Məhkəmə qərarları › İş №2-1(112)-215/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-215/2022

03.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-215/2022 03.06.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həsənova Şəlalə Akif qızının sədrliyi, Əliyeva Zərif Nəzər qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil, cavabdehin nümayəndəsi X15 iştirakları ilə İddiaçı "xxxx" Azərbaycan-X4 cavabdeh Azərbaycan Respublikası İqtisasiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı qərarın ləğv olunması tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı "xxxx" Azərbaycan X11 cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə (hazırda Azərbaycan Respublikası İqtisasiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək "xxxx" Azərbaycan X11 barəsində çıxarılmış xx.xx.2020-cu il tarixli, **********197410 №-li vergi ödəyicisinin məsuliyyətə cəlb edilməsi barədə qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, "xxxx" Azərbaycan-X11 aidiyyəti üzrə vergi orqanlarında əlavə dəyər vergisinin ödəyicisi kimi xx.xx.1996-cı il tarixdə qeydiyyatdan keçmiş və ********* saylı VÖEN almışdır (İndiki VÖEN: **********). "xxxx" Azərbaycan-X11 faktiki olaraq yanğından mühafızə sistemlərinin və vasitələrinin quraşdırılması, texniki xidməti və təmiri, elektrik və su kəməri sistemlərinin və sair mühəndis avadanlıqlarının quraşdırılması ilə məşğul olmuşdur, heç bir mövcud qanunvericilik və qadağan olunmuş fəaliyyəti yoxdur. "xxxx" Azərbaycan-X5 1997-ci ildən hal-hazırkı vaxta kimi MM-nin sahibkarlıq fəaliyyəti dövründə bir neçə dəfə səyyar vergi yoxlaması aparılmış və heç bir vergilərin ödənilməsindən yayınma faktları aşkarlanmamışdır. Axırıncı dəfə xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək müəssisədə sonuncu mubasiləndirilən səyyar vergi yoxlaması aparılmışdır. Bu səyyar vergi yoxlaması iyul 2016-iyun 2019-cu illəri əhatə etmişdir. Vergi yoxlaması təqdim olunmuş ilkin mühasibat sənədləri, memorial-orderlər, baş kitab, dövriyyə cədvəlləri və vergilərin hesablanması üçün zəruri sənədlər əsasında aparılmışdır. Yoxlama zamanı müəssisənin faktiki rekvizitləri ilə vergi orqanlarında olan uçot məlumatlarında olan rekvizitlər arasında kənarlaşma aşkar edilməmişdir. Lakin bütün yuxarıdakılara baxmayaraq xx.xx.2019-cu il tarixdə **********192478 saylı səyyar vergi yoxlaması aktı tərtib edilmiş, bu aktın əsasmda xx.xx.2020-ci il tarixli, 2**********197410 saylı vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərar çıxarılmışdır. Yoxlama dövrünə 2016-2018-ci illər üçün 2.499.324,7 AZN mənfəət vergisi və 2016-2019-cu illər üçün 2.389.530,13 AZN (iki milyon üç yüz səksən doqquz min beş yüz manat, 13 q.) əlavə dəyər vergisi, ümumilikdə 4.893.601,73 AZN (dörd milyon səkkiz yüz doxsan üç min altı yüz bir manat, 73 q.) və bütün bunlara müvafıq 2.611.148,47 AZN (iki milyon altı yüz on bir min yüz qırx səkkiz manat, 47 q.) maliyyə sanksiyası hesablanmışdır. Əslində isə müəssisənin mühasibat sənədlərini vergi qanunvericiliyinə müvafıq olaraq araşdırıb nəzərdən keçirilsə, vergiyə cəlb edilməli olan məbləğin reallığa uyğun olmadığı görsənir. Vergilər hesablanarkən vergitutma bazası, yəni vergitutma obyektinin vergi tutulan hissəsinin kəmiyyət göstəricələri düzgün araşdırılmamış, faktiki göstəriciləri hansı tarixdə müəyyən olunmuş hesab edilməsi düzgün qiymətləndirilməmişdir. Müəssisəyə əlavə hesablanmış vergilərin əsasını təşkil edən vergitutma obyekti və qaydaları səyyar vergi yoxlaması ilə düzgün müəyyən edilmədiyindən müəssisəyə yoxlama aktı ilə əlavə vergilər vergi qanunvericiliyinə uyğun olmayaraq, qeyri obyektiv, reallıqdan uzaq olaraq hesablanmışdır. Səyyar vergi yoxlaması zamanı müəssisənin fəaliyyəti ilə əlaqədar və götürdüyü digər vergi öhdəlikləri üzrə vergiləri azadılması müəyyən edilməmişdir, çünki bu faktlar heç olmamışdır. "xxxx" Azərbaycan-X5 xx.xx.2019-cu il tarixli, **********188711 saylı qərara əsasən xx.xx.2016-cı il tarixdən xx.xx.2019-cu il tarixədək dövrü əhatə edən vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədi ilə növbədən kənar səyyar vergi yoxlaması aparılmış və yoxlamanm nəticələri xx.xx.2019-cu il tarixli, **********192478 saylı səyyar vergi yoxlaması aktı ilə rəsmiləşdirilmişdir. Həmin səyyar vergi yoxlaması aktı qanunvericiliyin tələbləri kobud sürətdə pozulmaqla tərtib edildiyindən həmin aktı imzalamaqdan imtina edilmişdir. Təqdim edilmiş səyyar vergi yoxlaması aktı, səyyar vergi yoxlamasının keçirilməsi qaydalarına əməl etmədən və konkret sənədlərə, görülmüş işlərə, çəkilən xərclərə əsaslanmadan Vergi Məcəlləsinin müddəaları pozulmaqla tərtib edilmişdir. Bundan başqa qeyd etmək zəruridir ki, müəssisə gördüyü işlərə görə əldə etdiyi gəlirdən Vergi Məcəlləsinin tələblərinə uyğun olaraq bütün vergiləri hesablamış və dövlət büdcəsinə ödəmişdir. Müəssisənin əsas fəaliyyəti X24 krediti hesabına, "xxxx" ASC-nin sifarişi əsasında Astara şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin tikintisi layihəsindən ibarət olmuşdur. Həmin işin icrası zamanı görülmüş işlərin standartlara uyğunluğu X24 və Azərbaycan Respublikasının müvafıq dövlət qurumlarının monitorinq qrupları tərəfindən araşdırılmış, işin icrası başa çatdıqdan sonra sifarişçiyə təhvil verilməzdən əvvəl bir daha yoxlanılaraq, istifadə olunmuş tikinti materiallarının həcmi, keyfıyyəti, standartlara uyğunluğu, dəyəri və digər zəruri hallar araşdırılaraq sifarişçiyə təhvil verilmişdir. Lakin Bakı şəhər Lokal Gəlirlər Baş İdarəsinin əməkdaşları tərəfindən aparılan yoxlama zamanı görülmüş işlərə və göstərilmiş xidmətlərə görə çəkilmiş xərclərin düzgün hesablanmadığı, işləri qəbul edən bütün cavabdeh dövlət orqanlarının hesablamalarının səhv aparıldığı iddia edilərək müəssisə tərəfindən işlərin görülməsi üçün alınmış, alınarkən ödənilmiş və əvəzləşdirilmiş ƏDV-lərin bir hissəsi müəssisəyə sanksiya kimi hesablanmışdır. Vergi orqanının ehtimallarına görə alınmış malların bir qisminin tikintiyə istifadə edilmədiyi qeyd edilmişdir. Əgər həmin materiallar tikintiyə istifadə edilməmişdirsə, digər şəxslərə təqdim edilmişdirsə o zaman həmin malların dəyəri müəssisənin hesabına niyə ödənilməmişdir? Müəssisədə aparılan bütün ödəmələr nağdsız qaydada həyata keçirilmişdir. Qeyd edilənlər yoxlamanın nəticələrinin əsassız olmasını təsdiq edən hallardır. Hesablamaların əsasını Lokal Gəlirlər Baş İdarəsi tərəfindən dəvət edilmiş “Azərekspertiza” Birliyinin mütəxəssisləri tərəfındən "xxxx" ASCdən götürülmüş elektrik enerjisi sərfıyyatının göstəricilərinə əsasən beton məhsulunun istehsal həcminin müəyyənləşdirilməsi və süni surətdə dövriyyənin şişirdilməsi səbəb olmuşdur. Mütəxəssis rəyləri özləri də kobud pozuntularla tərtib edilmiş və qanunvericiliyin tələblərinə uyğun gəlmirlər. Belə ki, müəssisənin dövriyyəsi “Azərekspertiza” Birliyinin mütəxəssisi X16 təqdim etdiyi mütəxəssis və ekspert rəyləri əsasında istifadə edilmiş elektrik enerjisinin göstəricilərinə əsasən hesablanmışdır ki, qeyd edilən hesablanma üsulu və metodu qanunvericiliyin tələblərinə ziddir. Bundan başqa səyyar vergi yoxlamasını həyata keçirən vergi müfəttişləri vergiləri həmin rəylərdə göstərilən göstəricilərə belə əməl etmədən öz mülahizə və ehtimallarına əsasən hesablamışlar. Belə ki, mütəxəssis kimi cəlb edilmiş X22 öz mütəxəssis rəyində müəssisə tərəfindən istifadə edilmiş ümumi elektrik enerji sərfıyyatının 31%-nin beton istehsalına sərf edildiyini qeyd etsə də vergi yoxlaması zamanı istifadə edilmiş bütün elektrik enerjisinin beton istehsalına sərf edilməsi kimi qəbul edilmiş və bununla da müəssisənin beton istehsalı həcmi suni surətdə şişirdilərək suni dövriyyə yaradılmış, həmin suni dövriyyədən isə suni şəkildə şişirdilmiş ƏDV və mənfəət vergisi hesablanmışdır. Halbu ki, yoxlama zamanı həm vergi müfəttişlərinə, həm də mütəxəssislərə müəssisədə quraşdırılmış 5650 KWA yarımsatnsiyadan qidalanan obyektlərin enerjidən istifadə gücləri barədə təfərrüatlı məlumatlar və sxemlər təqdim edilmişdir. Qeyd edilən 5650 KWA yarımsatnsiyadan istifadə edən digər obyektlər aşağıdakı kimidir: 1000 KWA (18%) X21, 400 KWA (7%) Qum Çınqıl istehsal sahəsi, 400 KWA (7%) Beton istehsalı sahəsi, 400 KWA (7%) Toyuq fermaları (1-ci sahə), 200 KWA (4%) İnkubator, 250 KWA (5%) Toyuq fermaları (1-ci sahə), 3000 KWA (52%) Kəsim zavodu-6000 baş/saat 2 ədəd hər biri 200 ton-18C Soyuducu anbar, 2 ədəd hər biri 15 ton-40C Şoklama kamerası, Tullantıların təkrar emalı sexi-7500 ton/saat, Kərpic sexi, Qaraj və avto təmir sexi, Ofıs və yeməkxana. Yuxarıda göstərilənlərdən də tam aydın olur ki, “Azərekspertiza” Birliyinin mütəxəssisləri tərəfindən araşdırma formal şəkildə aparılmış, müəssisənin istifadəsində olan elektrik yarımstansiyasından qidalanan obyektlər tam və ətraflı tədqiq edilməmiş, hesablamalar hansı metodik göstəricilərə əsasən hesablandığı əsaslandırılmamış, ümumi sözlərlə ifadə edilmişdir. Səyyar vergi yoxlamasının nəticələrinin əsassız olması, əsassız tərtib edilmiş mütəxsəssis və ekspert rəyləri ilə bir daha öz təsdiqini tapmışdır. Belə ki, eyni mütəxəssis Bakir Əliyev öz mütəxəssis rəyində müəssisənin kərpic sexində kərpicin istehsal prosesinin hansı mərhələlərdən keçdiyini, kərpicin istehsalı üçün suni qurutma sobasında havanın temperaturunun 350-400 dərəcə olması, bişirilməsi üçün isə temperaturun ***-**** dərəcə selsiyə qədər yüksəldilməsini, rəyin nəticə hissəsində isə 25*12*6 sm ölçülü keramik kərpicin orta istehsal sayını 655581.47 olaraq göstərmişdir. Lakin səyyar vergi yoxlaması aktında mütəxəssis rəyində qeyd edilən kərpic ilə əlaqədar heç bir münasibət bildirilməmiş, istifadə edilmiş bütün elektrik enerjisinin sərfıyyatı beton istehsalına sərf edilməsi göstərilmişdir. Mütəxəssis rəyində keramik kərpicin istehsalı üçün hansı mərhələlərdən keçirilməsi, bunun üçün temperaturun 350-400 selsi, hətta ***-**** selsiyə qədər yüksəldilməsi qeyd edilmişdir. Əgər mütəxəssis rəyi əsaslıdırsa o zaman keramik kərpicin istehsalı üçün həmin istiliyin əldə edilməsinə sərf edilən elektrik enerjisi niyə nəzərə alınmamışdır və həmin elektrik enerjisinə sərf edilmiş hansı səbəbdən beton istehsalına sərf edilmiş kimi göstərilə bilər? Bundan başqa həmin müətəxssis rəyində B7.5-B12.5 markalı əmtəə betonunun istehsal həcminin 5759.667 m3, B20 markalı əmtəə betonunun istehsal həcminin 98845.73 m3 olaraq göstərilmişdir. Mütəxəssis elektrik enerji sərfıyyatına əsasən beton markalarını necə və hansı yolla belə dəqiq markalara ayırmaqla rəy verə bilmişdir? Əlbəttə ki, həmin istehsal olunmuş beton markalarını elektrik enerji sərfıyyatına əsasən belə dəqiq ayırmaq qeyri-mümkündür. Qeyd edilənlər bir daha həmin mütəxəssis rəylərinin və səyyar vergi yoxlaması aktının əsassız olduğunu təsdiq edir. Qeyd edilənlərdən əlavə olaraq səyyar vergi yoxlaması zamanı müəssisənin ezamiyyə xərclərini gəlirin əldə edilməsi ilə bağlı olmaması əsası ilə əsassız olaraq gəlirdən çıxılan xərclərə aid edilməmişdir. Halbuki, yoxlama zamanı ezam edilmiş işçilərin ezam edilməsi barədə əmrlər və digər zəruri sənədlər yoxlamaya təqdim edilmiş, həmin işçilər Bakı şəhərindən Lerik, Astara və ətraf rayonlarda müəssisə tərəfındən həyata keçirilən işlərin yerinə yetirilməsi ilə əlaqədar ezam edilmiş, ezamiyyə xərcləri Nazirlər Kabinetinin təsdiq etdiyi normalara uyğun hesablanaraq ödənilmiş, ezamiyyə ilə bağlı mehmanxana xərcləri rəsmi hesab faktura ilə rəsmiləşdirilmişdir. Lakin vergi müfəttişləri öz mülahizələrinə əsasən həmin xərclərin gəlirin çəkilməsi ilə əlaqədar xərclərə aid olmadığını əsas gətirərək nəzərə almamışdır. Hansı səbəbdən alınmadığı isə aktda əsaslandırılmamışdır. Həmin işçilərin ezam edilməsi əsassızdır, yoxsa ezam edilmiş işçilərin ezamiyyə xərcləri Nazirlər Kabinetinin qərarında qeyd edilmiş normalardanmı artıqdır? Bu sualların heç biri əsaslandırılmadan vergi müfəttişlərinin öz mülahizələrinə əsasən xərclərə aid edilməmişdir. Bu isə vergi qanunvericiliyinin kobud pozulması və aktın əsassız, qanunsuz və qərəzli tərtib edilməsini təsdiq edir. Səyyar vergi yoxlaması aktında digər bir qanunsuzluq isə müəssisənin yanacaq xərclərinin gəlirin əldə edilməsi ilə əlaqədar çəkilmədiyi əsas gətrilərək xərclərdən çıxarılmışdır. Bunların səbəbi isə əlbəttə yoxlayıcıları şəxsi mülahizələridir. Müəssisəyə məxsus nəqliyyat vasitələrinin texniki pasportları və icarəyə götürülmüş nəqliyyat vasitilərinin müqavilələri, habelə yanacağın yanacaq doldurma məntəqələrindən alınmasını təsdiq edən hesab fakturalar və qaimə fakturalar vergi yoxlayıcılarına tam şəkildə təqdim edilmişdir. Həmin sənədləri vergi orqanının avtomatlaşdırılmış vergi informasiya sistemindən də əldə etmək imkanı mövcuddur. Necə ola bilər ki, vergi orqanı müəssisənin əsasız olaraq şişirdilmiş şəkildə beton istehsal etdiyini qəbul edir, ancaq həmin beton məhsulunun istehsal edilməsi və satılması ilə əlaqədar nəqliyyat vasitələrinin sərf etdiyi yanacağı vergi orqanı qəbul etmir. Səbəbi isə aydındır, yoxlamanın qanunvericiliyin tələblərinin pozularaq və qərəzli aparılması. Bundan başqa yoxlama zamanı müəssisənin beton istehsalı zamanı aldığı sement də əsas götürülmüşdür. Lakin həmin sementin hara və necə istifadə edilməsi barədə hər hansı araşdırma aparılmamışdır. Belə ki, tərəflərindən müəssisənin əldə etdiyi sement məhsulunun hansı miqdarda və hara istifadə edilməsi barədə sənədlər yoxlayıcıya təqdim edilmişdir. Mütəxəssis rəyinə əlavə edilmiş müəssisənin beton istehsalına sərf edilmiş sementin sərfiyyatı ilə əlaqədar cədvəlində yoxlanılan dövr üzrə yəni xx.xx.2016xx.xx.2019-cu il ərzində 35162,80 ton sementin 1555,1 tonu bir kubmetr B7,5 və B12,5 markalı betona 270 kiloqram sərf olunduğu, qalıq 33607,7 ton sement xammal, bir kubmetr B20(M250) markalı betona 340 kiloqram olmaqla kubmetr beton istehsalına hesablandığı göstərilmişdir. Mütəxəssisin həmin hesablamaları ilə də razılaşmaq mümkün deyil. Əvvəla yoxlama dövründə müəssisə tərəfındən 29370 ton sement xammalı əldə edilmişdir. Göründüyü kimi mütəxəssisin rəyə əlavə etdiyi cədvəl ilə müəssisənin həmin dövrdə əldə etdiyi sement xammalının həcmində 5792,8 ton fərq mövcuddur. Bundan başqa həmin 29370 ton sement bütünlükdə beton istehsalında istifadə edilməmişdir. Eyni zamanda həmin sement xammalının daşınması zamanı qəbul edilmiş standarta uyğun olaraq 4 faiz daşıma itkisi də mütəxəssis rəyində nəzərə alınmamışdır. Qəbul edilmiş normativlərə əsasən sement xammalının daşınması zamanı 4 faiz itki mövcuddur. Bundan başqa onlar istifadə edilmiş sement xammalının sərfıyyatı barədə vergi yoxlayıcılarına sənədləri və sübutları təqdim etmişlər. Belə ki, 29370 ton sementin 3546,215 tonu Astara şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin təchizatı layihəsinə, 3767 tonu müəssisənin təsisçisinin göstərişinə əsasən torpaq sürüşmələri və sel sularından zərərçəkmiş Lerik rayon əhalisinə yardım üçün verilmiş, 1252 tonu təsisçinin göstərişinə əsasən Lerik rayonu Rəzgov kəndində məktəb binasının tikintisinə, 836 tonu təsisçinin göstərişinə əsasən Lerik rayonunda ehtiyacı olan aztəminatlı ailələr üçün daxili imkanlar hesabına yardım məqsədi ilə Piran kəndində beş, Rəzgov kəndində bir, Vistən kəndində bir, ümumilikdə yeddi yaşayış evinin tikintisinə, 98 tonu bir hissəsi dağılmış Piran körpüsünün təmirinə və ətrafındakı bərkitmə işlərinin bərpasına, 1679,13 tonu Lerik rayonunun Murya kəndinə gedən yolun üstündə bir aşırımlı, Livədirgə, Dəvrədibi və Almu kəndlərinə gedən yolun üstündə isə iki aşırımlı körpülərin tikintisinə, 3232,53 tonu müəssisənin ərazisində yerləşən İ və İİ Drobilkada hazır məhsulların (qum və çınqıl) yığılması üçün meydança sahəsinin beton məhlulu ilə betonlanmasına, 1746,261 tonu Piran zavodu ərazisində divar hörgüsü işlərinə, ofıs otağı, yeməkxana otağı, qaraj, anbar binasının tikintisi və həmin tikililərin döşəmələrinin beton məhlulu ilə hamarlanması, iki ədəd drobilka və beton zavodunun fundamentlərinin tökülməsi və danba hissəsinin betonlanmasına, 670,43 tonu İ və İİ Drobilkaların gövdə hissəsi, 100 tonluq tərəzinin bünövrə hissəsi, tamet sexinin bərpası, beton zavodunun təməlinin bərpası, drenaj xətlərinin bərpası və beton bərkitmə işlərinin yerinə yetirilməsinə, 75 tonu aqrar səhələrə, 1583,7 tonu leysan və daşqın nəticəsində Pirandakı çay üstü körpünün bərpası və əlavə bərkitmə işlərinə, qum çınqıl istehsalı üçün xammalın yığılmasından ötrü bəndlərin qurulmasına, 736,2 tonu mal material anbarının döşəməsinin beton məhlulu ilə hamarlanması və İ Drobilkanın danba hissəsinin betonlanmasına, 902,415 tonu kərpic sexinin döşəməsinin, qum çınqıl və beton zavodun həyətinin, anbarının və nəqliyyat sahəsinin beton məhlulu ilə hamarlanması və İ Drobilkanın gövdə hissəsinin tunbalarının betonlanmasına, 216 tonu Lənkəran və Ləkər çaylarında qum-çınqıl istehsalı üçün lazım olan xammalın yığılmasından ötrü qurulmuş bəndlərin sel və daşqınlardan sonra bərpa işlərinə, 1082,34 tonu "xxxx" Şirkətinin təmir və tikinti işlərinə, 109,2 tonu "xxxx" Firmasına, 37,75 tonu “AVES” şirkətinə satılmış betona sərf edilmişdir. 951,57 tonu təbii fəlakət nəticəsində sement anbarının və beton zavoddakı sement çənlərinin sel sularının yuyub aparması nəticəsində, 1800,816 tonu isə rütubətdən və yağışdan daşlanma nəticəsində istifadə yararsız hala düşmüşdür. Son qeyd etdiyi iki halla bağlı daxili aktlar tərtib edilmiş olsa da müvafıq qurumlardan hər hansı rəsmi arayış alınmamışdır. Həmin rəsmi arayış alınmasa belə qeyd edilən 2752,386 ton sement xammalının betonun istifadəsinə sərf edilməsi kimi deyil, Vergi Məcəlləsinin tələblərinə əsasən əksik gəlmə kimi, yəni sement xammalının təqdim edilməsi kimi vergiyə cəlb edilməli idi. Lakin vergi yoxlayıcıları və mütəxəssis tərəfindən nədənsə həmin hallar nəzərə alınmamış, öz mülahizələrinə və ehtimallarına əsasən beton istehsalına sərf edilməsi kimi qiymətləndirilmişdir. Göstərilən digər işlərə sərf edilmiş sement xammalının sərfıyyatı müvafıq qaydada rəsmiləşdirilmiş və həmin sənədlər də yoxlayıcılara təqdim edilmişdir. Bundan başqa səyyar vergi yoxlaması zamanı vergilərin hesablanması üçün istifadə edilən mütəxəssis rəyinə əlavə edilmiş cədvəlin son qrafasında da qeyd edildiyi kimi müəssisənin dövriyyəsi ehtimal əsasında hesablanmışdır. Bundan əlavə bildirilir ki, sement xammalının yuxarıda göstərilmiş işlərə sərf edilməsi sənədləşdirilmiş və həmin sənədlər yoxlamaya təqdim edilmişdir. Vergi yoxlayıcıları tərəfındən müəssisənin istehsal sahələrinə baxış keçirilsə də qeyd edilənlər araşdırılmamışdır. Halbu ki, səyyar vergi yoxlaması aktında da göstərildiyi kimi Vergi Məcəlləsinin 36.2-ci maddəsinə əsasən vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdır. Lakin vergi orqanı tərəfindən qeyd edilən qanunvericiliyin tələbləri kobud şəkildə pozularaq cəlb edilmiş mütəxəssis tərəfindən ehtimal ilə müəyyən edilmiş istehsal həcmindən və dövriyyədən vergilər hesablanmışdır. Yuxarıda qeyd edilənlərdən bir daha aydın olmuşdur ki, aparılmış səyyar vergi yoxlamasının nəticələri düzgün deyil və həmin məbləğlər ehtimallara əsasən müəyyən edilmişdir. Vergilər isə ehtimallar əsasında hesablana bilməz. Vergi Məcəlləsinin 3.2-ci maddəsinə əsasən vergilər iqtisadi cəhətdən əsaslandırılmalıdır. Həmin Məcəllənin 3.8-ci maddəsinə əsasən heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz, 3.11-ci maddəsinə əsasən isə vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan məqamlan, vergi ödəyicisinin xeyrinə şərh edilməlidir. Bundan başqa “İnzibati icraat haqqında” Qanunun 67-ci maddəsinə əsasən inzibati orqan tərəfındən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır, qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə tərəfındən ləğv oluna bilər. Yoxlama zamanı Azərbaycan Respublikası Vergi Məcəlləsinin 38-39-cu maddələrinin tələblərinə tam olaraq riayət edilməmişdir, səyyar vergi yoxlanmasının nəticələri rəsmiləşdirilərkən təqdim edilmiş sənədlər tam araşdırmadığından akt tərtib edilərkən yanlış hesablamalara və maliyyə sanksiyasına yol verilmişdir. Cavabdeh iddia ərizəsinə etiraz təqdim edərək göstərmişdir ki, iddia təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 23.1.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək vergi orqanlarının səlahiyyətlərinə aid edilmişdir. Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin "xxxx" xx.xx.2019cu il tarixli qərarına əsasən Müəssisəsdə vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədi ilə xx.xx.2016-cı il tarixdən xx.xx.2019-cu il tarixədək olan dövr əhatə edilməklə növbəti səyyar vergi yoxlaması keçirilmiş və səyyar vergi yoxlamasına xx.xx.2019-cu il tarixdə başlanmış, xx.xx.2019-cu il tarixdə başa çatdırılmış və yoxlamanın nəticələri üzrə xx.xx.2019-cu il tarixli, **********192478 nömrəli akt tərtib olunmuşdur. Vergi ödəyicisi aktı imzalamaqdan imtina etmiş, bu barədə aktda müvafiq qeyd edərək, bir nüsxəsini qəbul etmişdir. Aparılan səyyar vergi yoxlaması zamanı vergidən yayınma halları aşkar edilmiş, vergi yoxlamasının materiallarına baxılmanın nəticələri üzrə vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında xx.xx.2020-ci il tarixli, **********197410 saylı qərar çıxarılmışdır. Səyyar vergi yoxlamasının keçirilməsi üçün zəruri olan sənədlərin təqdim olunması haqqında vergi ödəyicisinə xx.xx.2019-cu il tarixli, **********188779 nömrəli tələbnamə verilmişdir. Lakin müəssisə tərəfindən tələbnamədə göstərilən sənədlər yoxlamaya qismən təqdim edilmişdir, bu səbəbdən Vergi Məcəlləsinin 42.2-ci maddəsinə əsasən sənədlərin qismən təqdim edilməsi barədə akt tərtib olunmuşdur. xx.xx.2019-cu il tarixli, **********189712, xx.xx.2019-cu il tarixli, **********192020, xx.xx.2019-cu il tarixli, **********194684 nömrəli ekspertizanın təyin edilməsi haqqında qərara əsasən ekspertiza aparıldı. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 36.2-ci maddəsinə əsasən vergi yoxlamalan keçirildikdə vergi orqanlan və onlann vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün hallar, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan hallar aydınlaşdırmalıdırlar. Həmin Məcəllənin 23.1.14-cü maddəsi ilə bu Məcəllə ilə müəyyən edilmiş qaydada ekspertləri cəlb edilməsi vergi orqanlarının hüquqlarına aid edilmişdir. Həmçinin Vergi Məcəlləsinin 45-ci maddəsinə əsasən səyyar vergi yoxlaması keçirilməsi zamanı bilavasitə vergi orqanının fəaliyyət dairəsinə aid olmayan sahələr üzrə xüsusi bilik va təcrübə tələb olunduqda, vergi orqanının rəhbərinin (onun müavininin) qərarına əsasən mütəxəssis dəvət oluna bilər. Göstərilənləri nəzərə alaraq müəssisə tərəfındən yoxlanılan dövr üzrə istehsal olunmuş məhsulların və aparılmış tikinti işlərində sərf olunmuş mal-materialların real bazar qiymətlərinin müəyyənləşdirilməsi məqsədi ilə ekspert rəyinin verilməsi üçün Baş İdarənin xx.xx.2019-cu il tarixli, **********189712 nömrəli və xx.xx.2019-cu il tarixli, **********194684 nömrəli “Ekspertizanın təyin edilməsi haqqında" qərar çıxanlmışdır. Ekspert tərəfindən xx.xx.2019-cu il tarixli ekspert rəyi verilmişdir. Yoxlama zamanı ekspert rəyindən vergilərin hesablanması zamanı istifadə edilmişdir. Azərbaycan Respublikasi Vergi Məcəlləsinin 36.2-ci maddasinə əsasən vergi yoxlaması keçirildikdə, vergi orqanlarının və onlann vəzifəli şəxsləri düzgün qarar qəbul edilməsi uçün əhəmiyyətli olan bütün hallar, o cümlədən vergi odəyicisi üçün əlverişli olan hallar aydınlaşdırmalıdırlar. Həmin Məcəllənin 23.1.14-cü maddəsi ilə təyin edilmiş qaydada mütəxəssislərin cəlb edilməsi vergi orqanlarının hüquqlarına aid edilmişdir. Həmçinin Vergi Məcəlləsinin 45-ci maddəsinə əsasən səyyar vergi yoxlaması keçirilməsi zamanı bilavasitə vergi orqanlarının fəaliyyət dairəsinə aid olmayan sahələr üzrə xüsusi bilik və təcrübə tələb olunduqda, vergi orqanın rəhbərinin (onun muavininin) qərarına əsasən mütəxəssis dəvət oluna bilər. Yoxlama gedişatında müəssisə tərəfındən yoxlamaya məhsulların ishehsalı, satışı və aparılmış tikinti işlərinə çəkilmiş xərclərin, yerinə yetirilmiş işlərin tərkibində əmək tutumunun, material xərclərinin, onun silinməsinin, mal-materialların çeşid və miqdarının, eyni zamanda təsdiq edilmiş F-2 aktlarının layihə sənədlərinə və tikinti norma və qaydalarına uyğunluğunun müəyyən edilməsi, sərf edilmiş beton məmulatlarının tərkib hissəsi olan sement, qum-çınqıl, şeben, o cümlədən köməkçi materiallar taxta, dikt, armatur və digər materialların həcminin müəyyənləşdirilməsi ilə baglı sənədlər tam təqdim edilməmiş və bu səbəbdən yoxlama zamanı müəssisə tərəfındən istehsal edilmiş məhsulların görülmüş işlərin real istehsal həcmlərinin müəyyən edilməsi məqsədi ilə Baş idarənin xx.xx.2019-cu il tarixli, **********189713 nömrəli və xx.xx.2019-cu il tarixli, **********194687 nömrəli "Mütəxəssisin dəvət edilməsi haqqında" qərar çıxarılmış, yoxlamaya mütəxəssis cəlb edilmişdir. Qərarda qoyulan suallar üzrə mütəxəssis tərəfindən xx.xx.2019-cu il tarixli rəy təqdim edilmişdir. Yoxlama zamanı mütəxəssis əvvəlki yoxlamanın nəticəsində aşkar edilmiş pozuntuların aradan qaldırılması vəziyyəti: Hesablanmış verginin və tətbiq edilmiş maliyyə sanksiyasının yoxlanılan dövr ərzində müəssisənin sərbəst mənfəti hesabına aidiyyatı üzrə ödənilməsi təmin edilmişdir. Müəssisədə mühasibat uçotu memorial-order formasında aparılmışdır. Mühasibat sənədləri Maliyyə Nazirliyi tərəfındən təsdiq edilmiş ciddi uçot blanklanndan istifadə edilməklə aparılmışdır. Maliyyə-təsərrüfat fəaliyyətini əks etdirən hesabatlar yoxlama gününədək müəssisə tərəfindən Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin vaxtında təqdim edilmişdir. Yoxlama nəticəsində aşağıdakılar müəyyən edilmişdir: Mənfəət vergisi: Müəssisə tərəfindən yoxlanılan dövrdə 2016-2018-ci illər üzrə mənfəət vergisi bəyannamələri təqdim edilmişdir. Təqdim edilmiş mənfəət vergisi bəyannamələrində müəssisə tərəfindən gəlir və xərclərin hesablama metodu ilə əks etdirilməsi göstərilmişdir. Müəssisə tərəfindən təqdim olunmuş 2016-cı il üçün mənfəət vergisi bəyannaməsi üzrə ümumi gəlirin 7238977,27 manat, gəlirdən çıxılan ümumi xərclər 7130925,83 manat, vergiyə cəlb olunan mənfəət 108051,44 manat olmaqla ondan hesablanan mənfəət vergisi 21610,29 manat təşkil etmişdir. Vergi Məcəlləsinin 130.2-ci maddəsinə əsasən vergi ödəyicisi öz fəaliyyəti ilə bağlı olan bütün əməliyyatların başlanğıcını, gedişini və qurtarmasını müəyyənləşdirməyə imkan verən uçotun aparılmasını təmin etməyə borcludur. Həmin Məcəllənin 16.1.3-cü maddəsi ilə qanunvericiliklə nəzərdə tutulmuş qaydada gəlirlərin (xərclərinin) və vergitutma obyektlərinin uçotunun apanlması, 16.1.6-cı maddəsi ilə bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada vergi orqanlarına və onların vəzifəli şəxslərinə zəruri olan məlumatların və sənədlərin təqdim edilməsi vergi ödəyicilərinin vəzifələrinə aid edilmişdir. Lakin yoxlama gedişatında müəssisə tərəfindən yoxlamaya məhsulların ishehsalı və satışı ilə baglı sənədlərin tam təqdim edilmədiyi müəyyən edilmişdir. Belə ki, yoxlamaya müəssisənin yoxlanılan dövrdə real istehsal həcminin müəyyən edilməsi məqsədi ilə cəlb edilmiş mütəxəssis tərəfindən müəyyən edilmiş istehsal həcminin müəssisənin ilkin sənədlərində əks etdirilmiş istehsal olunmuş və təqdim edilmiş məhsul həcmindən artıq olduğu müəyyən edilmişdir. Bu səbəbdən yoxlama ilə 2016 və 2018-ci illər üzrə mənfəət vergisi məqsədləri üçün gəlirin məbləği müəssisənin təqdim etdiyi satış sənədlərində əks etdirilmiş göstəricilərinin nəzərə alınmaqla yoxlamaya cəlb edilmiş mütəxəssis və ekspert tərəfindən hazırlanmış rəylərin məlumatlarına əsasən hesablanmışdır.Yoxlama ilə yoxlama aktına əlavə olunmuş hesablama cədvəlindən göründüyü kimi 2016-cı il üzrə müəssisənin mənfəət vergisi məqsədləri üçün ümumi gəlirin 10480837,98 manat, gəlirdən çıxılan ümumi xərclər 7049536,53 manat, vergiyə cəlb olunan mənfəət 3431301,45 manat olmaqla ondan hesablanan mənfəət vergisi 686260,29 manat təşkil etmişdir. Eyni zamanda müəssisə tərəfindən yoxlamaya təqdim edilmiş ilkin mühasibat sənədlərinin göstəriciləri ilə 2016-cı ilin mənfəət vergisi bəyannaməsi üzrə xərc sənədləri müqayisə edilərkən 81389,30 manat yanacaq xərcinin gəlirin əldə edilməsi ilə bağlı olmadığı halda 2016-cı il üzrə xərclərə aid edilmişdir. Beləliklə yoxlama ilə 2016-cı il üzrə əlavə olaraq 664650,00 manat (686260,29-21610,29) mənfəət vergisi hesablanmışdır. Müəssisə tərəfindən təqdim olunmuş 2017-ci il üçün mənfəət vergisi bəyannaməsi üzrə ümumi gəlirin 10408230,60 manat, gəlirdən çıxılan ümumi xərclər 10205448,24 manat, vergiyə cəlb olunan mənfəət 202782,36 manat olmaqla ondan hesablanan mənfəət vergisi 40556,47 manat təşkil etmiş, 2017-ci il üzrə X14nə əsasən 7000,0 manat mənfəət vergisi azaldıqdan sonra 33556,47 manat mənfəət vergisi hesablanmışdır. Vergi Məcəlləsinin 130.2-ci maddəsinə əsasən vergi ödəyicisi öz fəaliyyəti ilə bağlı olan bütün əməliyyatların başlanğıcını, gedişini və qurtarmasını müəyyənləşdirməyə imkan verən uçotun aparılmasını təmin etməyə borcludur. Həmin Məcəllənin 16.1.3-cü maddəsi ilə qanunvericiliklə nəzərdə tutulmuş qaydada gəlirlərin (xərclərinin) və vergitutma obyektlərinin uçotunun aparılması, 16.1.6-cı maddəsi ilə bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada vergi orqanlarına və onların vəzifəli şəxslərinə zəruri olan məlumatların və sənədlərin təqdim edilməsi vergi ödəyicilərinin vəzifələrinə aid edilmişdir. Lakin yoxlama gedişatında müəssisə tərəfindən yoxlamaya məhsulların ishehsalı və satışı ilə bağlı sənədlərin tam təqdim edilmədiyi müəyyən edilmişdir. Belə ki, yoxlamaya müəssisənin yoxlanılan dövrdə real istehsal həcmini müəyyən edilməsi məqsədi ilə cəlb edilmiş mütəxəssis tərəfindən müəyyən edilmiş istehsal həcminin müəssisənin ilkin sənədlərində əks etdirilmiş istehsal olunmuş və təqdim edilmiş məhsul həcmindən artıq olduğu müəyyən edilmişdir. Bu səbəbdən yoxlama ilə 2016 və 2018-ci illər üzrə mənfəət vergisi məqsədləri üçün gəlirin məbləği müəssisə təqdim etdiyi satış sənədlərində əks etdirilmiş göstəricilərinin nəzərə alınmaqla yoxlamaya cəlb edilmiş mütəxəssis və ekspert tərəfindən hazırlanmış rəylərin məlumatlarına əsasən hesablanmışdır. Yoxlama ilə yoxlama aktına əlavə olunmuş hesablama cədvəlindən göründüyü kimi 2017-ci il üzrə müəssisənin mənfəət vergisi məqsədləri üçün ümumi gəlirin 12651888,77 manat, gəlirdən çıxılan ümumi xərclər 7965932,94 manat, vergiyə cəlb olunan mənfəət 4685955,83 manat olmaqla ondan hesablanan mənfəət vergisi 937191,17 manat təşkil etmiş, 2017-ci il üzrə X14nə əsasən 7000,0 manat mənfəət vergisi azaldıqdan sonra 930191,17 manat mənfəət vergisi hesablanmışdır. Eyni zamanda müəssisə tərəfindən yoxlamaya təqdim edilmiş ilkin mühasibat sənədlərinin göstəriciləri ilə 2017-ci ilin mənfəət vergisi bəyannaməsi üzrə xərc sənədləri müqayisə edilərkən 1900150,00 manat xammal və materiallar xərci, 172900,00 manat ezamiyyə xərci, 125250,00 manat yanacaq xərci, 42250,00 manat sair xərclər olmaqla ümumilkidə 2240550,00 manat xərcin gəlirin əldə edilməsi ilə bağlı olmadığı halda 2017-ci il üzrə xərclərə aid edilmişdir. Beləliklə, yoxlama ilə 2017-ci il üzrə əlavə olaraq 896634,70 manat (930191,17-33556,47) mənfəət vergisi hesablanmışdır. Müəssisə tərəfindən təqdim olunmuş 2018-ci il üçün mənfəət vergisi bəyannaməsi üzrə ümumi gəlirin ********.79 manat, gəlirdən çıxılan ümumi xərclər 17358242,64 manat, vergiyə cəlb olunan mənfəət 249021,55 manat olmaqla ondan hesablanan mənfəət vergisi 49804,31 manat təşkil etmiş, 2018-ci il üzrə X14nə əsasən 5597,78 manat mənfəət vergisi azaldıqdan sonra 44206,53 manat mənfəət vergisi hesablanmışdır. Vergi Məcəlləsinin 130.2-ci maddəsinə əsasən vergi ödəyicisi öz fəaliyyəti ilə bağlı olan bütün əməliyyatlann başlanğıcını, gedişini və qurtarmasını müəyyənləşdirməyə imkan verən uçotun aparılmasını təmin etməyə borcludur. Həmin Məcəllənin 16.1.3-cü maddəsi ilə qanunvericiliklə nəzərdə tutulmuş qaydada gəlirlərin (xərclərinin) və vergitutma obyektlərinin uçotunun aparılması, 16.1.6-cı maddəsi ilə bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada vergi orqanlanna və onların vəzifəli şəxslərinə zəruri olan məlumatlarının və sənədlərin təqdim edilməsi vergi ödəyicilərinin vəzifələrinə aid edilmişdir. Lakin yoxlama gedişatında müəssisə tərəfindən yoxlamaya məhsulların ishehsalı və satışı ilə bağlı sənədlərin tam təqdim edilmədiyi müəyyən edilmişdir. Belə ki, yoxlamaya müəssisənin yoxlanılan dövrdə real istehsal həcmini müəyyən edilməsi məqsədi ilə cəlb edilmiş mütəxəssis tərəfindən müəyyən edilmiş istehsal həcminin müəssisənin ilkin sənədlərində əks etdirilmiş istehsal olunmuş və təqdim edilmiş məhsul həcmindən artıq olduğu müəyyən edilmişdir. Bu səbəbdən yoxlama ilə 2016 və 2018-ci illər üzrə mənfəət vergisi məqsədləri üçün gəlirin məbləği müəssisə təqdim etdiyi satış sənədlərində əks etdirilmiş göstəricilərinin nəzərə alınmaqla yoxlamaya cəlb edilmiş mütəxəssis və ekspert tərəfindən hazırlanmış rəylərin məlumatlarına əsasən hesablanmışdır. Yoxlama ilə yoxlama aktına əlavə olunmuş hesablama cədvəlindən göründüyü kimi 2018-ci il üzrə müəssisənin mənfəət vergisi məqsədləri üçün ümumi gəlirin 18792701,76 manat, gəlirdən çıxılan ümumi xərclər ********.19 manat, vergiyə cəlb olunan mənfəət 4939221,57 manat olmaqla ondan hesablanan mənfəət vergisi 987844,31 manat təşkil etmiş, 2018-ci il üzrə X14nə əsasən 5597,78 manat mənfəət vergisi azaldıqdan sonra 982246,53 manat mənfəət vergisi hesablanmışdır. Eyni zamanda müəssisə tərəfindən yoxlamaya təqdim edilmiş ilkin mühasibat sənədlərinin göstəriciləri ilə 2018-ci ilin mənfəət vergisi bəyannaməsi üzrə xərc sənədləri müqayisə edilərkən 2752400,0 manat xammal və materiallar xərci, 264700,00 manat ezamiyyə xərci, 125850,0 manat yanacaq xərci, 363668,55 manat sair xərclər olmaqla ümumilikdə 3506618,55 manat xərcin gəlirin əldə edilməsi ilə bağlı olmadığı halda 2018-ci il üzrə xərclərə aid edilmişdir. Beləliklə yoxlama ilə 2018-ci il üzrə əlavə olaraq 938040,00 manat (982246,53-44206,53) mənfəət vergisi hesablanmışdır. Nəticədə yoxlama ilə 2016-2018-ci illər üzrə ümumilikdə 2499324,70 manat mənfəət vergisinin azaldılması müəyyən olunmuşdur. Yoxlama zamanı müəssisə tərəfındən təqdim edilmiş mənfəət vergisi bəyannaməsi göstəricilərinin ilkin mühasibat sənədlərinin göstəriciləri ilə müqayisə edərkən mənfəət vergisi bəyannaməsinə "Əlavə 1"-də (aktiv və passivlər) əks etdirilən göstəricilərin hərəkətlərinin düzgün göstərilmədiyi (o cümlədən debitor borclar, ehtiyyatlar, digər aktivlər, xalis mənfəət, alınmış avanslar, digər passivlər və s.) müəyyən edilmiş və müəssisə rəhbərliyinə növbəti ilin mənfəət vergisi bəyannaməsi tərtib edilərkən müvafiq düzəlişlərin edilməsi tövsiyyə edilmişdir. Müəssisədə ilin yekununa görə yaranan xalis mənfəəti istehsal fəaliyyətinin genişləndirilməsinə yönəldilmişdir. Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən mənfəət vergisinin hesabatda göstərilən məbləği verginin hesabatda göstərilməli olan məbləğinə nisbətən 2499324,70 manat azaldılmasına görə azaldılmış vergi məbləğinin 50% miqdarında, yəni 1249662,35 manat maliyyə sanksiyası tətbiq edilməsi təklif olunur. Əlavə dəyər vergisi üzrə: Vergi ödəyicisi tərəfindən təqdim olunmuş əlavə dəyər vergisi hesabatlarının düzgünlüyü yoxlanıldı və aşağıdakılar müəyyən olundu: Vergi ödəyicisi ƏDV məqsədləri üçün qeydiyyat haqqında ərizəni vergi orqanına təqdim etmiş, xx.xx.2004-cü il tarixli, **********10 saylı ƏDV ödəyicisinin qeydiyyat bildirişi alınmış və bildiriş xx.xx.2001-ci il tarixdən qüvvəyə minmişdir. Müəssisə tərəfindən yoxlanılan dövr üzrə (xx.xx.2016-xx.xx.2019) təqdim edilmiş ƏDV bəyannamələrində ümumi vergiyə cəlb edilən dövriyyə 27162879,97 manat, ondan hesablanan ƏDV-si 4889318,36 manat, əvəzləşdirilən ƏDV-si 4372005,86 manat göstərilməklə büdcəyə ödənilməli 517312,49 manat ƏDV hesablanmışdır. Hazırki yoxlama ilə yoxlanılan dövr üzrə ƏDV aşağıdakı kimi hesablanmışdır. Vergi Məcəlləsinin 130.2-ci maddəsinə əsasən vergi ödəyicisi öz fəaliyyəti ilə bağlı olan bütün əməliyyatların başlanğıcını, gedişini və qurtarmasım müəyyənləşdirməyə imkan verən uçotun aparılmasını təmin etməyə borcludur. Həmin Məcəllənin 16.1.3-cü maddəsi ilə qanunvericiliklə nəzərdə tutulmuş qaydada gəlirlərin (xərclərinin) və vergitutma obyektlərinin uçotunun aparılması, 16.1.6-cı maddəsi ilə bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada vergi orqanlarına və onların vəzifəli şəxslərinə zəruri olan məlumatların və sənədlərin təqdim edilməsi vergi ödəyicilərinin vəzifələrinə aid edilmişdir. Lakin yoxlama gedişatında müəssisə tərəfındən yoxlamaya məhsullarının ishehsalı və satışı ilə bağlı sənədlərin tam təqdim edilmədiyi müəyyən edilmişdir. Belə ki, yoxlamaya müəssisənin yoxlanılan dövrdə real istehsal həcmini müəyyən edilməsi məqsədi ilə cəlb edilmiş mütəxəssis tərəfindən müəyyən edilmiş istehsal həcminin müəssisənin ilkin sənədlərində əks etdirilmiş istehsal olunmuş və təqdim edilmiş məhsul həcmindən artıq olduğu müəyyən edilmişdir. Bu səbəbdən yoxlama ilə vergilərin, o cümlədən ƏDV-nin hesablanması məqsədi ilə vergi tutulan əməliyyatlarının dəyəri müəssisə təqdim etdiyi satış sənədlərində əks etdirilmiş göstəricilərinin nəzərə alınmaqla yoxlamaya cəlb edilmiş ekspert tərəfindən hazırlanmış rəyin məlumatlarına əsasən hesablanmışdır. Yoxlama aktına əlavə olunmuş hesablama cədvəlindən göründüyü kimi xx.xx.2016-xx.xx.2019-cu il dövr üzrə ƏDV-yə cəlb edilən ümumi dövriyyənin 32975580,71 manat olduğu müəyyən edilmişdir. Yoxlama ilə həmin məbləğdən 18% dərəcə ilə 5935604,53 manat ƏDV hesablanmış, əvəzləşdirilən ƏDV - 2695844,84 manat məbləğində müəyyən edilmiş və nəticədə büdcəyə ödənilməli ƏDV 2906842,65 manat məbləğində hesablanmışdır. Göründüyü kimi yoxlama ilə müəssisə tərəfindən təqdim edilmiş ƏDV bəyannamələrində ümumilikdə büdcəyə ödənilməli ƏDVnin 2389530,13 manat azaldılması müəyyən edilmişdir. Torpaq vergisi üzrə: Müəssisə tərəfindən yoxlanılan dövr ərzində vergi orqanına təqdim edilmiş torpaq vergisinin bəyannaməsi, təqdim edilmiş ilkin sənədlər əsasında yoxlanılarkən torpaq vergisinin 4746,90 manat məbləğində azaldıldığı müəyyən edildi. Torpaq vergisinin azaldılmasına səbəb vergi ödəyicisi tərəfindən 2017-ci il üzrə təqdim olunmuş bəyannamədə 8214 kvadrat metir torpaq sahəsinin göstərilməsi, 2018-ci il üzrə torpaq vergisi bəyannaməsini bəyan ediləcək məlumat olmadığı kimi təqdim edilmiş, 2019-cu il üzrə isə bəyannamə təqdim edilməmişdir. Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən torpaq vergisinin hesabatda göstərilən məbləği verginin hesabatda göstərilməli olan məbləğinə nisbətən 4746,90 manat azaldılmasına görə azaldılmış vergi məbləğinin 50% miqdarında, yəni 2373.45 manat maliyyə sanksiyası tətbiq edilməsi təklif olunur. Müəssisə tərəfindən 2019cu ilin torpaq vergisi bəyannaməsi təqdim edilməmişdir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 57.1-ci maddəsinə əsasən vergi hesabatını əsas olmadan müəyyən edilən müddətdə təqdim etməyən vergi ödəyicisinə vergi orqanının rəhbərinin qərarına əsasən 40,00 manat məbləğində maliyyə sanksiyası tətbiq edilməlidir. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 58.6-cı maddəsində nəzərdə tutulmuş hüquq pozuntuları barədə məlumat: dövr 2017; məbləğ 263700.00; MV 58.6; maliyyə 131850.00; dövr 2018; məbləğ 64915.20; VM 58.6; maliyyə 32457.60; cəmi məbləğ 328615.2; maliyyə 164307.6. Göründüyü kimi ilkin mühasibat sənədlərinə əsasən yoxlama zamanı müəssisə tərəfindən ƏDV məbləğinin malların dəyəri ödənildiyi gündən gec ödənilməsinə görə Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.6-cı maddəsinə əsasən vaxtında ödənilməmiş 328615,20 manat ƏDV məbləğinin 50%-i miqdarında, yəni 164307,60 manat məbləğində maliyyə sanksiyası tətbiq olunmuşdur. Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən mənfəət vergisinin hesabatda göstərilən məbləği verginin hesabatda göstərilməli olan məbləğinə nisbətən 2499324,70 manat azaldılmasına görə, azaldılmış vergi məbləğinin 50% miqdarında, yəni 1249662,35 manat maliyyə sanksiyası tətbiq olunmuşdur. Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən torpaq vergisinin hesabatda göstərilən məbləği verginin hesabatda göstərilməli olan məbləğinə nisbətən 4746,90 manat azaldılmasına görə azaldılmış vergi məbləğinin 50% miqdarında, yəni 2373.45 manat maliyyə sanksiyası tətbiq olunmuşdur. Vergi Məcəlləsinin 58.6-cı maddəsinə əsasən yoxlama zamanı müəssisə tərəfindən ƏDV məbləğinin mallann dəyəri ödənildiyi gündən gec ödənilməsinə görə vaxtında ödənilməmiş 328615,20 manat ƏDV məbləğinin 50%-i miqdarında, yəni 164307,60 manat məbləğində maliyyə sanksiyası tətbiq olunmuşdur. Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən əlavə dəyər vergisinin hesabatda göstərilən məbləği verginin hesabatda göstərilməli olan məbləğinə nisbətən 2389530,13 manat azaldılmasına görə azaldılmış vergi məbləğinin 50% miqdarında, VMnin 56.1-ci maddəsi nəzərə alınmaqla 1038545.6 manat maliyyə sanksiyası tətbiq olunmuşdur. Müəssisə tərəfindən istehsal edilmiş kənd təsərrüfatı avadanlıqları, qoşquları və digər texniki vasitələri “Aqrolizinq" ASC-yə satılan zaman Vergi Məcəlləsinin 164.1.34cü bəndinə uyğun olaraq ƏDV-yə cəlb edilmədiyi halda həmin malların istehsalı üçün xammal və materiallar üzərində ödənilmiş 153,98 min manat əlavə dəyər vergisi vergi bəyənnamələrində əvəzləşdirildiyi müəyyən edilmiş və həmin məbləğ yoxlama zamanı bərpa edilmişdir. Nəticədə müəssisə tərəfindən ƏDV 153,98 min manat azaldılmışdır. VMnin 109.7-ci maddəsinin tələblərinə zidd olaraq ezamiyyə əmrləri, vərəqələri, avans hesabtları və xərclərin çəkilməsini təsdiq edən digər sənədlər olmadığı halda ezmiyyətdə olan işçilərin hesabına deyil, təsisçiyə məxsus "Relax” MMC-yə və digər fıziki şəxslərin (əyləncə və istirahətin təşkili ilə məşğul olan) hesablaşma hesabına 437,62 min manat ezamiyyə xərclərinin köçürüldüyü müəyyən edilmişdir. Nəticədə 87,5 min manat mənfəət vergisi büdcədən yayındırılmışdır. VM-nin 115.1-ci maddəsinin tələbərinə zidd olaraq müəssisənin balansında olan bina, tikili, qurğu və nəqliyyat vasitələrinə görə normadan artıq 317,14 min manat təmir xərcləri gəlirdən çıxılan xərclərə aid edilmişdir və nəticədə 63,4 min manat mənfəət vergisi büdcədən yayındırılmışdır. VM-nin 109.3-cü maddəsinin tələblərinə zidd olaraq müəssisə tərəfindən gəlirin əldə edilməsi ilə bağlı olmayan 90,45 min manat məbləğində sosial xərclər (işçilərin yemək və digər xərclərinin qarşılanmasına) gəlirdən çıxılan xərclərə aid edilmişdir və nəticədə 18,09 min manat mənfəət vergisi büdcədən yayındırılmışdır. Vergi Məcəlləsinin 175.2-ci maddəsinə əsasən müəssisənin balansında olmayan və müəssisəyə aidiyyəti olmayan nəqliyyat vasitələrinə silinmiş 345,67 min manat məbləğində yanacağa görə əvəzləşdirilən ƏDV məbləği yoxlama zamanı bərpa edilmiş və nəticədə 62.2 min manat ƏDV məbləği büdcədən yayındırılmışdır. VM-nin 109.1-ci maddəsinin tələblərinə zidd olaraq müəssisənin balansında olmayan və müəssisəyə aidiyyəti olmayan nəqliyyat vasitələri tərəfində 345,67 min manat məbləğində istifadə olunmuş yanacağın müəssisənin yoxlanılan dövr üzrə mənfəət vergisi bəyannamələrində yanacaq xərci kimi xərcə salındığı müəyyən edlmiş və yoxlama zamanı xərc maddələrində çıxarılmış və nəticədə 69,13 min manat mənfəət vergisi büdcədən yayındırılmışdır. Mütəxəssis rəyinə əsasən müəssisə tərəfindən tərtib edilmiş sənədlərdə 2016-cı il üzrə 716,51 min manat, 2018-ci il üzrə 3896,29 min manat, ümumlikdə 4612,80 min manat material xərclərinin artıq göstərilməsi müəyyən edilmiş və nəticədə 922,56 min manat mənfəət vergisi büdcədən yayındırılmışdır. Mütəxəssis rəyinə əsasən 4652,58 min manat məbləğində tikinti materiallarının əsassız silinərək xərclərə daxil edildiyi müəyyən edilmiş və nəticədə 837,47 min manat ƏDV büdcədən yayındırılmışdır. Mütəxəssis rəyinə əsasən 2016-cı il üzrə 1634,82 min manat, 2017-ci il üzrə 2238,00 min manat, 2018-ci il üzrə 1220,44 min manat və 2019-cu il üzrə 801,97 min manat ümumlikdə 5895,23 min manat dövriyyədən yayındırılımış beton və kərpic satışına görə əlavə vergi hesablamaları aparılmış və nəticədə 1337,47 min manat mənfəət vergisi, 1061,14 min manat ƏDV məbləği büdcədən yayındırılmışdır. VM-nin 206-cı maddəsinin tələblərinə zidd olaraq müəssisənin balansında və istifadəsində olan cəmi 46841 kv.metr torpaq sahəsinə görə (Bakı şəhərində 3041,0 kv.metr, Lerik rayonu Piran kəndi - 43800,0 kv.metr) torpaq vergisinin düzgün hesablanmadığı müəyyən edilmiş və nəticədə 4,73 min manat torpaq vergisi büdcədən yayındırılmışdır. Aparılmış inventarizasiya zamanı 86,94 min manat məbləğində çeşidlər üzrə hazır məhsulların artıq gəlməsi və 49,85 min manat məbləğində xammal-materialların, çeşidlər üzrə hazır məhsulların əksik gəlməsi müəyyən olunmuşdur. Nəticədə Vergi Məcəlləsinin 159.5-ci maddəsinə əsasən əskik gələn malmaterial üzrə vergi hesablanmış və 8,97 min manat ƏDV büdcədən yayındırılmışdır. Eyni zamanda aparılmış inventarizasiya zamanı 86,94 min manat məbləğində hazır məhsulların artıq gəlməsinə görə VM-nin 58-ci maddəsinə əsasən 8,69 min manat maliyyə sanksiyası tətbiq edilməlidir. Vergi Məcəlləsinin 175.1.3-cü maddəsinə müvafiq olaraq, bu Məcəllənin 175.8-ci maddəsində göstərilən vergi ödəyicisi tərəfındən malların (iş və xidmətlərin) dəyəri ödənilən gündən gec ƏDV məbləğinin ödənilməsinə görə vergi ödəyicisinə vaxtında ödənilməmiş ƏDV məbləğinin 50 faizi miqdarında, yəni 176,91 min manat maliyyə sanksiyası hesablanmışdır. Həmin Məcəllənin 16.1.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş vergiləri ödəmək vergi ödəyicisinin vəzifəsidir. Həmin Məcəllənin 24.0.1-ci maddəsinə əsasən vergi orqanı vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət edir. Qeyd olunanları nəzərə alaraq iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X23 iddia tələbini qəbul etməyərək yazılı etirazın məzmununa uyğun izahat verərək iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan və məhkəmə icraatında tədqiq edilmiş: - Azərbaycan Respublikası Vergilər Nazirliyi Kommersiya Qurumunun dövlət qeydiyyatı haqqında ********** nömrəli şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, "xxxx" Azərbaycan-X11 vergi ödəyicisi kimi 16 oktyabr 1996-ci il tarixdən qeydiyyata alınmışdır. - Vergilər Nazirliyinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı İdarəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, **********653400 nömrəli çıxarışın notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, təşkilat-hüquqi forması müştərək müəssisə, təsisçiləri X12 (50%) və Ekməkçioğlu Rafet (Türkiyə Respublikası 50%) olan "xxxx" Azərbaycan-X11 vergi ödəyicisi kimi VÖEN ********** olmaqla 16 oktyabr 1996-ci il tarixdən qeydiyyata alınmışdır. - Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən qəbul edilmiş 20 avqust 2019-cu il tarixli, **********88711 nömrəli səyyar vergi yoxlamasının keçirilməsi haqqında qərarın surətindən görünür ki, "xxxx" Azərbaycan-X11 (VÖEN **********) üzrə Vergi Məcəlləsinin 38.3.6-cı maddəsinə əsasən vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədi ilə iyul 2016 – iyun 2019 vergi dövrləri üzrə növbədənkənar səyyar vergi yoxlaması təyin edilmişdir. - Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən xx.xx.2019-cu il tarixli, KY191329202 nömrəli çıxarışın surətindən görünür ki, "xxxx" Azərbaycan-X5 (VÖEN **********) yoxlamanın müddəti: xx.xx.2019-xx.xx.2019; yoxlanılan dövr: xx.xx.2016-xx.xx.2019 il, yoxlamanın növü: növbədənkənar səyyar vergi yoxlaması, yoxlamanın təyin edilməsi üçün əsas: vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı məlumat əsasında vergi ödəyicisinin gəlirlərinin və ya vergitutma obyektinin gizlədilməsinin (azaldılmasının) əlamətlərinin müəyyən edilməsi, VM 38.3.5-ci maddə. qeydə alınmışdır. - Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin 10 sentyabr 2019-cu il tarixli, **********189713 nömrəli qərarının surətindən görünür ki, səyyar vergi yoxlamasının keçirilməsi məqsədi ilə "xxxx" Azərbaycan-X8 məxsus AZ1060, Bakı şəhəri, Nizami rayonu, Özbəkistan, ev 24 və AZ4327, Lerik rayonu, Piran kəndi, 23-cü km ünvanlarında yerləşən istehsal obyektlərində xx.xx.2016-cı il tarixdən 30 iyun 2019-cu il tarixədək aylar üzrə istehsal həcminin müəyyənləşdirilməsi məqsədi ilə mütəxəssis rəyinin verilməsi qərara alınmışdır. - Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin 10 sentyabr 2019-cu il tarixli, **********189712 nömrəli qərarının surətindən görünür ki, səyyar vergi yoxlamasının keçirilməsi məqsədi ilə "xxxx" Azərbaycan-X8 məxsus AZ1060, Bakı şəhəri, Nizami rayonu, Özbəkistan, ev 24 və AZ4327, Lerik rayonu, Piran kəndi, 23-cü km ünvanlarında yerləşən istehsal obyektlərində 1 yanvar 2016-cı il tarixdən 30 iyun 2019-cu il tarixədək aylar üzrə istehsal olunmuş məhsulun real bazar qiymətinin müəyyənləşdirilməsi məqsədi ilə ekspert rəyinin verilməsi qərara alınmışdır. - Azərbaycan Respublikası Ticarət və Sənaye Palatası “Azərekspertiza” Birliyinin eksperti X22 tərəfindən verilmiş “"xxxx" Azərbaycan-X4 (VÖEN **********) fəaliyyət göstərdiyi Bakı şəhəri, Nizami rayonu, Özbəkstan küçəsi, ev 24, ünvan 1 ünvanında yerləşən istehsal sahəsində xx.xx.2016-cı il tarixdən xx.xx.2019-cu il tarixədək olan dövrdə aylar üzrə istehsal olunmuş məhsulların real bazar qiymətlərinin müəyyən edilməsi barədə” 11 dekabr 2019-cu il tarixli ekspert rəyinin surətindən görünür ki, mütəxəssis araşdırılması ilə müəyyən edilmişdir: İdarə tərəfindən sualla qoyulmuş müddət ərzində karxanada qum-daş-çınqıl-gil qarışığından ayrılmış məhsulların müvafiq olaraq orta satış qiymətləri 5-15 mm fraksiyalı çınqıl üçün 2.50 AZN/m3, 15-25 mm fraksiyalı çınqıl çünü 1.80 AZN/m3, 0-5 mm fraksiyalı daş tozu üçün 3.00 AZN/m3, yuyulmuş qum üçün 5.00 AZN/m3, bir kubmetr əmtəə betonunun orta satış qiyməti B7,5-B12,5 markalı əmtəə betonu üçün 60.00 AZN, B20 markalı əmtəə betonu üçün 85.00 AZN və 25*12*6 sm ölçülü keramik kərpicin bir ədədi üçün orta satış qiyməti 0.23 AZN olaraq müəyyən edilmişdir. - Azərbaycan Respublikası Ticarət və Sənaye Palatası “Azərekspertiza” Birliyinin eksperti X22 tərəfindən verilmiş “"xxxx" Azərbaycan-X4 (VÖEN **********) fəaliyyət göstərdiyi Bakı şəhəri, Nizami rayonu, Özbəkstan küçəsi, ev 24, ünvan 1 ünvanında yerləşən istehsal sahəsində xx.xx.2016-cı il tarixdən xx.xx.2019-cu il tarixədək olan dövrdə aylar üzrə istehsal həcminin müəyyən edilməsi barədə” 11 dekabr 2019-cu il tarixli mütəxəssis rəyinin surətindən görünür ki, mütəxəssis araşdırılması ilə müəyyən edilmişdir: İdarə tərəfindən sualla qoyulmuş müddət ərzində karxanada qum-çınqıl qarışığından ayrılmış məhsulların orta istehsal həcmi 15-25 mm fraksiyalı çınqıl üçün 29618.91 m3, 5- 15 mm fraksiyalı çınqıl üçün 17539.69 m3, 0-5 mm fraksiyalı daş tozu üçün 16877.81 m3, yuyulmuş qum üçün 16271.09 m3, B7,5-B12,5 markalı əmtəə betonunun istehsal həcmi 5759.667 m3, B20 markalı əmtəə betonunun istehsal həcmi 98845.73 m3 və 25x12x6 sm ölçülü keramik kərpicin orta istehsal sayı 655581.47 ədəd olaraq müəyyən edilmişdir. - Azərbaycan Respublikası Ticarət və Sənaye Palatası “Azərekspertiza” Birliyinin eksperti X7 tərəfindən verilmiş “"xxxx" Azərbaycan-X4 (VÖEN **********) xx.xx.2016-cı il tarixdən xx.xx.2019-cu il tarixədək olan dövrdə aparılmış tikinti işlərində istifadə edilmiş mal-materiallarını çeşid və miqdarının, eyni zamanda təsdiq edilmiş F-2 aktlarında sərf edilmiş beton məmulatlarının tərkib hissəsi olan sement, qum-çınqıl, şeben, o cümlədən köməkçi materialların taxta, dikt, armatur və digər materialların real bazar qiymətlərinin müəyyənləşdirilməsi barədə” 17 dekabr 2019-cu il tarixli ekspert rəyinin surətindən görünür ki, "xxxx" Azərbaycan-X4 (VÖEN **********) xx.xx.2016-cı il tarixdən xx.xx.2019-cu il tarixədək olan dövrdə Astara rayonunda su təchizatı şəbəkəsinin yenidən qurulması işlərinin yerinin yetirilməsində sərf edilmiş mal-materiala şəkilən xərc: ümumi dövriyyə 27397717,34 manat; mal-material xərci 17379904,0 manat müəyyənləşdirildi. - Azərbaycan Respublikası Ticarət və Sənaye Palatası “Azərekspertiza” Birliyinin eksperti X7 tərəfindən verilmiş “"xxxx" Azərbaycan-X4 (VÖEN **********) xx.xx.2016-cı il tarixdən xx.xx.2019-cu il tarixədək olan dövrdə aparılmış tikinti işlərinə çəkilmiş xərclərin, yerinə yetirilmiş işlərin tərkibində əmək tutumunun, material xərclərinin, mal-materialların çeşid və miqdarının, eyni zamanda təsdiq edilmiş F-2 aktlarının layihə sənədlərinə və tikinti norma və qaydalarına uyğunluğunun, sərf edilmiş beton məlumatlarının tərkib hissəsi olan sement, qum-çınqıl, şeben, o cümlədən köməkçi materialların taxta, dikt, armatur və digər materialların həcminin müəyyənləşdirilməsi barədə” 17 dekabr 2019-cu il tarixli ekspert rəyinin surətindən görünür ki, "xxxx" Azərbaycan-X4 (VÖEN **********) xx.xx.2016-cı il tarixdən xx.xx.2019-cu il tarixədək olan dövrdə yerinə yetirilmiş işlərin tərkibində əmək tutumu, mal-materialların çeşid və miqdarı, eyni zamanda təsdiq edilmiş F-2 aktlarının layihə sənədlərinə və tikinti norma və qaydalarına uyğunluğu, sərf edilmiş beton məmulatlarının tərkib hissəsi olan sement, qum-çınqıl, şeben, o cümlədən köməkçi materialların taxta, dikt, armatur və digər materialların həcmi cədvəllərdə göstərilmişdir. - Həmin ekspert rəyindən həmçinin görünür ki, qərarda ekspert qarşısında qoyulmuş yerinə yetirilmiş işlərin tərkibində əmək tutumunun müəyyənləşdirilməsi sualı vergi müfəttişi tərəfindən tələb olunmadığı üçün icra edilmədi. xx.xx.2016-cı il tarixdən xx.xx.2019-cu il tarixədək olan dövr ərzində layihə sənədlərinsə təsdiq olunmuş Forma-2 aktlarına əsasən 20635,1p/m PE boru F710PN10 magistral su xəttinin və müxtəlif ölçülü PE, polad borular su xəttinin çəkilməsində istifadə edilmişdir. Layihə sənədlərində nəzərə alınmamış, lakin Forma-2 aktlarında öz əksini tapmış müxtəlif adlarda “qəlib dəzgahı” adlandırılan inventarların layihə və eskiz layihəsi olmadığı üçün onların düzəldilməsinə tələb olunan materialın çeşidi və həcmini müəyyən etmək imkan xaricindədir. - Səyyar vergi yoxlaması haqqında xx.xx.2019-cu il tarixli, **********192478 №-li aktın surətindən görünür ki, İdarənin xx.xx.2019-cu il tarixli, **********188711 nömrəli qərarına əsasən Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Vergi auditi idarəsinin İstehsal sahələri üzrə şöbəsinin dövlət vergi müfəttişləri X9, X3, Vergi auditi idarəsinin Ticarət sahəsi üzrə şöbəsinin dövlət vergi müfəttişi X10, Vergi auditi idarəsinin İctimai iaşə və xidmət sahələri üzrə şöbəsinin dövlət vergi müfəttişi X20 tərəfindən "xxxx" Azərbaycan-X11 (VÖEN **********) üzrə sadələşdirilmiş vergi - 3-cü rüb 2016 – 2-ci Rüb 2019; əmlak vergisi 2016-cı il – 2018-ci il; mənfəət vergisi 2016-cı il – 2018-ci il; ödəmə mənbəyindən tutulan vergi 3-cü Rüb 2016 - 2-ci rüb 2019; aksiz vergisi İyul 2016 – İyun 2019; muzdlu işlə əlaqədar ödəmə mənbəyindən tutulan vergi 2016-cı il – 2018-ci il; mədən vergisi İyul 2016 – İyun 2019; torpaq vergisi 2017-ci il – 2019-cu il; əlavə dəyər vergisi İyul 2016 – İyun 2019 ilə bağlı tədiyyə və dövrlərdə Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə əsasən vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi (vergilərin və digər icbari ödənişlərin hesablanması, tutulması və ödənilməsi) vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədi ilə növbədənkənar səyyar vergi yoxlaması aparılmışdır. Yoxlama nəticəsində müəyyən edilmişdir ki, müəssisə tərəfindən yoxlanılan dövrdə 2016-2018-ci illər üzrə mənfəət vergisi bəyannamələri təqdim edilmişdir. Təqdim edilmiş mənfəət vergi bəyannamələrində müəssisə tərəfindən gəlir və xərclərin hesablama metodu ilə əks etdirilməsi göstərilmişdir. Müəssisə tərəfindən təqdim olunmuş 2016-cı il üçün mənfəət vergisi bəyannaməsi üzrə ümumi gəlirin 7238977,27 manat, gəlirdən çıxılan ümumi xərclər 7130925,83 manat, vergiyə cəlb olunan mənfəət 108051,44 manat olmaqla ondan hesablanan mənfəət vergisi 21610,29 manat təşkil etmişdir. Yoxlama gedişatında müəssisə tərəfindən yoxlamaya məhsulların istehsal və satışı ilə bağlı sənədlərin tam təqdim edilmədiyi müəyyən edilmişdir. Belə ki, yoxlamaya müəssisənin yoxlanılan dövrdə real istehsal həcmini müəyyən edilməsi məqsədi ilə cəlb edilmiş mütəxəssis tərəfindən müəyyən edilmiş istehsal həcminin müəssisənin ilkin sənədlərində əks etdirilmiş istehsal olunmuş və təqdim edilmiş məhsul həcmindən artıq olduğu müəyyən edilmişdir. Bu səbəbdən yoxlama ilə 2016 və 2018-ci illər üzrə mənfəət vergisi məqsədləri üçün gəlirin məbləği müəssisə təqdim etdiyi satış sənədlərində əks etdirilmiş göstəricilərinin nəzərə alınmaqla yoxlamaya cəlb edilmiş mütəxəssis və ekspert tərəfindən hazırlanmış rəylərin məlumatlarına əsasən hesablanmışdır. Yoxlama ilə yoxlama aktına əlavə olunmuş hesablama cədvəlindən göründüyü kimi 2016-cı il üzrə müəssisənin mənfəət vergisi məqsədləri üçün ümumi gəlirin 10480837,98 manat, gəlirdən çıxılan ümumi xərclər 7049536,53 manat, vergiyə cəlb olunan mənfəət 3431301,45 manat olmaqla ondan hesablanan mənfəət vergisi 686260,29 manat təşkil etmişdir. Eyni zamanda müəssisə tərəfindən yoxlamaya təqdim edilmiş ilkin mühasibat sənədlərinin göstəriciləri ilə 2016-cı ilin mənfəət vergisi bəyannaməsi üzrə xərc sənədləri müqayisə edilərkən 81389,30 manat yanacaq xərcinin gəlirin əldə edilməsi ilə bağlı olmadığı halda 2016-cı il üzrə xərclərə aid edilmişdir. Beləliklə yoxlama ilə 2016-cı il üzrə əlavə olaraq 664650,00 manat (686260,29- 21610,29) mənfəət vergisi hesablanmışdır. Müəssisə tərəfindən təqdim olunmuş 2017-ci il üçün mənfəət vergisi bəyannaməsi üzrə ümumi gəlirin 10408230,60 manat, gəlirdən çıxılan ümumi xərclər 10205448,24 manat, vergiyə cəlb olunan mənfəət 202782,36 manat olmaqla ondan hesablanan mənfəət vergisi 40556,47 manat təşkil etmiş, 2017-ci il üzrə X14nə əsasən 7000,0 manat mənfəət vertgisi azaldıqdan sonra 33556,47 manat mənfəət vergisi hesablanmışdır. Yoxlama ilə yoxlama aktına əlavə olunmuş hesablama cədvəlindən göründüyü kimi 2017-ci il üzrə müəssisənin mənfəət vergisi məqsədləri üçün ümumi gəlirin 12651888,77 manat, gəlirdən çıxılan ümumi xərclər 7965932,94 manat, vergiyə cəlb olunan mənfəət 4685955,83 manat olmaqla ondan hesablanan mənfəət vergisi 937191,17 manat təşkil etmiş, 2017-ci il üzrə X14nə əsasən 7000,0 manat mənfəət vergisi azaldıqdan sonra 930191,17 manat mənfəət vergisi hesablanmışdır. Eyni zamanda müəssisə tərəfindən yoxlamaya təqdim edilmiş ilkin mühasibat sənədlərinin göstəriciləri ilə 2017-ci iln mənfəət vergisi bəyannaməsi üzrə xərc sənədləri müqayisə edilərkən 1900150,00 manat xammal və materiallar xərci, 172900,00 manat ezamiyyə xərci, 1252550,00 manat yanacaq xərci, 42250,00 manat sair xərclər olmaqla ümumilikdə 2240550,00 manat xərcin gəlirin əldə edilməsi ilə bağlı olmadığı halda 2017-ci il üzrə xərclərə aid edilmişdir. Beləliklə yoxlama ilə 2017-ci il üzrə əlavə olaraq 896634,70 manat (930191,17-33556,47) mənfəət vergisi hesablanmışdır. Müəssisə tərəfindən təqdim olunmuş 2018-ci il üçün mənfəət vergisi bəyannaməsi üzrə ümumi gəlirin 17607264,19 manat, gəlirdən çıxılan ümumi xərclər 17358242,64 manat, vergiyə cəlb olunan mənfəət 249021,55 manat olmaqla ondan hesablanan mənfəət vergisi 49804,31 manat təşkil etmiş, 2018-ci il üzrə X14nə əsasən 5597,78 manat mənfəət vergisi azaldıqdan sonra 44206,53 manat mənfəət vergisi hesablanmışdır. Yoxlama ilə yoxlama aktına əlavə olunmuş hesablama cədvəlindən göründüyü kimi 2018-ci il üzrə müəssisənin mənfəət vergisi məqsədləri üçün ümumi gəlirin 18792701,76 manat, gəlirdən çıxılan ümumi xərclər 13853480,19 manat, vergiyə cəlb olunan mənfəət 4939221,57 manat olmaqla ondan hesablanan mənfəət vergisi 987844,31 manat təşkil etmiş, 2018-ci il üzrə X14nə əsasən 5597,78 manat mənfəət vergisi azaldıqdan sonra 982246,53 manat mənfəət vergisi hesablanmışdır. Eyni zamanda müəssisə tərəfindən yoxlamaya təqdim edilmiş ilkin mühasibat sənədlərinin göstəriciləri ilə 2018-ci ilin mənfəət vergisi bəyannaməsi üzrə xərc sənədləri müqayisə edilərəkən 2752400,0 manat xammal və materiallar xərci, 264700,00 manat ezamiyyə xərci, 125850,0 manat yanacaq xərci, 363668,55 manat sair xərclər olmaqla ümumilikdə 3506618,55 manat xərcin gəlirin əldə edilməsi ilə bağlı olmadığı halda 2018-ci il üzrə xərclərə aid edilmişdir. Beləliklə yoxlama ilə 2018-ci il üzrə əlavə olaraq 938040,00 manat (982246,53-44206,53) mənfəət vergisi hesablanmışdır. Nəticədə yoxlama ilə 2016-2018-ci illər üzrə ümumilikdə 2499324,70 manat mənfəət vergisinin azaldılması müəyyən olunmuşdur. Mənfəət vergisinin 24999324,70 manat azaldılmasına görə azaldılmış vergi məbləğinin 50% miqdarında, yəni 1249662,35 manat maliyyə sanksiyasının tətbiq edilməsi təklif olunur. Vergi ödəyicisi ƏDV məqsədləri üçün qeydiyyat haqqında ərizəni vergi orqanına təqdim etmiş, xx.xx.2004-cü il tarixli, **********10 saylı ƏDV ödəyicisinin qeydiyyat bildirişi alınmış və bildiriş xx.xx.2001-ci il tarixdən qüvvəyə minmişdir. Müəssisə tərəfindən yoxlanılan dövr üzrə (xx.xx.2016-xx.xx.2019) təqdim edilmiş ƏDV bəyannamələrində ümumi vergiyə cəlb edilən dövriyyə 27162879,97 manat, ondan hesablanan ƏDV-si 4889318,36 manat, əvəzləşdirilən ƏDV-si 4372005,86 manat göstərilməklə büdcəyə ödənilməli 517312,49 manat ƏDV hesablanmışdır. Hazırki yoxlama ilə yoxlanılan dövr üzrə ƏDV aşağıdakı kimi hesablanmışdır. Yoxlama gedişatında müəssisə tərəfindən yoxlamaya məhsulların istehsalı və satışı ilə bağlı sənədlərin tam təqdim edilmədiyi müəyyən edilmişdir. Belə ki, yoxlamaya müəssisənin yoxlanılan dövrdə real istehsal həcminin müəyyən edilməsi məqsədi ilə cəlb edilmiş mütəxəssis tərəfindən müəyyən edilmiş istehsal həcminin müəssisənin ilkin sənədlərində əks etdirilmiş istehsal olunmuş və təqdim edilmiş məhsul həcmindən artıq olduğu müəyyən edilmişdir. Bu səbəbdən yoxlama ilə vergilərin, o cümlədən ƏDV-nin hesablanması məqsədi ilə vergi tutulan əməliyyatlarının dəyəri müəssisənin təqdim etdiyi satış sənədlərində əks etdirilmiş göstəricilərinin nəzərə alınmaqla yoxlamaya cəlb edilmiş ekspert tərəfindən hazırlanmış rəyin məlumatlarına əsasən hesablanmışdır. Yoxlama aktına əlavə olunmuş hesablama cədvəlindən göründüyü kimi xx.xx.2016-xx.xx.2019-cu il dövr üzrə ƏDV-yə cəlb edilən ümumi dövriyyənin 32975580,71 manat olduğu müəyyən edilmişdir. Yoxlama ilə həmin məbləğdən 18% dərəcə ilə 5935604,53 manat ƏDV hesablanmış, əvəzləşdirilən ƏDV 2695844,84 manat məbləğində müəyyən edilmiş və nəticədə büdcəyə ödənilməli ƏDV 2906842,65 manat məbləğində hesablanmışdır. Göründüyü kimi yoxlama ilə müəssisə tərəfindən təqdim edilmiş ƏDV bəyannamələrində ümumilikdə büdcəyə ödənilməli ƏDVnin 2389530,13 manat azaldılması müəyyən edilmişdir. Müəssisə tərəfindən yoxlanılan dövr ərzində vergi orqanına təqdim edilmiş əmlak vergisinin bəyannaməsi təqdim edilmiş ilkin sənədlər əsasında yoxlanılarkən müəssisədə əmlak vergisinin yoxlanılması üzrə kənarlaşma aşkar edilmədi. Müəssisə tərəfindən yoxlanılan dövr ərzində vergi orqanına təqdim edilmiş torpaq vergisi bəyannaməsi təqdim edimiş ilkin sənədlər əsasında yoxlanılarkən torpaq vergisinin 4746,90 manat məbləğində azaldığı müəyyən edildi. Torpaq vergisinin azaldılmasına səbəb vergi ödəyicisi tərəfindən 2017-ci il üzrə təqdim olunmuş bəyannamədə 8214 kvadrat metr torpaq sahəsinin göstərilməsi, 2018-ci il üzrə torpaq vergisi bəyannaməsini bəyan edəcək məlumat olmadığı kimi təqdim edilmiş, 2019cu il üzrə isə bəyannamə təqdim edilməmişdir. Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən torpaq vergisinin hesabatda göstərilən məbləği verginin hesabatda göstərilməli olan məbləğinə nisbətən 4746,90 manat azaldılmasına görə azaldılmış vergi məbləğinin 50% miqdarında, yəni 2373,45 manat maliyyə sanksiyası tətbiq edilməsi təkilf olunur. Vergi orqanına təqdim edilmiş muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan verginin bəyannamələrinə əsasən işçilərin orta siyahı sayı 137 nəfər, ümumi əmək haqqı fondu 683890,19 manat, 1 nəfərə düşən orta aylıq əmək haqqı 138,69 manat olmaqla əmək haqqından 8372,50 manat gəlir vergisi tutulmuşdur. Yoxlamaya təqdim edilmiş sənədlərə əsasən yoxlama ilə əhatə olunan dövrdə işçilərin orta siyahı sayı 137 nəfər, ümumi əmək haqqı fondu 683890,19 manat, 1 nəfərə düşən orta aylıq əmək haqqı 138,69 manat olmaqla əmək haqqından 8372,50 manat gəlir vergisi müəyyən olundu. Yoxlamaya təqdim olunmuş hesabat göstəriciləri ilə faktiki göstəricilər üzləşdirildikdə muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan verginin düzgün hesablanması və aidiyyatı üzrə ödənilməsi müəyyən edildi. Yoxlamanın əhatə etdiyi dövrdə hesablanmış əmək haqqından Dövlət Sosial Müdafiə Fonduna ayırmaların hesablanmasının və xərclərə aid edilməsinin düzgünlüyü baza məlumatları əsasında yoxlanıldı və kənarlaşma aşkar edilmədi. Yoxlanılan dövr ərzində müəssisə tərəfindən tədiyyə intizamına riayət edilmişdir. Büdcəyə hesablanmış tədiyyə borcları vaxtında ödənilmişdir. - Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin vəzifəli şəxsi tərəfindən qəbul edilmiş “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 18 fevral 2020-ci il tarixli, **********197410 nömrəli qərarın surətindən görünür ki, "xxxx" Azərbaycan-X4 mənfəət vergisinə görə 2016-cı il üzrə 664650,00 manat, 2017-ci il üzrə 896634,70 manat, 2018-ci il üzrə 938040,00 manat, cəmi 2499324,70 manat, əlavə dəyər vergisinə görə 2016-cı il üzrə 312439,40 manat, 2017-ci il üzrə 778431,20 manat, 2018-ci il üzrə 1114129,86 manat, 2019-cu il üzrə 184529,67 manat, cəmi 2389530,13 manat, torpaq vergisinə görə 2017-ci il üzrə 1034,70, 2018-ci il üzrə 1856,10 manat, 2019cu il üzrə 1856,10 manat, cəmi 4746,90 manat, ƏDV məbləğinin ödənilməməsinə görə Vergi Məcəlləsinin 58.6-cl maddəsinə əsasən 2017-ci il üzrə 131850,00 manat, 2018-ci il üzrə 32457,60 manat, cəmi 164307,60 manat, vergi hesabatının və arayışının vaxtında verilməməsinə görə 2019-cu il üzrə 40,00 manat, cəmi 4.893.601,73 manat vergi borcunun və 2611148,47 manat maliyyə sanksiyasının ödənilməsi ilə bağlı vergi məsuliyyətinə cəlb edilməsi qərara alınmışdır. - “Vergi borcunun, faizlərin, maliyyə sanksiyaların məbləğlərinin, inzibati cərimələrinin ödənilməsi, habelə aşkar edilmiş pozuntuların aradan qaldırılması barədə” xx.xx.2020-ci il tarixli, **********420300 nömrəli tələbnamənin lazımi qaydada təsdiq edilmiş surətindən görünür ki, "xxxx" Azərbaycan-X2 Azərbaycan Respublikası Vergi Məcəlləsinin 23-cü və 49-cu maddələrini əsas tutaraq vergi yoxlamasının materiallarına baxılmasının nəticəsi üzrə çıxarılmış “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi barədə” 18 fevral 2020-ci il tarixli, **********197410 nömrəli qərar əsasında əlavə hesablanmış vergilər üzrə 4.893.601,73 manat, vergi qanunvericiliyinin pozulmasına görə tətbiq edilmiş maliyyə sanksiyası üzrə 2.454928,77 manat, cəmi 7.348.530,50 manat büdcəyə ödənilməli olan vergi borcunun ödənilməsi tələb olunmuşdur. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 30 oktyabr 2020-ci il tarixli, 9/3376 nömrəli ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlər və ekspert qarşısında qoyulan suallar nəzərə alınmaqla səyyar vergi yoxlamasının əhatə etdiyi dövr ərzində müəssisə tərəfindən aparılmış əməliyyatlara görə dövlət büdcəsinə ödənilməli olan 1.075.775,78 manat məbləğində mənfəət vergisinin, 1.091.807,70 manat məbləğində ƏDV-nin az hesablanması müəyyən olunur. Yəni, səyyar vergi yoxlaması ilə əlavə olaraq hesablanmış mənfəət vergisinin və ƏDV-nin düzgün hesablanmaması müəyyən olunur. Bundan başqa qeyd edilir ki, yoxlama ilə Azərbaycan Respublikasının Vergi Məcəlləsinin (səyyar vergi yoxlaması aktının əhatə etdiyi dövrdə qüvvədə olan) 36.3., 56., 83.3 və 85.4-cü maddələrinin tələbləri gözlənilməmişdir. Belə ki, səyyar vergi yoxlamasının başa çatma tarixi 28 dekabr 2019-cu il, yoxlama aktının tərtib olunma tarixi 30 dekabr 2019-cu il, yoxlanılan dövr isə 1 iyul 2016-cı il tarixdən 1 iyul 2019-cu il tarixədək olmuşdur. Yəni, yoxlama dövrü ilə 2016-cı ilin iyul – noyabr ayları üzrə cəmi əlavə olaraq hesablanmış 288.158,16 manat ƏDV məbləği 3 illik hesablama müddətini keçdiyindən hesablanamamalı idi. Hazırkı tədqiqatla əlavə olaraq hesablanmış 1.091.807,70 manat ƏDV məbləğindən 3 illik hesablama müddətini keçmiş 288.158,16 manat ƏDV məbləği çıxıldığı təqdirdə isə dövlət büdcəsinə az hesablanmış ƏDV-nin məbləği 803.649,54 manat müəyyən edilir. Göstərilənlərdən əlavə qeyd edilir ki, müəssisəyə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi tərəfindən 22 sentyabr 2016-cı il tarixli İTS-55/2016 nömrəli X14 verilmişdir. Həmin təşviq sənədində investisiyanın həyata keçirildiyi iqtisadi fəaliyyət sahəsinin maşın və avadanlıqların istehsalından ibarət olduğu göstərilmişdir. Eyni zamanda qeyd edilir ki, həmin sənəddə bir sıra güzəştlərin verilməsi öz əksini tapmışdır. Qeyd edilir ki, tədqiqata "xxxx" ASC-yə və digər müəssiələrə kənd təsərüfatı texnikasının təqdim olunmasına dair müqavilələr, ödəniş sənədləri, VHF-lər və s. sənədlər təqdim edilmişdir. Həmin sənədlərə əsasən təqdim olunmuş texnikanın ümumi məbləği 7.825.369,90 manat məbləğində olmuşdur. Bildirilir ki, Vergi Məcəlləsinin 106.1 və 106.1.17-ci maddəsinin tələblərinə əsasən X14 almış hüquqi şəxsin həmin sənədi aldığı tarixdən əldə etdiyi mənfəətin 50%-i 7 il müddətinə vergidən azaddır. Qeyd edilir ki, yuxarıda göstərilən müəssisələrə satılmış kənd təsərrüfatı texnikasının "xxxx" ATMM tərəfindən istehsal edildiyi təqdirdə həmin dövriyyəyə görə 50% güzəştlə vergilər hesablanmalıdır. Yəni müəssisənin fəaliyyəti üzrə əldə olunmuş ümumi dövriyyədən 7.825.369,90 manat məbləğ çıxılaraq həmin 7.825.369,90 manat dövriyyəyə görə 50% güzəşt tətbiq edilməklə vergilər hesablanmalıdır. Belə qaydada hesablanma aparıldıqda dövlət büdcəsinə əlavə olaraq hazırkı tədqiqatla hesablanmış yuxarıda göstərilən 1.075.775,78 manat məbləğində mənfəət vergisindən 130.422,83 (7.825.369,90 : 120 x 20 x 50% x 20% = 130.422,83) manat məbləği çıxılaraq sonda müəssisə tərəfindən aparılmış əməliyyatlara görə dövlət büdcəsinə ödənilməli olan mənfəət vergisinin 945.352,95 manat məbləğində az hesablanması müəyyən olunur. Göstərilənlərdən başqa bildirilir ki, "xxxx" Azərbaycan X4 büdcə ilə hesablaşmaları üzrə ödədiyi məbləğlərin səyyar vergi yoxlaması aktında yoxlama ilə tam nəzərə alınmasına dair hər hansı məlumat və ya qeyd öz əksini tapmamışdır. Rəyin tədqiqi hissəsində göstərildiyi kimi tədqiqata təqdim edilmiş "xxxx" Azərbaycan-X4 şəxsi hesab vərəqəsinin (başlanma tarixi 5 iyul 2016-cı il, çap olunma tarixi 13 iyun 2020-ci il) məlumatlarına əsasən bildirlir ki, əvvəllər işlənmiş kameral borclar bərpa olunarkən vergi məbləğlərinə verilən azalmalarda kənarlaşma müəyyən olunmur. Rəyin tədqiqat hissəsində göstərildiyi kimi iş üzrə əlavə sənədlərin zəruriliyi ilə əlaqədar məhkəməyə 4 sentyabr 2020-ci il tarixli vəsatət göndərilmişdir. Həmin vəsatətə əsasən əlavə sənədlər Mərkəzə təqdim olunsa da, gəlirin əldə edilməsi ilə bağlı xərc sənədlərinin (mənfəət vergisi bəyannaməsində göstərilən xərc maddələrinin bir qismi üzrə) bir qismi təqdim edilməmişdir. Bundan başqa, iş materiallarında müəssisənin vergi orqanına təqdim etdiyi 14 oktyabr 2019-cu il tarixli, MÇ/130 nömrəli məktub öz əksini tapmışdır ki, həmin məktubda kassa sənədlərini təqdim edə bilmədikləri göstərilmişdir. Həmçinin səyyar vergi yoxlaması aktının 1.9.1. bəndində səyyar vergi yoxlaması zamanı “Vergi yoxlamasının keçirilməsi üçün zəruri olan sənədlərin təqdim olunmsaı haqqında” 21 avqust 2019-cu il tarixli, **********188779 saylı tələbnaməyə əsasən vergilərin hesablanması üçün zəruri olan sənədlərin tələb olunduğu, lakin vergi ödəyicisinin tələbnamədə göstərilən sənədlərin qismən yoxlamaya təqdim etdiyi qeyd olunmuşdur. Eyni zamanda, səyyar vergi yoxlaması aktının 1.11-ci bəndində mühasibat sənədlərinin Maliyyə Nazirliyi tərəfindən təsdiq edilmiş ciddi uçot blanklarından istifadə edilməklə aparılmadığı qeyd edilmişdir. Beləliklə, bütün yuxarıda göstərilənlərə və təqdim edilmiş sənədlərə əsasən bildirilir ki, gəlirin əldə edilməsi ilə bağlı iddiaçının xərc sənədlərinin bir hissəsi mövcud olmuşdur. Yəni, xərc sənədlərinin bir qismi təqdim edilməmişdir. Həmin sənədlərin, yəni təqdim edilmiş xərc sənədlərinin hər birinin növü, adı və rekvizitləri (tarixi, seriyası və nömrəsi) ciddi hesabat sənədlərinə uyğundur. Həmçinin qeyd edilir ki, həmin sənədlərin hər birində əks olunmuş məbləğlərin ayrılıqda nə qədər olması, hansı vergi ödəyiciləri tərəfindən təqdim (tərtib) edilməsi və hər birinin əks etdirdiyi təsərrüfat əməliyyatlarının məzmunun ayrılıqda nədən ibarət olması təqdim edilmiş iş materiallarında öz əksini tapmışdır. Eyni zamanda qeyd edildiyi kimi təqdim edilmiş iş materiallarında gəlirin əldə edilməsi ilə bağlı digər xərc sənədləri tam olmadığından həmin xərc sənədləri nəzərə alınaraq birbaşa mənfəət vergisini hesablamaq mümkün deyildir. - Məhkəmənin sorğusuna əsasən təqdim edilmiş Azərbaycan Respublikası Ticarət və Sənayə Palatası “Azərekspertiza” Birliyinin 050 nömrəli, 26 may 2021-ci il tarixli mütəxəssis rəyindən görünür ki, 2016 – 2019-cu illərdə mal-material xərcləri ciddi mühasibat blankları əsasında alış sənədləri ilə hesabladıqda: 2016-cı il Astara su xəttinin çəkilişində mal-material xərci – 5.095.715,99 AZN ƏDV-siz; Yanğınsöndürən avadanllıqların istehsalı – 1.059.571,12 AZN ƏDV-siz; cəmi: 6.155.287,11 AZN ƏDV-siz. 2017-ci il Kənd təsərrüfatı avadanlıqlarının istehsalı – 4.814.818,09 AZN ƏDV-siz; Yanğınsöndürmə avadanlıqlarının istehsalı – 227.548,56 AZN ƏDV-siz; Astara su xəttinin çəkilişi – 3.968.501,40 AZN ƏDV-siz; Cəmi: 9.010.868,05 AZN ƏDV-siz. 2018-ci il Kənd təsərrüfatı avadanlıqlarının istehsalı – 1.852.241,18 AZN ƏDV-siz; Yanğınsöndürmə avadanlıqlarının istehsalı – 710.599,75 AZN ƏDV-siz Astara su xəttinin tikintisi – 12.314.598,25 AZN ƏDV-siz; Cəmi: 14.877.439,18 AZN ƏDV-siz. 2016 – 2019-cu illərdə mal-material xərcləri – 30.043.594,34 AZN ƏDV-siz təşkil edir. Müəssisənin əməktutumu, ezamiyyət, yanacaq, nəqliyyat, ehtiyat hissələri xərcləri, amortizasiya xərcləri və digər xərclər: Əmək tutumu – 1.335.207,59 AZN ƏDV-siz; Ezamiyyət xərcləri – 481.243,90 AZN ƏDV-siz; Yanacaq xərcləri – 1.000.196,44 AZN ƏDV-siz; Nəqliyyat xərcləri – 102.980,0 AZN ƏDV-siz; Təmir xərcləri – 70.125,73 AZN ƏDV-siz; Ehtiyat hissələri – 263.660,11 AZN ƏDV-siz; Amortizasiya xərcləri – 480.501,04 AZN ƏDV-siz; Digər xərclər – 917.133,48 AZN ƏDV-siz. 2016 – 2019-cu illərdə müəssisə tərəfindən çəkilən xərclərin cəmi – 34.694.642,59 AZN ƏDV-siz təşkil edir. Müəssisənin ümumi gəliri ilə bütün xərcləri arasında mənfəətə cəlb edilən məbləğ – 559.829,19 AZN ƏDV-siz olmuşdur. Mütəxəssisə təqdim edilmiş iş materiallarında olan sənədlərlə iddiaçının hər hansı xərci öz təsdiqini tapır. Mütəxəssis tərəfindən yuxarıda göstərilən xərclər yoxlama dövrünü əhatə edir. 9 avqust 2016-cı il tarixli akta əsasən sifarişçi tərəfindən Astara şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin tikintisi layihəsinin dəyişdirilməsi və magistral su kəmərinin yeni layihə əsasında çəkilməsi ilə əlaqədar olaraq köhnə layihə üzrə görülmüş 2.462 metr boru xətti, magistral xətt üzərində tikilmiş 3 ədəd klapan kameraları, borunun armatur betonla örtülməsi işləri yoxlama dövründə yerinə yetirilmiş işlər haqqında “Forma-2” aktlarında öz əksini tapmamışdır: PK 6+955 – 7+433 (478 m); PK 7+860 – 7+4920 (60 m); PK 12+654 – 14+050 (1396 m); PK 14+111 – 14+471 (360 m); PK 14+500 – 14+668 (168 m). - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 9/8533 nömrəli ekspert rəyindən görünür ki, Azərbaycan Respublikası Ticarət və Sənaye Palatası “Azərekspertiza” Birliyinin 050 nömrəli, xx.xx.2021-ci il tarixli mütəxəssis rəyi nəzərə alınmaqla səyyar vergi yoxlamasının əhatə etdiyi dövrə dair "xxxx" Azərbaycan-X11 tərəfindən aparılmış əməliyyatlara görə hesablanan mənfəət vergisinin məbləği 111.965,84 (559.829,19 x 20%) manat, ƏDV məbləği 517.312,50 manat müəyyən edilmişdir. Təqdim edilmiş iş materiallarında gəlirin əldə edilməsi ilə bağlı iddiaçı "xxxx" Azərbaycan-X4 xərc sənədləri mövcud olmuş, həmin sənədlərin, yəni təqdim edilmiş xərc sənədlərinin hər birinin növü, adı və rekvizətləri (tarix, seriyası və nömrəsi) ciddi hesabat sənədlərinə uyğun olmuş; həmin sənədlərin hər birində əks olunmuş məbləğlərin ayrılıqda nə qədər olması, hansı vergi ödəyiciləri tərəfindən təqdim (tərtib) edilməsi və hər birinin əks etdirdiyi təsərrüfat əməliyyatlarının məzmunun ayrılqda nədən ibarət olması təqdim edilmiş iş materiallarına öz əksini tapmış; həmin sənədlərdə göstərilən məbləğin gəlirdən çıxılan xərc kimi nəzərə alınması vergi qanunvericiliyinin və iddiaçının tətbiq etdiyi metodun tələblərinə uyğun olmuşdur. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 73-cü maddəsinə görə qanunla müəyyən edilmiş vergilər və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər kəsin borcudur. Heç kəs qanunla nəzərdə tutulmuş əsaslar olmadan və qanunda göstərilmiş həcmdən əlavə vergilər və başqa dövlət ödənişləri ödəməyə məcbur edilə bilməz. Azərbaycan Respublikası Vergi Məcəlləsinin: - 16.1.1-ci maddəsinə görə qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin vəzifələri sırasına daxildir. - 23.1-ci maddəsinə görə bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini həyata keçirmək, qanunla müəyyən edilmiş qaydada vergi qanunvericiliyinin pozulması ilə bağlı işlərə baxmaq, hüquqi və fiziki şəxslərin vergi borclarına faizlər hesablamaq, bu şəxslərə maliyyə sanksiyaları və inzibati cərimələr tətbiq etmək vergi orqanlarının hüquqlarıdır. - 36.1-ci maddəsinə görə vergi orqanları tərəfindən keçirilən yoxlamalar kameral və ya səyyar ola bilər. - 36.3-cü maddəsinə əsasən bu Məcəllədə başqa hal müəyyən edilməmişdirsə, səyyar vergi yoxlaması mənfəət, gəlir, əmlak və torpaq vergiləri üzrə vergi ödəyicisinin son 3 təqvim ilindən çox olmayan fəaliyyətini, digər vergilər üzrə həmin yoxlamanın keçirildiyi il də daxil olmaqla vergi ödəyicisinin son 3 ildən çox olmayan fəaliyyətini əhatə edə bilər. - 38.1-ci maddəsinə əsasən səyyar vergi yoxlaması növbəti və növbədənkənar ola bilər. - 38.3-cü maddəsinə əsasən növbədənkənar vergi yoxlaması vergi orqanları tərəfindən aşağıda göstərilən hallarda keçirilə bilər: 38.3.1. verginin hesablanması və ödənilməsi üçün zəruri olan vergi hesabatı sənədləri müəyyən edilmiş müddətdə və bu barədə vergi orqanının xəbərdarlığından sonra da təqdim edilmədikdə; 38.3.2. vergi yoxlamasının nəticələri üzrə tərtib edilmiş aktda dürüst olmayan və (və ya) təhrif olunmuş məlumatlar aşkar edildikdə. 38.3.3. ƏDV üzrə artıq ödənilmiş vergi, faiz və maliyyə sanksiyası digər vergilərin, faizlərin və maliyyə sanksiyalarının ödənilməsi hesabına və ya sonrakı öhdəliklər üzrə ödəmələrin hesabına aid edildikdə. Bu halda növbədənkənar vergi yoxlaması yalnız vergi ödəyicisinin ƏDV-yə cəlb edilən əməliyyatları üzrə aparıla bilər; 38.3.4. artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının qaytarılması barədə vergi ödəyicisinin ərizəsi daxil olduqda; 38.3.5. vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı məlumat əsasında vergi ödəyicisinin gəlirlərinin və ya vergitutma obyektinin gizlədilməsinin (azaldılmasının) əlamətləri müəyyən edildikdə; 38.3.6. cinayət prosesual qanunvericiliyinə uyğun olaraq məhkəmənin və ya hüquq mühafizə orqanlarının vergi yoxlamalarının keçirilməsi barədə müvafiq qərarı olduqda; 38.3.7. bu Məcəllənin 42.4-cü maddəsində göstərilən sənədlər həmin maddədə göstərilən müddətdə təqdim edilmədikdə və ya dürüst olmayan, yaxud təhrif olunmuş məlumatlar təqdim edildikdə. 38.3.8. vergi ödəyicisi olan hüquqi şəxsin ləğv edilməsi, yenidən təşkil edilməsi və ya fiziki şəxsin hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətinə xitam verilməsi barədə müraciəti olduqda; 38.3.8-1. vergi ödəyicisi riskli vergi ödəyicisi olduğu halda; 38.3.9. aşağıdakı hallarda bu Məcəllənin 85-ci maddəsində göstərilən müddətlərdən asılı olmayaraq, əvvəlki səyyar vergi yoxlaması ilə yoxlanılan dövr əhatə edilməklə yuxarı vergi orqanının qərarı əsasında: 38.3.9.1. vergi yoxlamasının nəticələri ilə razılaşmayan vergi ödəyiciləri növbədənkənar səyyar vergi yoxlamasının keçirilməsini yazılı şəkildə tələb etdikdə; 38.3.9.2. vergi ödəyicisi tərəfindən səyyar vergi yoxlaması zamanı sənədlər təqdim edilmədikdə və vergi yoxlamasının nəticələrinə görə vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında vergi orqanının qərarından vergi ödəyicisi tərəfindən sənədlər təqdim edilməklə yuxarı vergi orqanına şikayət verildikdə; 38.3.9.3. vergi yoxlamasının nəticələrinə görə vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında vergi orqanının qərarından vergi ödəyicisi tərəfindən səyyar vergi yoxlamasının keçirilməsi zamanı təqdim edilən sənədlərdən fərqli sənədlər təqdim edilməklə yuxarı vergi orqanına şikayət verildikdə. - 39.1-ci maddəsinə əsasən səyyar vergi yoxlamasının nəticələri üzrə vergi orqanlarının səlahiyyətli vəzifəli şəxsləri tərəfindən müəyyən edilmiş formada vergi yoxlaması aktı tərtib edilir və həmin şəxslər və yoxlanılan vergi ödəyicisinin rəhbəri (onu əvəz edən şəxs) və ya fərdi sahibkar tərəfindən imzalanır. Vergi ödəyicisi yoxlama aktında öz qeydlərini edə bilər, aktı imzalamaqdan imtina edə bilər və bu barədə həmin aktda müvafiq qeyd aparılır. - 49.1.1-ci maddəsinə əsasən səyyar vergi yoxlamasının materiallarına baxılmanın nəticələri üzrə vergi orqanının rəhbəri (rəhbərin müavini) 10 gün müddətində vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsinə dair qərar çıxarır. - 83.1-ci maddəsinin tələbinə görə bu Məcəllədə vergi məbləğinin hesablanması konkret hesabat dövrü üçün vergi ödəyicisinin ödəməli olduğu vergi məbləğinin vergi orqanının uçot sənədlərində qeyd edilməsi deməkdir. Hesablanmış vergi məbləğlərinin vergi orqanları tərəfindən bu Məcəllə ilə müəyyən edilmiş hallarda yenidən hesablanaraq uçot sənədlərində qeyd edilməsi də vergilərin hesablanması deməkdir. İşin məhkəmə apardırılması ilə məlum olur ki, "xxxx" Azərbaycan-X11 vergi ödəyicisi kimi 16 oktyabr 1996-ci il tarixdən qeydiyyata alınmışdır. Cavabdeh inzibati orqan tərəfindən qəbul edilmiş 20 avqust 2019-cu il tarixli, **********88711 nömrəli qərar əsasında müəssisədə 2016 – iyun 2019 vergi dövrləri üzrə növbədənkənar səyyar vergi yoxlaması keçirilmiş və həmin yoxlamanın nəticələri vergi orqanının 30 dekabr 2019-cu il tarixli aktı ilə rəsmiləşdirilmişdir. Həmin akta əsasən yoxlama dövründə müəssisə tərəfindən mənfəət vergisinin 2499324,70 manat, əlavə dəyər vergisinin 2389530,13 manat, torpaq vergisinin 4746,90 manat azaldılması müəyyən edilmişdir. Bundan sonra sözügedən akt əsasında cavabdeh inzibati orqan tərəfindən “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 18 fevral 2020-ci il tarixli **********197410 nömrəli qərar qəbul edilmişdir. Qeyd olunan qərarla vergi ödəyicisi kimi iddiaçıya 2016 – 2018-ci illər üçün 2.499.324,70 manat mənfəət vergisi, iyul 2016 – iyun 2019-cu illər üzrə dövr üçün 2.389.530,13 manat ƏDV, 2017 – 2019-cu illər üçün 4.746,90 manat torpaq vergisi hesablanmış, həmin vergi məbləğlərinə Vergi Məcəlləsinin 58.1-ci maddəsinə uyğun olaraq 50% miqdarında maliyyə sanksiyası tətbiq edilmişdir. Bundan başqa, sözügedən qərarla Vergi Məcəlləsinin 175.1.3-cü maddəsində nəzərdə tutulan ƏDV məbləğinin ödənilməsinin gecikdirilməsinə görə 2017 – 2018-ci illər üzrə 328.615,20 manat ƏDV məbləğinə münasibətdə həmin Məcəllənin 58.6-cı maddəsi rəhbər tutularaq, 164.307,60 manat miqdarında maliyyə sanksiyası tətbiq edilmişdir. İddiaçı hazırda cavabdeh tərəfindən qəbul edilmiş 18 fevral 2020-ci il tarixli, **********197410 nömrəli qərarını mübahisələndirir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə görə bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (MPM) müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. İddianın növünə sübutetmə yükü daşıyan cavabdeh inzibati orqanın dəlilləri ondan ibarətdir ki, yoxlama zamanı vergi ödəyicisi kimi iddiaçı "xxxx" Azərbaycan-X1 dövriyyəsini əks etdirən sənədləri tam təqdim etmədiyindən, mütəxəssis və ekspert cəlb olunaraq müəssisənin müvafiq dövr üzrə dövriyyəsi müəyyən edilmiş və həmin dövriyyəyə uyğun mənfəət vergisi və ƏDV məbləğləri hesablanmışdır. Bundan başqa, iddiaçının təqdim etdiyi müvafiq vergi bəyannamələrində istifadəsində olan torpaq sahəsinə münasibətdə torpaq vergisi əksini tapmadığından, ona 2017 – 2019-cu illər üçün həmin vergi 4.746,90 manat həcmində hesablanmışdır. Eləcə də müvafiq ƏDV məbləğinin ödənilməsinin gecikdirilməsinə görə Vergi Məccəlləsinin 58.6-cı maddəsinə görə və yuxarıda qeyd olunan ƏDV və mənfəət vergisi məbləğinə münasibətdə həmin Məcəllənin 58.1-ci maddəsinə uyğun, yəni 50% miqdarında maliyyə sanksiyaları tətbiq edilmişdir. İddiaçının iddiasını əsaslandığı dəlilləri ondan ibarətdir ki, yoxlamanın əhatə etdiyi dövr üzrə müəssisənin dövriyyəsini əks etdirən bütün sənədlər tam şəkildə yoxlamaya təqdim edilsə də, heç bir əsas olmadan başqa təsərrüfat subyektlərinə elektrik təchizatı sərfiyyatını da nəzərə almaqla vergi orqanı tərəfindən süni şəkildə dövriyyə müəyyənləşdirilmişdir. Hansı ki, vergi yoxlamasına cəlb edilmiş mütəxəssis və ekspertin verdiyi rəylər reallığı əks etdirmir. Həmçinin, müəssisənin müvafiq dövrdə xərc sənədləri onun dövriyəsi müəyyənləşdirilərkən əsassız olaraq nəzərə alınmamışdır. Halbuki, həmin xərc sənədləri mövcuddur. Məhkəmə icraatının gedişatında da bu hallar öz təsdiqini tapmışdır. Məhkəmə mübahisə üzrə qanunverciliyin aşağıdakı normalarını diqqətə çəkir: Azərbaycan Respublikası Vergi Məcəlləsinin: - 38.1-ci maddəsinə səyyar vergi yoxlaması, o cümlədən elektron audit vergi orqanının qərarına əsasən həyata keçirilir. Səyyar vergi yoxlaması növbəti və növbədənkənar ola bilər. Növbəti səyyar vergi yoxlaması keçirildikdə, vergi orqanı tərəfindən vergi ödəyicisinə vergi yoxlamasının başlanmasından azı 15 gün əvvəl yazılı bildiriş göndərilir. - 58.1-ci maddəsinə görə verginin (o cümlədən ödəmə mənbəyində verginin) hesabatda göstərilən məbləği verginin hesabatda göstərilməli olan məbləğinə nisbətən azaldılmışdırsa, habelə büdcəyə çatası vergi məbləği hesabat təqdim etməməklə yayındırılmışdırsa vergi ödəyicisinə (bu Məcəllənin 58.1-1-ci maddəsində nəzərdə tutulan hal istisna olmaqla) azaldılmış və ya yayındırılmış vergi məbləğinin (kameral vergi yoxlaması nəticəsində hesablanmış əlavə vergi məbləği istisna olmaqla) 50 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir. - 58.6-cı maddəsinə görə bu Məcəllənin 175.1.3-cü maddəsinə müvafiq olaraq bu Məcəllənin 175.8-ci maddəsində göstərilən vergi ödəyicisi tərəfindən malların (iş və xidmətlərin) dəyəri ödənilən gündən gec ƏDV məbləğinin ödənilməsinə görə vergi ödəyicisinə vaxtında ödənilməmiş ƏDV məbləğinin 50 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir. - 103.1-ci maddəsinə görə Azərbaycan Respublikasında rezident və qeyri-rezident müəssisələr, habelə sahibkarlıq fəaliyyətindən gəlir əldə edən qeyri-kommersiya təşkilatları mənfəət vergisinin ödəyiciləridir. - 104.1-ci maddəsinə görə rezident müəssisə üçün vergitutma obyekti onun mənfəətidir. Vergi ödəyicisinin bütün gəlirləri, o cümlədən onun Azərbaycan Respublikasının hüdudlarından kənarda daimi nümayəndəlikləri vasitəsilə əldə etdiyi gəlirləri, Azərbaycan Respublikasının hüdudlarından kənarda əldə etdiyi dividend, faiz, royalti (vergidən azad edilən gəlirdən başqa) ilə bu Məcəllənin X fəslində göstərilən, gəlirdən çıxılan xərc (vergidən azad edilən gəlirlər üzrə çəkilən xərclərdən başqa) arasındakı fərq mənfəətdir. - 105.1-ci maddəsinə görə müəssisələrin mənfəətindən 20 faiz dərəcəsi ilə vergi tutulur. - 108-ci maddəsinə əsasən bu fəsilə uyğun olaraq gəlirdən çıxılmayan xərclərdən başqa, gəlirin əldə edilməsi ilə bağlı olan bütün xərclər, həmçinin qanunla nəzərdə tutulmuş icbari ödənişlər gəlirdən çıxılır. Vergi ödəyicisi tərəfindən vergiyə cəlb edilən əməliyyatlarla yanaşı, vergidən azad olunan, yaxud mənfəət (gəlir) vergisinə cəlb edilməyən əməliyyatlar aparıldıqda, habelə qeyri-sahibkarlıq fəaliyyəti ilə bağlı əməliyyatlar aparıldıqda, həmin əməliyyatlar üzrə gəlirlərin və xərclərin uçotu ayrılıqda aparılmalıdır. Vergi ödəyicisi tərəfindən vergiyə cəlb olunan və vergidən azad olunan, yaxud mənfəət (gəlir) vergisinə cəlb edilməyən, habelə qeyri-sahibkarlıq fəaliyyəti ilə bağlı əməliyyatlar üzrə çəkilən, lakin bölüşdürülməsi mümkün olmayan xərclərin gəlirdən çıxılan məbləği vergiyə cəlb edilən gəlirlərin vergi ödəyicisinin ümumi gəlirlərində xüsusi çəkisi əsasında müəyyən edilir.Bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən tikilən binalardan dövlətə yaşayış və qeyri-yaşayış sahələri ayrıldıqda, dövlətə ayrılan yaşayış və qeyri-yaşayış sahələrinə çəkilmiş məsrəflər gəlirdən çıxılan xərclərə aid edilir. - 130.1-ci maddəsinə əsasən vergi ödəyicisi vergi tutulan gəlirin (mənfəətin) dəqiq əks etdirilməsi üçün sənədləşdirilmiş məlumat əsasında gəlirlərinin və xərclərinin vaxtlıvaxtında dəqiq uçotunu aparmağa, bu fəsilə uyğun şəkildə tətbiq edilən uçot metodundan asılı olaraq gəlirlərini və xərclərini onların əldə edildiyi və ya çəkildiyi müvafiq hesabat dövrlərinə aid etməyə borcludur. Vergi ödəyicisinin istifadə etdiyi uçot metodunda xərclərin və daxilolmaların müddətləri və uçotu qaydasına dair bütün tələblər nəzərə alınmalıdır. Gəlirlərin və xərclərin uçotunu hüquqi və fiziki şəxslər Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə uyğun olaraq aparırlar. Vergitutma məqsədləri üçün gəlirlər və xərclər bu Məcəlləyə əsasən müəyyən edilir. - 159.1-ci maddəsinə əsasən malların təqdim edilməsi, işlərin görülməsi, xidmətlərin göstərilməsi, Azərbaycan Respublikası ərazisində istehsal olunan kənd təsərrüfatı məhsullarının pərakəndə satışı zamanı tətbiq edilən ticarət əlavəsi və vergi tutulan idxal vergitutma obyektidir. - 175.1-ci maddəsinə görə bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, ƏDV tutulan əməliyyatlar üçün malların (işlərin, xidmətlərin) alışı zamanı ödənilmiş ƏDV məbləği əməliyyatın dəyəri alıcının bank hesabından həmin malları (işləri, xidmətləri) təqdim edən şəxsin bank hesabına, ƏDV məbləği ƏDV-nin depozit hesabına ödənildikdə əvəzləşdirilir. Bu maddənin məqsədləri üçün malların (işlərin, xidmətlərin) barter edilməsi həmin əməliyyatın ƏDV-siz dəyərinin malları (işləri, xidmətləri) təqdim edən şəxsin bank hesabına ödənilməsinə bərabər tutulur. Bu zaman əvəzləşdirilən ƏDV-nin vaxtı aşağıdakı kimi müəyyənləşdirilir: - (175.1.3) vergi ödəyicisinə verilmiş elektron qaimə-faktura üzrə iki və ya daha çox ödəmə aparılarsa, hər ödəmə ödəniş miqdarında ayrıca əməliyyat üçün həyata keçirilmiş sayılır. Vergi ödəyicisinə verilmiş elektron qaimə-faktura üzrə alınmış malların (iş və xidmətlərin) dəyəri ödənilən gündən gec olmayaraq, ƏDV-nin məbləği bu Məcəllə ilə və müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada ödənilməlidir. Bu zaman malların (iş və xidmətlərin) dəyəri üzrə iki və ya daha çox ödəmə aparılarsa, ƏDVnin məbləği aparılmış ödəniş məbləğinə uyğun olaraq ƏDV-nin depozit hesabına ödənilməlidir. Mallar, işlər və xidmətlərlə bağlı xərclər istehsal məsrəflərinə aid edilmirsə də, belə mallar, işlər və xidmətlər vergi ödəyicisinin kommersiya fəaliyyəti üçün istifadə edilməli olduqda və ya istifadə edildikdə bu Məcəllənin 175.1-ci, 175.1.1-ci və 175.1.2-ci maddələrinin müddəaları tətbiq olunur. - 175.8-ci maddəsinə əsasən ƏDV ödəyiciləri, ƏDV-nin məqsədləri üçün qeydiyyatda olmayan səhmlərinin və paylarının 50 faizindən çoxu dövlətə məxsus olan hüquqi şəxslər və büdcə təşkilatları tərəfindən mallar, xidmətlər (işlər) alınarkən onlara verilmiş elektron qaimə-fakturaları üzrə, habelə bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən yaşayış və qeyri-yaşayış sahələri alan şəxslər tərəfindən ƏDV-nin məbləği ƏDV-nin depozit hesabına köçürülməlidir. ƏDV-nin depozit hesabında uçotun aparılması, ƏDV-nin hərəkəti, bu hesab üzrə aparılan əməliyyatlardan ƏDV-nin əvəzləşdirilməsi və dövlət büdcəsinə köçürülməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. - 203.1-ci maddəsinə əsasən torpaq vergisi torpaq mülkiyyətçilərinin və ya torpaqdan icarə və ya digər əsaslarla istifadə edən şəxslərin təsərrüfat fəaliyyətinin nəticələrindən asılı olmayaraq torpaq sahəsinə görə hər il sabit tədiyə şəklində hesablanır. - 204-cü maddəsinə əsasən Azərbaycan Respublikasının ərazisində mülkiyyətində və ya icarə və ya digər əsaslarla istifadəsində torpaq sahələri olan, o cümlədən dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrini icarə və digər əsaslarla istifadə edən fiziki şəxslər və müəssisələr torpaq vergisinin ödəyiciləridir. Məhkəmə iş üzrə tərəflərin, o cümlədən iddianın növünə (mübahisələndirmə haqqında) görə sübutetmə yükü daşıyan cavabdeh inzibati orqanın dəlillərinə qanunvericiliyin sadalanan müddəalarının tələbləri baxımından qiymət verərək, mübahisələndirilən əlverişsiz inzibati aktın – 18 fevral 2020-ci il tarixli, **********197410 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarın qəbulu üzrə inzibati icraatda aşağıdakı pozuntulara yol verildiyini müəyyən edir: - Cavabdeh (vergi orqanı) tərəfindən səyyar vergi yoxlaması zamanı mütəxəssis və ekspert rəyləri də nəzərə alınaraq iddiaçıya ƏDV və mənfəət vergisi hesablanmışdır. Mütəxəssis rəyi ilə müəssisənin təsərrüfat fəaliyyəti üzrə elektrik sərfiyyatı əsas götürülərək istehsal həcmi müəyyən edilmişdir. Məhkəmə ilk növbədə qeyd edir ki, müəssisənin istehsal həcmi onun fəaliyyətinə görə sərf olunmuş elektrik enerjisi sərfiyyatının miqdarı ilə qismən mütənasiblik təşkil etsə də, bu sərfiyyat həmin dövriyyəni müəyyənləşdirən yeganə göstərici kimi çıxış edə bilməz. Elektrik enerjisi sərfiyyatı göstəricilərinə əsaslanmaqla iddiaçının dövriyyəsinin hesablanması ağlabatan olsa da, elektrik enerjisi sərfiyyatı dövriyyə üçün istehsal həcmini müəyyən edən yeganə göstərici kimi əsas götürülə bilməz. Elektrik enerjisinin sərfiyyatı avadanlıqlarının istismarı müddəti, o cümlədən məişət təyinatlı avadanlıqların yoxlamanın keçirildiyi vaxtdan əvvəlki dövrdə qoşulması, avadanlıqlarla işləyən məsul şəxslərin peşəkarlıq səviyyəsindən, hazırkı vəziyyətdə məhsulun xassəsi baxımından tozlanaraq itkiyə getməsi və digər hallardan və xüsusatlardan asılı olaraq müxtəlif həcmdə ola bilər. Bundan başqa, nəzərə alınmalıdır ki, işdə olan sənədlərlə və bu halı cavabdehin birbaşa təkzib etməməsi ilə məlum olur ki, sərf olunuş elektrik enerjisinin miqdarı müəssisənin təkcə “beton istehsalı” sahəsini əhatə etmədiyi halda, başqa istehsal sahələrinə (qumçınqıl istehsalı, toyuq fermaları, inkubator və s.) görə sərfiyyat da sözügedən enerji sərfiyyatı miqdarınında yer almışdır. Odur ki, səyyar vergi yoxlaması zamanı iddiaçının sərf etdiyi elektrik enerjisi üzrə dövriyyəsinin müəyyən edilməsi və bu dövriyyə nəzərə alınmaqla ƏDV və mənfəət vergisinin hesablanmasına dair mütəxəssis və ekspertdən alınmış rəylər mötəbər sübut sayıla bilməz; - iş üzrə tədqiq edilmiş məhkəmənin 13 avqust 2020-ci il tarixli qərardadı əsasında Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertizası mərkəzindən alınmış 30 oktyabr 2020-ci il tarixli ekspet rəyi ilə elektrik sərfiyyatı əsasında müəssisənin dövriyyəsinin real müəyyən edilmədiyi təsdiq olunsa da vergi orqanının mövqeyinə və yoxlamanın nəticələri üzrə mübahisələndirilən 18 fevral 2020-ci il tarixli qərardakı dəlillərinə zidd şəkildə (uyğun olmadan) şərti tentabellik tətbiq etməklə müvafiq dövriyyəyə xərc sənədləri tam nəzərə alınmadan vergi məbləğləri hesablandığından, sözügedən rəy vergilərin hesablanması hissəsində mötəbər qiymətləndirilməməlidir; - iş üzrə tədqiq edilmiş məhkəmənin 6 oktyabr 2021-ci il tarixli qərardadı əsasında Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertizası mərkəzindən alınmış 30 oktyabr 2020-ci il tarixli ekspet rəyinə gəldikdə isə məhkəmə qeyd edir ki, həmin rəy inzibati mübahisənin həlli istiqamətində tərəflərin dəlillər və arqumentlərinə uyğun qoyulmuş sualları cavablandırdığından, eləcə də məhkəmə icraatında sözügedən rəylə razılaşmaqla bağlı hər hansı xüsusat müəyyən edilmədiyindən, məhkəmə rəyi mötəbər qiymətləndirir. Rəydə vergi ödəyicisi kimi hazırkı iddiaçının yoxlamanın əhatə etdiyi dövrə görə həm gəlirlərini, həm də xərclərini əks etdirən məbləğlər nəzərə alınmaqla hesablamalar aparılmışdır. Həmin rəylə iddiaçının yoxlmanın əhatə etdiyi dövrdə fəaliyyəti üzrə 111.965,84 manat mənfəət vergisi və 517.312,50 manat ƏDV məblğlərinin azaldılması müəyyən edilmişdir; - iddiaçıya Vergi Məcəlləsinin 58.6-cı maddəsinin tələbləri rəhbər tutulmaqla ƏDV məbləğlərinin ödənilməsinin gecikdirilməsinə görə maliyyə sanksiyasının tətbiqi ilə bağlı qeyd olunmalıdır ki, həmin gecikmə halı aparılan növbədənkənar səyyar vergi yoxlaması dövründən əvvəlki tarixlərdə vergi ödəyicisi kimi iddiaçı tərəfindən artıq aradan qaldırılmışdır. Odur ki, məhkəmə müvafiq gecikdirmə ilə aparılmış ƏDV ödəmələrinə münasibətdə Vergi Məcəlləsinin 58.6-cı maddəsinin tələbləri üzrə maliyyə sanksiyasının sözügedən səyyar vergi yoxlamasının çərçivəsində yolverilən saymır. Odur ki, iddiaçıya həmin maliyyə sanksiya məbləği əsassız olaraq tətbiq edilmişdir. - cavabdeh 18 fevral 2020-ci il tarixli qərarında müvafiq rəylər və sənədlər əsasında mənfəət vergisi və ƏDV ilə yanaşı, torpaq vergisi də hesablanmışdır ki, bu xüsusata da mövcud qanunvericiliyn müvafiq müddəaları baxımından qiymət verərək, yoxlama zamanı iddiaçıya hesablanmış 4.746,90 manat torpaq vergisinin qanuna uyğun olması qənaətinə gəlir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 29-1-ci maddəsinə əsasən inzibati məhkəmə icraatında məhkəmə ekspertizası ilə bağlı məsələlərin tənzimlənməsində Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müvafiq müddəaları tətbiq olunur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 101.2-ci maddəsinə əsasən ekspert rəyində aparılmış tədqiqatların müfəssəl təsviri, onlara əsasən çıxarılmış nəticələr və məhkəmə tərəfindən qoyulmuş suallara əsaslandırılmış cavablar verilməlidir. - 101.7-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. - 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. “Dövlət məhkəmə ekspertizası fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun: - 1-ci maddəsinə əsasən ekspertin rəyi - məhkəmə ekspertizasını təyin etmiş orqanın və ya şəxsin ekspertin qarşısında qoyduğu suallara verilən əsaslandırılmış yekun nəticədir. - 13-cü maddəsinə əsasən təqdim edilmiş obyektlərin və iş üzrə materialların tam və hərtərəfli tədqiqatını aparmaq və qoyulmuş suallar üzrə əsaslandırılmış və obyektiv rəy vermək ekspertin vəzifələrinə aid edilmişdir. Şərh olunan qanunvericiliyin normalarına görə ekspert rəyi mülki (inzibati) iş üzrə sübut növlərindən biridir. Ekspert rəyinin məhkəmə üçün məcbur olmaması, məhkəmənin həmin nəticələri və rəyin məzmununun qiymətləndirmək hüququnun olması başa düşülür. Ekspert rəyinin qiymətləndirilməsi ilə əlaqədar ayrı-ayrı məsələlərə aydınlıq gətirilməsi, müəyyən detalların dəqiqləşdirilməsi zərurəti yarandıqda ekspert məhkəmə iclasına dəvət olunaraq dindirilməlidir. Rəy natamam olduğu halda, tədqiqatın tam aparılmadığı aşkar olduqda, həmin natamamlıq ekspertin dindirilməsi yolu ilə aradan qaldırıla bilməz və əlavə ekspertiza təyin edilməlidir. Məhkəmədə ekspert rəyi digər sübutlarlarla müqayisə edilməklə yoxlanılmalıdır. Ekspert rəyi ilə digər sübutlar arasında uyğunsuzluq olduqda bunun səbəbi aydınlaşdırılmalıdır. Məhkəmə öz qətnaməsində və ya başqa aktında ekspert rəyinə verdiyi qiyməti əsaslandırmalıdır. Bu zaman məhkəmənin ekspert rəyini (və ya onu ayrı-ayrı müddəalarını) hansı səbəbdən düzgün hesab etmədiyi, yaxud rəylə tam və ya qismən razılaşdığı inandırıcı surətdə şərh edilməlidir. Məhkəmə qeyd edir ki, hazırki iş üzrə məhkəmə qərarı əsasında keçirilmiş ekspert rəylərində əks olunan məlumatlar şübhə doğurmamış, bu məlumatların mötəbərliyinin təkzib edən hallar cavabdeh inzibati orqan tərəfindən sübuta yetirilməmişdir. Bu səbəbdən ekspert rəylərində olan məlumatlar hazırki iddia tələbi üzrə əhəmiyyət kəsb edən məlumatlar qismində çıxış edir. Ona görə də məhkəmə iş üzrə verilmiş sonuncu xx.xx.2022-ci il tarixli, 9/8533 nömrəli ekspert rəyini digər sübutlarla yanaşı qiymətləndirərək həmin rəyi iş üzrə əsas sübut növü kimi qəbul edir. Məhkəmə eyni zamanda qeyd edir ki, vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Bununla yanaşı, məhkəmə onu da qeyd edir ki, səyyar vergi yoxlaması aktı xx.xx.2019-cu il tarixdə tərtib edilsə də, “Vergi ödəyicisinin vergi qanunvericiliyin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərar xx.xx.2020-ci il tarixdə qəbul edilmişdir. Halbuki qanunverciliyin tələblərinə əsasən yoxlama materiallarına baxılması və müvafiq qərar çıxarılması üçün nəzərdə tutulmuş müddət 10 gündür. Beləliklə, mübahisələndirilən inzibati akt qismən qanuna zidd sayılmaqla yanaşı, onun qəbulu iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Çünki qəbul edilmiş həmin akt iddiaçıya vergi qanunvericiliyi ilə müəyyən edilməyən qaydada hesablanmış müvafiq məbləğdə vergi borcunu ödəmək öhdəliyi yaradır. Halbuki, Vergi Məcəlləsinin 3.8-ci maddəsinin tələblərinə görə heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergiləri ödəmək vəzifəsi qoyula bilməz. Halbuki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 3.8-ci maddəsinin tələblərinə görə heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. Eyni zamanda nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin: - 3.11-ci maddəsinə görə vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan məqamları, vergi ödəyicisinin xeyrinə şərh edilməlidir. - 53.3-cü maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: - 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. - 48.1-ci maddəsinə əsasən inzibati icraatla bağlı hərəkətlər bu Qanunla və Azərbaycan Respublikasının başqa müvafiq qanunları ilə müəyyən edilmiş müddətlərdə həyata keçirilir. - 58.1-ci maddəsinə əsasən inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. - 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. - 67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, toplanmış və tədqiq olunan sübutlara məcmu halda, tam, hərtərəfli, obyektiv və qərəzsiz hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilərək, cavabdeh tərəfindən qəbul edilmiş iddiaçının vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi barədə xx.xx.2020-cu il tarixli, **********197410 №-li qərar “111.965,84 manat mənfəət vergisinin, 517.312,50 manat ƏDV-nin və 4.746,90 manat torpaq vergisinin hesablanması, həmin vergi məbləğləri üzrə maliyyə sanksiyalarının tətbiq edilməsi” hissələri istisna olmaqla qalan hissədə əsassız və qanunsuz olduğundan ləğv edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. - 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. - 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. - 70.1-ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. İş materiallarından həmçinin görünür ki, iş üzrə təyin edilmiş məhkəmə ekspertizasına görə aparılmış tədqiqatın dəyəri 400 manat təşkil edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 108-ci maddəsinə görə prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumlarından və digər ödəmələrdən) və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. Dövlət rüsumları, vəkilin və ya nümayəndənin haqqı və digər xərclər qanunvericiliyə uyğun olaraq ödənilməlidir. Qanunvericilikdə həmin ödəmələrin məbləğinin müəyyən edilmədiyi hallarda, məhkəmə özü ağlabatan məbləğ təyin edir. - 109-cu maddəsinə əsasən prosessual xərclərin ödənilməsi haqqında məsələ məhkəmə tərəfindən qəbul edilmiş qərardadla və ya mübahisə ilə bağlı iş üzrə qəbul edilmiş qərarla həll edilir. - 110-cu maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddianın təmin olunmadığı hallarda, inzibati məhkəmə icraatı ilə bağlı prosessual xərcləri ödəmək vəzifəsi, qanunvericilikdə digər hal nəzərdə tutulmamışdırsa, həmin şikayəti vermiş şəxsin üzərinə qoyulur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 115.0.1-ci maddəsinə görə şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin olunduğundan iş üzrə ekspert xərcinin 300 manatı cavabdehdən, 100 manatı isə iddiaçıdan tutularaq aidiyyatı üzrə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi qismən təmin edilsin. Azərbaycan Respublikası İqtisasiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən qəbul edilmiş "xxxx" Azərbaycan X4 vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi barədə xx.xx.2020-cu il tarixli, **********197410 №-li qərar “111.965,84 manat mənfəət vergisinin, 517.312,50 manat ƏDV-nin və 4.746,90 manat torpaq vergisinin hesablanması, həmin vergi məbləğləri üzrə maliyyə sanksiyalarının tətbiq edilməsi” hissələri istisna olmaqla qalan hissədə ləğv edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Aparılmış tədqiqatın dəyəri 400 (dörd yüz) manatın 300 (üç yüz) manatı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsindən, 100 (yüz) manatı isə iddiaçı "xxxx" Azərbaycan-X2 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Ekspertiza Mərkəzinin hesabına (Büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsini kodu: 3, X6, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41NABZ******************** SWİFT BİK CTREAZ 22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34OTRE********************) ödənilsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) verilə bilər. Hakim Şəlalə Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar