Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2145/2024 29.08.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, İddiaçı, İddiaçının nümayəndəsi Vəkil, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “pensiyadan tutulan məbləğin qaytarılması” tələbinə dair inzibati işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İddiaçı (bundan sonra – İddiaçı) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına (bundan sonra – Cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, pensiyasıın qanunsuz tutulmuş hissəsinin tamamilə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəyişdirilməsi barədə ərizələr təqdim edərək, yekunda, Mərkəzi filialın iddiaçı barəsində qəbul etdiyi “Ümumi əsaslara görə əmək pensiyasının yenidən hesablanması haqqında” xx.xx.2023-cü il tarixli nömrəsiz və xx.xx.2023-cü il tarixli 3-17-1/1-K-216953/2023 nömrəli qərarlarının ləğv edilməsi, həmin qərar əsasında xx.xx.2023-cü il tarixdən azaldılmış pensiyamın məbləği bərpa olunaraq, həmin tarixdən 2023-cü ilin sonunadək pensiyamdan hər ay azaldılaraq ödənilmiş 375,29 manatın hesablanaraq birdəfəlik olaraq hesabına ödənilməsi, xx.xx.2024-cü il tarixdən pensiyanın indeksləşdirilməsinin bərpa olunmuş məbləğ üzərindən hesablanması və fərqin birdəfəlik ödənilməsini, habelə 2024-cü ilin 1 ayı üzrə pesiyasından tutulmuş məbləğin ödənilməsinin Mərkəzi filiala həvalə edilməsi, fərdi hesabda yığılmış pensiyanın sığorta kapitalı xx.xx.2019-cu il tarixdən təhrif olunmadan hesablanıb pensiyaya əlavə edilməsi və ötən illər üzrə birdəfəlik ödənilməsinin Mərkəzi Filiala həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş, məhkəmə tərəfindən iddianın dəyişdirilməsi qəbul edilmişdir. İddia tələbi bununla əsaslandırılmışdır ki, cababdeh tərəfindən xx.xx.2002-ci ildə iddiaçıya əmək pensiyası təyin edilmişdir. İddiaçı xx.xx.2023-cü il tarixdə həmin ayın pensiyasını Kapital bankdan alarkən pensiyasının məbləğinin bir hissəsinin çatışmadığını müşahidə etmiş, xx.xx.2023-cü il tarixində bunun səbəbini aydınlaşdırmaq üçün, Dövlət Sosial Müdafiə Fonduna (bundan sonra - DSMF) müraciət etmiş, Fondun işçilərinin təklifi ilə DSMF-ə ərizə ilə müraciət etmişdir. xx.xx.2023-cü tarixində ona cavab verilmiş, məlum olmuşdur ki, onun xəbəri olmadan son 15 il ərzində ona artıq ödəniş olub və bu əsası rəhbər tutaraq, ona əvəlcədən heç bir məlumat vermədən və nə səbəbdən xəbəri olmadan və izahat vermədən razılığını almadan, məhkəmənin bu barədə qərarı olmadan pensiyası küllü miqdarda kəsilmişdir. Cavabdeh iddia edir ki, 2008-ci ildə pensiya hesablanan zaman nə üçün yenidən hesablandığını izah etmədən, DSMF tərəfindən səhvə yol verilmişdir və onun pensiyasıa üç il müddətinə artıq ödəmə tətbiq edildiyi bildirilmişdir. Cavabdeh məhkəməyə təqdim etdiyi iddiaya yazılı etirazında göstərmişdir ki, İddiaçı “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinə əsasən xx.xx.2002-ci il tarixdə orta aylıq əmək haqqı əsasında yaşa görə əmək pensiyası təyin edilmiş və xx.xx.2006- cı il tarixdən qüvvəyə minmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsi tətbiq edilməklə əmək pensiyasının ödənişi davam etdirilir. Mərkəzi Filialın xx.xx.2023-cü il tarixli qərarı ilə İddiaçı əmək pensiyası aşağıdakı qaydada yenidən hesablanmışdır: 1 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin xx.xx.2014-cü il tarixli məhkəmə qərarı əsasında xx.xx.2008-ci il tarixdən pensiyanın hesablanmasında orta aylıq əmək haqqına qoyulan məhdudiyyətin aradan qaldırılması ilə bağlı İddiaçı xx.xx.2008-ci il tarixdən 2000-2002-ci illər üzrə orta aylıq əmək haqqı üzrə pensiyasının yenidən hesablanması Fondun keçmiş Binəqədi rayon şöbəsinə həvalə edilmişdir. xx.xx.2008-ci il tarixə pensiyanın hesablanması üçün orta aylıq əmək haqqının məbləği 2000-2002-ci illər üzrə 1377,54 manat məbləğində müəyyən edilmişdir. Həmin məbləğdən ilkin pensiya təyinatı zamanı nəzərə alınan 51 manat çıxılmışdır: 1377,54-51 = 1366,54 manat. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununa əsasən pensiyanın məbləği orta aylıq əmək haqqının 85 faizi məbləğində müəyyən edilir: 1366,54x85%=1127,56 manat. Həmin məbləğin üzərinə də ilkin pensiya təyinatı zamanı nəzərə alınan 51 manat orta aylıq əmək haqqına əsasən hesablanan pensiyanın sığorta hissəsinin xx.xx.2008-ci il tarixə indeksləşdirilmiş məbləğ (23,12 manat (pensiya uçot vərəqində qeyd edilmişdir)) əlavə edilmişdir: 1127,56+23,12=1150,75 manat. xx.xx.2008-ci il tarixə pensiyanın məbləği: 1150,75 (sığorta hissə) + 60 (baza hissə) = 1210,75 manat. Pensiyanın sığorta hissəsinin xx.xx.2019-cu il tarixə indeksləşdirilmiş məbləği 2149,76 manat təşkil edir. Həmçinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Pensiya” altsistemində olan məlumata əsasən vətəndaşın fərdi hesabının sığorta hissəsində xx.xx.2006-cı il tarixdən xx.xx.2015ci il tarixədək 51881,88 manat (xx.xx.2023-cü il tarixə indeksləşdirilmiş məbləğ) pensiya kapitalı qeydə alınmışdır. Həmin kapitalın 2019-cu il tarixə indeksləşdirilmiş məbləği 22485,6 manat təşkil edir. “Əmək pensiyası haqqında” Azərbaycan Respublikası Qanununun 37.3.1-ci maddəsinə əsasən gözlənilən pensiya ödənişi müddəti aylarının sayı 72 ay azaldılmaqla pensiyanın həmin kapitala əsasən sığorta hissəsi hesablanır: 22485,6:72=312,30 manat. xx.xx.2019-2149,76+312,30+119,76 (baza hissə) = 2581,82; xx.xx.2020 - 2581,82 + 2581,82 x 16,6% = 3010,40; xx.xx.2021- 3010,40 + 3010,40 x 11,4% = 3353,59 xx.xx.2022 - 3353,59 + 3353,59 x 3,4% = 3467,61; xx.xx.2023-cü il tarixdən əlavə edilmiş 26.4-cü maddəyə əsasən 2022-ci il üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) əmək pensiyaçılarına münasibətdə müəyyən etdiyi maddi yardım 2023-cü il yanvarın 1-dən onların əmək pensiyalarının tərkibinə daxil edilməklə, qulluq stajına görə əlavələr alan əmək pensiyaçılarına münasibətdə aylıq maddi yardım məbləğində, digər əmək pensiyaçılarına münasibətdə isə illik maddi yardımın bir aya düşən hissəsi məbləğində hesablanır. Qeyd olunan maddənin tələblərinə əsasən vətəndaşın əmək pensiyasının məbləği xx.xx.2023-cü il tarixdən 3484,28 manat müəyyən edilib: 3467,61 +(200/12)=3484,28. Eyni zamanda Qanunun 29.1-ci maddəsinə əsasən xx.xx.2023-cü il tarixdən İddiaçı əmək pensiyasının məbləği indeksləşdirilərək 3996,46 manata çatdırılmışdır: xx.xx.2023- 3484,28+3484,28x14,7%=3996,46. Pensiya xx.xx.2014-cü il tarixli məhkəmə qərarına əsasən keçmiş rayon şöbəsi tərəfindən hesablanan zaman 2000-2002-ci illər üzrə 1377,54 manat məbləğindən 51 manat orta aylıq əmək haqqına qoyulan məhdudiyyət məbləği çıxılmadan hesablanmışdır: 1377,54x85%=1170,90. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun xx.xx.2017-cı ıl tarixədək qüvvədə olan 26.1-ci maddəsinə görə həmin məbləğdən 25 manat baza hissə çıxılmış və pensiyanın sığorta hissəsi 1145,91 manat müəyyən edilmişdir: xx.xx.2006-1170,90-25=1145,91. Həmin məbləğin xx.xx.2008-ci il tarixə indeksləşdirilmiş məbləği 1448,25 manat müəyyən edilmişdir (pensiya uçot vərəqində qeyd edilmişdir). Həmin məbləğin xx.xx.2019-cu il tarixə indeksləşdirilmiş məbləği 2705,70 manat təşkil edir. Beləliklə, xx.xx.2019-cu il tarixdən illər üzrə vətəndaşın aldığı pensiya məbləği: xx.xx.2019 - 2705,70 + 119,76 (baza hissə) = 2825,46 manat; xx.xx.2020- 2825,46 + 2825,46 x 16,6% = 3294,46; xx.xx.2021- 3294,46 + 3294,46 x 11,4% = 3670,02; xx.xx.2022- 3670,02 + 3670,02 x 3,4% = 3794,81; xx.xx.2023- (3794,81+(200:12))+3811,48x14,7%=4371,75 manat. Əlavə olaraq, iddiaçıya təyin edilmiş əmək pensiyasının yenidən hesablanması barədə qərar qəbul edilməzdən əvvəl İddiaçı Mərkəzi filiala dəvət edilmiş və onun dinlənilmə hüququ təmin edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı və onun nümayəndəsi iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdilər. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun izahat verərək iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan iddiaçının xx.xx.2002-ci il tarixli ərizəsindən görünür ki, Binəqədi rayon əhalinin sosial müdafiəsi mərkəzinə ərizə ilə müraciət edərək, ona əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Binəqədi rayon əhalinin sosial müdafiəsi mərkəzinin xx.xx.2002-ci il tarixli 04/249 saylı qərarından görünür ki, xx.xx.2002-ci il tarixdən ömürlük yaşa görə əmək pensiyası təyin edilmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2014-cü il tarixli 2-1(81)-3387/2014 saylı qərarından görünür ki, iddiaçının tələbi təmin edilmiş, xx.xx.2008-ci il tarixdən İddiaçı pensiyasının məbləğinin 2000-2002-ci illərdə işlədiyi “Azpetrol Holdinqs LTD” şirkətində aldığı əmək haqqı üzrə yenidən hesablanması və həmin tarixdən yaranmış fərqin birdəfəlik ödənilməsi vəzifəsi Dövlət Sosial Müdafiə Fondunun Səbail rayon şöbəsinə həvalə edilmişdir. Cavabdehin ümumi əsaslara görə əmək pensiyasının yenidən hesablanması haqqında xx.xx.2023-cü il tarixli qərarından görünür ki, inventarlaşdırma nəticəsində iddiaçıya xx.xx.2002-ci ildə təyin edilmiş yaşa görə əmək pensiyası xx.xx.2003-cü il tarixdə yenidən hesablanmış və pensiya məbləği 4371,75 manatdan 3996,46 manata azaldılmışdır. Qərar bununla əsaslandırılmışdır ki, xx.xx.2014-cü ildə məhkəmə qərarına əsasən pensiya məbləği yenidən hesablanmışdır. Lakin pensiya məbləği 51 manat məhdudiyyt götürülmədən 2006-cı ildən indeksləşdirilərək, hesablanmışdır (2008-ci ildən keçmiş dövr üçün 128874,66 manat ödənilmişdir). İlkin təyinat zamanı nəzərə alınmayan PSK pensiya məbləğinə əlavə olundu, 11897,66 manat artıq vermə müəyyən edildi. xx.xx.2023-cü il tarixli 3-17-1/1-K-216953/2023 saylı qərarından görünür ki, iddiaçıya təyin edilmiş əmək pensiyası enidən hesablanmış, nəticədə pensiyanın məbləği dəyişdirilməyərək 3996,46 manat müəyyən edilmişdir. İddiaçı hazırda bu ırarları mübahisələndirərək, onun pensiyasının məbləğinin azaldılmasının qanunsuz olduğunu iddia edir və əvvəlki məbləğin ödənilməsini xahiş edir. Məhkəmə qeyd edir ki, iş materiallarından müəyyən edilir ki, İddiaçı “Vətəndaşların pensiya təminatı haqqında" Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinə əsasən xx.xx.2002-ci il tarixdə orta aylıq əmək haqqı əsasında yaşa görə əmək pensiyası təyin edilmişdir. Mərkəzi Filialın xx.xx.2023-cü il tarixli qərarı ilə İddiaçı əmək pensiyası aşağıdakı qaydada yenidən hesablanmışdır: 1 saylı Bakı inzibati-iqtisadi Məhkəməsinin xx.xx.2014-cü il tarixli məhkəmə qərarı əsasında xx.xx.2008-ci il tarixindən pensiyanın hesablanmasında orta aylıq əmək haqqına qoyulan məhdudiyyətin aradan qaldırılması ilə bağlı İddiaçı xx.xx.2008-ci il tarixindən 2000-2002-ci illər üzrə orta aylıq əmək haqqı üzrə əmək pensiyasının yenidən hesablanması Fondun keçmiş Binəqədi rayon şöbəsinə həvalə edilmişdir. xx.xx.2008-ci il tarixinə əmək pensiyasının hesablanması üçün orta aylıq əmək haqqının məbləği 2000-2002-ci illər üzrə 1377,54 manat məbləğində müəyyən edilmişdir. Həmin məbləğdən ilkin pensiya təyinatı zamanı nəzərə alınan 51 manat çıxılmışdır: 1377,54-51=1366,54 manat "Vətəndaşların pensiya təminatı haqqında" Azərbaycan Respublikası Qanununa əsasən pensiyanın məbləği orta aylıq əmək haqqının 85 faizi məbləğində müəyyən edilir: 1366,54x85%=1127,56 manat Həmin məbləğin üzərinə ilkin pensiya təyinatı zamanı nəzərə alınan 51 manat orta aylıq əmək haqqına əsasən hesablanan pensiyanın sığorta hissəsinin xx.xx.2008-ci il tarixi r indeksləşdirilmiş məbləğ (23,19 manat (pensiya uçot vərəqində qeyd edilmişdir) əlavə edilmişdir: 1127,56+23,19=1150,75 manat xx.xx.2008-ci il tarixinə pensiyanın məbləği: 1150,75 (sığorta hissə) + 60 (baza hissə) = 1210,75 manat Əmək pensiyasının sığorta hissəsinin xx.xx.2019-cu il tarixinə indeksləşdirilmiş məbləği 2149,76 manat təşkil edir. Həmçinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin "Pensiya" altsistemində olan məlumata əsasən vətəndaşın fərdi hesabının sığorta hissəsində xx.xx.2006-cı il tarixindən xx.xx.2015-ci il tarixinədək 51881,88 manat (ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90-% nəzərə alınmaqla 01.01,2023-cü İİ tarixinə indeksləşdirilmiş məbləğ) pensiya kapitalı qeydə alınmışdır. Həmin kapitalın 2019-cu il tarixinə indeksləşdirilmiş məbləği 22485,6 manat (ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 50-% nəzərə alınmaqla) təşkil edir. "Əmək pensiyası haqqında" Azərbaycan Respublikası Qanununun 37.3.1-ci maddəsinə əsasən gözlənilən pensiya ödənişi müddəti aylarının sayı 72 ay azaldılmaqla pensiyanın həmin kapitala əsasən sığorta hissəsi hesablanır: 22485,6:72=312,30 manat xx.xx.2019-2149,76+312,30+119,76(bazahissə)=2581,82 xx.xx.2020- 2581,82+2581,82x16,6%=3010,40 xx.xx.2021 3010,40+3010,40x11,4%=3353,59 xx.xx.2022- 3353,59+3353,59x3,4%=3467,61 Qanuna xx.xx.2023-cü il tarixindən əlavə edilmiş 26.4-cü maddəyə əsasən 2022-ci il üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) əmək pensiyaçılarına münasibətdə müəyyən etdiyi maddi yardım 2023-cü il yanvarın 1-dən onların əmək pensiyalarının tərkibinə daxil edilməklə, qulluq stajına görə əlavələr alan əmək pensiyaçılarına münasibətdə aylıq maddi yardım məbləğində, digər əmək pensiyaçılarına münasibətdə isə illik maddi yardımın bir aya düşən hissəsi məbləğində hesablanır. Qeyd olunan maddənin tələblərinə əsasən vətəndaşın əmək pensiyasının məbləği xx.xx.2023-cü il tarixindən 3484,28 manat müəyyən edilib: 3467,61+(200/12)=3484,28 Eyni zamanda Qanunun 29.1-ci maddəsinə əsasən xx.xx.2023-cü il tarixindən İddiaçı əmək pensiyasının məbləği indeksləşdirilərək 3996,46 manata çatdırılmışdır: - 3484,28+3484,28x14,7%=3996,46 Pensiya xx.xx.2014-cü il tarixli məhkəmə qərarına əsasən keçmiş rayon şöbəsi tərəfindən hesablanan zaman 2000-2002-ci illər üzrə 1377,54 manat məbləğindən 51 manat orta aylıq əmək haqqına qoyulan məhdudiyyət məbləği çıxılmadan hesablanmışdır: 1377,54x85%=1170,90 “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun xx.xx.2017-ci il tarixinədək qüvvədə olan 26.1-ci maddəsinə görə həmin məbləğdən 25 manat baza hissə çıxılmış və pensiyanın sığorta hissəsi 1145,91 manat müəyyən edilmişdir: xx.xx.2006- 1170,90-25=1145,90. Həmin məbləğin xx.xx.2008-ci il tarixinə indeksləşdirilmiş məbləği 1448,25 manat müəyyən edilmişdir (pensiya uçot vərəqində qeyd edilmişdir). Həmin məbləğin xx.xx.2019-cu il tarixinə indeksləşdirilmiş məbləği 2705,70 manat təşkil edir. Beləliklə, xx.xx.2019-cu il tarixindən illər üzrə iddiaçının aldığı əmək pensiyasının məbləği aşağıdakı kimi olmalıdır: xx.xx.2019- 2705,70+119,76(baza hissə)=2825,46 manat; xx.xx.2020- 2825,46+2825,46x16,6%=3294,46 manat; xx.xx.2021- 3294,46+3294,46x11,4%=3670,02 manat; xx.xx.2022- 3670,02+3670,02x3,4%=3794,81 manat; 01.1.2023- (3794,81+(200:12))+3811,48x14,7%=4371,75 manat. Bu hallar cavabdehin xx.xx.2024-cü il tarixli mütəxəssis rəyi ilə öz təsdiqini tapmışdır. Qeyd edilməlidir ki, “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 78-ci maddəsinə əsasən pensiya hesablanarkən müvafiq icra hakimiyyəti orqanı tərəfindən respublika üzrə pensiya hesablanması üçün təsdiq olunan orta əmək haqqının üçqat məbləğindən artıq olmayan orta aylıq əmək haqqı nəzərə alınır. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.1997-ci il tarixli 625 nömrəli Fərmanının 2-ci hissəsi ilə müəyyən edilmişdir ki, Qanunun 78-ci maddəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir. “Pensiya hesablanması üçün respublika üzrə orta aylıq əmək haqqının təsdiq olunması barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 23 iyul tarixli 159 nömrəli qərarının 1-ci bəndinə əsasən “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikası Qanununun 1998-ci il avqustun 1-dən qüvvəyə minən maddələrinə əsasən pensiya hesablanması üçün respublika üzrə orta aylıq əmək haqqı 60 min manat məbləğində təsdiq edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 21 avqust tarixli 108 nömrəli qərarı ilə isə "Vətəndaşların pensiya təminatı haqqında" Azərbaycan Respublikası Qanununun 89-cu maddəsinə müvafiq olaraq pensiyanın hesablanması üçün orta aylıq əmək haqqının məbləği 60 min manatdan 85 min manata qaldırılmış, bu məbləğ xx.xx.2007-ci il tarixədək qüvvədə olmuşdur. Dövlət Sosial Müdafiə Fondunun 2007-ci il 24 sentyabr tarixli, 6 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun qüvvəyə mindiyi günədək qüvvədə olmuş qanunvericilik üzrə təyin edilmiş əmək pensiyalarının yenidən hesablanması” Qaydalarına əsasən: - Bənd 2.1. Qanunun qüvvəyə minməsindən əvvəl təyin edilmiş yaşa görə əmək pensiyasının (bütün əlavələr, müxtəlif güzəştlərin ləğvi ilə bağlı kompensasiyalar və digər ödəmələrlə birlikdə) ümumi məbləği dəyişdirilmədən qanunun müddəalarına uyğun şərti çevrilməsi aparılır. Bu məqsədlə qanun qüvvəyə minənədək təyin olunmuş əmək pensiyasının (bütün əlavələr, müxtəlif güzəştlərin ləğvi ilə bağlı kompensasiyalar və digər ödəmələrlə birlikdə) ümumi məbləğindən yaşa görə əmək pensiyasının xx.xx.2006-cı il tarixə müəyyən edilmiş baza hissəsi çıxıldıqdan sonra yerdə qalan məbləğ əmək pensiyasının sığorta hissəsi kimi müəyyənləşdirilir. - Bənd 2.1-1. Bu Qanunun qüvvəyə mindiyi 01 yanvar 2006-cı il tarixədək orta aylıq əmək haqqına məhdudiyyət (Qanunun 20-ci maddəsində göstərilən vəzifələr üzrə əməkhaqqı istisna olmaqla) tətbiq edilməklə hesablanmış yaşa görə əmək pensiyaları, həmin əmək haqqının tam məbləği əsas götürülməklə 01 yanvar 2008-ci il tarixdən yenidən hesablanır və 01 yanvar 2008-ci il tarixədək olan dövr üzrə pensiyaların hesablanmasına, indeksləşdirilməsinə və ödənilməsinə şamil edilmir. Bu qayda eyni zamanda əlilliyə və ailə başçısını itirməyə görə əmək pensiyalarının yenidən hesablanmasına da şamil olunur. - Misal 3-1. xx.xx.2005-ci il tarixdə 31 il sosial sığorta stajı, 115 manat orta aylıq əmək haqqı olan şəxsə “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci və 78-ci maddələrinə uyğun olaraq orta aylıq əmək haqqının 51 manatı nəzərə alınmaqla 36,72 manat yaşa görə əmək pensiyası təyin edilmişdir (51 manat x 72%= 36,72 manat). xx.xx.2006-cı il tarixdə şəxsin pensiyasının ümumi məbləği dəyişdirilmədən Qanunun müddəalarına uyğun şərti çevrilməsi aparılaraq baza hissəsi 25 manat və sığorta hissəsi 11,72 manat (36,72 manat - 25 manat = 11,72 manat) müəyyənləşdirilmişdir. "Yaşa görə əmək pensiyasının baza hissəsinin artırılması haqqında" xx.xx.2006-cı il tarixli 1394 nömrəli, xx.xx.2006-cı il tarixli 1683 nömrəli, xx.xx.2006-cı il tarixli 1847 nömrəli, “Əmək pensiyalarının baza hissəsinin artırılması haqqında" xx.xx.2007-ci il tarixli 2578 nömrəli və "Əmək pensiyasının sığorta hissəsinin və sığortaolunanların fərdi hesablarının sığorta hissəsində toplanan pensiya kapitalının indeksləşdirilməsi haqqında" xx.xx.2007-ci il tarixli 1897 nömrəli və "Əmək pensiyalarınm sığorta hissəsinin indeksləşdirilməsi haqqında" xx.xx.2008-ci il tarixli 2665 nömrəli Azərbaycan Respublikası Prezidentinin sərəncamlarına müvafiq olaraq şəxsin əmək pensiyası yenidən hesablanaraq xx.xx.2008-ci il tarixdən məbləği 74,81 manat (60 manat baza hissəsi, 14,81 manat sığorta hissəsi) təşkil etmişdir. Bu Qanunun qüvvəyə mindiyi 01 yanvar 2006-cı il tarixədək orta aylıq əmək haqqına məhdudiyyət tətbiq edilməklə hesablanmış əmək pensiyaları həmin əmək haqqının tam məbləği əsas götürülməklə 01 yanvar 2008-ci il tarixdən yenidən hesablandığı üçün şəxsin pensiyası 120,89 manat məbləğində yenidən hesablanır (115 manat - 51 manat = 64 manat x 72%= 46,08 manat+74,81 manat= 120,89 manat). Göründüyü kimi, qanunverici orta aylıq əmək haqqına məhdudiyyət tətbiq edilməklə hesablanmış əmək pensiyalarını 01 yanvar 2008-ci il tarixdən yenidən hesablayarkən orta aylıq əmək haqqının 51 manatı nəzərə alınmaqla hesablanmasını müəyyən etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”na əsasən: - 6.1. Əmək pensiyaları aşağıdakı hallarda yenidən hesablanır: 6.1.4. əmək pensiyaçısının müraciəti, yaxud Fondun fəaliyyət istiqamətlərinə uyğun olaraq apardığı yoxlamalar nəticəsində əmək pensiyasının məbləğinin düzgün hesablanmadığı aşkar edildikdə; İşdən görünür ki, cavabdeh inventarlaşdırma aparmaqla keçirdiyi araşdırma nəticəsində iddiaçıya təyin edilmiş pensiya məbləğinin düzgün olmadığını aşkar etmiş, buna görə də qanunvericiliyin istinad olunan normalarına əsasən ona təyin edilmiş əmək pensiyasını yenidən hesablamış, bu hesablama qanunvericiliyin tələbinə uyğun olmuşdur. İddiaçı cavabdeh tərəfindən sığorta hissəsinin indeksasiyasının həyata keçirilmədiyini göstərsə də, yuxarıda qeyd olunanlarla bu hal təkzib olunur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 70.1-ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33.1, 52, 68, 69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Səlma Salahova
Məhkəmə qərarları › İş №2-1(112)-2145/2024
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2145/2024
29.08.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver