Məhkəmə qərarları › İş №2-1(112)-2148/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2148/2022

19.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2148/2022 19.10.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi, Əsgərzadə Qələmzər Nizami qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən yaşa görə əmək pensiyasının təyin edilməsindən imtinanın qanunsuz hesab edilməsi və yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı X7 xx xxxxxx 1958-ci ildə Cəbrayıl rayonunun Xələfli kədində doğulmuş, 05 dekabr 1980-ci il tarixdə Cəbrayıl rayonu Qumlaq icra nümayəndəliyində 23 nömrə ilə qeydiyyatdan keçməklə X9 ilə ailə həyatı qurmuşdur. Nikah bağlandıqdan sonra ona Əsədova soyadı verilmişdir. İddiaçı 03 oktyabr 1975-ci ildə Cəbrayıl rayonu Xələfli stansiyasındakı məktəbdə kitabxana müdiri və kargüzarlıq vəzifəsinə təyin edilmişdir. 1976-cı ildə Y.Məmmədəliyev adına X15 İnstitutuna daxil omuş, 1980-ci ildə həmin İnstitutu Azərbaycan dili və Ədəbiyyatı ixtisası üzrə bitirmiş, Dövlət İmtahan Komissiyasının 28 iyun 1980-ci il tarixli qərarı ilə ona orta məktəbdə Azərbaycan dili və Ədəbiyyat ixtisası verilmişdir. 01 sentyabr 1980-ci ildə Xələfli stansiyası kənd orta məktəbinə ixtisası üzrə müəllim təyin edilmiş, 01 sentyabr 1985-ci ildə həmin kənd orta məktəbin müəllimliyindən ərizəsinə əsasən azad edilmişdir. 01 sentyabr 1985-ci ildən yaşayış yeri dəyişdiyindən Xələfli kənd orta məktəbinə ixtisası üzrə müəllim təyin edilmişdir. 10 may 1994-cü ildə Cəbrayıl rayonu işğal olunduğundan Nazirlər Kabinetinin 181 saylı 10 may 1994-cü il tarixli Qərarına əsasən İddiaçı adı, dondurulmuş əmək haqqı alanların siyahısına salınmış və ona orta aylıq əmək haqqı ödənilmişdir. 30 dekabr 2016-cı il tarixdə Nazirlər Kabinetinin 10 may 1994-cü il tarixli 181 saylı Qərarının müddəti artırılmadığına görə dondurulmuş orta aylıq əmək haqqı dayandırılaraq onun adı ehtiyat kadr siyahısına salınmışdır. 18 may 2019-cu il tarixdə Əmək Məcəlləsinin 68-ci maddəsinin “b” bəndinə müvafiq olaraq İddiaçı ilə olan əmək müqaviləsinə xitam verilmiş və Cəbrayıl rayonunun müəllimliyindən azad olunmuşdur. 2020-ci ilin sentyabr ayında İddiaçı, ona pensiya təyin edilməsi üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filiala müraciət etmişdir. Onun ərizəsinə 06 noyabr 2020-ci il tarixli **********9 saylı pensiya təyin edilməsinin mümkün olmaması haqqında məktubla cavab verilmişdir. Həmin imtina məktubu ilə razılaşmadığından 2021-ci ilin aprel ayında təkrarən ərizə ilə müraciət edərək İddiaçı pensiya təyin edilməsini xahiş etmişdir. Qeyd olunan müraciətə cavabdeh 05 iyul 2021-ci il tarixli **********8 saylı məktubla cavab verərək İddiaçı pensiya təyin edilməsindən imtina edilmişdir. Həmin imtina məktubu ilə razılaşmır. İddiaçı əmək kitabçasında qeyd edilən xx.xx.1980-ci il tarixdən xx.xx.2006-cı il tarixədək Cəbrayıl rayonu Xələfli kənd orta məktəbindəki iş stajının düzgünlüyünü araşdırmağa heç bir ehtiyac və zərurət yoxdur. Belə ki, bu barədə onun adına qanunla müəyyən olunmuş qaydada tərtib və təsdiq edilmiş əmək kitabçası vardır. Həmin əmək kitabçasında aparılmış qeydiyyatların həqiqiliyinə şübhə doğuran heç bir hal yoxdur. İmtina məktubununun ziddiyyətli məqamlarından biri də ondan ibarətdir ki, 5-ci abzasının əvvəlində Cəbrayıl rayon Təhsil şöbəsinin əmr və mühasibat sənədlərinin işğal zonasında qalması səbəbindən xx.xx.1980-ci il tarixdən xx.xx.1993-cü il tarixədək İddiaçı sığorta stajının araşdırılmasının mümkün olmaması göstəririlir. Həmin cümlənin arxasınca isə xx.xx.1993-cü il tarixdən 2003-cü il tarixədək Xələfli kənd orta məktəbin əmək haqqı cədvəllərində İmanova Zərifə (ata adı qeyd olunmadığı), 2003-cü ilin əmək haqqı cədvəllərində X11, 2004-cü ildə İmanova Zərifə (ata adı qeyd olunmadığı), 2005-ci ildə X11 olduğunun qeyd edilməsi, həmin illərin Qanuna müvafiq olaraq ümumi iş stajınıza daxil edilmədiyi bildirilir. Belə olduğu halda göstərilən əsasla İddiaçı pensiya təyin olunmasından imtina olunması qanunsuz və əsassızdır. Ona görə iddia təmin olunmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İnzibati Prosessual Məcəllənin 49-cu maddəsinə uyğun olaraq, işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinin tələblərinə uyğun olaraq iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə təqdim edilmiş və bildirilmişdir ki, iddiaçı iddia ərizəsində cavabdehin xx.xx.2020-ci il tarixli **********9 nömrəli imtinasının əsassız hesab olunması, işlədiyi dövrlərin sosial sığorta stajına daxil edilməklə yaşa görə pensiyanın təyin olunması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı xx.xx.1975-xx.xx.2006-cı illərdə Cəbrayıl rayonu Xələfli kənd orta məktəbində işlədiyini iddia edir. Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən İddiaçı işlədiyini iddia etdiyi Cəbrayıl rayonu Xələfli kənd orta məktəbinin əmr və mühasibat sənədlərinin işğal zonasında qalması səbəbindən xx.xx.1980-ci il tarixdən xx.xx.1993-cü il tarixədək sığorta stajının araşdırılması mümkün olmamışdır. Buna görə ona yaşa görə əmək pensiyasınının təyin edilməsindən əsaslı olaraq imtina edilmişdir. Hesab edilir ki, iddiaçının iddia tələbi əsassızdır və aşağıda qeyd olunan əsaslara görə məhkəmə tərəfindən təmin edilməməlidir: Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən, 63 il yaşına çatmış kişilərin və 60 il yaşına çatmış qadınların (1 iyul 2019 - 30 iyun 2020-ci illər üçün) fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Bu Qanunun 7ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. AR ƏƏSMN-nin Kollegiyasının xx.xx.2017-ci il tarixli, 17 saylı Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən, əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarını 3.1-ci maddəsinə əsasən, sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilən zaman Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı və Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı nəzərə alınır. Qeyd edilən normanın məzmunundan göründüyü kimi iddiaçının yaşa görə pensiya hüququ 61 yaş 6 ayla xx.xx.2020-ci il tarixində yaranır. Bunun üçün isə Qanunda göstərilmiş iki şərtdən biri mövcud olmalıdır: 1) fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, 2) pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda. Həmin Qanunun 22-1.1-ci maddəsinə əsasən 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunanın əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2006-cı il yanvarın 1-dək olan sığorta stajı bu Qanunun 22-1.2-ci maddəsinə uyğun olaraq hesablanır. Qanunun 22-1.5-ci maddəsinə əsasən 2019-cu il yanvarın 1dək “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən təyin edilmiş sosial müavinətlərin bu Qanunun 22-1.2-ci maddəsi tətbiq edilərək əmək pensiyalarına keçirilməsinə yol verilmir. Azərbaycan Respublikasında vətəndaşların əmək pensiyası hüquqlarının yaranmasının əsasları, bu hüquqların həyata keçirilməsi qaydaları və əmək pensiyası təminatı sistemi “Əmək pensiyaları haqqında” Qanunla müəyyən edilir. Həmin Qanunun - 1.0.1-ci maddəsinə əsasən, əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra - sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir; 1.0.2-ci maddəsinə əsasən, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsizamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Azərbaycan Respublikası MPM-in 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın - yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi - şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi - həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü - məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. İş materiallarına əlavə edilmiş iddiaçıya məxsus əmək kitabçasında qeyd edilən xx.xx.1980-ci il tarixdən xx.xx.2006-cı il tarixədək Cəbrayıl rayonu Xələfli kənd orta məktəbindəki iş stajının düzgünlüyünü araşdırmaq üçün cavabdeh tərəfindən Fondun Cəbrayıl rayon filialına sorğu göndərilmişdir. Cəbrayıl rayon şöbəsinin xx.xx.2020-ci il tarixli aktında Cəbrayıl rayon Təhsil şöbəsinin əmr və mühasibat sənədlərinin işğal zonasında qalması səbəbindən xx.xx.1980-ci il tarixdən xx.xx.1993-cü il tarixədək sığorta stajının araşdırılmasının mümkün olmaması göstərilmişdir. Həmçinin xx.xx.1993-cü il tarixdən 2003-cü il tarixədək Xələfli kənd orta məktəbinin əmək haqqı cədvəllərində bəzi illərdə iddiaçının ad, ata adı və soyadı “İddiaçı” deyil, X4 qeyd edilmişdir. Bəzi illərdə isə ata adı ümumiyyətlə qeyd edilməmişdir. Bunlarla yanaşı, əmək kitabçasında xx.xx.1975-ci il tarixdə eyni vaxtda məktəbə kitabxana müdiri və kargüzar vəzifəsinə təyin edildiyi qeyd edilsə də, işdən azad edilmə tarixi göstərilməmişdir. Yuxarıda qeyd edilən əsaslar İddiaçı həmin dövrlərdə əmək fəaliyyətinin doğruluğuna əsaslı şübhələr doğurur. Belə olan halda iddiaçıya yaşa görə pensiyanın təyin edilməsi üçün tələb olunan sosial sığorta stajı və ya pensiya kapitalı tamamlanmadığına görə, ona yaşa görə pensiyanın təyin edilməsi mümkün olmamışdır. Yuxarıda qeyd edilənləri, AR MPM-in 154-cü və AR İPM-in 47-ci maddələrinin tələblərini rəhbər tutaraq İddiaçı iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil xx.xx.2022-ci il tarixli məhkəmə iclasında iddia tələbinə dəqiqləşmə barədə ərizə təqdim edərək, xx.xx.2020-ci il tarixdən İddiaçı yaşa görə pensiya təyin edilməsi öhdəliyinin cavabdeh ƏƏSMN-in tabeliyində DSMF-nin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına həvalə edilməsini xahiş etmişdir. Məhkəmənin eyni tarixli qərardadı ilə iddia tələbi dəqiqləşdirilmiş şəkildə icraata qəbul edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya etiraz edərək tələbin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməlidir. İş materiallarında olan elektron məhkəmə informasiya sistemindən əldə edilmiş AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsi məlumatından müəyyən olunur ki, xx.xx.1958-ci il təvəllüdlü Əsədova X5 rayonu, Xələfli ərazi dairəsi, Xələfli kəndi ünvanında qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş AZ-T № 013769 nömrəli, xx.xx.2019-cu il tarixli nikah haqqında şəhadətnaməyə əsasən X9 ilə X7 xx.xx.1980-ci ildə nikahlarını bağlamışlar. Bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında xx.xx.1980-ci il tarixdə 23 nömrəsi ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə Əsədov, arvada Əsədova soyadı verilmişdir. İş materiallarında olan Г-İ № 035624 nömrəli, xx.xx.1980-ci il tarixli diplomuna əsasən X7 1976-cı ildə Y.Məmmədəliyev adına X15 İnstitutuna daxil omuş, 1980-ci ildə həmin İnstitutu Azərbaycan dili və Ədəbiyyatı ixtisası üzrə tam kursu bitirmiş, Dövlət İmtahan Komissiyasının 28 iyun 1980-ci il tarixli qərarı ilə ona orta məktəbdə Azərbaycan dili və Ədəbiyyat ixtisası verilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.1975-ci il tarixli əmək kitabçasının surətindən görünür ki, İddiaçı xx.xx.1975-ci ildə Cəbrayıl rayonu Xələfli stansiyasındakı məktəbdə kitabxana müdiri və kargüzarlıq vəzifəsinə təyin edilmiş, xx.xx.1980-ci ildə Xələfli kənd orta məktəbinə ixtisası üzrə müəllim təyin edilmiş, xx.xx.1985-ci ildə ərizəsinə əsasən azad edilmişdir. xx.xx.1985-ci ildə yaşayış yerini dəyişdiyindən ərizəsinə əsasən Xələfli kənd orta məktəbinə ixtisası üzrə müəllim təyin edilmiş, xx.xx.1994-cü ildə Cəbrayıl rayonu işğal olunduğundan Nazirlər Kabinetinin 181 saylı 10 may 1994-cü il tarixli Qərarına əsasən X3 adı dondurulmuş əmək haqqı alanların siyahısına salınmış və ona orta aylıq əmək haqqı ödənilmişdir. xx.xx.2016-cı ildə Nazirlər Kabinetinin 10 may 1994cü il tarixli 181 saylı Qərarının müddəti artırılmadığına görə dondurulmuş orta aylıq əmək haqqı dayandırılaraq adı ehtiyat kadr siyahısına salınmışdır. xx.xx.2019-cu il tarixdə Əmək Məcəlləsinin 68-ci maddəsinin “b” bəndinə müvafiq olaraq əmək müqaviləsinə xitam verilmiş və rayonun müəllimliyindən azad edilmişdir. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Təhsil Nazirliyi Cəbrayıl rayon Təhsil şöbəsinin xx.xx.2022-ci il tarixli, 21 nömrəli məktubunda bildirilmişdir ki, Cəbrayıl rayonu 23 avqust 1993-cü il tarixində işğal olunduğu zaman şöbəyə aid bütün arxiv sənədləri işğal ərazisində qalmışdır. Bununla əlaqədar olaraq iddiaçı xx.xx.1958-ci il təvəllüdlü İddiaçı xx.xx.1975-ci il tarixli əmək kitabçası qeydlərinin mötəbərliliyi barədə məlumatların (xx.xx.1980-xx.xx.1994-cü ilə qədər olan əmək kitabçası qeydlərinin yazı dili, yazı qrafikası, möhür əksləri, əmrlərin tarixi və nömrələri üzrə) həqiqiliyinin tərəflərindən müəyyən edilməsi mümkün deyildir. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Təhsil Nazirliyi Şərqi Zəngəzur Regional Təhsil İdarəsi Cəbrayıl rayon Təhsil sektorunun xx.xx.2022-ci il tarixli, 34 nömrəli məktubunda bildirilmişdir ki, Cəbrayıl rayonu 23 avqust 1993-cü il tarixində işğal olunduğu zaman, arxiv sənədləri işğal ərazisində qaldığı üçün 1993-cü ildən 2006-cı ilədək işğaldan əvvəlki dövrlərə aid hüquqi əhəmiyyətli faktlara vətəndaşların işlədiyi müəssisələrin əməkdaşlarının, müəssisələrin rəhbərlərinin iştirakı ilə tutulmuş aktlar, şahid ifadələri, yazılmış izahatlar əsasında qiymət verilirdi. Lakin 2006cı ildən sonra məcburi köçkünlərin işğaldan əvvəlki dövrlərə aid hüquqi əhəmiyyətli faktlarının müəyyən edilməsi məhkəmələr tərəfindən icra olundu. Cəbrayıl rayon sakini xx.xx.1958-ci il təvəllüdlü İddiaçı Xələfli kənd orta məktəbində müəllim vəzifəsinə təyin edilməsi, azad edilməsi və yenidən təyin edilməsi ilə bağlı qeydlər (uyğun olaraq xx.xx.1980-ci il tarixli, 211 nömrəli əmr, xx.xx.1985-ci il tarixli, 233 nömrəli əmr, xx.xx.1985-ci il tarixli, 234 nömrəli əmr) işlədiyi müəssisənin əməkdaşlarının iştirakı ilə bağlanmış akt və vətəndaş tərəfindən yazılmış izahat əsasında əmək kitabçasına yazılaraq rəsmiləşdirilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Təhsil Nazirliyinin ünvan 2 ünvanladığı xx.xx.2022-ci il tarixli, xx-xx-1019/10 nömrəli məktubunda bildirilmişdir ki, sizin xx.xx.2022-ci il tarixli, 19VB-156/22 nömrəli məktubunuza cavab olaraq bildirilir ki, 1969-1981-ci illərdə X8 və 1981-1985-ci illərdə isə X12 həqiqətən Cəbrayıl rayon Təhsil Şöbəsində müdir vəzifələrində çalışıblar. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialının xx.xx.2022-ci il tarixli, **********7 nömrəli məktubu ilə təqdim edilmiş sığortaolunan X3 (SSN: **********729) xx.xx.2006-cı il tarixdən xeyrinə ödənilmiş məcburi dövlət sosial sığorta haqları barədə məlumatlardan görünür ki, 2006-cı ilin yanvar ayından dekabr ayına kimi, 2015-ci ilin yanvar ayından dekabr ayına kimi, 2016-cı ilin yanvar ayından dekabr ayına kimi məcburi dövlət sosial sığorta haqları ödənilmişdir. Cavabdeh orqan tərəfindən təqdim olunmuş inzibati icraat materiallarından görünür ki: - DSMF Cəbrayıl rayon filialının pensiya təminatı şöbəsinin baş mütəxəssisi X13, ÜDSY-nin təminatı şöbəsinin böyük mütəxəssisi X14 və Cəbrayıl rayon Dövlət Arxivinin müdiri X1 iştirakı ilə xx.xx.2020-ci il tarixdə tərtib edilmiş aktda qeyd olunmuşdur ki, akt tərtib edildi ondan ötəri ki, İddiaçı xx.xx.1980-ci ildən xx.xx.2006-cı ilədək Cəbrayıl rayonu Xələfli kənd orta məktəbində işlədiyi dövrün sığorta stajını Cəbrayıl rayon Dövlət Arxivində yerində qarşılıqlı yoxlanıldı. Müəyyən edildi ki, Cəbrayıl rayon Təhsil şöbəsinin əmr və mühasibat sənədləri işğal zonasında qaldığı üçün vətəndaş İddiaçı xx.xx.1980-ci ildən xx.xx.1993-cü ilə kimi sığorta stajının yoxlanılması mümkün deyil. 01 sentyabr 1993-cü il tarixdən 01 yanvar 2006-cı ilə kimi olan dövrün əmək haqqı cədvəlləri yoxlanıldı. 01 sentyabr 1993-cü ildən 2003-cü ilə kimi Xələfli kənd orta məktəbin əmək haqqı cədvəllərində İmanova Zərifə (ata adı qeyd olunmayıb) qeyd olunub. 2003-cü ilin əmək haqqı cədvəllərində X11, 2004-cü ildə İmanova Zərifə (ata adı qeyd olunmayıb), 2005-ci ildə X11 qeyd edilmişdir. Z.İmanovanın 01 sentyabr 1993-cü il tarixdən 01 yanvar 2006-cı il tarixə kimi almış olduğu əmək haqqından məcburi dövlət sosial sığorta haqqları hesablanaraq Dövlət Sosial Müdafiə Fondunun Cəbrayıl rayon şöbəsinin hesabına ödənilmişdir. - Cəbrayıl Rayon İcra Hakimiyyəti Cəbrayıl Rayon Dövlət Arxivinin xx.xx.2021-ci il tarixli, 60 nömrəli məktubunda bildirilmişdir ki, Cəbrayıl rayonu xx.xx.1993-cü il tarixdə işğal olunan zaman Cəbrayıl rayon Təhsil şöbəsinin və Xələfli kənd orta məktəbin arxiv sənədləri işğal zonasında qaldığı üçün (İmanova) İddiaçı işə girməsi və işdən çıxması haqqında heç bir məlumat yoxdur. Həmin məktubla təqdim edilmiş Xələfli kənd orta məktəbin əməkhaqı cədvəllərinə əsasən (İmanova) İddiaçı əməkhaqqı cədvəllərinin çıxarışlarına əsasən 1993-cü ilin avqust ayından 2006-cı ilin dekabr ayına kimi əməkhaqqı almışdır. - Naxçıvan Muxtar Respublikasının Dövlət Arxiv İdarəsi tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialına ünvanlanmış xx.xx.2021-ci il tarixli, 02/129 nömrəli məktubla təqdim edilmiş xx.xx.2021-ci il tarixli, 13/1300 nömrəli arxiv arayışında qeyd olunmuşdur ki, Naxçıvan Muxtar Respublikası Dövlət Arxivində mühafizə olunan Naxçıvan Dövlət Universitetinin sənədlərinə baxdıqda müəyyən oldu ki, İmanova (Əsədova) Zərifə Əmirulla qızının xx.xx.1976-cı il tarixli 120 №-li əmrlə əyani şöbənin “Dil-ədəbiyyat” ixtisası üzrə oxuması, xx.xx.1980-ci il tarixli 3\89 №-li əmrlə universiteti bitirməsi əmr kitablarında göstərilmişdir. Əsas: fond - 747, siyahı - 2, sax/vah. - 97,191. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2020-ci il tarixli, **********0 nömrəli pensiyanın təyin olunması haqqında məktubda bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 22-1.5-ci maddəsinə əsasən 2019-cu il yanvarın 1dək “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən təyin edilmiş sosial müavinətlərin bu Qanunun 22-1.2-ci maddəsi tətbiq edilərək əmək pensiyalarına keçirilməsinə yol verilmir. Nəzərinizə çatdırılır ki, siz 3 uşaqlı ana kimi müavinət aldığınız üçün yaşa görə əmək pensiyası hüququnuz yoxdur. - X17 çıxarışa əsasən xx.xx.2019-cu il tarixli, 866 nömrəli qərarla İddiaçı xx.xx.2016-cı il tarixdən 3 və daha çox uşaq doğub 8 yaşınadək tərbiyə etmiş 57 yaşına çatmış qadın olduğuna görə 180 manat məbləğində müavinət təyin edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2020-ci il tarixli, **********9 nömrəli pensiya təyin edilməsinin mümkün olmaması haqqında məktubda bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən müvafiq yaşa çatmış şəxslərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır (kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır). 2020-ci ilin 1 iyul tarixindən qadınların pensiya yaşı 62 yaş müəyyən olunmuşdur. Həmin Qanunun 22- 1.1-ci maddəsinə əsasən 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunanın əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2006-cı il yanvarın 1-dək olan sığorta stajı bu Qanunun 22-1.2-ci maddəsinə uyğun olaraq hesablanır. Qanunun 22-1.5-ci maddəsinə əsasən 2019-cu il yanvarın 1-dək “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən təyin edilmiş sosial müavinətlərin bu Qanunun 22-1.2-ci maddəsi tətbiq edilərək əmək pensiyalarına keçirilməsinə yol verilmir. Əmək kitabçanızda qeyd edilən xx.xx.1980-ci il tarixdən xx.xx.2006-cı il tarixədək Cəbrayıl rayonu Xələfli kənd orta məktəbindəki iş stajınızın düzgünlüyünü araşdırmaq üçün tərəfimizdən Fondun Cəbrayıl rayon filialına sorğu göndərilmişdir. Sorğuya cavab olaraq xx.xx.2020-ci il tarixli aktında Cəbrayıl rayon Təhsil şöbəsinin əmr və mühasibat sənədlərinin işğal zonasında qalması səbəbindən sizin xx.xx.1980-ci il tarixdən xx.xx.1993-cü il tarixədək sığorta stajınızın araşdırılmasının mümkün olmaması, xx.xx.1993-cü il tarixdən 2003-cü il tarixədək Xələfli kənd orta məktəbin əmək haqqı cədvəllərində İmanova Zərifə (ata adı qeyd olunmadığı), 2003-cü ilin əmək haqqı cədvəllərində X11, 2004-cü ildə İmanova Zərifə (ata adı qeyd olunmadığı), 2005-ci ildə X11 olduğu qeyd edilmişdir. Həmin illər qanuna müfaviq olaraq ümumi iş stajınıza daxil edilməmişdir. Eyni zamanda xx.xx.2006-cı il tarixdən xx.xx.2018ci il tarixədək fərdi hesabınızın sığorta hissəsində pensiya kapitalınız qeydə alınmamışdır. Həmçinin xx.xx.2006-cı il tarixədək olan sığorta stajınıza uyğun (3 il) sığorta kapitalınız 2223,90 manat olmaqla tələb olunan 28800 manat sığorta kapitalından azdır və əmək pensiyasının minimum məbləğindən (200 manat) az olmayan pensiya təminatına imkan vermir. Belə ki, “pensiya kapitalınızın məbləğinin sözügedən Qanunun 45-ci maddəsinin birinci cümləsinə və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 6 mart tarixli 377 nömrəli Fərmanının 2.11-ci bəndinə uyğun olaraq müəyyən edilən gözlənilən pensiya ödənişi müddətinə-144 aya bölünməsi ilə alınan məbləğ “Əmək pensiyaları haqqında” Qanunun 6-1.ci maddəsində nəzərdə tutulmuş əmək pensiyasının minimum məbləğindən (200,00) aşağıdır. Əlavə olaraq bildirilir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun .0.18-ci maddəsinə görə sığortaolunanlar əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan fərdi hesabın sığorta hissəsindəki məbləği Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 12 sentyabr tarixli 1597 nömrəli Fərmanı ilə təsdiq edilmiş qaydada xüsusi hesaba əlavə vəsait (26576,10 manat) ödəyərək artırmaqla əmək pensiyasının minimum məbləğində və ya daha yuxarı məbləğdə pensiya təminatının formalaşdırılması imkanına malikdirlər. Müraciətinizə baxılmasının bu məktubda əks olunan nəticəsi ilə bağlı qərarla razı olmadığınız təqdirdə 30 gün müddətində yuxarı inzibati orqana və ya məhkəməyə müraciət etmək hüququnuz vardır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2021-ci il tarixli, **********8 nömrəli yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina olunması haqqında məktubda bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən müvafiq yaşa çatmış şəxslərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Hazırda qadınların pensiya yaşı 62 yaş müəyyən olunmuşdur. Həmin Qanunun 1.0.2-ci maddəsinə uyğun olaraq sosial sığorta stajı (bundan sonra- sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. İddiaçı xx.xx.1975-ci il tarixində tərtib edilmiş əmək kitabçasının və diplomunun surətlərinə əsasən sığorta stajı 3 il 9 ay olmaqla tələb olunan müddətdən (25 ildən) azdır. Eyni zamanda fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı 2781 manat olmaqla tələb olunan pensiya kapitalından (28800 manatdan) azdır. Əlavə olaraq bildirilir ki, Fondun Cəbrayıl rayon şöbəsinin xx.xx.2020-ci il tarixli aktında Cəbrayıl rayon Təhsil şöbəsinin əmr və mühasibat sənədlərinin işğal zonasında qalması səbəbindən İddiaçı xx.xx.1980-ci il tarixindən xx.xx.1993-cü il tarixinədək sığorta stajının araşdırılması mümkün deyildir. Həmçinin xx.xx.1993-cü il tarixindən 2003-cü il tarixinədək Xələfli kənd orta məktəbin əmək haqqı cədvəllərində İmanova Zərifə (ata adı qeyd olunmadığı), 2003-cü ilin əmək haqqı cədvəllərində X11, 2004-cü ildə İmanova Zərifə (ata adı qeyd olunmadığı), 2005-ci ildə X11 olunduğuna görə xx.xx.1985-ci il tarixindən xx.xx.2006-cı il tarixinədək olan dövrlərin araşdırılması imkan xaricindədir. Bu səbəbdən qeyd olunan dövrlərin sığorta stajına əlavə edilməsi qanunauyğun hesab edilmir. Məlumat üçün bildirilir ki, İddiaçı xx.xx.2016-cı il tarixindən yaşa görə sosial müavinət təyin edilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 22- 1.5-ci maddəsinə əsasən 2019-cu il yanvarın 1-dək “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən təyin edilmiş sosial müavinətlərin bu Qanunun 22-1.2-ci maddəsi tətbiq edilərək əmək pensiyalarına keçirilməsinə yol verilmir. Qeyd olunanlara əsasən bildirilir ki, İddiaçı yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab olunmur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 72.1-ci və 73-cü maddələrinə əsasən müraciət barəsində qəbul edilmiş qərarla razılaşmadıqda həmin qərardan inzibati və (və ya) məhkəmə qaydasında şikayət vermək hüququnuz vardır. Beləliklə, işin hallarından müəyyən olunur ki, iddiaçı ona yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, cavabdeh inzibati orqan iddiaçının tələb olunan ümumi iş stajının 25 ildən az olmasına, eləcə də fərdi hesabın sığorta hissəsində tələb olunan məbləğdə pensiya kapitalının olmamasını əsas gətirməklə müraciətin təmin edilməsindən imtina etmişdir. Hazırkı iddiasında iddiaçı cavabdehin imtinasını əsassız hesab edir və ona yaşa görə əmək pensiyasının təyin edilməsini mübahisələndirir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İddia mahiyyət üzrə əsaslıdır. Belə ki, hüquq münasibətlərinin yarandığı dövr “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Qanunun qeyd olunan normasından görünür ki, yaşa görə pensiya təyin edilməsi üçün şəxs qanunla müəyyən edilmiş yaş həddinə çatmalı, sığorta stajından asılı olmayaraq fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməli və ya azı 25 il sığorta stajına malik olmalıdır. Qanunun 7-ci maddəsinin tələbinə əsasən 1 iyul 2019-cü il tarixdən 30 iyun 2020ci il tarixədək qadınların pensiya yaşı 61 yaş 06 ay müəyyən olunmuşdur. İddiaçı xx.xx.1958-ci il təvəllüdlü olmaqla 61 yaş 6 ayını xx.xx.2020-ci il tarixində tamamlamışdır. “Əmək pensiyaları haqqında” Qanunun 1.0.2-ci maddəsinə görə sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Həmin Qanunun 21.1-ci maddəsinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 67-ci maddəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Həmin Qanunun 69-cu maddəsinə əsasən iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli Qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin: -1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. -3-cü bəndinə görə iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 11 dekabr 2017-ci il tarixli 17 nömrəli Qərarı ilə təsdiq edilmiş ““Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın: -3.1-ci bəndinə əsasən sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: 3.1.1. Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; 3.1.2. Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. -3.2-ci bəndinə görə 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.1. əmək kitabçası; 3.2.2. əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 26 dekabr 1996-cı il tarixli 186 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi Qaydaları”nın -1.1-ci bəndinə görə əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəddir. -7.1-ci bəndinə görə bu əsasnamənin 3.10 bəndinə əsasən dublikat almaq hüququna malik olan işçi axırıncı iş yeri üzrə işəgötürənə əmək kitabçası və ona əlavə içliyin verilməsi haqqında müraciət etməlidir. İşəgötürən 15 gün ərzində bu müraciətə baxıb onu həll etməlidir. Əmək kitabçası itdikdə və ya yararsız hala düşdükdə işçiyə verilən yeni əmək kitabçasının işçi haqqında məlumat səhifəsinin yuxarı sağ tərəfində iri hərflərlə “Dublikat” sözü yazılır. -7.2-ci bəndinə əsasən əmək kitabçası, yaxud əlavə içliyin dublikatı ümumi qayda üzrə doldurulur. -7.3-cü bəndinə əsasən əmək kitabçasının və onun əlavə içliyinin dublikatı verildiyi zaman həmin vaxta qədər əmək stajına malik olan işçilərin əmək stajı müvafiq əmrə (sərəncama) əsasən müəyyənləşdirilir və dublikatda qeyd olunur. Keçmişdəki iş haqqında əmək kitabçasında yuxarıda göstərilən məlumat tam dərəcədə olmadığı hallarda, əmək kitabçasının dublikatına yalnız sənəddəki məlumat daxil edilir. Qeyd edilən qanunvericiliyin tələblərindən görünür ki, “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajını təsdiq edən sənəd kimi ilk növbədə əmək kitabçası əsas götürülür. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arxiv arayışları, əmrlərdən çıxarışlar, əmək haqqı cədvəlləri və s. qəbul edilir. Eyni zamanda qanunvericilik əmək kitabçası itdikdə və ya yararsız hala düşdükdə əmək kitabçasının dublikatının tərtib edilməsini də mümkün sayır, bir halda ki, işəgötürəndə işçinin əmək stajı barədə əmrlər, sərəncamlar və s. mövcud olsun. Başqa sözlə, əmək kitabçasındakı qeydlər yalnız işçinin əmək fəaliyyəti barədə hüquqmüəyyənedici sənədlər əsasında tərtib edilir. Hazırkı iş üzrə iddiaçıya aid təhsil barədə sənəd, əmək kitabçasına əasən ümumi iş stajı tələb olunan 25 ildən azdır. Hazırkı iş üzrə təqdim olunmuş əmək kitabçasının açıldığı il xx.xx.1975-ci il olsa da kitabçadakı qeydlər xüsusən də xx.xx.1994-cü ilədək olan dövr Azərbaycan dilində olması, üzərinə vurulmuş möhür əkslərindəki yazıların Azərbaycan dilində və latın qrafikası ilə olması, eləcə də rayon təhsil şöbəsinin də verdiyi cavabdan müəyyən olunur ki, təqdim edilən əmək kitabçasındakı iddiaçının Xələfli kənd orta məktəbində müəllim vəzifəsinə təyin edilməsi, azad edilməsi və yenidən təyin edilməsi ilə bağlı qeydlər (uyğun olaraq - xx.xx.1980-ci il tarixli, 211 nömrəli əmr, xx.xx.1985-ci il tarixli, 233 nömrəli əmr, xx.xx.1985-ci il tarixli, 234 nömrəli əmr) arxiv sənədləri (əmrlər, əmrlər kitabından çıxarış, əmək haqqı cədvəlləri əsasında deyil, (işlədiyi müəssisənin əməkdaşlarının iştirakı ilə bağlanmış akt və vətəndaş tərəfindən yazılmış izahat əsasında əmək kitabçasına yazılaraq rəsmiləşdirilmişdir. Beləliklə, iddiaçıya verilmiş qeyd edilən kitabça sonradan tərtib edilərək hazırkı rayon təhsil şöbəsinin möhürü ilə təsdiqlənsə də, lakin əmək kitabçasının təkrar tərtib edilməsi üçün tələb olunan sənədlər rayon təhsil şöbəsində mövcud deyildir. Belə olan halda əmək kitabçasının məhz hansı hüquqi sənəd əsasında tərtib edildiyi müəyyən olunmadığından kitabçanın yuxarıda adıçəkilən əmək kitabçasının verilmə qaydalarına riayət edilmədən verildiyi müəyyən olunur. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli 3 nömrəli Qərarının: -13.1-ci bəndinə əsasən nəzərə alınmalıdır ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 31.2-1-ci maddəsinə əsasən sığortaolunanın əmək kitabçası üzrə 2006-cı il 1 yanvar tarixinədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda bu Qanunun 31.2-ci maddəsində göstərilən sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gün baxılaraq, sığortaolunana əmək pensiyası təyin edilir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının xx.xx.2017-ci il tarixli 17 saylı qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi” Qaydalarının 3.2, 3.2.2-ci bəndinin tələblərinə əsasən 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı, əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında müəyyən edilir. -13.2-ci bəndinə əsasən əmək stajını təsdiq edən sənədlər (əmək kitabçası, əmək stajını təsdiq edən arxiv arayışı, müəssisənin verdiyi arayış və s.) mövcuddursa, bu halda hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi üçün zəruri olan şərtlər istisna edildiyindən əmək stajının məhkəmə qaydasında müəyyən edilməsi yolverilməzdir. Göründüyü kimi qanunla əmək kitabçası, arxiv arayışı, əmrlər, əmək haqqı cədvəlləri, əmək stajını təsdiq edən sənədlər olmadıqda əmək stajı hüquqi əhəmiyyətli fakt qaydasında məhkəmə qətnaməsi ilə təsdiq edilir. İddiaçının qeyd edilən arxiv sənədinə malik olmadığı halda onun əmək kitabçasına müvafiq qeydlər daxil edilmişdir. Bu əsasdan məhkəmə iddiaçının əmək kitabçasında qeyd edilən xx.xx.1980-xx.xx.1993cü ilədək olan dövrün onun ümumi iş stajına daxil edilməsini əsaslı hesab etmir. “Əmək pensiyaları haqqında” Qanunun 1.0.2, 21.1-ci maddələrinə əsasən əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı “Əmək pensiyaları haqqında” Qanun qüvvəyə mindikdən sonra əldə edilən sosial sığorta stajı müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödənildikdə və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusuna əsasən nəzərə alınır. İddiaçının xx.xx.2006-cı il tarixdən sonrakı əmək fəaliyyəti dövrünün yoxlanılması zamanı məhkəmənin sorğusu ilə əldə edilmiş sığortaolunanın fərdi şəxsi hesabı haqqında məlumatlardan müəyyən olunur ki, iddiaçının 2006-cı ilin yanvar-dekabr, 2015ci ilin yanvar-dekabr, 2016-cı ilin yanvar-dekabr ayları üçün məcburi dövlət sosial sığorta haqları ödənilmişdir. Belə olan halda iddiaçının xx.xx.1976-xx.xx.1980-ci ilədək təhsil dövrü 03 il 09 ay 28 gün olmaqla, əmək kitabçasına və cavabdehin mütəxəssisinin iştirakı ilə baxılmış əmək haqqı cədvəllərinə əsasən xx.xx.1993-cü il tarixdən xx.xx.2006-cı ilədək 12 il 04 ay 01 gün, məcburi sığorta ödəmlələri aparıldığı 2006, 2015, 2016-cı illər nəzərə alındıqda ümumi iş stajının 19 il 01 ay 29 gün olduğu müəyyən edilir ki, bununla da iddiaçının pensiya təyinatı üçün tələb olunan 25 il ümumi iş stajının olmaması müəyyən olunur. Belə olan halda iddiaçıya 25 il ümumi iş stajına görə yaşa görə əmək pensiyasının təyin edilməsi mümkün deyildir. Bundan əlavə “Əmək pensiyaları haqqında” Qanunun 22-1.1-ci maddəsinə görə 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunanın əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2006-cı il yanvarın 1-dək olan sığorta stajı bu Qanunun 22-1.2-ci maddəsinə uyğun olaraq hesablanır. Həmin Qanunun 22-1.2-ci maddəsinə əsasən 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunanın 2006-cı il yanvarın 1-dək olan sığorta stajı, bu Qanunun 22-1.1-ci və 22- 1.4-cü maddələrinin tələbləri nəzərə alınmaqla, aşağıdakı qaydada hesablanır: 22-1.2.1. 2019-2022-ci illərdə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana (bu Qanunun 8-ci maddəsinin müddəaları nəzərə alınaraq həmin maddədə göstərilən şəxslər də daxil olmaqla) yaşa görə əmək pensiyası təyin edilərkən onun 2006-cı il yanvarın 1-dək olan sığorta stajı 25 il, 2023-cü ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanır. Beləliklə, 30 noyabr 2018-ci il tarixli 1362-VQD nömrəli Qanunla əlavə edilmiş yeni tənzimləməyə görə xx.xx.2019-cu il tarixdən pensiya təyinatı avtomatlaşdırlmış qaydada təyin olunur. Bu zaman 2018-ci ilin 1 iyul tarixinə şəxsin fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı olduqda avtomatik olaraq həmin şəxslərin xx.xx.2006-cı il tarixə ümumi iş stajları 25 ilə bərabərləşir. Başqa sözlə, xx.xx.2006xx.xx.2018-ci il tarixədək fərdi hesabda məbləğindən asılı olmayaraq kapitalın olması yaşa görə pensiya təyinatı zamanı avtomatik qaydada xx.xx.2006-cı il tarixədək əksik gələn stajın tələb olunan 25 il staja çevrilməsinə və bununla da pensiya təyinatının aparılmasına əsas verir. Hazırkı iş üzrə iddiaçının xx.xx.2006-cı ilədək ümumi iş stajı tələb olunan 25 ildən azdır. Lakin eyni zamanda iddiaçının hesabına 2006, 2015, 2016-cı illər üzrə məcburi sığorta ödəmələri aparılmışdır, yəni iddiaçının fərdi hesabında 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı mövcuddur. Bu halda iddiaçıya yuxarıda qeyd edildiyi kimi avtomatlaşdırılmış qaydada pensiya təyinatının aparılması yolveriləndir. Cavabdeh “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 22- 1.5-ci maddəsinə əsaslanaraq iddiaçıya Qanunun 22-1.2-ci maddəsininavtomatlaşdırılmış qaydada pensiya təyinatının aparılmasının qeyri-mümkün olduğunu bildirir. Cavabdehin mövqeyinə görə iddiaçıya sosial müavinət təyin edildiyi üçün onun yaşa görə əmək pensiyası hüququ yoxdur. Məhkəmə aşağıdakılara əsasən cavabdehin mövqeyi ilə razılaşmır. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun: -22-1.4-cü maddəsinə əsasən bu Qanunun 22-1.2-ci maddəsi aşağıdakı hallarda tətbiq edilmir: 22-1.4.1. 2019-cu il yanvarın 1-dək təyin edilmiş əmək pensiyalarının pensiya hüququ yarandığı gündən yenidən hesablanması zamanı; 22-1.4.2. 2019-cu il yanvarın 1-dən sonra əmək pensiyası təyin edilmiş şəxslərə 2019-cu il yanvarın 1-dən əvvəlki dövr üçün əmək pensiyasının təyin edilməsi və ya əmək pensiyası məbləğinin hesablanması zamanı; 22-1.4.3. bu Qanunun 9-cu maddəsinə əsasən güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməsi və yenidən hesablanması zamanı; 22-1.4.4. bu Qanunun 20-ci maddəsinə əsasən əmək pensiyasına qulluq stajına görə əlavə almaq hüququ verən qulluq stajının hesablanması zamanı. -22-1.5-ci maddəsinə əsasən 2019-cu il yanvarın 1-dək “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən təyin edilmiş sosial müavinətlərin bu Qanunun 22-1.2-ci maddəsi tətbiq edilərək əmək pensiyalarına keçirilməsinə yol verilmir. Göründüyü kimi Qanunun 22.1.4-cü maddəsi Qanunun 22-1.2-ci maddəsinin ümumiyyətlə hansı hallarda tətbiq edilmədiyini, 22-1.5-ci maddəsi isə Qanunun 22-1.2-ci maddəsinin tətbiq edilərək əmək pensiyalarına keçirilmədiyini tənzimləyir. “Sosial müavinətlər haqqında” Qanunun: -1.0.1-ci maddəsinə görə sosial müavinətlər (bundan sonra-müavinətlər) - bu Qanunla müəyyən edilmiş qaydada ayrı-ayrı kateqoriya şəxslərə sosial yardım göstərilməsi məqsədilə aylıq və ya birdəfəlik ödənilən pul vəsaitdir. -1.0.2-ci maddəsinə görə əmək qabiliyyəti olmayan şəxslər - əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci və 8-ci maddələri ilə müəyyən edilmiş yaş həddinə çatan şəxslər, vəfat etmiş şəxsin 18 yaşına çatmamış (əyani təhsil alanlar təhsili bitirənədək, lakin 23 yaşdan çox olmamaqla), yaxud 18 yaşına çatanadək əlilliyi müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan övladlarıdır. 29 noyabr 2019-cu il tarixli 1703-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə “Sosial müavinətlər haqqında” Qanunun 1.0.2-ci maddəsi yuxarıda qeyd edilən redaksiyada verilmişdir. Qanunun 1.0.2-ci maddəsinin əvvəlki redaksiyasında deyilirdi: əmək qabiliyyəti olmayan şəxslər - əlillər, sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar, 62 yaşına çatmış qadınlar, 67 yaşına çatmış kişilər, 3 və daha çox uşaq doğub 8 yaşınadək tərbiyə etmiş, yaxud sağlamlıq imkanları məhdud övladını 8 yaşınadək tərbiyə etmiş 57 yaşına çatmış qadınlar, ana vəfat etdiyinə, yaxud analıq hüququndan məhrum edildiyinə görə 3 və daha çox uşağı və ya sağlamlıq imkanları məhdud övladını növbəti nikah bağlamadan təkbaşına 8 yaşınadək böyüdən 62 yaşına çatmış kişilər, vəfat etmiş şəxsin 18 yaşına çatmamış (əyani təhsil alanlar təhsili bitirənədək, lakin 23 yaşdan çox olmamaqla), yaxud 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı əlil uşaqlardır. -Qanunun 4.0.1-ci maddəsinə görə aylıq müavinətlər: 4.0.1.1. dövlət qulluqçularına ömürlük müavinət; 4.0.1.2. yaşa görə müavinət; 4.0.1.3. əlilliyə görə müavinət 4.0.1.5. ailə başçısını itirməyə görə müavinət; (...) 4.0.1.13. beşdən çox uşağı olan qadınlara müavinət (...) -7.0.-cı maddəsinə əsasən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 14.4-cü maddəsində göstərilən hallar nəzərə alınmaqla, müavinətlər aşağıdakı hallarda təyin edilir: (....) 7.0.2. yaşa görə müavinət - əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda və işləmədikdə; 7.0.3. əlilliyə görə müavinət - müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) qərarı əsasında əlilliyi müəyyən edilmiş şəxsin əmək pensiyası hüququ olmadıqda; 7.0.5. ailə başçısını itirməyə görə müavinət: 7.0.5.1. əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda (...) 7.0.10-3. beşdən çox uşağı olan qadınlara müavinət — beşdən çox uşaq doğub tərbiyə edən qadınlara, uşaqların sağ olması şərti ilə, bu hüququn yaranmasına səbəb olmuş uşağı bir yaşına çatdıqda; (...) “Əmək pensiyaları haqqında” Qanunun 8.1-ci maddəsinə əsasən beş və daha çox uşaq doğub, övladlığa və (və ya) qəyyumluğa götürüb onları səkkiz yaşınadək tərbiyə etmiş və böyütmüş qadınların bu Qanunun 7-ci maddəsinə uyğun şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır 27 oktyabr 2009-cu il tarixli 904-İİİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 8-ci maddə yuxarıda qeyd edilən redaksiyada verilmişdir. Həmin maddənin əvvəlki redaksiyasında deyilirdi: -8.1. Üç və daha çox uşaq doğub onları səkkiz yaşınadək tərbiyə etmiş və azı 5 il sığorta stajı olan qadınların aşağıdakı şərtlər əsasında yaşa görə əmək pensiyası hüququ vardır: 3 uşağı olanlar - 51 yaşına çatdıqda; 4 uşağı olanlar - 50 yaşına çatdıqda; (....) Beləliklə, qeyd edilən qanun normalarının müqayisəli təhlili onu deməyə əsas verir ki, sosial müavinət “Əmək pensiyaları haqqında” Qanunu ilə nəzərdə tutulmuş müvafiq növ əmək pensiyası almaq hüququ olmadıqda həmin pensiya növünə alternativ olan sosial yardım göstərilməsi məqsədilə dövlət büdcəsi hesabına ödənilən pul vəsaitidir. Başqa sözlə, məsələn, pensiya yaşı həddinə çatmış şəxsin yaşa görə əmək pensiyası hüququ yaranmadıqda (məs, tələb olunan sığorta stajının çatmadığı halda) ona yaşa görə sosial müavinət təyin edilə bilər. Yaxud əksinə, şəxsin yaşa görə əmək pensiyası hüququ varsa, ona əlavə olaraq yaşa görə sosial müavinət təyin edilmir. Başqa sözlə, sosial müavinət olduğu halda eyni növ əmək pensiyası, əmək pensiyası olduğu halda eyni növ sosial müavinət istisna olunur. Bu baxımdan ƏPQ-nun 22-1.5-ci maddəsinə görə 2019-cu il yanvarın 1-dək sosial müavinət təyin edilmişdirsə və həmin şəxsin xx.xx.2018-ci il tarixədək fərdi hesabında qeydə alınmış pensiya kapitalı varsa bu zaman həmin sosial müavinətin əmək pensiyasına keçirilməsinin yolverilməz olduğu qeyd edilmişdir. Dolayısı ilə, adıçəkilən norma məhz yaşa görə sosial müavinət almış şəxsin sonradan qanuna edilmiş dəyişikliyə əsaslanaraq xx.xx.2018-ci ilədək kapitalı olması səbəbindən eyni növdə yaşa görə əmək pensiyasına keçidi istisna etmişdir. Məhkəmə ƏPQ-nun 22-1.5-ci maddədəki “keçirilməsinə yol verilmir” ifadəsinə diqqəti çəkərək qeyd edir ki, burada eyni təyinatlı sosial ödəniş növünün birindən digərinə, yəni yaşa görə sosial müavinətdən-yaşa görə əmək pensiyası, əlilliyə görə müavinətdən əlilliyə görə əmək pensiyası, ailə başçısını itirməyə görə sosial müavinətdən ailə başçısını itirməyə görə əmək pensiyası, çoxuşaqlı qadınlara sosial müavinətdən çoxuşaqlı qadınlara uşaqlara görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasına keçid istisna olunur. Başqa sözlə, keçirilmə ifadəsi məhz eyni növlü təyinatın bir-birinə keçidini əngəlləyir, lakin müxtəlif təyinatlı sosial ödənişlərin bir-birinə keçidinə mane olmur. Əks halda yuxarıda da qeyd edildiyi kimi sosial müavinətin məhz həmin növdə əmək pensiyasına hüquq yaranmadığı halda təyin edilməli olması ilə bağlı qanunvericinin tələbinin əsası və əhəmiyyəti olmazdı. Beləliklə, ƏPQ-nun 22-1.5-ci maddəsinin tətbiqi zamanı nəzərə alınmalı olan əsas məqam sosial müavinətin və keçirilməsi nəzərdə tutulan pensiya növünün eyni növdə olmasıdır. Hazırkı iş üzrə müəyyən olunur ki, iddiaçıya “Sosial müavinətlər haqqında” Qanunun 29 noyabr 2019-cu il tarixədək qüvvədə olmuş redaksiyasına əsasən xx.xx.2019-cu il tarixli, 866 nömrəli qərarla xx.xx.2016-cı il tarixdən 3 və daha çox uşaq doğub 8 yaşınadək tərbiyə etmiş 57 yaşına çatmış qadın olduğuna görə 180 manat məbləğində sosial müavinət təyin edilmişdir. Qeyd edildiyi kimi bu müavinət yaşa görə sosial müavinət deyildir, müavinət 3 və daha çox uşaq doğub 8 yaşınadək tərbiyə etmiş 57 yaşına çatmış qadınlar üçün nəzərdə tutulmuş sosial müavinətdir. Bu növ müavinətin ƏPQ ilə nəzərdə tutulmuş qarşılığı olan pensiya növü ƏPQ-nun 8-ci maddəsi ilə nəzərdə tutulmuş “çoxuşaqlı qadınlar üçün uşaqlara görə” güzəştli şərtlərlə yaşa görə əmək pensiyası növüdür. Qeyd edilməlidir ki, 29 noyabr 2019-cu il tarixədək 3 və daha çox uşaq doğub 8 yaşınadək tərbiyə etmiş 57 yaşına çatmış qadınların sosial müavinət almaq hüququ var idisə, həmin tarixdən sonra və hazırda qüvvədə olan qanunun tələbinə əsasən beşdən çox uşağı olan qadınlara müavinət təyin edilir. Eyni zamanda ƏPQ-nun 27 oktyabr 2009cu il tarixədək qüvvədə olmuş 8-ci maddəsinin redaksiyasında üç uşaq doğub onları səkkiz yaşınadək tərbiyə etmiş və azı 5 il sığorta stajı olan 51 yaşına çatmış qadınların əmək pensiyası hüququ var idisə, həmin tarixdən (27 oktyabr 2009-cu ildən) ƏPQ-nun 8ci maddəsinə edilmiş dəyişiklikdən sonra 5 və daha çox uşaqlı anaların güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ nəzərdə tutulmuşdur. Başqa sözlə, iddiaçının çoxuşaqlı ana kimi xx.xx.2016-cı il tarixdən sosial müavinət almaq hüququ yarandığı vaxt həmin müavinət növünə qarşılıq olan ƏPQ-nun 8ci maddəsi ilə nəzərdə tutulmuş çoxuşaqlı qadın olaraq pensiya hüququ mövcud deyildi. Eyni zamanda bu növ müavinət ona yaşa görə pensiya hüququ yaranmadığına görə deyil, məhz həmin vaxt qüvvədə olan sosial təminat qanunvericiliyi ilə çoxuşaqlı qadın olduğuna görə təyin edilmişdi. Dolayısı ilə çoxuşaqlı qadınlara verilən müavinətin qarşılığı ƏPQ-nun 7-ci maddəsi ilə nəzərdə tutulmuş yaşa görə pensiya olmadığından, sosial müavinətin təyin edildiyi vaxt iddiaçının nə həmin müavinətə qarşılıq ƏPQ-nun 8-ci maddəsi ilə nəzərdə tutulmuş “uşaqlara görə güzəştli şərtlərlə yaşa görə” əmək pensiyasına, nə də ƏPQ-nun 7-ci maddəsi ilə nəzərdə tutulmuş yaşa görə əmək pensiyasına hüququ olmadığına görə məhkəmə hesab edir ki, iddiaçıya 2016-cı ildən təyin edilmiş 3 uşaq doğub 8 yaşına çatdığına görə təyin edilmiş sosial müavinət hazırkı halda yaşa görə əmək pensiyasına keçidi ifadə etmir və həmin növ müavinət iddiaçıya ƏPQ-nun 22-1.5-ci maddəsi ilə nəzərdə tutulmuş məhdudiyyətin tətbiqinə əsas vermir. Əksinə eyni növlü sosial müavinətdən, yəni yaşa görə müavinətdən keçid olmadığından iddiaçının xx.xx.2018-ci il tarixədək fərdi hesabında qeydə alınan pensiya kapitalı nəzərə alınmalı, ona Qanunun 22-1.2-ci maddəsinə əsasən avtomatlaşdırılmış qaydada 25 il ümumi iş stajı hesabı ilə pensiya təyinatı aparılmalıdır. Beləliklə, qeyd olunanlara əsasən iddiaçının yaşa görə pensiya hüququ ƏPQ-nun 7, 22-1.2-ci maddələrinə əsasən yaşa görə əmək pensiyası hüququ olduğu halda cavabdehin pensiya təyinatından imtina etməsi əsassız olmaqla iddiaçının qanunla qorunan hüquqlarının pozulmasına səbəb olmuşdur. İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə qeyd edilənlərə əsasən bu nəticəyə gəlir ki, iddia tələbi təmin edilməli, İddiaçı 61 yaş 6 aydan, yəni xx.xx.2020-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalı̇ nı̇ n Sosı̇ al Müdafı̇ əsi Nazı̇ rlı̇ yı̇ nin tabelı̇ yı̇ ndə Dövlət Sosı̇ al Müdafı̇ ə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzı̇ Fı̇ lı̇ alına həvalə edilməlidir İnzibati Prosessual Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12, 68 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddia tələbi təmin edilsin. İddiaçı 61 yaş 6 aydan, yəni xx.xx.2020-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalı̇ nı̇ n Sosı̇ al Müdafı̇ əsi Nazı̇ rlı̇ yı̇ nin tabelı̇ yı̇ ndə Dövlət Sosı̇ al Müdafı̇ ə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzı̇ Fı̇ lı̇ alına həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540cı məhəllə) şikayət verilə bilər. Hakim Aygün Əhədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar