Məhkəmə qərarları › İş №2-1(112)-2155/2022

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-2155/2022

26.07.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-2155/2022 26.07.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Qarayeva Mehriban Cəfər qızının sədrliyi Mahmud Orxan Əlövsət oğlunun katibliyi Cavabdehin nümayəndəsi X1 oglunun iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri dövlət Xidmətinə qarşı “icarə haqqı üzrə borcun silinməsi” tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri dövlət Xidmətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2019-cu il tarixli icarə müqaviləsi üzrə dövlət büdcəsinə yaranmış 2238 manat məbləğindəki icarə haqqı üzrə borcun silinməsi öhdəliyinin cavabdeh üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İnzibati Prosessual Məcəllənin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayıldığından, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə göndərilmiş, işin hallarını və mübahisənin vəziyyətini müzakirə etmək üçün məhkəmənin hazırlıq icraatına başlanmışdır. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçının ünvan 1 ünvanında yerləşən 74,6 kv.m. qeyri-yaşayış sahəsinin icarəyə verilməsinə dair bağlanılmış 11371 nömrəli xx.xx.2019-cu il tarixli icarə müqaviləsi üzrə dövlət büdcəsinə 2238 manat məbləğində icarə haqqı üzrə borcu yaranmışdır. Cavabdehə müraciət edərək ölkə Prezidenti cənab İlham Əliyevin 19 mart 2020-ci il tarixli sərəncamından irəli gələrək, icarə haqqı üzrə borcun silinməsini xahiş etsə də, cavabdeh imtina etmişdir. Hesab edir ki, cavabdehin imtinası əsassızdır. Cavabdehin etirazı onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti arasında xx.xx.2019-cu il tarixli, 11371 nömrəli icarə müqaviləsi bağlanılmışdır. Qeyd edilən müqavilə ilə ünvan 2 ünvanında yerləşən 74,6 kv.m qeyri-yaşayış sahəsi iddiaçının istifadəsinə verilmişdir. İcarəçi icarə haqqı borcunu ödəmədiyinə görə Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən ona qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət olunmuş və Sabunçu Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(008)-1856/2021 nömrəli qətnaməsi ilə iddia təmin edilərək ondan 2238 (iki min iki yüz otuz səkkiz manat) manat məbləğində icarə haqqı borcunun tutularaq Əmlak Məsələləri Dövlət Xidmətinə köçürülməsi qət edilmişdir. Beləliklə, iddiaçının silinməsini xahiş etdiyi icarə haqqı borcunun Əmlak Məsələləri Dövlət Xidmətinə ödənilməsi vəzifəsi məhkəmə qərarı ilə iddiaçının üzərinə qoyulmuşdur. Eyni zamanda bildirilir ki, iddiaçı xx.xx.2020-ci il tarixli məktubla Əmlak Məsələləri Dövlət Xidmətinə müraciət edərək bağlanılmış icarə müqaviləsi üzrə yaranmış icarə haqqı borcunun pandemiya ilə bağlı qəbul edilmiş qərara əsasən silinməsinə köməklik göstərilməsini xahiş etmişdir. Bununla əlaqədar Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən xx.xx.2020-ci il tarixli, **********40 nömrəli məktubla iddiaçıya cavab verilərək iddiaçının fəaliyyət növünün pandemiyadan zərər çəkmiş fəaliyyət sahələri üzrə iqtisadi fəaliyyət növlərinin siyahısına daxil edilmədiyi üçün zərər çəkmiş sahibkarlıq subyektlərinin icarə haqlarının 2020-ci ilin sonunadək hesablanmasının dayandırılması ilə bağlı Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli, 280 nömrəli Qərarının müddəalarının iddiaçı ilə bağlanılmış icarə müqaviləsinə şamil olunmadığı bildirilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli, 135s nömrəli Sərəncamı ilə “Koronavirus (COVİD-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 19 mart tarixli 1950 nömrəli Sərəncamının 10.2-ci bəndinin icrası ilə bağlı Tədbirlər Planı” təsdiq edilmişdir. Qeyd edilən Tədbirlər Planının 13-cü, 14-cü və 15-ci hissələrinin icrasını təmin etmək məqsədilə qəbul olunmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli, 280 nömrəli Qərarı ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 191 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət əmlakının (mənzil fondundan başqa) icarəyə verilməsi üçün icarə haqqının minimum məbləği”nin 3-cü hissəsinə dəyişiklik edilmiş və həmin dəyişikliyə əsasən paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazisində koronavirus (COVİD-19) pandemiyasının mənfi təsir etdiyi sahələr üzrə fəaliyyət göstərən hüquqi şəxslər və fərdi sahibkarlar (o cümlədən, həmin kateqoriyadan olan sənaye məhəllələrinin iştirakçıları) üçün icarə haqları 2020-ci il 1 aprel tarixindən 2021-ci il 1 yanvar tarixinədək hesablanmır. İddiaçı koronavirus (COVİD-19) pandemiyası ilə əlaqədar olaraq icarə haqqı borcunun silinməsini xahiş etsə də, yuxarıda qeyd edilən qanunvericilik aktlarına uyğun olaraq koronavirus (COVİD-19) pandemiyasının mənfi təsir etdiyi sahə üzrə fəaliyyət göstərdiyini və fərdi sahibkar olduğunu təsdiq edən heç bir sübut məhkəməyə təqdim edə bilməmişdir. Qeyd edilənləri nəzərə alaraq, iddianın rədd edilməsi xahiş edilmişdir. İşin hazırlıq icraatı üzrə keçirilən məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi yazılı etiraza uyğun izahat verərək, borcun tutulmasına dair qüvvədə olan məhkəmə qətnaməsi oldugundan iddianın mümkün hesab edilməməsini xahiş etdi. Təyin edilmiş məhkəmə iclasında iddiaçı iştirak etməmiş, xx.xx.2022-ci il tarixdə iddiaçının nümayəndəsi və vəkili məhkəməyə elektron ərizə ilə müraciət edərək məhkəmə iclasında üzürlü səbəbdən iştirak edə bilmədiyini bildirmişdir. Məhkəmə İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən işə iddiaçının və nümayəndəsinin iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsi mümkün hesab edilmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin izahatını dinləyib, işdə olan sənədləri araşdıraraq belə qənaətə gəlir ki, aşağıdakı səbəblərə görə iddia mümkün sayılmamalıdır. Belə ki, iş materiallarından məlum olur ki, iddiaçı xx.xx.2019-cu il tarixli icarə müqaviləsi üzrə dövlət büdcəsinə yaranmış 2238 manat məbləğindəki icarə haqqı üzrə borcun silinməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş edir. Sabunçu Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(008)-1856/2021 nömrəli xx.xx.2021-ci il tarixdə qanuni qüvvəsini almış və icraya yönəlmiş qətnaməsi ilə iddiaçıdan 2238 (iki min iki yüz otuz səkkiz manat) manat məbləğində icarə haqqı borcu tutularaq Əmlak Məsələləri Dövlət Xidmətinə köçürülməlidir. Beləliklə, iddiaçının hazırki iddiada silinməsini xahiş etdiyi icarə haqqı borcunun Əmlak Məsələləri Dövlət Xidmətinə ödənilməsi vəzifəsi məhkəmə qətnaməsi ilə iddiaçının üzərinə qoyulmuş, iddiaçı həmin icra vərəqəsi üzrə borcludur. Məhkəmə hesab edir ki, iddianın mübahisə predmeti olan “icarə haqqı borcu” ilə bağlı məhkəmənin qüvvədə olan qərarı olduğu halda mübahisə predmeti ilə əlaqədar məhkəməyə müraciət etməsi ilə bağlı iddiaçının hərəkətlərinə qanunun ona verdiyi imkanlardan sui-istifadə etmək cəhdi kimi qiymət verilə bilər. Halbuki, İnzibati Prosessual Məcəllənin 78-ci maddəsinin imperativ xarakter daşıyan tələbinə görə mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli qərarının 15.5-ci və 15.6-cı bəndlərinə görə, İPM-in 78-ci maddəsinə əsasən mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir və qeyd olunan maddələrdə təsbit olunmuş halları müəyyən etdikdə məhkəmələr verilmiş iddianı mümkün saymamalıdırlar. Hazırkı iş üzrə iddianın mümkünlük şərtlərini istisna edən halların mövcudluğunu müəyyən etdiyinə görə İnzibati Prosessual Məcəllənin 78-ci maddəsinin tələbləri baxımından Sabunçu Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(008)-1856/2021 nömrəli qətnaməsi də yekun məhkəmə aktı hesab olunur. İnzibati Prosessual Məcəllənin 35.1-ci maddəsinə görə, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80-ci maddəsini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: İddia mümkün sayılmasın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (ünvan: ünvan 4AKİM MEHRİBAN QARAYEVA

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar