Məhkəmə qərarları › İş №2-1(112)-215/2020

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-215/2020

07.08.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-215/2020 07.08.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X7 Oruczadənin sədrliyi, Məhkəmə iclas katibi Quliyeva Rəşidə Paşa qızının katibliyi, Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat İdarəsinin nümayəndəsi və vəkili X1 iştirаkları ilə, İddiаçı İddiaçı cаvаbdеh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat İdarəsinin qarşı “57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” barədə iddia tələbi üzrə inzibati işə məhkəmə binаsındа аçıq məhkəmə iclаsındа bахаrаq, MÜƏYYƏN ETDİ: İddiaçı cаvаbdеh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı Azərbaycan Respublikası Bаkı İnzibаti Məhkəməsinə müraciət edərək, ona 57 yaşdan, yəni 29.10.2017-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunaraq ödənilməsi öhdəliyinin Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin yanında Dövət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul olunduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, xx xxxxxxx 1960-cı ildə Bakı şəhərində anadan olmuşdur. 29 oktyabr 2017-ci il tarixdə pensiya hüququnun yaranmasına baxmayaraq bu günə kimi heç bir növ pensiya almamışdır. Belə ki, 01 sentyabr 1977-ci ildən 25 iyun 1978-ci ilədək Peşə məktəbində, 01 sentyabr 1978-ci ildən 24 aprel 1981-ci illərdə Bakı Balıqçılıq Texnikumunda təhsil almışdır. Əmək fəaliyyətinə 1981-ci ildən Balıqçılıq birliyində başlamış, 01 sentyabr 1982-ci il tarixdən Bakrıbakapitilni zavodunda balıq emalı vəzifəsinə qəbul olunmuş, 08 fevral 1989-cu ilədək bu vəzifədə çalışmışdır. 27 fevral 1989-cu il tarixdən 09 yanvar 1992-ci ilədək Bakı Soyuduclar zavodunda zərərli şəraitdə işləmişdir.01 fevral 1993-cü il tarixdən 26 may 1996-cı il tarixədək “Kasnefteflop”da matros vəzifəsində çalışmışdır. 04 yanvar 1999-cu ildə halhazıradək Abşeronneft NQÇ-də neft və qazçıxarma sahəsində neft və qaz hasilatı üzrə operator peşəsində işləyir. Qeyd edilənlərə əsasən, 01.07.2017-ci il tarixədək 35 il ümumi stajının, 17 ildən yuxarı güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməsinə əsas verən iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İş üzrə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat İdarəsinin nümayəndəsi və vəkili X2 Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 47-ci maddəsinə uyğun qaydada iddiaya dair etirazını təqdim edərək bildirmişdir ki, iddiaçının əmək kitabçasından görünür ki, 0, 01 yanvar 2006-cı il tarixinədək 25 il ümumi stajı toplamamışdır. Belə ki, iddiaçı 24 aprel 1981-ci il tarixdə əmək fəaliyyətinə başlamış və müxtəlif vəzifələrdə çalışmışdır:1) 24.04.1981-31.08.1982-ci illər (matros: 01 il 04 ay 07 gün; 2) 01.09.1982-08.02.1989-cu illər (balıq emalçısı): 06 il 05 ay 07 gün; 3) 27.02.1989- 06.01.1992-ci illər (çilingər): 02 il 10 ay 09 gün; 4) 06.01.1992-01.11.1992-ci illər: 09 ay 25 gün; 5) 01.02.1993-25.09.1995-ci illər (matros köməkçisi və matros): 02 il 07 ay 24 gün; 6) 04.01.1999-01.01.2006-cı illər (neft, qaz və qaz hasilatı ürə operator): 06 il 11 ay 27 gün. Göründüyü kimi, əmək kitabçasındakı qeydlərə əsasən, iddiaçının 2006-cı ilin yanvar ayının 1-dək olan ümumi iş stajı ümumilikdə 21 il 01 ay 09 gün təşkil edir. Eyni zamanda, iddiaçının 01 sentyabr 1977-02 iyun 1978-ci illərdə Peşə məktəbində (10 ay 24 gün) və 01 sentyabr 1978-24 aprel 1981-ci illərdə Bakı Balıqçılıq Texnikumunda (02 il 08 ay 13 gün), ümumilikdə 03 il 07 ay 07 gün təhsil alıbdır.Beləliklə, 01 yanvar 2006-cı ilədək, iddiaçının ümumi əmək stajı 24 il 08 ay 16 gün təşkil edir. İddiaçı 01 yanvar 2006-cı il tarixinədək 12,5 il güzəştli iş stajına malik olduğunu iddia etsə də, bu barədə hər hansı sənədi Məhkəməyə təqdim edə bilmir. İşdə yalnız "Abşeronneft" Neft və Qazçıxarma İdarəsinin 22 may 2019-cu il tarixli Arayışı vardır. Arayışdan və əmək kitabçasından da aydın olur ki. İddiaçı 04.01.1999-cu ildən etibarən "neft, qaz və qazın hasilatı üzrə operator” vəzifəsində çalışır. Bu müddət isə cəmi 06 il 11 ay 27 günə bərabərdir.İddiaçı digər peşələri ilə bağlı güzəştli iş arayışı təqdim edə bilmir.Halbuki, Əmək və Əhalinin sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 17 nömrəli, 11 dekabr 2017-ci il tarixli qərarı ilə təsdiqlənmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarf’nın 3.2.6-cı bəndinə görə, sosial sığorta stajına güzəştlə daxil edilən dövrləri təsdiq edən sənədlər təqdim edilməlidir. Eyni zamanda, Qaydalara 2 nömrəli Əlavədə göstərilir ki, müraciət edən şəxs "əmək pensiyaları haqqında” qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışını təqdim etməlidir. Göründüyü kimi, iddiaçı 01 yanvar 2006-cı il tarixinədək ümumi və güzəştli iş stajını toplamayıb. Ona görə də, “Əmək pensiyaları haqqında” qanunun 9.8-ci maddəsi ("Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir.”) iddiaçıya şamil edilə bilməz.Diqqət edilsin ki, iddiaçı 01 yanvar 2006cı il tarixdən sonra həm güzəştli, həm ümumi əmək stajını topladığına istinad edərək pensiya hüququnun 01 yanvar 2017-ci il tarixinədək (yəni 57 yaş tələbinin 60 yaş müəyyənləşdirən dəyişikliyin qüvvəyə minməsinədək) qazandığını iddia edə bilməz. Ona görə ki, iddiaçı xx xxxxxxx 1960-cı il təvəllüdlüdür. Məlum dəyişiklik isə, 2017-ci ilin iyul ayının 1-dən qüvvəyə minib. Başqa sözlə, “Əmək pensiyaları haqqında” qanunun 9.1-ci maddəsindəki güzəştli şərtlərlə pensiya hüququ verən yaş həddi 57-dən 60-a qaldırılan anadək iddiaçının 57 yaşı tamam olmadığından onun həmin dəyişikliyə qədər pensiya hüququnu qazanmasından söhbət gedə bilməz. Şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş, lakin iddiaçıməhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə heç bir rəsmi məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62-ci maddəsinin tələblərini rəhbər tutaraq, işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat İdarəsinin nümayəndəsi və vəkili X2 təmsil etdiyi qurumun imtinasının əsaslı olduğunu bildirdi və iddia tələbinin təmin olunmamasını xahiş etdi. Məhkəmə iş materiallarını tam, obyektiv və hərtərəfli araşdıraraq, tərəflərin məhkəmə icraatı zamanı verdikləri izahatlarını dinləyərək hesab edir ki, iddia tələbi təmin olunmamalıdır. İş materiallarına əlavə edilmiş: - AZE №******** seriyalı nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx xxxxxxx 1960-cı il tarixdə Bakı şəhərində anadan olmuşdur. İddiaçı ünvan 1 ünvanında qeydiyyatdadır. - Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “Azneft” İstehsalat Birliyi “Abşeronneft” Neft və Qazçıxarma İdarəsi tərəfindən verilmiş 22 may 2019-cu il tarixli, 78 saylı arayışın surətindən görünür ki, İddiaçı 04.01.1999-cu ildən 22.05.2019-cu ilədək “Abşeronneft” NQÇİ-nın 2 saylı Neft və Qazçıxarma sahəsində neft, qaz və qaz hasilatı üzrə operator peşəsində işləmişdir. Güzəştli şərtlərlə əmək pensiyası hüququ verən iş stajı cəmi: 18 gün 04 ay 20 il - 1014 №-li nömrəli attestatın surətindən görünür ki, iddiaçı İddiaçı01.09.1977-ci ildə “Radio cihazlarının tənzimlənməsi” ixtisası üzrə Bakı şəhərinin 62 №-li peşə məktəbinə daxil olmuş və 25.06.1978-ci ildə həmin peşə məktəbini bitirmişdir. - - “Azərbaycan Xəzər Gəmiçiliyi “ QSC Azərbaycan Dövlət Dəniz Akademiyası Azərbaycan Dənizçilik Kolleci tərəfindən verilmiş 19 aprel 2018-ci il tarixli, 164 saylı arayışdan görünür ki, İddiaçı 22 avqust 1978-ci il 138 saylı əmrlə Azərbaycan Dəniz Balıq Sənayesi Texnikumuna (Hal-hazırda Azərbaycan Dövlət Dəniz Akademiyasının nəznində Azərbaycan Dənizçilik Kolleci) “Balıq məhsullarının texnologiyası” ixtisası üzrə tam orta təhsil bazasından əyani şöbəyə qəbul olunmuş, 05 may 1981-ci il 90 saylı əmrlə Texnikumu bitirmişdir. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun 21 iyun 2019-cu il tarixli, **********9 saylı imtina məktubundan görünür ki, iddiaçının güzəştli şərtlərlə pensiya təyinatı barədə müraciətinə baxılmış və cavab olaraq bildirilmişdir ki, iddiaçının təqdim etdiyi sənədlər əsasında, onun 01 yanvar 2006-cı il tarixinədək ümumi iş stajı 25 ildən, güzəştli iş stajı isə 12 il 6 aydan az təşkil etmişdir. Qeyd olunanları nəzərə alaraq, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı mümkün olmamışdır. İşdə olan iddiaçının nömrəli İT-İ № ******* əmək kitabçasının notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, iddiaçı: - 24.04.1981-ci il tarixindən - 31.08.1982-ci il tarixədək “Azərbalıq” Birliyində sahil matrosu vəzifəsində (07 gün 04 ay 01 il); 01.09.1982-ci il tarixdən – 08.02.1989-cu il tarixədək “Azərbalıq Sənayesi” Birliyində balıq emalçısı vəzifəsində (07 gün, 05 ay, 06 il); 27.02.1989-cu il tarixdən – 06 yanvar 1992-ci il tarixədək Bakı Soyuducular Zavodunda çilingər vəzifəsində (09 gün 10 ay 02 il); 06.01.1992—01.11.1992-ci il tarixədək Bakı Maşınqayırmada gözətçi vəzifəsində (25 gün 09 ay); 01.02.1993-cü il tarixdən – 25.09.1995-ci il tarixədək AXG 33-də matros və matros köməkçisi vəzifəsində (24 gün 07 ay 02 il); 04.01.1999-cı il tarixdən-01.01.2006-cı il tarixədək “Abşeronneft” neft-qaz hasilatı idarəsində neft və qaz hasilatı üzrə operator vəzifəsində fəaliyyət göstərmişdir (27 gün 11 ay 06 il). Məhkəmə araşdırılması zamanı göndərilmiş sorğulara cavab məktublarından görünür ki: - Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinin Azərbaycan Respublikası Dövlət Arxivinin 25 fevral 2020-ci il tarixli, A-12 saylı məktubuna əsasən, 1981-1982-ci illərə dair “Azərbalıq” Birliyinin, 1982-1989-cu illərə dair Bakı Hisə verilmiş balıq zavodunun (sonradan “Azərbalıq Sənayesi” Birliyi), 1989-1992-ci illərə dair Bakı Soyuducular Zavodunun sənədləri arxivə dövlət mühafizəsinə verilməyib. Bakı Soyuducular Zavodunun fəaliyyət hal-hazırda davam edir. - Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Geoloji Kəşfiyyat Xidmətinin 18/105 saylı, 11.03.2020-ci il tarixli məktubuna və 18/104 saylİ, 11.03.2020-ci il tarixli arayışına əsasən, Geoloji informasiya fondunda saxlanılan “Azərbalıqsənaye” X5 Birliyinin 1981-1982-ci illər üzrə arxiv sənədlərində İddiaçı əmək fəaliyyəti barədə məlumat yoxdur. İddiaçı həqiqətən 01 senyabr 1982-ci ildə 5 saylı sahəyə 3-cü dərəcəli balıq emalçısı kimi işə qəbul edilmiş 08 fevral 1989-cu ildə Azərbaycan SSR ƏM-nin 37-ci maddəsinə əsasən öz xahişi ilə işdən azad edilmişdir. Əsas Bakı Balıq Hisləmə zavodunun 1982-1989-cu illər üzrə kadr əmrlər kitabları. - Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Xəzər rayon İdarəsinin 10 iyun 2020-ci il tarixli, 658 saylı məktubuna əsasən, 1960-cı il təvəllüdlü İddiaçı adı Səfərəbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xəzər rayon İdarəsində hərbi qeydiyyat kitablarında və arxiv-uçot sənədlərindən keçmir. Beləliklə, məhkəmə araşdırılması zamanı müəyyən olunur ki, iddiaçının onun 01.07.2017-cı il tarixədək 25 ildən çox ümumi, 12 il 6 aydan çox xüsusi iş stajının olmasına istinad edərək, “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq güzəştli şərtlərlə pensiya almaq hüququ olduğunu bildirmişdir. Məhkəmə aşağdaki əsaslara görə iddianın əsaslı olmadığı hesab edir. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1 -ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir, 3.1-ci maddəsinə görə Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. Həmin Qanunun 1.0.2-ci maddəsinə görə sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Həmin Qanunun 9.1-ci maddəsinə əsasən, (01.07.2017-ci il tarixədək olan redaksiyada) axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən, (01.07.2017-ci il tarixdən sonrakı olan redaksiyada) axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Şərh olunan maddənin normasından görünür ki, qanunverici «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsində “əvvəllər qüvvədə olmuş qanunvericiliklə” müddəası ilə “Əmək pensiyaları haqqında” Qanunun qəbul edildiyi vaxta qədər mövcud olmuş vətəndaşların pensiya təminatını tənzimləyən normativ aktları, o cümlədən 01.01.2006-cı ilədək qüvvədə olan “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununu nəzərdə tutur. Məhkəmə qeyd etmək istəyir ki, iddiaçının 57 yaşı 29.10.2017-ci il tarixdə tamam olmuşdur. Göründüyü kimi, iddiaçının 57 yaşı qanuna dəyişiklik edildikdən sonra tamam olduğundan, iddiaçının 57 yaşdan güzəştli şərtlərlə əmək pensiyasının təyin olunması məsələsinə baxılarkən “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun normalarına istinad olunmalıdır. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunun 13-cü maddəsinin “b” bəndinə əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixi 320 saylı Qərarı ilə təsdiq olunmuş 2 nömrəli Siyahı üzrə müəyyən edilmiş 25 il ümumi iş stajı olan və bu stajın azı 12 il 6 ayını güzəştli işlərdə çalışan 55 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə pensiya almaq hüququ var. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə 26 iyun 1997-ci ildə edilmiş dəyişikliyə görə həmin maddədə nəzərdə tutulan yaş həddi 1997-ci ilin avqustun 1-dən hər il 6 ay artır. Həmin vaxt pensiya yaşına çatmış iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququndan yararlana bilməsi üçün iki şərtin ödənilməsi tələb olunurdu: azı 25 il sığorta stajına malik olması və bu müddətin azı 12 il 6 ayını güzəştli şərtlərlə pensiya alması üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.01.2007-ci il tarixli 12 saylı Qərarı ilə təsdiq etdiyi “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən ehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”na daxil olan işlərdə işləməsi. İşin tərəflər arasında mübahisə doğuran halı iddiaçının 25 il ümumi iş stajına malik olub oİmamasıdır. Məhkəmə tərəfindən iddiaçının əmək kitabçasına baxış keçirilən zaman müəyyən olunmuşdur ki, iddiaçının 01 yanvar 2006-cı il tarixədək ümumi iş stajı 21 il 01 ay 09 gün təşkil edir. İddiaçının əyani təhsil aldığı müddətin pensiya təyin edilməsində nəzərə alınmalı olan sosial sığorta stajına daxil edilməsi məsələsi iddiaçının pensiya təyin edilməsi üçün müvafiq yaşa çatdığı vaxt qüvvədə olan qanunvericiliyə görə deyil, həmin təhsilin özünün alındığı zaman qüvvədə olan qanunvericiliyə görə həll edilməlidir. Çünki bu zaman həll edilməli olan məsələ həmin müddətin sosial sığorta stajına daxil edilməli olub-olmadığı məsələsidir. Başqa sözlə, aydınlaşdırılmalı olan hüquq münasibəti əyani təhsil aldığı müddətin pensiya təyin edilməsində nəzərə alınmalı olan sosial sığorta stajına daxil edilməli olub-olmadığıdır. Hüquq münasibətinə verilməli olan qiymət isə onun yarandığı vaxt qüvvədə olan maddi hüquq normalarına görə həll olunmalıdır. Bu mənada, konkret iş üzrə mübahisəli hüquq münasibəti əyani təhsil alınması ilə bağlı yaranan münasibətdir. Ona görə də, həmin münasibətə məhz onun yarandığı zaman qüvvədə olan qanunvericiliyin tələbləri nəzərə alınmaqla qiymət verilməlidir. 1956-cı il 01 oktyabr tarixdə qüvvəyə minmiş “Dövlət pensiyaları haqqında” SSRİ Qanununun 1-ci maddəsinin v) bəndinə əsasən, ali məktəblərdə, orta xüsusi ixtisas məktəblərində, texniki peşə məktəblərində, başqa məktəblərdə və kadr hazırlayan kurslarda oxuyanlar dövlət pensiyası almaq hüququna malikdirlər. SSRİ Nazirlər Sovetinin 04 avqust 1956-cı il tarixli, 1044 saylı qərarı ilə təsdiq edilmiş “Dövlət pensiyalarının təyin edilməsi və ödənilməsi Qaydaları”nın 109-cu maddəsinin «и» bəndində təsbit edilmişdi ki, ali, orta ixtisas, texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti ümumi iş stajına daxil edilir. 1992-ci il 23 sentyabr tarixli “Vətəndaşların pensiya təminatı haqqında” Qanununun 67- ci maddəsinin ğ) bəndinə əsasən isə ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilir. Məhkəmə tərəfindən məlum olmuşdur ki, İddiaçı 01.09.1977-ci ildə “Radio cihazlarının tənzimlənməsi” ixtisası üzrə Bakı şəhərinin 62 №-li peşə məktəbinə daxil olmuş və 25.06.1978-ci ildə həmin peşə məktəbini bitirmiş, həmçinin, 22 avqust 1978-ci il 138 saylı əmrlə Azərbaycan Dəniz Balıq Sənayesi Texnikumuna (Hal-hazırda Azərbaycan Dövlət Dəniz Akademiyasının nəznində Azərbaycan Dənizçilik Kolleci) “Balıq məhsullarının texnologiyası” ixtisası üzrə tam orta təhsil bazasından əyani şöbəyə qəbul olunmuş, 05 may 1981-ci il 90 saylı əmrlə Texnikumu bitirmişdir. Göründüyü kimi, iddiaçının təhsil illəri 03 il 07 ay 07 gün təşkil edir. Məhkəmə qeyd edir ki, hətta iddiaçının təhsil müddəti sosial sığorta stajına əlavə edildikdə belə, iddiaçının 01 yanvar 2006-cı il tarixədək ümumi sığorta stajı 24 il 08 ay 16 gün təşkil edir. İddiaçının hərbi xidmət çəkməsini və həmin dövrün sosial sığorta stajına əlavə edilməsini araşdırmaq məqsədilə iddiaçıdan hərbi bilet tələb edilmiş, lakin hərbi bilet məhkəməyə təqdim edilməmişdir, həmçinin, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə ünvanlanmış sorğuya cavab məktubundan məlum olmuşdur ki, İddiaçı barəsində hərbi qeydiyyat kitablarına və arxiv-uçot sənədlərində hər hansı bir məlumat aşkar olunmamışdır. Göstərilənlərə əsasən, Məhkəmə hesab edir ki, iddiaçının 01 yanvar 2006-cı il tarixədək təhsil müddəti sosial sığorta stajına əlavə edilməklə, ümumi iş stajı 25 ildən az olduğundan, bununla da, cavabdeh tərəfindən onun müraciətindən qanuni və əsaslı olaraq imtina edildiyindən, onun hazırki tələbi əsassızdır. Azərbaycan Respublikası Konstitusiyası 60-cı maddəsinin İ və İİ hissələrinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 8-ci maddəsində deyilir: «Hər bir insan Konstitusiyanın, yaxud qanunun ona verdiyi əsas hüquqların pozulması hallarında bu hüquqların səlahiyyətli milli məhkəmələr tərəfindən bərpa edilməsi hüququna malikdir». Bu müddəa məhkəmə təminatı ilə bağlı Konstitusiyanın 60-cı maddəsində öz əksini tapmışdır. Konstitusiyanın bu maddəsi ilə vətandaşların həm Konstitusiya ilə təsbit edilmiş hüquqlarını və azadlıqları, həm də Azərbaycan Respublikası qanunlarında və digər normativ hüquqi aktlarında nəzərdə tutulmuş hüquqlarının və azadlıqlarının məhkəmələrin müdafiəsi altında olmasına təminat verilir. Məhkəmə təminatı hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu müəyyən edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi A.H.Zalovun şikayəti üzrə 21 may 2004-cü il tarixdə qəbul etdiyi qərarında Konstitusiyanın 60-ci maddəsində təsbit edilən hüquq və azadlıqların məhkəmə təminatı hüququna dair öz mövqeyini bəyan edərək göstərmişdir ki, qeyd edilən bu hüququn mühüm elementlərindən biri ədalət mühakiməsinin məhkəmələr tərəfindən qanunla müəyyənləşdirilmiş qaydada həyata keçirilməsindən ibarətdir. Daha sonra Konstitusiya Məhkəməsi qərarında göstərmişdir ki, X4 da hər kəsin qanun əsasında yaradılmış, müstəqil, qərərsiz və səlahiyyətli məhkəmədə müdafiə olunmaq hüququ ədalət mühakiməsinin mühüm təminatlarından biri kimi təsbit edilmişdir. (İnsan Hüquqlarına dair ümumi bəyannamənin 10-cu maddəsi, Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktın 14-cü maddəsi, «İnsan Hüquq və əsas Azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsi və.s.). Öz növbəsində məhkəmədə mühakimə olunmaq hüququ həmin məhkəmənin müvafiq mübahisəyə qanuna uyğun baxmalı olmasını ehtiva edir. Buna görə də hər hansı mübahisənin həll edilməsi qanun cərcivəsində olmalıdır. Məhkəmələr mübahisəni qanunla müəyyən edilmiş qaydada həll etməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən, Məhkəmə iş üzrə sübutlara məcmu qaydada qiymət verərək, qanunvericilik normalarını rəhbər tutaraq hesab edir ki, İddiaçı cаvаbdеh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat İdarəsinin qarşı “iddiaçıya 57 yaşdan güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi”nə dair iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2-ci, 34-cü, 52-ci, 68-ci, 69-cu, 85-ci və 110-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı cаvаbdеh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat İdarəsinin qarşı “57 yaşdan güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi”nə dair iddia tələbi təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar