Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-2143/2023 04.04.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, İddiaçı Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin X3 Filialının nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin X3 Filialına qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi” barədə iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək yaşa görə əmək pensiyasının təyin edilməsinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin X3 Filialına həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçının xx.xx.2022-ci ildə 65 yaşım tamam olmuşdur amma yaşa görə pensiya yox sosial müavinət təyin olunmuşdur. Halbuki iddiaçının 2006- 2008-ci illər ərzində sahibkarlıq faliyyəti olmuşdur və iddiaçı DSMF-nin Yasamal rayon şöbəsinə məcburi dövlət sosial sığorta haqqları ödəmişdir və bununla bağlı əlində ödəniş qəbzləri var. İddiaçı hesab edir ki, bu qəbzlər nəzərə alınaraq ona pensiya təyin edilməlidir.
3. Cavabdeh orqan məhkəməyə təqdim etdiyi (dəftərxana vasitəsilə) etiraz məktubunda bildirmişdir ki, iddiaçı ona yaşa görə əmək pensiyasının təyin edilməsi üçün xx.xx.2022-ci il tarixdə 1 saylı Bakı DOST Mərkəzinə müraciət etmişdir. Cavabdeh orqan xx.xx.2022-ci il tarixli **********7 saylı imtina məktubuyla bildirmişdir ki, X1 Sisteminin Pensiya altsistemində olan məlumatlara əsasən iddiaçının fərdi hesabının sığorta hissəsində pensiya kapitalı və sığorta stajı qeydə alınmamışdır. Bu səbəbə görə ona yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina edilmişdir. Bundan narazı qalan İddiaçı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Hesab edirik ki, cavabdehin imtinası qanunidir və iddiaçının iddia tələbi aşağıda qeyd olunan əsaslara görə təmin edilməməlidir: "Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən müvafiq yaşa çatmış şəxslərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. xx.xx.2020-ci il tarixindən pensiya yaş həddi kişilər üçün 65 yaş müəyyən edilib. Qanunun 1.0.2-ci maddəsinə uyğun olaraq, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. "Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 21.1-ci maddəsinə əsasən, qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş , hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Qeyd olunan Qanunun 22-1.1-ci maddəsinə uyğun olaraq 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunanın əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2006-cı il yanvarın 1-dək olan sığorta stajı 2019-2022-ci illərdə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana (bu Qanunun 8-ci maddəsinin müddəaları nəzərə alınaraq həmin maddədə göstərilən şəxslər də daxil olmaqla) yaşa görə əmək pensiyası təyin edilərkən onun 2006-cı il yanvarın 1-dək olan sığorta stajı 25 il, 2023-cü ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanır. "Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında” Azərbaycan Respublikasının Qanununun 9.2.1-ci maddəsinə əsasən sığortaolunanların fərdi şəxsi hesabına daxil edilməli olan məlumatları sığortaçıya, bu Qanunun 5.2.11-ci və 5.2.12-ci maddələrində nəzərdə tutulmuş məlumatları isə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) bu Qanuna və "Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə əsasən tam və düzgün təqdim etmək sığortaedənin vəzifəsidir. Qeyd edək ki, X1 Sisteminin Pensiya altsistemində olan məlumatlara əsasən İddiaçı fərdi hesabının sığorta hissəsində pensiya kapitalı və sığorta stajı qeydə alınmamışdır. Beləliklə, iddiaçının minimum sosial sığorta tsajı və qanunvericiliklə tələb olunan minimum pensiya kapitalı fərdi hesabının sığorta hissəsində qeydə alınmadığından İddiaçı yaşa görə əmək pensiyası təyin edilə bilməmişdir. İddiaçı 0700 (Ticarət sahəsində sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər - Bakı şəhərində) və 0100 (İşəgötürənlər - Muzdla işləyənləri əmək müqaviləsi ilə işəgötürən sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər) fəaliyyət növünün kodları üzrə 2006- 2008- ci illər üçün “Məcburi dövlət sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında məlumatlar (Forma B3) təqdim etmədiyindən məcburi dövlət sosial sığorta haqqı iddiaçının və digər sığortaolunanların fərdi şəxsi hesablarında əks edilməmişdir. İddiaçının ödəniş qəbzlərinin olması həmin ödənişlərin fərdi hesabda əks olunacağı mənasına gəlmir. Qanunvericiliyin tələblərinə əsasən sığortaedən həm də müvafiq məlumatlara əsasən "Məcburi dövlət sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında məlumatlar (Forma B3) təqdim etməliydi. Odur ki, İddiaçı fərdi hesabının sığorta hissəsində kifayət qədər pensiya kapitalı toplanmadığından və onun minimum sosial sığorta stajı olmadığından ona yaşa görə əmək pensiyası təyin edilməmişdir. Cavabdeh orqan qeyd olunanlar nəzərə alınaraq iddia təmin edilməməsini xahiş etmişdir.
4. Məhkəmənin hazırlıq icraatı üzrə iclasında iştirak edən cavabdehin nümayəndəsi yazılı vəsatətlə məhkəməyə müraciət edərək mübahisənin məhkəmədənkar həll olunduğunu və iddiaçıya yaşa görə əmək pensiyası təyin olunduğunu bildirərək pensiya alt sistemindən çıxarış təqdim etmiş və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir.
5. İnzibati Prosessual Məcəllədən: 67.1. Mübahisə ilə bağlı məhkəmənin yekun qərarı qəbul edilənədək, cavabdeh (inzibati orqan) iddiaçının tələbinin təmin olunduğu yeni inzibati akt qəbul etməyə və ya qanunda nəzərdə tutulmuş başqa tədbir görməyə haqlıdır. Cavabdeh iddiaçının tələbinin təmin olunması ilə bağlı niyyəti barədə məhkəməyə yazılı məlumat verir. Bu məqsədlə inzibati orqan əvvəl məhkəməyə təqdim olunmuş sənədləri geri tələb edə bilər. 67.2. Sədrlik edən hakim iddiaçının tələbinin təmin olunduğu yeni inzibati aktın qəbul edilməsi və ya qanunda nəzərdə tutulmuş başqa tədbirin görülməsi, habelə bu barədə məhkəməyə müvafiq məlumatın verilməsi üçün cavabdehə müddət təyin edə bilər. Sənədlərin geri qaytarılmasını məqsədəuyğun hesab etmədiyi hallarda, məhkəmə inzibati orqanın bu barədə müraciətini təmin etməyə bilər. 67.3. Bu Məcəllənin 67.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir.
6. Məhkəmə hesab edir ki, əmək pensiyasının təyin edilməsi haqqında qərara əsasən iddiaçıya xx.xx.2022-ci il tarixdən yaşa görə əmək pensiyası təyin olunmaqla əmək pensiyasının ödəniş tarixi xx.xx.2023-cü il tarixdən, əksik vermə 2159,15 manat müəyyən edilmişdir. İddiaçının tələbi təmin olunduğundan işin mahiyyəti üzrə mübahisə artıq mövcud deyil. Odur ki, iş üzrə icraata xitam verilməlidir.
7. Göstərilənlərə əsasən və İPM-in 67.1, 67.3, 83.1 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə
QƏRARAALDİ:
İş üzrə icraata xitam verilsin. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.
Hakim Günel Sevdimalıyeva