Məhkəmə qərarları › İş №2-1(112)-2151/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2151/2021

21.10.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2151/2021 21.10.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X7 Oruczadənin sədrliyi, Məhkəmə iclas katibi Cəfərova Yasəmən Fərman qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi X5 iştirаkları ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və reyestrdən çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi və cavabdehin hərəkətlərinin (hərəkətsizliklərinin) qanunsuz hesab edilməsi” tələbinə dair inzibati işə məhkəmə binаsındа, аçıq məhkəmə iclаsındа bахаrаq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsində yerləşən 110 və 111 saylı, 0.10 ha bağ (torpaq) sahəsinin adına mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və reyestrdən çıxarışın verilməsi vəzifəsinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi və cavabdehin hərəkətlərinin (hərəkətsizliklərinin) qanunsuz hesab edilməsi ilə bağlı qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul olunduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, onun adına "Azneft kimyamaş" bağçılıq yoldaşlıq birliyi nəzdində Bakı şəhəri Xəzər rayonu Türkan ərazisində 10 sot ölçüdə 110 və 111 nömrəli bağ sahəsi ayrılmışdır. Onun qızlıq soyadı Vəliyeva olmuş, ərə getdikdən sonra Eminova soyadını götürmüşdür."Azneft kimyamaş" bağçılıq yoldaşlıq birliyi tərəfindən ona bağ sahəsinin ayrılmasına dair adına 1993-cü ildə 104 nömrəli üzvlük kitabçası verilmişdir. Həmin üzvlük kitabçasını naməlum şəkildə itirmişdir. Bu barədə onda yalnız üzvlük kitabçasının surəti qalmışdır. Bu barədə 525-ci qəzetin 10 iyun 2020-ci il tarixli buraxılışında həmin kitabçanın etibarsız sayılması barədə elan da vermişdir. 08 iyun 2020-ci il tarixdə Bakı şəhər Baş Polis İdarəsinə müraciət edərək sözügedən üzvlük kitabçasının tapılması barədə Bakı şəhər Baş Polis İdarəsinin Tapıntılar bürosuna məlumatın daxil olub-olmaması barədə ərizə vermişdir. Bakı şəhər Baş Polis İdarəsinin 16.06.2020-ci il tarixli. 0399281E-3220 saylı məktubunda Vəliyeva (Eminova) Firuzə Sülü qızına məxus olan "Azneft kimyamaş" bağçılıq birliyi nəzdində Bakı şəhəri, Xəzər rayonu, Türkan ərazisində 110 və 111 nömrəli bağ sahəsinə 1993-cü ildə verilmiş 104 nömrəli üzvlük kitabçasının tapılması barədə Bakı şəhər Baş Polis İdarəsinin Tapıntılar bürosuna məlumatın daxil olmaması göstərilmişdir. Onun 1988-1990-cı illərdə "Azneft kimyamaş" da işləməsi əmək kitabçası ilə də təsdiq olunur. Bundan başqa, X4 Həmkarlar İttifaqı Komitəsi tərəfindən təsdiq olunmuş siyahının 2-ci vərəqində sıra sayı 59. -da (Velieva) F.C. -yə 110 və 111 nömrəli boş sahələrin ayrılması qeyd edilib. Həmçinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə ünvanlanmış ərizələri ilə X4 Həmkarlar İttifaqı Komitəsi tərəfindən verilmiş siyahının və üzvlük kitabçasının surəti onlara göndərilməklə həmin siyahının və üzvlük kitabçasının surətlərinin təsdiq edilməsi xahiş edilmişdir. Sözügedən bağ sahəsinə dair dövlət reyestrindən çıxarışın verilməsi üçün Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı şəhər Ərazi İdarəsinə müraciət etsə də, idarə tərəfindən ona əvvəlcə imtina verilsə də, sonradan etdiyi müraciətinə ümumiyyətlə cavab verilməmişdir. Hesab edir ki, cavabdehin 19.03.2019-cu il tarixli imtinası və sonuncu müraciətinə cavab verməməsi (hərəkət və hərəkətsizlikləri) qanunsuz və əsassızdır. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsi xahiş edilmişdir. 30.09.2021-ci il tarixdə iddiaçının nümayəndəsi və vəkili Vəkil tərəfindən Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsində yerləşən 110 və 111 saylı, 0.10 ha bağ (torpaq) sahəsində göstərilən uyğunsuzluq aradan qaldırılmaqla (uyğunlaşdırılmaqla) adına mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və reyestrdən çıxarışın verilməsi vəzifəsinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi və cavabdehin hərəkətlərinin (hərəkətsizliklərinin) qanunsuz hesab edilməsi barədə iddia tələbinin dəqiqləşdirilməsi barədə elektron ərizə daxil olmuşdur. İddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmiş və iş materiallarına əlavə edilmişdir. İş üzrə cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən təqdim edilmiş **********64 nömrəli etiraz məktubunda qeyd edilmişdir ki, iddiaçı müvafiq tələblə 22.09.2019-cu ildə 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. Aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, sözügedən ünvanda yerləşən torpaq sahəsinə dair əsli 1 saylı Bakı Ərazi İdarəsinə təqdim edildiyi təqdirdə müraciətə yenidən baxılacağı ilə bağlı iddiaçıya 19.03.2019-cu il tarixli, **********02 saylı cavab ünvanlanmışdır. Yerli İcra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 22.05.2007-ci il tarixli sərəncamı ilə yerli icra hakimiyyəti orqanlarının, o cümlədən Bakı şəhəri İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilərək, onların yalnız arxivlərinin Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə verilməsi qərara alınmışdır. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23-cü maddəsinə əsasən İdarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir.Yuxarıda qeyd olunanlara əsasən, iddia tələbinin rədd edilməsi xahiş edilmişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil şifahi məhkəmə baxışı iclasında iddia tələbini müdafiə edərək, təmin olunmasını xahiş etdi. Cavabdehin nümayəndəsi X6 məhkəmə iclasında iddia tələbinə etiraza uyğun izahat verərək, iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iş materiallarını tam, obyektiv və hərtərəfli araşdıraraq, işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək hesab edir ki, iddia təmin edilməməlidir. İşdə materiallarında olan sənədlər: - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən İddiaçı ünvanlanmış 19.03.2019-cu il tarixli **********02 saylı məktubdan görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi ünvanda yerləşən 0,10 ha torpaq sahəsinə sənədlərin əsli 1 saylı Bakı İdarəsinə təqdim edildiyi təqdirdə müraciətinə baxılacaqdır. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin 11.03.2020-ci il tarixli **********06 nömrəli məktubundan görünür ki, “Azneft kimyamaş” bağçılıq yoldaşlıq birliyi nəzdində X3 Bakı şəhəri, Xəzər rayonu, Türkan ərazisində bağ sahəsinin ayrılmasına dair məlumat mövcuddur. X2 Xəzər rayonu, Türkan bağ massivində bağ sahəsinin ayrılmasına dair sənəd İdarənin arxivində aşkar olunmamışdır. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən İddiaçı ünvanlanmış 09.07.2020-ci il tarixli **********47 nömrəli məktubdan görünür ki, “Azneft kimyamaş” bağçılıq yoldaşlıq birliyi nəzdində X3 Xəzər rayonu, Türkan bağ massivində bağ sahəsinin ayrılmasına dair sənəd (üzvlük kitabçası, protokoldan çıxarış və s.) İdarənin arxivində aşkar olunmamışdır. Bağçılıq yoldaşlıq birliyi üzvlərinin siyahısı ümumi olduğundan sənəd surətini vermək mümkün olmamışdır. Məhkəmənin sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən göndərilmiş **********13 nömrəli 18.03.2021-ci il tarixli məktubdan görünür ki, “Azərneftkimyamaş” (“X1” X10 Cəmiyyəti) bağçılıq yoldaşlıq birliyi nəzdində Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsində yerləşən 110 və 111 nömrəli bağ sahələrinin ayrılmasına dair sənəd üzvlük kitabçası, protokoldan çıxarış və s.) İdarənin arxivində aşkar olunmamışdır.Sözügedən bağçılıq yoldaşlığı üzvlərinin arxiv qovluğunda mövcud olan siyahısında Vəliyeva F.S.(siyahıda olduğu kimi) adına 110, 111 nömrəli bağ sahələri göstərilmişdir. Həmçinin arxiv qovluğunda saxlanılan “Bağçılıq yoldaşlığı idarə heyətinin 18.01.2006-cı il tarixli 3 nömrəli protokolu ilə istifadə olunmayan bağ sahələrinə dair üzvlük kitabçalarının hüquqi qüvvələrinin itirilməsi və bu barədə həmin üzvlərə rəsmi məktub və akt göndərilməsi qərara alınmışdır. Həmin protokolda istifadə edilməyən bağ sahələri kimi sorğuda bəhs edilən bağ nömrələri də qeyd edilmişdir. - Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən göndərilmiş **********11 nömrəli 18.03.2021-ci il tarixli məktubdan görünür ki, Vəliyeva (Eminova) Firuzə Sülü qızının adına “Azneftkimyamaş” (“X1” X10 Cəmiyyəti) bağçılıq yoldaşlıq birliyi nəzdində Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsində 110 və 111 nömrəli bağ sahələrinin ayrılmasına dair sənəd (üzvlük kitabçası, protokoldan çıxarış və s.) İdarənin arxivində aşkar olunmamışdır. Sözügedən bağçılıq yoldaşlığı üzvlərinin arxiv qovluğunda mövcud olan siyahısında Vəliyeva F.S. (siyahıda olduğu kimi) adına 110, 111 nömrəli bağ sahələri göstərilmişdir. - Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən göndərilmiş **********13 nömrəli 18.03.2021-ci il tarixli məktubdan görünür ki, “Azneftkimyamaş” (“X1” X10 Cəmiyyəti) bağçılıq yoldaşlıq birliyi nəzdində Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsində 110 və 111 nömrəli bağ sahələrinin ayrılmasına dair sənəd (üzvlük kitabçası, protokoldan çıxarış və s.) İdarənin arxivində aşkar olunmamışdır.Sözügedən bağçılıq yoldaşlığı üzvlərinin arxiv qovluğunda mövcud olan siyahısında Vəliyeva F.S. (siyahıda olduğu kimi) adına 110, 111 nömrəli bağ sahələri göstərilmişdir. Həmçinin arxiv qovluğunda saxlanılan “Bağçılıq yoldaşlığı idarə heyətinin 18.01.2006-cı il tarixli 3 nömrəli protokolu ilə istifadə olunmayan bağ sahələrinə dair üzvlük kitabçalarının hüquqi qüvvələrinin itirilməsi və bu barədə həmin üzvlərə rəsmi məktub və akt göndərilməsi qərara alınmışdır. Həmin protokolda istifadə edilməyən bağ sahələri kimi sorğuda bəhs edilən bağ nömrələri də qeyd edilmişdir. - Bağçılıq yoldaşlığı idarə heyətinin iclasının 18 yanvar 2006-cı il tarixli 3 №-li Protokolunun təsdiq olunmuş surətindən görünür ki, institutun Türkan qəsəbəsində yerləşən kollektiv bağçılıq yoldaşlığının 18 üzvünün bağ sahələrindən (110 və 111 nömrəli bağ sahələri də qeyd edilmişdir) 10 ildən çox müddətdə istifadə etmədiyi müəyyən olunmuş və boş torpaq sahəsi olan və 5 ildən artıq müddətdə istifadə olunmayan torpaq sahiblərinə rəsmi məktub və akt göndərilməklə onların bağçılıq üzvlüyündən xaric edilməsi və üzvlük kitabçalarının öz hüquqi qüvvəsini itiriməsi qərara alınmışdır. - Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən göndərilmiş “Yerli baxış keçirilməsi və faktiki vəziyyət barəsində məlumat verilməsi barədə” **********69 nömrəli 12.07.2021-ci il tarixli məktubdan görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi ünvanında yerləşən “110” və “111” saylı bağ sahəsinə yerli baxış keçirilmiş və faktiki vəziyyətdə göstərilən torpaq sahəsi Maşınqayırma Texnologiyaları İnstitutunun kollektiv bağçılıq yoldaşlığının qonşu bağ nömrələrinin ardıcıllığına əsasən 109-110 saylı bağların ərazisinə uyğun gəlir. Qeyd edilən mübahisənin həlli üçün Məhkəmə aşağıdakı normalara istinad edir: Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 4.1-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. Həmin Qanunun 2.4-cü maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Qeyd edilən Qanunun 8-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün qanunvericiliklə müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında şəhadətnamələr, mənzil sertifikatı və qanunvericiliklə müəyyən edilmiş digər sənədlər; qanuni qüvvəyə minmiş məhkəmə qərarları; bu qanun qüvvəyə minənədək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, sututarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektlərinin qanuni istifadədə olmasına dair müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair-hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı;çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair-tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə;məlumatlandırma icraatının tətbiq edildiyi yaşayış evləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra müvafiq icra hakimiyyəti orqanına məlumat verilməsini təsdiq edən sənəd;Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi;2006-cı il iyulun 6-dan 2009cu il iyunun 24-dək müvafiq icra hakimiyyəti orqanı tərəfindən daşınmaz əmlaka dair verilmiş şəhadətnamələr əsas hesab olunur. Həmin Qanunun 10.2-ci maddəsinə görə qeydiyyat orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri, torpaq sahəsinin planı və ölçüsü, torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plancizgisi, dövlət rüsumunun ödənilməsi barədə qəbz əlavə olunur. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nda nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlərdən biri təqdim edilməlidir. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 15-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə, daşınmaz əmlaka hüququn tanınması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam səlahiyyətinə malik olmadıqda, bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olmuş hallar aradan qaldırılmadıqda. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. İşin araşdırılmış hallarından görünür ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 8-ci maddəsində və Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nda nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlərdən hər hansı biri təqdim edilməmiş, eləcə də məhkəmə araşdırması zamanı iddiaçının tələb etdiyi torpaq sahəsinin qeydə alınması və çıxarışın verilməsinə əsas olmuş hal müəyyən edilməmişdir. Belə ki, iddiaçı “Azneft kimyamaş” bağçılıq yoldaşlıq birliyinin üzvlük kitabçasının və “Vəliyeva F.S”-nin adına 110, 111 nömrəli bağ sahələri göstərilməklə bağçılıq yoldaşlığı üzvlərinin arxiv qovluğunda mövcud olan siyahının surətini təqdim edərək, Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsində yerləşən 110 və 111 saylı, 0,10 ha bağ (torpaq) sahəsində göstərilən uyğunsuzluq aradan qaldırılmaqla adına mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və reyestrdən çıxarışın verilməsini xahiş etmişdir. Lakin məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, Vəliyeva (Eminova) Firuzə Sülü qızının adına “Azneftkimyamaş” (“X1” X10 Cəmiyyəti) bağçılıq yoldaşlıq birliyi nəzdində Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsində 110 və 111 nömrəli bağ sahələrinin ayrılmasına dair sənəd (üzvlük kitabçası, protokoldan çıxarış və s.) İdarənin arxivində aşkar olunmamışdır. Həmçinin faktiki vəziyyətdə göstərilən torpaq sahəsinin Maşınqayırma Texnologiyaları İnstitutunun kollektiv bağçılıq yoldaşlığının qonşu bağ nömrələrinin ardıcıllığına əsasən 109-110 saylı bağların ərazisinə uyğun gəldiyi müəyyən olunmuşdur.Bundan əlavə məhkəmə araşdırması zamanı təqdim olunmuş “Bağçılıq yoldaşlığı idarə heyətinin 18.01.2006-cı il tarixli 3 nömrəli protokolu ilə iddiaçının iddia tələbində qeyd etdiyi 110 və 111 nömrəli bağ sahələri də göstərilməklə istifadə olunmayan bağ sahələrinə dair üzvlük kitabçalarının hüquqi qüvvələrinin itirilməsi və bu barədə həmin üzvlərə rəsmi məktub və akt göndərilməsi qərara alınmışdır. Göründüyü kimi iddiaçı tələb etdiyi torpaq sahəsinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 8-ci maddəsində nəzərdə tutulmuş, qeydiyyata əsas olmuş sənədlərdən hər hansı birini, yəni iddiaçı torpaq sahəsi üzərində istifadə, icarə və ya mülkiyyət hüquqlarını təsdiq edən sənəd təqdim etməmişdir. Eyni zamanda onun bağçılıq üzvlüyündən xaric edildiyi və üzvlük kitabçasının hüquqi qüvvəsini itirdiyi də müəyyən olunmuşdur. Göstərilənlər onu deməyə əsas verir ki, iddiaçının Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsində yerləşən 110 və 111 saylı, 0,10 ha bağ (torpaq) sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyatına alınmasından və çıxarışın verilməsindən cavabdeh inzibati orqanın imtinası əsaslıdır. İPM-in 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, Məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və reyestrdən çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi və cavabdehin hərəkətlərinin (hərəkətsizliklərinin) qanunsuz hesab edilməsi” barədə iddiası əsassız olduğundan təmin edilməməlidir. Göstərilənlərə və İPM-in 23.1-ci, 69-cu, 75-ci, 81-ci və 85-ci maddələrinə əsaslanaraq, Məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və reyestrdən çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi və cavabdehin hərəkətlərinin (hərəkətsizliklərinin) qanunsuz hesab edilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qərardan, təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apelyasiya şikayəti verilə bilər Sədrlik edən: Aytən Oruczadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar