Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2151/2022 01.03.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hаkim Hаcıbəyоvа Miminаt Tаcib qızının sədrliyi, X1 kаtibliyi, İddiaçı (Bakı şəhərində qeydiyyatdadır, işləmir), cavabdehin nümayəndəsi X2 (Şəki şəhərində qeydiyyatdadır, ixtisası hüquqşünas, böyük mütəxəssis vəzifəsində işləyir) iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı “vətəndaşın müraciətinə cavab verilməməsi kimi hərəkətsizliyin qanunsuz hesab edilməsi” tələbi barədə iddia ərizəsi üzrə inzibаti işə məhkəmə binаsındа аçıq məhkəmə iclаsındа bахаrаq, MÜƏYYƏN ЕTDİ: İddiаçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qаrşı məhkəmədə iddia qaldıraraq “vətəndaşın müraciətinə cavab verilməməsi kimi hərəkətsizliyin qanunsuz hesab edilməsi, işsiz kimi qeydiyyatda olduğu vaxtdan “Veteranlar haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq aylıq əmək haqqının minimum səviyyəsindən az olmayan dolanacagın, yəni 3722 manat təmin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiаçı iddiа tələbini оnunlа əsаslаndırmışdır ki, o, xx xxxxxx 1962-ci il təvəllüdlü ehtiyyatda olan zabitdir. Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak edərək yaralanmışdır. Qarabağ müharibə veteranıdır. 30.04.2020-ci il tarixdən işsiz kimi qeydiyyatdadır. “Veteranlar haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq, aylıq əmək haqqının minimum səviyyəsindən az olmayan dolanacağı təmin edilməsi barədə müvafiq göstəriş verilməsini xahiş etmişdir. Cavabdeh 28 iyun 2021-ci il tarixli şikayət ərzəsini cavablandırmamışdır. Bununla da Azərbaycan Respublikası Konstitusiyasının 57-ci maddəsini və “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının Qanunu pozmuşdur. İddiaçı hesab edir ki, “Veteranlar haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq aylıq əmək haqqının minimum səviyyəsindən az olmayan dolanacığı təşkil edən 3722,00 manat məbləği ona ödənilməlidir: 01.08.2020-ci il tarixdən 01 yanvar 2021-ci ilədək hər ay minimum əmək haqqı 190 manatdan cəmi 950 manat, 01.01.2021 –ci il tarixdən 01.01.2022-ci ilədək hər ay 196 manat, cəmi 2352 manat, 01.01.2022-ci il tarixdən işsiz olduğu müddət ərzində hər ay 210 manat, cəmi 420 manat. . Cavabdeh məhkəməyə ərizə ilə müraciət edərək iddianın mümkünsüz sayılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Ali Məhkəmənin formalaşdırdığı hüquqi mövqeyə əsasən məhkəmələr iddianın mümkünlüyü məsələsini həll edən zaman bir sıra şərtlərə əməl edilib-edilməməsini yoxlamalıdır. Bu şərtlərə daxildir: 1) iddia tələbi üzrə subyektiv hüququnun olub-olmaması; 2) cavabdehin həmin iddiaya cavab verməli olub-olmaması; 3) İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyi; 4) qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmaması və s. (Ali Məhkəmənin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10.04.2015-ci il 5 saylı Qərar. Subyektiv hüququn olub-olmaması dedikdə iddiaçının tələbinə əsas verən hal, yəni cavabdehin hərəkəti nəticəsində iddiaçının hüququnun pozulması faktı mövcud olmalı və iddiaçı bu faktı sübut etməlidir. Digər tərəfdən, iddianın mümkün sayılması üçün iddiaçının arzuladığı inzibati aktın qəbul edilməsindən cavabdeh tərəfindən imtina olunması faktı mövcud olmalıdır.İddianın mümkün sayılması əsasları inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması; inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulmasıdır.Belə ki, iddiaçının tələb etdiyi “Veteranlar haqqında” Azərbaycan Respublikasının Qanununa görə işsiz olduğu müddətədək hər ay 196 manat məbləğində müavinət ödənilməsi qanunvericilikdə nəzərdə tutulmamışdır.Əvvəla onu qeyd edək ki, İddiaçı 06.04.2000-ci il tarixdə Azərbaycan Respublikası Bakı şəhəri Nərimanov RHK tərəfindən rəsmi olaraq veteran adı verilmiş və MA/ seriyalı 018160 nömrəli vəsiqə təqdim edilmişdir.“Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 15.04.2019-cu il tarixli 641 nömrəli Fərman ilə 2019-cu il aprelin 1-dək kommunal, nəqliyyat və digər xidmətlərə görə sosial müavinət alan müharibə veteranlarına həmin sosial müavinətin əvəzinə Azərbaycan Respublikası Prezidentinin aylıq 80 manat məbləğində təqaüdü təsis edilmişdir.Beləliklə, 01.04.2019-cu il tarixdən qüvvəyə minən qanunvericilikdəki sözügedən tənzimləmələrə müvafiq olaraq müharibə veteranlarına əvvəllər verilən sosial müavinətin əvəzinə AR Prezidentinin təqaüdü təsis edilmiş, bununla da qeyd edilən tarixdən etibarən müharibə veteranı adı və vəsiqəsi almış şəxslərə ünvanlı ödəniş kimi müavinət deyil, təqaüd verilməyə başlanılmışdır.İddiaçı 01.04.2019-cu il tarixədək Sosial müavinətlər haqqında” Qanunun tələbinə uyqun olaraq sosial müavinət ödənmişdir.Qevd olunan müavinət 01.04.2019-cu il tarixdən etibarən 80 manat məbləğində prezident təqaüdü ilə əvəz olunmuşdur. İPM 35-ci maddəsində nəzərdə tutulmuş normaları mənası baxımından belə təfsirə malikdir ki, inzibati icraatt qaydasında baxılan istənilən iddia – inzibati icraat qaydalarına müvafiq olan iddia növünə uyğun olmalı, subyektiv hüququ olan şəxs tərəfindən qanunla müəyyən edilən iddia müddətləri daxilində və müvafiq cavabdehlik daşıyan inzibati orqana qarşı qaldırılmalı, qanunla qorunan hüquq və azadlıqların pozuntusu sübutlar da əlavə olunmaqla əsaslandırmalıdır ki, məhkəmə icraatı mümkün sayılıb baxıla bilsin Əks təqdirdə məhkəmə tərəfindən iddianın mümkün sayılmaması barədə qərardad çıxarılır.Qanunvericilik normasından göründüyü kimi veteran statusu olan şəxslərə işsiz olduğu müddətədək hər hansı müavinətin ödənilməsi nəzərdə tutulmamışdır. Məhkəmə iclasında iddiaçı iddia ərizəsində göstərilən məzmunda çıxış edərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia əsassız olduğundən təmin edilməməsi barədə qərar qəbul ediməsini xahiş etmişdir. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahat və çıxışını dinləyərək təqdim еdilmiş sənədləri nəzərə аlаrаq, işin fаktiki hаllаrınа və sübutlаrа qiymət vеrərək hеsаb еdir ki, iddiа tələbi vətəndaşın müraciətinə cavab verilməməsi kimi hərəkətsizliyin qanunsuz hesab edilməsi hissəsində əsаslıdır. Belə ki, iddiaçı 28 iyun 2021-ci il tarixdə şikayət ilə cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət edərək, onun müharibə veteranı, 30.04.2020-ci il tarixindən işsiz kimi qeydiyyatda olmasını göstərərək “Veteranlar haqqında”Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq, müharibə veteranlarına əmək haqqının minimum səviyyəsindən az olmayan dolanacagının təmin edilməsi barədə göstəriş verilməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş “Poçt göndərişinin verilməsi haqqında xəbərnaməyə əsasən, şikayət 30 iyun 2021-ci il tarixində cavabdehə rəsmi təqdim edilmişdir. Hazırda iddiaçı digər tələb ilə yanaşı həmin şikayətə cavab verilməməsi kimi Nazirliyin hərəkətsizliyi qanunsuz hesab edilməsini tələb edir. Məhkəmə iddia tələbi ilə bağlı aşagıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 57-ci maddəsinin birinci hissəsinə əsasən, Azərbaycan Respublikası vətəndaşlarının dövlət orqanlarına şəxsən müraciət etmək, habelə fərdi və kollektiv yazılı müraciətlər göndərmək hüququ vardır. .. Hər bir müraciətə qanunla müəyyən edilmiş qaydada və müddətlərdə yazılı cavab verilməlidir. “Vətəndaşların müraciətləri haqqında” Qanun Azərbaycan Respublikası Konstitusiyasının 57-ci maddəsinə və 94-cü maddəsinin İ hissəsinin 1-ci bəndinə uyğun olaraq, Azərbaycan Respublikası vətəndaşlarının müraciət etmək hüququnun həyata keçirilməsi ilə bağlı münasibətləri tənzimləyir, vəzifəli şəxslərin müraciətlərə baxması qaydasını müəyyən edir. “Vətəndaşların müraciətləri haqqında” Qanunun 1.1. –ci maddəsinə əsasən Azərbaycan Respublikası vətəndaşlarının dövlət və bələdiyyə orqanlarına, dövlət və ya bələdiyyə mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə və ya bələdiyyəyə məxsus olan hüquqi şəxslərə və büdcə təşkilatlarına və ya onların vəzifəli şəxslərinə şəxsən və ya nümayəndə vasitəsilə yazılı və ya şifahi formada, fərdi və ya kollektiv şəkildə müraciət etmək hüququ vardır. Həmin Qanunun 3.0.5. –ci maddəsinə əsasən şikayət – pozulmuş hüquq və azadlıqların bərpası və müdafiəsi ilə bağlı tələbləri nəzərdə tutan müraciətdir; Həmin Qanunun 7.5.-ci maddəsinə əsasən, müraciətdə göstərilən məsələyə baxıldıqda və bu barədə vətəndaşa (kollektiv müraciətlərdə - müraciət edən şəxslərdən birinə) əsaslandırılmış cavab verildikdə müraciət baxılmış hesab olunur. Müraciətə dövlət dilində cavab verilir. Həmin Qanunun 7.7. –ci maddəsinə əsasən, vətəndaşın müraciətinə baxılmasına dair cavab məktubunda müraciətdə göstərilən məsələlərin araşdırılması və görülən tədbirlər və ya həmin məsələlərlə bağlı aidiyyəti üzrə müraciət edilməli subyekt göstərilməlidir. Həmin Qanunun 7.10.-ci maddəsinə əsasən, müraciətə baxan subyektlər və ya onların vəzifəli şəxsləri müraciətdə irəli sürülən məsələlərin həlli onların səlahiyyətinə aid olmadıqda, müraciəti üç iş günündən gec olmayaraq aidiyyəti üzrə göndərir və müraciət edənə bu barədə məlumat verir. Müraciətdə göstərilən məsələ bir neçə müraciətə baxan subyektin səlahiyyətinə aid edildikdə müraciətin surəti üç iş günündən gec olmayaraq həmin subyektlərə göndərilir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.5-ci maddəsinə əsasən inzibati şikayət - hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə maraqlı şəxsin inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan və yaxud inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən subordinasiya baxımından yuxarı inzibati orqana yazılı müraciətdir. “İnzibati icraat haqqında ” Qanunun 20-ci maddəsinə əsasən hər bir şəxsin onun hüquq və qanuni maraqlarına bilavasitə aid olan məsələlərlə bağlı inzibati orqana müraciət etmək, vəsatət vermək və ya inzibati orqandan məlumat əldə etmək hüququ vardır.(20.1) Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan onun səlahiyyətlərinə aid olan məsələlər üzrə müraciətlərə baxmağa, həmin müraciətlər üzrə müvafiq qərar qəbul etməyə və ya məlumat verməyə borcludur.(20.2) Həmin Qanunun 33-cü maddəsində göstərilmişdir:” 33.1. Ərizəyə baxılması və həmin ərizə üzrə müvafiq inzibati aktın qəbul edilməsi başqa inzibati orqanın səlahiyyətlərinə aid olduğu halda, ərizəçinin müraciət etdiyi inzibati orqan ərizənin daxil olduğu vaxtdan ən geci 10 gün müddətində ərizəni və ona əlavə olunmuş sənədləri səlahiyyətli inzibati orqana göndərməlidir. 33.2. Ərizə və ona əlavə edilmiş sənədlərin səlahiyyətli inzibati orqana göndərilməsi barədə ərizəçiyə 6 gün müddətində yazılı şəkildə əsaslandırılmış məlumat verilməlidir.” Cavabdeh tərəfindən qanunvericilik ilə nəzərdə tutulmuş qaydada, müddətdə iddiaçının müraciətinə - şikayətinə baxılmasına (cavab verilməsinə) dair sübutlar məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikasının İPM-nin 2.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia)... Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmənin 01 mart 2022-ci il tarixli qərardadı ilə “işsiz kimi qeydiyyatda olduğu vaxtdan “Veteranlar haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq aylıq əmək haqqının minimum səviyyəsindən az olmayan dolanacagın, yəni 3722 manat təmin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” hissədə iddia tələbi mümkün sayılmaması qərara alınmışdır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, iddia tələbi təmin edələrək, cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İddiaçı müraciətinə cavab verilməməsi kimi hərəkətsizliyi qanunsuz hesab edilməlidir. Аzərbаycаn Rеspublikаsının İnzibаti-Prоsеssuаl Məcəlləsinin 110.1-ci mаddəsinə əsаsən, prоsеssuаl хərclər ödənilmiş tələblərə münаsib оlаrаq işdə iştirаk еdən şəхslərə аid еdilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual- Məcəlləsinin 2-ci, 34-cü, 68-ci, 69-cu, 85-cı,110-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı İddia tələbi təmin edilsin. Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin iddiaçının müraciətinə cavab verilməməsi kimi hərəkətsizliyi qanunsuz hesab edilsin. Qərardan apellyasiya şikayəti qərar tam formada təqdim edildiyi gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi, 540-cı məhəllə) verilə bilər. Hakim Miminat Hacıbəyova
Məhkəmə qərarları › İş №2-1(112)-2151/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2151/2022
01.03.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver