Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2137/2020 28.08.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi X29 Ağa qızının katibliyi, İddiaçı, İddiaçının nümayəndəsi və vəkili X8, Cavabdehin nümayəndəsi və vəkili X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı əmrin ləğv edilməsinə dair iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) şifahi, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı Azərbaycan Respublikası Daxili İşlər Nazirinin xx.xx.2019-cu il tarixli əmrinin ləğv edilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbionunla əsaslandırılmışdır ki, 2018-ci ildə Azərbaycan Respublikası DİN Polis Akademiyasına imtahan verərək yüksək (584) balla daxil olmuşdur. Onunla birgə tağımda olan X12 ilk gündən fərqli və anormal davranış göstərdiyindən həmin şəxslə məsafəli münasibəti olmuş, lakin sonradan onun xidmət etdiyi tağıma keçirildikdən sonra hər gün bir yerdə xidmət apardıqlarına görə normal münasibətləri olmuşdur. Hətta bəzən birlikdə deyib güldükləri zamanlar da olmuşdur. Lakin, həmin şəxslə onun arasında heç vaxt hər hansı bir formada mübahisə olmamışdır, münasibətləri normal olmuşdur. xx xxxx 2019-cu il tarixdə akademiyanın birinci kursunu müvəffəqiyyətlə bitirdikdən sonra məzuniyyəti ilə bağlı evinə getmişdir. Növbəti gün, yəni xx xxxx 2019-cu il tarixdə akademiyadan kurs rəisinin müavini Vasif İsmayılov ona zəng edərək kursant yoldaşı X4 onun və başqa 4 (dörd) nəfərin barəsində şikayət etdiyini bildirmiş və valideyni ilə birlikdə sabah səhər 9:00-da akademiyaya gəlməsini tapşırmışdır. Növbəti gün o, atası Zamin Baloğlanovla oxuduğu Azərbaycan Respublikası DİN-nin Polis Akademiyasına getmişdir. Nəzarət buraxılış məntəqəsinin önündə atası ilə dayandığı zaman əvvəllər heç vaxt görmədiyi bir qadın və bir kişi qəfil üstünə hücum çəkərək onu vurmağa başlamışlar. Onlar onu həmçinin yüksək təhqir edirdilər. Həmin şəxslərin vurduqları yumruq-təpik nəticəsində o, yerə yıxılmış və əlində olan mobil telefonu yerə düşərək qırılmışdır. Həmin vaxt atası ondan aralıda onun kimi Emral Babayevin atası ilə söhbət edirdi və yerə yıxıldığını görən kimi ona kömək etmək, həmçinin məsələni araşdırmaq məqsədilə bizə yaxınlaşdığı anda onu vuran tanımadığı qadınla kişi atasını vurmağa başlamışlar. Bundan sonra növbətçi hissədə olan çavuşlar gələrək həmin şəxsləri onlardan kənarlaşdırmışlar. Daha sonra onu və şikayətlə bağlı çağırılmış digər kursant yoldaşları Emral Babayev, Əli Vəliyev, həmçinin Emralın atası və onun atası birlikdə akademiyanın həyətinə daxil olaraq gözləməyə başlamışlar. Bir müddət sonra akademiyanın rəisinin köməkçisi Osman Vəliyev onları növbətçi hissəyə çağıraraq guya kursant yoldaşları Məhəmməd Haşımova qarşı mənəvi və psixoloji təzyiqlər göstərdiklərini və bununla bağlı həmin şəxsin şikayətini elan edərək oradakı otaqda oturub izahat yazmaqlarını tapşırmışdır. Həmin vaxtı ora digər kursant yoldaşları Tacəddin Məmmədzadə də gəlmiş və onlar onun da, buməsələ ilə bağlı gəldiyini bildirmişlər. Bundan sonra onlar ayrı-ayrılıqda izahatlarını yazmışlar. Həmçinin onların valideyinlərinə də, izahat yazdırmışlar və bundan sonra onlar akademiyanı tərk etmişlər.Bir müddət sonra o, kursant yoldaşlarının bu məsələ ilə bağlı Azərbaycan Respublikası DİN-nin X10 çağırıldığını və orada həmin İdarənin əməkdaşı Addıxan Bəxtiyarov tərəfindən onlara təzyiqlər göstərilərək əlehlərinə izahatlar vermələrinin tələb olunduğunu öyrənmişdir. Belə ki, izahat alınmağa çağırılmış kursant yoldaşları onlara adı gedən şəxs tərəfindən vəsiqələrinin alınacağı, polis əməkdaşı olan valideynlərinin tutduqları vəzifələrdən azad olunacaqları ilə hədələndiklərini və məcburən Addıxan Bəxtiyarovun dediyi sözlər əsasında onların əleyhlərinə izahatlar yazdıqlarını bildirirdilər. Sonradan o, özü də 2 (iki) dəfə Addıxan Bəxtiyarov tərəfindən Azərbaycan Respublikası DİN-nin X6 çağırılmışdır. Həmin şəxs onun özünə də, çoxsaylı təzyiqlər göstərərək eləmədiyi hərəkətləri “etiraf” etməsini zorla tələb edirdi. Hətta həmin şəxs onun dediklərini eləmədiyinə görə 3 dəfə onu xidməti otağından qovmuşdur. Sonra həmin şəxs onu İdarənin rəisi Sahib Mirzəyevin otağına aparmışdır. Sahib Mirzəyev isə onu tanımadan və dinləmədən cinayətkar olduğunu və həbs elətdirəcəyini demişdir. O, xeyli danışdıqdan sonra ondan nə səbəbdən ona yalvarmadığını soruşmuş, o, isə bildirmişdir ki, X4 şikayət ərizəsində yazılanlar qətiyyən doğru olmadığından, həmin şəxsə qarşı heç bir qanunsuz, o cümlədən şərəf-ləyaqəti alçaldan hərəkət etmədiyindən heç kimdən yalvarıb kömək istəmək fikri yoxdur. Bundan sonra, Sahib Mirzəyev vəsiqəsini almasını və onun akamediyadan qovulması ilə bağlı sənədləri hazırlamasını əsəbi şəkildə Addıxan Bəxtiyarova tapşırmışdır. O, həmçinin bir daha onu həbs elətdirəcəyi ilə hədələyərək otaqdan çıxmasını demiş və o, İdarəni tərk etmişdir. Bir müddət sonra onu, kurs rəis Mehman Həsənovu, şikayətçi Məhəmməd Haşımovu və kursant yoldaşı Tacəddin Məmmədzadəni birlikdə X10 çağırmışlar. Orada onlara izahat vermiş bütün şəxslərin izahatlarının çap versiyasını göstərmişlər və onlardan yazılanlarla razı olub-omadıqlarını soruşmuşlar. O, əleyhinə yazılan izahatlarla razı olmadığını yazaraq bildirmişdir. Elə həmin günü orada onlara akademiyadan qovulduqlarını bildirmişlər. Bundan sonra, ilk öncə özü akademiyadan xaric olunması barədə əmri rəsmi şəkildə əldə etməyə çalışsa da, lakin, nə Azərbaycan Respublikası DİN Polis Akademiyası, nə də Azərbaycan Respublikası DİN X13 həmin əmri ona verməmişdir. Bundan sonra, hüquqlarını təmsil edən vəkil tərəfindən xx.xx.2019-cu il tarixli, 36/S saylı və xx.xx.2019-cu il tarixli 39/S saylı sorğularla Azərbaycan Respublikası DİN X10, həmçinin xx.xx.2019-cu il tarixli 37/S saylı və xx.xx.2019-cu il tarixli 40/S saylı sorğularla Azərbaycan Respublikası DİN Polis Akademiyasına müraciət olunaraq xaric olunması barədə əmrin surətinin verilməsi xahiş edilsə də, müraciətə müsbət cavab verilməmişdir. Belə ki, Azərbaycan Respublikası DİN Polis Akademiyası heç bir səbəb göstərmədən ümumiyyətlə cavab verməmiş, Azərbaycan Respublikası DİN X13 tərəfindən isə xx.xx.2019-cu il tarixli 023-4113-1219 nömrəli məktubla sorğuya qətiyyən həqiqəti əks etdirməyən cavab verilərək bildirilmişdir ki, “Müəyyən olunmuşdur ki, DİN-in X14 təhsil fakültəsində təhsil alarkən İddiaçı digər kursantlarla birgə kriminal davranış tərzini təbliğ etməklə kursantlar arasında Nizamnamə qaydalarına zidd münasibətlərin yaranmasına səbəbkar olduğuna, fiziki və xarakter zəifliyindən sui-istifadə edərək kursant M.Haşımova mənəvi və fiziki təzyiqlər göstərdiyinə, onunla ləyaqətli alçaldan və qeyri-insani formada rəftar edərək şəxsi işlərini və məişət problemlərini görməyə məcbur etdiyinə, bu hərəkətlərilə daxili işlər orqanları əməkdaşının adına və polisin nüfuzuna xələl gətirdiyinə, həmçinin mənfi xarakterizə olunmaqlaxidməti təhqiqat prosesində qeyri-səmimilik göstərdiyinə görə DİN-in xx.xx.2019-cu il tarixli əmri ilə daxili işlər orqanlarında xidmətdən xaric edilmişdir”. Azərbaycan Respublikası DİN X13 isə xx.xx.2019-cu il tarixli 023-4113-1219 nömrəli məktubda guya onun kursant M.Haşımova mənəvi və fiziki təzyiqlər göstərdiyinə, onunla ləyaqətli alçaldan və qeyri-insani formada rəftar edərək şəxsi işlərini və məişət problemlərini görməyə məcbur etdiyinə, bu hərəkətlərində daxili işlər orqanları əməkdaşının adına və polisin nüfuzuna xələl gətirdiyinə, həmçinin mənfi xarakterizə olunmaqla xidməti təhqiqat prosesində qeyri-səmimilik göstərdiyinə görə daxili işlər orqanlarından xidmətdən xaric edildiyi göstərilsə də, həmin əsasların mövcudluğunu sübut edən hər hansı dəlil göstərilməmişdir. Bu səbəbdən də, Azərbaycan Respublikası Daxili İşlər Nazirinin xx.xx.2019cu il tarixli əmri ləğv edilməlidir.Tərəfindən hazırkı iddia ərizəsinə əlavə edilən kursant yoldaşı Ülvi Ağaverdizadə və Qubad Vəliyev ilə olmuş telefon danışığı zamanı, habelə Əli Qasımlı ilə arasında üzbəüz olmuş görüş zamanı yazılmış səs yazısında adı gedən şəxslər Azərbaycan Respublikası DİN-nin X7 əməkdaşı Addıxan Bəxtiyarov tərəfindən onlara və digər şəxslərə izahatları alınan zaman özlərinin akademiyadan qovulacaqları, polisdə işləyən valideynlərinin isə işdən qovulacağı ilə hədələyərək onun dediklərini yazmağa məcbur eləmişdir. O, cümlədən Əli Qasımlı səs yazısında DİN-nin əməkdaşı olan atasının ürəyində problemlər olduğunu, Addıxan Bəxtiyarovun onu atasını Nazirliyə çağıracağı ilə hədələdiyini və onun atasına bir şey ola biləcəyindən qorxaraq Addıxan Bəxtiyarovun dediyi yalanları izahatda yazdığını, Qubad Vəliyev isə öz sözlərini deyil, Addıxan Bəxtiyarovun dediklərini izahatına yazdığını bildirir. Barəsində hədə-qorxu gəlinməklə yalan izahatlar alındığından və məhz həmin yalan izahatlaraəsaslanılaraq daxili işlər orqanlarından xidmətdən xaric edildiyindən həmin əmr ləğv olunmalıdır.Nəzərə alınsa ki, o, dəfələrlə rəsmi müraciət olunmasına baxmayaraq, Azərbaycan Respublikası Daxili İşlər Nazirinin xx.xx.2019-cu il tarixli əmrini bu günə kimi əldə edə bilməmiş, belə olduğu halda həmin əmrin ləğvi ilə bağlı iddia müddət ötürülmədənverilmişdir. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsində göstərilən qaydada iddia ərizəsinə münasibət bildirmək üçün sərəncam göndərilmiş, cavabdeh tərəfindən iddia ərizəsinə qarşı münasibət bildirilərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Etiraza əsasən, İddiaçı DİN-ə qarşı əmrin ləğv edilməsi tələbi barədə məhkəməyə iddia ərizəsi ilə müraciət etmişdir.İddiaçı iddia ərizəsində DİN-in xx.xx.2019-cu il tarixli Ə657- 001-19 nömrəli əmri ilə əsassız olaraq DİO-da xidmətdən xaric edildiyini, Polis Akademiyasının kursantları Qubad Vəliyev, Əli Qasımlı, eləcə də sabiq kursant Ülvi Ağaverdizadəyə təzyiqlər olunması nəticəsində onun əleyhinə izahat yazdıqlarını göstərmişdir.Sabiq kursant İddiaçı iddiası aşağıda göstərilənlərə əsasən təmin edilməyərək rədd olunmalıdır.Belə ki, DİN-in X14 təhsil fakültəsinin kursantları Əli Vəliyev, İddiaçı, Tacəddin Məmmədzadə və Emral Babayev tərəfindən ayrı-ayrı vaxtlarda hədə-qorxu, təzyiq və təhqirlərə məruz qalması barədə həmin fakültənin kursantı Məhəmməd Haşımovun xx.xx.2019-cu il tarixli müraciəti əsasında toplanmış material üzrə tam və hərtərəfli xidməti təhqiqatın aparılmasına dair Akademiyanın rəisi polis general-mayoru Nazim Əliyevin DİN-in rəhbərliyinə ünvanladığı həmin tarixli raportu əsasında cari ilin avqust ayında DİN-in X13 tərəfindən xidməti təhqiqat aparılmışdır.Müəyyən olunmuşdur ki, intizam qaydalarını kobudcasına pozduğuna görə DİN-in Polis Akademiyasının xx.xx.2014-cü il tarixli əmri ilə DİO-da xidmətdən və kursantlar sırasından xaric edilmiş Əli Vəliyev həqiqi hərbi xidməti başa vurduqdan sonra gəncliyi və səmimi peşmançılığı nəzərə alınaraq xx.xx.2018-ci il tarixdə, həmçinin xx.xx.2017-ci il tarixdə öz arzusu ilə DİO-da xidmətdən (kursantlar sırasından) xaric edilmiş Tacəddin Məmmədzadə də həqiqi hərbi xidməti başa vurduqdan sonra xahişi nəzərə alınaraq xx.xx.2019-cu il tarixdə xidmətə yenidən qəbul olunmuş, hər iki kursant Əyani təhsil fakültəsinin İ kursuna bərpa olunmuşlar.Göstərilən etimadı doğrultmaq əvəzinə kursantlar Əli Vəliyev və Tacəddin Məmmədzadə tədris müddətində onlara qoşulmuş həmin kursun digər kursantı İddiaçıla birgə kriminal ünsürlərə xas olan davranışı təbliğ etməklə kursantlar arasında Nizamnamə qaydalarına zidd münasibətlərin yaranmasına səbəbkar olmuşlar. Belə ki, bu istiqamətdə “hədəf” seçdikləri kursant yoldaşları Məhəmməd Haşımovun fiziki və xarakterinin zəifliyindən sui-istifadə edərək sonuncunu özlərinə tabe etmiş, mütəmadi olaraq aşkar şəkildə yataqxana və tədris otaqlarında müxtəlif üsullarla ona qarşı mənəvi və fiziki təzyiqlər göstərmiş,ləyaqətini alçaldıcı və qeyri-insani formada onunla rəftar edərək şəxsi işlərini və məişət problemlərini ona gördürmüşlər.Yuxarıda göstərilənlərə əsasən DİN-in xx.xx.2019-cu il tarixli Ə657-001-19 nömrəli əmri ilə kursant İddiaçı “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə”nin 135-ci maddəsinin 9-cu bəndinə əsasən daxili işlər orqanlarında xidmətdən xaric edilmiş, həmin tarixdə bu barədə məlumatlandırılmışdır.Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 38.1-ci maddəsində mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilməsi göstərilmişdir.Göstərilənlərdən məlum olur ki, İddiaçı iddia müddətini ötürməklə 2 aydan sonra qaldırdığı iddiasında göstərdiklərinin heç bir hüquqi əsası yoxdur.Məlumat üçün bildirilir ki, xidməti təhqiqat prosesində izahatları alınan kursantlara hər hansı formada təzyiq göstərilməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı, onun nümayəndəsi və vəkili iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, işdə olan iddiaçının vəkili tərəfindən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin X7 rəisinə və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Polis Akademiyasının rəisinə ünvanlanmış xx.xx.2019-cu il tarixli, 36/s saylı; xx.xx.2019-cu l tarixli, 37/s saylı, xx.xx.2019-cu il tarixli, 39/s saylı, xx.xx.2019-cu il tarixli, 40/s saylı məktubların surətindən görünür ki, iddiaçı tərəfindən həmin orqanlara müraciət edilərək hüquqlarını təmsil etdiyi İddiaçı hansı səbəbdən akademiyadan xaric olunması barədə məlumat verilməsi və xaric olunmasına əsas olmuş sənədlərin (izahtları, raport, qərar, əmr və s.) surətlərinin verilməsi xahiş edilmişdir. İşdə olan Azərbaycan Daxili İşlər Nazirliyi X13 tərəfindən iddiaçının vəkilinə ünvanlanmış xx.xx.2019-cu il tarixli, 023-3571-1219 nömrəli və xx.xx.2019-cu il tarixli, 023- 4113-1219 nömrəli məktubların surətindən görünür ki, iddiaçının vəkilinin müraciətlərinə cavab olaraq bildirilmişdir ki, kursant yoldaşları İddiaçı və digərləri tərəfindən ayrı-ayrı vaxtlarda hədə-qorxu, təzyiq və təhqirlərə məruz qalması barədə DİN-in X14 təhsil fakültəsinin kursantı Məhəmməd Haşımovun müraciəti əsasında toplanmış material üzrə xidməti təhqiqatın aparılmasına dair Akademniyanın rəisi polis general-mayoru N.Əliyevin DİN-in rəhbərliyinə ünvanladığı raportu əsasında cari ilin avqust ayında tərəflərindən xidməti təhqiqat aparılmışdır. Müəyyən olunmuşdur ki, DİN-in X14 təhsil fakültəsində təhsil alarkən İddiaçı digər kursantlarla birgə kriminal davranış tərzini təbliğ etməklə kursantlar arasında Nizamnamə qaydalarına zidd münasibətlərin yaranmasına səbəbkar olduğuna, fiziki və xarakter zəifliyindən sui-istifadə edərək kursant M.Haşımova mənəvi və fiziki təzyiqlər göstərdiyinə, onunla ləyaqəti alçaldan və qeyri-insani formada rəftar edərək şəxsi işlərini və məişət problemlərini görməyə məcbur etdiyinə, bu hərəkətləri ilə daxili işlər orqanları əməkdaşının adına və polisin nüfuzuna xələl gətirdiyinə, həmçinin mənfi xarakterizə olunmaqla xidməti təhqiqat prosesində qeyri-səmimilik göstərdiyinə görə DİN-in xx.xx.2019cu il tarixli əmri ilə daxili işlər orqanlarında xidmətdən xaric edilmişdir. İşdə olan əyani təhsil üzrə İ kurs kursantı, polis sıravisi Məhəmməd Haşımov tərəfindən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Polis Akademiyasının rəisi polis general-mayoru cənab Nazim Əliyevə ünvanlanmış xx.xx.2019-cu il tarixli raportdan görünür ki, M.Həşimov məruzə edərək bildirmişdir ki, İ kurs kursantları, polis sıraviləri Vəliyev Əli, İddiaçı, Babayev Emral və Tacəddin Məmmədzadə ona maddi, mənəvi və psixoloji mənada ziyan vurublar. Şəxsiyyətini, şərəf və ləyaqətinin alçaldılmasını və habelə, bir sıra təhqirləri ona qarşı tətbiq ediblər. Məcburən öz istək və tələblərini ona qarşı tətbiq edərək yerinə yetirdiblər. Məsələn, vaxtı-vaxtında otağında olmasını, filan saatda suyunu doldurmasını, filan saat yeməyin hazır olmasını, yoxsa onu peşman etməsini, özün fikirləşməsini və s. kimi ifadələr işlədiblər. Onun həmin kursda hörmətini sıfıra endiriblər, şərəfini alçaldıblar. M.Haşımovun ləyaqətinin və hörmətinin geri qaytarılmasını və adları çəkilən şəxslər barədə daha ciddi tədbir görülməsini xahiş etmişdir. İşdə olan DİN-in Polis Akademiyasının rəisi, polis general-mayoru Nazim Əliyev tərəfindən Azərbaycan Respublikası Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazova ünvanlanmış xx.xx.2019-cu il tarixli, 034-4198-1219 nömrəli raportdan görünür ki, DİN-in X14 təhsil üzrə İ kurs kursantı X12 raportla müraciət edərək kurs yoldaşları X24, İddiaçı, X22 və X3 tərəfindən ayrı-ayrı vaxtlarda müxtəlif hədə-qorxu, təzyiq və təhqirlərə məruz qaldığını bildirmişdir. Qeyd edilən faktların tam və hərtərəfli araşdırılması üçün aidiyyəti üzrə göstəriş verilməsi xahiş edilmişdir. İşdə olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin xx.xx.2019-cu il tarixli, Ə657-001-19 nömrəli “DİN-in Polis Akademiyasının kursant və əməkdaşlarının intizam məsuliyyətinə cəlb edilməsi barədə” əmrinin surətindən görünür ki, intizam qaydalarını kobudcasına pozduğuna görə DİN-in Polis Akademiyasının xx.xx.2014-cü il tarixli əmri ilə DİO-da xidmətdən və kursantlar sırasından xaric edilmiş Əli Vəliyev həqiqi hərbi xidməti başa vurduqdan sonra gəncliyi və səmimi peşmançılığı nəzərə alınaraq xx.xx.2018-ci il tarixdə, həmçinin xx.xx.2017-ci il tarixdə öz arzusu ilə DİO-da xidmətdən (kursantlar sırasından) xaric edilmiş Tacəddin Məmmədzadə də həqiqi hərbi xidməti başa vurduqdan sonra xahişi nəzərə alınaraq xx.xx.2019-cu il tarixdə xidmətə yenidən qəbul olunmuş, hər iki kursant Əyani təhsil fakültəsinin İ kursuna bərpa olunmuşlar.Göstərilən etimadı doğrultmaq əvəzinə kursantlar Əli Vəliyev və Tacəddin Məmmədzadə tədris müddətində onlara qoşulmuş həmin kursun digər kursantı İddiaçıla birgə kriminal ünsürlərə xas olan davranışı təbliğ etməklə kursantlar arasında Nizamnamə qaydalarına zidd münasibətlərin yaranmasına səbəbkar olmuşlar. Belə ki, bu istiqamətdə “hədəf” seçdikləri kursant yoldaşları Məhəmməd Həşimovun fiziki və xarakterinin zəifliyindən sui-istifadə edərək sonuncunu özlərinə tabe etmiş, mütəmadi olaraq aşkar şəkildə yataqxana və tədris otaqlarında müxtəlif üsullarla ona qarşı mənəvi və fiziki təzyiqlər göstərmiş, ləyaqətini alçaldıcı və qeyri-insani formada onunla rəftar edərək şəxsi işlərini və məişət problemlərini ona gördürmüşlər.X20 həmin əməllərin vaxtında qarşısının alınması üçün zəruri tədbirlər görməmiş, qorxaqlıq və qətiyyətsizlik göstərərək qeyd edilən kursantların göstərişlərini icra etməklə nalayiq və qanunsuz hərəkətlərinə şərait yaratmışlar. “Polis haqqında” Qanunun 29-cu, “DİO əməkdaşlarının etik davranış kodeksi”nin 1, 2, 9, 10, 14, 17 və 22-ci maddələrinin, DİN-in xx.xx.2016-cı il tarixli Ə680-001-16 nömrəli əmri ilə təsdiq edilmiş “X1”nin 9.10-cu bəndinin tələblərini pozaraq kursantlar sırasına yenidən qəbul olunmaları ilə bağlı rəhbərlik tərəfindən göstərilən etimadı doğrultmaq əvəzinə kriminal davranış tərzini təbliğ etməklə kursantlar arasında Nizamnamə qaydalarına zidd münasibətlərin yaranmasına səbəbkar olduğuna, fiziki və xarakter zəifliyindən sui-istifadə edərək kursant M.Haşımova mənəvi və fiziki təzyiqlər göstərdiyinə, onunla ləyaqəti alçaldan və qeyri-insani formada rəftar edərək şəxsi işlərini və məişət problemlərini görməyə məcbur etdiyinə, bu hərəkətlərilə daxili işlər orqanları əməkdaşının adına və polisin nüfuzuna xələl gətirdiyinə və mənfi xarakterizə olunduğuna, habelə xidməti təhqiqat prosesində qeyrisəmimilik göstərdiyinə görə DİN-in X14 təhsil fakültəsinin kursantı polis sıravisi X9 Akademiyasının xx.xx.2019-cu il tarixli Ə182-034-19 nömrəli əmri ilə elan olunmuş “şiddətli töhmət” intizam tənbehinin qüvvədə olması nəzərə alınmaqla “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə”nin 135-ci maddəsinin 9 və 10-cu bəndlərinə, eyni əməllərə yol verdiklərinə görə həmin fakültənin kursantları polis sıraviləri X3 və İddiaçı qeyd olunan maddənin 9-cu bəndinə əsasən daxili işlər orqanlarından xidmətdən xaric edilməsi barədə əmr verilmişdir. Əmrin verilməsinə əsas X7 rəyi olmuşdur. İşdə olan Azərbaycan Respublikası DİN X7 rəisi polis general-mayoru Sahib Mirzəyev tərəfindən təsdiq edilmiş xx xxxxxx 2019-cu il tarixli “DİN-in Polis Akademiyasının rəisi polis general-mayoru N.Əliyevin DİN-ə daxil olmuş xx.xx.2019-cu il tarixli raportu əsasında aparılmış xidməti təhqiqatın nəticəsinə dair” rəyin surətindən görünür ki, DİN-in X14 təhsil fakültəsinin kursantları Əli Vəliyev, İddiaçı, Tacəddin Məmmədzadə və Emral Babayev tərəfindən ayrı-ayrı vaxtlarda hədə-qorxu, təzyiq və təhqirlərə məruz qalması barədə həmin fakültənin kursantı Məhəmməd Haşımovun xx.xx.2019-cu il tarixli müraciəti əsasında toplanmış material üzrə tam və hərtərəfli xidməti təhqiqatın aparılmasına dair Akademiyanın rəisi polis general-mayoru Nazim Əliyevin DİN-in rəhbərliyinə ünvanladığı həmin tarixli raportu əsasında aparılmış xidməti təhqiqatla müəyyən edilmişdir ki, kursantlar Əli Vəliyev və Tacəddin Məmmədzadə tədris müddətində onlara qoşulmuş həmin kursun digər kursantı İddiaçıla birgə kriminal ünsürlərə xas olan davranışı təbliğ etməklə kursantlar arasında Nizamnamə qaydalarına zidd münasibətlərin yaranmasına səbəbkar olmuşlar. Belə ki, bu istiqamətdə “hədəf” seçdikləri kursant yoldaşları Məhəmməd Haşımovun fiziki və xasiyyətinin zəifliyindən sui-istifadə edərək sonuncunu özlərinə tabe etmiş, mütəmadi olaraq aşkar şəkildə yataqxana və tədris otaqlarında müxtəlif üsullarla ona qarşı mənəvi və fiziki təzyiqlər göstərmiş, ləyaqətini alçaldıcı və qeyri-insani formada onunla rəftar edərək şəxsi işlərini və məişət problemlərini ona gördürmüşlər.X20 həmin əməllərin vaxtında qarşısının alınması üçün zəruri tədbirlər görməmiş, qorxaqlıq və qətiyyətsizlik göstərərək qeyd edilən kursantların göstərişlərini icra etməklə nalayiq və qanunsuz hərəkətlərinə şərait yaratmışdır.Həmin kursda təhsil alan kursantlar Emral Babayev, Sənan Kazımov, Şahin Əlizadə, Oruc Əliyev, Ülvi Ağaverdizadə, Elxan Şəbanov, Ramil Nəbiyev ayrı-ayrı vaxtlarda kursant yoldaşları Məhəmməd Haşımova qarşı törədilən qanunazidd və nalayiq hərəkətlərin şahidi olsalar da bəzi hallarda seyrçi mövqe tutmuş, bəzi hallarda isə dəstək verməklə həmin “münasibətlərin” uzun müddət davam etməsinə şərait yaratmışlar.X14 təhsil fakültəsinin kurs rəisinin sabiq müavini, hazırda Daxili Qoşunların Baş İdarəsinin sərəncamında olan Azad Paşayev xidməti mövqeyindən şəxsi məqsədləri üçün istifadə edərək kursant X5ydalarına zidd tapşırıqlar vermiş, sonuncuya qarşı kursantlar Əli Vəliyev və digərlərinin qanunsuz hərəkətləri haqda məlumatlı olsa da, qarşısını almamışdır.X14 təhsil fakültəsinin kurs rəisi Mehman Həsənov, onun müavini Vasif İsmayılov tabelikdəki kursantlar arasında qanunçuluğa, daxili nizam qaydalarına və tədris intizamına riayət etmələrinə nəzarəti zəiflətmiş, üzərlərinə düşən vəzifələri lazımi səviyyədə yerinə yetirməmələri kursant M.Haşımova qarşı adları göstərilən kursantların qanunsuz hərəkətlərilə nəticələnmişdir. Xidməti araşdırma zamanı Əli Vəliyevin, Tacəddin Məmmədzadənin, İddiaçı, Emral Babayevin və Sənan Kazımovun, Məhəmməd Haşımovun, eləcə də, digər kursantlar kursantlar Mirtahir Cəfərzadə, Ülvi Cabbarlı, İlham Əkbərli, Şahin Əlizadə, Tofiq Abbaszadə, Əli Qasımlı, Elvin Nəcəfov, Tural Bəxtiyarov, Ramil Nəbiyev, Ülvi Ağaverdizadə, Toğrul Vəlizadə, Qubad Vəliyev, Oruc Əliyev, İbrahim Qanbayev, Nicat İmranlı, Sənan Abdullayev, Elxan Şabanovun, Polis Akademiyasının kurs rəisi Mehman Həsənov, polis polkovnik-leytenantı Mehman Həsənovun, Polis Akademiyasının kurs rəisinin müavini Vasif İsmayılovun, X14 təhsil fakültəsinin kurs rəisinin sabit müavini, hazırda DQ-nin sərəncamında olan Azad Paşayevin, X18 sanitariya hissəsinin həkimi Əlinur Hüseynlinin izahatları alınmışdır: - X16, Amil Şirinli, Ülvi Cabbarlı, İlham Əkbərli, Əli Qasımlı, Ülvi Ağaverdizadə, Toğrul Vəlizadə, Qubad Vəliyev və Oruc Əliyev öz izahatlarında - İddiaçı daxil olmaqla digərləri tərəfindən M.Həşimovun hər vəchlə aşağılandığını, M.Həşimovun həmin kursantlardan qorxduğunu, onu əlaltı kimi işlətdiklərini, hətta tədris otağında kursant İddiaçı bir dəfə kursant M.Haşımovun yaxasından yapışıb onun dediyini etmədiyi üçün silkələdiyini və hədələdiyini, kursantlar İddiaçı, Tacəddin Məmmədzadə, Emral Babayev və Sənan Kazımovun özlərini digərlərindən üstün saydıqlarının və birgə gəzdiklərini, kursant Ə.Vəliyevin mütəmadi olaraq kursantlar Tacəddin və Nəzir vasitəsilə Məhəmmədi öz otağına çağırtdığını, İddiaçı və digərlərinin tez-tez jarqon ifadələrdən istifadə etmələrini, özlərini cinayətkar aləmə meyilli şəxslər kimi apardıqlarını, M.Haşımovun İddiaçı qabağında farağat vəziyyətində dayanmasını, İddiaçı M.Həşimova “Onu kaktus bitkisinin üstündə otuzdurar” ifadəsini işlətdiklərinin şahidi olduqlarını, İddiaçı “Bacarırsa Məhəmməd o deyəni etməsin” ifadələrini işlətdiyini, İddiaçı da Məhəmmədi sinifdə üzgüçülərə xas hərəkətlər etməyə məcbur etdiyini, İddiaçı və digər adları qeyd olunan kursantların Məhəmmədi yanlarına təhqiredici ifadələrlə çağırdıqlarını, lakin, sonuncuya qarşı digər qanunsuz hərəkətlərdən məlumatsız olduqlarını bildirmişlər. Aparılmış xidməti təhqiqat nəticəsində müəyyən olunmuşdur ki, DİN-in X14 təhsil fakültəsinin kursantı Əli Vəliyev, həmin fakültənin kursantları Tacəddin Məmmədzadə və İddiaçı kursantlar sırasına yenidən qəbul olunmaları ilə bağlı rəhbərlik tərəfindən göstərilən etimadı doğrultmaq əvəzinə tədris müddətində kriminal ünsürlərə xas olan davranışı təbliğ etməklə kursantlar arasında Nizamnamə qaydalarına zidd münasibətlərin yaranmasına səbəb olmuş, fiziki və xasiyyətinin zəifliyindən sui-istifadə edərək kursant M.Haşımova qarşı mənəvi və fiziki təzyiqlər göstərmiş, onunla ləyaqətini alçaldıcı və qeyri-insani formada rəftar edərək şəxsi işlərini və məişət problemlərini gördürmüşlər. M.Haşımovun göstərdiyi digər xüsusatlar təsdiqlənməmişdir. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, DİN-in X14 təhsil fakültəsinin kursantları Əli Vəliyev, İddiaçı, Tacəddin Məmmədzadə və Emral Babayev tərəfindən ayrı-ayrı vaxtlarda hədə-qorxu, təzyiq və təhqirlərə məruz qalması barədə həmin fakültənin kursantı Məhəmməd Haşımovun xx.xx.2019-cu il tarixli müraciəti əsasında toplanmış material üzrə tam və hərtərəfli xidməti təhqiqatın aparılmasına dair Akademiyanın rəisi polis generalmayoru Nazim Əliyevin DİN-in rəhbərliyinə ünvanladığı həmin tarixli raportu əsasında aparılmış xidməti təhqiqatla müəyyən edilmişdir ki, kursantlar Əli Vəliyev və Tacəddin Məmmədzadə tədris müddətində onlara qoşulmuş həmin kursun digər kursantı İddiaçıla birgə kriminal ünsürlərə xas olan davranışı təbliğ etməklə kursantlar arasında Nizamnamə qaydalarına zidd münasibətlərin yaranmasına səbəbkar olmuşlar. Belə ki, bu istiqamətdə “hədəf” seçdikləri kursant yoldaşları Məhəmməd Haşımovun fiziki və xasiyyətinin zəifliyindən sui-istifadə edərək sonuncunu özlərinə tabe etmiş, mütəmadi olaraq aşkar şəkildə yataqxana və tədris otaqlarında müxtəlif üsullarla ona qarşı mənəvi və fiziki təzyiqlər göstərmiş, ləyaqətini alçaldıcı və qeyri-insani formada onunla rəftar edərək şəxsi işlərini və məişət problemlərini ona gördürmüşlər. Aparılmış xidməti təhqiqat nəticəsində müəyyən olunmuşdur ki, DİN-in X14 təhsil fakültəsinin kursantı Əli Vəliyev, həmin fakültənin kursantları Tacəddin Məmmədzadə və İddiaçı kursantlar sırasına yenidən qəbul olunmaları ilə bağlı rəhbərlik tərəfindən göstərilən etimadı doğrultmaq əvəzinə tədris müddətində kriminal ünsürlərə xas olan davranışı təbliğ etməklə kursantlar arasında Nizamnamə qaydalarına zidd münasibətlərin yaranmasına səbəb olmuş, fiziki və xasiyyətinin zəifliyindən sui-istifadə edərək kursant M.Haşımova qarşı mənəvi və fiziki təzyiqlər göstərmiş, onunla ləyaqətini alçaldıcı və qeyri-insani formada rəftar edərək şəxsi işlərini və məişət problemlərini gördürmüşlər. Lakin, M.Haşımovun göstərdiyi digər xüsusatlar təsdiqlənməmişdir. Eləcə də, işə əlavə edilmiş səs yazılarına qiymət verərək məhkəmə qeyd edir ki, həmin səs yazıları Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsinin tələbləri baxımından mötəbər sübut kimi qəbul edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, DİN-in X14 təhsil fakültəsinin kursantları Əli Vəliyev, İddiaçı, Tacəddin Məmmədzadə və Emral Babayev tərəfindən ayrı-ayrı vaxtlarda hədə-qorxu, təzyiq və təhqirlərə məruz qalması barədə həmin fakültənin kursantı Məhəmməd Haşımovun xx.xx.2019-cu il tarixli müraciəti əsasında toplanmış material üzrə tam və hərtərəfli aparılmış xidməti təhqiqatın nəticəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilmiş “DİN-in Polis Akademiyasının kursant və əməkdaşlarının intizam məsuliyyətinə cəlb edilməsi barədə” xx.xx.2019-cu il tarixli, Ə657-001-19 nömrəli əmrin qəbul edilməsi zamanı inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi halı aşkar edilməmişdir. Eləcə də, İddiaçı tərəfindən, DİN X13 tərəfindən aparılmış xidməti təhqiqat nəticəsində müəyyən olunmuş halların təkzib edilməsinə dair xidməti təhqiqat aparılan zaman, eləcə də, məhkəmə icraatında heç bir mötəbər sübut, dəlil təqdim edilməmişdir. Göründüyü kimi, iddiaçı tərəfindən mübahisələndirilən əmrin əsassız olmasına dair tələb sübuta yetirilmədiyindən, bununla da iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında” Əsasnamənin 135-ci maddəsinin 9-cu bəndinə əsasən daxili işlər orqanları əməkdaşı adına ləkə gətirən hərəkət etdikdə Daxili işlər orqanlarının əməkdaşı xidmətdən xaric edilə bilər. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 67.2-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ və İİ hissələrinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. X19 Bəyannaməsinin 8-ci maddəsində deyilir: «Hər bir insan Konstitusiaysının, yaxud qanunun ona verdiyi əsas hüquqların pozulması hallarında bu hüquqların səlahiyyətli milli məhkəmələr tərəfindən bərpa edilməsi hüququna malikdir». Bu müddəa məhkəmə təminatı ilə bağlı Konstitusiyanın 60-cı maddəsində öz əksini tapmışdır. Konstitusiyanın bu maddəsi ilə vətandaşların həm Konstitusiya ilə təsbit edilmiş hüquqlarını və azadlıqları, həm də Azərbaycan Respublikasının qanunlarında və digər normativ hüquqi aktlarında nəzərdə tutulmuş hüquqlarının və azadlıqlarının məhkəmələrin müdafiəsi altında olmasına təminat verilir. Məhkəmə təminatı bir tərəfdən, hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər bir tərəfdən isə məhkəmələrin həmin müraciətlərə baxmaq və onlara dair ədalətli qərar qəbul etmək vəzifəsini müəyyən edir. Konstitusiyanın 125-cü maddəsinin İİİ hissəsinə görə Məhkəmə hakimiyyəti Konstitusiya, mülki və cinayət mühakimə icraatı vasitəsilə və qanunla nəzərdə tutulmuş digər vasitələr ilə həyatı keçirilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi A.H.Zalovun şikayəti üzrə xx xxx 2004-cü il tarixdə qəbul etdiyi qərarında Konstitusiyanın 60-ci maddəsində təsbit edilən hüquq və azadlıqların məhkəmə təminatı hüququna dair öz mövqeyini bəyan edərək göstərmişdir ki, qeyd edilən bu hüququn mühüm elementlərindən biri ədalət mühakiməsinin məhkəmələr tərəfindən qanunla müəyyənləşdirilmiş qaydada həyata keçirilməsindən ibarətdir. Daha sonra Konstitusiya Məhkəməsi qərarında göstərmişdir ki, X17 da hər kəsin qanun əsasında yaradılmış, müstəqil, qərərsiz və səlahiyyətli məhkəmədə müdafiə olunmaq hüququ ədalət mühakiməsinin mühüm təminatlarından biri kimi təsbit edilmişdir. (İnsan Hüquqlarına dair ümumi bəyannamənin 10-cu maddəsi, Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktın 14-cü maddəsi, «İnsan Hüquq və əsas Azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsi və.s.). Öz növbəsində məhkəmədə mühakimə olunmaq hüququ həmin məhkəmənin müvafiq mübahisəyə qanuna uyğun baxmalı olmasını ehtiva edir. Buna görə də hər hansı mübahisənin həll edilməsi qanun çərçivəsində olmalıdır. Məhkəmələr mübahisəni qanunla müəyyən edilmiş qaydada həll etməlidir. Göründüyü kimi, Azərbaycan Respublikası Konstitusiyası ilə təsbit olunan və qorunan hüquqların daha effektiv şəkildə təmin olunması üçün ədalət mühakiməsinin məhkəmələr tərəfindən qanunla müəyyənləşdirilmiş qaydada həyata keçirilməsinə Konstitusion təminat verilmişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Beləliklə, məhkəmə iş materiallarına məcmu halda hüquqi qiymət verərək, iddia əsassız olduğundan təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 73, 75, 81, 85-ci maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ: İddia tələbi təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verə bilərlər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aygün Abdullayeva
Məhkəmə qərarları › İş №2-1(112)-2137/2020
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2137/2020
28.08.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver