Məhkəmə qərarları › İş №2-1(112)-2140/2021

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-2140/2021

09.08.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-2140/2021 09.08.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, İsmayılov Teymur Rauf oğlunun katibliyi, iddiaçının nümayəndəsi X1 iştirakı ilə iddiaçı Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X3 Agentliyinin Cavabdeh MTK-ya qarşı “Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti 32, 1181-ci məhəllədə Cavabdeh MTK tərəfindən inşa edilmiş 4 mərtəbəli qeyri-yaşayış sahəsinin qanunvericiliyin, şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə zidd olaraq 2-ci və 3-cü mərtəbələr arasında layihədənkənar inşa edilmiş pilləkən və örtük tavasında boşluğunun ləğv edilməsi, tikilinin layihə vəziyyətinə qaytarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbinə dair inzibati işə açıq məhkəmə iclasında məhkəmənin binasında baxaraq, MÜƏYYƏN ETDİ: iddiaçı Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X3 Agentliyinin Cavabdeh MTK-ya qarşı “Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti 32, 1181-ci məhəllədə Cavabdeh MTK tərəfindən inşa edilmiş 4 mərtəbəli qeyri-yaşayış sahəsinin qanunvericiliyin, şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə zidd olaraq 2ci və 3-cü mərtəbələr arasında layihədənkənar inşa edilmiş pilləkən və örtük tavasında boşluğunun ləğv edilməsi, tikilinin layihə vəziyyətinə qaytarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 15.1. –ci maddəsinə əsasən, inzibati məhkəmə icraatı çəkişmə (kontradiktor icraat) prinsipi əsasında həyata keçirilir. Həmin Məcəllənin 15.2.-ci maddəsinə əsasən inzibati məhkəmə icraatında tərəflər mübahisəyə baxılmasını bilavasitə özləri tərəfindən, yaxud mediasiya vasitəsilə bağlanılmış barışıq sazişi ilə, iddiaçının iddiadan imtina etməsi ilə, cavabdehin iddianı qəbul etməsi ilə və ya hüquqi mübahisənin nizamlanması barədə müştərək bəyanatla sona çatdıra bilərlər. İş üzrə tərəflərin nümayəndələri məhkəməyə iddiaçı Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X3 Agentliyi ilə cavabdeh "xxxx" MTK arasında bağlanılmış aşagıdakı məzmunda 28 iyul 2021-ci il tarixli barışıq sazişini təqdim etmişlər:“ İddiaçı- əsasnamə əsasında fəaliyyət göstərən Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X3 Agentliyi 14 oktyabr 2020-ci il tarixli xx/xx-0048 nömrəli etibarnaməyə əsasən nümayəndələri X5 və X2 şəxslərində bir tərəfdən və cavabdeh - "xxxx" MTK-nın sədri Hikmət Yıgıtdol (VÖEN:**********) tərəfindən X7ni imzalayırlar. Cavabdeh Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti 32, 1181-ci məhəllədə Cavabdeh MTK tərəfindən inşa edilmiş 4 mərtəbəli qeyri-yaşayış sahəsinin qanunvericiliyin, şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə zidd olaraq 2-ci və 3-cü mərtəbələr arasında layihədənkənar inşa edilmiş pilləkən və örtük tavasında boşluğunun ləğv edilməsi, tikilinin layihə vəziyyətinə qaytarılması barədə iddiada göstərilən əsas və faktları etiraf edərək, iddiaçı ilə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 52-ci və 191-ci maddələrinə uyğun olaraq aşağıda qeyd olunan şərtlərlə Barışıq sazişini bağlayır, 1.Cavabdeh aşağıdakı işləri 5 ay ərzində həyata keçirilməsini öz öhdəsinə götürür: 1.1. Layihə sənədlərin hazırlanması və ekspertizadan keçirilməsi; 1.2. işlərin layihəyə uyğun aparılması;

2. Cavabdeh X7nin müddəalarından irəli gələn öhdəlikləri dəqiq və vaxtında icra etdikdə, bu iş üzrə iddia ərizəsində göstərilmiş tələblər yerinə yetirilmiş hesab olunur.

3. Cavabdeh X7nin müddəalarından irəli gələn öhdəlikləri yerinə yetirmədikdə, iddiaçı mövcud qanunvericiliyə uyğun olaraq məhkəməyə müraciət etmək hüququndan istifadə edəcəkdir.

4. X7 məhkəmə tərəfindən müvafiq qərardadla təsdiq edilən tarixdən qüvvəyə minir.

5. X7 üç nüsxədə tərtib olunur, məhkəməyə və hər bir tərəfə bir nüsxə təqdim edilir, İddiaçının nümayəndələri X5, X4 (imzalar, möhür), cavabdeh “Hom-Paş Prestij “ MTK-nın sədri Hikmət Yıgıtdol (imza, möhür)”” İnzibati Prosessual Məcəlləsinin 66.1.-ci maddəsinə əsasən, mübahisənin predmeti barədə sərəncam hüququna malik olduqları hallarda, tərəflər mübahisənin tam və ya qismən həll edilməsi məqsədilə barışıq sazişi bağlaya bilərlər. Barışıq sazişinin məzmunu məhkəmənin iclas protokoluna qeyd edilməlidir. Həmin Həmin 66.2.-ci maddəsinə əsasən, barışıq sazişinin bağlanılması ictimai təhlükəsizliyin və ictimai qaydanın qorunması ilə bağlı qanunvericiliyə zidd olduğu hallarda, məhkəmə barışıq sazişini təsdiqləməkdən imtina etməlidir. Mübahisənin həllinin xüsusi ictimai maraq kəsb etdiyi hallarda da məhkəmə barışıq sazişini təsdiqləməkdən imtina edə bilər. Həmin Məcəllənin 66.3.-ci maddəsinə əsasən, məhkəmə, sədrlik edən və ya məruzəçi hakim barışıq sazişinin bağlanması barədə tərəflərə məhkəmə qərardadı formasında təklif verməyə haqlıdır. Bu halda barışıq sazişi tərəflərin məhkəmənin təklifinə yazılı formada razılığı əsasında bağlana bilər. Həmin Məcəllənin 66.4.-ci maddəsinə əsasən, protokollaşdırılan barışıq sazişinin təsdiq edilməsi barədə məhkəmə qərardad qəbul edir.” Məhkəmə barışıq sazişini nəzərdən keçirərək hesab edir ki, saziş qanunvericiliyə zidd olmadığından təsdiq edilməlidir, iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbаycаn Rеspublikаsının İnzibаti Prоsеssuаl Məcəlləsinin 66, 85-ci mаddələrini rəhbər tutаrаq, məhkəmə

QƏRARA ALDİ:

İddiaçı Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X3 Agentliyi ilə cavabdeh "xxxx" MTK arasında bağlanılmış aşagıdakı məzmunda 28 iyul 2021-ci il tarixli barışıq sazişi təsdiq edilsin: “ İddiaçı- əsasnamə əsasında fəaliyyət göstərən Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X3 Agentliyi 14 oktyabr 2020-ci il tarixli xx/xx-0048 nömrəli etibarnaməyə əsasən nümayəndələri X5 və X2 şəxslərində bir tərəfdən və cavabdeh - "xxxx" MTK-nın sədri Hikmət Yıgıtdol (VÖEN:**********) tərəfindən X7ni imzalayırlar. Cavabdeh Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti 32, 1181-ci məhəllədə Cavabdeh MTK tərəfindən inşa edilmiş 4 mərtəbəli qeyri-yaşayış sahəsinin qanunvericiliyin, şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə zidd olaraq 2-ci və 3-cü mərtəbələr arasında layihədənkənar inşa edilmiş pilləkən və örtük tavasında boşluğunun ləğv edilməsi, tikilinin layihə vəziyyətinə qaytarılması barədə iddiada göstərilən əsas və faktları etiraf edərək, iddiaçı ilə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 52-ci və 191-ci maddələrinə uyğun olaraq aşağıda qeyd olunan şərtlərlə Barışıq sazişini bağlayır, 1.Cavabdeh aşağıdakı işləri 5 ay ərzində həyata keçirilməsini öz öhdəsinə götürür: 1.1. Layihə sənədlərin hazırlanması və ekspertizadan keçirilməsi; 1.2. işlərin layihəyə uyğun aparılması;

2. Cavabdeh X7nin müddəalarından irəli gələn öhdəlikləri dəqiq və vaxtında icra etdikdə, bu iş üzrə iddia ərizəsində göstərilmiş tələblər yerinə yetirilmiş hesab olunur.

3. Cavabdeh X7nin müddəalarından irəli gələn öhdəlikləri yerinə yetirmədikdə, iddiaçı mövcud qanunvericiliyə uyğun olaraq məhkəməyə müraciət etmək hüququndan istifadə edəcəkdir.

4. X7 məhkəmə tərəfindən müvafiq qərardadla təsdiq edilən tarixdən qüvvəyə minir.

5. X7 üç nüsxədə tərtib olunur, məhkəməyə və hər bir tərəfə bir nüsxə təqdim edilir, İddiaçının nümayəndələri X5, X4 (imzalar, möhür), cavabdeh “Hom-Paş Prestij “ MTK-nın sədri Hikmət Yıgıtdol (imza, möhür)” İş üzrə icraata xitam verilsin Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cə məhəllə) şikayət verilə bilər.

Hаkim Miminаt Hаcıbəyоvа

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar