Məhkəmə qərarları › İş №2-1(112)-2148/2021

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-2148/2021

10.02.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-2148/2021 10.02.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi X5 Ağa qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsi Dövlət X1rşı iş üzrə texniki ekspertiza təyin edilərək, ona dəymiş zərərin müəyyənləşdirilməsi və əmlakına dəymiş ziyanın cavabdeh qurum tərəfindən alınıb ona ödənilməsi barədə iddia tələbinə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi-56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsi Dövlət X1rşı iş üzrə texniki ekspertiza təyin edilərək, ona dəymiş zərərin müəyyənləşdirilməsi və əmlakına dəymiş ziyanın cavabdeh qurum tərəfindən alınıb ona ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2020-ci il tarixində, təxminən saat 18:45- 19:45 radələrində, istehsal ili dekabr 2009, dövlət nömrə nişanı **-MM-*** olan Mercedes E350 markalı şəxsi minik avtomobili ilə, oğlu Fuad Qasımzadə ilə birgə fərdi yaşayış evlərinin yerləşdiyi ünvan 1 ünvanından çıxaraq, 9-cu mikroroayon istiqamətində hərəkət edən zaman, “Heydər Məcidi” yaxınlığında maşının mühərrikində yaranmış müvəqqəti nasazlıq səbəbindən (mühərrikin tempraturunun normadan artıq yüksəlməsi) o, oğlundan maşını yolun kənarına çəkməsini istəmiş və qəza xəbardaredici işıqlarını yandırıb, oğlunu maşında saxlayıb, yaxınlıqdakı avtoservis mərkəzinə yollanmışdır. Qayıdan zaman görmüşdür ki, nə maşını, nədə ki, oğlu yoxdur. Telefonu evdə unutduğu üçün oğlu ilə, həmin an əlaqə saxlaya bilməmişdir. Məcbur qalıb, piyada evə geri dönmüşdür. Bir az keçmiş, arxasınca oğlu da, taksi ilə evə qayıdaraq bildirmişdir ki, maşınlarını Bakı şəhər Baş Polis İdarəsi Dövlət X2 xidməti əməkdaşları müvəqqəti saxlama (cərimə) meydançasına aparmılar. 366 nömrəli DYP xidməti avtomobilində olan əməkdaşlar maşınlarına yaxınlşmış, əməkdaşlardan biri öz mobil telefonu ilə başlayıb oğlunun sükan arxasında telefonla danışığının foto görüntüsünü qeyd etməyə. Bu zaman oğlu ona bildirib ki, çəkirsizsə, çəkin, o, hərəkətsiz dayanmış, maşında telefonu ilə danışır. Oğlunun bu şəkildə danışması DYP əməkdaşının xoşuna gəlməmiş, ad, soyadını soruşmuşlar. Oğlu, adını və soyadını bildirəndə, adını bilmədikləri yol polis əməkdaşı əlindəki planşetə baxaraq oğluna bildirib ki, etibarnaməsi olmadığı üçün maşını müvəqqəti saxlanma (cərimə) meydançasına aparacaqlar. Oğlu, polis əməkdaşlarına maşının mühərrikində müvəqqəti problem yarandığını və bu səbəbdən, atasının bura 300 metrə yaxınlıqda yerləşən avtoservisdən usta gətirməyə getdiyini deməsinə baxmayaraq DYP əməkdaşları oğlunun sözlərinə əhəmiyyət verməmiş, hərəkətsiz olan nasaz minik maşınını 20-30 metr qabağa hərəkət etdirməsini oğlundan tələb etmiş, təzyiq edərək (üzərinə qışqıraraq, qorxutmuşlar) irəli hərəkət etdirən zaman riyarkarcasına video görüntüsünü qeyd etmiş və istədiyinə nail olduqdan sonra oğlunu sükan arxasından düşürdərək, özü sükan arxasına əyləşmiş, Binəqədi rayonu ərazisindən, Yasamal rayonunda olan müvəqqəti saxlanma (cərimə) meydançasınadək idarə edərək aparmışlar. Oğlu nə qədər israrla DYP əməkdaşlarına bildirsə də ki, maşının mühərrikinə ciddi ziyan yetirərsiniz saxlayın, “Evakuasiya xidməti” çağırın, sonra nə istəyirsiz edin, DYP əməkdaşı saymamazlıq edərək, yollarına davam etmişlər. Oğlunun bildirməsinə görə maşının müvəqqəti saxlanma meydançasına çatmasına təxminən 50-100 metr qalmış, minik avtomobilinin mühərrikində güclü səs-küy yarandığını eşitmişdir. Bəlkə də, artıq nəqliyyat vasitəsinin mühərriki sıradan çıxmışdır. DYP əməkdaşları maşını cərimə meydançasına salaraq, açarını oğlunun üzərinə atmış və xidməti maşınlarına əyləşərək heçnə bildirmədən oradan uzaqlaşmışlar. Hesab edir ki, avtomobilin mühərrikinə ciddi ziyan vurulmuşdur. DYP xidmət əməkdaşlarının onun əmlakı ilə bu cür qanunazidd davranışı ilə bağlı o, dərhal DİN 102 qaynar xəttinə və DYP 902 qaynar xəttinə zəng vuraraq, baş vermiş hadisəni təfərrüatı ilə danışmış, həmin qurumun sözügedən əməkdaşlarının hərəkətlərindən şikayət etmişdir. Ertəsi gün hüquq mühafizə orqanlarının rəhbərlərinə şikayətlər ünvanlayaraq, məsələnin araşdırılmasına və həmin DYP xidmətinin əməkdaşları haqqında qanuna müvafiq tədbir görülməsini xahiş etmişdir. Baş Dövlət X4 ünvanlanan şikayətinə vaxtında, bilərəkdən, cavab verilmir ki, zaman ötdükdən sonra DYP xidməti əməkdaşının onun minik avtomobilini idarə etməsinə dair video görüntünün əldə edilməsi mümkünsüz olsun. Bununla da, məsuliyyətdən boyun qaçırmış olsunlar. Cavabdeh işin məhkəməyə yönəldiyinə dair məlumat əldə etdiyi zaman xx.xx.2020-ci il tarixində oğlunun telefonuna guya maşını etibarnaməsiz idarə etdiyinə dair 40 AZN cərimə yazılması barədə mesaj göndərilmişdir. Bir ay tamam olmağına az qalmış protokol yazılmışdır. Maşın bugünədək cərimə meydançasındadır. Dəymiş ziyanın miqdarını bilmədikləri üçün maşını ordan çıxara bilmir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İnzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İş üzrə hazırlıq iclası xx.xx.2021-ci il tarixə təyin edilmiş, məhkəmə iclasında məhkəmə iddianın mümkünlük məsələsini həll etməyi zəruri saymışdır. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə lazımı qaydada məlumat verilməsinə baxmayaraq iddiaçı məhkəmə iclasına gəlmiş, cavabdehin nümayəndəsi isə gəlməmişdir. Məhkəmə hesab edir ki, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxıla bilər. Məhkəmə iddia ərizəsini və iş materiallarını nəzərdən keçirib hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, iddia ərizəsinin məzmunundan və iş materiallarından müəyyən olunmuşdur ki, xx.xx.2020-ci il tarixdə iddiaçının oğlu Fuad Qasımzadə “Mercedes” markalı, **-MM-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhərinin H.Babaşov küçəsində hərəkətdə olarkən hərəkətinin xarakteri nəqliyyat vasitəsini idarə etmək qabiliyyətində olmasına şübhə doğurduğu üçün YPX əməkdaşları tərəfindən saxlanılmışdır. Yoxlama zamanı F.Qasımzadənin etibarnamə olmadan nəqliyyat vasitəsini idarə etməsi müəyyən edildiyindən avtomobil mühafizə olunan duracağa yerləşdirilmiş və törətdiyi qayda pozuntusuna görə barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Göründüyü kimi, hazırki mübahisənin predmetini yol hərəkəti qaydalarının pozulması nəticəsində cavabdehin iddiaçının oğlu barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.1-ci maddəsinə əsasən inzibati xəta haqqında protokol tərtib etməsi ilə müşaiyət olunan hərəkətləri nəticəsində dəymiş ziyanın ödənilməsi təşkil edir. Məhkəmə hesab edir ki, iddiaçı həmin inzibati xəta haqqında protokolun qanuniliyini mübahisələndirməli olduğundan və avtomobilə dəymiş zərərin ödənilməsi tələbi də, hüquqi müqəddaratı inzibati xəta haqqında protokolun ləğv edilməsi ilə bağlı mübahisənin həllindən bilavasitə asılı olan digər törəmə tələb olduğundan, inzibati icraat qaydasında baxılmalı olan işlər inzibati xətalara dair işlər üzrə fəaliyyətə şamil olunmadığından, iddiaçının mövcud iddia tələbinin inzibati icraat qaydasında baxılması mümkün hesab edilə bilməz. Habelə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından (protokolundan) məhkəməyə verilən şikayət – şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilməli olduğundan; iddiaçının mövcud iddia tələbi mümkün sayılmamalı və iddiaçının olduğu yeri üzrə rayon məhkəməsinə (ümumi məhkəməyə) müraciət etmək hüququ izah olunmalıdır. Məhkəmə eləcə də qeyd etməyi zəruri hesab edir ki, iddiaçının tələbində göstərdiyi “dəymiş maddi ziyanın müəyyənləşdirilməsi üçün texniki ekspertiza təyin edilməsi” tələbi əslində iddia tələbi şəklində irəli sürülməli olan tələb olmayıb, işə mülki məhkəmə icraatı qaydasında baxılan zaman məhkəmə qarşısında vəsatət şəklində qaldırılmalı olan məsələdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 3.2.2-ci maddəsinə əsasən, bu qanunun müddəaları Azərbaycan Respublikasının qanunvericiliyi ilə inzibati orqan kimi müəyyən (təsnif) edilmiş orqanların inzibati xəta haqqında işlər üzrə fəaliyyətinə şamil olunmur. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2015-ci il tarixli 4 saylı qərarının 1-ci bəndinə əsasən, mübahisənin məhkəmə aidiyyəti müəyyənləşdirilərkən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə «MPM») 24- 26-cı və 30-cu maddələri, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə «İPM») 2-ci maddəsi, habelə həmin Məcəllənin XV, XVİ, XVİİ və XVİİİ fəsillərinin aidiyyətlə bağlı müddəaları rəhbər tutulmalıdır. Həmin qərarın 2-ci bəndinə əsasən, nəzərə alınmalıdır ki, mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir. Həmin Qərarın 3.1-ci bəndinə əsasən, xüsusi hüquq, onun subyektləri olan fiziki və hüquqi şəxslər arasında yaranan hüquq münasibətlərini tənzimləyir; xüsusi hüquq münasibətlərinin tərəfləri bərabər mövqedədir, onlar öz iradələrini ifadə etməkdə sərbəstdirlər və heç biri digərinə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etmir. Ümumi (publik) hüquq isə, publik hakimiyyət daşıyıcıları (Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs) ilə fiziki və ya hüquqi şəxslər arasında olan münasibətləri tənzimləyir. Bu münasibətlərdə inzibati orqan qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirir və digər tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinə əsasən, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət – şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2015-ci il tarixli 5 saylı qərarında qeyd edilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Həmin Qərarın 17-ci bəndinə əsasən, mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin iddianın mümkünlüyünü müəyyən edən 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qanunvericiliyin tələbinə əsasən, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın məhkəmə tərəfindən mümkün sayılması üçün vacib şərtlər-tərəfin məhkəməyə müraciət etməsinə əsas verən mübahisənin mövcudluğu, tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddianın subyektiv hüquqa malik olan şəxs tərəfindən verilməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 35, 80, 85-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddiaçı iddiası mümkün sayılmasın. İddiaçı aidiyyəti üzrə rayon məhkəməsinə (ümumi məhkəməyə) müraciət etmək hüququ izah olun. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına şikayət verilə bilər. Hakim Aygün Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar