Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2145/2021 14.12.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hаcıbəyоvа Miminаt Tаcib qızının sədrliyi, Əsədova Türkanə Malik qızının katibliyi, iddiaçının nümayəndəsi Qafarlı Asif Fazil oğlunun (Cəbrayıl rayonunda qeydiyyatdadır, böyük hüquq məsləhətçisi vəzifəsində işləyir) iştirakı ilə, iddiаçı “Holcim "xxxx" ASC-nin cаvаbdеh Bakı şəhəri Cavabdehnə qarşı sərəncamın etibarsız hesab edilməsi haqqında iddia ərizəsi üzrə inzibati işə üçüncü şəxs qismində Bakı şəhəri Qaradağ rayon İcra Hakimiyyəti, Əmlak Məsələləri Dövlət Komitəsi, "xxxx" MMC, Nuriyeva Gülxar Mehdi qızı, Maksimov Cəmil Qorxmaz oğlu, Nağıyev Novruz Haqverdi oğlu cəlb edilməklə məhkəmə binаsındа аçıq məhkəmə iclаsındа bахаrаq MÜƏYYƏN ЕTDİ: İddiаçı “Holcim” Azərbaycan” ASC məhkəmədə cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı iddia qaldıraraq Cavabdeh 29.12.2005-ci il tarixli, 387 saylı sərəncamının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçı “iddianın dəyişdirilməsi barədə “ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh 29.12.2005-ci il tarixli, 387 saylı sərəncamının etibarsız hesab edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 54.1-ci maddəsinə əsasən, inzibati məhkəmə icraatının başqa iştirakçılarının razılığı olduqda və ya məhkəmə iddianın dəyişdirilməsini məqsədəuyğun hesab etdikdə, iddiaçı iddianı dəyişdirməyə (iddianın əsasını və ya predmetini dəyişdirməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa) haqlıdır. Məhkəmənin 14 dekabr 2021-ci il tarixli qərardadı ilə iddiaçının Cavabdeh 29.12.2005ci il tarixli, 387 saylı sərəncamının etibarsız hesab edilməsi barədə ərizəsi icraata qəbul edilməsi qərara alınmışdır. İddiа tələbi оnunlа əsаslаndırılmışdır ki, X28 1949-cu ildə SSRİ Nazirlər Sovetinin qərarı ilə yaradılmışdır. Bakı şəhər Soveti Deputatları İcraiyyə Komitəsinin 23 iyul 1976-cı il tarixli, 30/415 saylı qərarına əsasən X22 sement xammalının işlədilməsi üçün Şahqaya ərazisində 500 ha ərazi ayrılmışdır. Azərbaycan SSR Nazirlər Sovetinin Sənayedə X4 və X32 üzrə Dövlət Komitəsi tərəfindən X22 Şahqaya ərazisində 110 hektar sahədə dağ mədən işlərinin aparılmasına dair 14.09.1987-ci il tarixli, 104 saylı X37 təqdim edilmişdir. Sonradan Azərbaycan Respublikası Əmlak Komitəsinin sədrinin 26.02.1999-cu il tarixli, 113 saylı sərəncamı ilə X28 1999-cu ildə Səhmdar Cəmiyyətinə çevrilmiş, özəlləşdirilmişdir, Azərbaycan Respublikasının Əmlak Komitəsi ilə İsveçrə qanunvericiliyinə əsasən yaradılan və fəaliyyət göstərən "X6 Ltd." Məhdud Məsuliyyətli Şirkəti arasında bağlanan 7 sentyabr 1999-cu il tarixli "X30 Tipli Səhmdar Cəmiyyətinin investisiya müsabiqəsində səhmlərinin alqı-satqısı haqqında müqaviləyə ("İnvestisiya Müqaviləsi") əsasən zavodun səhmləri həmin şirkətə satılmışdır. 20.04.2012-ci ildə X20 adı “Holcim (Azərbaycan)” ASC-yə dəyişdirilmişdir. Azərbaycan Respublikasının Dövlət Əmlak Komitəsi 7 sentyabr 1999-cu il tarixli İnvestisiya müqaviləsində öz üzərinə bir sıra vəzifələr və məsuliyyətlər götürmüşdür, məqsəd ondan ibarət olmuşdur ki, dövlət zavodun fəaliyyətinin təmin edilməsi və davam etdirilməsi üçün lazımi maddi və texniki şəraiti təmin edəcəkdir. Məhz həmin müqavilənin bağlanmasının müstəsna şərtlərindən biri o olmuşdur ki, zavod daha əvvəl ona ayrılmış torpaq sahələrindən istifadəni gələcəkdə də davam etdirə bilsin və məhsulun istehsalı üçün xammalı təmin edə bilsin. 7 sentyabr 1999-cu il tarixli İnvestisiya müqaviləsinin 3.1-ci maddəsində qeyd olunur ki, X7 istehsalat obyektlərinin yerləşdiyi torpaq sahələrindən, o cümlədən, dövlət müəssisəsi olmuş X28 tərəfindən istifadə edilmiş istehsalat obyektlərinə bitişik bütün torpaq sahələrindən, istifadə yaxud icarə, dövlət müəssisəsi olmuş X28 tərəfindən, istifadə edilmiş mədənlərin yerləşdiyi torpaq sahəsindən, Səhmdar Cəmiyyətinin istehsalat obyektləri və mədənlər arasında olan bütün çıxışlardan və bütün lazımi nəqliyyat və daşıma yollarına çıxışlardan istifadə hüququ vardır. Torpağın icarəsi məqbul şərtlərlə həmişəlik və ya ən azı 99 il mümkün olacaqdır. Həmin Müqavilənin 5.1-ci maddəsinə əsasən Satıcı bildirir ki, bu Müqavilənin imzalanması tarixinə və İnvestisiya Proqramının gerçəkləşdirilməsi müddətinə bəyannamələr düzgün və əsldir. Azərbaycan Respublikasının əmlakları üzərində sərəncam vermək hüququna malik olmuş Dövlət Əmlak Komitəsi 7 sentyabr 1999-cu il tarixli "xxxx" X33 Cəmiyyətinin səhmlərinin alqı-satqısı haqqında müqavilə”də Azərbaycan Respublikasının adından səhmlərin alıcısı qarşısında öhdəliklər götürmüş, torpaq sahələrini almaq və icarəyə götürmək hüquqlarının “Holcim (Azərbaycan)” ASC-yə məxsus olduğuna dair təminat vermişdir. Cavabdeh isə həmin alqısatqı müqaviləsinin tələblərini nəzərə almayaraq 29.12.2005-ci il tarixdə həmin torpaq sahəsindən 7,0 ha torpaq sahəsini X5 istifadəsinə ayırmışdır. Bu hal birbaşa “Holcim (Azərbaycan)” ASC ilə bağlanmış 7 sentyabr 1999-cu il tarixli səhmlərin alqı-satqısı müqaviləsinin tələblərinə ziddir, çünki torpaq sahələrini həmişəlik və ya ən azı 99 il müddətinə istifadəyə götürmək, satın almaq hüququ məhz “Holcim (Azərbaycan)” ASC-yə verilmişdir. Həmin torpaq sahəsi satın almaq və ya icarəyə götürmək məqsədilə birinci olaraq “Holcim (Azərbaycan)” ASC-yə təklif olunmalı idi, əgər iddiaçı qəbul etməkdən imtina etsə idi bu halda torpaq sahəsi başqa şəxsin istifadəsinə ayrıla bilərdi. Cavabdeh 29.12.2005-ci il tarixli, 387 saylı sərəncamı X5 adına verilmişdir. 29.12.2005-ci il tarixli icarə müqaviləsi isə X17 ilə bağlanmışdır və həmin müqavilədə müqavilənin bağlanmasının əsası kimi Abşeron rayon icra hakmiyyətinin 29.12.2005-ci il tarixli, 387 saylı sərəncamı göstərilmişdir. “Kiçik ağıl” qış otlaq sahəsi isə Qaradağ rayonunun inzibati ərazisində yerləşir və Qaradağ rayon İcra Hakimiyyəti tərəfindən “Kiçik ağıl” qış otlaq sahəsində X8 mişar daşı istehsal etmək məqsədilə torpaq sahəsinin ayrılmasına dair sərəncam verilməmişdir və müqavilə bağlanmamışdır. Nəticədə, Cavabdeh 29.12.2005-ci il tarixli, 387 saylı sərəncamı ilə öz səlahiyyətlərindən kənara çıxaraq yay və qış otlaqları, örüş və biçənək sahəsinin təyinatını dəyişərək onu mişar daşı istehsalı, yəni, sənaye təyinatı məqsədilə X8 ayırmışdır. Cavabdeh 29.12.2005-ci il tarixli, 387 saylı sərəncamının məzmunundan məlum olur ki, həmin sərəncamla ayrılmış torpaq sahəsi qış otlaq sahəsinə daxildir, həmin torpaq sahəsinin təyinatının kənd təsərrüfat təyinatlı torpaqlardan sənaye məqsədli təyinata dəyişdirilməsi ilə bağlı Nazirlər Kabinetinin qərarı mövcud deyildir. Halbuki, kənd təsərrüfatı təyinatlı torpaq sahəsi yalnız kənd təsərrüfatı məqsədilə ayrıla bilər və torpaq sahəsinin təyinatının dəyişdirilməsi məsəsinə baxmaq və bu barədə qərar qəbul etmək Azərbaycan Respublikası Nazirlər Kabinetinin səlahiyyətindədir. Qeyd edilənlərə əsasən Cavabdeh kənd təsərrüfatlı təyinatlı torpaq sahəsini mişar daşı istehsal etmək məqsədilə ayırması və torpağın təyinatını dəyişmək üçün səlahiyyəti olmadığına görə onun 29.12.2005-ci il tarixli, 387 saylı sərəncamı etibarsız hesab edilməlidir. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 47-ci maddəsinə uyğun qaydada verilmiş məhkəmə sərəncamı ilə Cavabdehndən iddiaya dair etirazın tələb edilməsinə baxmayaraq Cavabdeh məhkəmə sərəncamını icra etməmiş, iddiaya etirazını təqdim etməmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.5. inzibati hüquq münasibətinin mövcud olmasına və ya olmamasına, habelə inzibati aktın etibarsız sayılmasına dair iddialara (müəyyən etmə və ya tanınma haqqında iddia); Həmin Məcəllənin 36.1-ci maddəsinə əsasən, müəyyən etmə və ya tanınma haqqında iddia vasitəsi ilə iddiaçı hər hansı hüquq münasibətinin mövcud olması və ya olmamasının, yaxud inzibati aktın etibarsızlığının tanınmasını məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 36.2–ci maddəsinə əsasən, müəyyən etmə və ya tanınma haqqında iddia vasitəsi ilə iddiaçı artıq icra olunmuş inzibati aktın qanunsuz sayılmasını məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 36.3–ci maddəsinə əsasən, müəyyən etmə və ya tanınma haqqında iddia iddiaçının həmin münasibətlərin qısa müddətdə müəyyən edilməsində kifayət qədər maraqlı olduğu hallarda qaldırıla bilər. Hüquq münasibətlərinin müəyyən edilməsində iddiaçının marağı hüquqi, iqtisadi və ya ideya xarakterli ola bilər. Hazırda iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddia düzgün cavabdehə verilmiş, iddiaçı cavabdehə müraciət etmiş və imtina məktubunu almışdır, iddia müddətinə əməl edilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Аzərbаycаn Rеspublikаsının İPM-nin 62.3-ci mаddəsinə əsаsən iştirаkı оlmаdаn işə bахılmаsının və iş üzrə qərаr qəbul еdilməsinin mümkünlüyü bаrədə хəbərdаr еdilmiş Cavabdeh məhkəmə bахışınа öz nümаyəndəsini göndərməmiş, bunun səbəblərini məhkəməyə bildirməmişdir. Оdur ki, məhkəmə işə cavabdehin iştirаkı оlmаdаn bахmışdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Qafarlı Asif Fazil oğlu iddia ərizəsində göstərilən məzmunda çıxış edərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə, iddiaçının nümayəndəsinin çıxışını, təqdim еdilmiş sənədləri nəzərə аlаrаq, işin fаktiki hаllаrınа və sübutlаrа qiymət vеrərək, hеsаb еdir ki, iddiа tələbi təmin еdilməlidir. İş materiallarına əlavə edilmiş: Cavabdeh başçısının 29.12.2005-ci il tarixli 387 nömrəli sərəncamına əsasən Abşeron rayonunun dövlət ehtiyat torpaq fondunda saxlanılmış torpaqlardan “Kiçik Ağıl” Qış otlaqlarının ərazisində mişar daşı istehsal etmək məqsədilə 7 hektar torpaq sahəsinin 15 il müddətinə icarə qaydasında Nuriyeva Gülxar Məmməd qızına ayrılması haqqında tərtib edilmiş icarə müqaviləsi və digər torpaqayırma sənədləri təsdiq edilmişdir, həmin sərəncamın əsaslandırıcı hissəsində göstərilmişdir ki, ayrılması nəzərdə tutulan torpaq sahəsi “Kiçik Ağıl” otlaqlarının ərazisində yerləşməklə dövlət torpaq fondu kimi uçota alınmışdır, daşlı örüş sahəsindən ibarətdir. İddiaçı “Holcim (Azərbaycan)” ASC-nin Cavabdehnə ünvanlanmış 03.07.2018-ci il tarixli, L1148/18 nömrəli məktubuna əsasən iddiaçı cavabdehin 29.12.2005-ci il tarixli, 387 saylı sərəncamı ilə üçüncü şəxsə ayrılmış torpaq sahəsinə iddiaçının istifadə hüququnun olmasını, habelə Bakı şəhəri Qaradağ rayon İcra Hakimiyyətinin 03a nömrəli, 23.01.2012-ci il tarixli sərəncamı ilə Qaradağ rayonunun inzibati ərazisində yerləşən “Şahqaya” əhəng daşı yatağında 14,6 ha torpaq sahəsinin iddiaçının təsisçisi olduğu "xxxx" MMC-yə ayrıldığını və həmin torpaq sahəsinin Nuriyeva Gülxar Məmməd qızına ayrılmış 7 ha torpaq sahəsi ilə üst-üstə düşməsini göstərərək Abşeron rayon İcra Hakimiyyəti başçısının 29.12.2005-ci il tarixli, 387 nömrəli sərəncamının ləğv edilməsini xahiş etmişdir. Cavabdeh Cavabdeh iddiaçı “Holcim (Azərbaycan)” ASC-yə ünvanlanmış 8/685 nömrəli, 03.08.2018-ci il tarixli məktubuna əsasən cavabdeh iddiaçının müraciətinin təmin edilməsindən imtina etmişdir, imtinasını onunla əsaslandrmışdır ki, G.Nuriyevaya mişar daşı istehsalı məqsədilə 29.12.2005-ci il tarixli, 387 saylı sərəncam əsasında ayrılmış torpaq sahəsinin yerləşdiyi ərazi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02.03.2006-cı il tarixli, 60 saylı qərarı ilə Bakı şəhər İcra Hakimiyyətinin (Qaradağ rayonu) idarəçiliyinə qaytarılmışdır, həmin ərazidə yerləşən torpaq sahələri üzərində idarəçilik Cavabdehnə məxsus deyildir. 1 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinin 2-1(81)-184/2018 nömrəli iş üzrə təyin edilmiş məhkəmə mühəndis texniki ekspertizasının nəticələrinə dair Məhkəmə Ekspertizası Mərkəzinin 9207 nömrəli, 20.06.2018-ci il tarixli rəyinə əsasən məhkəmə ekspertizası qarşısında qoyulmuş sual “Bakı şəhəri Qaradağ rayonu İcra Hakimiyyəti Başçısının 03a nömrəli, 23.08.2012-ci il tarxl sərəncamı və həmin sərəncama əsas olmuş sənədlərlə (dağ mədən ayrılması aktı, cizgi və s.) “X11 və Maksimov Cəmil Qorxmaz oğlu "xxxx" Tam Ortaqlı Müəssisəsi”nə ayrılmış torpaq sahəsi Abşeron rayon İcra Hakimiyyəti başçısının 387 nömrəli, 29.12.2005-ci il tarixli sərəncamı və həmin sərəncama əsas olmuş sənədlərlə (yerquruluşu planından çıxarış, sxem və s.) Nuriyeva Gülxar Mehdi qızına ayrılmış torpaq sahəsi ilə üst-üstə düşürmü (zəbt varmı)? Əgər torpaq sahələri üst-üstə düşürsə hansı hissədə (yerləşmə vəziyyəti, ölçüsü və s.) üst-üstə düşür?” sualından ibarət olmuş və həmin suala cavab olaraq ekspert rəyində göstərilmişdir ki, Abşeron rayon İcra Hakimiyyəti tərəfində sxemdə göstərilmş ayrılacaq 12,0 ha torpaq sahəsinin 10000 miqyasda tərtib edilmiş yerquruluşu planından çıxarışa əsasən təqribən 6,24 ha torpaq sahəsinin Bakı şəhəri Qaradağ rayon İcra Hakimiyyəti tərəfindən “Nağıyev Novruz Haqverdi oğlu və Maksimov Cəmil Qorxmaz oğlu Şahqaya Quarry X26”nə ayrılmış 14,6 ha torpaq sahəsinin cizgisi ilə üst-üstə düşməsi müəyyən edilir. 1 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinin 2-1(81)-184/2018 nömrəli iş üzrə 29.06.2018-ci il tarixli qərarına əsasən məhkəmə işə baxarkən müəyyən etmişdir ki, “Nağıyev Novruz Haqverdi oğlu və Maksimov X15 Quarry” Tam Ortaqlı Müəssisəsinin çevrilməsi nəticəsində yaranmış "xxxx" MMC-nin yeganə təsisçisi “Holcim (Azərbaycan)” ASC-dir. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekspertiza İdarəsinin 00946 nömrəli “Dağ mədən ayırması” aktına əsasən “Şahqaya” (qərb) əhəng daşı yatağı mişar daşı və tir-blok istehsalı məqsədilə "xxxx" MMC-yə verilən torpaq ayırması Bakı şəhəri Qaradağ rayonu ərazisində yerləşir, sahəsi 14,6 ha təşkil edir. Torpaq ayırmanın müddəti 5 il göstərilmişdir, Akt 2016-cı ilin avqust ayında 946 nömrə ilə Dövlət Ekspertiza İdarəsinin reyestr kitabında qeydiyyata alınmışdır. Azərbaycan SSR X35 Nəzarət Komitəsinin mədən ayırması aktına əsasən 14.09.1987-ci ildə Azərbaycan SSR Nazirlər Sovetinin Sənayedə X3 və Dağ-Mədən Nəzarəti Dövlət Komitəsi tərəfindən Qaradağ Sement zavoduna işlənməsi və sənaye araşdırması üçün Şahqaya əhəngdaşı yatağı verilmişdir, ayrılmış mədən yatağının torpaq sahəsinə proyeksiyasında sahəsi 110 ha təşkil etmişdir. Bakı şəhər Zəhmətkeşlərin Deputatları Sovetinin 30/415 nömrəli, 23.07.1976-cı il tarixli qərarından çıxarışa əsasən X22 Şahqaya dağının şərq hissəsində 500 ha torpaq sement xammalının hazırlanması üçün ayrılmışdır. Bakı şəhər İcra Hakimiyyəti başçısının 16.03.2005-ci il tarixli, 64 nömrəli sərəncamına əsasən Qaradağ rayonu Şahqaya dağının şərqində sement xammalının təşkili üçün Bakı şəhər XDS İcraiyyə Komitəsinin 23..07.1976-cı il tarixli, 30/415 saylı qərarına əsasən ayrılmış 500 ha torpaq sahəsindən 383,8 ha geri alınması, 116,2 hektarının isə iddiaçıda saxlanılması qərara alınmışdır. Bakı Memarlıq və Şəhərsalma Baş İdarəsinin "xxxx" Sement ATSC-yə ünvanlanmış 18/03-8/2974 nömrəli, 12.05.2005-ci il tarixli məktubuna əsasən Qaradağ rayonu, Şahqaya dağının şərqində yerləşən sement xammalı sahəsinin 500 ha torpaq sahəsinin cəmi 116,2 ha, qərb hissəsində 110 ha, şərq hissəsində 6,2 ha (iddiaçıya əvvəl verilmiş 25.03.1991-ci il tarixdə dağ-mədənayırma kontur xəritəsinə bax) saxlanılması şərtilə 383,8 hektarın geri alınmasına dair Bakı şəhər İcra Hakimiyyəti başçısının sərəncamından çıxarış, 3935 saylı İnşaat pasportuna əlavə edilmək üçün iddiaçıya göndərilmişdir. Azərbaycan Respublikası Dövlət Əmak Komitəsinin 177 nömrəli, 24.03.1999-cu il tarixli sərəncamına əsasən "xxxx" ATSC-nin səhmlərinin investisiya müsabiqəsi ilə satılması qərara alınmışdır. Azərbaycan Respublikasının Dövlət Əmlak Komitəsi ilə İsveçrənin qanunvericiliyinə müvafiq olaraq yaradılmış “Holderbank” Finicieres Glaris LTD” MMC-nin arasında bağlanmış 01.09.1999-cu il tarixli "xxxx" X33 Cəmiyyətinin İnvestisiya müsabiqəsində satılmış səhmlərinin alqı-satqısı müqaviləsi”nin 3-cü bəndinin “b” yarımbəndinə əsasən Səhmdar Cəmiyyəti faydalı qazıntıların çıxarılması üçün lisenziya və dövlət müəssisəsi olmuş X28 tərəfindən mədən kimi istifadə edilmiş torpaq sahələrindən istifadə hüquqlarını əldə etmişdir və faydalı qazıntıların çıxarılması üçün belə lisenziyalar Səhmdar Cəmiyyətinə sement istehsalı üçün lazımi faydalı qazıntıların (misal üçün heç bir məhdudiyyət qoyulmadan əhəng, gil və s.) çıxarılmasına icazə verəcək faydalı qazıntıların çıxarılması üçün lisenziya və onun şərtləri ən azı 99 il olmaq şərti ilə mədənin mövcud olduğu bütün vaxt üçün doğrudur, “c” yarımbəndinə əsasən Səhmdar Cəmiyyətinin onun istehsal obyektləri yerləşdiyi torpaq sahələrindən, o cümlədən dövlət müəssisəsi olmuş X28 tərəfindən istifadə edilmiş istehsal obyektlərinə bitişik bütün torpaq sahələrindən, istifadə yaxud icarə, dövlət müəssisəsi olmuş X28 tərəfindən istifadə edilmiş mədənlərin yerləşdiyi torpaq sahəsindən, Səhmdar Cəmiyyətinin istehsalat obyektləri və mədənlər arasında olan bütün çıxışlardan və bütün lazimi nəqliyyat və daşıma yollarına çıxışlardan istifadə hüququ vardır. Torpağın icarəsi məqbul şərtlərlə həmişəlik və ya ən azı 99 il mümkün olacaqdır. İddiaçının nizamnaməsinə əsasən iddiaçının əvvəlki adı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən 06.12.2000-ci il tarixində 645 saylı dövlət qeydiyyat şəhadətnaməsi ilə qeydiyyata alınmış "xxxx" ASC-dir, "xxxx" ASC Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən 04.04.1999-cu ildə qeydiyyata alınmış "xxxx" Sement X33 Cəmiyyətinin hüquqi varisidir. ”Qaradağ Sement” ASC-nin nizamnaməsinə 02.03.2012-ci il tarixli səhmdarların ümumi yığıncağının qərarı ilə edilmiş və Azərbaycan Respublikasının Vergilər Nazirliyi Kommersiya Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsi tərəfindən 20.04.2012-ci il tarixdə qeydiyyata alınmış dəyişikliyə əsasən həmin cəmiyyətin adı “Holcim "xxxx" ASC kimi oxunmalıdır. DT və XK-nın Abşeron rayon şöbəsinin 368 nömrəli, 29.12.2005-ci il tarixli rəyinə əsasən “Kiçik Ağıl” qış otlaqlarının ərazisindən icarə müqaviləsi yolu ilə 15 il müddətinə 7,0 ha torpaq sahəsnin Nuriyeva Gülxar Mehdi qızına verilməsinə həmin dövlət orqanı etiraz etməmişdir. 2005-ci il tarixli, fiziki şəxs Nuriyeva Gülxar Mehdi qızı, Abşeron rayon İcra Hakimiyyətinin başçısı, DTXK-nin Abşeron rayon şöbəsinin müdiri tərəfindən imzalanmış akta əsasən G.M.Nuriyevaya 15 il müddətinə mişar daşı istehsal edilməsi məqsədilə torpaq sahəsinin ayrılmasına etiraz edilmədiyi qeyd edimişdir, aktda həmçinin qeyd edilmişdir ki, həmin torpaq sahəsi dövlət mülkiyyətində saxlanılmış “Kiçik Ağıl” Qış otlaqlarının ərazisində daşlı örüş sahəsi kimi uçota alınmışdır. Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyinin 13.07.2020-ci il tarixli, 37/N-0051 nömrəli Gülxar Mehdi qızı Nuriyevaya ünvanlanmış məktubuna əsasən qeyd edilən şəxsə bildirilmişdir ki, ona məxsus olan sahə “Holcim” Azərbaycan” sement zavoduna ayrılmış yataq sahəsi ilə həmsərhəddir və zavod həmin yataq sahəsindən sement istehsalı üçün xammal götürür. Bu məqsədlə zavod özünə məxsus ərazinin bir hissəsində dərin quyular qazmaqla partlayış işləri apararaq xammal götürmüşdür. Məhkəmənin sorğusuna cavab olaraq Qaradağ rayon İcra Hakimiyyətinin 17.08.2021ci il tarixli məktubunda bildirilmişdir ki, “Kiçik Ağıl” Qış otlaqlarının ərazisində mişar daşı istehsal etmək məqsədilə torpaq sahəsinin Nuriyeva Gülxar Məmməd qızına icarəyə verilməsi barədə Qaradağ rayon İcra Hakimiyyəti ilə heç bir müqavilə bağlanmamışdır. Beləliklə, məhkəmə iş materiallarından müəyyən etmişdir ki, Cavabdeh başçısının 29.12.2005-ci il tarixli 387 nömrəli sərəncamına əsasən “Kiçik Ağıl” Qış otlaqlarının ərazisində mişar daşı istehsal etmək məqsədilə 7 hektar torpaq sahəsi 15 il müddətinə icarə qaydasında Nuriyeva Gülxar Məmməd qızına ayrılmışdır. İddiaçı həmin torpaq sahəsinin onun qanuni istifadəsində olması, Cavabdeh torpağın təyinatını dəyişmək səlahiyyəti olmadığı halda kənd təsərrüfat təyinatlı torpağı sənaye məqsədləri – mişar daşı istehsalı üçün üçüncü şəxsə ayırması əsası ilə həmin sərəncamın ləğv edilməsi üçün cavabdehə müraciət etsə də müraciəti təmin edilməmişdir. Odur ki, iddiaçı hazırki iddia ərizəsi ilə məhkməyə müraciət etmişdir. Məhkəmə iddiaçının iddia tələbi ilə bağlı aşağıda göstərilənləri qeyd edir: Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır, 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir, İİ hissəsinə əsasən hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın, İİİ hissəsinə əsasən hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır, İV hissəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. “İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 1.1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Həmin Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. İşin faktiki hallarına əsasən iddiaçı “Holcim (Azərbaycan)” ASC-nin etibarsız hesab edilməsini tələb etdiyi Abşeron rayon İcra Hakimiyyəti başcısının 387 nömrəli, 29.12.2005-ci il tarixli sərəncamın mətnindən göründüyü kimi sərəncamda üçüncü şəxsə ayrılması göstərilən torpaq sahəsi qış otlaq sahəsinə aid torpaq sahəsi olmuşdur və həmin qış otlaq sahəsindən sənaye məqsədlərilə - mişar daşının istehsal məqsədilə üçüncü şəxsə torpaq ayrılmışdır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 10-cu maddəsinin 1-ci bəndinə əsasən torpaqların məqsədli təyinatı — torpağın kateqoriyasına uyğun olaraq, onun konkret məqsədlər üçün istifadəsinin bu Məcəllədə və digər normativ-hüquqi aktlarda müəyyən edilmiş qaydaları, şərtləri və həddidir. Həmin Məcəllənin 11-ci maddəsinin 1-ci bəndinə əsasən torpaq sahələrinin məhdudiyyətli istifadəsi — torpaq sahəsindən onun məqsədli təyinatı, habelə müəyyən edilmiş məhdudiyyətlər və öhdəliklər nəzərə alınmaqla istifadədir. Həmin Məcəllənin 11-ci maddəsinin 4-cü bəndinə əsasən torpaq sahəsinin məhdudiyyətli istifadəsinin özbaşına dəyişdirilməsinə yol verilmir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 12-ci maddəsinin 3-cü bəndinə əsasən kənd təsərrüfatı yerlərinə (uqodiyalarına) əkin, çoxillik əkmələrin altında olan torpaqlar, dincə qoyulmuş torpaqlar, biçənəklər, örüşlər və otlaqlar aid edilir. Həmin Məcəllənin 12-ci maddəsinin 4-cü bəndinə əsasən kənd təsərrüfatı yerləri (uqodiyaları) xüsusi olaraq qorunur. Bu torpaqların qeyri-kənd təsərrüfatı məqsədilə digər kateqoriyalara keçirilməsinə müstəsna hallarda bu Məcəllədə və digər qanunvericilik aktlarında müəyyən edilmiş qaydada, müvafiq icra hakimiyyəti orqanının qərarı ilə yol verilir. Həmin Məcəllənin 13-cü maddəsinin 1-ci bəndinə əsasən kənd təsərrüfatı təyinatlı torpaqlardan kənd təsərrüfatı məhsullarının istehsalı və emalı, habelə kənd təsərrüfatı sahəsində elmi- tədqiqat, tədris, tədris-təcrübə və sınaq məqsədləri üçün istifadə edilir. Həmin Məcəllənin 13-cü maddəsinin 3-cü bəndinə əsasən kənd təsərrüfatı təyinatlı torpaqlardan başqa məqsədlər üçün istifadə edilməsi bu Məcəllənin 9-cu maddəsinin 3-cü bəndində nəzərdə tutulmuş qaydada həyata keçirilir. Həmin Məcəllənin 9-cu maddəsinin 3-cü bəndində qeyd olunur ki. torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Həmin Məcəllənin 16-cı maddəsinin 1-ci bəndinə əsasən yay və qış otlaqları, örüş və biçənək sahələri mülkiyyətində və istifadəsində mal-qara olan hüquqi və fiziki şəxslərə verilir. Dövlət mülkiyyətində olan yay və qış otlaqları dövlət qoyunçuluq təsərrüfatlarının ehtiyacları da nəzərə alınmaqla, müvafiq icra hakimiyyəti orqanlarının qərarı ilə inzibati-ərazi vahidlərinin istifadəsinə verilir. Həmin Məcəllənin 16-cı maddəsinin 6-cı bəndində qeyd olunur ki, yay və qış otlaqlarının əkilməsinə yol verilmir, istifadə edilən sahənin yalnız 3 faizə qədər hissəsində yaşıl yem üçün xəsil əkilə bilər. “Torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi Qaydaları”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 20 yanvar 2017-ci il tarixli, 10 nömrəli qərarının 1.2-ci bəndinə əsasən torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə həyata keçirilir. Akvakultura təsərrüfatlarına məxsus torpaqlar aid olduqları torpaq kateqoriyasında saxlanılır və digər kateqoriyaya keçirilmir. Göründüyü kimi yay və qış otlaqları, örüş və biçənək sahələri yalnız kənd təsərrüfatı məqsədilə mülkiyyətində və istifadəsində mal-qara olan hüquqi və fiziki şəxslərə ayrıla bilər, həmin torpaq sahələri digər məqsədlə ayrıla bilməz və istifadə edilə bilməz. Kənd təsərüffatı təyinatlı torpaqların təyinatı yalnız Azərbaycan Respublikası Nazirlər Kabinetinin sərəncamı ilə dəyişdirilə bilər və təyinatı dəyişdirildikdən sonra digər məqsədlə ayrıla bilər və istifadə edilə bilər. Cavabdeh isə müvafiq səlahiyyəti olmadan özünün sərəncamda qeyd etdiyi kimi kənd təsərrüfatı məqsədli torpağın sənaye məqsədləri üçün istifadə edilməsi məqsədilə üçüncü şəxsə ayırmışdır. Bundan başqa işin faktiki hallarına əsasən mübahisəli torpaq sahəsi iddiaçının istifadəsinə verilmiş torpaq sahəsidir. Belə ki, inzibati işin materiallarında olan sənədlərə əsasən iddiaçı X20 hüquqi varisidir, 23.07.1976-cı ildə X22 Şahqaya dağnın şərq hissəsində 500 ha torpaq sahəsi ayrılmışdır, Bakı şəhər İcra Hakimiyyəti Başçısının 16.03.2005-ci il tarixli, 64 nömrəli sərəncamına əsasən Qaradağ rayonu Şahqaya dağının şərqində sement xammalının təşkili üçün Bakı şəhər XDS İcraiyyə Komitəsinin 23.07.1976-cı il tarixli, 30/415 saylı qərarına əsasən ayrılmış 500 ha torpaq sahəsindən 383,8 ha geri alınsın, 116,2 hektar iddiaçının istifadəsində saxlanılmışdır. Cavabdeh 387 nömrəli, 29.12.2005-ci il tarixli sərəncamında torpaq sahəsinin yerləşdiyi ərazi “Kiçik Ağıl” Qış otlaq ərazisi kimi göstərilsə də 1 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinin 2-1(81)-184/2018 nömrəli iş üzrə təyin edilmiş məhkəmə mühəndis texniki ekspertizasının nəticələrinə dair Məhkəmə Ekspertizası Mərkəzinin 9207 nömrəli, 20.06.2018-ci il tarixli rəyinə əsasən Abşeron rayon İcra Hakimiyyəti başçısının 387 nömrəli, 29.12.2005-ci il tarixli sərəncamının verilməsi üçün əsas olmuş sxemdə göstərilmş 12,0 ha torpaq sahəsinin təqribən 6,24 ha hissəsi Bakı şəhəri Qaradağ rayon İcra Hakimiyyəti tərəfindən “Nağıyev Novruz Haqverdi oğlu və Maksimov Cəmil Qorxmaz oğlu Şahqaya Quarry X26”nə ayrılmış 14,6 ha torpaq sahəsinin cizgisi ilə üst-üstə düşür 1 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinin 2-1(81)-184/2018 nömrəli iş üzrə qəbul edilmiş 29.06.2018-ci il tarixli qərarından da göründüyü kimi hazırda “Nağıyev Novruz Haqverdi oğlu və Maksimov Cəmil Qorxmaz oğlu Şahqaya Quarry X26” "xxxx" MMC kimi fəaliyyət göstərir və ********** qeydiyyat nömrəsi ilə qeydə alınmışdır, iddiaçı isə həmin MMCnin yeganə təsiçisidir, həmin MMC-yə isə Bakı şəhəri Qaradağ rayonu İcra Hakimiyyəti Başçısının 03a nömrəli, 23.08.2012-ci il tarxl sərəncamı ilə 14,6 ha torpaq sahəsi də ayrılmışdır. Belə olan halda cavabdeh iddiaçının istifadəsinə verilmiş torpaq sahələrini heç bir əsas olmadan, iddiaçıya torpaq sahəsi ayrılması barədə qanuni torpaqayırma (hüquqmüəyyənedici) sənədlər qüvvədə olduğu halda üçüncü şəxsə vermişdir ki, bununla da qanunvericiliklə ona verilmiş səlahiyyətlərini aşmışdır. Məhkəmə onu da qeyd edir ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövət Ekspertiza İdarəsinin 00946 nömrəli “Dağ mədən ayırması” adlı sənədinə, Azərbaycan SSR X35 Nəzarət Komitəsinin mədən ayırması aktına, Bakı şəhər Zəhmətkeşlərin Deputatları Sovetinin 30/415 nömrəli, 23.07.1976-cı il tarixli qərarından çıxarışa, Bakı şəhər İcra Hakimiyyəti başçısının 16.03.2005-ci il tarixli, 64 nömrəli sərəncamına, Bakı Memarlıq və Şəhərsalma Baş İdarəsinin 18/ 03-8/2974 nömrəli, 12.05.2005-ci il tarixli məktubuna əsasən mübahisəli torpaq sahəsi (Şahqaya dağı ərazisindəki) Qaradağ rayon inzibati ərazisinə aid olmuşdur. Cavabdeh həmin torpaq sahəsi barədə sərəncamın verdiyi zaman torpaq sahəsinin yerləşdiyi ərazinin Cavabdeh inzibati ərazinə aid olması barədə də heç bir sübutu məhkəməyə təqdim etməmişdir. Cavabdeh iddiaçıya ünvanlanmış 8/685 nömrəli, 03.08.2018-ci il tarixli məktubunda üçüncü şəxs G.Nuriyevaya mişar daşı istehsalı məqsədilə qeyd olunan sərəncam əsasında ayrılmış torpaq sahəsinin yerləşdiyi torpaq sahəsinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02.03.2006-cı il tarixli, 60 saylı qərarı ilə Bakı şəhər İcra Hakimiyyətinin (Qaradağ rayonu) idarəçiliyinə qaytarılması göstərilsə də məktubda istinad edilən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02.03.2006-cı il tarixli, 60 saylı qərarı (“Qış otlaq sahələrindən istifadənin tənzimlənməsi barədə”) qeyd edilən torpaq sahəsi ilə bağlı deyildir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 64.1-ci maddəsinə əsasən inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. Həmin Qanunun 64.2-cü maddəsinə əsasən inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Həmin Qanunun 64.4-cü maddəsinə əsasən etibarsız inzibati aktın hüquqi qüvvəsi yoxdur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 65.1-ci maddəsinə əsasən aşağıdakı inzibati aktlar etibarsız sayılır: 65.1.1. hansı inzibati orqan tərəfindən qəbul edildiyi məlum olmayan yazılı inzibati akt; 65.1.2. müvafiq səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt; 65.1.3. qanunvericiliyə əsasən yalnız müəyyən rəsmi sənəd (rəsmi sənədin təqdim edilməsi) formasında qəbul edilə bilən, lakin həmin tələbə cavab verməyən inzibati akt; 65.1.4. maraqlı şəxsdən inzibati və ya cinayət məsuliyyətinə səbəb ola bilən hərəkətlər etməyi tələb edən inzibati akt; 65.1.5. faktiki səbəblər üzündən icrası mümkün olmayan inzibati akt; 65.1.6. kimə ünvanlandığı aydın olmayan inzibati akt. Həmin Qanunun 65.2-ci maddəsinə əsasən etibarsız inzibati akt qəbul edildiyi andan yararsız (əhəmiyyətsiz) sayılır və heç bir hüquqi nəticə yaratmır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun 69.1-ci maddəsinə əsasən inzibati aktın bir hissəsinin etibarsız sayılması və ya ləğv edilməsi bu Qanunun 65-ci, 67-ci və 68-ci maddələrində nəzərdə tutulmuş qaydada həyata keçirilir. Həmin Qanunun 67.3-cü maddəsinə əsasən qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Beləliklə, məhkəmənin yuxarıda göstərilənlər nəzərə alınmaqla gəldiyi nəticəyə görə mübahisələndirilən inzibati akt (cavabdehin Cavabdeh 29.12.2005-ci il tarixli, 387 saylı sərəncamı) Azərbaycan Respublikasının Nazirlər Kabinetinin torpağın təyinatının dəyişdirilməsi haqqında qərarı olmadan kənd təsərrüfatı məqsədli torpağın sənaye məqsədlərilə ayrılması barədə olduğu üçün, habelə həmin torpağın daha əvvəllər iddiaçıya ayrılması barədə hüquqmüəyyənedici sənədlər qüvvədə olduğu halda, torpaq Abşeron rayon inzibati ərazisinə aid olmadığı halda cavabdeh tərəfindən ayrıldığı üçün müvafiq səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edilmişdir və buna görə də “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun 65.1.2-ci maddəsinə əsasən etibarsız hesab edilməlidir. Аzərbаycаn Rеspublikаsının İnzibаti-Prоsеssuаl Məcəlləsinin 58.1-ci mаddəsinə əsаsən sübutlаr məhkəmə tərəfindən şifаhi məhkəmə iclаsındа аrаşdırılır. Аzərbаycаn Rеspublikаsı İnzibаti Prоsеssuаl Məcəlləsinin 58.7-ci mаddəsinə əsаsən sübutlаr məhkəmə tərəfindən tаm və hərtərəfli аrаşdırıldıqdаn sоnrа qiymətləndirilir. Аzərbаycаn Rеspublikаsı İPM-nin 68.2-ci mаddəsinə əsаsən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə iş üzrə təqdim еdilmiş sübutlаrı məcmu hаlındа qiymətləndirərək hеsаb еdir ki, iddia tələbi əsaslı üçün təmin edilməli, Cavabdeh 29.12.2005-ci il tarixli, 387 saylı sərəncamı etibarsız hesab edilməlidir. Аzərbаycаn Rеspublikаsının İnzibаti-Prоsеssuаl Məcəlləsinin 110.1-ci mаddəsinə əsаsən, prоsеssuаl хərclər ödənilmiş tələblərə münаsib оlаrаq işdə iştirаk еdən şəхslərə аid еdilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə tərəflər dövlət rüsumu ödəməkdən azad olunurlar. Məhkəmə Аzərbаycаn Rеspublikаsının İnzibаti-Prоsеssuаl Məcəlləsinin 2-ci, 36-ci, 68-ci, 69-cu, 85-ci,110-cu mаddələrini rəhbər tutаrаq QƏRАRА АLDİ: İddiа tələbi təmin edilsin. Cavabdeh 29.12.2005-ci il tarixli, 387 saylı sərəncamı etibarsız hesab edilsin. Qərаrdаn şikаyət qərаrın tаm fоrmаdа təqdim оlunduğu gündən 30 gün müddətində Bаkı şəhəri, Z.Хəlilоv, 540-cı məhəllə ünvаndа yеrləşən Bаkı Аpеllyаsiyа Məhkəməsinin inzibati kollegiyasına Bаkı İnzibаti Məhkəməsi vаsitəsilə vеrilə bilər. Hаkim Miminаt Hаcıbəyоvа
Məhkəmə qərarları › İş №2-1(112)-2145/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2145/2021
14.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver