Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-214/2025 24.01.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, X4 kаtibliyi, cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalı̇ nı̇ n Sosı̇ al Müdafı̇ əsi Nazı̇ rlı̇ yı̇ nin tabelı̇ yı̇ ndə Dövlət Sosı̇ al Müdafı̇ ə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzı̇ Fı̇ lı̇ alına qarşı “yaşa görə əmək pensiya hüququnun yarandığı tarixdən pensiya təyin edilməsi vəzifəsinin cavabdeh orqana həvalə edilməsi” bаrədə inzibati işə məhkəmə binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İ.Mübahisənin predmeti.
1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalı̇ nı̇ n Sosı̇ al Müdafı̇ əsi Nazı̇ rlı̇ yı̇ nin tabelı̇ yı̇ ndə Dövlət Sosı̇ al Müdafı̇ ə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzı̇ Fı̇ lı̇ alına qarşı Bakı İnzibati Məhkəməsində iddia qaldıraraq yaşa görə əmək pensiya hüququnun yarandığı tarixdən pensiya təyin edilməsi vəzifəsinin cavabdeh orqana həvalə edilməsini xahiş etmişdir. 2.İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı xx xxxxxxx 1959-cu ildə Tovuz rayonunda doğulmuşdur. Onun əmək fəaliyyətinə başladığı müddətdən hal-hazırkı vaxtadək olan iş yeri barədə qeydlər əmək kitabçasında qeyd edilmişdir. O, qanunla nəzərdə tutulmuş yaş həddinə çatdığı üçün ona əmək pensiyası təyin edilməsi ilə əlaqədar Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinat üzrə Mərkəz filialına müraciət etmiş və ona xx.xx.2022-ci il tarixli məktubla bildirilmişdir ki, əmək kitabçasının və təhsil haqqında diplomunun surətlərinə əsasən sığorta stajı 17 il 5 ay təşkil edir. Həmçinin, xx.xx.2006-cı ildən xx.xx.2018-ci il tarixinədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Bundan əlavə ödənişsiz məzuniyyətdə olmağı və ümumi sığorta stajının qanunvericiliklə tələb olunan 25 il müddətdən az olduğu üçün ona yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmədiyi bildirilmişdir. Hesab edir ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinat üzrə Mərkəz filialının imtinası tamamilə qanunsuz və əsassız olmuşdur. Belə ki, təqdim etdiyi əmək kitabçasında və diplomunda təsdiq olunur ki, onun 28 ilə yaxın stajı vardır. Onun tərəfindən əmək kitabçası rəsmi qaydada cavabdehə təqdim edilmişdir. Əmək kitabçasına nəzər yetirildiyi zaman da müəyyən olunar ki, onun sosial sığorta stajı 25 ildən artıq dövrü əhatə edir. Bütün işlədiyi dövlər əmək kitabçasında işlədiyi idarələr tərəfindən vurulmuş möhürlə təsdiq olunur. Ödənişsiz məzuniyyətdə olduğu dövr ilə əlaqədar olaraq bildirmişdir ki, həmin dövrlərdə o, analıq məzuniyyətində olmuşdur. Həmin dövrlər də, cavabdeh tərəfindən nəzərə alınmalı idi. 3.Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinə uyğun olaraq verilmiş məhkəmə sərəncamına əsasən cavabdeh iddiaya dair təqdim etdiyi etirazında göstərmişdir ki, iddiaçı ona yaşa görə əmək pensiyasının təyin edilməsi üçün Mərkəzi filiala xx.xx.2022-ci il tarixdə müraciət etmişdir. Mərkəzi filial tərəfindən xx.xx.2022-ci il tarixdə iddiaçının xx.xx.1992-ci il tarixdən xx.xx.2005-ci il tarixədək "xxxx" ATSC-dəki əmək fəaliyyəti dövrünün araşdırılmasının zəruri olması ilə bağlı məktub ünvanlanmışdır. Daha sonra inzibati icraatın nəticəsi olaraq iddiaçıya xx.xx.2022-ci il tarixdə imtina məktubu ünvanlamışdır. İddiaçı təqdim etdiyi əmək kitabçasının surətinə əsasən sığorta stajının 17 il 5 ay təşkil etməsi səbəbindən imtina verilmişdir. Həmçinin bildirilmişdir ki, xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək iddiaçının fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmayıb. Bundan sonra iddiaçı Mərkəzi filiala qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh hesab edir ki, iş üzrə iddia tələbi əsassızdır, cavabdeh orqanın müvafiq qərarı qanunauyğun olmuşdur. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə görə, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Sözügedən maddənin qeyd hissəsində müəyyən olunur ki, bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Normanın məzmunundan aydın olduğu kimi, yaşa görə əmək pensiyasının təyin edilməsi üçün 2 tələb ödənilməlidir: 1) Vətəndaşın yaşı bu qanunla nəzərdə tutulan yaş həddinə çatmalıdır; 2) Onun fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməlidir, yaxud azı 25 il sığorta stajı mövcud olmalıdır. İddiaçı qanunla nəzərdə tutulmuş yaş həddinə çatmışdır. Belə ki, xx.xx.1959-cu təvəllüdlü iddiaçı qanunvericilikdə nəzərdə tutulmuş yaşa görə əmək pensiyası hüququ verən yaş həddinə Qanunun 7-ci maddəsinə müvafiq olaraq 62 yaş 6 ayının yaşının tamam olduğu xx.xx.2022-ci il tarixdə çatmışdır. İddiaçının əmək kitabçasının və təhsil haqqında diplomunun surətlərinə əsasən ümumi sosial sığorta stajı (xx.xx.1978-ci il tarixdən xx.xx.1981-ci il tarixədək təhsil aldığı illər daxil edilməklə) cəmi 17 il 5 ay təşkil edir və qanunvericiliyin minumum 25 il sosial sığorta stajı tələbi ödənilmir. İddiaçının iş üzrə mübahisələndirilən sığorta stajı xx.xx.1992-ci il tarixdən xx.xx.1993-cü il tarixədək olan dövrlər üzrə 1 il 3 ay 10 gün, xx.xx.1993-cü il tarixdən xx.xx.1995-ci il tarixədək olan dövrlər üzrə 1 il 1 ay 25 gün və xx.xx.1996-cı il tarixdən xx.xx.2005-ci il tarixədək olan dövrlər üzrə 8 il 8 ay 12 gün olmaqla ümumilikdə 11 il 1 ay 17 gün təşkil edir. Belə ki, Mərkəzi filial tərəfindən xx.xx.2022-ci il tarixdə “Büllur" ATSC-nin kadrlar şöbəsinin rəisi X1 ilə birgə keçirilən monitorinq aparılmış, İddiaçı xx.xx.1992-ci il tarixdən xx.xx.1993-cü il tarixədək, xx.xx.1993-cü il tarixdən xx.xx.1995-ci il tarixədək və xx.xx.1996-cı il tarixdən xx.xx.2005-ci il tarixədək olan dövrlər ərzində öz hesabına ödənişsiz məzuniyyətdə olduğu müəyyən edilmiş və akt tərtib edilmişdir. İş üzrə mübahisələndirilən sığorta stajının ümumi iş stajında daxil edilməməsinin səbəbi sözügedən monitorinq əsasında qəbul edilmiş akta əsasən iddiaçının həmin dövrlərdə öz hesabına ödənişsiz məzuniyyətdə olmasıdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 24.4-cü maddəsinə əsasən, təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. “Məzuniyyətlər haqqında” Azərbaycan Respublikası Qanununun 29-cu maddəsində ödənişsiz məzuniyyətin istifadə hüququ barədə danışılarkən qeyd olunmuşdur ki, qohumluq borcunun yerinə yetirilməsi ilə bağlı, ailə məişət və başqa sosial məsələləri təxirə salmadan həll etmək, təhsil almaq, yaradıcı elmi işlə məşğul olmaq üçün, habelə yaşına, fizioloji keyfiyyətlərinə və digər üzürlü səbəblərə görə işdən ayrılmaq zərurəti olduqda işçinin ödənişsiz məzuniyyətlərdən istifadə etmək hüququ vardır. Həmin dövrdə qüvvədə olan “Azərbaycan Respublikasının Əmək Qanunları Məcəlləsi”nin 74-cü maddəsində əmək haqqı saxlanılmadan məzuniyyətin verilməsi qaydaları müəyyən edilmiş, həmin maddədə ailə vəziyyətinə və digər üzrlü səbəblərə görə fəhlə və ya qulluqçuya onun ərizəsi üzrə, müəssisənin, idarənin, təşkilatın rəhbərinin, yaxud istehsalat vahidi rəhbərinin icazəsi ilə əmək haqqını saxlamadan verilə bilən qısamüddətli məzuniyyət əmrlə (sərəncamla) rəsmiləşdirildiyi qeyd olunmuşdur. Lakin iddiaçı tərəfindən mərkəzi filiala müraciət zamanı hər hansı əmr və ya sərəncam təqdim edilməmiş, həmçinin bu barədə əmək kitabçasında hər hansı qeyd olunmamışdır. Bu isə qanunvericilik tərəfindən müəyyən edilmiş qaydanın pozulmasına gətirib çıxarmışdır. Qeyd etməyi zəruri hesab edirik ki, Ali Məhkəmənin xx.xx.2022-ci il tarixli 2-1(102)- 40/2022 nömrəli iş üzrə bildirdiyi, həmçinin hal-hazırki iş üzrə analoji rol oynayan qərara əsasən iddiaçının da işlədiyini iddia etdiyi sözügedən əmək fəaliyyəti zamanı qüvvədə olmuş "Məzuniyyətlər haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinin 2-ci bəndində bildirilmişdir ki, uşağa qulluq etməklə əlaqədar qismən ödənişli sosial məzuniyyətlərin, bir aydan çox müddətə verilmiş ödənişsiz məzuniyyətlərin müddətləri; habelə azadlıqdan məhrum edilmədən islah işlərinə cəlb edilən şəxslərin cəza çəkdiyi müddət məzuniyyət hüququ verən əmək stajına daxil edilmir. Həmçinin, Ali Məhkəmənin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli 2-1 (102)-1100/2022 nömrəli qərarında "Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunun 67-ci maddəsinə əsasən iş stajına daxil edilən əmək fəaliyyətinin növlərinin arasında sosial məzuniyyət və ödənişsiz məzuniyyət hesab olunan dövrlər nəzərdə tutulmadığından həmin dövrlər sığorta stajına daxil edilməmişdir. Ali Məhkəmə öz mövqeyini həmin müddətlərdə iddiaçının əmək fəaliyyəti ilə məşğul olmadığını, ödənişsiz məzuniyyətdə olduğu zaman ona hər hansı ödənişin olmadığını qeyd edərək əsaslandırmışdır. Yuxarıda göstərilən normalardan da göründüyü kimi, ödənişsiz məzuniyyətlərin sığorta stajına daxil edilməsi ilə bağlı qanunvericilikdə hər hansı bir norma müəyyən olunmamış, bunun əksinə ödənişsiz məzuniyyət hüququndan istifadə zamanı əmək fəaliyyəti ilə məşğul olunmadığından və həmin dövrlərdə əmək haqqı saxlanılmadığından qeyd eilən dövrlərin sığorta stajına daxil edilməməsi ilə bağlı həm qanunvericilik normaları, həm də formalaşmış məhkəmə təcrübəsi mövcud olmuşdur. Qeyd olunanlardan bir daha aydın olduğu kimi iddia tələbi əsassızdır, cavabdeh orqanın müvafiq qərarı qanunauyğun olmuşdur. Həmçinin, “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 7.0.2- ci maddəsinə əsasən yaşa görə müavinət - əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda və işləmədikdə təyin edilir. Qeyd olunan maddənin tələblərinə uyğun olaraq iddiaçıya xx.xx.2022-ci il tarixdən 180 manat məğləğində yaşa görə sosial müavinət təyin edilmişdir
İİ.İddianın növü və mümkünlüyü
4.Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin: 2.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır:.. 2.2.2. inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia); Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 33.2-ci maddəsinə əsasən bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. Həmin Məcəlləsnin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Hazırda iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. Belə ki, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia müddətinə əməl edilmiş, iddiaçı cavabdehə müraciət etmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur.
İİİ. Mübahisə ilə bağlı işin faktiki vəziyyəti.
8.Аzərbаycаn Rеspublikаsının İnzibati Prosessual Məcəlləsinin 62.3-ci mаddəsinə görə iştirаkı оlmаdаn işə bахılmаsının və iş üzrə qərаr qəbul еdilməsinin mümkünlüyü bаrədə хəbərdаr еdilmiş iddiaçı məhkəmə bахışında iştirak etməmiş və bu barədə məhkəməyə məlumat verməmişdir. Odur ki, məhkəmə işə iddiaçının (nümayəndəsinin) iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işlasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinə etirazda göstərilən məzmunda çıxış edərək iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. 9.Məhkəmə iş materiallarında olan:
AZE seriyalı 0******* nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinə əsasən iddiaçı xx.xx.1959-cu il təvəllüdlü Azərbaycan Respublikası vətəndaşıdır. BT 047570 nömrəli diplomdan görünür ki, xx.xx.1978-ci il tarixindən xx.xx.1981-ci il tarixinədək iddiaçı təhsil almışdır. 10 iyun 2022-ci il tarixli aktdan görünür ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının hüquq, daxili nəzarət və monitorinq departamentinin mütəxəssislərinin iştirakı ilə müəyyən edilmişdir ki, İddiaçı xx.xx.1980-ci ildə (əmr № 27/k, 24.01.80) Bakı Şüşə zavodunda işə qəbul edilib, xx.xx.2005-ci ildə (Əmr № 9/k, xx.xx.2005) öz xahişi ilə işdən azad edilmişdir. İşlədiyi müddətdə İddiaçı xx.xx.1992-ci ildən xx.xx.1993-cü ilədək, xx.xx.1993-cü ildən xx.xx.1995-ci ilədək və xx.xx.1996-cı ildən xx.xx.2005-ci ilədək öz hesabına ödənişsiz məzuniyyətdə olmuşdur. Araşdırma T-2 uçot vərəqinə əsasən aparılmışdır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X6 Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının iddiaçıya ünvanlandığı 28 iyun 2022-ci il tarixli, **********7 nömrəli “Yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina olunması haqqında” məktubuna əsasən bildirilmişdir ki, təqdim edilən əmək kitabçası və təhsil haqqında diplomun surətlərinə əsasən sığorta stajı (xx.xx.1978-ci il tarixindən xx.xx.1981ci il tarixinədək təhsil aldığı illər) 17 il 5 ay təşkil edir. Həmçinin, xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixinədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmayıb. Əlavə olaraq bildirilmişdir ki, adına tərtib olunmuş əmək kitabçasının surətində qeyd olunmuş xx.xx.1992-ci il tarixindən xx.xx.2005-ci il tarixinədək olan dövrlərin araşdırılması zərurəti yaranmış, mərkəzi Filialın xx.xx.2022-ci il tarixində keçirdiyi monitorinqin nəticəsinə əsasən "xxxx" ATSC-dəki əmək fəaliyyətiniz zamanı 01,07.1992-ci il tarixindən 11,10.1993-cü il tarixinədək, xx.xx.1993-cü il tarixindən xx.xx.1995-ci il tarixinədək və xx.xx.1996-cı il tarixindən xx.xx.2005-ci il tarixinədək öz hesabınıza ödənişsiz məzuniyyətdə olmuşdur. Qeyd olunanları nəzərə alaraq, əmək kitabçasının surətində göstərilən əməkhaqqı almadığı müvafiq dövrlər əmək stajı kimi təsdiqlənmədiyindən, ümumi sığorta stajı qanunla nəzərdə tutulandan (25 il) az olduğu üçün sizə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin məhkəməyə ünvanlandığı xx.xx.2023-cü il tarixli, **********580800 nömrəli məktubunda qeyd edilmişdir ki, dövlət reyestrində fəaliyyəti aktiv olan "xxxx" ASC-nin (VÖEN **********) xx.xx.2001-ci il tarixdə 696 nömrə ilə dövlət qeydiyyatından keçməsi və hüquqi ünvanının AZ1142, ünvan 1ur. Əlavə olaraq bildirilmişdir ki, xx.xx.1997-ci il tarixdə təsdiq edilmiş Nizamnaməsinin 3.4-cü bəndinə əsasən Cəmiyyət Bakı Şüşə Zavodunun bazasında yaradılıb və onun hüquqi varisidir. Milli Arxiv İdarəsinin məhkəməyə ünvanlandığı 09 avqust 2023-cü il tarixli, 3-48-4/2- 1676/2023 saylı məktubunda qeyd edilmişdir ki, Bakı Şüşə zavodunun (”Büllur” X8 Cəmiyyətinin) arxiv sənədləri Azərbaycan Respubllikasının Dövlət Arxivinə və Dövlət Arxivinin Bakı filialına mühafizə üçün təhvil verilməmişdir. İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin məhkəməyə ünvanlandığı 11 avqust 2023-cü il tarixli, 3-21-3/2-11485/2023 nömrəli məktubuna əsasən bildirilmişdir ki, Azərbaycan Respublikasında 1995-1998-ci illərdə dövlət mülkiyyətinin özəlləşdirilməsinin Dövlət Proqramı”na uyğun olaraq, keçmiş Dövlət Əmlak Komitəsinin xx.xx.1997-ci il tarixli, 153 nömrəli sərəncamı ilə Azərtikintimaterialsənaye Dövlət Şirkəti Bakı Şüşə Zavodunun bazasında yaradılmış "xxxx" ASC 100% özəlləşdirilərək mülkiyyətçisi dəyişilmişdir. Məhkəmənin hazırkı iş üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli Qərardadı ilə "xxxx" ASC tərəfindən İddiaçı xx.xx.1982-ci ildən xx.xx.1993-cü ilədək, xx.xx.1993-cü ildən xx.xx.1995-ci ilədək və xx.xx.1996-ci ildən xx.xx.2005-ci ilədək öz hesabına ödənişsiz məzuniyyətdə olduğuna dair sübutlar (müvafiq əmrləri) məhkəməyə təqdim edilməsi qərara alınmışdır. "xxxx" ASC tərəfindən 11 oktyabr 2024-cü il tarixli, 06 nömrəli məktubla İddiaçı öz hesabına məzuniyyətdə olduğuna dair müəssisə tərəfindən verilən əmrlərin surətləri və şəxsi vərəqəsi məhkəməyə təqdim edilmişdir. Təqdim edilmiş sənədlərə əsasən iddiaçı sentyabr 1992-ci il tarixli, 95/k nömrəli, 02 sentyabr 1993-cü il tarixli 98 k nömrəli əmr əsasında xx.xx.1992-ci ildən xx.xx.1993-cü ilədək, xx.xx.1993-cü il tarixli 98k nömrəli əmr əsasında xx.xx.1993-cü ildən xx.xx.1995-ci ilədək, 05 iyun 1995-ci il tarixli, 61/k nömrəli əmr əsasında xx.xx.1995-ci ildən xx.xx.1996ci ilədək, 29 aprel 1997-ci il tarixli 45/k nömrəli əmr əsasında 01.05. – 31.12. 1997-ci ilə qədər, 02 aprel 1998-ci il tarixli 29/k nömrəli əmr əsasında xx.xx.1998-ci ildən xx.xx.2005ci ilədək ödənişsiz məzuniyyətdə olmuşdur. "xxxx" ATSC-nin T-2 kartoçkası əsasında yazılmış, 11 oktyabr 2024-cü il tarixli arayışına əsasən, Cəmiyyətin yenidən qurma işləri ilə əlaqədar öz istehsalat fəaliyyətini müvəqqəti dayandırmışdır; bu səbəbdən İddiaçı (Cəfərova) xx.xx.1998-ci il tarixindən (əmr 26/k, xx.xx.1998-ci il) xx.xx.2005-ci il tarixədək (əmr 9/k xx.xx.2005-ci il ) ödənişsiz məzuniyyətə buraxılmışdır.
İV. Məhkəmənin mövqeyi
10.“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əmək haqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Həmin Qanunun 7-ci maddəsinə, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Həmin Qanunun 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş , hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Həmin Qanunun 21.2-ci maddəsinə əsasən sığortaolunanın sığorta stajına bu Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə, aşağıdakı müddətlər daxil edilir: 21.2.1. işçinin işəgötürən tərəfindən hesablanmış əməkhaqqına məcburi dövlət sosial sığorta haqqı ödənilən hər hansı işinin müddəti; 21.2.2. yaradıcılıq ittifaqlarının və peşəkar birliklərin üzvlərinin yaradıcılıq fəaliyyətinə başladıqdan sonrakı dövr, 1991-ci il yanvarın 1-dən isə müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödədikləri müddət; 21.2.3. müddətli həqiqi hərbi (alternativ) xidmət (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində müddətli həqiqi hərbi xidmət dövrü daxil olmaqla) və müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olduğu müddət, müvafiq icra hakimiyyəti orqanlarında və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) xidmət müddəti;21.2.4. müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada hesablanan orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə və ya 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxsə, habelə ahıllara (yaşı 70-ə çatmış şəxslərə)qulluq edilməsi müddəti;21.2.5. işsizlikdən sığorta ödənişinin verildiyi müddət, yaxud işsizin peşə hazırlığı keçdiyi müddət; 21.2.6. istehsalatda bədbəxt hadisələr və ya peşə xəstəliyi nəticəsində işləməyən orqanizmin funksiyalarının 61-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərin yaşa görə əmək pensiyasının təyin edilməsi üçün yaş həddinə çatanadək pensiyada olduqları müddət;21.2.7. zabit heyəti, gizir, miçman və müddətindən artıq qulluqda olan hərbi qulluqçuların arvadlarının öz ixtisası üzrə işə düzəlmək imkanı olmadığı yerlərdə ərləri ilə yaşadıqları müddət;21.2.8. şəxsin qanunsuz tutulma, həbsdə olma və cəzaçəkmə müddətləri, eləcə də qeyri-qanuni olaraq işdən (vəzifədən) kənarlaşdırılması ilə əlaqədar işləmədiyi müddət;21.2.9. əmək qabiliyyətinin müvəqqəti itirilməsi müddəti ərzində həm işəgötürənin vəsaiti, həm də məcburi dövlət sosial sığortası vəsaitləri hesabına müavinət alındığı müddət;21.2.10. mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq sahəsi olan şəxslərin həmin torpaq sahəsinə görə qanunvericiliklə müəyyən olunmuş qaydada məcburi dövlət sosial sığorta haqları ödədiyi müddət.21.2.11. hərbi xidmət müddəti (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində hərbi xidmət dövrü daxil olmaqla).
11. Yuxarıda qeyd edilmiş Qanunun 7-ci maddəsinin normasından göründüyü kimi, iddiaçının yaşa görə əmək pensiyası almaq hüququn yaranması üçün onun fərdi şəxsi hesabın sığorta hissəsində əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən qeydə alınmış pensiya kapitalı və ya azı 25 il sığorta stajı olmalıdır. Məhkəmə inzibati işin materiallarından müəyyən etmişdir ki, iddiaçıya yaşa görə əmək pensiyası təyin edilməsi üçün nə fərdi şəxsi hesabın sığorta hissəsində tələb olunan məbləğdə pensiya kapitalı, nədə ki 25 il sığorta stajı mövcud deyildir. Belə ki, inzibati işdə olan əmək kitabçasına əsasən iddiaçının xx.xx.1980-ci ildən xx.xx.2005-ci ilədək əmək fəaliyyətinin olması müəyyən edilsə də, digər səndlərdən məlum olur ki,əmək fəaliyyətinın müəyyən dövrlərdə iddiaçı ödənişsiz məzuniyyətdə olmuşdur. Belə ki, iddiaçının əmək fəaliyyəti göstərən Bakı Şüşə Zavodu(indiki "xxxx" ATSC) xx.xx.1997-ci ildən xx.xx.2005-ci ilədək istehsalat fəaliyyətini dayandırmışdır. Qeyd edilən hal həmin müəssisənin məhkəməyə təqdim etdiyi əmrləri, Cəmiyyətin idarə heyətinin sədri tərəfindən imzalanmış arayışı, cavabdeh tərəfindən tərtib edilmiş məlumatın qarşılıqlı yoxlama aktı ilə təsdiq edilmişdir. İddiaçı sentyabr 1992-ci il tarixli, 95/k nömrəli, 02 sentyabr 1993-cü il tarixli 98 k nömrəli,05 iyun 1995-ci il tarixli, 61/k nömrəli və 29 aprel 1997-ci il tarixli 45/k nömrəli əmrlərə əsasən 15 sentyabr 1992-ci ildən 31 dekabr 1997-ci ilə qədər, 26 mart 1998-ci il tarixli 26/k nömrəli əmr əsasında isə aprel 1998-ci ildən 04 aprel 2005-ci ilədək ödənişsiz məzuniyyətdə olduğu dövrlərdə işləməmiş, əmək haqqı almamış və icbari dövlət sosial sığorta ödənişlərinə cəlb olunmamışdır. Göstərilənlərə əsasən məhkəmə cavabdehin- iddiaçının yaşa görə əmək pensiyası almaq hüququnun yaranmadığı mövqeyi ilə razılaşır və hesab edir ki, iddiaçının müraciətinin təmin edilməməsində ifadə olunan cavabdeh inzibati orqanın hərəkətləri “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun tələblərinə uyğun olmuşdur.
12. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 24-cü maddəsinə( işin hallarının obyektiv araşdırılması) əsasən, 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. 24.5. İnzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə, şikayət və ya vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz. 13.Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Sözügedən Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 14.Məhkəmə yuxarıda göstərilən bütün hallara hüquqi qiymət verərək hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalı̇ nı̇ n Sosı̇ al Müdafı̇ əsi Nazı̇ rlı̇ yı̇ nin tabelı̇ yı̇ ndə Dövlət Sosı̇ al Müdafı̇ ə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzı̇ Fı̇ lı̇ alına qarşı “yaşa görə əmək pensiya hüququnun yarandığı tarixdən pensiya təyin edilməsi vəzifəsinin cavabdeh orqana həvalə edilməsi barədə iddiası əsassız olduğu üçün təmin edilməməlidir.
16. Аzərbаycаn Rеspublikаsının İnzibаti Prоsеssuаl Məcəlləsinin 110.1-ci mаddəsinə əsаsən, prоsеssuаl хərclər ödənilmiş tələblərə münаsib оlаrаq işdə iştirаk еdən şəхslərə аid еdilir.
17. Məhkəmə Аzərbаycаn Rеspublikаsının İnzibаti Prоsеssuаl Məcəlləsinin 2-ci, 33-cü, 34-cü, 35-ci, 68-ci, 69-cü, 85-ci, 110-cu mаddələrini rəhbər tutаrаq QƏRARA ALDİ:
İddia təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.
Hakim Miminat Hacıbəyova