qərardad qəbul edilməsini xahiş edir.
4. Məhkəmənin 31.08.2021-ci il tarixli qərardadı ilə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Psixiatriya Xəstəxanası hazırki iddia tələbi üzrə üçüncü şəxs qismində cəlb olunmuşdur.
5. Məhkəmənin 13.12.2021-ci il tarixli qərardadı ilə iddianln iddiaçının qiymətləndirildiyi 23 iyul 2021-ci il tarixdən ikinci qrup əlilliyin təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabiliyasiya Agentliyinin üzərinə qoyulması kimi dəyişdirilməsi qəbul edilmişdir.
6. Məhkəmənin 13.12.2021-ci il tarixli qərardadı ilə məhkəmə-psixiatrik ekspertizası təyin edilmiş və ekspert qarşısında aşağıdakı suallar qoyulmuşdur: - xx xxxxx 1973-cü il tarixdə doğulmuş İddiaçı müayinəsi zamanı onda hal-hazırda hansı xəstəlik və qüsurlar aşkar olunur? - bu xəstəlik və qüsurlar ona hər hansı əlillik dərəcəsi verilməsinə əsas verirmi? Ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzinin ekspertlərinə həvalə edilmişdir.
7. İş üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-tibbi ekspertiza və patoloji anatomiya birliyi” publik hüquqi şəxsi tərəfindən verilmiş 05.01.2022-ci il tarixli ekspert rəyində bildirilmişdir ki, İddiaçı üzvi (travmatik mənşəli şəxsiyyət pozuntusu tez-tez baş verən dekompensasiyalar) yaddaş və intellektin enməsi ilə (F07) müəyyən edilir. Bunu anamnestik məlumatlar və hal-hazırki psixiatrik müayinənin nəticələri – 1993-cü ildə döyüşlər zamanı kəllə-beyin travması alması (Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən təsdiq olunub), bununla əlaqədar N nömrəli hərbi hissədə müalicə olunması, sonrakı illərdə psixi vəziyyətində və davranışında dəyişikliklərin davam etməsi, Bakı şəhəri RƏXDdə, Psixi Sağlamlıq Mərkəzində, 15 nömrəli BŞX-nin psixiatrik kabinetində, SN “Respublika Psixiatriya Xəstəxanası” PHŞ-də və digər nevroloji və psixiatrik müəssisələrdə müalicə olunmasına baxmayaraq vəziyyətində yaxşılaşmanın qeyd olunmaması, psixi vəziyyəti ilə əlaqədar İİ dərəcəli əlil hesab edilməsi, həmçinin hazırkı müayinə zamanı aşkar olunan əlamətlər, ünsiyyətə çətin daxil olması, təfəkkürünün az produktivliyi və torpidliyi, koqnitiv imkanların aşağı olması, əhval-ruhiyyənin dəyişkənliyi, emosional dayanıqsızlığı, affektiv eksploziv reaksiyalara meylliyi, davranışı üzərində nəzarətin zəifləməsi, maraq dairəsinin məhdudluğu, yaddaş və intellektin enməsi, tənqidinin olmaması və s. sübut olunur. İddiaçı müayinəsi müayinəsi zamanı onda hal-hazırda üzvi (travmatik mənşəli şəxsiyyət pozuntusu tez-tez baş verən dekompensasiyalar) yaddaş və intellektin enməsi ilə (F07) aşkar olunur.
8. Məhkəmənin hazırlıq icraatı üzrə iclasında, eləcə də məhkəmə baxış iclasında iştirak edən iddiaçı dəyişdirilmiş iddia tələbinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etdi.
9. Məhkəmənin hazırlıq icraatı üzrə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya yazılı etirazın məzmununa uyğun izahat verərək iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə baxış iclasında cavabdeh iştirak etmir.
İİ. İddianın növü və mümkünlüyü
10. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin 1.2-ci bəndinə əsasən, əlillik və ya 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğu şəxsin tibbi-sosial ekspertiza müayinəsindən keçirilərək, “Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq anadangəlmə, xəstəlikdən və ya xəsarətdən yaranan əqli və ya fiziki qüsurlar nəticəsində həyat fəaliyyətinin məhdudlaşması haqqında müvafiq qərar çıxarılması yolu ilə müəyyən olunur. İddiaya cavab verməli olan şəxs Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyidir. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 30 iyun tarixli 1077 nömrəli Fərmanı ilə təsdiq edilmiş Dövlət Tibbi-Sosial Ekspertiza və X1 3.1.2-ci bəndinə əsasən, müvafiq sahədə tibbi-sosial ekspertiza keçirərək, şəxslərin əlilliyini və reabilitasiya imkanlarını qiymətləndirmək Agentliyin vəzifələrinə aid edilmişdir. Nizamnamənin 1.2-ci bəndinə əsasən, Agentlik Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərir. Nizamnamənin 1.8-ci bəndinə əsasən, Agentlik Bakı şəhərində yerləşir.
11. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydası”na əsasən: - 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin tibbi-sosial ekspert komissiyaları tərəfindən həyata keçirilir. - 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. - 2.8. Əlilliyin qiymətləndirilməsi barədə qərarın obyektivliyinin təmin edilməsi məqsədilə göndərişlər seçmə qaydada 5 (beş) TSEK-dən çox olmamaq şərtilə bir neçə TSEK-ə göndərilir. Əlilliyin qiymətləndirilməsi zamanı TSEK-dən birinin qərarı digər TSEK-lərin qərarından fərqləndikdə, bu barədə məlumatlar altsistem vasitəsilə Agentliyə ötürülür və yekun qərar bu Qaydanın 2.4-cü bəndində göstərilən müddətdən gec olmayaraq Agentlik tərəfindən qəbul edilir.
12. İddiaçı məhkəməyə müraciət etdiyi 16.08.2021-ci il tarixə xeyrinə inzibati akt qəbul edilməsini tələb etdiyindən qaldırdığı iddia məcburetmə növündə iddiaya uyğundur. İddiaçı 23.07.2021-ci il tarixdə qiymətləndirilmiş, qiymətləndirmənin nəticəsinin iddiaçıya təqdim edildiyi (bildirildiyi) tarix və iddiaçıya hüquqi müdafiə vasitələri izah edildiyi müəyyən edilmir.
13. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 59.1.5-ci maddəsinə əsasən, yazılı inzibati aktda həmin akta qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə müddəti və bununla bağlı maraqlı şəxsin şikayət (iddia) verə biləcəyi orqan (orqanlar, o cümlədən məhkəmə) haqqında məlumat əks olunmalıdır.
14. Həmin Qanunun 73.2-ci maddəsinə əsasən, inzibati aktda ona qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulmadıqda və ya inzibati akt onun ünvanlanmadığı digər maraqlı şəxslərin qanuni maraqlarına (ilk dəfə) toxunduqda, həmin inzibati aktdan onun qüvvəyə mindiyi gündən 6 ay müddətində şikayət verilə bilər.
15. Həmin Qanunun 59.3-cü maddəsinə əsasən, inzibati aktın məzmunu müxtəlif kod işarələri ilə ifadə oluna bilər. Belə hallarda inzibati aktın ünvanlandığı şəxsin onun məzmununu birmənalı şəkildə başa düşməsi üçün həmin akta müvafiq izahat əlavə edilməlidir.
16. Hazırki iddia məcburetməyə dair iddiadır. Məhkəmə həmin əlilliyin növbəti müddətə təyin edilməsindən imtinanı inzibati aktın qəbulundan imtina kimi qiymətləndirir.
17. İddia mümkündür.
İV. Məhkəmənin mövqeyi
18. Azərbaycan Respublikası Konstitusiyasından: - 38-ci maddə. Hər kəsin sosial təminat hüququ vardır. - 60-cı maddə. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. - 71-ci maddə. Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur.
19. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş Əlilliyin qiymətləndirilməsi Qaydasına əsasən: - 1.6. Əlilliyin səbəbinin, dərəcəsinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır. - 1.7. Şəxs əlilliyin qiymətləndirilməsi barədə qərarın qəbul edildiyi tarixdən əlilliyin növbəti qiymətləndirilməsi tarixindən sonrakı ayın 1-dək əlilliyi olan şəxs hesab edilir. - 2.9. Göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir.
20. İddiaçının tibbi nəzarətə götürülmə tarixi 12.06.2009-cu ildur. İlkin olaraq İİ dərəcə əlillik 24 saylı Birləşdirilmiş Şəhər Xəstəxanasının 22.07.2014-cü il tarixli göndərişi əsasında bir il müddətinə təyin edilmişdir. 30.06.2015-ci il tarixdə eyni - baş beyin xəstəliyi, travması və disfunksiyası nəticəsində yarnan digər üzvi mənşəli şəxsiyyət və davranış pozuntuları, keçirilmiş KBT nəticəsində əmələ gələn psixotabənzər şəxsiyyət pozuntusu diaqnozu ilə (xəstəliyin kodu F07) növbəti bir il müddətinə ikinci dərəcə əlillik təyin edilmişdir. İddiaçı 01.07.2016-cı il tarixdə eyni diazqnozla növbəti dəfə (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı qüvvəyə mindikdən sonra) müayinə olunaraq eyni xəstəlik kodu (kodu F07) üzrə beş il müddətinə ikinci dərəcə əlillik təyin edilmişdir.
21. İddiaçı forma 88 arayışına əsasən (0034003AAD8W) eyni diaqnozla növbəti, dördüncü dəfə 23.07.2021-ci il tarixdə qiymətləndirilmiş, imtinanın əsası kimi diaqnozun əlillik əlaməti təyin etməməsi səbəbindən əlilliyin təyin edilməsindən imtina edilmişdir.
22. Növbəti dəfə 24 saylı Birləşdirilmiş Şəhər Xəstəxanası tərəfindən verilmiş forma 88 arayışına əsasən (0034003AAD8W) əsas diaqnoz: F07. Baş beynin xəstəliyi, zədələnməsi və ya disfunksiyası nəticəsində yaranan şəxsiyyət və davranış pozğunluqları, şəxsiyyət və davranışda rast gəlinən dəyişikliklər baş beynin xəstəliyi, zədələnməsi və disfunksiyası zamanı qalıq əlamətləri və yanaşı gedən, keçirilmiş kəllə-beyin travması nəticəsində əmələ gələn psixopato bənzər şəxsiyyət pozuntusu; Ağırlaşmaları: F07.8 Baş beynin xəstəliyi, travması və disfunksiyası nəticəsində yaranan digər üzvi mənşəli şəxsiyyət və davranış pozğunluqları, Üzvi (travmatik mənşəli) şəxsiyyət pozuntusu.Tez-tez baş verən dekompensasiyalar, yaddaş və intelektin enməsi ilə; yanakı xəstəliklər: F48.0 Nevrasteniya, Asteno nevrotik vəziyyət; Status localis qarafasına əsasən xəstənin ümumi vəziyyəti orta ağırdır, səhhətində dəyişiklik yoxdur. Bələdlik tam qorunmayıb. Tənqidi formalıdır. Zahirən gərgindir. Bir yerdə qərar tutmur. Ünsiyyətə əsəbi formada daxil olur. Fikrini çatdırmaqda çətinlik çəkir. Deməsinə görə heç kim ilə yola getmir. Şəxsiyyətində kobud pozuntu qeyd olunur. Emosianal olaraq labildir. Əhval-ruhiyyəsi qeyri-stabildir. Yuxusu dərmanladır. Daimi olaraq müalicələr olunmasına baxmayaraq vəziyyətində yaxşılaşma qeyd olunmur. Müalicələr səmərəsizdir. Yaddaşı zəifdir. Gününü evdə keçirdir. Heç kim ilə yola getmədiyi üçün ünsiyyət saxlamır. Aldığı КВТ-dan sonra normal həyatına qayıda bilmir. İmtiyazlı dərman registrində qeydiyyatdadır və Stimulaton 50mg gündə iki dəfə, Depakin 500 mg gündə 1dəfə, Cycladol 2 mg gündə 2dəfə, Abizol 5 mg gündə 1 dəfə qəbul edir. "Respublika Psixiatriya Xəstəxanası"nda 16.02.2021-23.02.2021-ci il tarixində stasionar müalicə almışdır. Psixi sağlamlıq Mərkəzində Pr.Fuad İsmayılov tərəfindən müayinə olunub. Dz: F07.2008-ci ildən İİ qrup 1 Qarabağ əlildir. Əlillik müddətinin qurtarması ilə bağlı təkrar TSEK-na göndərilir.
23. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin 2.2-ci bəndinə əsasən, ikinci dərəcə əlillik xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (təhsilalma, ünsiyyət, uyğunlaşma, öz davranışına nəzarətetmə, hərəkətetmə, özünə xidmətetmə, əmək fəaliyyəti) elə kəskin məhdudlaşması və ya əmək fəaliyyətinin mümkün olmaması hallarında təyin edilir ki, həmin xəstənin kənar şəxsin yardım və ya qulluğuna ehtiyacı olmasın. 2.4. İkinci dərəcə əlillik aşağıdakı hallarda müddətsiz təyin edilir: 2.4.4. emosional-iradi pozuntular və psixopatabənzər davranışla müşayiət olunan imbesillik və ya debillik İQ=35-50 arası, o cümlədən orta dərəcəli kəmağıllıq (demensiya) (F60.0-F62.9, F45-F45.9, F48-F48.9, F70-F79); 2.3. Üçüncü dərəcə əlillik - xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (ünsiyyət, sosial uyğunlaşma, hərəkət, əmək fəaliyyəti) məhdudlaşması hallarında təyin edilir. Əmək fəaliyyətinin məhdudlaşması məfhumunda görüləcək işin həcmi ilə bərabər, ixtisasın enməsi, anatomik qüsur nəticəsində professional əməyin çətinləşməsi də nəzərdə tutulur. Üçüncü dərəcə əlillik aşağıdakı hallarda təyin edilir: 2.3.9. uzun müddət dekompensasiya (altı aydan çox) vəziyyətində olan şəxsiyyət pozuntuları və psixopatiyalar (F60.0-F62.9, F45-F45.9, F48-F48.9).
24. Məhkəmə qeyd edir ki, iddiaçıda müşahidə olunan xəstəlik Baş beynin zədələnməsi və disfunksiyası ilə bağlı davranış və şəxsiyyət pozğunluqları (F07) diaqnozuna uyğundur.
25. Məhkəmə müəyyən edir ki, XBT-10 – Sağlamlıqla bağlı problemlərin və X2, X baxış əsasən F62 kodu altında Baş beyin zədələnməsi və ya xəstəliyi ilə əlaqədar olmayan şəxsiyyətin davamlı dəyişiklikləri nəzərdə tutulmuşdur. Həmin diaqznoz əlillik təyin edir. Həmin rubrikdada əvvəllər şəxsiyyət pozğunluğu olmayan, bədbəxt hadisə və ya güclü uzunmüddətli stress keçirmiş və ya ağır psixi xəstəlik keçirmiş yetkin yaşlı insanda şəxsiyyət və davranış pozğunluğudur. Bu rubrikanın diaqnozlarını ətraf şərait və şəxsən özünə nəzərən qavramanın, münasibətlərin və fikirlərin şəxsi modelinin müəyyən və uzunmüddətli dəyişikliklərinin olması aydındırsa, qoymaq olar. Şəxsiyyətin dəyişikliyi xeyli dərəcədə olmalıdır və əvvəllər göstərilməyən tərs, uyğunsuz davranış normaları ilə assosiasiya edilməlidir. Dəyişiklik mövcud digər psixi pozğunluğun və ya hər hansı əvvəlki psixi xəstəliyin qalıq simptomunun bilavasitə əlaməti olmamalıdır. Qeyddə baş beynin xəstəliyi, zədələnməsi və ya disfunksiyası ilə əlaqədar şəxsiyyət və davranış pozğunluğu (F07.–) xəstəlik kodunun həmin bənddən çıxarıldığı qeyd olunub.
26. Beləliklə məhkəmə qeyd edir edir ki, F07 Baş beynin xəstəliyi, zədələnməsi və ya disfunksiyası nəticəsində yaranan şəxsiyyət və davranış pozğunluqları Şəxsiyyət və davranışda rast gəlinən dəyişikliklər baş beynin xəstəliyi, zədələnməsi və disfunksiyası zamanı qalıq əlamətləri və ya yanaşı gedən; F07.8 Baş beynin xəstəliyi, travması və disfunksiyası nəticəsində yaranan digər üzvi mənşəli şəxsiyyət və davranış pozğunluqları baş beynin xəstəliyi, zədələnməsi və ya disfunksiyası ilə əlaqədar şəxsiyyət və davranış pozğunluğu mahiyyət etibarilə (F62) Baş beyin zədələnməsi və ya xəstəliyi ilə əlaqədar olmayan şəxsiyyətin davamlı dəyişiklikləri daha ağır xəstəlikdir və F62 xəstəlik kodu üzrə müəyyən edilən xəstəlik ikinci dərəcə əlilliyi təyin edir. Məhkəmə bunu qeyd edərkən əlavə olaraq nəzərə alır ki, iddiaçı barəsində tərtib olunmuş forma 88 arayışına əsasən, birbaşa əlillik müəyyən edən xəstəlik kodu üzrə F48 Nevrasteniya. Asteno nevrotik vəziyyət göstərilmişdir.
27. İnzibati icraat haqqında qanunun 17-ci maddəsinə (mütənasiblik prinsipi) əsasən, fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Konstitusiyanın 71-ci maddəsinin İİ hissəsində mütənasiblik prinsipi “hüquq və azadlıqların məhdudlaşdırılması dövlət tərəfindən gözlənilən nəticəyə mütənasib olmalıdır” kimi ifadə olunmuşdur. Mütənasiblik prinsipinin yaranması roman-german konstitusionalizminin ənənələri ilə əlaqələndirilir. Əvvəllər, 1950-1960-cı illərdə, mütənasiblik konsepsiyası X3 Məhkəməsi tərəfindən baxılan bir sıra işlərdə öz əksini tapmışdır. Bu konsepsiya Avropa hüququ və praktikası tərəfindən müharibədən sonrakı Almaniyanın konstitusiya hüququna əsaslanaraq qəbul olunmuşdur. Prinsip olaraq isə XVİİİ əsrin sonu – XİX əsrin birinci yarısında Prussiya inzibati hüququnda meydana çıxmışdır. Ümumi şəkildə Almaniya ictimai hüququnda işlənib hazırlanmış və Avropa hüququnda öz təkamülünü davam etdirən mütənasiblik testi aşağıdakı məsələlərin ardıcıl surətdə həll olunmasını nəzərdə tutur: 1) dövlət orqanlarının fərdi hüquqların (azadlıqların) həyata keçirilməsinə müdaxiləsi yer almışdırmı; 2) bu cür müdaxilə dövlətdaxili qanunla nəzərdə tutulmuşdurmu; 3) müdaxilənin məqsədi legitimdirmi (qanunidirmi); 4) arzuolunan məqsədə bu cür müdaxilə vasitəsinin tətbiqi ilə nail olmaq olarmı, başqa sözlə desək, istifadə olunan vasitə məqsədə nail olmaq üçün yararlıdırmı; 5) hansısa başqa, eyni dərəcədə yararlı, lakin daha az yorucu vasitə varmı, başqa sözlə, istifadə olunan vasitə legitim məqsədə nail olmaq üçün zəruridirmi; 6) istifadə olunan vasitə uyğundurmu (dar mənada proporsionaldırmı). Ən ümumi mənada isə mütənasiblik prinsipi mütləq olaraq özündə 3 əsas elementi nəzərdə tutur: - bu prinsip insan və vətəndaş hüquq və azadlıqlarının məhdudlaşdırılması məsələlərini tənzimləyir; - hüquq ancaq qanunla məhdudlaşdırıla bilər; - məqsədə çatma vasitəsi kimi hüququn məhdudlaşdırılma dərəcəsi həmin məqsədə uyğun olmalı və hədsiz olmamalıdır. Mütənasiblik prinsipi İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra – Avropa Məhkəməsi) təcrübəsində möhkəmlənmiş və sonuncu tərəfindən “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiya ilə nəzərdə tutulmuş hüquq və azadlıqların məhdudlaşdırılmasının mümkünlüyünün müəyyən edilməsi üçün aktiv şəkildə istifadə olunur. Avropa Məhkəməsi “Hakansson və Sturesson İsveçə qarşı” iş üzrə 1990-cı il 21 fevral tarixli Qərarında qeyd etmişdir ki, Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsi tətbiq olunan vasitələrlə qarşıya qoyulan məqsədin ağlabatan mütənasibliyini tələb edir. Əgər müvafiq şəxs xüsusi və həddən artıq məhrumiyyətə məruz qalıbsa, mütənasibliyin müəyyən edilməsindən söhbət gedə bilməz. Konstitusiya Məhkəməsinin Plenumu tərəfindən mütənasiblik prinsipindən aktiv istifadə edilərək bu prinsipin anlayışına və mahiyyətinə yüksək diqqət yetirilir. Plenumun qərarlarında mütənasiblik prinsipinin mahiyyəti Konstitusiyanın və qanunların bilavasitə şərhi, həmçinin Avropa Məhkəməsinin qərarlarında ifadə olunan hüquq tətbiqetmə təcrübəsi əsasında açıqlanır. Konstitusiya Məhkəməsi Plenumunun X4 şikayəti üzrə 2017-ci il 26 may tarixli Qərarında mütənasiblik prinsipinə kifayət qədər aydınlıq gətirilmiş, məhdudiyyətlər tətbiq edilərkən nəzərə alınmalı olan qanunvericilik normaları açıqlanmış və belə məhdudiyyətlərin tətbiq edilməsi zamanı mütənasiblik, qanuni məqsədə uyğunluq prinsiplərinə riayət edilməsinin vacibliyi vurğulanmışdır. Qərarda göstərilmişdir ki, mütənasiblik prinsipinə riayət olunmasını təmin etmək üçün məhkəmə qanunvericiliyə uyğun olaraq işə baxarkən, hər bir konkret halda məhdudiyyətin müəyyən olunmasının əsaslarını, borclunun buna qarşı etirazlarını öz daxili inamına görə qiymətləndirməli, işi hərtərəfli, tam və obyektiv araşdırmalı, məsələ ilə bağlı öz nəticələrini müvafiq məhkəmə aktında əsaslandırmalıdır.
28. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
29. Odur ki, məhkəmə hesab edir ki, iddia təmin edilməli, iddiaçıya qiymətləndirmə aparıldığı 23.07.2021-ci il tarixdən ikinci dərəcə əlilliyin təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulmalıdır.
30. Göstərilənlərə əsasən və İPM-in 2.2, 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
İddia təmin edilsin. İddiaçı qiymətləndirildiyi 23.07.2021-ci il tarixdən İİ dərəcə əlilliyin təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.
Hakim Günel Sevdimalıyeva