Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-214/2023 08.06.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayeva Ləman Samir qızının sədrliyi, məhkəmə iclas katibi Əhmədov Rəşad Əhməd oğlunun katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə və üçüncü şəxsin Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxs X2) “texniki pasportun və çıxarışın ləğv edilməsi” barədə iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ :
1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Bakıxanov qəsəbəsi, Ü.Hacıbəyov küçəsi 14 ünvanına X1 adına verilmiş texniki pasportun və çıxarışın ləğv edilməsi vəzifəsinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsini xahiş etmişdir.
2. Bakı İnzibati Məhkəməsinin hazırki iş üzrə xx.xx.2021-ci il tarixli qərardadı ilə X1 üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilməsi qərara alınmışdır.
3. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh öz nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, tərəfə təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədiyi halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi).
4. Məhkəmə iclasında iştirak edən iddiaçı ərizə ilə müraciət edərək iddiadan imtina edilməsi barədə qərardad qəbul edilməsini xahiş etdi.
a. İddiadan imtina edilməsi
5. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 50.0-cı maddəsinə əsasən sədrlik edən hakim mübahisə ilə bağlı iş üzrə hazırlıq icraatında aşağıdakı məsələləri həll edir və bu barədə müvafiq qərardad qəbul edir: 50.0.1. iş üzrə məhkəmə icraatının dayandırılması və ya təxirə salınması barədə;50.0.2. iddiaçının iddiadan imtina etməsi və ya cavabdehin iddianı qəbul etməsi barədə; 50.0.3. hüquqi mübahisənin barışıq yolu ilə nizama salınması (tərəflərin barışıq sazişi bağladığı və ya hüquqi mübahisənin nizama salınması barədə müştərək bəyanatla çıxış etdiyi hallarda, fors-major və ya başqa hallarda) barədə; 50.0.4. iddianın məbləği barədə; 50.0.5. prosessual xərclər barədə; 50.0.6. məhkəmə icraatına cəlbetmə barədə. Həmin Məcəllənin 55.1-ci maddəsində göstərilmişdir ki, məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər iddiaçı iddiadan imtina etməyə haqlıdır. Həmin Məcəllənin 55.4-cü maddəsinə görə iddiadan imtina edilməsi eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia qaldırma imkanını istisna edir. Həmin Məcəllənin 55.5-ci maddəsinə əsasən, iddiaçı iddiadan imtina etdikdə və ya iddia məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda, məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Həmin qərardadda iddiadan imtina edilməsinin və ya iddianın geri götürülmüş sayılmasının bu Məcəllədə nəzərdə tutulmuş hüquqi nəticələri göstərilməlidir. Məhkəmənin həmin qərardadından şikayət verilə bilməz.
6. Məhkəmə, iddiaçının ərizəsini və işdə olan sənədləri araşdıraraq hesab edir ki, ərizə təmin edilməli və Bakı şəhəri, Bakıxanov qəsəbəsi, Ü.Hacıbəyov küçəsi 14 ünvanına X1 adına verilmiş texniki pasportun və çıxarışın ləğv edilməsi vəzifəsinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi tələbinə dair iddia ərizəsi barədə iş üzrə icraata xitam verilməlidir.
7. İddiaçıya izah edilir ki, iddiadan imtina edilməsi eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia qaldırma imkanını istisna edir.
8. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 50, 55 və 80-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARAALDİ:
İddiaçının ərizəsi təmin edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı ünvan 1 ünvanına X1 adına verilmiş texniki pasportun və çıxarışın ləğv edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə iddiadan imtinası qəbul edilərək iş üzrə icraata xitam verilsin.
Hakim Ləman Musayeva