Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-2139/2024 08.10.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X16 Sabir oğlunun sədrliyi, Bağırova Ayla Fuad qızının katibliyi ilə, cavabdehin nümayəndəsi X5 və üçüncü şəxs X6 iştirakı ilə İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı ərazi idarəsinə qarşı “mülkiyyət hüququnun məxsus olması barədə arayışın verilməsi” tələbinə dair işə məhkəmənin binasında açıq, şifahi məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı ərazi idarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Sabunçu rayonu, Nardaran bağ sahəsi, 646 saylı, 0,14 ha torpaq sahəsinə mülkiyyət hüququnun X2 məxsus olması haqqında dövlət reyestrindən arayışın (çıxarışın) verilməsi vəzifəsinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı ərazi idarəsinə həvalə edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddia ərizəsinin əsaslarına görə, Bakı şəhəri, Sabunçu rayonu, Nardaran bağ sahəsi, 646 saylı, 0,14 ha torpaq sahəsi xx.xx.2006-ci il tarixdə vəfat etmiş anası X1 miras qalmışdır. Vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi ilə bağlı ərizə ilə müraciəti əsasında Bakı şəhəri 31 saylı notariat ofisində vərəsəlik işi açılmış və vərəsə kimi tanınmışdır. Bundan sonra həmin notariat ofisi cavabdehə xx.xx.2023-cü il tarixli məktubla müraciət edərək miras qalmış əmlaka dair çıxarış verilməsinə etiraz etmədiklərini bildirmişdir. Cavabdehin xx.xx.2023-cü il tarixli məktubu ilə qeyd olunan torpaq sahəsinin başqa şəxslərin istifadə olması, bir hissəsinin isə digər fiziki şəxslərin adına rəsmiləşdirilməsi əsas gətirilərək hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilmişdir. Bildirmişdir ki, bu torpaq sahəsi 1987-ci ildən anasının adına olub. Daşınmaz əmlaka dair hüquqların dövlət qeydiyyatı isə cavabdeh orqan tərəfindən həyata keçirilir. Bu halda hesab edir ki, cavabdehin imtinası qeyri-qanunidir və qeyd olunan torpaq sahəsinə dair mülkiyyət hüququ qeydiyyata alınmalıdır. Həmçinin qeyd etmişdir ki, torpaq sahəsinə dörd tərəfdən daş hasar çəkdirmişdir və torpaq sahəsinin ölçüləri İcra hakimiyyətinin səlahiyyətli şəxsləri tərəfindən ölçülərək ona verilmiş həddədir və bu vaxta kimi torpaq sahəsində hər hansı bir dəyişiklik olmamışdır. İddiaçı hazırkı iddia tələbi ilə cavabdehə müraciət etmiş, lakin onun müraciəti təmin olunmamışdır. Cavabdeh xx.xx.2023-ci il tarixli, **********45 nömrəli imtina məktubunda qeyd etmişdir ki, inventarlaşdırma işləri aparılan zaman göstərilən torpaq sahəsinin digər şəxs tərəfindən hasara alınaraq istifadə oldunduğu müəyyən edilmişdir (torpaq sahəsi istifadəsində deyil). Bundan başqa, elektron kadastr məlumatlarına əsasən şərti göstərilən torpaq sahəsinin bir hissəsi digər fiziki şəxslərin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Bundan əlavə, tərəfinizdən təqdim edilmiş notariat ofisinin vərəsəlik işi ilə bağlı məktubu ilə torpaq sahəsinə dair icarə müqaviləsi arasında hüquq sahibinin ata adında uyğunsuzluq mövcuddur. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması ilə aparılır. Yuxarıda qeyd olunanlar nəzərə alınaraq, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilmişdir. Cavabdehin xx.xx.2023-cü il tarixli etiraz məktubunda qeyd olunmuşdur ki, iddiaçı iddia tələbində qeyd olunanlar ilə bağlı ********** nömrəli, xx.xx.2023-cü il tarixli ərizə ilə İdarəyə müraciət etmiş və xx.xx.2023-cü il tarixli, **********45 xaricolma nömrəli məktubla cavab verilmişdir. Sərəncamın icrası ilə əlaqədar aparılan araşdırma ilə əlaqədar inventarlaşdırma işləri aparılan zaman göstərilən torpaq sahəsinin digər şəxs tərəfindən hasara alınaraq istifadədə oldunduğu müəyyən edilmişdir. Belə ki, “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Bundan başqa, elektron kadastr məlumatlarına əsasən şərti göstərilən torpaq sahəsinin bir hissəsi digər fiziki şəxslərin (X9, X10 və X13) adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Həmçinin, təqdim edilmiş notariat ofisinin vərəsəlik işi ilə bağlı məktubu ilə torpaq sahəsinə dair icarə müqaviləsi arasında hüquq sahibinin ata adında uyğunsuzluq mövcuddur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 8.0.7-ci maddəsinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan hesab olunur. “Yerli İcra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli sərəncamı ilə yerli İcra hakimiyyəti orqanlarının, o cümlədən, Bakı şəhəri İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilərək, ləğv olunan bağ təsərrüfatı idarələrinin arxivlərinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə verilməsini təmin edilməsi və ləğvetmə ilə bağlı digər məsələləri qanunvericiliyə uyğun olaraq həll edilməsi Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılması qərara alınmışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 11.2-ci maddəsinə əsasən təqdim olunmuş sənədlərdə mətnlər aydın yazılmalı, hüquqi və fiziki şəxslərin adları tam şəkildə göstərilməlidir. Pozulmuş, sonradan əlavə edilmiş, silinmiş sözlər və həqiqiliyi təsdiqlənməmiş digər düzəlişlər olan, habelə məzmununu birmənalı başa düşmək imkanı verməyən dərəcədə zədələnmiş sənədlər hüquqların dövlət qeydiyyatı üçün qəbul edilmir. Qanunun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Qanunun 23.1 -ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Cavabdeh etirazında qeyd olunanları nəzərə alaraq iddia tələbinin rədd edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli, 2-1(116)-13302/2023 nömrəli qərardadı ilə X9, X10, X13 və X14 iş üzrə məhkəmə icraatına üçüncü şəxs qismində zəruri cəlb edilmişlər. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iddiaçı və digər üçüncü şəxslər məhkəmə iclasında iştirak etməmişlər. İddiaçı məhkəməyə ərizə ünvanlayaraq iddianı müdafiə etdiyini, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - “İPM”) 62.3-cü maddəsinə əsasən hazırkı işə iddiaçı və digər üçüncü şəxslərin iştirakı olmadan, tam, obyektiv və hərtərəfli baxılmasını mümkün hesab etmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişlərində tərəflər məhkəmə baxışı iclasına gəlmədikləri halda da onların iştirakı olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişlər. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi cavabdehin etiraz məktubunun məzmununa uyğun izahat verərək iddianın təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs X13 iddianın təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsini qanunvericiliyin tələbləri baxımından təhlil edərək, aşağıdakılara əsasən hesab edir ki, iddia mümkün sayılmamalıdır. İlk olaraq, inzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki hissəyə ayrılır: 1) mümkünlük; 2) əsaslılıq. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olubolmamasının yoxlanılması çərçivəsində iddiaçının cavabdehə qarşı hər hansı bir maddihüquqi tələbinin olub-olmaması yoxlanılır. İddianın əsaslılığının araşdırılması üçün ilkin şərt iddianın mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Məhkəmənin sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı ərazi idarəsi tərəfindən xx.xx.2023-cü il tarixli, **********00 nömrəli məktubula göndərilmiş Bakı şəhəri, Sabunçu rayonu, Nardaran bağ massivində yerləşən 646 saylı bağ sahəsinə, eləcə də dövlət reyestrindən qeydiyyata alınmış Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən 646 saylı bağ sahəsinə dair arxiv qovluğunda mövcud olan sənədlərin surətindən görünür ki: Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Bağlar Təsərrüfatının inkişafı və istismarı Birliyi Ləhiş ərazisindəki 646 nömrəli bağın istifadəyə verilməsi haqqında 14343 nömrəli müqavilə ilə Sabunçu rayonu, Ləhiş bağ sahəsi, 0,12 hektar torpaq sahəsi olan 646 nömrəli bağ sahəsi X11 istifadəsinə verilmişdir. Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin A №420387 nömrəli Torpaq sahəsinin planı və ölçüsündən görünür ki, Bakı ŞİH BTİ və İBnin xx.xx.2006-cı il tarixli 14343 saylı müqaviləsi ilə Sabunçu rayonu Ləhiş bağ massivində 1200 kv.m. torpaq sahəsi 646 saylı bağ evi tikintisi üçün X15 ayrılmışdır. X19 kitabında xx.xx.2012 tarixli 32963 nömrəsi ilə uçota alınıb. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli çıxarışdan görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi, 646 saylı 0,12 hektar bağ sahəsi xüsusi mülkiyyət hüququ ilə X11 adına ********** nömrəsi ilə xx.xx.2013-cü il tarixdə qeydiyyata alınmışdır. Daşınmaz əmlakın rəqəmli kadastr xəritəsindən xx.xx.2013-cü il tarixli çıxarış tərtib edilmişdir. Torpaq sahəsinin reyestr nömrəsi **********50 olaraq göstərilmişdir. 11 aprel 2013-cü il tarixli bağışlanma müqaviləsinə əsasən hədiyyə verən X20 ünvan ünvanında yerləşən mülkiyyətində olan 0,12 hektar torpaq sahəsini bacısı X8 bağışlamışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* çıxarışdan görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi, 646 saylı 0,12 hektar bağ sahəsi xüsusi mülkiyyət hüququ ilə X7 adına ********* nömrəsi ilə xx.xx.2013-cü il tarixdə qeydiyyata alınmışdır. Reyestr nömrəsi **********50. Daşınmaz əmlakın rəqəmli kadastr xəritəsindən xx.xx.2013-cü il tarixli çıxarış tərtib edilmişdir. Torpaq sahəsinin reyestr nömrəsi **********50 olaqar göstərilmişdir. Məhkəmənin sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı ərazi idarəsi tərəfindən xx.xx.2024-cü il tarixli, **********02 nömrəli məktubla mübahisələəndirilmiş torpaq sahəsinin ortofoto görüntüsü məhkəməyə göndərilmiş və qeyd edilmişdir ki, faktiki olaraq kənarda göstərilən sahə digər fiziki şəxs tərəfindən hasarlanıb (sahə mübahisəlidir). Bağların bölgüsünə dair sxematik xəritəyə əsasən ərazinin böyük hissəsi digər bağ sahələrinin ərazisinə düşür. Təqdim olunmuş ortofoto görüntüdən görünür ki, mübahisələndirilmiş bağ sahəsinin müəyyən hissəsi **********59-11301, **********89 və **********26 nömrəli bağ sahələrinin ərazisinə düşür. Məhkəmənin sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı ərazi idarəsinin xx.xx.2024-cü il tarixli, **********06 nömrəli məktubunda qeyd edilmişdir ki, vahid elektron kadastr baza məlumatlarına əsasən koordinatlar tam olmadığı üçün Nardaran bağ massivində yerləşən 646 saylı torpaq sahəsinin hansı hissələrdə və hansı fiziki şəxslərin mülkiyyətində olan torpaq sahələri ilə üst-üstə düşməsi barədə məlumatın təqdim edilməsi mümkün olmamışdır. Həmin məktubla mübahisəli torpaq sahəsinin üst-üstə düşdüyü torpaq sahələrinə dair təqdim olunmuş inzibati icraat materiallarından görünür ki: Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* çıxarışdan görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, 644A saylı 0,12 hektar torpaq sahəsi və 182,2 kv.m sahəsi olan bağ evi xüsusi mülkiyyət hüququ ilə X3 adına ********** nömrəsi ilə qeydiyyata alınmışdır. Reyestr nömrəsi **********59-11301-dir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, 645a saylı 0,1102 hektar torpaq sahəsi xüsusi mülkiyyət hüququ ilə X4 adına ********** nömrəsi ilə xx.xx.2019-cu il tarixdə qeydiyyata alınmışdır. Reyestr nömrəsi **********89-dir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, 645 saylı 0.113 hektar torpaq sahəsi xüsusi mülkiyyət hüququ ilə X6 adına ********** nömrəsi ilə xx.xx.2019-cu il tarixdə qeydiyyata alınmışdır. Reyestr nömrəsi **********26-dir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx.xx.2015-ci il tarixli 5 nömrəli Qərarının 2.3, 4.2, 5.1, 6.1, 6.2 və 8.5-ci bəndləri ilə məhkəmələrin diqqətinə çatdırılmışdır ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar (2.3). Hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar (4.2). İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır (5.1). İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır (6.1). İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun (6.2). İddianın mümkün sayılmaması və iddianın mahiyyəti üzrə həll edilməsi iddiaçı üçün fərqli hüquqi nəticələr yaratdığından, məhkəmələr mümkünlük şərtlərinə əməl edilməməsi əsaslarından çıxış edərək iddianı rədd etməkdə haqlı deyildirlər və bu cür hallarda iddia mümkün sayılmamalıdır (8.5). Həmin Qərarın: 3.1-ci bəndinə əsasən, inzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir; 3.2-ci bəndinə görə, İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir; 3.3-cü bəndinə əsasən, yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir; 3.4-cü bəndinə görə, birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər; 8.1-ci bəndinə əsasən, iddia mümkün sayılmadıqda məhkəmə İPM-in 35.3-cü maddəsinə əsasən qərardad qəbul edir; 8.2-ci bəndinə görə bu qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir; 8.3-cü bəndinə əsasən, buna görə də, iddianın mümkün sayılmamasına dair qərardad yenidən mümkünlük şərtlərinə əməl etməklə eyni predmet üzrə iddia qaldırmaq imkanını istisna etmir. İPM-in 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İş üzrə xx.xx.2024-cü il tarixdə keçirilmiş məhkəmə iclasında iddianın mümkünlüyü ilə bağlı qanunvericiliyin tələbləri iddiaçının diqqətinə çatdırılmış və məhkəmə tərəfindən İPM-in 13-cü maddəsinə müvafiq olaraq yardımetmə vəzifəsi icra edilmiş və iddiaçının dinlənilmə hüququ təmin olunmuşdur. İddianın mümkünlüyü məsələsinin tam aydınlaşdırılması məqsədilə məhkəmə sorğularının cavablandırılması üçün məhkəmə iclasının təxirə salınmasına iddiaçı tərəfindən etiraz edilməmiş, məhkəmə tərəfindən əldə edilmiş sənədlər əsasında mübahisəli torpaq sahəsinin başqa şəxslərin adına reyestrdə qeydiyyata alınmış torpaq sahələri ilə üst-üstə düşməsi hüquqmüəyyənedici sənədlər də əldə edilməklə müəyyən edilmişdir. Məhkəmə yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, hazırkı iddia mümkün sayılmamalıdır. Belə ki, iddiaçı arzuladığı məqsədə nail olmaq üçün ilk növbədə X3 adına tərtib olunmuş **********50, X4 adına tərtib olunmuş **********89, X6 adına tərtib olunmuş **********26 və X7 adına tərtib olunmuş **********59- 11301 reyestr nömrəli çıxarışları onların verilməsinə əsas olmuş hüquqmüəyyənedici sənədlərlə birlikdə mübahisələndirməli, daha sonra isə 0,14 hektar torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı məhkəməyə müraciət etməlidir. İddiaçının diqqətinə çatdırılır ki, iddianın mümkün sayılmaması yenidən mümkünlük şərtlərinə əməl etməklə məhkəmədə iddia qaldırmaq imkanını istisna etmir. Həmin Məcəllənin 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “Bakı şəhəri, Sabunçu rayonu, Nardaran bağ sahəsi, 646 saylı, 0.14 ha torpaq sahəsinə mülkiyyət hüququnun X2 məxsus olması haqqında arayışın verilməsi” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. X17.
Məhkəmə qərarları › İş №2-1(112)-2139/2024
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-2139/2024
08.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver