Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2150/2020 04.11.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi X29 Ağa qızının katibliyi, İddiaçı, İddiaçının nümayəndəsi və vəkili X9, Cavabdehin nümayəndəsi X4 iştirakları ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı torpaq sahəsinin plan-ölçüsünün verilməsi tələbi barədə inzibati mübahisəyə dair işə məhkəmənin inzibati binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx xxxxxxx 2019-cu il tarixli, AN-İ № 07826115 nömrəli alğı-satqı müqaviləsinə əsasən ünvan 1 ünvanında yerləşən, reyestr nömrəsi **********86 olan 0.03 ha torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində onun adına qeydiyyata alınmasını, iddiaçının adına reyestrdən çıxarış və torpaq sahəsinin plan-ölçüsünün verilməsinin cavabdehə həvalə edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçının nümayəndəsi və vəkili iddia tələbinin dəqiqləşdirilməssi barədə ərizə ilə müraciət edərək, ünvan 1 ünvanında yerləşən, reyestr nömrəsi **********86 olan 0.03 ha torpaq sahəsinin plan-ölçüsünün verilməsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırmışdır ki, o, xx.xx.2019-cu il tarixli, AN-İ seriyalı, 07826115 nömrəli alğı-satqı müqaviləsinə əsasən satıcı X6 ünvan 1nd yerləşən, ümumi sahəsi 0.03 ha olan torpaq sahəsinin dəyərini tam ödəməklə almışdır. Qeyd olunan alğısatqı müqaviləsi qanunvericilikdə nəzərdə tutulmuş qaydada notarial qaydada təsdiq edilmiş və bu zaman əmlak üzərinəd hər hansı bir məhdudiyyət qeydə alınmamışdır. Alğısatqı müqaviləsi üzrə hüquqlarının dövlət qeydiyyatına alınması üçün Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin “Əmlak Məsələləri Xidməti”nə müraicət etmiş, lakin əsassız olaraq, alğı-satqı müqaviləsi üzrə hüquqlarının dövlət qeydiyyatına alınmasından imtina edilmişdir. Hesab edir ki, əmlak hüquqlarının qeydiyyata alınmasından əsasız olaraq imtina edilmişdir. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsində göstərilən qaydada iddia ərizəsinə münasibət bildirmək üçün sərəncam göndərilmiş, sərəncama əsasən cavabdeh tərəfindən məhkəməyə etiraz ərizəsi təqdim edilərək bildirilmişdir ki, iddiaçı müvafiq tələblə xx.xx.2019-cu il tarixdə müvafiq tələblə 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. Aparılan araşdırma zamanı məlum olmuşdur ki, elektron kadastr məlumatına əsasən mövcud vəziyyətə verilmiş koordinatlarla göstərilən sahə digər şəxslərin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış torpaq sahələri ilə üst-üstə düşdüyündən müraciətin təmin edilməsi tərəflərindən mümkün olmamış və bu barədə vətəndaşa **********90 saylı, xx.xx.2019- cu il tarixli cavab məktubu ünvanlanmışdır. Daha sonra, ünvan 1 ünvanında yerləşən, 0.03 ha torpaq sahəsinə dair iddiaçının adına ********** nömrəli, xx.xx.2019-cu il tarixli çıxarış verilmişdir. Həmçinin, məhkəmənin diqqətinə çatdırmışlar ki, xx.xx.2008-ci il tarixli alğı-satqı müqaviləsinə əsasən X19 sözügedən daşınmaz əmlakı X1 və sonuncunun adına ********** nömrəli, xx.xx.2009-cu il tarixli çıxarış və xx.xx.2009-cu il tarixli plan-ölçü verilmişdir. X7 ilə X13 arasında bağlanmış xx.xx.2014-cü il tarixli alğı-satqı müqaviləsi əsasında sonuncunun adına ********** nömrəli, xx.xx.2014-cü il tarixli çıxarış verilmişdir. X13 ilə İddiaçı arasında bağlanmış xx.xx.2019-cu il tarixli alğı-satqı müqaviləsi əsasında sonuncunun adına ********** nömrəli, xx.xx.2019-cu il tarixli çıxarış verilmişdir. Eyni zamanda, X19 ilə X27 və X20 arasında bağlanmış xx.xx.2008-ci il tarixli alğı-satqı müqaviləsi əsasında sonuncuların adına, müvafiq olaraq xx xxxxx 2009-cu ildə ********** qeydiyyat nömrəli və xx xxxxx 2009-cu ildə ********** qeydiyyat nömrəli çıxarışlar verilmişdir. Azərbaycan Respublikası 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2012-ci il tarixli, 2inz(82)-1465/2012 nömrəli qərarı ilə iddia təmin edilmiş, ******* nömrəli, MH seriyalı “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış”a əsasən iddiaçı X17 xüsusi mülkiyyətində olan, daşınmaz əmlakın dövlət reyestrində 194 nömrəli kitabın 18080 nömrəli vərəqində **********95 reyestr nömrəsi ilə, xx xxxxx 2009-cu ildə ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınan Bakı şəhəri, Xətai rayonu, H.Aslanov qəsəbəsi, Kazımağa Kərimov küçəsində yerləşən, sahəsi 0,015 ha torpaq sahəsinin planının və ölçüsünün çəkilərək iddiaçı X21 verilməsi və ******* nömrəli, MH seriyalı “Hüquqların dövlət qeydiyyata haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış”a əsasən X11 xüsusi mülkiyyətində olan, daşınmaz əmlakın dövlət reyestrində 194 nömrəli kitabın 18079 nömrəli vərəqində **********93 reyestr nömrəsi ilə, xx xxxxx 2009-cu ildə ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınan Bakı şəhəri, Xətai rayonu, H.Aslanov qəsəbəsi, Kazımağa Kərimov küçəsində yerləşən, sahəsi 0,015 ha torpaq sahəsinin planının və ölçüsünün çəkilərək iddiaçı X14 verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə həvalə edilmişdir. Azərbaycan Respublikası 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 28 dekabr xx.xx.2020-ci il tarixli, 2inz(82)-1465/2012 nömrəli qərarından iş üzrə cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən apellyasiya şikayəti verilmişdir (**********89/xx.xx.2013). Bakı Apellyasiya Məhkəməsinin İnzibati- İqtisadi Kollegiyasının xx xxx 2013-cü il tarixli, 2-1inz(103)-709/2013 nömrəli qərarı ilə cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinin apellyasiya şikayəti təmin edilməmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2inz(82)-1465/2012 saylı, xx xxxxxx 2012-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxx 2013-cü il tarixli, 2- 1inz(103)-709/2013 nömrəli qərarından Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən kassasiya şikayəti verilmişdir (**********54/xx.xx.2013). Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasının 2-2(102)-865/2013 saylı, xx xxxxxxx 2013-cü il tarixli, qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxx 2013-cü il tarixli, 2-1inz(103)-709/2013 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır. 2 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin 2in(82)-1465/2012 saylı, xx xxxxxx 2012-ci il tarixli qərarı tərəflərindən icra edilərək, X14 **********93 reyestr nömrəli, xx.xx.2014-cü il tarixli, X21 **********95 reyestr nömrəli, xx.xx.2014-cü il tarixli “torpaq sahəsinin plan və ölçüsü” tərtib edilərək təqdim edilmişdir. Məhkəmə iclasında iddiaçı, iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddianı qəbul etmədi və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş sənədlərdən müəyyən edilir ki, xx.xx.2018-ci il tarixli alğı-satqı müqaviləsinə əsasən X19 ünvan 1 ünvanında yerləşən 0.03 ha torpaq sahəsini X1 və sonuncunun adına ********** nömrəli, xx.xx.2009-cu il tarixli çıxarış və xx.xx.2009-cu il tarixli plan-ölçü verilmişdir. X7 xx.xx.2014cü il tarixli alğı-satqı müqaviləsinə əsasən həmin torpaq sahəsini X2 və həmin müqavilə əsasında X8 adına ********** nömrəli, xx.xx.2014-cü il tarixli çıxarış verilmişdir. Eyni zamanda X8 adına sözügedən torpaq sahəsinə dair **********86 reyestr nömrəli, xx.xx.2014-cü il tarixli torpaq sahəsinin planı və ölçüsü verilmişdir. X13 isə sözügedən torpaq sahəsini xx.xx.2019-cu il tarixli alğı-satqı müqaviləsi əsasında İddiaçı satmış, sonuncunun adına ********** nömrəli, xx.xx.2019-cu il tarixli çıxarış verilmişdir. Eləcə də, işdə olan digər sənədlərdən görünür ki, X19 mülkiyyətində olan həmin ünvanda yerləşən torpaq sahəsinin bir hissəsini X15 və X14 xx.xx.2008-ci il tarixli alğısatqı müqaviləsi əsasında satmış və sonuncuların adına xx xxxxx 2009-cu il tarixli, ********** qeydiyyat nömrəli və xx xxxxx 2009-cu il tarixli, ********** qeydiyyat nömrəli çıxarışlar verilmişdir. Sonradan qanuni qüvvəsini almış 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2012-ci il tarixli, 2inz(82)-1465/2012 saylı qərarı ilə ******* nömrəli, MH seriyalı “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış” a əsasən iddiaçı X17 xüsusi mülkiyyətində olan, daşınmaz əmlakın dövlət reyestrində 194 nömrəli kitabın 18080 nömrəli vərəqində **********95 reyestr nömrəsi ilə, xx xxxxx 2009-cu ildə ********** qeydiuyyat nömrəsi ilə qeydiyyata alınan Bakı şəhəri, Xətai rayonu, H.Aslanov qəsəbəsi, Kazımağa Kərimov küçəsində yerləşən, sahəsi 0.015 ha torpaq sahəsinin planının və ölçüsünün çəkilərək iddiaçı X21 verilməsi və ******* nömrəli, MH seriyalı “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış”a əsasən X11 xüsusi mülkiyyətində olan, daşınmaz əmlakın dövlət reyestrində 194 nömrəli kitabın 18079 nömrəli vərəqində, **********93 reyestr nömrəsi ilə, xx xxxxx 2009-cu ildə ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınan Bakı şəhəri, Xətai rayonu, H.Aslanov qəsəbəsi, Kazımağa Kərimov küçəsində yerləşən, sahəsi 0.015 ha torpaq sahəsinin planının və ölçüsünün çəkilərək iddiaçı X14 verilməsi vəzifəsi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə həvalə edilmişdir. Sözügedən qərar icra edilərək, X16 **********93 reyestr nömrəli, xx.xx.2014-cü il tarixli, X21 **********95 reyestr nömrəli, xx.xx.2014-cü il tarixli “torpaq sahəsinin plan və ölçüsü” tərtib edilərək təqdim edilmişdir. İşdə olan cavabdeh tərəfindən iddiaçının müraciətinə cavab olaraq verilmiş “Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə” xx.xx.2019-cu il tarixli, **********90 nömrəli imtina bildirişinin surətindən görünür ki, iddiaçının mübahisəli torpaq sahəsinə aid plan-ölçünün tərtib edilməsi və dövlət reyestrindən çıxarışın verilməsi ilə bağlı müraciətinə baxılaraq bildirilmişdir ki, elektron kadastr məlumatına əsasən mövcud vəziyyətdə verilmiş koordinatlarla göstərilən sahə digər şəxslərin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış torpaq sahələri ilə üst-üstə düşdüyündən müraciətin təmin edilməsi tərəflərindən mümkün olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X20 öz izahatında bildirdi ki, sözügedən ünvanda olan torpaq sahəsini satan Rizvandır. Torpaq sahəsinə dair planölçüsünü 7-8 ildir ki, almışdır. Orada həm onun, həm də, Ofelyanın sənədləri var. Dedilər ki, bütün vətəndaşlara çıxarış veriləcək. Ona öz yerini versinlər. Hardan istəyirlər versinlər. İddiaçıya məxsus torpaq sahəsinə onun heç bir iddiası yoxdur. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən olundu ki, hazırda iddiaçının mülkiyyətində olan torpaq sahəsinə dair əvvəllər X3 və X8 adına müvafiq olaraq xx.xx.2009-cu il tarixli və xx.xx.2014-cü il tarixli torpaq sahəsinin plan və ölçüsü mövcud olmuşdur. Cavabdehin imtinasında qeyd etdiyi digər şəxslərə (X12 və X14) məxsus torpaq sahələrinin isə iddiaçıya məxsus torpaq sahəsi ilə heç bir aidiyyəti yoxdur. Həmin torpaq sahələrinə dair torpaq sahəsinin plan və ölçüsü məhkəmə qərarı ilə sözügedən digər şəxslərə (X12 və X14) sonradan (2012-ci ildən sonra) verilmiş, həmin torpaq sahələrinin koordinatları əvvəlcədən məlum olmamışdır. İddiaçıya məxsus olmuş torpaq sahəsinin isə koordinatları, plan və ölçüsü əvvəlcədən məlum olmuş və buna dair müvafiq hüquqmüəyyənedici sənədlər iş materiallarında mövcuddur. Məhkəmə iş üzrə sübutlara məcmu halında qiymət verərək hesab edir ki, cavabdeh inzibati orqan istər inzibati icraat zamanı, istərsə də, məhkəmə araşdırması zamanı iddiaçının mülkiyyətində olan torpaq sahəsinə dair plan-ölçünün tərtib edilməsini istisna edən faktiki halların mövcudluğunu sübut edə bilməmiş, iddiaçının plan-ölçünün tərtib edilib ona verilməsi barədə müvafiq müraciətinin təmin edilməsindən heç bir qanuni əsas olmadan imtina etmişdir. Halbuki, “İnzibati icraat haqqında” Qanunun 20-ci maddəsinə əsasən hər bir şəxsin onun hüquq və qanuni maraqlarına bilavasitə aid olan məsələlərlə bağlı inzibati orqana müraciət etmək, vəsatət vermək və ya inzibati orqandan məlumat əldə etmək hüququ vardır. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan onun səlahiyyətlərinə aid olan məsələlər üzrə müraciətlərə baxmağa, həmin müraciətlər üzrə müvafiq qərar qəbul etməyə və ya məlumat verməyə borcludur. Həmin Qanunun 24-cü maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. İnzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə, şikayət və ya vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikası Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlak hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Məcəllənin 139-1.1; 139-1.1.3-cü, eyni zamanda, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0; 8.0.3-cü maddələrinə əsasən daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 24 iyun tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında” Əsasnamənin 9.23-9.25-ci bəndlərindən görünür ki, üzərində binalar, qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış evi, bağ evləri və müəsisələlr olan sahələrin bir hissəsi üzərində hüquqların, həmin hüquqlar dövlət reyestrində dövlət qeydiyyatına alındıqdan sonra başqa şəxsə keçməsi və ya məhdudlaşdırılması (yüklənməsi) bu sahənin planının və ölçüsünün çəkilməsini təmin etmək, bağ evlərin inventarlaşdırılmasını həyata keçirmək, inventarlaşdırma işlərinin aparılması nəticəsində hüquqların dövlət qeydiyyatı üçün zəruri olan texniki sənədlərin tərtib edilməsində, torpaq sahələrinin planının və ölçüsünün çəkilməsini təmin etmək Xidmətin vəzifələridir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin xx.xx.2009-cu il tarixli 47 nömrəli əmri ilə təsdiq edilmiş “Daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı, texniki sənədlərin tərtib edilməsi və dövlət reyestrindən arayışlar üçün tələb olunan sənədlərin qəbulu, dövriyyəsi, ekspertizası və verilməsi Qaydalarının 1-ci hissəsinin 2-ci bəndindən görünür ki, Bu Qaydalar Xidmətin ərazi idarələri (bundan sonra “ərazi idarələri” adlanacaq) tərəfindən daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı, texniki sənədlərin tərtib edilməsi və dövlət reyestrindən arayışlar üçün tələb olunan sənədlərin qəbulu, dövriyyəsi, ekspertizası və verilməsinə dair proseduraları tənzimləyir. Qaydaların 2-ci hissəsinin 1-ci bəndindən isə görünür ki, daşınmaz əmlak üzərində texniki sənədlərin tərtib edilməsi və dövlət reyestrindən arayışların verilməsi üçün ərizəçilər Xidmətin ərazi idarələrinə, bu Qaydaların 1 nömrəli əlavəsində göstərilən müvafiq ərizə forması ilə birlikdə bu Qaydaların 2 nömrəli əlavəsində göstərilən və həmin ərizənin məzmununa uyğun olan sənədləri təqdim etməlidirlər. Qaydaların 1 nömrəli Əlavəsindən isə göründüyü kimi ərizəyə daşınmaz əmlak üzərində hüquqları təsdiq edən alqı-satqı müqaviləsi, reyestrdən çıxarış, torpaq sahəsinin plan-sxemi, dövlət rüsumunun ödənilməsi barədə qəbz əlavə edilir. Qaydaların 3-cü hissəsinin 13-24-cü bəndlərinin və 4-cü hissəsinin 27-31 bəndlərinin məzmunundan görünür ki, daşınmaz əmlak üzərində hüquqların ilkin qeydiyyatım aparan Xidmətin ərazi idarələri daşınmaz əmlakın qeydiyyata alınmasına dair çıxarışla yanaşı, həmin əmlaka texniki sənədləri, o cümlədən, daşınmaz əmlakın plan və ölçüsünü də (texniki paspartunu) də hazırlayıb ərizəçiyə verməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçımn üzərinə düşür. Lakin inzibati orqan iddiaçımn arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Məcəllənin 73.1-ci maddəsinin tələbindən də göründüyü kimi inzibati aktın qəbulundan İmtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pqç^jşaşma səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktmjqpmil barədə öhdəlik qoyur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə iş üzrə sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33, 52, 58, 68, 69, 75.4, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia tələbi təmin edilsin. İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən, reyestr nömrəsi **********86 olan 0.03 ha torpaq sahəsinə dair plan-ölçünün verilməsi vəzifəsi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verə bilərlər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aygün Abdullayeva
Məhkəmə qərarları › İş №2-1(112)-2150/2020
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2150/2020
04.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver