Məhkəmə qərarları › İş №2-1(112)-2153/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2153/2021

11.10.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2153/2021 11.10.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X12 Oruczadənin sədrliyi, Məhkəmə iclas katibi Cəfərova Yasəmən Fərman qızının katibliyi, İddiаçı İddiaçı, İddiaçının vəkili Vəkil, Cavabdehin nümayəndəsi X9 iştirаkları ilə, İddiаçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbi üzrə inzibati işə məhkəmə binаsındа, аçıq məhkəmə iclаsındа bахаrаq, MÜƏYYƏN ETDİ: İddiaçı cаvаbdеh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona 02.09.2015-ci ildən 02.03.2020-ci ilədək güzəştli şərtlərlə pensiya təyin edilməsi və birdəfəlik qaydada verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul olunduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, onun 02.09.2015-ci ildən güzəştli şərtlərlə pensiya hüququ vardır. Lakin 02.03.2020-ci ildən ona yaşa görə pensiya təyin edilmişdir. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinin 7 may 2020-ci il tarixli məktubunda onun daxil olmuş ərizəsi və əlavə edilmiş sənədlərlə bağlı müraciətindən imtina etmişdir.İdarəyə təqdim etdiyi 31 mart 2014-cü il tarixli ИТ-İ ******* nömrəli əmək kitabçasına əsasən 03.01.2005-01.07.2017-ci il tarixləri arasındakı dövr ərzindəki “X14 -Texniki Mərkəzində iş icraçısı vəzifəsində işləmişdir. “X14-Texniki Mərkəzinin 21 fevral 2020-ci il tarixli arayışında onun işlədiyi “X14-Texniki Mərkəzi Şirkəti Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsinin 001003 nömrəli 20 iyul 2004-cü il tarixli, qeydiyyat nömrəsi LA-04-038 və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin 089878 nömrəli, 20 iyun 2016-cı il tarixli qeydiyyat nömrəsi İN/L- 1476/2016 lisenziyaları əsasında tikintisinə icazə tələb olunan bina və qurğuların tikintiquraşdırma işlərini həyata keçirir. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsi xahiş edilmişdir. İddiaçı tərəfindən 26.05.2021-ci il tarixdə məhkəməyə daxil olmuş iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizəsində cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialının üzərinə 02.09.2012-ci il tarixdən güzəştli şərtlərlə pensiya təyin edilməsi və birdəfəlik qaydada ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir. İş üzrə cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sоsiаl Müdаfiə Fоndunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinə uyğun qaydada iddiaya dair etirazını təqdim edərək bildirmişdir ki, iddiaçının Filiala təqdim etdiyi 31 mart 2014-cü il tarixli ИТ-İ ******* nömrəli əmək kitabçasına əsasən 03.01.2005- 01.07.2017-ci il tarixləri arasındakı dövr ərzində “Xəzər” Gənclərin X1 iş icraçısı vəzifəsində işləmişdir. Lakin iddiaçının tədqim etdiyi sənədlərdən göründüyü kimi işlədiyi müəssisə 10 iyul 2012-ci il tarixindən yuxarıda qeyd edilən sahədə fəaliyyət göstərir. Belə ki, “Xəzər” Gənclərin X3 aid 30 iyul 2004-cü il tarixli lisenziyada həmin müəssisənin İ və İİ məsuliyyət səviyyəli bina və tikililərin dövlət standartlarına uyğun olaraq layihələndirilməsi və mühəndis-axtarışı işlərini həyata keçirməyə icazə verilmişdir.“Sözügedən Mərkəzin 24 sentyabr 2009-cu il tarixli lisenziyasında müəssisənin “dövlət standartlarına uyğun olaraq, İ və İİ məsuliyyət səviyyəli bina və qurğuların layihələndirilməsi” fəaliyyət növünü həyata keçirməyə icazə verilmişdir. Bildiririk ki, qeyd olunan müəssisənin yalnız 10 iyul 2012-ci il tarixli lisenziyasında dövlət standartlarına uyğun olaraq İ və İİ məsuliyyət səviyyəli bina və qurğuların tikinti-quraşdırma işlərini (65 metr hündürlüyədək) həyata keçirməyə icazə verilməsi göstərilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan siyahının 29-cu bölməsində bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri bölməsinin mütəxəssislər bəndinin (b) təsnifatında iş icraçıları vəzifəsi daxil edildiyindən, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunması mümkün deyildir. Çünki belə olan təqdirdə iddiaçının güzəştli iş stajı 12 il 6 aydan az təşkil edir. 01.07.2017-ci il tarixindən sonra şəxsin güzəştli şərtlərlə pensiya hüququnun yaranması üçün üç şərt vacibdir: 1) qanunla müəyyən edilmiş yaş həddinə çatması; 2) ümumi və xüsusi iş stajının olması; 3) fərdi hesabın sığorta hissəsindən qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi.İddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin etmək üçün qanunvericiliklə nəzərdə tutulmuş qaydada yuxarıda sadalanan hər üç şərtin olması vacibdir. Lakin qeyd olunanları nəzərə alaraq onun güzəştli iş stajı 12 il 6 aydan az təşkil edir.İddia tələbində qeyd olunan pensiya fərqinin birdəfəlik ödənilməsi məsələsi haqqında bildirilir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci və 37.7-ci maddələrinə əsasən keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği əmək pensiyası təyin olunmuş şəxsə onu almaq hüququ yarandığı gündən, lakin həmin Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün hesablanmaqla ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir.Qeyd olunanları nəzərə alaraq, İddiaçı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddiasının rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. İş üzrə şifahi məhkəmə baxış iclası 11 oktyabr 2021-ci il tarixə təyin olunmuşdur. Məhkəmə iclasında iştirak edən İddiaçı və onun vəkili Vəkil iddia ərizəsinə uyğun izahat verərək, təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdilər. Məhkəmə iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi X11 təmsil etdiyi qurumun imtinasının əsaslı olduğunu bildirdi və mübahisənin ədalətli həll olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iş materiallarını tam, obyektiv və hərtərəfli araşdıraraq, tərəflərin izahatlarını dinləyərək hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarına əlavə edilmiş: - AA ******* saylı şəxsiyyət vəsiqəsinin təsdiq olunmuş surətindən görünür ki, İddiaçı Azərbaycan Respublikasının vətəndaşıdır, xx.xx.1955-ci il təvəllüdlüdür, Sumqayıt şəhərində qeydiyyatdadır. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsi tərəfindən İddiaçı ünvanlanmış güzəştli şərtlərlə pensiya təyinatından imtina haqqında 7 may 2020-ci il tarixli № **********5 saylı məktubunda qeyd edilmişdir ki, İdarəyə təqdim etdiyi 31 mart 2014-cü il tarixli ИТ-İ ******* nömrəli əmək kitabçasına əsasən 03.01.2005-01.07.2017-ci il tarixləri dövr ərzində “Xəzər” Gənclərin X1 iş icraçısı vəzifəsində işləmişdir. Lakin təqdim etdiyi sənədlərdən göründüyü kimi işlədiyi müəssisə 10 iyul 2012-ci il tarixdən yuxarıda qeyd edilən sahədə fəaliyyət göstərir. Bu səbəbdən də onun güzəştli iş stajı 12 il 6 aydan az təşkil edir. - Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi "xxxx" MMC tərəfindən verilmiş 09 yanvar 2020-ci il tarixli 02 nömrəli arayışdan görünür ki, İddiaçı oğlu 23 aprel 1984-cü ildən 23 may 1988-ci ilədək Masallı-Yardımlı-Deman avtomobil yolunun tikintisində yol ustası vəzifəsində işləmişdir. Göstərilən vəzifə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarının XXVİİ bölməsinin “b” bəndinə əsasən 2 nömrəli siyahıda sadalanan “Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri” istehsalatında güzəştli şərtlə pensiya almaq hüququ verir. - "xxxx" MMC tərəfindən verilmiş 10.01.2020-ci il tarixli 21 nömrəli arayışdan görünür ki, İddiaçı 21 noyabr 1988-ci ildən 01 mart 1989-cu ilədək SŞZ-nin 1 №-li İstehsalatında bort nəzarətçisi vəzifəsində işləmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin təsdiq etdiyi 21 iyun 1993-cü il tarixli 320 saylı Qərarına 02 №-li əlavənin 02 №-li siyahısının XVİİİ bölməsinin 2190100a-16397 şifri üzrə ona güzəştli şərtlə pensiya təyin olunması hüququ verilir. - Azərbaycan Respublikası «Xəzər» Gənclərin X4 tərəfindən verilmiş 21 fevral 2020-ci il tarixli 09 nömrəli arayışdan görünür ki, 2005-2019-cu illərdə İddiaçı iş icraçısı işlədiyi «Xəzər» Gənclərin X4 şirkəti Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsinin 001003 №-li, “30” iyul 2004-cü il tarixli, qeydiyyat nömrəsi LA-04-038 və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin 089878 №-li, “20” iyun 2016-cı il tarixli, qeydiyyat nömrəsi İN/L-1476/2016 lisenziyaları əsasında tikintisinə icazə tələb olunan bina və qurğuların tikinti-quraşdırma işlərini həyata keçirir. - Azərbaycan Respublikası «Xəzər» Gənclərin X4 tərəfindən verilmiş 09 yanvar 2020-ci il tarixli 02 nömrəli arayışdan görünür ki, İddiaçı 03.01.2005-28.02.2019-cu il tarixədək «Xəzər» Gənclərin X1 iş icraçısı vəzifəsində işləmişdir. Göstərilən vəzifə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 №-li qərarının XXVİİ bölməsinin “b” bəndinə əsasən 2 №-li siyahıda sadalanan “Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri” istehsalatında güzəştli şərtlərlə pensiya almaq hüququ verir. - Sumqayıt şəhər hərbi komissarlığı tərəfindən verilmiş 15 noyabr 1974-cü il tarixli НЗ ******* nömrəli hərbi biletin təsdiq olunmuş surətindən görünür ki, İddiaçı 15.11.1974- 24.12.1976-cı illərdə hərbi xidmətdə olmuşdur. - 30 avqust 1973-cü il tarixli və 21 iyun 1988-ci il tarixli ИТ-İ ******* nömrəli əmək kitabçalarının təsdiq olunmuş surətindən görünür ki, İddiaçı 22.08.1973-cü il tarixdən 06.03.1989-cu il tarixədək fasilələrlə əmək fəaliyyəti ilə məşğul olmuşdur. - 31.03.2014-cü il tarixli 060043 nömrəli əmək kitabçasının təsdiq olunmuş surətindən görünür ki, İddiaçı 06.03.1989-01.08.2003, 03.01.2005-28.02.2019 və 04.04.2019-07.01.2020-ci illərdə əmək fəaliyyəti ilə məşğul olmuşdur. - Məhkəmə sorğusuna cavab olaraq, Azərbaycan Respublikası «Xəzər» Gənclərin X4 tərəfindən 06.05.2021-ci il tarixdə daxil olmuş 30 aprel 2021-ci il tarixli 30-04-008/2021 nömrəli məktubda qeyd edilmişdir ki, Gənclərin X4 şirkəti 1993-cü ildən yüksək mərtəbəli binaların tikintisi ilə məşğuldur. Bu işlərin aparılması üçün şirkətdən 2012-ci ilədək heç bir xüsusi lisenziya tələb olunmamışdır. Bina və qurğuların inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri işləri aparmaq üçün xüsusi lisenziya, FHN tərəfindən 2012-ci ildən “Xəzər” Gənclərin X4 şirkətindən tələb olunmuş və 2012-ci ildən də həmin lisenziya alınmışdır. 2012-ci ildən sonrakı dövr üçün lisenziyaların surətləri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Pensiya Təyinatı İdarəsinə təqdim olunmuşdur. xx.xx.1955-ci il təvəllüdlü İddiaçı 03.01.2005-ci ildən 28.02.2019-cu ilədək “Xəzər” GETYM-də iş icraçısı vəzifəsində işləmişdir. Onun işlədiyi vəzifə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 №-li qərarının 2 №-li siyahısının XXVİİ bəndinin 2290000b-24441 koduna əsasən güzəştli şərtlərlə pensiya almaq hüququ verir. - Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X8 Agentliyi tərəfindən 08 may 2021-ci il tarixdə daxil olmuş məktubda qeyd edilmişdir ki, “Bəzi fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) verilməsi qaydalarının təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 2 sentyabr tarixli 782 nömrəli Fərmanına əsasən İ və İİ məsuliyyət səviyyəli bina və tikililərin dövlət standartlarına uyğun olaraq yalnız layihələndirilməsi və mühəndis axtarışı üzrə fəaliyyət növlərinə dair xüsusi razılığın (lisenziyanın) verilməsi tələb olunmuşdur. Tikinti-quraşdırma işlərinə isə xüsusi razılığın (lisenziyanın) verilməsi tələb olunmurdu.Azərbaycan Respublikası Prezidentinin 13 noyabr 2007-ci il tarixli 650 nömrəli Fərmanı ilə yuxarıda qeyd olunan Fərmana müvafiq əlavələr və dəyişiklik edilmiş, tikinti-quraşdırma işləri lisenziyalaşdırılmış fəaliyyət növlərinə aid edilmiş və lisenziya verən orqan Fövqəladə Hallar Nazirliyi müəyyən olunmuşdur. “Xəzər” Gənclərin X4 tikinti-quraşdırma işlərinə dair müvafiq lisenziyanın alınması üçün Fövqəladə Hallar Nazirliyinə 2012-ci ildə müraciət etmiş və ona tərəflərindən yalnız 10 iyul 2012-ci il tarixli 073345 nömrəli lisenziya verilmişdir. - Azərbaycan Respublikası «Xəzər» Gənclərin X4 tərəfindən 06.09.2021-ci il tarixdə daxil olmuş 06 sentyabr 2021-ci il tarixli 06091 nömrəli məktubda qeyd edilmişdir ki, xx.xx.1955-ci il təvəllüdlü İddiaçı, “Xəzər” Gənclərin X1 2005-2019-cu illər ərzində, tikintisinə xüsusi icazə tələb olunmayan 25 mərtəbəyə qədər binaların; - 2005-2008-ci illərdə 10 mərtəbəli Unibankın, 2008-2012-ci illərdə 12 mərtəbəli Azərbaycan Beynəlxalq Bankının, 2012-2017-ci illərdə Masallı rayonu, Boradigah qəsəbəsində 1 mərtəbəli idman zalının tikintilərində iş icraçısı vəzifəsində işləmişdir. xx.xx.1955-ci il təvəllüdlü İddiaçı “Xəzər” GETYM-də iş icraçısı işləməsi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 №-li qərarının 29-cu bölməsinin “b” bəndinin 2290000b-24441 koduna əsasən ona güzəştli şərtlə pensiya almaq hüququ verir. - Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi "xxxx" MMC tərəfindən 06.09.2021ci il tarixdə daxil olmuş 30 avqust 2021-ci il tarixli 43 nömrəli məktubda qeyd edilmişdir ki, xx.xx.1955-ci il təvəllüdlü İddiaçı 23 aprel 1984-cü ildən 23 may 1988-ci ilədək Masallı- Yardımlı-Deman avtomobil yolunun, Sırıq-Arus-Gendərə sahəsinin yeni yolunun tikintisində yol ustası vəzifəsində işləmişdir. 09 yanvar 2020-ci il tarixli 02 nömrəli arayışda qeyd etdikləri kimi həmin vəzifə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarının 29-cu bölməsinin “b” bəndinin 2290000b-23419 koduna əsasən güzəştli şərtlə pensiya almaq hüququ verir. - Azərbaycan Respublikası "xxxx" açıq səhmdar cəmiyyəti tərəfindən 16.09.2021-ci il tarixdə daxil olmuş 09.09.2021-ci il tarixli 60 nömrəli məktubda qeyd edilmişdir ki, İddiaçı 06 mart 1989-cu il tarixdən etibarən Sumqayıt Superfosfat zavodunun (keçmiş) 35 saylı Təmir-Tikinti Sexinə sex rəisinin müavini vəzifəsinə işə qəbul edilmişdir. Lakin 01 iyul 1999-cu il tarixdən isə həmin sexə dülgər peşəsi işinə keçirilmiş və 01 avqust 2003-cü il tarixinə kimi bu peşədə işləmişdir. İddiaçı 01 avqust 2003-cü il tarixdən etibarən işdən azad edilmişdir. İddiaçı zavodda işlədiyi dövrdə tutduğu vəzifə və işlədiyi peşəsi güzəştli vəzifələr siyahısına daxil edilmir. - Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi "xxxx" İnstitutu MMC tərəfindən 22.09.2021-ci il tarixdə daxil olmuş 17 sentyabr 2021-ci il tarixli 261 nömrəli məktubda qeyd edilmişdir ki, İddiaçı əmək fəaliyyəti barədə sorğu arxiv sənədləri əsasında araşdırılmışdır. Müəyyən olunmuşdur ki, Masallı-Yardımlı-Deman avtomobil yolunun tikintisinin 1984-1988-ci illərə aid arxiv sənədləri İnstitutun arxivində mövcud deyil.Bu səbəbdən İddiaçı Masallı-Yardımlı-Deman avtomobil yolunun tikintisində işləməsi faktını təsdiq etmək tərəflərindən mümkün olmamışdır. - Azərbaycan Respublikası Dövlət Arxivinin Sumqayıt Filialı tərəfindən 05.10.2021ci il tarixdə daxil olmuş 27.09.2021-ci il tarixli 164 nömrəli məktubda qeyd edilmişdir ki, "xxxx" ASC-nin şəxsi heyətə dair arxiv sənədləri Azərbaycan Respublikası Dövlət Arxivinin Sumqayıt filialına dövlət mühafizəsinə təhvil verilməmişdir. - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən 09.03.2021-ci il tarixdə daxil olmuş 01 mart 2021-ci il tarixli **********33 nömrəli məktubda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 911 nömrəli 30.12.2019-cu il tarixli Fərmanı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin Əsasnaməsi”nin 3.0.51-ci yarımbəndinə əsasən lisenziyalar və icazələr sisteminin tətbiqi sahəsində dövlət siyasətini və dövlət tənzimləməsinin əsas istiqamətlərini hazırlamaq və aidiyyəti dövlət orqanları ilə birlikdə həyata keçirmək, lisenziya və icazə verən dövlət orqanlarına metodiki rəhbərliyi həyata keçirmək, habelə informasiya təminatını təşkil etmək, ölkədə lisenziyaların və icazələrin vahid reyestrini aparmaq, “Lisenziyalar və icazələr” portalının operatorunun funksiyalarını həyata keçirmək İqtisadiyyat Nazirliyinin vəzifələrinə aid edilmişdir. Beləliklə, Məhkəmə iş materiallarından müəyyən etdi ki, iddiaçı Azərbaycan Respublikasının vətəndaşıdır, təvəllüdü xx.xx.1955-ci ildir, iddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsini xahiş etmiş, lakin cavabdeh inzibati orqan tərəfindən güzəştli iş stajının 12 il 6 aydan az olması bildirilmişdir. Məhkəmə vurğulamağı zəruri hesab edir ki, vətəndaşa, yəni hazırkı iddiaçıya ümumiyyətlə, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün hərbi və işlədiyi illər daxil olmaqla, pensiya təyin olunmasına əsas verən sığorta stajının nə qədər təşkil etdiyi və iddiaçının xüsusi sahələrdə işlədiyi illər müəyyən edilməlidir. Lakin bundan əvvəl Məhkəmə iddianın mümkünlük şərtlərinin ödənilib-ödənilməməsinə qiymət verir. İddianın mümkünlüyü: Belə ki, baxılan işdə iddianın ümumi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İPM-in 2.2.3cü maddəsinə görə hazırkı iddia növü öhdəliyin icrası haqqında iddiadır. İddiaçı inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi öhdəliyinin qoyulmasını xahiş edir. İPM-in 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İPM-nin 8.1.4-cü maddəsinə əsasən, digər hallarda iddialara cavabdehin yerləşdiyi yerin, yaşayış yerinin, yaşayış yerinin olmadığı hallarda olduğu yerin və ya axırıncı yaşayış yaxud olduğu yerin məhkəməsi tərəfindən baxılır. İnzibati işə ərazi aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsində baxılmalıdır. İddianın mahiyyəti: Məhkəmə hesab edir ki, iddiaçının güzəştli şətrlərlə yaşa görə əmək pensiyası təyini ilə bağlı tələbi qismən əsaslıdır. İddia ərizəsindən və iddiaçının məhkəmə iclaslarından verdiyi izahatlardan aydın olur ki, iddiaçı 57 yaşdan ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş edir. İddiaçının 57 yaşı 02.09.2012-ci ildə tamam olmuşdur. Həmin dövrdə qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qanunvericiliyin sözügedən müddəalarının tətbiqi ilə bağlı olaraq Məhkəmə qeyd edir ki, sözügedən normaların tələblərindən göründüyü kimi, iddiaçıya tələb etdiyi 02 sentyabr 2012-ci ildən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunması üçün onun yaşı qanunla müəyyən edilmiş həddə çatmalı, 25 ildən çox ümumi iş stajı olmalı və bundan 12 il 6 aydan çoxunu Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nda nəzərdə tutulan peşə və ya vəzifədə işləməlidir. Məhkəmə qeyd edir ki, iddiaçının 57 yaşına çatması və 25 il ümumi iş stajının olması işin mübahisəsiz hallarına aiddir. Lakin iddiaçı xx.xx.1955-ci il təvəllüdlü olduğundan 02 sentyabr 2012-ci ildə onun 57 yaşı tamam olur ki, həmin dövrə onun 12 il 6 ay güzəştli stajı olması zəruri şərtdir. İddiaçı aşağıda göstərilən dövrlər üzrə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən peşə və vəzifələrdə işlədiyini iddia edir: - 23.04.1984-23.05.1988-ci illərdə Masallı-Yardımlı-Deman avtomobil yolunun, Sırıq-Arus-Gendərə sahəsinin yeni yolunun tikintisində işlədiyi yol ustası vəzifəsi; - 21.11.1988-ci ildən 01.03.1989-cu ilədək Sumqayıt Şüşə Zavodunun 1 №-li İstehsalatında işlədiyi bort nəzarətçisi vəzifəsi; - 11.04.1979-cu ildən 01.08.2003-cü ilədək "xxxx" ASC-də işlədiyi dövr; - 03.01.2005-ci il tarixdən 01.07.2017-ci il tarixədək «Xəzər» Gənclərin X1 iş icraçısı vəzifəsində işlədiyi dövr. Məhkəmə qeyd edir ki, iddiaçının 23.04.1984-23.05.1988-ci illərdə Masallı- Yardımlı-Deman avtomobil yolunun, Sırıq-Arus-Gendərə sahəsinin yeni yolunun tikintisində işlədiyi yol ustası vəzifəsi, 21.11.1988-ci ildən 01.03.1989-cu ilədək Sumqayıt Şüşə Zavodunun 1 №-li İstehsalatında işlədiyi bort nəzarətçisi vəzifəsi və 11.04.1979-cu ildən 01.08.2003-cü ilədək "xxxx" ASC-də işlədiyi dövr güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısında nəzərdə tutulmamışdır. Belə ki, iddiaçı 23.04.1984-23.05.1988-ci illərdə Masallı-Yardımlı- Deman avtomobil yolunun, Sırıq-Arus-Gendərə sahəsinin yeni yolunun tikintisində işlədiyi yol ustası vəzifəsinin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən vəzifə olması ilə bağlı Azərbaycan Avromobil Yolları Dövlət Agentliyi "xxxx" MMC-nin arayışı təqdim etmişdir. Həmin arayışda qeyd olunan vəzifənin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq olunmuş Siyahının 29-cu bölməsinin “b” bəndinin 229000b-23419 kodunda nəzərdə tutulduğu qeyd edilmişdir. Məhkəmə bununla bağlı qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 N-li qərarı ilə təsdiq etdiyi “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda ümumiyyətlə, vəzifələr kodlaşdırılmamış, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli qərarı ilə təsdiq edilmiş Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 №-li Siyahısında isə 229000b-23419 kodda nəzərdə tutulmuş vəzifə yol ustası deyil, yeni tikinti və quraşdırma işlərinin ustalarıdır. Həmçinin, iddiaçı tərəfindən iddia ərizəsinə əlavə olunmuş Sumqayıt Şüşə Zavodu MMC-nin arayışında iddiaçının 21 noyabr 1988-ci ildən 01 mart 1989-cu ilədək Sumqayıt Şüşə Zavodunun 1 №-li İstehsalatında işlədiyi bort nəzarətçisi vəzifəsinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin təsdiq etdiyi 21 iyun 1993-cü il tarixli 320 saylı Qərarına əlavənin 02 №-li əlavənin 02 №-li Siyahısının XVİİİ bölməsinin 2190100a- 16397 şifri üzrə ona güzəştlə şərtlə pensiya təyina olunması hüququ verildiyi qeyd edilmişdir. Halbuki həmin siyahıda qeyd olunan kodda (2190100a-16397) “şüşə zolağının kəsiciləri” vəzifəsi göstərilmişdir. Bundan əlavə məhkəmə araşdırması zamanı Azərbaycan Respublikası "xxxx" ASC tərəfindən 16.09.2021-ci il tarixdə daxil olmuş 09.09.2021-ci il tarixli 60 nömrəli məktubda qeyd edilmişdir ki, İddiaçı 06 mart 1989-cu il tarixdən etibarən Sumqayıt Superfosfat zavodunun (keçmiş) 35 saylı Təmir-Tikinti Sexinə sex rəisinin müavini vəzifəsinə işə qəbul edilmişdir. Lakin 01 iyul 1999-cu il tarixdən isə həmin sexə dülgər peşəsi işinə keçirilmiş və 01 avqust 2003-cü il tarixinə kimi bu peşədə işləmişdir. İddiaçı 01 avqust 2003-cü il tarixdən etibarən işdən azad edilmişdir. İddiaçı zavodda işlədiyi dövrdə tutduğu vəzifə və işlədiyi peşəsi güzəştli vəzifələr siyahısına daxil edilmir. Göründüyü kimi iddiaçının 57 yaşı tamam olan tarixə güzəştli iş stajı tamamlanmadığı üçün ona 02.09.2012-ci ildən güzəştli şərtlərlə pensiya təyini qanunvericiliyin tələblərinə uyğun deyil. Bununla yanaşı Məhkəmə hesab edir ki, iddiaçının güzəştli şərtlərlə pensiya hüququ yaranması üçün 12 il 6 ay zərərli iş stajı 01.07.2017-ci il tarixdə tamam olmuşdur. Baxmayaraq ki, həmin tarixdə iddiaçının yaşı 61-dən çox olmuş, lakin o, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasına çıxmaq üçün zəruri olan şərtləri 01.07.2017-ci il tarixdə tamamladığından, ona həmin tarixdən pensiya təyin olunmalıdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” üzrə müəyyən edilir. İddiaçının 01.07.2017-ci il tarixə 60 yaşının artıq tamam olması, 25 ildən artıq ümumi stajının olması və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi işin mübahisələndirilməyən halıdır. Cavabdeh tərəfindən iş üzrə mübahisələndirilən hal iddiaçının güzəştli sahədə iş stajı ilə bağlıdır. Bununla bağlı, Məhkəmə diqqətə çatdırır ki, iş materiallarına əlavə edilmiş əmək kitabçasından göründüyü kimi iddiaçı 03.01.2005-ci il tarixdən 01.07.2017-ci il tarixədək «Xəzər» Gənclərin X1 iş icraçısı vəzifəsində işləmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 N-li qərarı ilə təsdiq etdiyi “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 29-cu “Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri” bölməsinin “b” (mütəxəssislər) bəndində nəzərdə tutulmuş iş icraçıları vəzifəsi əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunması hüququ verən güzəştli əmək stajı sayılır. Cavabdeh inzibati orqan iddiaçının işlədiyi Azərbaycan Respublikası «Xəzər» Gənclərin X2 10 iyul 2012-ci il tarixdən lisenziya əsasında dövlət standartlarına uyğun olaraq İ və İİ məsuliyyət səviyyəli bina və qurğuların tikinti-quraşdırma işlərini (65 metr hündürlüyədək) həyata keçirməyə icazə verilməsini əsas gətirərək, iddiaçının güzəştli iş stajının 12 il 6 aydan az təşkil etdiyini bildirmişdir. Məhkəmə cavabdehin bu dəlilini əsassız hesab edərək, qeyd edir ki, məhkəmə araşdırması zamanı Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X8 Agentliyi tərəfindən 08 may 2021-ci il tarixdə məhkəməyə daxil olmuş məktubda qeyd edilmişdir ki, “Bəzi fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) verilməsi qaydalarının təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 2 sentyabr tarixli 782 nömrəli Fərmanına əsasən İ və İİ məsuliyyət səviyyəli bina və tikililərin dövlət standartlarına uyğun olaraq yalnız layihələndirilməsi və mühəndis axtarışı üzrə fəaliyyət növlərinə dair xüsusi razılığın (lisenziyanın) verilməsi tələb olunmuşdur.Tikinti-quraşdırma işlərinə isə xüsusi razılığın (lisenziyanın) verilməsi tələb olunmurdu. Azərbaycan Respublikası Prezidentinin 13 noyabr 2007-ci il tarixli 650 nömrəli Fərmanı ilə yuxarıda qeyd olunan Fərmana müvafiq əlavələr və dəyişiklik edilmiş, tikinti-quraşdırma işləri lisenziyalaşdırılmış fəaliyyət növlərinə aid edilmiş və lisenziya verən orqan Fövqəladə Hallar Nazirliyi müəyyən olunmuşdur. “Xəzər” Gənclərin X4 tikinti-quraşdırma işlərinə dair müvafiq lisenziyanın alınması üçün Fövqəladə Hallar Nazirliyinə 2012-ci ildə müraciət etmiş və ona tərəflərindən yalnız 10 iyul 2012-ci il tarixli 073345 nömrəli lisenziya verilmişdir. Həmçinin, Azərbaycan Respublikası «Xəzər» Gənclərin X2 06 sentyabr 2021-ci il tarixli 06091 nömrəli məktubunda qeyd edilmişdir ki, xx.xx.1955-ci il təvəllüdlü İddiaçı, “Xəzər” Gənclərin X1 2005-2019-cu illər ərzində, tikintisinə xüsusi icazə tələb olunmayan 25 mərtəbəyə qədər binaların; - 2005- 2008-ci illərdə 10 mərtəbəli Unibankın, 2008-2012-ci illərdə 12 mərtəbəli Azərbaycan Beynəlxalq Bankının, 2012-2017-ci illərdə Masallı rayonu, Boradigah qəsəbəsində 1 mərtəbəli idman zalının tikintilərində iş icraçısı vəzifəsində işləmişdir. Göründüyü kimi iddiaçı “Xəzər” Gənclərin X1 tikintisinə xüsusi icazə tələb olunmayan 25 mərtəbəyə qədər binaların tikintilərində iş icraçısı işlədiyindən iddiaçı həmin illərin ona güzəştli şərtlərlə əmək pensiyası hüququ verən əmək stajı kimi hesablanmasını tələb etməkdə haqlı olmuşdur. İddiaçı tələbində həmçinin, pensiya fərq məbləğinin birdəfəlik qaydada ödənilməsini öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş edir. Məhkəmə hesab edir ki, bu hissədə də iddia tələbi qismən təmin edilməlidir. Belə ki, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 01.07.2017-ci il tarixdən qüvvədə olan 32.1-1 maddəsinə əsasən, Əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. İş materiallarından aydın olur ki, iddiaçının ilkin müraciəti 05.05.2020-ci il tarixdə olmuşdur. Belə olan halda 01.07.2017-ci ildən pensiya fərq məbləği qanunvericliklə müəyyən olunmuş qaydada aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilməlidir. Bundan əlavə, Məhkəmə qeyd edir ki, iddiaçı 02.03.2020-ci il tarixdən yaşa görə əmək pensiyası aldığından fərq məbləği hesablanan zamanı bu hal nəzərə alınmalıdır. Beləliklə, Məhkəmə araşdırması ilə sübut olunmuşdur ki, ilkin sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi iddiaçının ona pensiya təyin olunması ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir, bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu isə iş materialları ilə təsdiq olunmur (İPM- 14.3). Bu səbəbdən cavabdehin imtinası qanuna zidd olmuş və iddiaçının hüquqlarını pozmuşdur (İPM-73.1), imtina cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır («inzibati icraat haqqında» AR Qanunu, 17-ci maddə) Əsas sosial-iqtisadi hüquqlardan biri olan sosial təminat hüququ Konstitusiyanın 38ci maddəsində təsbit olunmuşdur Həmin maddənin İ hissəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Bu hüquq həmçinin insan hüquqları üzrə bir sıra beynəlxalq-hüquqi sənədlərdə də öz əksini tapmışdır. Belə ki, “İnsan hüquqları haqqında” Ümumi Bəyannamənin 22-ci maddəsinə uyğun olaraq, hər bir insanın cəmiyyətin bir üzvü kimi, sosial təminat, milli səylər və beynəlxalq əməkdaşlıq əsasında, hər bir ölkənin strukturuna və ehtiyatlarına müvafiq olaraq, ləyaqətinin qorunması, şəxsiyyətinin azad inkişafı üçün zəruri olan iqtisadi, sosial və mədəni hüquqlarını həyata keçirmək hüququ vardır. “İqtisadi, sosial və mədəni hüquqlar haqqında” Beynəlxalq Paktın 9-cu maddəsində nəzərdə tutulmuşdur ki, hər bir şəxsin sosial təminat hüququ var. Konstitusiyada əksini tapan sosial təminat hüququ Əsas Qanunun 38-ci maddəsinin İİİ hissəsinə müvafiq olaraq qanunla müəyyən edilmiş hallarda və hədlərdə pensiya almaq hüququnu da ehtiva edir. Pensiya hüququ sosial təminatın tərkib hissəsi və onun qanunla müəyyən olunmuş ən mühüm formasıdır. Hər kəsin pensiya hüququ sosial təminat hüququnun subyektiv hüquq növü kimi çıxış edir. Azərbaycan Respublikasının Konstitusiyasının 71-ci maddəsinin 2-ci hissəsinə əsasən, insan və vətəndaş hüquqlarının və azadlıqlarının, o cümlədən sosial təminat hüququnun həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Azərbaycan Respublikasının İPM-nin 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Göstərilənlərə əsasən, Məhkəmə iş üzrə sübutlara məcmu qaydada qiymət verərək, qanunvericilik normalarını rəhbər tutaraq hesab edir ki, İddiaçı iddiası qismən təmin edilməli, iddiaçıya pensiya hüququ yarandığı 01 iyul 2017-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və həmin tarixdən pensiya məbləğinin 02.03.2020-ci il tarixdən yaşa görə aldığı əmək pensiyası məbləği nəzərə alınmaqla hesablanıb ona ödənilməsi cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sоsiаl Müdаfiə Fоndunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməli, qalan hissədə iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikasının İPM-nin 110-1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə, işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2-ci, 34-cü, 52-ci, 68ci, 69-cu, 85-ci və 110-cu maddələrini rəhbər tutaraq, Məhkəmə QƏRARA ALDİ: İddiaçı iddiası qismən təmin edilsin. İddiaçı 01.07.2017-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və ötən dövrlər üzrə pensiya məbləğinin 02.03.2020-ci il tarixdən yaşa görə aldığı əmək pensiyası məbləği nəzərə alınmaqla hesablanıb ona ödənilməsi cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sоsiаl Müdаfiə Fоndunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilsin. Qalan hissədə iddia tələbi təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Sədrlik edən: Aytən Oruczadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar